Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-137/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kamran Hüseyn oğlu Əkbərovun sədrliyi və məruzəsilə, Faiq Adil oğlu Qasımov və Elmar Eldar oğlu Rəhimovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı X7, Məhkum edilmiş şəxslər edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi X4, digər məhkum edilmiş şəxslər edilmiş şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi VŞahid9 Umud qızının iştirakları ilə xx.xx.1981-ci ildə Ermənistan SSRİ-nin Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum edilmiş şəxslər olunmuş və məhkum edilmiş şəxslərluğu ödənilmiş,«Dövlət X1» MMC-nin təsisçisi və faktiki sahibi, eyni zamanda həmin Cəmiyyətin Bakı Regional X2 rəisi vəzifəsində işləmiş, Sumqayıt şəhəri, Yataqxana 2, Dostluq küçəsi, məhəllə 18, ev 32-də qeydiyyatda olub, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsi, ev 11-də yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş şəxslər olunmayan, «Dövlət X1» MMC-nin Bakı Regional X3 nəzarətçi-məsləhətçi vəzifəsində işləmiş, Sumqayıt şəhəri, Yataqxana 2, Dostluq küçəsi, məhəllə 18, ev 32-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağlarında yaşamış Təqsirləndirilən şəxs2 AR CM-nin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə məhkum edilmiş şəxslər edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əliövsəd Abasov hakimlər Mahmud Ağalarov və Eldar Mikayılov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları və əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərk Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları və əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı il tarixdə 100 faiz təsis payı ilə təsis etdiyi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X5 ********** VÖEN-lə qeydiyyatdan keçirdiyi «Dövlət X1» MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional TexnikiTəhlükəsizlik İdarəsinin 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ofisdə rəhbərlik etdiyi cəmiyyətə qardaşı Təqsirləndirilən şəxs2 nəzarətçiməsləhətçi vəzifəsinə işə götürməyi müqabilində sonuncudan 2019-cu ilin iyul ayının əvvəllərində birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini şəxsən, özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra xx xxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs2 həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-biləyalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 ilə özü arasında 01 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçiməsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbərlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, bununla əlaqədar «xxxx» MMC-yə 2.000 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə xx xxxx 2019-cu il tarixli ĞĞV Seriya 085351 №-li qəbzi ünvan 2 ünvanında yerləşən ofisdə tərtib edib baş mühasib və rəhbər kimi öz imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbərlik etdiyi Cəmiyyətə Sumqayıt şəhər sakini Nümayəndə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində sonuncudan özü üçün Cəmiyyətin Bakı Regional X3 nəzarətçi-məsləhətçi vəzifəsində işləyən öz qardaşı Təqsirləndirilən şəxs2 vasitəsi ilə, yəni sonuncunun cinayətin törədilməsi üçün, o cümlədən işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməklə özünə çatdırılmasında ifadə olunan köməkçiliyi ilə 2019-cu ilin iyul ayının ortalarında özünün tapşırığı əsasında Təqsirləndirilən şəxs2 Nümayəndə Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında qəbul etdiyi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən ofisdə birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra xx xxxx 2019-cu il tarixdə Nümayəndə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019-cu il tarixdə Nümayəndə ilə özü arasında 01 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçi-məsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbərlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, bununla əlaqədar «xxxx» MMC-yə 2.000 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə xx xxxx 2019-cu il tarixli ĞĞV Seriya 085353 №-li qəbzi ünvan 2 ünvanında yerləşən qeyd olunan müəssisədə tərtib edib baş mühasib və rəhbər kimi öz imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni rəhbərlik etdiyi Cəmiyyətə Sumqayıt şəhər sakini Şahid3 nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan özü üçün Cəmiyyətin Bakı Regional X3 nəzarətçi-məsləhətçi vəzifəsində işləyən öz qardaşı Təqsirləndirilən şəxs2 vasitəsi ilə, yəni sonuncunun cinayətin törədilməsi üçün, o cümlədən işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməklə özünə çatdırılmasında ifadə olunan köməkçiliyi ilə 2019-cu ilin iyul ayının sonlarında özünün tapşırığı əsasında Təqsirləndirilən şəxs2 Şahid3 ünvan 2 ünvanında yerləşən ofisdə qəbul etdiyi 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini həmin ofisdəki xidməti iş otağında birbaşa yolla özü üçün və rəhbərlik etdiyi hüquqi şəxsin xeyrinə rüşvət qismində istəyərək almış, bundan sonra x xxxxxx 2019-cu il tarixdə Şahid3 həmin idarədə nəzarətçiməsləhətçi vəzifəsinə təyin edib, törətmiş olduğu həmin cinayət əməlini pərdələmək, görəcəyi işə mülki əqd görüntüsü vermək üçün vəzifəli şəxs qismində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri, o cümlədən xx.xx.2019-cu il tarixdə Şahid3 ilə özü arasında 03 nömrəli müqavilə bağlayıb onu işə qəbul edəcəyi nəzarətçi-məsləhətçi vəzifəsinə uyğun təlimatlandırmağı, gələcəkdə işçi ilə əmək müqaviləsi bağlanılıb işə qəbul edəcəyi təqdirdə işçini mövsümə uyğun xüsusi geyim forması ilə təmin etməyi, əlavə ixtisas artırma kurslarına cəlb etməyi və bu işlə əlaqədar digər maddi xərcləri çəkməyi guya rəhbəlik etdiyi Cəmiyyətin öz üzərinə götürüb, «xxxx» MMC-yə 700 manat pul ödənilməsi barədə həmin müqaviləyə əsasən pulun qəbul edilməsi barədə xx xxxxxx 2019- cu il tarixli ĞĞV Seriya 085352 №-li qəbzi ünvan 2 ünvanında yerləşən qeyd olunan ofisdə tərtib edib baş mühasib və rəhbər kimi imzası, eləcə də Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan əlavə o, həmin vəzifədə işləyərkən qulluq mövqeyinə görə özünə olan inam və etibardan aldatma yolu ilə istifadə etməklə özgənin xeyli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə, tanışı Şahid1 2019-cu ilin sentyabr ayının ortalarında Sumqayıt şəhərində görüşləri zamanı yaxın əlaqələrindən istifadə edərək Sumqayıt şəhəri, “Nəsimi” adına X6 müdir vəzifəsinə təyin etdirəcəyi barədə yalan məlumat verərək inandırmaqla dövlət orqanında işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar sonuncunun xeyrinə hərəkətlərin edilməsi, yəni qeyd edilən vəzifəyə təyin edilməsindən ötrü qərar qəbul olunması müqabilində özünün vasitəsi ilə birbaşa yolla maddi nemət olan 20.000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsinin zəruri olduğunu bildirib Şahid1lə sövdələşməklə əvvəlcədən planlaşdırdığı cinayətkar niyyətini həyata keçirərək 2019-cu ilin sentyabr ayının sonlarında Şahid1 Sumqayıt şəhərində 14 mərtəbə kimi tanınan binanın altında yerləşən “Art” çay evində 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 manat, 2019-cu ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, 9cu mikrorayonda yerləşən «Qızıl qala» restoranında 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 17.000 manat, ümumilikdə özgəyə, yəni Şahid1 məxsus xeyli miqdarda təşkil edən 34.000 manat məbləğində pulunu qulluq mövqeyindən istifadə etməklə vahid qəsdlə alaraq aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin əməli ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə birbaşa yolla özünün vasitəsi ilə rüşvət verməyə Şahid1 təhrik etmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2006-cı il tarixdə təsis edilməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X8 ********** VÖEN-lə qeydiyyatdan keçmiş «Dövlət X1» MMC-nin təsisçisi və faktiki rəhbəri, habelə həmin Cəmiyyətin Bakı Regional X2 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 2 ünvanında yerləşən ofisdə rəhbərlik etdiyi cəmiyyətə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyi müqabilində 2019-cu ilin iyul ayının əvvəllərində birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən Təqsirləndirilən şəxs1 təqdim etməsindən sonra sonuncu tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilən əmrlə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaiti rüşvət qismində vermişdir. Bundan başqa, o, xx xxxx 2019-cu il tarixdən «Dövlət X1» MMC-nin Bakı Regional X3 nəzarətçi-məsləhətçi vəzifəsində işləyərkən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, habelə Cəmiyyətin Bakı Regional X2 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında istifadəsinə götürdüyü ünvan 2 ünvanında yerləşən qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Nümayəndə nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan 2019-cu ilin iyul ayının ortalarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının yaxınlığında birbaşa yolla maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəyib alaraq, ünvan 2 ünvanında yerləşən ofisdə həmin tarixdə Təqsirləndirilən şəxs1 təqdim etməsindən sonra sonuncu tərəfindən xx xxxx 2019-cu il tarixdə qəbul edilən əmrlə Nümayəndə həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında köməkçi qismində iştirak etmişdir. Bundan əlavə, o, həmin vəzifədə işləyərkən, təkrarən, həmin Cəmiyyətin təsisçisi və faktiki rəhbəri, habelə Cəmiyyətin Bakı Regional X2 2019-cu ilin iyun ayından rəisi vəzifəsində işləyən qardaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.3-cü maddəsinə və həmin Məcəllənin 12.1-ci maddəsinin c bəndinə əsasən işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək, habelə hüquqi şəxsin faktiki rəhbəri kimi hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək, fəaliyyətinə nəzarət etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində istəyərək alınması ilə bağlı cinayətinin törədilməsi üçün işə düzəlmək niyyətində olan şəxslərin tapılması, onlar barəsində məlumatların verilməsində, habelə cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini əldə etməyi və ona çatdırmağı qabaqcadan vəd etməklə yardım edərək, qeyd olunan Cəmiyyətdə Sumqayıt şəhər sakini Şahid3 nəzarətçi-məsləhətçi vəzifəsinə işə götürməyə görə sonuncudan 2019-cu ilin iyul ayının sonlarında ünvan 2 ünvanında yerləşən ofisdə birbaşa yolla maddi nemət olan 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində şəxsən istəyib alaraq qeyd olunan ofisdə həmin tarixdə Təqsirləndirilən şəxs1 təqdim etməsindən sonra sonuncu tərəfindən x xxxxxx 2019-cu il tarixdə qəbul edilən əmrlə Şahid3 həmin idarədə nəzarətçi-məsləhətçi vəzifəsinə təyin təyin edilməklə, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar Təqsirləndirilən şəxs1 edəcəyi hərəkətə görə sonuncu üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində istənilməklə alınmasında təkrarən köməkçi qismində iştirak etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan 2000 manat məbləğində pulu qardaşına rüşvət qismində deyil, geyim forması alınması, təlim və ixtisas kursları keçməsi üçün verdiyini, məhkəmənin şahidlərin ifadələri arasında olan ziddiyyətlərə qiymət vermədiyini, Təqsirləndirilən şəxs2 ailəli olmaqla himayəsində üç uşağının olduğunu, əvvəllər məhkum olunmadığını qeyd edərək hökmün ləğv edilərək Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən, həmçinin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib obyektiv sübutların məcmusuna daxil olan şahid ifadələrinin heç birində, habelə təqsirləndirilən şəxslərin ifadələrində və digər istintaq materiallarında məhkəmənin gəldiyi nəticələri təsdiq edən hər hansı dəlilin müəyyən edilmədiyini qeyd edərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə çıxışını, o cümlədən, digər proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərindən görünür ki, verilmiş hər iki apellyasiya şikayətində məhkum edilmiş təqsirlilik məsələsi mübahisələndirilərək hər biri barəsində bəraət hökmü çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri şahid ifadələri, baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxslərin müdafiəçiləri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək məhkum edilmiş şəxlslər barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Verilmiş apellyasiya şikayətlərində məhkəmə tərəfindən şahidlərin ziddiyyətli ifadələrinə qiymət verilmədiyinə və məhkum edilmiş şəxslərin təqsirli olmalarının sübuta yetirilmədiyinə istinad edilsə də, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunmaqla həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkum edilmiş şəxslərə təyin edilmiş cəzaya münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxslərin şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşaqlarının olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də onların şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə məhkum edilmələrinə dair xx xxxxxxxx 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara xx xxx 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 311.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2 və 312.1-ci maddələri ilə məhkum edilmələrinə dair xx xxxxxxxx 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili VŞahid9 Umud qızı tərəfindən məhkum Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 35 saat üçün cəmi 210 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı hüquq məsləhətxanasının vəkili VŞahid9 Umud qızına dövlət büdcə vəsaiti hesabına 210 manat işlədiyi Bakı şəhəri 20 №-li hüquq məsləhətxanasının Kapital Bank ASC Gənclik mall filialı, Bankın kodu 201025, VÖEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.F.İ.T.Bik Aİ İ BAZ2X, hesab AZ87AİİB********************, VÖEN ********** №-li hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayətləri və protesti verilə bilər. Sədrlik edən Kamran Əkbərov, hakimlər Faiq Qasımov, Elmar Rəhimov.
Məhkəmə qərarları › İş №1(103)-137/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-137/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver