Məhkəmə qərarları › İş №1(103)-1363/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1363/2020

07.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1363/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, Hakimlər Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X2, Məhkum Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx xxxxxx 1986-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsilə təqsirli bilinərək, 5(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən X12 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli hökmü ilə təyin edilmiş 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 8(səkkiz) il 1(bir) ay 1(bir) gününun yeni hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq 8(səkkiz) il 5(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarına əsasən cəzasının xx xxxxxxx 2015-ci ilə kimi olan hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın əvvəlinin 18 dekabr 2013-cü il tarixdən hesablanması, ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manatın təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs alınıb, Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00003944 SWİFT BİK CTREAZ 22 saylı hesaba keçirilməsi,iş üzrə maddi sübut olan “Nokia” markalı, “5310XspressMusic” modelli, “**********91154” İMEİ kodlu mobil telefonun dövlət nəfinə müsadirə edilməsi,iş üzrə maddi sübut olan 1 ədəd cansürtənin məhv edilməsi,iş üzrə maddi sübut olan “xxxx” MMC-dən daxil olmuş 1 ədəd CD diskin iş materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətdiyinə görə məhkum olunaraq Penitensiar Xidmətinin Müalicə müəssisəsində cəza çəkərkən yenidən qəsdən cinayət törədərək şəxsi marağı naminə, istintaqa məlum olmayan mənbədən əldə etdiyi "Cəzaçəkmə müəssisələrinin X8" ilə məhkumlara qadağan olunmuş əşya sayılan bir ədəd “Nokıa” markalı, “5310XpressMusic” modelli, “**********91154” imei kodlu mobil telefonu əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış və onda ***-***-**-** nömrəsindən istifadə edərək yaxınları, o cümlədən tanışı X3 istifadəsində olan ***-***-**-** nömrəsinə dəfələrlə zənglər edərək əlaqə saxlayaraq SMS-lər göndərmiş xx xxxx 2013-cü il tarixdə saat 12:30 radələrində müalicə müəssisəsinin əməkdaşları tərəfindən rejim korpusunun 02 saylı palatasına keçirilmiş qəfləti axtarış-baxış tədbirləri zamanı həmin mobil telefon ona məxsus cansürtənin kəsilərək xüsusi düzəldilmiş gizlin saxlanc yerində gizlədilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünün ləğv edilərək, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəza müddətinin ən aşağı həddində cəza təyin edilməsini, bu mümkün olmadıqda isə həmin cəzanın hər hansı bir cərimə cəzası ilə əvəz olunması barədə ədalətli bir qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkum Təqsirləndirilən şəxs vəsatətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək,apellyasiya şikayəti vermə müddətinin buraxılmasını üzürlü hesab edərək, müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(007)-450/2013 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv olunması, buraxılmış müddətin üzrlü hesab edilərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi X7 hər biri ayrı-ayrılıqda vəsatətin dəlillərini müdafiə edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv olunaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin buraxılmış müddətini üzrlü hesab edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı Şöbəsinin prokuroru X6 iş üzrə məhkum X7 tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdir. Belə ki, iş materiallarında olan hökmün surətinin məhkum Təqsirləndirilən şəxs təqdim olunması üçün göndərilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına ünvanlanmış xx xxxxxx 2013-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünün surəti məhkum Təqsirləndirilən şəxs təqdim edilməsi üçün elə həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına ünvanlanmış xx xxxxxx 2013-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünün surəti “İsrafilov” soyadlı şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya protesti və yaxud apellyasiya şikayəti verilmədiyi üçün, hökm xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 383-cü maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət və apellyasiya şikayəti xx xxxxxx 2014-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Bak şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən verdiyi apellyasiya şikayətinin baxlmadan geri qaytarılması qərara alınmışdır. İş materiallarından müəyyən olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət və apellyasiya şikayəti xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 384-cü maddəsində göstərilir ki, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökmün və ya digər qərarın elan edildiyi andan 20 gün müddətində, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayəti hökmün sürətinin ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinin tələblərinə əsasən, apellyasiya şikayəti və apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmənin hökmünü və ya digər yekun qərarını çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi məhkumun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 1(007)- 450/2013 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətinin təmin edilməməsi qənaətinə gəlinmişdir, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsini rəhbər tutaraq qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunması barədə həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar