Məhkəmə qərarları › İş №1(103)-1359/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1359/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1359/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X5, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Bakı şəhəri 37 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-935/2022 saylı hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-935/2022 saylı hökmü ilə (hakimlər X6 (sədrlik edən), X7 və X2 ibarət tərkibdə) xx xxxxxx 1989-cu il tarixdə Naxçıvan MR, Culfa rayonu, Kırna kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, DİN CPAnın 6-cı PB-də polis nəfəri işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə tingliyi sovxozu ərazisi, ev 59-da qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3- cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 1 iyun 2022-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 85 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 6 noyabr 2021-ci il tarixdə saat 9:45 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prius” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydanı pozmaqla həmin küçədə yerləşən Azərbaycan Respublikası DİN-nin 6-cı stansionar postunda xidmətdə olan əsgər Zərərçəkmiş şəxs1 avtomobilin qabaq tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, pnevmosefaliya, sağ alın-təpə sümüklərinin kəllə əsasına keçən yerini dəyişən açıq sınıqları, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınığı, ağciyərlərin kontuzisiyası, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, döş qəfəsinin və qarının yumşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, başın, sifətin, gövdənin, aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançır və sıyrıqları ilə müşayiət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs1 hadisə zamanı almış olduğu xəsarətlərdən 8 noyabr 2021-ci il tarixdə müalicədə olduğu Respublika Neyrocərrahiyyə xəstəxanasında ölümünə, həmçinin “Toyota Prius” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobillin sahibi Zərərçəkmiş şəxs2 3.780 manat dəyərində maddi zərər vurulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum olunmasına dair 01 iyun 2022-ci il tarixli, 1(101)-935/2022 saylı hökmünü ləğv edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil, çünki kifayət qədər istintaq sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirilməmişdir. Məhkəmə işi hərtərəfli araşdırılmamaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı sübudlar tam araşdırılmamış və belə bir nəticəyə gəlinmişdir ki, guya Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 9:45 radələrində “Yol hərəkəti haqqında ” AR-nın qanunun 33 maddəsinin 4 hissəsinin tələblərini pozaraq nəqliyyat vastəsinin idarə etmə hüququ olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 məxsuz “Toyota Pirius” markalı ** CD *** dövlət qeydiyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Piraltı küçəsi ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında ” AR-nın qanunun 36 maddəsinin 1 hissəsinin 3 bəndinin tələblərini pozaraq , yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamaqla hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək həmin qaydanı pozmaqla həmin küçədə yerləşən Aərbaycan Respublikası DİN-nin 6-cı stasionar postunda xidmətdə olan Zərərçəkmiş şəxs1 avtomobilin qabaq tərəfi ilə vurmaqla ehtiyatsızlıqdan Rğövşən Alxasova baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumuşaq qişalarına qansızma, pnevmosefaliya, sağ alın təpə sümüklərin kəllə əsasına keçən yerini dəyişən açıq sınıqları, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınığı, ağ ciyərlərin kontuzisiyası, sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınıxları, döş qəfəsinin və qarının yumuşaq toxumalarına, peritona, bağırsaqlara və böyrəkətrafı yumuşaq toxumalara, qansızma, başın, sifətin, gövdənin, aşağı ətrafların əzilmiş-cırılmış yaraları, qançil və sıyrıqları ilə müşayət olunan sağlamlığa ağır zərər vurmaqla Zərərçəkmiş şəxs1 hadisə zamanı almış olduğu xəsarətlərdə xx.xx.2021-ci il tarixdə müalicədə olduğu Respublika Neyrocərrahiyyə xəstəxanasında ölümünə səbəb olmuşdur. Lakin Təqsirləndirilən şəxs AR CMnin 263-1.3 maddəsi ilə verilmiş ittiham hökmünü əsassız hesab edirik. Çünki maddi və prosesual əsaslar pozulmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs barədə elan edilmiş hökm obyektivliyi özündə əks etdirmir. Təqsirləndirilən şəxs əvvəlki vəkilləri bu sahədə qeyri peşəkar olduqları üçün istintaq onlarıda öz maraqlarına istiqamətləndirilmiş və nəticədə onun hüquqları kobud surətdə pozulmuşdur. Nəticədə o, təqsirkar kimi məhkum edilmişdir. Əslində hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxsla konfıdensial görüş zamanı ona bildirmişdir ki, o, səhər idmanını edib, sıra düzülüşündə dayanıb, xidməti təlimatı alaraq, xidməti silahını qəbul edib, xidməti postu təhvil almağa gedərkən hadisə olmuşdur. Belə ki, o, Nardaran qəsəbəsi Piraltı küçəsi 6-cı stansionar postuna təxminən 100 metir qalmış həmin postun beton maniələrinin sol sətində həmin posta xidmət aparan əməkdaşın hərəkətsiz və yol hərəkətinə təhlükəsiz dayandığını görmüşdür. Həmin vaxt avtomobilin surəti 30-40 olmuşdur. O, həmin posta yaxınlaşmasına bir neçə metir qalmış, həmişə olduğu kimi posta duran şəxslərə siqnal verməklə salam işarəsi verib keçərkən həmin əməkdaş Zərərçəkmiş şəxs1 hərəkətsiz dayandığı yerdən anidən iti surətlə yolun sol istiqamətindən, sağ istiqamətinə hərəkət etmişdir. Bunu gördüyü anda hadisənin qarşısını almaq üçün sərt tormuzlama məqsədi ilə əyləci dərhal sıxmışdır. O, yol hərəkətini qət etdiyi zaman təhlükənin dərk edilməsi prosesi anidən dəyişdiyi üçün hadisədən yayınmağa texniki imkanında olmamışdır. Həmin piyadanın vurulması ilə nəticələnən hadisədən yayınmağa cəhd etsədə mümkün olmamış və hadisənin qarşısı alınmaz bir vəziyyət yaranmışdır. Təqsirləndirilən şəxs hadisə yarandığı andan avtomobildən düşərək istər vətəndaş kimi, istərsədə polis əməkdaşı kimi Zərərçəkmiş şəxs1 tibbi yardım göstərmək üçün təcili yardım çağırmış və ərazidə olan digər polis əməkdaşlarında ona yardım etmək üçün hadisə yerinə çağırmışdır, xəstaxanaya yerləşdirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1un qulağında mobil telefon qulaqcığı olduğunun şahidi olmuşdular. Qeyd edilən hərəkətlərlə yanaşı, hadisə zamani, Rövşan Alxasovun xəsarət aldığı zaman, hadisədən yayınmamış, qaçmamış, ona hər cür tibbi yardım göstərməyə çalışmışdır. Həmçinin xəstəxanaya yerləşdirmək, onun bütün dərman va tibbi personalın cəlb olunması doğmaları tərəfindən təmin edilmişdir. Xəstəxanada qaldığı müddətdə bütün tibbi ehtiyyaclar və məsrəflər qohumları tərəfindən təşkil edilmişdir. Məlum olduğu kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həyatda qalması üçün bacardığı bütün maddi və mənəvi köməklik göstərmiş, ona biganə və laqeyd qalmamışdır. Lakin Zərərçəkmiş şəxs1 anası Ulduz Alxasovanm bu halları təkzib etməsi və məhkəmədən ağır cəza tələbləri əsasında Təqsirləndirilən şəxs ağır cəza elan etməsini ədalətsiz qərar hesab edirik. Bu səbəbdəndə Təqsirləndirilən şəxs CM-nin 263-1.3 maddəsi ilə təqsirli bilinməsi ədalətsizlikdir. Beləliklə, sürücülük vəsiqəsinin olmaması inzibati məsuliyyət yarada bilər. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə, cinayət-hüquq siyasətinin liberallaşdırılması əsas tələb kimi qarşıya qoyulur. Bu məqsədlə alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən şəxslərə şamil edilməlidir. Bu səbəbdən də hesab edirik ki, Bakı Ağır Cinayət məhkəməsinin 1(101)- 935/2022 saylı xx.xx.2022-cı il tarixli hökmü Azərbaycanın məhkəmə hüquq-siyasətinə ziddir, ədalətsizdir, qərəzli, əsassız və qeyri-obyektiv olduğu üçün ləğv edilməlidir. Bununla yanaşı Təqsirləndirilən şəxs bir mənalı olaraq bildirdi ki, ilkin izahatında, guya avtomobilin idarə edilməsi və hadisə zamanı yuxulu və ya sükanda yatdığı barədə olan fikirləri ona məxsus deyil. Çünkü bu fikirlər istintaq orqanı tərəfindən təqsirkar kimi cəlb etmək üçün uydurulmuş sözlər olmuşdur. Təqsirləndirilən şəxs həmin fikirləri məkəmə istintaqı dövründə bilmişdir və bu formal imzaladığı ifadələri birmənalı olaraq qəbul etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tezdən işə vaxtında çatmışdır. Səhər idmanını edib, sıra düzülüşündə dayanıb xidməti təlimatı alaraq, xidməti silahını qəbul edib, xidməti postu təhvil almağa gedərkən hadisə olmuşdur. Belə şəraitdə Təqsirləndirilən şəxs yuxulu olmağı və mürgüləməyi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs xidmət zamanı yuxulu olmağı mümkünsüzdür. Belə ki, oxumadan formal imzaladığı həmin izahatda guya Təqsirləndirilən şəxs yuxulu olduğu haqqında qeyd edilmiş fikirlər tamamilə həqiqətə uyğun deyil, yalandır və həmin hadisənin real vəziyyətini əks etdirmir. Təyin edilmiş vəkilinin səmimiyyətinə inanmış və onun iştirakı ilə yazılan sənədlərdə Təqsirləndirilən şəxs ziyanına fikirlərin olmadığını bildirdiyi üçün imzalamışdır. İzahatın imzalanma vaxtı orda iştirak edən subyektlərə sənədləri oxumadan və tanış olmadan imzaladığını irad kimi bildirmişdir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, qeyd etmişdir ki, Nardaran ərazisində polisin xüsusi təyinatlılar bölümündə xidmət edir. 300-400 metr ara məsafəsi olan posta gedəndə hadisə baş verib. O, postunu dəyişmək üçün maşına minib posta sürüb. Ölən şəxs yolun ortasında durmuşdu. İki tərəfli qısa yol idi. Yaxınlaşanda siqnal verib. Əsgər telefonda qulaqcıq vasitəsilə nəyəsə qulaq asırdı. 3 metr qalmış ölən 2 addım sağa getdi və hadisə baş verdi. O, sağa döndərib ki, nə olursa maşına zərər dəysin. İş yoldaşları ona kömək etdi. Öləni aparıb xəstəxanaya. O, müayinələrdən keçib. O cəhətdən nə lazımdısa kömək edibdir. Zərərçəkmiş şəxsin hüquqi varisinə kömək edibdir. Dövlətə xidmət göstərən insandır. Aprel və ikinci Qarabağ müharibəsində iştirak edib. 3 km kros qaçandan sonra soyuq su qəbul edib. Sonra necə yolda yuxulu ola bilər!?. Poçtu dəyişməyə 300 metr məsafə qalmışdı. Qulluqçudur. Vətənə qulluq edəndir. Hadisə yerinin müayinəsində olmayıb. Hadisədən sonra müstəntiqlə hadisə yerinə gedib hadisənin baş vermə səbəbini aydınlaşdırmayıb. Hadisə ilə bağlı izahat və ifadə ondan alınıb. Müstəntiq deyib o da əlyazma yazıb və imza edibdir. Oxumadan imzalayıb. Hadisəni iş yoldaşları görüb. Sürücülük vəsiqəsini almasına az qalmışdı. Postda iki zolaq var. Hadisə o gedən istiqamətdə olub. Zərərçəkmiş şəxs yolun ortasında idi. Onun böyründən keçmək istəyibdir. O yaxınlaşanda siqnal veribdir. Lakin o qulağında nauşnik birdən-birə sağa gedib. 2 metr qalmış qəfildən sağa hərəkət edib. O da məcbur sağa döndərib. Maşının ortası dəymişdi. Postdan əvvəl başqa post yox idi. Postda 3 polis olublar. Əsgərin üzü əks tərəfdə idi. Nauşnikin olduğunu sonradan iş yoldaşları deyib. Əsgəri 12 metr qalmış görüb. Sürücülük vəsiqəsi olmayıb. Xidmətə çatmaq istəyibdir. Ora elə yerdi ki, nə avtobus var idi, nə də taksi. Vaxt az idi. 30-40 s/km sürətlə sürübdür. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs onun müdafiçisi Müdafiəçi3 verilmiş apellyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, qeyd etmişdir ki, izahatdan ifadəyə yazılanlar köçürülüb. İş prokurorluğa gedəndən sonra səhvlərlə birgə yenə ifadə köçürülüb. Eyni ifadədir. Şəxs aldadılıb. Hüquqi əhəmiyyətli deyil. Görən adamlar var. İş araşdırılmayıb. Görüntülər var. Götürməyiblər. Özündən başqa ifadələr və sübutlar yuxulu olmasını təsdiq etmir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 məhkum edilmiş şəxs birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını bildirir. Apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)- 935/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-935/2022 saylı hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Nardaran ərazisində polisin xüsusi təyinatlılar bölümündə xidmət edir. 300-400 metr ara məsafəsi olan posta gedəndə hadisə baş verib. O, postunu dəyişmək üçün maşına minib posta sürüb. Ölən şəxs yolun ortasında durmuşdu. İki tərəfli qısa yol idi. Yaxınlaşanda siqnal verib. Əsgər telefonda qulaqcıq vasitəsilə nəyəsə qulaq asırdı. 3 metr qalmış ölən 2 addım sağa getdi və hadisə baş verdi. O, sağa döndərib ki, nə olursa maşına zərər dəysin. İş yoldaşları ona kömək etdi. Öləni aparıb xəstəxanaya. O, müayinələrdən keçib. O cəhətdən nə lazımdısa kömək edibdir. Zərərçəkmiş şəxsin hüquqi varisinə kömək edibdir. Dövlətə xidmət göstərən insandır. Aprel və ikinci Qarabağ müharibəsində iştirak edib. 3 km kros qaçandan sonra soyuq su qəbul edib. Sonra necə yolda yuxulu ola bilər!?. Poçtu dəyişməyə 300 metr məsafə qalmışdı. Qulluqçudur. Vətənə qulluq edəndir. Məhkəmə tərkibinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, sürücülük vəsiqəsi olmayıb. Xidmətə çatmaq istəyibdir. Ora elə yerdi ki, nə avtobus var idi, nə də taksi. Vaxt az idi. 30-40 s/km sürətlə sürürdü. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə yerinin müayinəsində olmayıbdır. Hadisədən sonra müstəntiqlə hadisə yerinə gedib hadisənin baş vermə səbəbini aydınlaşdırmayıbdır. Hadisə ilə bağlı izahat və ifadə ondan alınıb. Müstəntiq deyib o da əlyazma yazıb və imza edibdir. Oxumadan imzalayıb. Hadisəni iş yoldaşları görüb. Sürücülük vəsiqəsini almasına az qalmışdı. Dövlət ittihamçısının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: Postda iki zolaq var. Hadisə o gedən istiqamətdə olub. Zərərçəkmiş şəxs yolun ortasında idi. Onun böyründən keçmək istəyib. O yaxınlaşanda siqnal verib. Lakin o qulağında nauşnik birdən-birə sağa gedib. 2 metr qalmış qəfildən sağa hərəkət edib. O da məcbur sağa döndərib. Maşının ortası dəymişdi. Postdan əvvəl başqa post yox idi. Postda 3 polis olmuşuq. Əsgərin üzü əks tərəfdə idi. Nauşnikin olduğunu sonradan iş yoldaşları dedi. Əsgəri 12 metr qalmış görübdür. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və apellyasiya baxışında işə baxılarkən tam sübuta yetirilmişdir. Apellyasiya Məhkəməsində qismən məhkəmə istintaqı keçirilərkən məhkəmə iclasında mövqeyini bildirməsi üçün məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə Zərərçəkmiş şəxs1 hüquqi varisi – anası X1 rəsmi məlumat verilməsin baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinə səbəb olan hallar barədə heç bir məlumat verməmişdir. Bununla yanaşı Zərərçəkmiş şəxs1 hüquqi varisi – anası X3 birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edib, öz mövqeyini bildirərək, təqsirləndirilən şəxslə barışmadığını və ona ən ağır cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı qismən istintaq keçirtməklə aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutları hazırki qərarda təkrarlamağa zərurət görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin mənasından görünür ki, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası eyni zamanda məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətində göstərdiyi dəlillərə və fikirlərə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti ziddiyyətli, işin faktiki hallarını və əməlin hüquqi tövsifini təhrif etməyə yönəlmiş fikirlərdən ibarət olmaqla, müdafiəçi fikirlərini hər hansı sübutla əsaslandırmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə apellyasiya şikayətinin dəlillərini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən himayəsində azyaşlı uşağının olmasına cəzanı yüngülləşdirən hallar, sonuncunun əməlində cəzanı ağırlaşdıran halların olmaması, həmçinin onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış, ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, cinayət qanununda nəzərdə tutulmuş həddə qanuni və ədalətli əsas və əlavə cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin cinayət əməlini törətmiş şəxs barəsində beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tariхli 5 saylı Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan hallar, habelə şəxsiyyətini xarakterizə edən digər hallar birinci instnasiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış və hazırda onun cəzasının daha aşağı həddə yüngülləşdirilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası bəraət verilməsi barədə Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şİkayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-935/2022 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 1(101)-935/2022 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar