Məhkəmə qərarları › İş №1(103)-136/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-136/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-136/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Rusiya Federasiyasının Pyatiqorsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1505/2022 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X4, hakimlər r X9 və X8) 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1505/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs aşkar surətdə 14 yaşına çatmayan zərər çəkmiş şəxsə zor tətbiq etməklə, həmçinin zor tətbiq etmə hədəsi ilə zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri törətmişdir. Belə ki, o, 11 mart 2022-ci il tarixdə saat 21 radələrində kirvəsi Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X14ndə yerləşən fərdi yaşayış evində qonaq olarkən evin yataq otağında yerləşən çarpayının üzərində cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qeyri təbii yolla onunla cinsi əlaqəyə girməsini təklif etmiş, sonuncu razı olmadıqda isə fiziki zor tətbiq etməklə, əynində olmuş şalvarını və alt tumanını aşağı çəkərək üzü üstə çarpayıya uzadıb, Zərərçəkmiş şəxs müqavimətini qırıb hərəkətlərini məhdudlaşdıraraq arxasına keçib, Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona müqavimət göstərə bilmədiyindən köməksiz vəziyyətindən istifadə edib cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə, anal dəliyinə daxil etməklə qeyritəbii yolla cinsi əlaqədə olaraq uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edərək Zərərçəkmiş şəxs bu barədə kiməsə desə onun üçün pis olacağını deyərək hədə qorxu gəlmişdir Bundan başqa o, 18 mart 2022-ci il tarixdə saat 22:10-da həmin evin qonaq otağında yerləşən divanın qarşısında döşəmə üzərinə salınmış döşək üzərində onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qeyri təbii yolla cinsi əlaqədə olmasını təklif etmiş, sonuncu razı olmadıqda isə Zərərçəkmiş şəxs əynində olmuş alt paltarını çıxardıb üzü üstə döşəyə uzadaraq, əli ilə ağzını tutub fiziki zor tətbiq edərək onun müqavimətini qırıb, hərəkətlərini məhdudlaşdıraraq arxasına keçib, Zərərçəkmiş şəxs azyaşlı olduğu və hadisədən bir neçə saat əvvəl 01 bakal pivə qəbul etdiyindən ona müqavimət göstərə bilmədiyi üçün köməksiz vəziyyətindən istifadə edərək cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə, yəni anal dəliyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq təkrarən uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu, sübutların və faktların düzgün araşdırılmadığını, etmədiyi əmələ görə ona ağır cəza veriliyini qeyd edib barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 06 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin özünün, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, hadisənin baş verməsini özündə əks etdirən sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən kifayət qədər biri digəri ilə uzlaşmaqla sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən və ittihamın həlli üçün kifayət edəcək qədər sübutlar məcmusu toplanmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 355 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamış, Zərərçəkmiş şəxs onunla dəfələrlə qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmiş, qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddət təyin etmək mümkün deyildir ( iş vərəqə: 78-80). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X6” X12 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 357 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Qasımov Eİtun Məhərrəm oğlunun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmiş, bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (iş vərəqə: 166- 168) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 11/170 nömrəli rəyindən görünür ki, azyaşlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkətlərin xarakterini qavramaq qabiliyyətinə malik olsa da, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs hadisə zamanı və hadisədən sonra emosional halında iş üçün hüquqi əhəmiyyət kəsb edən kəskin dəyişikliklər müəyyən olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri, fərdipsixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. (iş vərəqə: 176-178) Birinci instansiya məhkəməsində qanuni nümayəndəsi - atası Qanuni nümayəndə iştirakı ilə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla kirvəlik münasibətləri olmuş, Eltun ondan təxminən 7 yaş böyükdür. Eltunla aralarında heç bir ədavət, düşmənçiliyi və pis münasibəti olmamışdır. Eltun Bakı şəhərinə gəlmiş, onun yaşamağa yeri olmadığı üçün atasının razılığı ilə hadisədən təxminən 10 gün əvvəl onunla, atası və analığı ilə birlikdə onların yaşadığı 2 otaqlı evdə onlarla birlikdə yaşamışdır. Eltun onunla bir otaqda döşəmə üzərində təxminən ondan 2 metr aralıda yatmış, 18 mart 2022-ci il tarixdə saat 18 radələrində atası Elxan, Eltun, analığı Nuranə ilə birlikdə şam etmiş, həmin vaxtı atası Elxan və Eltun birlikdə 01 ədəd 700 və 01 ədəd 500 qramlıq araq, özü isə 1 stəkan pivə içmişlər. Saat 22 radələrində analığı Nuranə və atası Elxan yatmaq üçün öz otaqlarına keçmiş, o isə Eltun ilə qonaq otağında hərəsi öz yerlərində, yəni bir-birilərindən aralıda, o otaqda yuxarı hissədə, Eltun isə otağa giriş qapısının qarşısında yatmışlar. Yatarkən əynində olmuş üst paltarlarını çıxartmış, əynində alt tumanı və mayka olmuş, Eltunun isə yatarkən əynində cins şalvar olmuş, əynində mayka olmamışdır. Atası və analığı öz otaqlarına keçdikdən təxminən 10 dəqiqə sonra saat 22:10-da Eltun onun yatdığı yerə, yəni yanına gəlib uzanmış, Eltun onun yanına gəldikdə əynində olmuş şalvarını çıxarıb kənara qoymuş, onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. Eltuna etiraz etdikdə Eltun onun sözlərinə əhəmiyyət verməmiş və onu üzü üstə itələyib uzatmış, özü isə onun üzərinə çıxmışdır. Eltun onun üzərində olduğu üçün ona əl və ayaqla müqavimət göstərə bilməmişdir. Eltun ondan fiziki cəhətdən güclü olduğu üçün çırpınsa da onu üzərindən sala bilməmişdir. Atasıgili səsləmək istədikdə Eltun onun ağzını əli ilə tutmuşdur ki, səs salmasın. Bundan sonra Eltun onun tumanını dartıb yarıdan çıxarmış, özünün də tumanını aşağı salıb cinsi orqanını onun arxa keçəcəyinə daxil etmişdir. Təxminən 10-15 dəqiqə ərzində Eltun onunla arxa keçəcəkdən cinsi əlaqədə olmuş və etirasını söndürdükdən sonra üzərindən durmuşdur. Eltun ona bu barədə kiməsə desə onun üçün pis olacağını deyərək hədə qorxu gəlmişdir. Eltunun spermasını (toxum şirəsi) onun arxa keçəcəyinə və ya hara tökdüyünü dəqiq xatırlamır. Eltun üzərindən durduqdan sonra tumanını və şalvarını geyinməyə başlamış, bu zaman təsadüfən otağa atası Elxan daxil olmuş, həmin vaxtı o çılpaq uzanıqlı vəziyyətdə qalmışdır. Bunu görən atası şübhələnib Eltundan nə baş verdiyini soruşduqda Eltun cavab verməmişdir. Atası nə baş verdiyini anlayıb əsəbləşib Eltunu cəzalandırmaqdan ötrü onların yatdıqları otaqda olmuş masa üzərindən çəngəli götürüb Eltunun sifətinin sol nahiyəsindən vurmaq istəmişdir. Lakin Eltun aralandığı üçün çəngəl Eltunun sifətinə ciddi xəsarət yetirməmiş və bundan sonra Eltun atasından qorxub tez bir zamanda əyninə şalvarını və gödəkcəsini geyinib evdən qaçıb getmişdir. Bundan əvvəl 11 mart 2022-ci il tarixdə saat 21 radələrində atası ilə analığı evdə olmadığı müddətdə atasıgilin otağında olan taxtın üzərində uzanıb telefona baxarkən Eltun onun yanına gəlib, onunla cinsi əlaqədə olmaq istədiyini demiş, ona etiraz etdikdə o, əynində olmuş şalvar və tumanını yarımçıq çıxarıb yanına uzanmış, sonra onun əynində olmuş cins şalvarını və tumanı yarımçıq aşağı salıb onu üzü üstə uzadıb üzərinə çıxıb, cinsi orqanını arxa keçəcəyinə daxil etməklə onunla təxminən 5 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Cinsi etirasını söndürdükdən sonra Eltun onun üzərindən durub əynini geyinmişdir. Həmin vaxtı da Eltunun toxum şirəsini hara tökməsinə diqqət yetirməmişdir. Bu barədə kiməsə desə onun üçün pis olacağını deyərək ona hədə qorxu gəldiyi üçün qorxub heç kimə bu barədə deməmişdir. 18 mart 2022-ci il tarixdə saat 22 radələrində Eltun ona qarşı zor tətbiq edib, iradəsinə zidd olaraq onunla qeyri təbii yolla cinsi əlaqədə olarkən əynində olmuş tumanı çirkləndiyi üçün cırıb atmışdır. Təqsirləndirilən şəxs onunla qeyri təbii yolla cinsi əlaqədə olarkən arxa keçəcəyindən qan gəlməmişdir. Eltunun hərəkətlərini dərk etmiş və mahiyyətini başa düşmüşdür. Eltun onunla qeyri təbi yolla cinsi əlaqədə olmuş, digər seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Eltunun onun 11 yaşı olmasından məlumatı olmuşdur. Məhkəmədə şahid və zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş, Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, təxminən 2008-2009-cu illərdə qohumunun restoranında aşpaz işləyərkən Təqsirləndirilən şəxs anası ilə tanış olmuş, münasibəti yaranmış və Eltunu sünnət etdirib, onun kirvəsi olmuşdur. Eltun və onun anası ilə yaxşı münasibətləri olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Eltun onun razılığı ilə təxminən 1 aya yaxın idi ki, birlikdə işləmək üçün Bakı şəhərinə gəlmiş onun, Nuranənin və oğlu Kərəmin yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsi X14 nömrəsiz evdə onlarla birlikdə yaşamışdır. Eltun onlarda yaşadığı gündən azyaşlı oğlu Kərəmlə bir otaqda qalmış, 18 mart 2022-ci il tarixdə saat 18 radələrində Eltun, arvadı Nuranə və oğlu Kərəm şam edib, Nuranə və Eltun ilə birlikdə 02 ədəd 700 qramlıq araq içmişlər. Həmin vaxtı oğlu Kərəm isə 1 stəkan pivə içmiş, saat 22 radələrində arvadı Nuranə ilə yatmaq üçün öz otaqlarına keçmiş, Eltun və Kərəm isə qonaq otağında hərəsi öz yerlərində, yəni bir-birindən aralı, Kərəm otağın yuxarı hissəsində, Eltun isə otağa giriş qapısının qarşısında yatmışlar. Yatmamışdan öncə Eltun onun və Nuranənin qoluna istəkləri ilə döymə vurmuş, aradan 10 dəqiqə keçdikdən sonra televizorun söndüyünü, sakitlik olduğunu hiss edib, əlində kül qabını götürüb qonaq otağına, yəni Kərəmlə Eltunun yatdığı otağa keçən zaman oğlu Kərəmin alt paltarı əynində olmamış, maykası əynində üzü üstə uzanmışdır. Eltunun isə maykası, şalvar və alt paltarı əynində olmamış, ayaq üstə Kərəmin arxa tərəfində alt paltarını, geyinmişdir. Arvadı Nuranəni çağırmış, Nuranə gələn zaman artıq Eltun şalvarını geyinmiş, Kərəm isə yuxarıda qeyd etdiyi vəziyyətdə olmuşdur. Eltundan nə baş verdiyini soruşmuş, Eltun cavab verməmiş, Eltun tərəfindən azyaşlı oğlu Kərəmə qarşı zor tətbiq edilib onunla iradəsinə zidd olaraq cinsi əlaqədə olduğundan şübhələnib əsəbləşib Eltunu cəzalandırmaqdan ötrü masanın üzərindən çəngəl götürüb Eltunun sifət nahiyəsinə vurmaq istəmişdir. Nuranə onları araladığı üçün Eltun qaçıb getmiş, bundan sonra Kərəmdən nə baş verdiyini soruşduqda, Kərəm ona demişdir ki, Eltun onun yatdığı yerə, onun yanına gəlib uzanmış, əynindəki şalvarını çıxarıb ona qeyri təbii yolla cinsi əlaqədə olmaq istədiyini demiş, o, etiraz etdikdə Eltun Kərəmin əynində olmuş alt paltarını məcburi çıxarmış, Kərəm etiraz edib müqavimət göstərən zaman, yəni qışqırmaq istədikdə əli ilə onun ağzını tutmuş, sonra isə onu döşəyin üzərinə uzadıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil edərək iradəsinə zidd olaraq onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da əri Qanuni nümayəndə ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Qanuni nümayəndə göstərdiyi xüsusatları təsdiq etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi, zərər çəkmiş şəxsin və şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, iş materiallarında olan maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-nin 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi işin hallarını, məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun özünün şəxsiyyətini, cəzasını yüngülləşdirici və ağırlaşdıran halların olmadığını nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq sonuncuya təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 06 oktyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair 06 oktyabr 2022-ci il tarixli, 1(101)-1505/2022 saylı hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. X3 (sədrlik edən), İbrahim İbrahimli, Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar