Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1369/2021 28.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Kamran Hüseyn oğlu Əkbərov və Elmar Eldar oğlu Rəhimovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü (sədrlik edən X5, X2 və X3 ibarət tərkibdə) ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs, 19 oktyabr 2020-ci il tarixdə saat 23:40 dəqiqədə ünvan 2 ünvanın qarşısında olarkən tanışı Zərərçəkmiş şəxs onun ünvanına söyüş etməsinə görə Zərərçəkmiş şəxs qəsdən vuraraq alın nahiyəsinin cızığı, sağ bazu arteriyasının və venasının tam kəsilməsi, orta sinirin hissəvi zədələnməsi ilə müşayiət olunan sağ dirsək çuxuru nahiyəsinin deşilmişkəsilmiş xəsarətləri yetirməklə ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Həmin hökmdən birinci instansiya məhkəməsində iştirak edən Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 apellyasiya protesti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə, həmin maddənin sanksiyası həddində daha ağır cəza təyin edilib məhkum edilməsinə dair yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi öz hökmündə Təqsirləndirilən şəxs əməlini CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etməsi ilə əlaqədar gəldiyi nəticəni əsaslandırmağa çalışarkən göstərmişdir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi təhqir etmiş və onun ünvanına söyüşlər söymüşdür, baş vermiş hadisədə heç bir halda xuliqanlıq niyyəti ilə cinayət törədilməsindən söhbət gedə bilməz və onun əməlində xuliqanlıq niyyəti ilə törədilmiş cinayətinin əlamətləri yoxdur, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ağır bədən xəsarəti yetirməsindən nə xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai münasibətlər, nə də xuliqanlığm əlavə obyekti olan digər münasibətlər (insanların sağlamlığının, şərəf və ləyaqətinin, mülkiyyətinin mühafizəsi ilə bağlı olan münasibətlər) zərər çəkməmişdir, həmçinin Xəyyam Sənəliyevin qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə nəticəsində baş vermişdir. Məhkəmə xuliqanlıq niyyətinin hüquqi izahını vermək üçün "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarına istinad edir və vurğulayır ki, "qəsdən adam öldürmə o vaxt xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum edir". İttiham tərəfi hesab edilir ki, olaraq məhkəmənin də istinad etdiyi yuxarıda adı çəkilən Plenum qərarına əsasən ibtidai istintaq orqanı haqlı olaraq “zərər çəkmiş şəxsin söyüş söyməsini” ağır cinayət əməlinin törədilməsi üçün hər hansı bəhanə kimi qiymətləndirib Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CMnin 126.2.4-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə də ittiham irəli sürmüşdür. Mübahisələndirilən hökmün digər “əsaslandırması” - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ağır bədən xəsarəti yetirməsindən nə xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai münasibətlər, nə də xuliqanlığm əlavə obyekti olan digər münasibətlər (insanların sağlamlığının, şərəf və ləyaqətinin, mülkiyyətinin mühafizəsi ilə bağlı olan münasibətlər) zərər çəkməmişdir, həmçinin Xəyyam Sənəliyevin qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə nəticəsində baş vermişdir.... kimi olmuşdur ki, görünür məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hansı əməldə ittiham olunmasına diqqət yetirməmiş (CM-nin 221-ci mad ilə deyil CM-nin 126-cı mad ilə işə baxılıb) və yekunda xuliqanlıq cinayət əməlinin bilavasitə və əlavə obyektlərinə qəsd yetirmədiyi qənaətinə gəlmişlər). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlini tövsif edərkən işi faktiki hallarına uyğun olmayan yekun nəticəyə gəlmişdir. “Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi təhqir etmiş və onun ünvanına söyüşlər söymüş” əsası ilə bağlı məhkəmənin gəldiyi nəticədən belə aydın olur ki, məhkəmə ünvanına söyüş söyülən şəxsin (şəxslərin) buna adekvat tədbir kimi qarşı tərəfi bıçaqla qəsdən vuraraq ağır xəsarət yeriməsini normal qarşılayır və bu halı əsaslı səbəb kimi qəbul edərək dəstəkləyir. Məhkəmə cinayət-prossessual qanunvericiliyinin həmin tələblərinə əməl etməyərək, əsassız olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə olan cinayət əməlini CM-nin 126.1-ci maddəsinə tövsif etmişdir Bu isə məhkəmə hökmündə sübutlara verilmiş qiymətin obyektiv olmamasını təsdiq edir. Göstərilənlərdən aydın görünür ki, ittiham tərəfinin biri digəri ilə ayrılmaz əlaqə təşkil edən və baş vermiş hadisənin bünövrəsini təşkil edən sübutlar əsasında gəldiyi nəticəyə, məhkəmə yalnız zərər çəkmiş və təqsirləndirilən şəxsin ifadələrinə istinad etməklə obyektiv gerçəkliyi əks etdirməyən və cinayət işinin halları ilə uyğun gəlməyən əsassız hökm çıxarmışdır Hökmlə razılaşmayan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli dəyişdirib Təqsirləndirilən şəxs barəsində şərti cəza təyin edilməsi və ya təyin edilmiş cəzanın yüngül cəza ilə əvəz olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs məhkəməyə təqdim olunmuş ərizəsindən müəyyən olunur ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur, ondan şikayətçi deyil. Həm cinayət işinin materiallarından, həm də məhkəmədə təsdiq olunmuş digər sübutlardan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bədən xəsarəti yetirməsindən nə xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai münasibətlər, nə də xuliqanlığın əlavə obyekti olan digər münasibətlər zərər çəkməmişdir,həmçinin Təqsirləndirilən şəxs sağlamlığa zərər vurma ilə bağlı törətdiyi cinayət əməlinin "xuliqanlıq niyyəti” ilə deyil ,zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə nəticəsində baş vermişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi haqlı olaraq, Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Lakin bu xüsusatların məhkəmə tədqiqatı zamanı sübut olunmasına baxmayaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edə bilərdi və cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilərdi. Bakı Ağır Cinayətlər Məhkəməsi haqlı olaraq, Təqsirləndirilən şəxs gənc olmasını, ilk dəfə cinayət törətməsini vəzərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Lakin bu xüsusatların məhkəmə tədqiqatı zamanı sübut olunmasına baxmayaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edə bilərdi və cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilərdi.. İşdə olan sübutlara əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alıb əməlindən səmimi peşimançılıq çəkir, cinayəti ilk dəfədir ki, törədir, zərərçəkmişlə barışmış, sonuncunun ona qarşı heç bir iddia və tələbi yoxdur, gəncdir və cəmiyyətə xeyri dəyə bilər, belə ki, onun cəzanı şərti olaraq çəkməsi islah olmasına kömək edə bilər. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısının apellyasiya protesti təmin edilərək birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 126.2.4-cü maddəsinə tövsif olunmaqla təqsirli bilinərək təqsirli bilindiyi maddələrinin sanksiyası daxilində cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməsi barədə yeni hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 5 ildir ki, yaşadığı kəndin sakini kimi tanıyır, Hüseyn ilə heç bir tanışlığı, qohumluğu, ədavəti, narazılığı və düşmənçiliyi olmamışdır. Əvvəllər cinayət hadisəsi törətməmiş və məhkum da olunmamışdır. 19 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq özünə məxsus velosipedi idarə edib qəsəbənin ərazisində gəzmişdir. Evdən çıxarkən özü ilə bıçaq götürmüşdür. Bıçağı əynində olan şalvarının bel nahiyəsinə bağlamış, bıçağı götürməkdə məqsədi hər hansı bir şəxslə mübahisəsi olduqda özünü müdafiə etmək olmuşdur. Axşam saat 23:40 radələrində Yeni Suraxanı qəsəbəsi, M.Ə.Sabir küçəsində yerləşən “4 Yol” adlanan mağazanın yaxınlığından keçərkən onu kiminsə səslədiyini eşidib dayanmışdır. Baxdıqda çağıran şəxsin Hüseyn olmasını görmüş, sonuncuya yaxınlaşaraq və nə səbəbə görə çağırmasını soruşmuşdur. O, da bildirmişdir ki, “nömrəmi götürmüsən nə üçün götürmüsən”. Demişdir ki, “tələsirəm işim var sonra səninlə əlaqə saxlayacam”. Bu zaman Hüseyn heç bir səbəb olmadan ona söyüş etməyə başlamışdır. Onun etdiyi söyüşlərə görə bir dəfə şillə ilə onun sifətindən vurmuşdur. Hüseyni vurduqdan sonra o, üzərinə gəlmiş və şillə ilə onu vurmaq istəmişdir. Özünü müdafiə etmək və onu qorxutmaq məqsədilə ilə belində saxladığı bıçağı çıxarıb ona tərəf hərəkət etdirmişdir. Həmin vaxt bıçaq onun sağ qolundan dəymişdir. Səs-küy səslərinə oraya toplaşan şəxslər onlara yaxınlaşıb aralaşdırmışdır. Hüseynin sağ qolundan qan gəlmiş, sonuncu orada olan şəxslərin yanında söyüş etdikdə əlində saxladığı bıçağın arxa hissəsi ilə onun alın nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra velosipedini idarə edib oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, onun Hüseyni vurmaq niyyəti olmamış, Hüseyn ona hücum etdikdə özünü müdafiə etmək və onu özündən uzaqlaşdırmaq üçün bıçaqla qorxutmaq istəmişdir. Hüseyn söyüş söyüb üstünə gəldiyi üçün onu bıçaqla qorxutmaq istəmişdir. O hazırda Hüseynə barışmış və onun müalicə xərclərin və dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Hadisədən iki gün öncə o, Zərərçəkmiş şəxs onun qardaşı ilə bağlı nömrəsini istəmişdir. Onun zərərçəkmiş şəxsin qardaşı ilə dostluq münasibəti olmuşdur. İki gün sonra təsadüfən dükanın yanında görüşmüşlər, aralarında heç bir mübahisə olmamış, əksinə mehriban söhbət etmiş, zarafatlaşmışlar. Üstündə bıçaq olmuşdur. O, üstündə bıçağı kimisə vurmaq məqsədi ilə saxlamışdır. O, Zərərçəkmiş şəxs bıçaqla vurmaq istəməmişdir. Zarafat əsnasında bıçaqla istəmədən Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt onlar bir-birlərinə söyüş söyməmişlər. Hadisədən sonra o, Zərərçəkmiş şəxs xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 oktyabr 2020-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı evin yaxınlığında olan “Dörd Yol” adlanan mağazanın yaxınlığında olarkən tanımadığı, lakin adını sonradan bildiyi İmran adlı şəxs yaxınlaşaraq mobil telefon nömrəsini istəmişdir. İmrandan nömrəsini nə səbəbə görə istəməsini soruşmuş, sonuncu da Tərlanın qardaşı olub-olmamasını soruşmuş, Tərlanın qardaşı olmasını bildirmiş və telefon nömrəsini İmrana vermiş və bundan sonra çıxıb getmişdir. 19 oktyabr 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq siqaret almaq üçün “Dörd Yol” adlanan mağazaya getmişdir. Həmin mağazaya gedib çatdıqda mağazadan siqaret alıb çölə çıxıb dayanıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt tanıdığı İmran adlı şəxs ona yaxınlaşmışdır. İmran ilə kənara çəkilib öz aralarında söhbət etmişlər. İmrandan soruşmuşdur ki, “sən zəng etməli idin, bəs nə oldu”. O da zəng edəcəyini bildirib kobud danışmağa başlamışdır. Bu zaman onların arasında narazılıq yaranmış və onlar biri-birilərinə əl-qol atmışlar. Lakin İmranı vura bilməmiş, sonuncu isə şillə ilə sifətindən bir dəfə vurmuşdur. İmranın üzərinə gedərkən isə sonuncu cibindən bıçaq çıxarıb sağ qolundan vurmuşdur. Bıçağın arxası ilə isə alın nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt saat 23:40 radələri olmuşdur. Xəsarət almış və bıçağın dəydiyi hissəsindən qan axmağa başlamışdır. Bundan sonra İmran oradan çıxıb getmişdir. Xəsarət aldığından huşunu itirmiş və özünə gəldikdə isə xəstəxanada olmamasını görmüşdür. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, əvvəllər İmran ilə arasında heç bir narazılığı, düşmənçiliyi və ədavəti olmamışdır. Həmin hadisə zamanı orada özlərindən başqa heç kim olmamışdır. Hadisəni isə kənardan kimlərin görməsini bilməmişdir. Hadisə 10 dəqiqə ərzində baş vermişdir. Onu yalnız İmran bıçaqla vurmuş, orada başqa şəxs olmamış və onu vurmamışdır. Həmin bıçağı dəqiq görməmiş, ona görə də bıçaq barədə heç nə bilməmişdir. Təqsirləndirilən şəxs onu nə səbəbə görə bıçaqla vurmasını bilməmişdir. İmranı vurmamış və xəsarət də yetirməmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamışdır Apellyasiya məhkəməsində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir-birlərini əvvəllər tanımışlar. Belə ki, İmran qardaşının dostudur. Hal-hazırda İmranın qardaşı həbsdədir. Hadisə günü o, məhlədə dükanın yanında dayanmışdı və görmüşdür ki, İmran da haradansa gəlir və onun əlində bıçaq var. Bu zaman, onlar salamlaşmışlar, İmran onunla zarafat etməyə başlamışdır. Sözləri uyğun gəlməyəndə bir-birinə əl-qol atmış, İmran isə qəfildən onu bıçaqla vurmuşdur. Sadəcə İmran gözlənilmədən bıçağı çıxarıb onu vuranda elə bilmişdir ki, o, qorxub kənara çəkiləcək, lakin o da bunu gözləmədiyindən kənara çəkilməmişdir. İmran ondan nömrəsini istəmişdir. O da hesab etmişdir ki, İmran onun qardaşı ilə bağlı nəsə məlumat verməklə bağlı onun nömrəsini istəmişdir. Həmin vaxt heç bir onlar münaqişə olmamışdır. Orada heç kim bir-birinə söyüş söyməmişdir. O, hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs, 19 oktyabr 2020-ci il tarixdə saat 23:40 dəqiqədə ünvan 2 ünvanın qarşısında olarkən tanışı Zərərçəkmiş şəxs onun ünvanına söyüş etməsinə görə iradını, yəni cüzi dəlili bəhanə edərək əsaslı səbəb olmadan cibindən çıxardığı bıçaqla xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs qəsdən vuraraq alın nahiyəsinin cızığı, sağ bazu arteriyasının və venasının tam kəsilməsi, orta sinirin hissəvi zədələnməsi ilə müşayiət olunan sağ dirsək çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş xəsarətləri yetirməklə ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, iş materiallarında olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X7 22 saylı şöbəsinin verdiyi 24 oktyabr 2020-ci il tarixli 974 nömrəli rəyindən görünür olur ki, Zərərçəkmiş şəxs sağ bazu arteriyasının və nenasının tam kəsilməsi, orta sinirin hissəvi zədələnməsi ilə müşayiət olunmuş sağ dirsək çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş yarası və alın nahiyəsinin cızığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşya (alət) təsirindən, cızıq isə iti uclu əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən 19.10.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X7 22 saylı şöbəsinin verdiyi 24 oktyabr 2020-ci il tarixli 974 nömrəli rəydən məlum olur ki, Zərərçəkmiş şəxs sağ bazu arteriyasının və nenasının tam kəsilməsi, orta sinirin hissəvi zədələnməsi ilə müşayiət olunmuş sağ dirsək çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş yarası və alın nahiyəsinin cızığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşya (alət) təsirindən, cızıq isə iti uclu əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən 19.10.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Qeyd edilən xəsarətlərin xarakterinə və lokalizasiyasına görə demək olar ki, həmin xəsarətlərin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı aparılan araşdırma nəticəsində, Təqsirləndirilən şəxs əməllərinin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinin əsasları qismində hökmlə müəyyən edilmiş hallar və həmin hallara məhkəmənin verdiyi hüquqi qiymət çıxış etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən vuraraq alın nahiyəsinin cızığı, sağ bazu arteriyasının və venasının tam kəsilməsi, orta sinirin hissəvi zədələnməsi ilə müşayiət olunan sağ dirsək çuxuru nahiyəsinin deşilmiş-kəsilmiş xəsarətləri yetirməklə ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Təqsirləndirilən şəxs əməllərini müəyyənləşdirən sübutlar araşdırılarkən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmaq istəməsi öz təsdiqini tapmış, lakin, Təqsirləndirilən şəxs əməlində qəsdən ağır zərər vurmanın xuliqanlıq niyyəti ilə törədilməsi faktı məhkəmədə öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin hökmdə göstərmişdir ki, cinayətin xuliqanlıq kimi qiymətləndirilməsi, yaxud, xuliqanlıq niyyəti ilə baş verməsi eyni cür terminlər olmasa da həm mahiyyətinə, həm də məzmununa görə eyni xarakterli cinayətlər hesab edilir. Yəni, hər iki halda cinayətin məqsədi və motivi eynidir. Çünki, hər bir halda istər xuliqanlıq cinayətində, istərsə də xuliqanlıq niyyəti İlə törədilmiş cinayətlərdə niyyət yalnız xuliqanlıqdan ibarət olur. Niyyətin xuliqanlıq olması isə o deməkdir ki, baş vermiş cinayət hadisəsinin heç bir səbəbi yoxdur. Sözü gedən cinayət hadisəsinin, yəni Zərərçəkmiş şəxs ilə bağlı baş vermiş hadisədə heç bir halda xuliqanlıq niyyəti ilə cinayət törədilməsindən söhbət gedə bilməz və onun əməlində xuliqanlıq niyyəti ilə törədilmiş cinayətinin əlamətləri yoxdur və belə olan halda onun əməli törətdiyi cinayətə uyğun olaraq tövsif olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmənin bu nəticəsi əsassız olmaqla cinayət işi materiallarına ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin öz hökmündə qeyd etdiyi “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 saylı 23 mart 2004-cü il tarixli Qərarın 3-cü bəndinin tələblərini qeyd etmiş olsa da, özü bu tələblərə riayət etməmişdir. Belə ki, həmin Qərarın tələblərinə əsasən, “İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur”. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə hansı səbəbdən, yəni şəxsi münasibətlər zəminində, intiqam hissi ilə, qisas hissi və sair səbəbdən qəsdən ağır xəsarət yetirməsi hökmdən aydın olmur və beləliklə də birinci instansiya məhkəməsi gəldiyi yekun nəticəni yuxarıda qeyd olunan Plenum Qərarına istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində elə özü də təkzib etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökm göstərdiyi “Cinayətin xuliqanlıq kimi qiymətləndirilməsi, yaxud, xuliqanlıq niyyəti ilə baş verməsi eyni cür terminlər olmasa da həm mahiyyətinə, həm də məzmununa görə eyni xarakterli cinayətlər hesab edilir. Yəni, hər iki halda söhbət gedə bilməz” kimi hüquqi qiymətləndirmə ilə bağlı qeyd edir ki, xuliqanlıq niyyəti ilə törədilən cinayət əməllərində ümumiyyətlə motiv ya məqsəd olmur, eləcə də xuliqanlıq niyyəti cinayət əməlinin tərkib elementlərindən biri hesab olunan subyektiv cəhəti, xuliqanlıq əməli isə özlüyündə cinayət əməlinin obyektiv cəhətini ehtiva etməklə tam fərqli anlayışlardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarxili, 1 nömrəli Qərarının 5-ci bəndinə göstərilir ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi hökmdə istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının müvafiq bəndlərinə istinad edərək mahiyyətini düzgün qiymətləndirməməklə əsassız olaraq əməli tövsif etməklə ittiham hökmü çıxartmışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə xəsarəti nə ilə (sillə, yumruq, təpik və sair) yetirməsini araşdırması hökmdən görünmür. Görünən odur ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə sağlamlığa qəsdən ağır zərəri necə, nə ilə yetirməsi və ümumiyyətlə hansı səbəbdən yetirməsi məhkəmə üçün maraq kəsb etməmiş, bu səbəbdən də hökmün təsviri-əsaslandırıcı hissəsində bu kimi əhəmiyyətli hallah öz əksini tapmamışdır Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Çünki birinci instansiya məhkəməsi yalnız Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi təhqir etməsi və onun ünvanına söyüşlər söyməsi və qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli “xuliqanlıq niyyəti” ilə deyil, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə nəticəsində baş verməsinə əsaslanmış, təqsirləndirilən şəxsin cinayət əməlini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan sübut növlərinə üstünlük verməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinini törətməsini etiraf etməsə də, onun həmin əməli törətməsi iş materiallarında olan məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X7 22 saylı şöbəsinin verdiyi 24 oktyabr 2020-ci il tarixli 974 nömrəli və məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X7 22 saylı şöbəsinin verdiyi 24 oktyabr 2020-ci il tarixli 974 nömrəli ekspert rəyləri və digər sübutlarla tam olaraq sübuta yetirilmiş və məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, eyni zamanda məhkəmə kollegiyası məsələsinə qiymət verərkən qeyd edir ki, Zərərçəkmiş şəxs də ifadəsində ibtidai istintaq və birincinci instansiya məhkəməsində verdiyi ifadələrdən fərqli ifadə verməsini onun təqsirləndirilən şəxsi müdafiə xarakterli ifadələri kimi qiymətləndirir və həmin ifadələrin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət 126.2.4-cü maddəsinin tərkibinin olmasının sübuta yetirilməsinin qarşısının alınması məqsədilə verildiyini hesab edir. Azərbaycan Respublikasi CPM-nin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş subutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə hökm əsaslı hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları nəzərə almayaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini onun Zərərçəkmiş şəxs yetirdiyi xəsarətləri şəxsiyyət əleyhinə, lakin xuliqanlıq niyyəti olmayan cinayətlər kimi qəbul etmiş və bu şəxsin aldıqları xəsarətə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə, yəni qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan əməllərə görə cinayət məsuliyyətinə cəlb etmiş və Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki açıq-aşkar göründüyü kimi, heç bir əsaslı səbəb olmadığı halda, Təqsirləndirilən şəxs özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə aralarında baş vermiş münaqişə vaxtı qarşılıqlı münaqişə zəminində zərər çəkmişi vurmuş, onun niyyəti və davranışı faktiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz “müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası işin hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də işin digər materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası CPM-in 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. CPM-nin 353.2.2-ci maddəsinə görə ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfındən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. CPM-in 401-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin onun tərəfındən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almaması məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi hesab edilir və həmin hallar məhkumun təqsirliliyinə və ictimai təhlükəli əməlin tövsifınə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair yeni hökm çıxarılmalıdır. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı “xuliqanlıq niyyəti”qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli sübuta yetməsini nəzərə alaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə deyil, dahan ağır maddə ilə, yəni həmin Məcəllənin 126.2.4-cü maddəsi ilə tövsif edilməli olduğundan Təqsirləndirilən şəxs qanunvericiliyin tələbləri baxımından daha yüngül cəza təyin oluna bilməz. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hökmə əsasən, məhkəmə cinayətin motivini, yəni cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı halları, yəni Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə müalicəsi ilə əlaqədar dəymiş maddi ziyanın ailəsi tərəfindən tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını müstəsna hallar kimi qiymətləndirmiş və lakin təqsirləndirilən şəxsi təqsirli bilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən də yanlış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməsi və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınması isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilmiş imperativ normadır. İş üzrə təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü həm də onun göstəricisidir ki, məhkəmə cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı tarazlığı təmin edə bilməmiş, nəticədə nümayiş etdirilmiş altruizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, bununla da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, onun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə müalicəsi ilə əlaqədar dəymiş maddi ziyanın ailəsi tərəfindən tamamilə ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edərək, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onun həmin cinayət işi üzrə tutulduğu vaxtdan, yəni 27 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apelyasiya instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi əsaslarından biridir. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinbin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Beləliklə, yuxarıda qeyd edilən halları əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona həmin maddələrinin sanksiyası daxilində, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla cəza təyin edilməsi barədə yeni hökm çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 392, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası HÖKM ETDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair 17 iyun 2021-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinsin və həmin maddə ilə ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Kamran Əkbərov Elmar Rəhimov
Məhkəmə qərarları › İş №1(103)-1369/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1369/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver