Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(103)-1356/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Ariz oğlunun və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmünə əsasən ## ###### 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə ekspertiza sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2022-ci il tarixdən ## ### 2022-ci il tarixədək, ## ###### 2022-ci il tarixdən ## ###### 2022-ci il tarixədək tutulduğu cəmi 03 (üç) gün müddətin təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1(bir) il, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ### 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və mülki iddia məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2015-ci ilin aprel ayından ## ###### 2019-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin böyük eksperti vəzifəsində R xüsusi rütbəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat İdarəsinin icraatında ibtidai istintaqı aparılmış cinayət işi üzrə ## ###### 2018-ci il tarixli qərarla təyin edilmiş məhkəməəmtəəşünaslıq, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının tədqiqatı prosesində qərarda qeyd olunan zərgərlik məmulatlarının orta pərakəndə bazar qiymətini tərtib edəcəyi ekspert rəyində ümumilikdə 50.000 manatdan az qeyd edəcəyinə dair vəd edib, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ## ###### 2018-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaxınlığında yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında vətəndaş Zərərçəkmiş şəxs şahid3 yanında sonuncunun idarə etdiyi “Mercedes-Benz ML” markah, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobildə 10.000 ABŞ dolları həmin dövrün məzənnəsinə uyğun olaraq 17.000 manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prossesual müddət ötürülməklə verildiyindən hərəkətsiz saxlanılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti iş materialları ilə birlikdə Bakı Səbail Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023cü il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 399-404-cü maddələrində göstərilən əsaslar mövcuddur, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. İddia olunan məkana dair ibtidai istintaq və məhkəmə prosesləri zamanı mobil telefon nömrələrinin anten dairələrinə dair tərəfindən verilmiş vəsatət təmin edilmiş olsa da, texniki imkanların məhdud olması səbəbilə həmin tarixdə göstərilən ərazidə olmağına dair hər hansı məlumat əldə edilməmişdir. Bununla da iddia olunan məqam öz təsdiqini tapmadığından həmin sübut onun xeyrinə həll edilməli idi. Ekspetiza rəyi faktiki olaraq ibtidai və məhkəmə istintaqında tədqiq edilməmişdir. Bakı şəhər BPİ istintaq və təhqiqat idarəsinin icraatında olmuş ********* nömrəli cinayət işi üzrə ekspertiza rəyində əşyaların dəyəri nəzəri olaraq 46.000 manat, həmin əşyalar istintaqın öz mülahizəsinə əsasən 63.440 manat, həmin iş üzrə zərərçəkmiş şəxsin ifadəsinə görə əşyaları 107.390 manat dəyərində qiymətləndirilmişdir. Bununla da ekspertiza rəyi 50.000 manatdan aşağı təyin edilmişdir. Faktiki olaraq ekspertiza rəyi ## ###### 2018-ci il tarixdə tərtib edilmiş və təqsirləndirilən şəxs R.Tarverdiyev onunla tanış edilmişdir. Lakin iddia olunan pulun istənilib alınması isə ## ###### 2018-ci il tarixinə təsadüf edir. İddiaçı tərəflər artıq rəy ilə tanış olduqdan sonra rəyi onların istəyinə uyğun tərtib etməyini istəmələri ziddiyyətli haldır. İttihamda cinayətin törədildiyi tarix konkret olaraq göstərilmədiyindən həmin halın yoxlanılmasını mümkünsüz edir və faktiki olaraq təqsirləndirilən şəxsin xeyrinə şərh edilməli idi. Ekspertiza fəaliyyəti zamanı proseslərə dair cinayət prosesi iştirakçıları olmayan şəxslərin məlumatlı olması, yəni materialların konkret olaraq hansı ekspertdə olması yolverilməz olduğu kimi də məxfidir. Bu halda iddiaçıların Təqsirləndirilən şəxs bu iş üzrə rəy verəcəyinə dair məlumatlarının mənbəyi araşdırılmamışdır. Şahid şahid2 Oktay oğlunun və şahid1 ifadələri CPM-nin müvafiq maddələrinə uyğun qiymətləndirilməmişdir. Belə ki, şahid2 iddia olunan məsələ ilə bağlı məlumatlı olmadığını bildirmiş, şahid1 da ibtidai istintaq zamanı tərəfindən verilmiş ifadədən xəbərsiz olduğunu, müstəntiq tərəfindən tərtib edildiyini qeyd etmiş, məhkəmə iclasında iddia olunan məqamla bağlı məlumatsız olduğunu vurğulamışdır. Lakin məhkəmə hökmündə məhkəmə istintaqında verilmiş ifadəni qəbul etməyərək ibtidai istintaqda olan ifadəyə istinad edib onu mötəbər sübut kimi qəbul etmişdir. Baxış keçirilməsi haqqında ## ###### 2021-ci il tarixli protokol CPM-in 143-146-cı maddələrinə uyğun qiymətləndirilməmişdir. Belə ki, zərərçəkmiş qismində tanınmış Zərərçəkmiş şəxs iştirakı ilə Səbail rayonu Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında çəkilmiş fotoşəkillərdə iddia olunan cinayət əməlinin izlərinə dair hər hansı əlamət aşkarlanmamış olmasına baxmayaraq məhkəmə həmin şəkilləri və protokolu onun əleyhinə mötəbər sübut kimi qiymətləndirmişdir. Bundan əlavə, cinayət işi materiallarında olan email və imessage yazışmalarına dair “screenshot” şəkillərində qarşı tərəfin Təqsirləndirilən şəxs olduğunu göstərən hər hansı texniki göstəricilər müəyyən edilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən məhkum Təqsirləndirilən şəxs Ariz oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Hazırki iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlilləri qismində ona istinad olunan cinayət əməlini törəmədiyini qeyd edərək məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu norması düzgün tətbiq edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlunun Rahid Tarverdiyevin barəsində olan cinayət işi üzrə məsuliyyətinin yüngülləşdirmək məqsədilə 2018-ci ilin dekabr ayında xalası oğlu Fikrətlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə gedərək iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının Təqsirləndirilən şəxs tərəfindən aparılmasını öyrənmişlər. Fikrət əvvəllər vəkil işlədiyindən demək olar ki, ekspertlərin hamısını tanımışdır. Fikrət Təqsirləndirilən şəxs vəziyyəti izah edərək bildirmişdir ki, dəymiş maddi ziyanın məbləğini 50.000 manatdan aşağı yazmaq lazımdır. Arif razılaşaraq bunun üçün 10.000 ABŞ dolları alacağını bildirmişdir. ## ###### 2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısında qohumu şahid3 idarə etdiyi “Mercedes-Benz ML” markalı avtomaşında arxa oturacaqda şəxsən Təqsirləndirilən şəxs 10000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxt o, sərnişin yerində qabaq oturacaqda, şahid3 sükan arxasında Təqsirləndirilən şəxs isə həmin maşında arxa oturacaqda əyləşmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək, müvafiq ekspertiza rəyində müəyyən qrafalarda heç bir qeydiyyat işi aparmayaraq, «0» rəqəmlərini qeyd etdiyindən qızıl-zinət əşyalarının ümumi qiyməti rəydə 43590,0 manat yazılsa da, istintaq tərəfindən 107390 manat kimi nəzərə alınmış və bu səbəbdən oğlu Rahidə ağır maddə ilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bundan sonra Fikrət özü də dəfələrlə Ariflə görüşmüş və sonuncudan aldığı pulların qaytarılmasını bildirmişdir. Nəticədə isə Təqsirləndirilən şəxs ümumiyyətlə ondan pul almadığını bildirərək, pulu verməyəcəyini bildirmişdir. Şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, 2018-ci ildə qohumu Zərərçəkmiş şəxs oğlu Rahid Tarverdiyevin cinayət işinin istintaqı aparılmışdır. Həmin ərəfədə Zahid ona sözügedən cinayət işi üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edildiyini və ekspertlə danışıb rəydə vurulmuş ziyanın məbləğini 50000 manatdan aşağı göstərildiyi təqdirdə oğluna ağır maddə ilə ittiham elan olunmayacağım bildirmişdir. O, Zahidlə birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə yollanmış və orada onlara məlum olmuşdur ki, məhkəməəmtəəşünaslıq ekspertizasının aparılması Təqsirləndirilən şəxs həvalə edilmişdir. O, Təqsirləndirilən şəxsla söhbət etmiş və Arif 10000 ABŞ dolları müqabilində rəydə ziyanın məbləğini 50000 manatdan aşağı göstərəciyini bildirmişdir. ##.##.2018-ci il tarixdə Zahidlə birlikdə onun idarə etdiyi “Mercedes-Benz ML” markalı avtomobillə Məhkəmə Ekspertizası Mərkəzinin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs gələrək onun idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobildə Zərərçəkmiş şəxs 10000 ABŞ dolları məbləğində pul vəsaitini Arifə vermişdir. Lakin bundan sonra, onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməmişdir. Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq pulun qaytarılması üçün möhlət istəmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs bütün telefon əlaqələrini kəsərək görüşməkdən boyun qaçırmağa başlamışdır. O, dəfələrlə Arifə sms vasitəsi ilə pulun qaytarılması barədə yazmış, lakin heç bir nəticə əldə etməmişdir. Zahid və o, hətta Arifin işlədiyi yerə dəfələrlə gedərək Arifin özü ilə və onun rəhbərliyi ilə görüşərək pulun qaytarılmasını tələb etsələr də Arif pulu qaytarmamışdır. İş materiallarında olan ## ###### 2022-ci il tarixli əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında olmuş *(***)-***/**** nömrəli cinayət işinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər BPİ-nin İstintaq şöbəsinin icraatında olmuş ********* nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində 355/19 nömrə altında qeydə alınmışdır. Cinayət işi Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, R Orxan Səmədov tərəfindən ##.##.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 182.2.1-ci maddəsi ilə başlanmışdır. Həmin iş üzrə ##.##.2018-ci il tarixdə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası ƏN-nin MEM-nin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qərarında sadalanan qızıl zinət əşyalarının nəzəri hesablama yolu ilə 2016- cı ilin iyun-oktyabr ayında orta bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual öz əksini tapmışdır. Azərbaycan Respublikası ƏN-nin MEM-nin İqtisadi Ekspertizalar şöbəsinin böyük eksperti vəzifəsində işləmiş Təqsirləndirilən şəxs Ariz oğlu tərəfindən tərtib edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının ## ###### 2018-ci il tarixli ***** nömrəli rəyindən görünür ki, ekspert tərəfindən nəzəri hesablama yolu ilə yalnız üzərində brilliant qaşları olmayan qızıl əşyalarının çəkiləri müvafiq olaraq 583 əyarlı olduğu halda 30 manata, 750 əyarlı olduğu halda 40 manata vurulmaqla 2016-cı ilin iyun-oktyabr ayına olan orta bazar qiyməti hesablanıb müəyyən edilmiş, üzərində brilliant qaşları olan qızıl-zinət əşyaları ilə bağlı isə əmtəə-keyfiyyət göstəriciləri kifayət etmədiyi üçün qiymətləndirmə aparılmadığı qeyd edilmişdir. ##.##.2018- ci il tarixdə təqsirləndirilən şəxs X2 ekspertiza rəyi ilə tanış olduqdan sonra vəsatət verərək rəylə razı olmadıqlarını, siyahıda göstərilən qızıl zinət əşyalarının orta bazar qiymətinin real dəyərindən 2-3 dəfə artıq müəyyən edildiyini bildirmişdir. Həmin tarixdə Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, R Orxan Səmədov tərəfindən vəsatətə baxılmış və vəsatətin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan ## ### 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə sonuncunun üzünə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində dəymiş maddi ziyanın məbləğini 50.000 manatdan aşağı yazılması üçün ondan 10.000 ABŞ dollar pul tələb etdiyini, buna görə də, ## ###### 2018-ci il tarixdə Mərkəzin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısında qohumu şahid3 idarə etdiyi “Mercedes-Benz ML” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşında arxa oturacaqda şəxsən Təqsirləndirilən şəxs sellofana bükülmüş vəziyyətdə 10000 ABŞ dolları məbləğində pul verdiyini, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək pulu ələ keçirdiyini göstərməklə sonuncunu törətmiş olduğu cinayət əməlində ifşa etmişdir. İş materiallarında olan ## ### 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şahid şahid3 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə sonuncunun üzünə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində dəymiş maddi ziyanın məbləğinin 50.000 manatdan aşağı yazılması üçün Zərərçəkmiş şəxs 10.000 ABŞ dollar pul tələb etdiyini, buna görə də, ## ###### 2018-ci il tarixdə Mərkəzin yaxınlığında Yeni Azərbaycan Partiyasının yerləşdiyi binanın qarşısında onun idarə etdiyi “Mercedes-Benz ML” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşında Zərərçəkmiş şəxs şəxsən Təqsirləndirilən şəxs sellofana bükülmüş vəziyyətdə 10000 ABŞ dolları məbləğində pul verdiyini, lakin Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək pulu ələ keçirdiyini göstərməklə sonuncunu törətmiş olduğu cinayət əməlində ifşa etmişdir. Məhkəmə kollgiyası Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsinin iclasında, həm apellyasiya şikayətində, eləcə də hazırki apellyasiya baxışı zamanı özünü təqsirli bilməməsi barədə mövqeyi ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq onun həmin mövqeyini özünü müdafiə xarakterli ifadə kimi qəbul edərək əsassız saymışdır. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində də iş materiallarında olan sübutların mötəbərliyini mübahisələndirməklə özünü təqsirli hesab etməsə də, həmin dəlillərini təsdiq edən əsaslı sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən ona bəraət verilməsi üçün əsas olan hər hansı əsaslı dəlil müəyyən olunmamışdır. Qeyd olunanın əksinə, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materiallarında olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, eləcə də digər maddi sübutlar Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsini tam şəkildə sübut edir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şikayətinin dəlilləri ilə razılaşmayaraq onun təqsirli olmasını sübut edən halları təkzib edən hər hansı bir dəlil müəyyən etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli mübahisələndirilən hökmündən göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə ekspertiza sahəsində fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ## ### 2022-ci il tarixdən ## ### 2022-ci il tarixədək, ## ###### 2022-ci il tarixdən ## ###### 2022ci il tarixədək tutulduğu cəmi 03 (üç) gün müddətin təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1(bir) il, 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 09 satlı Cəzçəkmə Müəssisəsinin ##.##.2025-ci il tarixli, *-**-**/**/*-***/**** saylı məktubundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.3. və 178.2.4-cü maddələrinə əsasən 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş şəxs Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ## ###### 2018-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yaxınlığında yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasının qarşısında vətəndaş Zərərçəkmiş şəxs şahid3 yanında sonuncunun idarə etdiyi “Mercedes-Benz ML” markah, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobildə 10.000 ABŞ dolları həmin dövrün məzənnəsinə uyğun olaraq 17.000 manat məbləğində pul vəsaitini alıb dələduzluq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş materiallarında olan ## #### 2022-ci il tarixli cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan “ittiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” və cinayət işi üzrə icraataın dayandırılması haqqında qərarlardan görünür ki, ## ##### 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. ##.##.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail RPİ-nin MSY-nə təhvil verildiyindən həmin tarixdə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” və cinayət işi üzrə icraataın dayandırılması haqqında qərarlardan görünür ki, ## ####### 2022ci il tarixdə Təqsirləndirilən şəxs barəsindən axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. ##.##.2022-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Səbail RPİ-nin MSYnə təhvil verildiyindən ##.##.2022-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsindən hazıki vaxta qədər (təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraatın dayandırıldığı müddətlər çıxılmaqla) 07 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələrinin sanksiyasına əsasən dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza tədbiri nəzərə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəllənin 44.2-ci maddəsinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə ki, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığın ifadə olunması məsələsinə cinayət-prosessual qanunvericilikdə diqqətlə yanaşılmış, müxtəlif subyektlər dairəsi üçün də fərqli prosessual qaydalar nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan normalara Konstitusiya Məhkəməsi Plenumu tərəfindən də münasibət bildirilmiş və “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli Qərarında da göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən Cinayət-Prosessual Məcəllənin 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Bununla yanaşı, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq Cinayət-Prosessual Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır (Cinayət-Prosessual Məcəllənin 44.2.1-ci maddəsi). Cinayət- Prosessual Məcəllənin 43.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda məhkəmə müdafiə tərəfinin razılığı ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 42-ci bəndinə görə, Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və Cinayət-Prosessual Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1- 1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsinə və yaxud 39.1.5ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsindən hazıki vaxta qədər (təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işi üzrə icraatın dayandırıldığı müddətlər çıxılmaqla) 07 ildən artıq müddət keçmişdir ki, hazırki halda məhkəmə tərəfindən onun barəsində cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar və ya ona cəza təyin etməməklə ittiham hökmünün (müdafiə tərəfinin razılığı olmadıqda) çıxarılması üçün hüquqi əsaslar yaranmışdır. Bununla belə, apellyasiya instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona bəraət verilməsini xahiş etməklə cinayət təqibinə xitam verilməsi barədə razılığının olmamasını və onun hazırda mübahisələndirdiyi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından ##.##.2025-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində ona cəza təyin etməməklə ittiham hökmünün çıxarılmasının məqsədəmüvafiq və hüquqi cəhətdən məntiqli olmaması qənaətinə gəlir və hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ##.##.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 25 (iyirmi beş) saat üçün cəmi 275 (iki yüz yetmiş beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Faiq Qəniyev Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-1356/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1356/2025
07.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver