Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1361/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Gəncə Hərbi Məhkəməsinin 14 mart 2003cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 322.2.3- ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 2 il müddətinə sınaq müddəti tətbiq olunaraq cəzası şərti hesab olunmuş, 28 aprel 2011-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai iş cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbətan qəsəbəsi, Bünyadzadə küçəsi 7 nömrəli yataqxanada faktiki yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq özündə saxlamışdır. Belə ki, o, şəxsiyyəti məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 3,395 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın yaxınlığına qanunsuz daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə saat 21:20-də həmin ünvanın yaxınlığında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 22:30-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellefon bükümdə külli miqdarda 3,395 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azad Məcidov hakimlər Zeynal Ağayev və Səbuhi Hüseynov) 17 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib məhkum edilmiş şəxsin əməlinin düzgün tövsif olunmadığını, cinayət qanunu normasının cəza təyinində düzgün tətbiq olunmadığını, məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayətin obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olmaqla həmin cinayətin ağır cinayətlər kateqoriyasına aid olduğunu, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin miqdarının şəxsi istehlak miqdarından artıq olduğunu qeyd edərək hökmün ləğv edilməsini və cinayət qanunu normasının düzgün tətbiq edilərək Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ona həmin maddənin sanksiyası hüdudlarında cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib məhkəmənin hökmünün qanunsuz və ədalətsiz olduğunu qeyd edərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilərək Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmadığından barəsində bəraət hökmü çıxarılması, apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını, həmçinin dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi və hökmün ləğv edilrək cinayət qanunu normasının düzgün tətbiq edilərək Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ona həmin maddənin sanksiyası hüdudlarında cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, lakin hökm dəyişdirilərək, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, lakin hökm dəyişdirilərək, məhkum edilmiş şəxsə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Müdafiəçi apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmadığını qeyd edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, istintaq və məhkəmə hərəkətləri protokolları və digər sənədlər ilə tam təsdiq edilir. Belə ki, iş materiallarında olan 15 oktyabr 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 21:20-də ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, orada üzərinə aparılan şəxsi axtarış zamanı ondan 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı video çəkiliş aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2020-ci il tarixli 6/2175 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1(bir) bükümdə metamfetaminə bənzər kütlə" yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,395 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının 28.12.2020-ci il tarixli 3545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir düşəndə bir neçə dəfə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Ondan aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə əldə edib saxlayıb. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddələrdən istifadə etmə halları olub. Həmçinin məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X3 istintaqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə hadisədən təqribən 3 ay əvvəl onunla birlikdə narkotik vasitə metamfetamindən istifadə etmişlər. Öz ifadələrini şahid X3 Təqsirləndirilən şəxsla keçirilmiş üzləşmə zamanı bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Həmçinin məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya protesti təmin edilməməlidir. Apellyasiya protestindən göründüyü kimi apellyasiya protestində məhkum tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının 28.12.2020-ci il tarixli 3545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir düşəndə bir neçə dəfə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Ondan aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə əldə edib saxlayıb. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddələrdən istifadə etmə halları olub İş materiallarında olan istintaq orqanı tərəfindən təhqiqat orqanına göndərilmiş əməliyyat tapşırığına 17 dekabr 2020-ci il tarixli, 008-6235-12.20 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni nə vaxt əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, psixotrop maddəni hansı şəraitdə, nə vaxt və harada almasını, cinayətin törədilməsində iştirakı olan digər şəxsləri, eləcə də, cinayət əlaqələrini, əvvəllər hər hansı cinayətin törədilməsində iştirakının olub-olmamasını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan 28 dekabr 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə aparılan danışıqlar, SMS mətnlərini əks etdirən "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Həmçinin apellyasiya protestində qeyd olunan təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə araşdırması dövründə verdiyi ifadələr arasındakı ziddiyyətlə bağı məsələyə gəlincə qeyd etmək lazımdır ki, AR CPM-nin 124-cü maddəsinin məzmununda qeyd olunur ki, şübhəli, təqsirləndirilən,zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Lakin, bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin məcəllənin 125-ci maddəsində qeyd olunur ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, əməlin satış məqsədi ilə tövsif edilməsi üçün narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi də vacib olduğu halda, Təqsirləndirilən şəxs ilə hər hansı istehlakçı arasında belə razılıq əldə olunmamış və icra olunmamışdır və həmçinin hüquq mühafizə orqanlarına onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı məlumat daxil olmamışdır. Həmçinin apellyasiya protestində qeyd edilən, təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanlarında məlumatın olmaması və onda narkomaniya xəstəliyinin aşkar olmamasının özü- özlüyündə həmin şəxs tərəfindən narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi və saxlanılmasını inkar etmədiyi faktına münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Həmçinin qeyd etmək lazımdır ki, məhkəmə əməlin tövsifinə qiymət verərkən birinci intansiya məhkəməsi tərəfindən ibtidai araşdırma orqanının heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən, şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməlinin daha ağır maddə ilə tövsif edilməsi və bununla da nəticədə təqsirləndirilən şəxsin üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsinin" qoyulması ilə bağlı mövqeyini haqlı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən "hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir". Həmçinin "İnsan Hüquqlarının və X1 haqqında Konvensiya"nın "ədalətli məhkəmə araşdırması hüququ"ndan və "qanunsuz cəzalandırılmamaq"dan bəhs edən müddəalarına əsasən "cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir". (mad. 6) "Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz". (mad.7) Məhkuma təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən onun barəsində yüngülləşdirici halların olduğuna istinad etməsinə baxmayaraq ona törətdiyi cinayətin ağırlığına və məhkum edilmiş şəxsin şəxsiyyətinə uyğun olmayan ağır cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cinayəti fövqəladə və ya hərbi vəziyyət zamanı törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.11-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alsa da, həmin dövrlərdə Azərbaycan Respublikasında nə fövqəladə nə də ki hərbi vəziyyət elan edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, AR CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirici hallar kimi Təqsirləndirilən şəxs məhkumluğunun olmadığını, törətdiyi cinayəti və həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də onun islah edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hökm dəyişdirilməli, məhkuma təyin edilmiş cəza yüngülləşdirilməli, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 01 il 06 ay müddətə endirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq Q Ə R A R A A L İ R : Apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair 17 iyun 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 01 il 06 ay müddətə endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1361/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1361/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver