Məhkəmə qərarları › İş №1(103)-1356/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1356/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1356/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X10 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibləri –Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçilər- Müdafiəçi1 və Müdafiəçi5 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.3.2-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)-413/2023 saylı hökmü ilə (sədrlik edən N.A.Kərimov, hakimlər R.Ə.Sadıxov və L.S.Əsgərova- Məmmədovadan ibarət tərkibdə) xx xxxxxx 1962-ci ildə Masallı rayonu, Badalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 16 iyun 2022-ci il tarixdən hesablanması, barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülkü iddiasının qismən təmin edilməsi, Zərərçəkmiş şəxs vurduğu 450000 (dörd yüz əlli min) manat, mülkü iddia vermək üçün zərərçəkmişin ödədiyi 743 (yeddi yüz qırx üç) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməsi, Zərərçəkmiş şəxs mülkü iddiasının ona 450000 (dörd yüz əlli min) manat maddi zərər dəyməsi nəticəsində onun pulunun ələ keçirməklə istifadə olunmasına görə hər il üçün on faiz olmaqla faiz məbləğinin otuz faizinin, yəni 135000 (yüz otuz beş min) manat pulun, həmin pul vəsitini ələ keçirməklə istifadə edilməsinə görə əlavə olaraq üç il müddətində hər il üçün 5 (beş) faiz olmaqla faizi hesablamaqla məbləğin on beş faizinin, yəni 67500 (altımış yeddi min beş yüz) manat pulun Təqsirləndirilən şəxs alınıb, ona verilməsi hissəsi baxılmamış saxlanılması və ona mülki iddianın bu hissəsi ilə bağlı mülkü icraat qaydasında müstəqil şəkildə mülkü iddia qaldıra bilmək hüququnun olması izah olunması, Təqsirləndirilən şəxs vurduğu zərərin ödənilməsi məqsədi ilə Azərbacan Resbublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarsininin depozit hesabında saxladığı 40000 (qırx min) manat dəymiş zərərin hissəsi kimi Zərərçəkmiş şəxs ödənilməsi, Təqsirləndirilən şəxs 300 (üç yüz) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş bir əddəd diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib sonuncunu inandırmaq üçün əvvəlcədən onda yaranmış özgə əmlakını əvəzsiz ələ keçirmək niyyətini gizlədərək Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs məxsus əmlakın 3/12 hissəsinin satılması və lazımi sənədləşmə işlərinin aparılmasında köməklik göstərəcəyinə dair vəd verib onu inandırmış, bu məqsədlə qeyd edilən yaşayış evinin özəlləşdirilməsi ilə əlaqədar onu dövlət orqanlarında təmsil etməyi, adından lazımi sənədləşmə işləri aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi, hazır sənədləri götürməyi, ona çatası çıxarışı və texniki pasportu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün əməliyyatları icra etməyi etibar etməsinə dair 01 oktyabr 2014-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş etibarnamə əsasında müvafiq sənədləşmə işlərinin aparılmasında köməklik edərək onun inamını qazanmış, 01 iyun 2019-cu il tarixdə "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin Zərərçəkmiş şəxs məxsus 3/12 hissəsinin əvəzinə kompensasiya verilməsi şərti ilə boşaldılaraq sökülməsi və daşınmaz əmlakın dövlət reyestrindəki müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılıq əldə edildikdən sonra həmin gün ünvan 3 ünvanında yerləşən 50 saylı Notariat Kontorunda "xxxx" tərəfindən Zərərçəkmiş şəxs ödənilmiş 450.000 manat məbləğində pulu təhlükəsiz şəraitdə saxlayacağı və sonradan ona təhvil verəcəyi vədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti, müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)-413/2023 saylı hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 149-156-cı maddələrinin və Azərbaycan Respublikası CPM-nin 179-188-ci maddələrinin tələblərinə riayət olunmadığına görə mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişlər. Zərərçəkmiş Zərərçəkmiş şəxs apelyasiya şikayətlərinə etiraz təqdim edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)-413/2023 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin və apelyasiya şikayətlərinə etirazın dəlilləri: Müdafiəçi1 apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, müdafiə etdiyi Təqsirləndirilən şəxs 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm əsassız və işin faktiki hallarına uyğun olmadığına görə ləğv edilməli və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə, yəni Azərbaycan Respublikası Cinayət Prossesul Məcəlləsinin 42-ci maddəsinə əsasən bəraət verilməlidir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Beləliklə də, hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham aşağıda qeyd etdiyi faktlara və sübutlara əsasən əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs ilə X13 arasında razılıq olmuşdur. X6 alınan 450.000 manat məbləğində pulun 40.000 manat məbləğini özünə qaytarmış, həmçinin ona inşaat materialları vermiş və toyunun xərclərini qarşılamışdır. Əlavə olaraq evin təmirinə 100.000 manat məbləğində xərc çəkmişdir. Hissə-hissə olmaq şərti ilə də 100.000 manat qaytarmışdır və qalan məbləği də qaytaracaqdır.Ümumiyyətlə, Zərərçəkmiş şəxs qarşı dələduzluq niyyəti olmamışdır. Qeyd edir ki, bununla əlaqədar tərəfindən vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatəti qəbul etməmişdir.Qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borcu 450000 manat yox 113000 manat təşkil edir.Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı münasibətlər tamamilə borc xarakteri daşımışdır.Təqsirləndirilən şəxs borcu qaytarmasına dair əlyazmalar mövcuddur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs soruşulduqda, həmin əlyazmaların və imzaların ona məxsus olduğunu bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs bildirmişdir ki, 4 ilə yaxındır ki, onun kirayə haqqı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir.Eyni zamanda Zərərçəkmiş şəxs qızının toy və cehiz xərclərini də Təqsirləndirilən şəxs qarşılamışdır. Bütün bunlar sübut edir ki, Təqsirləndirilən şəxs qalan borcunu da qaytarmağa hazırdır və ittiham əsassızdır. Bundan əlavə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə mülki iddia verilmişdir. İş materialları ilə tanış olarkən müəyyən olunmuşdur ki, həmin mülki iddia ərizəsi tərtib olunarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-156-cı maddələrinin tələblərinə riayət olunmamış və dövlət rüsumu məhkəmə çıxışlarına qədər ödənilməmişdir.Belə olduğu halda mülki iddia baxılmamış saxlanılmalıdır.Eyni zamanda bildirmək istəyirik ki, iş üzrə şahid qismində dindirilən şəxslər Zərərçəkmiş şəxs qızlarıdır. Belə olduğu təqdirdə həmin şahidlərin ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyasına əsasən, Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil edir.Şərh edilən cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən bir qədər fərqlənir.Belə ki, dələduzluq nəticəsində təqsirkar təkcə özgənin əmlakını yox, həm də əmlaka olan hüquqlarını qanunsuz əldə edir.“Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli qərarına görə, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilın şəxsin niyyəti əmlakı ələ keçirmərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər (adı çəkilən Plenum qərarının 1-ci bəndinin 2-ci abzası). Dələduzluq talamanın bir forması olmaqla onun əsas əlamətlərini özündə ehtiva edir. Lakin talamanın digər formalarından fərqli olaraq, obyektiv cəhətdən bu cinayət törədilmə üsulunun özünəməxsusluğu ilə seçilir. Qanun əmlakın və ya əmlaka olan hüququn ələ keçirilməsinin üsulu kimi aldatma və ya etibardan suiistifadəni nəzərdə tutur. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür.Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: 1) aldatma yolu ilə dələduzluq; 2) etibardan sui-istifadə etmə yolu ilə dələduzluq. Burada aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması (aktiv aldatma), həm də həqiqət haqında susma (passiv aldatma) başa düşülür.Həqiqətin təhrif edilməsi dedikdə, təqsirkarın müəyyən faktların mövcud olması və ya olmaması barədə yalan məlumat verməklə zərərçəkmişi aldadaraq ondan əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür. Həqiqət barədə susma (yəni passiv aldatma ) dedikdə, təqsirkarın xəbər verilməsi zəruri olan məlumatları və ya halları gizlətməklə, zərərçəkmişə bildirməməklə onu aldadaraq əmlakı könüllü şəkildə ələ keçirməyə nail olması başa düşülür.Bu baxımdan əgər məlumatların saxtalaşdırılmasının və ya xəbər verilməsi zəruri olan məlumatların gizlədilməsinin təqsirkar tərəfindən qabaqcadan düşünülərək edilməsi müəyyən olunmazsa, onda dələduzluq cinayəti olmayacaqdır. Aldatmanın məzmununu çox hallarda yalan vədlər təşkil edir.Həmin vədlərin köməyi ilə dələduz əmlakı ələ keçirmək məqsədi ilə zərərçəkmişi öz həqiqi niyyətləri barədə aldadır (məsələn, dələduz yerinə yetirmək niyyəti olmadığı müqavilə üzrə avans qismində pul əldə edir).Başqa şəxsə rüşvət vermək adı ilə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını mənimsəmək üçün ələ keçirən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi tövsif edilməlidir.Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur.Belə halda əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda Cinayət Məcəlləsinin 31, 312-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur.Özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək, göstərəcəyi xidmət müqabilində hər hansı şəxsdən pul və ya digər qiymətli şeylər alıb, onları mənimsəyən şəxs də dələduzluğa görə məsuliyyət daşımalıdır.Dövlət ittihamçısı hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etsə də, Məhkəmə törədilmiş cinayətlə bağlı Təqsirləndirilən şəxsnа Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə əsasını təyin edərkən yaşlı və olmasını, xəstə onun cəmiyyətdə olan vəziyyətini nəzərə almadan cəza təyin etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətsiz və əsassızdır. Bundan başqa bildirmək istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli «Məhkəmələr tərəfindən cinayət cəzasının təyin edilməsi təcrübəsi haqqında» Qərarını da düzgün şərh etməmişdir. Müdafiəçi2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli hökm ədalətsiz, qanunsuz və əsassızdır, aşağıdakılara əsasən həmin hökm ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində Bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə gedişi zamanı tədqiq edilmiş cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət törətməsi sübuta yetirilmədi, onun əməlində cinayət tərkibi olması sübut olunmadı.Belə ki, Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qəti şəkildə təqsirli bilməyərək məhkəmə baxışı zamanı verdiyi ifadələrindən müəyyən edildi ki, əsl həqiqət bundan ibarətdir ki, Əzimova X4 Cavadovla 1991-ci ildə bir-biri ilə qonşuluqda yaşamışlar, Nərimanın deməsinə görə uzun müddət Nisa Xanım onun evində xadiməçi işləmişdir.X16 evində xadiməçi işlədiyi müddətdə Təqsirləndirilən şəxs saf, xeyirxah bir insan olduğunu, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, imkanlı olduğunu, geniş əlaqələrinin olduğunu bilmişdir.Mübahisə belə qaynaqlanmışdır ki, Zərərçəkmiş şəxs və onun bacı-qardaşına valideynlərindən ev miras qalmışdır, lakin həmin evin sənədi olmamışdır, həmçinin miras əmlakdakı paylarla bağlı digər vərəsələrlə Nisa Xanımın aralarında mübahisə olmuşdur, hətta mübahisənin məhkəmə müstəvisinə qədər gedəcəyi barədə böyük ehtimallar olmuşdur.Nisa Xanım isə həmin vaxtı uşaqları azyaşlı olduğuna görə, vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı işi məhkəmədə aparmağa kimsəsi olmadığına görə, eləcə də vəkil tutmağa maddi imkanı olmadığına görə digər vərəsələrə işi məhkəmədə uduza biləcəyindən ehtiyat etmişdir.Ona görə də o, günlərin birində evində xadimə işlədiyi Nərimana müraciət etmiş, Nərimandan kömək istəmişdir və ona demişdir ki, Nəriman ona sponsorluq etsin, onun bütün xərclərini qarşılasın, yəni Nərimandan xahiş etmişdir ki, Nəriman öz şəxsi vəsaiti hesabına həmin miras əmlakın sənədləşdirilməsində, vəkilin pulunun ödənilməsində, məhkəmə rüsumlarının ödənilməsində, vərəsəlik işi üzrə məhkəmədə müdafiə olunmasında, məhkəmə qaydasında miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsində, məhkəmədən sonra digər paylı mülkiyyətçilərin paylarına görə kompensasiya ödənilməsində, digər vərəsələri kompensasiya ödəyib evdən çıxarandan sonra evin dam örtüyünün əsaslı təmir etdirilməsində, dam Örtüyünün dəyişdirilib yeni dam örtüyü ilə əvəz edilməsində, daha sonra evə dair lazımi sənədləri toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində evi Zərərçəkmiş şəxs adına sənədləşirilməsində, onun adma Çıxarış və Texniki Pasportun alınmasında, evi sənədləşdirdikdən sonra evə alıcı axtarılıb tapılmasında, sonradan ev söküntü ərazisinə düşdüyü üçün evin yerləşdiyi torpaq sahəsini alan "xxxx" MMC ilə evin alınmasına dair danışıqla aparılmasında, evin satılmasında və s. işlərin görülməsində Nərimandan kömək Cavadova söz vermişdir ki, vəkil tutub işi məhkəmədə yekunlaşdırandan sonra, eləcə də vərəsələrlə problemləri həll edəndən sonra, lazım gələndə digər vərəsələrə paylarına görə kompensasiya verib miras əmlakdakı paylarına xitam verildikdən sonra evi Nərimanın köməkliyi ilə satıb evin satışından əldə edəcəyi puldan 1/3-ni Nərimana ödəyəcək və Nərimanın borclarını qaytaracaq. X20 uzun müddət tanıdğı üçün, işlərə, çəkdiyi xərclərə görə gələcəkdə evin satışından əldə ediləcək pulun 1/3-nü ona ödəyəcəyi barədə söz verməsinə inanaraq Nisa Xanımın bu təklifi ilə razılaşmışdır. Bu razılaşmadan sonra Təqsirləndirilən şəxs Nisa Xanıma kömək etməyə başlamış, öz şəxsi vəsaiti hesabına vəkil pulunu, məhkəmə rüsumlarını ödəmiş, digər vərəsələrə kompensasiya şəklində pul ödəmiş, uzun-uzadı məhkəmə çəkişmələrindən X29ın miras əmlakdakı miras payı məhkəmə qaydasında müəyyən edilmiş, X29ın adına Çıxarış və Texniki pasport alınmış, X29ın evinin dam örtüyünü yenidən təmir etdirib yeni dam örtüyü ilə əvəz etmişdir. İş materiallarından da görünür ki, 2014-cü ildə Zərərçəkmiş şəxs özünə məxsus 3/12 hissəsinin satılması və lazımı sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi ilə əlaqədar onu dövlət orqanlarında təmsil etməyi, adından lazımi sənədləşmə işləri aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi, hazır sənədləri götürməyi, ona çatası çıxarışı və texniki pasportu almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün əməliyyatları icra etməyi işlərin görülməsi, lazımi X9 Xanımı nümayəndə qismində təmsil etmək üçün Nisa Xanım Notariat Orqanı vasitəsilə könüllü şəkildə Təqsirləndirilən şəxs etibarnamə vermişdir. İş materiallarından müəyyən edilir ki, etibarnamə əsasında və X11 tapşırığı ilə Təqsirləndirilən şəxs öz şəxsi vəsaiti hesabına evin sənədləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs vəkil tutmuş, vəkil xidmətinə görə tələb olunan bütün xərcləri ödəmişdir. Eyni zamanda ev sənədləşdirildikdən sonra digər vərəsə olan Nisa Xanımın qardaşının miras payına görə sonuncunun arvadı Solmaza 10000 ABŞ dolları məbləğində kompensasiya ödəmiş və sonuncunun miras qalmış evə olan hüquqlarına məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Həmçinin, iş materiallarında olan X11 öz xətti ilə yazdığı əl yazmalarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs şifahi tapşırığı əsasında Nəriman X5 toyuna təşkilatçılıq etmiş, öz şəxsi vəsaiti hesabına Nisa Xanımın qızına müxtəlif cehiz əşyaları, yataq mebeli və s. cehiz əşyaları almışdır, X16 xərclədiyi həmin pulları evi satandan sonra Nərimana qaytaracağına söz vermişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, 01 iyun 2019-cu il tarixdə X24 Cavadovun maşını ilə evin satılması üçün "xxxx" MMC-nə getmiş, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında söküləcək evin müqabilində ünvan 4 ünvanında yerləşən 50 saylı Notariat Kontorunda "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs 450000 manat məbləğində pul ödənilmiş, Nisa Xanım həmin pulu almış saxlamaq üçün Nərimana vermiş, sonra Təqsirləndirilən şəxs maşınında Nisa Xanım həmin puldan Nərimana gördüyü işlər, çəkdiyi xərclərin əvəzi olaraq həmin 450000 manat pulun 1/3-ni, yəni 150000 manatı Nərimana vermiş, özü isə həmin puldan 47000 manatını götürmüş, kirayədə yaşadığı üçün yerdə qalan 253000 manatı təhlükəsiz şəraitdə saxlaması üçün Təqsirləndirilən şəxs vermişdir. Bundan bir müddət X29 saxlanc üçün Nərimana verdiyi yerdə qalan (300000- 47000=253000) 253000 manat puldan guya bacısı qızı Şəfiqə üçün ev almaq adı altında 40000 manat məbləğində pulu Təqsirləndirilən şəxs götürmüşdür. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs yerdə qalan (253000- 40000=213000) 213000 manat puldan Nisa Xanıma ödəmək üçün 2021-ci ilin iyun ayında 30000 manat, 2021-ci ilin sentyabr ayında isə 40000 manat məbləğində pulu istintaq orqanına təqdim etmişdir. Hazırda X2 üçün nümayəndəsi Təqsirləndirilən şəxs verdiyi 300000 manat (X15 150000 manatı Təqsirləndirilən şəxs evin sənədləşdirilməsi və s. çəkdiyi xərclərlə əlaqədar yaranmış borclara görə könüllü olaraq qaytarmışdır) məbləğində puldan cəmi 143000 manat (300000-47000-40000-30000- 40000=143000) məbləğində pulu qalmışdır. Onu da məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, Təqsirləndirilən şəxs “COVİD-19” Pandemiyası ilə əlaqədar Nisa Xanımın saxlanc üçün ona verdiyi həmin 143000 manat pulu sahibkarlıq fəaliyyəti ilə bağlı işlərə sərf etmiş, lakin kommersiya uğursuzluğuna düçar olmuşdur. Sonradan, Nisa Xanım ondan əsassız olaraq həddindən artıq pul tələb etdiyinə görə qalıq pul məbləği ilə bağlı aralarında anlaşılmazlıq yaranmışdır. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs Nisa Xanımın saxlanc üçün ona verdiyi 143000 manat pulu zərərçəkmişə ödəməyə hazır olduğunu istintaqın ilk günündən bəyan etmişdir. Həmçinin məhkəmə gedişi zamanı tədqiq edilmiş disk görüntüsündə onların arasında mülki münasibətlərin olması, zərərçəkmiş şəxs X17 Cavadova 40000 manat borcu olmasını etiraf etməsi və bu barədə iş materiallarında əlyazmaların olması, həmin əlyazmaların Nisa Xanım tərəfindən yazılması sübuta yetirildi. Belə ki, məhkəmə iclasında Nisa Xanımdan soruşulduqda o, həmin əlyazmaların və imzaların ona məxsus olduğunu bildirdi. Eyni zamanda məhkəmə gedişi zamanı sübuta yetirildi ki, 4 ilə yaxındır ki, Nisa Xanımın kirayədə qaldığı evin kirayə haqqı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Həmçinin, Nisa Xanım məhkəmə gedişi zamanı sübuta yetirildi ki, Nisa Xanımın qızının toy və cehiz xərcləri də Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş bütün bunlar sübut edir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan münasibətlər tamamilə borc münasibətləri xarakteri daşımışdır, məhkəmə gedişində Təqsirləndirilən şəxs yerdə qalan 143000 manat borcunu da ibtidai istintaq dövründən etibarən, həmçinin məhkəmənin ilk günündən Nisa Xanıma qaytarmağa hazır olduğunu bildirmişdir. Həmçinin, məhkəmə gedişi zamanı Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə mülki iddia verilmişdir. İş materialları ilə tanış olarkən müəyyən olunmuşdur ki, həmin mülki iddia ərizəsi tərtib olunarkən Azərbaycan Respublikası MPM-nin 149-156-cı maddələrinin tələblərinə riayət olunmamış və dövlət rüsumu məhkəmə çıxışlarına qədər ödənilməmişdir. Belə olduğu halda mülki iddia baxılmamış saxlanılmalı idi. Dövlət ittihamçısı hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 09 il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etsə də, məhkəmə törədilmiş cinayətlə bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəsasını təyin edərkən onun yaşlı olmasını, ağır ürək xəstəsi olmasını, ürəyindən əmıiyyat olunmasını, təyin olunan cəzanın onun ailəsinə mənfi təsir göstərməsini və onun cəmiyyətdə olan nüfuzuna təsir göstərməsini nəzərə almamışdır. Sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham əsassızdır, qərəzlidir. Təqsirləndirilən şəxs Nisa Xanımın öz xahişi və tapşırığı əsasında və verdiyi etibarnamə əsasında nümayəndə qismində Zərərçəkmiş şəxs təmsil etmişdir, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan münasibətlər mülki xarakter daşıyır, ona görə ittiham aktı əsassız və qərəzlidir. Müdafiə tərəfi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi yoxdur, ona görə də onun barəsində bəraət hökmü çıxarılmalıdır. Zərərçəkmiş şəxs apelyasiya şikayətlərinə etiraz təqdim edərək, bildirmişdir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Belə ki, apelyasiya şikayətinin dəlilərində göstərilir ki, guya Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında münasibətlər təmamilə borc xarakteri daşımış va bu səbəbdən də, Təqsirləndirilən şəxs Mürșüd oğlunun X21 borcu 450.000 manat yox, 113 000 manat təşkil edir. Qeyd olunanlarla bağlı onu demək istəyir ki, tərəflər arasındakı məsələnin borc xarakter daşıması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu onu deməyə əsas verir ki, yazılanlar cəfəngiyyatdan başqa bir şey deyildir. Burda təqsirləndirilən șəxs Təqsirləndirilən şəxs Mürșüd oğlunun bir tək məqsədi olub, o da etibardan sui istifadə edərək aldatmaq və ona qarşı dələduzluq etməkdir. Bu səbəbdəndir ki, təqsirləndirilən șəxs Təqsirləndirilən şəxs Mürșüd oğlunun əməli AR CM-nin 178-ci maddəsi ilə tövsif edilmişdir. Bundan bașqa, apelyasiya şikayətinin dəlilərində göstərilir ki, iş materiallarından müəyyən edilir ki, 01 iyun 2019-cu il tarixdə X24 Cavadovun maşını ilə evin satılması üçün "xxxx" MMC-a getmiş, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında söküləcək evin müqabilində ünvan 5 ünvanında yerləşən 50 saylı Notariat Kontorunda *BG Residence" MMC tərəfindən Zərərçəkmiş şəxs 450 000 manat məbləğində pul ödənilmiş, Nisa Xanım həmin pulu almış saxlamaq üçün Nərimana vermiş, sonra Təqsirləndirilən şəxs maşınında Nisa Xanım həmin puldan Nərimana gördüyü işlər, çəkdiyi xərclərin əvəzi olaraq həmin 450.000 manat pulun 1/3-ni, yəni 150.000 manatı Nərimana vermiş, özü isə həmin puldan 47.000 manatını götürmüş, kirayədə yașadığı üçün yerdə qalan 253.000 manatı təhlükəsiz şəraitdə saxlamaq üçün Təqsirləndirilən şəxs vermişdir. Bununla bağlı onu qeyd etmək istəyir ki, qeyd olunanlar həqiqəti əks etdirmir, hamısı yalandir. O ifadəsində bildirmişdir ki, sənədi imzaladıqdan az sonra kassadan Nərimana dastələnmis vəziyyətdə pullar təqdim edildi. Nəriman aldığı pulları qara rəngli sellofan torbaya qoyduqdan sonra notariat kontorundan çıxıb sonuncunun avtomobilinə əyləşən zaman Nəriman aldığı pulların onun mülkünün pulları olduğunu dedi. O da həmin zaman avtomobildə şirkət tərəfindən evinin pulunun ödənildiyini bilib hansı məbləğdə pul verildiyini soruşduqda, Nəriman ona 450.000 manat pul verildiyini demişdir. Onlar təxminən on beş dəqiqə yol getdikdən sonra Nərimən avtomobili saxlamış, içərisində pul olan sellofan torbanin içindən bir bağlama pul götürmüş, lakin nə qədər götürdüyünü deməmişdir. Qalan pullari olduğu torbanı avtomobilin pəncərəsini açıb onlara yaxınlaşan qardaşı oğlu Xalidə verib təhlükəsizlik baxımından pulu verdiyini va pulu həmin günü axşam vaxtı götürəcəyini demişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məqsədi mənzilin satışından əldə olunan pulu ələ keçirmək, ona külli miqdarda ziyan vurmaq, pullarını dələduzluqla ələ keçirmək və sonda guya keçmişdə zərərçəkmişə müəyyən işlər görmüşdür, adı ilə onu özündən asılı vəziyyətə salmaq olmuşdur. Bundan bașqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində son olaraq bildirmişdir ki, "hazırda Nisa Xanma ümumilikda 143.000 manat borcu qalmışdır. Bununla bağlı onu demək istəyir ki, təqsirləndirilən Nariman Cavadov 143.000 manat borcu qaldığını deməklə əslində mənzilin satışından əldə olunmuş 450 000 manatı pərdələmək niyyəti güdür. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etmişdir ki, "Onlar Notariat kontorundan çıxdıqdan sonra avtomobildə Nisa xanım həmin pulu ona verərək, həmin məbləğdən 150.000 manat pulunun təmənnasız ona çatacağını, qalan 300.000 manatı isa borclarinı bağlamaq üçün ona verdiyini demişdir. Bundan bir neçə ay əvvəl o, Nisa Xanımdan 47.000 manat borc almışdır. Nisa Xanımın ona verdiyi 150.000 manatdan 47.000 manatı elə onun özünə qaytarmişdir. Belə bir sual yaranır: əgər özünündə birdirdiyi kimi 150.000 manat Nisa Xanım tərəfindən ona verilmişdisə və o, yerdə qalan 300.000 manat pulu Nisa xanımın özünə qaytarmışdısa sonradan 143.000 manat borc hansı formada yaranmışdır? Bir yaşlı qadın olaraq Təqsirləndirilən şəxs onun yaşlı, təqaüdçü olmağından sui-istifadə edərək evini şirkətə sataraq 450.000 manat pulunu mənimsəyib, hazırda o qızı ilə birlikdə evsiz qalmışıdır və kirayədə yaşayır. Hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlilər əsassız olduğundan apellyasiya şikayətləri təmin olunmamalıdır. Proses iştirakçılarının ifadələri və tərəflərin çıxışları: Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs bacısını tanımış, onunla qonşu olmuşdur. 1992-1993-cü illərdə Zərərçəkmiş şəxs özü də sonradan gəlib, həmin ünvanda ev alıb, sonradan onu da tanımışdır. Nə ehtiyacları olubsa ona kömək etmişdir. Zərərçəkmiş şəxs evi satmış və başqa ev almış, sonra o evi də satmış və Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yerləşən 5 saylı evə köçmüşdür. O ev onların ata mülkü olmuşdur, bacısı da o evə köçmüşdür. 2002-2003-cü ildən sonra o evdən köçmüş və kirayədə qalmağa başlamışıdır. 2006-cı ildə Zərərçəkmiş şəxs qardaşı rəhmətə gedəndən sonra qaradaşı arvadı ilə aralarında mülk mübahisəsi başlamışdır. 2006-ci ildə Elman adlı vəkili qeydiyyatda olanları ata mülkündən çıxarmaq üçün yanıma göndərmiş və o, vəkilin xərclərini ödəmişdir. Sonra Zərərçəkmiş şəxs deyib ki, ev satılandan sonra onun çəkdiyi xərci qaytaracaq. 8000 dollar o vəkilə pul verib. Daha sonra həmin vəkildən razı qalmadığından, Cavid Cəfərov adında başqa vəkil tutub. 2010-cu ildən ev satılana qədər o evlə bağlı bütün xərci o özü çəkib. Zərərçəkmiş şəxs Cavid Cəfərova etibarnamə vermişdi. Daha sonra o, 10 000 dollar Zərərçəkmiş şəxs qardaşı arvadı Solmaz Əzimovaya təzminat ödəmişdir. 2010-cu ildən sonra Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə qalmağa başlamış, o evi isə kirayəyə vermişdir. Sonuncu ata mülkü olan evi satmamış, sökməyə gələndə qiymətlə razılaşmamışdır. 2019-cu ildə Təqsirləndirilən şəxs ona deyib ki, bizneslə məşğul olur, pula ehtiyacı var, vəziyyəti yaxşı deyil. Nisa Xanım da evi danışıb, satıb. Sonra onu çağırıb, 47 min manat özünə götürüb qalan məbləği Təqsirləndirilən şəxs verib. 40 000 manat da bacısına ev almaq üçün götürüb. İki ildən sonra 2021-ci ildə Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə onun barəsində şikayət edib. Ondan sonra Təqsirləndirilən şəxs ilk sanksiyada 70.000 manat ödəyib. Onun Zərərçəkmiş şəxs ödədiyi 70.000 manatı da hesablayanda, sonuncuya 143.000 manat borcu qalıb. Onu da ödəyəcəkdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin qeyd etmişdir ki, Zərərçəkmiş şəxs 30 ildən çoxdur ki tanıyır. Aralarında olan münasibət qonşuluq idi. Solmaz Əzimovanı- zərərçəkmiş şəxsin qardaşı arvadını ata mülkündən qeydiyyatdan çıxarmaq üçün xərc çəkib. Evin təmirinə də pul verib. Bizneslə məşğul olmuş, həmin evə pul qoyurub pul götürürmüşdür. 2006-2010-cu illərdə həmin evə xərc çəkmiş, 2012-ci ildə uşağının toyunu, cehizinin hamısının pulunu o xərcləmişdir. Onu da ev satıldıqdan sonra həmin o puldan götürəcəkmiş. Məhkəmədə 8000 dollar və 12 000 manat vəkilə pul çəkib, cehizə də 12 000 manat, 10 000 manat da qardaşı arvadına təzminat vermişdir, bundan əlavə başqa vaxtlarda da pul vermişdir. 2002-ci ildən Zərərçəkmiş şəxs o evdən çıxıb. Qonşuluq əlaqəsi qalıb. O, 2019-cu ilə qədər pulu tələb etmirdi, çünkü evin satılmağını gözləyirdi.Sənəd məsələlərini o həll etmiş, Zərərçəkmiş şəxs 450 000 manata evi özü notariusda satıb, pulu notariusda zərəçəkmiş şəxs özü götürmüş, hansı notarius olduğunu xatırlamır. Pulu ona yaşadığı evin aşağısında vermişdir. Zəng vurmuş, düşüb blokun qarşısında pulu götürüb. 150 000 manat öz pulunu verib, danışığıqları belə olub. Pulun 1/3 hissəsini o götürəcəkmiş. Ev satılmasaydı, pul da olmayacaqdı, gözləyəcəkdi. X27 300 000 manatdan 47 000 manat həmin an götürüb, 40 0000 manat da sonradan bacısı üçün götürüb. 450 000 manatın 150 000 manatın öz pulu olduğunu dedi. Qalan pulu Zərərçəkmiş şəxs ona borc kimi verib. Bilirmiş ki, pula ehtiyacı var. Ona deyib ki, işlərini qaydasına salandan sonra pulu qaytararsan. O, Dərnəgüldə tikinti materialı satırmış. Pulu da ona evin həyətində verib. Zərərçəkmiş şəxs blokun qabağında 47 000 manatı götürüb. Onun barəsində şikayət eləməsinin səbəbi o idi ki, o, pulu qaytarmamışdır. 2 il sonra şikayət edib. Pulun qaytarılması ilə bağlı vaxt müəyyən edilməyib. Pandemiya vəziyyəti yarandığından, çətin vəziyyətə düşmüş. Əlində olanları sata bilməyib, ona görə də pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs notariusa 2019-cu ildə özü gedib. Təqsirləndirilən şəxs aparmayıb, notariusda o iştirak etməyib. Zərərçəkmiş şəxs 450 000 manat almamış, 253 000 manat almışdır. Həmin 450 000 manatın qalanı onun öz pulu olub. 450 000 manat puldan 150 000 manat özünün olub, 300 000 manatdan 47 000 manatı Zərərçəkmiş şəxs həmin an götürüb, onda 253 000 manat qalıb, sonra da 40 000 manat bacısı üçün götürüb. Onun hal-hazırda Zərərçəkmiş şəxs 143 000 manat borcu qalıb. Birinci instansiya məhkəməsində məbləğ yadından çıxdığı üçün, 173 000 manat demişdir. Apelyasiya icraatında zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildrimişdir ki, 1973-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi onun şəxsi mülkü olub. Baba mülkü deyil, şəxsi öz əmlakı olub. Təqsirləndirilən şəxs bacısıgilin qonşusu olub. Onun Binədə də, başqa yerdə də evim olmuşdur. Amma həmin ev öz mülkü olub, 2014-cü ildən evə söküntü üçün gəliblər. X18 yanında olub. Qiymətlə razılaşmadığından evi satmamış. Onu yola gətirmək üçün birinci evin pilot olduğunu demişlər, sonra aldada bilməyiblər. Təqsirləndirilən şəxs tez-tez evlə maraqlanıb. Təqsirləndirilən şəxs ona deyib ki, ona etibarnamə versin, sənəd işlərinə o baxsın. Onun yoldaşı və qardaşı rəhmətə gedib. 2014-cü ildə Memar Əcəmi metrosunun altında Təqsirləndirilən şəxs etibarnamə vermiş. Yalnız sənəd işi üçün, mülki satış üçün yox. Kupça, texpasport, bütün sənədləri ondan alıb. 2019-cu ilin may ayında zəng edib ki, qızlar gəlsin bir də bacısı notariusda imza atsınlar ki, mülkü satmaq üçün narazı deyillər. Təqsirləndirilən şəxs onları Xalqlar Dostluğunda notariusa aparmış, bacısına və uşaqlara qol çəkdirmişdir, qızı soruşub ki, “anama niyə imzalatdırmırsan”. Təqsirləndirilən şəxs da deyib ki, “anan sonra imzalayacaq”. Qızı ailəlidir, Xalqlar Dostluğunda yaşayır, çörək almağa getdiyi vaxt, 01 iyul 2019-cu ildə Təqsirləndirilən şəxs ona zəng edib, deyib ki, düşsün aşağı, gedib notariusa bir sənədə imza atacaq. Uzaq bir yerə- köhnə notariusa onu gətirmiş, bir oğlan əlində qara paketlə gəlmiş, paçka-paçka pulları kassaya vermişdir. Təqsirləndirilən şəxs ona deyib ki, gəlsin yaxınlaşıb imza atsın. Eynəyi yanında olmadığından gözü görməyib. Haranı imzalamağı soruşub, Təqsirləndirilən şəxs göstərib və o da imzalayıb. Şəklini çəkmişlər, Təqsirləndirilən şəxs pulları selofana qoymuş və demişdir ki, “Nisa Xanım 450 000 manata mülkü satdım”. Sonra onu evə aparıb, maşına oturmuş, Təqsirləndirilən şəxs 15 dəqiqədən sonra qabaq pəncərədən bir bağlama pulu kiməsə vermişdir. Oğlanın Təqsirləndirilən şəxs qardaşı oğlu Xalid olduğunu pəncərədən görüb, təqsirləndirilən ona narahat olmamasını, pulu axşam gətirəcəyini, evi sabah gedib ala biləcəklərini bildirib. Nəriman 2018-ci ilin ortalarında baldızından 47 000 manat borc pul almışdı. Evə gəldikdə Nəriman ona 40 000 manat həmçinin 7000 manat verib, demişdir ki, 47 000 manat baldızının borcunu ver. 50 manat da çörək pulu verib. Evə gəlib, qızı ondan harada olduğunu soruşduqda, Təqsirləndirilən şəxs evi satdığını, sabah pulu götürüb ev almağa gedəcəklərini bildirib. İcra hakimiyyətinə getmiş, evlə bağlı razılaşma olmuş və ona deyilib ki, sabah pulu gətirsin, kupça veriləcək. Zəng eedib Nərimana, evi tapdığını bildirib, Gözəl Bakı Firmasından Elmar müəllimin nömrəsini vermişdir. Sabahı gün ona zəng gəlib ki, Təqsirləndirilən şəxs gəlmiş, Elmar müəllimlə danışmış, pulu gətirəcəyini demişdir. Nəriman deyib ki, sabah pulu aparacaq. 01 ay keçmiş ancaq pulu verməmişdir, avqustu gözləməli olduğunu- 500 000 manat bir nəfərdən, 600 000 manat başqasından alacağını demiş və pulu qaytaracağını bildirmişdir. Elmar müəllim ona deyib ki, 01 aydan artıq evi saxlaya bilməz. X26 Cavadov pulun olmadığını, nə vaxt olsa qaytaracağını bildirmiş, o isə cavabında qeydiyyatsız evdə yaşadığını evlərin satıldığını demişdir. Təqsirləndirilən şəxsin qızı onu hədələmiş, həmçinin təqsirləndirilənin bacısı oğlu Nərimana borc verdiyini, gəlib getməməsini demişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs verilmiş suallara cavabında həmçinin qeyd etmişdir ki, əlində olan əlyazma ona aiddir. Müdafiəçinin göstərdiyi yazılar ona aid deyil. 2006-cı ildə 2000 ABŞ dolları, 2012-ci ildə 2000 AZN cehiz üçün, 2485 manat və 3000 manat Saloğlu Mebeldə yataq dəsti üçün, Kredit Kontaktda 12 ay müddətli ayda 75 manatümumilikdə 1200 manat Təqsirləndirilən şəxs almışdır. Vəkil Elman ondan 5000 manat pul almış, həmin 5000 manat onun öz pulu olmuşdur. Qardaşının arvadını həmin mənzildən qeydiyyatdan çıxarmaq üçün Cavid Cəfərova 10000 manat pul verilməsi ilə bağlı məlumatı və xəbəri yoxdur. Evin şifarişinin düzəldilməsi üçün, 70 ədəd və hər biri 01 manat olmaqla, ümumilikdə 70 manat Nərimandan almışdır. Solmazın qeydiyyatdan çıxarılması üçün 2000, 3000, 2000 ABŞ dolları məbləğində pul verilməsindən xəbəri yoxdur. Cavid Cəfərova etibarnamə vermişdir. 2019-cu ildə 40 000 manat Təqsirləndirilən şəxs almamışdır. Ümumilikdə onun Təqsirləndirilən şəxs borcu yoxdur. Aldığı bütün pulları qaytarmışdır. Hamsının qarşısından yazmışdır ki, ödənilib, borc bitdi. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi razılaşma olmayıb. Ev satıldıqdan sonra 150.000 manat ona verəcəyinə söz verməyib. Təqsirləndirilən şəxs 30 ildir ki tanıyıb, özü ondan etibarnamə verməyini istəyib, o da verib. O Nəriman Cvadova etibar edib, ona inanıb. Niyə etibarnamə istədiyini ondan soruşmayıb. Sənədi imzalayıb amma Təqsirləndirilən şəxs ona evin satılması ilə bağlı sənəd oluğunu deməmişdir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)- 413/2023 saylı hökmünün ləğv edilərək, təqsirləndirilən şəxsə əməlində cinayət tərkibi olmadığından bəraət verilməsini və mülki iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Apelyasiya icraatında zərərçəkmiş şəxs və onun müdafiəçisi Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)-413/2023 saylı hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığından hökmün apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Qeyd edilən Məcəllənin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)-413/2023 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CPMnin 42-ci maddəsinə əsasən bəraət hökmü çıxarılması barədə təqsirləndirilən şəxsin müdafiəçilərinin apelyasiya şikayətlərinin dəlilləri, müdafiəçi və təqsirləndirilən şəxsin apelyasiya icraatında çıxışlarında qeyd etdikləri ilə əlaqədar bildirir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan mötəbər sübutları tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, zərərçəkmiş şəxs, şahid ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sübutlarla tamamilə sübuta yetirilməsi barədə düzgün qənaətə gəlmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən və işin faktiki hallarından bir daha təsdiq edilir ki, birinci instansiya məhkəməsində iş üzrə sübutlar qanunauyğun qaydada araşdırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-nin 178.3.2-ci maddəsi düzgün tövsif edilmiş, o, ittiham olunduğu CM-nin maddəsinə əsasənözgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətmişdir. Həm birinci instansiya, həm də apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək apelyasiya icraatında da ifadəsində ona elan edilmiş ittihamla razı olmadığını bildirmiş, həmçinin zərərçəkmiş şəxslə aralarında olan münasibətin borc münasibəti olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı apelyasiya icraatında verdiyi ifadəsini iş üzrə araşdırılmış ittihamı təsdiq edən sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun həmin ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini qeyd edir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kolegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılaraq sübuta yetirilmiş, ona həmin maddə ilə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədiyindən apelyasiya şikayəti həmin hissələrdə əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası, həmçinin iş üzrə mülki iddianın baxılmamış saxlanılmasına dair təqsirləndirilən şəxsin müdafiəçilərinin apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi mülki iddianı qismən təmin edərkən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs 450 000 (dörd yüz əlli min) manat zərər vurulmasının sübuta yetirildiyini qeyd edib, əsaslı olaraq eyni zamanda hesab etmişdir ki, zərərçəkmiş şəxsə vurduğu maddi zərər və mülkü iddia vermək üçün zərərçəkmişin ödədiyi rüsumu Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs verilməlidir. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğunun olmaması, vurduğu zərərin 40.000 (qırx min) manat hissəsini zərərçəkmiş şəxsə ödəmək məqsədi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabına depozitə qoyması, qeydiyyatda olduğu yer üzrə verilən xasiyyətnamədə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıb, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməyərək, törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası təsvir edilənlərdən çıxış edərək işin hallarını nəzərə alıb, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 1(101)-413/2023 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar