Məhkəmə qərarları › İş №1(103)-1367/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1367/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1367/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X25 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-534/2023 saylı, 19 aprel 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindənverilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-534/2023 saylı, 19 aprel 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Məhəmməd Əkbərov, hakimlər Faiq Qəniyev və İlham Mahmudov) xx xxx 1967-ci il tarixdə Qazax rayonunun Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Y/M, 11-ci döngə, ev 3-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddədə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 01 (bir) il müddədə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla, ona 01 (bir) il müddətə sınaq müddəti tətbiq edilmişdir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, vahid niyyətlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını, qulluq mövqeyindən istifdə etməklə ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə tanışı Şahid4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bakı şəhərində daşınmaz əmlak almaq istəyən real alıcı və “Olympus şirkətlər qrupu”nun şərikləri olmaqla kifayət qədər maliyyə imkanlarına malik şəxslər olmalarını bildiyi üçün özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmaqla, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu X40 küçəsi, ev 7B, mənzil 75 olan, nizamnaməsində istehlak kooperativi olması, binanın tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılması, binanın tikintisi başa çatdıqdan və binada mövcud olan bütün yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüququ müvafiq qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməsi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi kimi şərtləri qeyd edilən "xxxx" MTK-nın faktiki sahibi kimi öz qulluq mövqeyindən istifadə edərək cəmiyyətdə kifayət qədər nüfuzunun olması görüntüsü yaratmaqla, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra, sonunculara hər hansı öhdəliyi yerinə yetirmək məqsədi olmadan özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə “X41 Azərbaycan” QSC-də girovda olan tanışı X18 mülkiyyətində olan, "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyəti olmayan ünvan 2 ünvanında yerləşən hər hansı sərəncam hüququ olmadığı, 1,0987 ha torpaq sahəsini 4.000.000 manata sata biləcəyini təklif etmiş, eləcə də aralarında yaranmış etibarı daha da möhkəmələndirmək və özünə inandırmaq üçün qeyd olunan ərazidə tikinti aparmaq üçün müvafiq dövlət orqanlarından icazənin olduğunu, torpaq sahəsinin müvafiq yerquruluşu xəritəsinin (situasiya planı) hazırlandığını və kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün aidiyyatı dövlət qurumlarının rəylərinin, yüksəkmərtəbəli yaşayış evlərinin layihələndirilməsi üçün tələb olunan texniki şərtlərinin alındığını bildirmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşdıqdan sonra, hazırladığı cinayətkar plana, yəni üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək deyil, əmlakı ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə Zərərçəkmiş şəxs1 ilkin olaraq nağd formada 20.000 manat, daha sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında fəaliyyət göstərən 14 saylı notariat ofisində Əli Qarayev, Şahid5 və Zərərçəkmiş şəxs2 tanışı Şahid2 arasında bağlanmış həmin tarixli beh müqaviləsi üzrə Zərərçəkmiş şəxs2 80.000 manat, xx.xx.2021-ci il tarixdə nizamnamə kapitalı 500 manat təşkil edən MTK-nın təsis payının guya 40 faiz hissəsini 200 manata Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaxın adamlarının adına rəsmiləşdirmək adı ilə Zərərçəkmiş şəxs2 əlavə 100.000 manat, ümumilikdə 200.000 manat pulu aldıqdan sonra, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona inandığı üçün sonunculardan eyni adla yenə də pul ələ keçirə bilməyin mümkün olduğunu düşünüb, vahid niyyətlə bu dəfə daha inandırıcı olması üçün qeyd olunan ünvanda yerləşən ofisində görüşərkən torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası olması səbəbindən orada yaşayış məqsədilə tikintinin aparılmasına icazənin olmamasını əsas gətirib, Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyində işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə, yəni həmin torpaq sahəsinin təyinatının dəyişdirərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirə biləcək imkana malik olduğunu və bunun üçün həmin hərəkətə görə vəzifəli şəxsə çatdırılması adı ilə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 170.000 manat pul vəsaitinin verilməsinin zəruriliyini bildirmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 170.000 manat pulun çox olduğunu, 100.000 manat pul vəsaiti verə biləcəklərini bildirdikdə onlarla sonuncu məbləğlə razılaşaraq özünü etibarlı, işgüzar şəxs kimi təqdim etməklə özünə daha da inandırmaq məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 nümayiş etdirilməsi məqsədi ilə 050 ***-**-** mobil telefon nömrəsini dəstəkləyən, öz istifadəsində olan “WhatsApp”ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə tanışı Şahid4 050 ***-**-** mobil telefon nömrəsini dəstəkləyən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsinə “Axşamın xeyr, ... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu mesaj göndərmiş, Zərərçəkmiş şəxs2 həmin sms mətini ilə tanış olduqdan sonra inanıb 2021-ci ilin avqust ayının sonlarında tanışı Şahid3 vasitəsi ilə göndərdiyi 100.000 manat pulu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə almaqla vahid niyyətlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdar təşkil edən ümumilikdə 300.000 manat məbləğində pulunu-əmlakını ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 100.000 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair 1(101)-534/2023 saylı, 19 aprel 2023-cü il tarixli hökmünün ləğv edilməsini və cinayət hadisəsi baş vermədiyinə görə və onun əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Həmçinin, apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinə əlavə təqdim edərək, Təqsirləndirilən şəxsYunus oğlu AR CM-nin 178.3.2 və 32.4,312.1 -ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-534 saylı,19 aprel 2023-cü il tarixli hökmündən verimiş apellyasiya şikayətinə əlvəni qəbul edib, onun barəsində AR CM-nin 32.4.312-ci maddəsi ilə təqsirlənməsi barədə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının və AR Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadının və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11/2023 saylı, 19 may 2023-cü il tarixli Qərarının tələblərini tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməməsi haqda fikrini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin təmin edilməsinə dair çıxışlarını dinləyərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etdi ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Avropa İnsan Hüquqları Məhkəməsi “X6rşı”, “X8rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Xüsusilə qeyd olunması vacibdir ki, həqiqətin müəyyən edilməsi vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı həm də işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinə də aiddir. Belə ki, CPM-nin 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar, yalnız, apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Yuxarıda qeyd edilən Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya icraatı qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra vurğulanır ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CPM-nin 397-ci maddəsi ilə təsbit edilmiş həqiqətin müəyyən edilməsi vəzifəsindən çıxış edərək apellyasiya protestinin dəlilləri çərçivəsində, həm də bu dəlillərdən asılı olmayaraq məhkəmə tərəfindən maddi və prosessual qanunvericliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamışdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib, ifadələrində göstərmişdir ki, 25 il müddətində "xxxx" QSC-də işləmiş, hazırda "xxxx" MMC-nin təsisçisidir. X19, X31, X20, X21, X11 və X3 təsisçiləri olan "xxxx" MTK-da Qurban Vəliyevin adına rəsimləşdirilmiş 40 faiz nizamnamə payı ona məxsus olmuşdur. MTK-nın hüquqi ünvanı Bakı şəhəri, X40 küçəsi, ev 7B, mənzil 75 olmaqla, ********** VÖEN-lə fəaliyyət göstərir. Bundan başqa, 2015-ci ildə dostu Əli Qarayev və Nofəl Hacıyevlə şərikli ünvan 6 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsini içərisində olan tikili ilə birlikdə ayrı-ayrı şəxslərdən ümumilikdə 3.000.000 manata satın almışdır. X23 həmin torpaq sahəsini “X41 Azərbaycan” QSC-ə girov qoyub ümumilikdə 2.235.000 manat kredit götürməsi məlum olmuşdur. Bundan sonra torpaq sahəsini yüklü vəziyyətdə başqa şəxslərə satmaq qərarına gəldikləri üçün Bakı şəhərində fəaliyyət göstərən müxtəlif maklerlərə və dostlarına məlumat vermişlər. Tarixini dəqiq xatırlamır, lakin 2021-ci ilin may ayında keçmiş Nəqliyyat Nazirliyinin yaxınlığında “Neptun” marketin arxa tərəfində yerləşən ofisdə olarkən bir nəfər mobil nömrəsinə zəng edib adının Şahid4 olduğunu bildirmiş və Sabunçu rayonu ərazisində yerləşən yuxarıda qeyd etdiyi torpaq sahəsi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. O da ünvanı Şahid4 izah etdikdən sonra sonuncu Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid3la birlikdə onun olduğu yerə gəlmişlər. Şahid4 şərikləri Şahid5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə birlikdə ünvan 6 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsini və "xxxx" MTK-nı almaq istədiyini bildirmişdir. O, torpaq sahəsinin yüklü olduğunu bildirib torpaq sahəsinin təyinatını dəyişməyi üzərinə götürmüşdür. Onların arasında olan razılaşmaya əsasən ünvan 6 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsini və "xxxx" MTK-nı 4.000.000 manata satmışdır. Həmin gün, kimin verdiyini xatırlamır, lakin ona 20.000 manat ilkin pul verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Şahid2, Şahid5 və Əli Qarayev arasında Bakı şəhəri 14 saylı notariat ofisində beh müqaviləsi bağlanmış və nəticədə 100.000 manat Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" ASC-dəki bank hesabına köçürülmüşdür. Həmin 100.000 manatın içərisində ona ilkin olaraq verilmiş 20.000 manat da olmuşdur. Belə ki, beh müqaviləsi bağlanarkən o, 20.000 manat pulu Zərərçəkmiş şəxs2gilin özlərinə geri qaytarmışdır. Həmin gün bankdan 100.000 manat pul onun tərəfindən götürülmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixdə təsisçilər Kənan Məmmədov, Əli Qarayev, Qurban Vəliyev, Rövşən Hacıyev, Anar Bədəlov və Elnarə Bədəlovanın, alıcılar- Şahid4, Şahid2, Şahid1 və Şahid5 iştirakları ilə 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqısına dair müqavilə bağlanmışdır. X26 15 faiz nizamnamə payından 10 faiz hissəsini Şahid2, 5 faiz hissəsini Şahid1, Əli Qarayev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2 və 10 faiz hissəsini Şahid4, Rövşən Hacıyev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2 və 10 faiz hissəsini Şahid5, Qurban Vəliyev 40 faiz nizamnamə payından 25 faiz hissəsini Şamxal Dadaşova və 15 faiz hissəsini Şahid5 satmışdır. Faktiki olaraq, həmin alqısatqının ümumi dəyəri 4.000.000 manat olmuşdur. Həmin alqı-satqıdan təxminən 1 ay sonra Şahid4 ona "xxxx" ASC-dəki hesabdan 100.000 manat götürməsini bildirmişdir. O da etibarnamə əsasında 100.000 manat pulu ikinci dəfə xx.xx.2021-ci il tarixdə bankdan təhvil götürmüşdür. Həmin prossesdən sonra o, Zərərçəkmiş şəxs1gildən ümumilikdə 200.000 manat götürmüşdür. Həmin il yay ayının sonlarında, ona təcili pul lazım olduğu üçün Şahid4 zəng edib satdığı torpaq sahəsinə görə veriləcək puldan 100.000 manat hissəsini tez verməsini bildirmiş, təxminən 3-5 gün sonra Elvin ona 100.000 manat pul vermişdir. O, qeyd olunan torpaq sahəsinin alq-satqısına görə ümumilikdə 300.000 manat pul almışdır. Onun tərəfindən heç kimə rüşvət verilməmişdir. O, qeyd olunan torpaq sahəsinin sənədlərini torpaq sahəsinin təyinatının dəyişdilməsi məqsədi ilə Nazirlər Kabinetinə təqdim etmiş, lakin torpaq sahəsi yüklü olduğu üçün imtina edilmişdir. Torpaq sahəsinin yüklü olması, yəni bankda girov olmasını onun fikirincə Şahid4, Zərərçəkmiş şəxs2 və Şahid5 bilmişdir. O, Zərərçəkmiş şəxs2 və Şahid5 ilə birlikdə “X41 Azərbaycan” QSC-ə getmiş və torpaq sahəsi ilə bağlı təxminən 2000-3000 manat rəsmi rüsumlar ödənilmişdir. Lakin hər hansı vəzifəli şəxslərə rüşvət qismində pul və digər şeylər verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayiş etdirməsi üçün “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Şahid4 “WhatsApp” sosial internet proqramına “Axşamın xeyr, ............. imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu səs yazısı göndərməsini təsdiq edib bildirmişdir ki, həmin il yay ayının sonlarında, ona təcili pul lazım olduğu üçün Şahid4 zəng edib satdığı torpaq sahəsinə görə veriləcək puldan 100.000 manatının tez zamanda verməsini bildirmiş, təxminən 3-5 gün sonra sonuncu ona 100.000 manat pul vermişdir. O qeyd olunan torpaq sahəsinin alq-satqısına görə ümumilikdə 300.000 manat pul almış, lakin onun tərəfindən heç kimə rüşvət verilməmişdir. Onun tərəfindən qeyd olunan torpaq sahəsinin sənədləri torpaq sahəsinin təyinatının dəyişdilməsi məqsədi ilə Nazirlər Kabinetinə təqdim edilmiş, lakin torpaq sahəsi yüklü olduğu üçün imtina edilmişdir. Torpaq sahəsinin yüklü olması, yəni bankda girov qoyulmasını fikirincə Şahid4, Zərərçəkmiş şəxs2 və Şahid5 bilmişlər. Əli Qarayev torpaq sahəsinin sahibi olaraq Baş Nazirə müraciət etdikdən sonra o, Nazirlər kabinetinin dəftərxanasına zəng edib müraciətin nəticəsi ilə maraqlanmış, dəftərxanadan həmin məktubun icra üçün İqtisadiyyat Nazirliyinə göndərildiyi ona bildirilmişdir. Bu prossesdən sonra o da Şahid4 səs yazısı göndərib vaxtlarının az olduğunu, ipotekanın qısa müddətdə bağlanılmasını və torpaq sahəsinin yüklükdən azad edilməsini bildirmişdir. O, hər hansı vəzifəli şəxsə verilməsi üçün heç kimdən rüşvət istəməmişdir. Nazirlər Kabineti torpaq sahəsinin yüklü olması əsası ilə müraciətdən imtina etmişdir. Birinci instansiya mərhələsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun tərəfindən "xxxx" MTK-nın nizamnamə payının alınması məqsədi ilə Təqsirləndirilən şəxs 300.000 manat pul verilmişdir. Tarixini dəqiq xatırlamır, lakin 2021-ci ilin may ayında Şahid4 və Zərərçəkmiş şəxs1lə birlikdə Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən “Olympus Şirkətlər qrupu”nun ofisində görüşərkən Şahid4 onlara Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 1.10 ha torpaq sahəsini "xxxx" firması ilə birlikdə Təqsirləndirilən şəxs 4.000.000 manat pula satın almağı və torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdərək baha qiymətə, yəni 7.000.000 manata satmaqla gəlir əldə etməyi təklif etmişdir. xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə tanışı Şahid4 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış, sonuncu "xxxx" MTK-nın faktiki sahibi kimi özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs “X41 Azərbaycan” QSC-də girovda olan "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyəti olmayan ünvan 2 ünvanında yerləşən hər hansı sərəncam hüququ olmayan, 1,0987 ha torpaq sahəsini həmin MTK-a ilə birlikdə 4.000.000 manata sata biləcəyini təklif etmiş, eləcə də aralarında yaranmış etibarı daha da möhkəmələndirmək və özünə inandırmaq üçün qeyd olunan ərazidə tikinti aparmaq üçün müvafiq dövlət orqanlarından icazənin olduğunu, torpaq sahəsinin müvafiq yerquruluşu xəritəsinin (situasiya planı) hazırlandığını və kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün adiyyatı dövlət qurumlarının rəylərinin, yüksəkmərtəbəli yaşayış evlərinin layihələndirilməsi üçün tələb olunan texniki şərtlərinin alındığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə Zərərçəkmiş şəxs1 onun yanında ilkin olaraq nağd formada 20.000 manat pul vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında fəaliyyət göstərən 14 saylı notariat ofisində Əli Qarayev, Şahid5 və Şahid2 arasında bağlanmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı 20.000 manat pulu onlara vermiş, o da həmin pulun üzərinə əlavə pul qoymaqla, ümumilikdə 100.000 manat pulu Şahid2 vermiş, sonuncu da "xxxx" ASC-dəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs da həmin pulu oradan götürmüşdür. xx.xx.2021-ci il tarixdə tanışları Şahid2 və Şahid1 iştirakı Bakı şəhəri 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov şirkətin nizamnamə payının 15 faiz hissəsindən 10 faizini Şahid1, 5 faiz hissəsini Şahid2 satmış. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini Şahid2, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini Şahid2 satmışdır. Adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını Şahid2 satmışdır. Həmin alqı-satqıdan sonra Təqsirləndirilən şəxs ondan əlavə 100.000 manat, ümumilikdə 200.000 manat pulu almışdır. O, qeyd olunan ünvanda yerləşən ofisində görüşərkən torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası olması səbəbindən orada yaşayış məqsədilə tikintinin aparılmasına icazənin olmamasını əsas gətirib, həmin torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyinə 170.000 manat pul vəsaitini vermək lazım olmasını demişdir. O, Zərərçəkmiş şəxs1 ilə birlikdə 170.000 manat pulun çox olduğunu, 100.000 manat pul vəsaiti verə biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs onlar ilə razılaşmışdır. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən Şahid4 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə “Axşamın xeyr, ... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu mesaj göndərmişdir. O da həmin sms mətini ilə tanış olduqdan sonra inanıb 2021-ci ilin avqust ayının sonlarında tanışı Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırması üçün 100.000 manat pulu göndərmişdir. Şahid3 da həmin pulu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisinə aparıb Təqsirləndirilən şəxs vermişdir. Sonradan onlar torpaq sahəsinin bankda yüklü olduğu üçün təyinatının dəyişdirilməsinin mümkün olmamasını bildikdə, pullarını geri tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib onun pulunu verməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, tarixini dəqiq xatırlamır, lakin 2021-ci ilin may ayında o, Şahid4 və Zərərçəkmiş şəxs2lə Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən “Olympus Şirkətlər qrupu”nun ofisində görüşərkən Şahid4 ona və Zərərçəkmiş şəxs2 Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 1.10 ha torpaq sahəsini "xxxx" MTK ilə birlikdə Təqsirləndirilən şəxs adlı şəxsdən 4.000.000 manat pula satın almağı və torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdərək baha qiymətə, yəni 7.000.000 manata satmaqla gəlir əldə etməyi təklif etmişdir. xx.xx.2021-ci il tarixdə Şahid4 Zərərçəkmiş şəxs2 və onu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisində Təqsirləndirilən şəxsla görüşdürüb "xxxx" firmasının sahibi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs “X41 Azərbaycan” QSCdə girovda olan tanışı X18 mülkiyyətində olan, "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyatı olmayan ünvan 2 ünvanında yerləşən hər hansı sərəncam hüququ olmayan, 1,0987 ha torpaq sahəsini həmin MTK-a ilə birlikdə 4.000.000 manata sata biləcəyini təklif etmiş, eləcə də aralarında yaranmış etibarı daha da möhkəmələndirmək və özünə inandırmaq üçün qeyd olunan ərazidə tikinti aparmaq üçün müvafiq dövlət orqanlarından icazənin olduğunu, torpaq sahəsinin müvafiq yerquruluşu xəritəsinin (situasiya planı) hazırlandığını və kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün adiyyatı dövlət qurumlarının rəylərinin, yüksəkmərtəbəli yaşayış evlərinin layihələndirilməsi üçün tələb olunan texniki şərtlərinin alındığını bildirmişdir. Şahid4 təklifi ilə həmin şəxslərin yanında ilkin olaraq 20.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə qayını Şahid2 və Şahid5 arasında Bakı şəhəri 14 saylı notariat ofisində beh müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs ondan aldığı 20.000 manat pulu onlara vermiş, Zərərçəkmiş şəxs2 də həmin pulun üzərinə əlavə pul qoymaqla, ümumilikdə 100.000 manat pulu Şahid2 vermiş, sonuncu da "xxxx" ASC-dəki bank hesabına köçürmüşdür. xx.xx.2021-ci il tarixdə onun xahişi əsasında qaynı Şahid2 və işçisi Şahid1 iştirakı Bakı şəhəri 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov şirkətin nizamnamə payının 15 faiz hissəsindən 10 faizini Şahid1, 5 faiz hissəsini Şahid2 satmış. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini Şahid2, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini Şahid2 satmışdır. Adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını Şahid2 satmışdır. Şahid5 "xxxx" MTKnin nizamnamə payının müəyyən hissəsinə sahib olmaqla şərik olmalı, qeyd olunan ünvanda yerləşən torpaq sahəsini bankın girovluğundan çıxarmalı, bununla bağlı banka qarantiya məktubu verməli idi. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Şahid2 verilmiş 100.000 manat pul sonuncu tərəfindən "xxxx" ASC-dəki bank hesabına köçürülmüşdür. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və onunla görüşərkən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə rüşvət qismində verəcəyi 170.000 manat pulun qarşılığında torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdəcəyini bildirib əlavə pul vermələrini istəmişdir. Həmin vaxt o, pulunun olmadığını, Zərərçəkmiş şəxs2 isə 100.000 manat verə biləcəyini dedikdən sonra Təqsirləndirilən şəxs onlar ilə razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Şahid4 “WhatsApp” sosial internet proqramı vasitəsi ilə onun “WhatsApp” sosial internet proqramına Təqsirləndirilən şəxs səs yazını göndərmiş və məsələnin qaydasında olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2lə birlikdə Təqsirləndirilən şəxs səs yazısına qulaq asdıqdan sonra sonuncuya inanmışlar. Təqsirləndirilən şəxs “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Şahid4 “WhatsApp” sosial internet proqramına göndərdiyi səs yazısı “Axşamın xeyr, ........... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu olmuşdur. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında onun razılığı əsasında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs 100.000 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs2 və onun tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Sonradan torpaq sahəsinin bankda yüklü olduğu üçün təyinatının dəyişdirilməsinin mümkün olmamasını bilib Təqsirləndirilən şəxs pullarını tələb etmişlər, lakin sonuncu onların pulunu verməyib hər şeyin yaxşı olacağını, guya torpaq sahəsinin yüklülükdən azad edilməsində Şahid5 köməklik edəcəyini, əks halda torpaq sahəsini başqa şəxsə satıb onların pullarını geri qaytaracağını, hazırda pulunun olmadığını bildirməklə müxtəlif bəhanələr gətirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 xahişi əsasında Şahid2 və onun iştirakı ilə 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov 15 faiz paydan 10 faizini ona, 5 faiz hissəsini Şahid2 satmışdır. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini Şahid2, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini Şahid2 satmışdır. Bundan başqa, adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını Şahid2 satmışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Şahid2 100.000 manat pul verilmiş, sonuncu da həmin pulu "xxxx" ASCdəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs da həmin pulu bank hesabından götürmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 20.000 manat və xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 80.000 manat, ümumilikdə 100.000 manat pul almışdır. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə görüşərkən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə rüşvət qismində verəcəyi 170.000 manat pulun qarşılığında torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdəcəyini bildirmiş və əlavə pul ödəmələrini istəmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin məbləğlə razılaşmayıb 100.000 manat verə biləcəklərini demiş, bundan sonra Təqsirləndirilən şəxs həmin məbləğlə razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Şahid4 “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına Təqsirləndirilən şəxs səs yazısını göndərmiş və məsələnin qaydasında olduğunu bildirmişdir. Şahid4 həmin səs yazısını kopya edərək Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs 100.000 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 xahişi əsasında Şahid1 və onun iştirakı ilə 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov 15 faiz paydan 10 faizini Şahid1, 5 faiz hissəsini ona satmışdır. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini ona, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini ona satmışdır. Adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını ona satmışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən ona verilmiş 100.000 manat pulu "xxxx" ASC-dəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs həmin məbləğdə pul vəsaitini bank hesabından götürmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2021-ci il tarixdə ona verilmiş 100.000 manat pulu "xxxx" ASC-dəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs həmin məbləğdə pul vəsaitini bank hesabından götürmüşdür. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə görüşərkən İqtisadiyyat Nazirlyinin rəhbərliyinə rüşvət qismində verəcəyi 170.000 manat pulun qarşılığında torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdəcəyini bildirmiş və onlardan əlavə pul ödəməyini istəmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 də həmin məbləğlə razılaşmayıb 100.000 manat pul verə biləcəklərini demişlər, Təqsirləndirilən şəxs da 100.000 manat almaqla razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Şahid4 “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına Təqsirləndirilən şəxs səs yazını göndərmiş və məsələnin qaydasında olduğunu bildirmişdir. Şahid4 həmin səs yazısını kopya edərək Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs 100.000 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə olaraq göstərmişdir ki, 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Şahid4 “WhatsApp” sosial internet proqramına göndərdiyi səs yazısı “Axşamın xeyr, ........... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu olmuşdur. Şahid4 həmin səs yazısını kopya edərək Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 ona ofisində 100.000 manat pul verib həmin pulu Təqsirləndirilən şəxs verməyini demiş, o da sonuncunun ofisinə gedərək 100.000 manat pulu sonuncunun adını bilmədiyi işçisinə vermiş və Zərərçəkmiş şəxs2 göndərdiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlayarkən sonuncu pulu işçidən götürdüyünü təsdiq etmişdir. Bununla da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X2 Dadaşovun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə göstərmişdir ki, tarixini dəqiq xatırlamır, lakin 2020-ci ilin may ayında Şahid4 təklifi ilə atası Şahid5 "xxxx" MTK-nın nizamnamə payının 40 faiz hissəsini satın almışdır. xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisində bağlanmış MTK-nın nizamnamə payının alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən X19 nizamnamə kapitalının 15 faiz payından 10 faiz hissəsini Şahid1, 5 faiz hissəsini Şahid2, Əli Qarayev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2, 10 faiz hissəsini Şahid4, X21 15 faiz nizamnamə payının 5 faiz hissəsini Şahid2, 10 faiz hissəsini Şahid5, X22 40 faiz nizamnamə payından 25 faiz hissəsini ona, 15 faiz hissəsini Şahid5 satmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus əmlakların müəyyən olunması və qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən torpaq sahəsinin 2021 və 2022-ci illər üçün orta bazar dəyəri 1.977.660 manat təşkil edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********511700 nömrəli çıxarışına əsasən "xxxx" MTK-a xx.xx.2014-cü il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmış və hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu X40 küçəsi, ev 7B, mənzil 75-dir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış xx.xx.2014-cü il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X4 rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən ümumi sahəsi 786.5 m2 ölçüdə qeyri yaşayış sahəsini və mülkiyyətində olan torpaq sahəsini (əmlak kompleksi kimi müəssisəni) X24 125.000 manat pula satmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış xx.xx.2014-cü il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən ümumi sahəsi 791.5 m2 ölçüdə qeyri yaşayış binasını və mülkiyyətində olan torpaq sahəsini X24 67.530 manat pula satmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokola əsasən Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi diskin içərisində “Axşamın xeyr, ... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu audioyazının olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 həmin səs-yazının Təqsirləndirilən şəxs məxsus olmasını, 2021-ci ilin avqust ayının sonlarında ona və Zərərçəkmiş şəxs2 nümayiş etdirilməsi üçün Şahid4 mobil telefon nömrəsinin “Whatsapp” sosial şəbəkəsinə göndərməsini, sonuncunun da həmin səsyazısını kopya edərək onun “Whatsapp” sosial şəbəkəsinə göndərməsini bildirmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs Yunus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları ümumiləşdirərək belə qənaətə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs Yunus oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Həmçinin, məhkum edilmiş şəxs və onun müdafiəçisi AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət hökmünün çıxarılmasını xahiş etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsində qeyd edilən halların hər hansı biri mövcud deyil, məhkum edilmiş şəxsin apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Yunus oğlu barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddəsi ilə məhkum edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkum Təqsirləndirilən şəxs əməlinin CM-in 32.4, 312.1 maddəsi ilə tövsifinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. CM-in 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında ifadə olunmuş hüquqi mövqeyindən çıxış edərək qeyd edir ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün pul və sair nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdar təşkil edən ümumilikdə 300.000 manat məbləğində pulunu-əmlakını ələ keçirib dələduzluq etmiş. Qeyd olunan cinayət ittihamlarının məzmunundan açıq-aşkar görünür ki, istintaq orqanı özü belə Təqsirləndirilən şəxs yekun ittiham irəli sürərkən onun “Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyində işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə, yəni həmin torpaq sahəsinin təyinatının dəyişdirərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirə biləcək imkana malik olduğunu və bunun üçün həmin hərəkətə görə vəzifəli şəxsə çatdırılması” nəticəsinə gəlmiş, yəni onun zərərçəkmiş şəxslərin müraciətlərinin həlli üçün hər-hansı bir vəzifəli şəxslə əlaqəsinin olmasını sübuta yetirə bilməmişlər. Məhz bu səbəbdən də ibtidai araşdırma orqanı ona dələduzluqla bağlı cinayət ittihamları irəli sürmüşdür. Yuxarıda əks olunmuş hüquqi mövqenin işığında məhkuma qeyd olunan maddə ilə irəli sürülmüş ittihamın işin faktiki halları baxımından təhlil etdikdə müəyyən olunur ki, ittihamda rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Belə ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin təyinatının dəyişdirərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirə biləcəyinə köməklik göstərəcəyini, bununla bağlı müəyyən məbləğdə pul vəsaitlərinin çatmalı olduğunu bildirsə də, reallıqda o, rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmamış, heç buna cəhd belə etməmiş, faktiki olaraq vasitəçilik etmək imkanlarının olmasını yalandan deməklə zərərçəkmiş şəxslərin əmlakını ələ keçirməyə niyyətlənmişdir. Başqa sözlə yalançı vasitəçi olan Təqsirləndirilən şəxs niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlmişdir. Ona görə də, onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, məhkumun məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda əməl CM-in 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda CM-in 32.4, 312.1-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur. CPM-in 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır», «Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, Təqsirləndirilən şəxs Yunus oğlunun digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etməsinə dair, CM-in 32.4, 312.1-ci maddəsi və CM-in 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməlidir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Təqsirləndirilən şəxs Yunus oğlu vahid niyyətlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını, qulluq mövqeyindən istifdə etməklə ələ keçirib dələduzluq etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs Yunus oğluna CM-in 178.3.2-ci maddəsi ilə cəza təyin edərkən birinci instansiya məhkəməsi onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını düzgün qiymətləndirmiş, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza işin faktiki hallarına, onun törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğundur. Təyin edilmiş cəzanın növünün və həddinin dəyişdirilməsi üçün heç bir əsas yoxdur. CPM-in 399.1 və 399.1.4-cü maddələrinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 403-cü maddəsinə görə tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 403, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair 1(101)-534/2023 saylı, 19 aprel 2023-cü il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi (bu maddə əsasında irəli sürülmüş ittiham) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar