Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1357/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X8 və X12 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X6, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Sabirabad rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1(071)- 90/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2.000 manat cərimə cəzasına məhkum edilmiş, “28 May-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasından azad edilərək qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilmiş, Hacıqabul rayonu, Qarasu kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.2.2, 29,178.2.4 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 27 avqust 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, iş üzrə maddi sübut kimi tanınmış Şahid1 tərəfindən istintaqa təqdim edilmiş 24 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “McDonalds” restoranının yaxınlığında yerləşən kafedə Təqsirləndirilən şəxsla görüşləri zamanı qeydə alınan video görüntünün yükləndiyi 1 ədəd CD daşıyıcısı, “Azercell Telekom” və "xxxx" MMC-lərdən daxil olmuş 2 ədəd CD disklər, Şahid12 tərəfindən istintaqa təqdim edilmiş, içərisində Təqsirləndirilən şəxsla aralarında olan səs yazılarının, aralarında olan SMS yazışmalarının və köçürmə yolu ilə Təqsirləndirilən şəxs göndərdiyi pulların qəbzlərinin elektron formada saxlanıldığı elektron yaddaş daşıyıcısının cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə anadangəlmə qüsurlu övladı X9 xəstəliyinə görə pensiya təyin edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin noyabr-dekabr aylarında özünə müraciət etmiş sonuncunun anası Şahid13 ilə Şirvan şəhərində görüşləri zamanı özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək özünün geniş əlaqələrə malik olduğunu ona yalandan bildirib, həmin əlaqələrindən istifadə edərək Ceyhun Sərhədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.500 manat məbləğində pul vəsaitinin özünün yaxın münasibətdə olduğu vəzifəli şəxsə rüşvət qismində verilməsi müqabilində həmin məsələni 2021-ci ilin yanvar ayınadək müsbət həll edəcəyini, yəni Ceyhun Sərhədovun həmin tarixdən pensiya ala biləcəyini yalandan bildirməklə görəcəyi işlə bağlı özünə inam yaradıb, Şahid13 ilə razılaşmaqla sövdələşib, həmin adla 2020-ci ilin dekabr ayının ortalarında cinayətdən xəbərsiz dostu, Şahid13 bacısı oğlu Şahid17 ilə birlikdə Şahid13 yaşadığı Şirvan şəhəri, ünvan 2 ünvanında görüşləri zamanı ondan 3.500 manat məbləğində pul vəsaitini alaraq, əldə etdiyi həmin pul vəsaitini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid13 məxsus cəmi 3.500 (üç min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Ceyhun Sərhədovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid13 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid14 xəstəliyə görə pensiya düzəldilməsinə köməklik göstərilməsi üçün 2020-ci ilin dekabr ayında özünə müraciət etmiş sonuncunun oğlu Şahid12 ilə Şirvan şəhərində görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətli şəxsi kimi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda yüksək vəzifədə işləyən yaxın tanışının olduğunu yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid14 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid14 pensiya ala biləcəyini Şahid12 yalandan vəd edərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla, 2021-ci ilin yanvar ayının əvvəllərində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində görüşləri zamanı həmin adla 1.000 manat pulu Şahid12 alıb, eyni niyyətlə, 2021-ci ilin yanvar ayında Hacıqabul rayonunda yerləşən “Qədir-Xum” restoranında görüşləri zamanı xəstəliyi olan, pensiya yaşına az qalmış, 3 övladı olan başqa şəxslərə də pensiya almalarında köməklik göstərə biləcəyini Şahid12 bildirdikdən sonra sonuncu həmin vaxt dayısı arvadı Şahid15 3 övladı olduğunu, sonuncuya pensiya düzəldilməsində köməklik göstərməsi barədə özünə müraciətindən sonra 3 övladı olduğuna görə Şahid15 da pensiya düzəldə biləcəyini yalandan bildirib tanışı olan vəzifəli şəxsə sonuncunun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni Şahid15 pensiya ala biləcəyini Şahid12 yalandan vəd edərək, hər iki məsələni 2021-ci ilin mart ayınadək müsbət həll edəcəyini, yəni Şahid14 və Şahid15 həmin tarixdən pensiya ala biləcəklərini Şahid12 yalandan vəd edərək görəcəyi işdə özünə inam yaradaraq, qalan pul vəsaitlərini ona öz adına və cinayətdən xəbərsiz tanışları X11 və X7 adına olan bank hesablarına göndərməyini bildirərək "xxxx" ASC-yə məxsus olmaqla özünün 4****1371 nömrəli plastik kartının, Sevinc Kərimovanın 4****4654 nömrəli plastik kartının və Fatma Sultanovanın 6****9704 nömrəli plastik kartının rəqəmlərini “Whatsapp” ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrəsindən Şahid12 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə göndərərək sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla Şahid12 tərəfindən xx.xx.2021-ci il tarixdə 120 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021ci il tarixdə 600 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 600 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 150 manat pul vəsaitinin Hacıqabul rayonundan, xx.xx.2021-ci il tarixdə 100 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 650 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 100 manat pul vəsaitinin Şirvan şəhərindən, xx.xx.2021-ci il tarixdə 150 manat pul vəsaitinin Sabirabad rayonundan olmaqla, ümumilikdə 2.470 manat pul vəsaitini, habelə qalan 2.030 manat pul vəsaitini də 2021-ci ilin yanvar-fevral ayları ərzində hissə-hissə həmin kart hesablarına göndərməsinə nail olub, qeyd edilən pul vəsaitini "xxxx" ASC-nin ayrı-ayrı bankomatlarından çıxarmaqla, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid12 məxsus cəmi 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid14 və Şahid15 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid12 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı, İmişli rayon sakini Şahid1 övladı X13 Apellyasiya Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 144.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə həbsdən azad edilməsində köməklik göstərilməsi üçün 2021-ci ilin aprel ayında özünə müraciət etmiş Şahid1la Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Uğur” kafesində görüşləri zamanı sonuncuya özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi yalandan təqdim edərək, Şirvan Apellyasiya Məhkəməsinin icraatında Şahid1 övladı Elməddin İbrahimovun Azərbaycan Respublikası CM-nin 144.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sonuncunun həbsdən azad edilməsinə köməklik göstərə biləcəyini və həmin işə baxan vəzifəli şəxs olan hakimlə yaxın münasibətlərinin olmasını, həmin məsələni qısa müddətdə həll etmək imkanında olduğunu Şahid1 yalandan bildirib özünə qarşı inam yaratdıqdan sonra həmin məsələnin müsbət həlli üçün qeyd edilən hakimə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Elməddin İbrahimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini vəd verərək inandırmaqla Şahid1 razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə qeyd edilən görüşləri zamanı 4.400 manat, 24 aprel 2021-ci il tarixdə isə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “McDonalds” restoranının yaxınlığında yerləşən naməlum kafedə 400 manat pulu Şahid1 alaraq əldə etdiyi həmin pul vəsaitlərini öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 4.800 (dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi ilə əlaqədar dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Elməddin İbrahimovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təkrarən təhrik etmiş, sonradan Şahid1 qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 19.000 (on doqquz min) manat məbləğində pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin rəisi Şahid9 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Sabirabad rayon, Minbaşı bələdiyyəsinin sədri X2 barəsində aparılan ********* nömrəli cinayət işi üzrə sonuncunun həbsdən azad edilməsində köməklik göstərilməsi ilə əlaqədar 2021-ci ilin iyun ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə özünə müraciətindən sonra Şahid9 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı kimi yalandan təqdim edərək, Baş İdarənin rəhbər şəxsləri ilə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə guya Urufulla Qocayevi həbsdən azad etdirmək imkanına malik olmasını istifadəsində olan +99***-***-**-** nömrəli telefonla danışarkən Şahid9 yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün Baş İdarədə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Urufulla Qocayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid9, sonuncu vasitəsilə Urufulla Qocayevin övladı Şahid10 aldatmaqla bildirib, sonuncu və Şahid9 razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin iyun ayının əvvəllərində aralarında olan danışığa əsasən Şahid9 deməsindən sonra Urufulla Qocayevin müdafiəçisi Şahid8 ilə inandırmaq üçün qəsdən ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasının yaxınlığında görüşərək Şahid8 Urufulla Qocayevin övladı Şahid10 məxsus 30.000 manat, eyni niyyətlə, 2021-ci ilin iyun ayının sonlarında ünvan 4-da yerləşən “Metropark” Ticarət Mərkəzinin qarşısında görüşləri zamanı Şahid10 məxsus 4.000 manat pul vəsaitini şəxsən, eyni niyyətlə, 2021-ci ilin iyun ayının sonlarında naməlum tanışı vasitəsilə ünvan 4 ünvanında yerləşən “Metropark” Ticarət Mərkəzinin qarşısında görüşləri zamanı Şahid10 məxsus 3.000 manat olmaqla, ümumilikdə 37.000 manat pul vəsaitini Şahid8 alıb özünün şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid10 məxsus cəmi 37.000 (otuz yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə dövlətin qurumlarının cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vahid niyyətlə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Urufulla Qocayevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid9 və Şahid10 vahid niyyətlə təhrik etmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmünün dəyişdirilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4,312.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddələrlə ona bəraət verilməsi, CM-nin 29,178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4-cü maddələrlə sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə - cərimə cəzasının təyin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla məhkum Tural Abbasovun CM-nin 310 və 32,312.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin epizodlar üzrə ona bəraət verilməli, ona CM-nin 29,178.2.2, 178.2.2 və 29,178.2.4 və 178.2.4-cü maddələri ilə verilmiş epizodlar üzrə əməlin hüquqi tövsifi və həmin əməllərin sübuta yetirilməsi mübahisə olunmadığından, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. İttiham aktından görünür ki, istintaq orqanı X5un əməlinin CM-nin 310-cu maddəsi ilə tövsif edilməsi qənaətinə gələrkən Şahid1 ifadəsinə və onun istintaqa təqdim etdiyi səs yazısı olan maddi sübuta, həmçinin Şahid9 ifadəsinə əsaslanmışdır. Əvvəla nəzərə alınmalıdır ki, Şahid1 istintaqa təqdim etdiyi Tural Abbasovun səs yazısı olan diskdə təqsirləndirilən T.Abbasovun özünü vəzifəli şəxs, o cümlədən KQMBİ-nin əməkdaşı kimi təqdim etməsi barədə bir kəlmə nə T.Abbasov, nə də oradakı başqa şəxslər tərəfindən işlədilməmişdir. Şahid1 isə həmin diskdəki səs yazısına istinad edərək ifadəsində T.Abbasovun özünü KQMBİ-nin əməkdaşı kimi təqdim etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı həmin epizod üzrə dindirilmiş şahidlərdən Şahid1 başqa heç biri həmin görüşdə T.Abbasovun özünü KQMBİ-nin əməkdaşı kimi təqdim etdiyini göstərməmişdir. Qeyd olunan epizod üzrə digər şahidlər əsasən Şahid1 yaxınları və qohumları olsa da, onlar T.Abbasovun görüşdə özünü KQMBİ-nin əməkdaşı kimi təqdim etmədiyini, lakin görüşdən əvvəl kimdənsə onun hansısa polisdə işlədiyini eşitdiklərini, lakin bunun həqiqiliyinin Turalın özündən soruşub dəqiqləşdirmədiklərini və Turalın da bu barədə onlara heç bir söz demədiyini bildirmişlər. Şahid1 ifadəsindəki bu ziddiyyətin aradan qaldırılması ilə bağlı onun istintaqa təqdim etdiyi və bu epizodla bağlı ittihamın əsasını təşkil edən maddi sübut olan təqsirləndirilən T.Abbasovun səs yazısı olan həmin SD diskin məhkəmə istintaqında tədqiq olunması barədə tərəfindən şifahi vəsatət təqdim olunsa da, vəsatət təmin edilməmişdir. Ümumiyyətlə məhkəmə istintaqı zamanı işdəki sənəd və sübutlar elan olunmadı və tədqiq edilmədi. Bundan başqa, digər Şahid9 ifadələrində də təqsirləndirilən T.Abbasovun özünü vəzifəli şəxs, o cümlədən KQMBİ-nin əməkdaşı kimi təqdim etməsi göstərilməmişdir. Şahid9 üzləşmə zamanı da ümumiyyətlə təqsirləndirilən T.Abbasovu tanımadığını göstərmişdir. O, İlkin adlı şəxsin özünü KQMBİnin əməkdaşı kimi təqdim etdiyini və həmin şəxsin də Tural Abbasovla eyni şəxs olmadığını göstərmişdir. Şahid9 məhkəmədə dindirilməsi təmin olunmamışdır. Cinayət işinin materialları ilə X5un özünü vəzifəli şəxs kimi təqdim etməsi və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi faktı sübuta yetirilməmişdir. Həmin halla bağlı işdə olan ziddiyyətli və şübhəli sübutlar isə cinayət prosessual qanunvericiliyinin tələblərinə görə təqsirləndirilən şəxsin əleyhinə deyil, xeyrinə təfsir olunmalıdır. Belə olan halda, istintaq orqanının təqsirləndirilən T.Abbasovun özünü vəzifəli şəxs kimi təqdim etməsi və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi barədə nəticəyə gələrək, onun əməlinin CMnin 310-cu maddəsi ilə tövsif edilməsi qanunsuz və əsassızdır. Ona görə CM-nin 310-cu maddəsi ilə verilmiş ittiham üzrə təqsirləndirilən T.Abbasova əməlində həmin maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı bəraət verilməli və həmin maddə ilə verilmiş ittiham ona verilmiş ümumi ittihamdan xaric olunmalıdır. Cinayət işinin materialları ilə X5un kimisə rüşvət verməyə təhrik etməsi deyil, əksinə T.Abbasovun özünün cinayətə sövq olunduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, təqsirləndirilən T.Abbasov ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı CM-nin 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir və həmin hissədə istintaq orqanı tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, bu epizodla bağlı istintaq orqanının sübutları qeyri mötəbər olmaqla ehtimallara əsaslanmış, məhkəmə istintaqı zamanı da həmin epizodun araşdırılması məhkəmə tərkibi tərəfindən təmin olunmamışdır. Belə ki, həmin epizodla bağlı toplanmış sübutlar əsasən şahidlər Şahid9, Şahid10 Urfulla oğlu, X12 və Şahid8 ifadələrindən, təqsirləndirilən şəxslə həmin şahidlər arasındakı telefon danışıqları, SMS və “Whatsap” yazışmalarından ibarətdir. Qeyd olunan şahidlərdən Şahid10 və Şahid8 məhkəmədə dindirilmişlər. Şahid9 (məhkəmədə dindirilməmişdir) və Şahid10 ifadələrində təqsirləndirilən T.Abbasovu tanımadığını və onunla heç vaxt görüşmədiklərini göstərmişlər. Şahid10 ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrində onun istifadələrində olan 055 762-55-22; 055 ***-**-** mobil telefon nömrələrinə əvvəli **412 sonu isə sıfırlardan ibarət olan nömrədən 2021-ci ilin avqust ayının ortalarında zəng edildiyini və zəng edən şəxs özünü Həbib adı ilə ona təqdim etdiyini bildirmiş, Şahid8 isə təqsirləndirilən şəxsi əvvəllər tanımadığını 08-30 iyun 2021-ci il tarixlərdə özünün istifadəsində olan 050(055) ***-**-** mobil telefon nömrəsi ilə 050 ***-**-** nömrəli mobil telefon nömrəsi arasında telefon danışıqları, SMS və “Whatsap” yazışmaları olduğunu, 050 ***-**-** nömrəli mobil telefonun istifadəçisi özünü Azərbaycan Respublikası yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Həbib adlı əməkdaşı kimi təqdim etdiyini, bundan sonra isə X5un onunla görüşdüyünü və o da sellofan torbada ona verilmiş pulu KQMBİ-nin yanında T.Abbasova verdiyini, həmin vaxtı pulu saymadığını göstərmişdir. X5 ibtidai istintaqda verdiyi sonuncu ifadələrində, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəldən tanıdığı və dostluq münasibətində olduğu KQMBİ-nin əməliyyatçısı İmran Haxverdiyevin xahişinə əsasən özünün və digər şəxslərin adına bir neçə mobil nömrələr, o cümlədən 050 692-91-71, 051 534-56-96, 055 ***-**-** saylı nömrələri alaraq İmrana vermiş, həmin nömrələri İmran istifadə etmiş, yalnız bir neçə dəfə 050 ***-**-** nömrəli telefonu ona verib Şahid8la görüşə göndərmişdir. O, heç vaxt Şahid9, Şahid8, Şahid10 və digər şəxslərə 050 ***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlamamış və özünü onlara Həbib və ya başqa adla təqdim etməmişdir. Həmin mobil nömrə ilə İmran Haxverdiyev adları qeyd olunan şəxslərlə əvvəlcədən əlaqə saxlamış, sonra isə telefonu ona verib Şahid8la iki dəfə görüşməsini təşkil etməklə, Xaliqin verdiyi bağlamanı(pulu) alıb ona verilməsini təmin etmişdir. Şahid8 da məhkəmədəki ifadəsində açıq aydın şəkildə göstərdi ki, Şahid9 ona 3 dəfə bağlamada pul göndərmiş, o da iki dəfə təqsirləndirilən şəxslə - birinci dəfə KQMBİ-nin qarşısında 30.000 manat, ikinci dəfə isə Nərimanov rayonu ərazisindəki Park Bulvar TM-nin yanında görüşüb 4.000 manatı ona vermişdir. Üçüncü dəfə yenə Həbib adlı şəxslə danışdıqdan sonra Park Bulvarın yanında, tanımadığı başqa şəxslə görüşüb, 3.000 manatı vermişdir. Şahid8 ifadəsindən göründüyü kimi, Həbib adlı şəxslə təqsirləndirilən T.Abbasov eyni şəxs olmamışdır. Çünki Şahid8la iki ayrı-ayrı şəxs görüşmüş və onunla telefonla danışan şəxs isə eyni adla - özünü KQMBİ-nin Həbib adlı əməkdaşı kimi təqdim etmişdir. Bundan əlavə, cinayət işinin materialları ilə Şahid9 Şahid8 göndərdiyi cəmi 37.000 manat pulun, 34.000 manatı təqsirləndirilən T.Abbasov vasitəsilə İmran Haxverdiyevə çatdırıldığı müəyyən olunsa da, digər 3.000 manatın kimin vasitəsilə alındığı və kimə çatdırıldığı ümumiyyətlə araşdırılmamış və əsassız olaraq həmin şəxsin də T.Abbasov olduğu kimi qiymətləndirilmişdir. Göründüyü kimi, təqsirləndirilən T.Abbasova CM-nin 32.4,312.2-ci maddəsi verilmiş ittihamın əsasını təşkil edən şahidlər Şahid9, Şahid10 və Şahid8 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər mövcuddur. Şahid İmran Haxverdiyevin isə ifadəsi alınsa da, o istintaqın əsas şahidləri siyahısına əlavə olunmamışdır. KQMBİ-nin əməliyyatçısı İmran Haxverdiyevin əlavə şahid qismində məhkəməyə dəvət olunması barədə məhkəməyə əsaslandırılmış vəsatət tərəfindən təqdim olunsa da, məhkəmə onun təmin edilməsindən əsassız olaraq imtina edərək, bu epizod üzrə müdafiə etdiyi T.Abbasova verilmiş ittihamın sübutlarının tam, hərtərəfli və obyektiv araşdırılmasından və əsl həqiqətin üzrə çıxarılmaqla, əmələ düzgün hüquqi qiymət verilməsindən bilərəkdən yayınmış, bununla da məhkəmə işə qərəzli və birtərəfli - ittiham mövqeyindən yanaşdığını, işin obyektiv araşdırılmasında maraqlı olmadığını açıq şəkildə büruzə etmişdir. Eyni zamanda məhkəmə məhkum Tural Abbasovun onun əleyhinə ifadə vermiş şəxsləri dindirmək, əleyhinə olan sübutların tədqiq olunmasında iştirak etmək hüququnu təmin etməmişdir. Bundan başqa, təqsirləndirilən T.Abbasovun ifadələrindən görünür ki, o, Urfulla Qocayevin barəsində olan cinayət işi üzrə Şahid9 34.000 manat pulun alınması epizodu ilə bağlı göstərmişdir ki, onun özünün daimi istifadəsində 050 ***- **-** nömrəli mobil telefon olmuş, təxminən 7-8 il əvvəldən tanıdığı və dostluq münasibətində olduğu KQMBİ-nin əməliyyatçısı İmran Haxverdiyevin xahişinə əsasən özünün və digər şəxslərin adına bir neçə mobil nömrələr, o cümlədən 050 692-91-71, 051 534-56-96, 055 ***-**-** nömrəli və xatırlamadığı bir neçə müxtəlif operatorlardan(Azərsell, Baksell və.b) mobil telefon nömrələri alaraq İmrana vermiş, həmin nömrələri İmran istifadə etmişdir. İmrana verdiyi nömrələrdən 050 ***-**-** nömrəli telefonu “Whatsap” proqramına qoşulmuş, digərlərinin isə həmin proqrama qoşulub-qoşulmadığını xatırlamır. Həmçinin, göstərmişdir ki, Şahid9 və Şahid8la danışıqları İmran Haxverdiyev şəxsən özü aparmış, Şahid8la da onun görüşməsini İmran Haxverdiyev təşkil etmiş və onu həmin görüşə İmran göndərmişdir. Belə ki, ***-***-**-** mobil nömrə əvvəlcədən İmran Haxverdiyevdə olmuş, İmran özü həmin nömrə ilə Şahid8la tanışıb görüş yerini və vaxtını təyin edəndən sonra İmran özünün istifadəsində olan 055 ***-**-** mobil nömrəli telefonla səhər saatlarında onun istifadəsində olan 050 ***-**-** mobil telefonuna zəng edərək onu, Nizami rayonu ərazisində kirayədə yaşadığı evdən KQMBİ-nə çağırmış və həmin idarəinin "‘Bizim market” tərəfində olan giriş qapısının yanında onunla görüşüb, 050 ***-**-** mobil nömrəli telefonu ona verib, Şahid8la görüşüb, Xaliqdə olan bağlamanı götürüb ona çatdırmasını tapşırmışdır. Təqsirləndirilən T.Abbasovun göstərdiyi hallardan belə məlum olur ki, Şahid8la görüşdən təxminən bir saat əvvələdək 050 ***-**-** mobil nömrə ilə 050 ***-**-** mobil telefon nömrələri ayrı-ayrı anten əhatə dairələrəində olmuş, eyni zamanda həmin günü səhər saatlarında İmran Haxverdiyevin istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsi ilə X5un istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi arasında kontakt(telefon danışığı və ya SMS, “Whatsap” yazışması) olmuşdur. Şahid İmran Haxverdiyev isə istintaqda verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər rayon polis şöbəsində işləmiş, 2016-cı ildən KQMBİ-də işləyir, təqsirləndirilən T.Abbasovu təxminən 2 il olar ki, tanıyır və onunla əməkdaşlıq etmiş verdiyi məlumatları yoxlamış, lakin həmin məlumatlar həqiqəti əks etdirmədiyindən onunla əlaqəni kəsmiş, onu hər hansı əməliyyata cəlb etməmişdir(cild İİ. i.v 157-160). Göründüyü kimi təqsirləndirilən T.Abbasovla şahid İ.Haxverdiyevin ifadələri arasında kəskin ziddiyyətlər mövcuddur. Eyni zamanda təqsirləndirilən T.Abbasovun bu epizod üzrə ifadəlrində göstərdiyi hallar təsdiqini tapacağı təqdirdə, həmin epizod üzrə təhrikçi qismində təqsirləndirilən T.Abbasov deyil, KQMBİ-nin əməkdaşı İ.Haxverdiyev cəlb olunmalı idi. Bu da birbaşa təqsirləndirilən şəxsə CM-nin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittihamın əsaslılığına və əməlin tövsifınə təsir edən haldır. X3 Şahid1 və Şahid9la bağlı verilmiş epizodlar üzrə əməlində özünü vəzifəli şəxs kimi təqdim etmə və rüşvət verməyə təhrik etmə cinayətinin törədilməsinin əlamətləri olmadığından, həmin epizodlar üzrə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli, Şahid1la bağlı epizod üzrə onun əməli etibardan sui-istifadə edib aldatma kimi qiymətləndirilməlidir. Təqsirləndirilən T.Abbasov məhkəmədə səmimi ifadələr verib, əməlindən peşman olduğunu bildirmişdir. Onun himayəsində azyaşlı uşaqları vardır, o ailəsinin yeganə qazanc gətirən şəxsidir. Cinayət nəticəsində vurduğu maddi ziyanın onun valideyinləri tərəfindən ödənilmiş, ona qarşı hər hansı şikayət və tələb qalmamışdır. Barəsində olan cinayət işinin məhkəmədə araşdırıldığı müddətdə atası vəfat etmişdir. Yaşayış yerindən müsbət xarakterizə olunur. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmünün dəyişdirilərək, ona daha az cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, özünü CM-nin 312.2 və 310-cu maddələrlə təqsirli bilmir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmünün dəyişdirilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310 və 32.4, 312.2-ci maddələri ilə verilmiş ittihamlar üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin maddələrlə ona bəraət verilməsi, CM-nin 29, 178.2.2, 178.2.2, 29, 178.2.4, 178.2.4-cü maddələrlə sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə - cərimə cəzasının təyin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X14 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)- 607/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini AR CM-nin 178.2.2, 178.2.2, 29,178.2.4, 178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Həmçinin apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsindəki ifadələri və apellyasiya şikayətinin dəlilləri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Cinayət işinin 1-ci cild 228-229-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 sentyabr 2021-ci il tarixli tələbnamədən və cinayət işinin 3-cü cild 182-185-ci vərəqələrində olan Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 1(071)-90/2015 saylı hökmünün kserosurətindən görünür ki, Abasov X10 Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 21 aprel 2022-ci il tarixli, 17/21-6 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “28 May Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Hacıqabul Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 2000 manat cərimə cəzasından azad edilərək qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 236-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 23 sentyabr 2021-ci il tarixli, 8065 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 2-ci cild 76-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 09 oktyabr 2021-ci il tarixli, xx/xx-11235 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 50-ci vərəqəsində olan Hacıqabul RİHB-nın Qarasu kənd Qarasu İƏD üzrə nümayəndəliyindən daxil olmuş 13 sentyabr 2021-ci il tarixli, 433 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 53-cü vərəqəsində olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı - 05 aprel 2011-ci il təvəllüdlü X19 vardır. Birinci instansiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini təkrarən törətməsini həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-607/2022 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində onun və müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X8 X12
Məhkəmə qərarları › İş №1(103)-1357/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1357/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver