Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1380/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X8, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı, 13 may 2022ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı, 13 may 2022-ci il tarixli hökmü ilə (X16 (sədrlik edən və məruzəçi hakim), Azad Məcidov və Səbuhi Hüseynov) xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, 04 sentyabr 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 04 sentyabr 2021-ci il tarixdən hesablanması, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunması, ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, iş üzrə maddi sübut olan və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonrakı qalıq çəkisi 9,005 qram olan psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, 01 (bir) ədəd maddi sübut kimi tanınmış DVD diskin cinayət işi materiallarında saxlanılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, iş üzrə ekspertiza tədqiqatının dəyəri – 109 manat züy) doqquz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 9,105 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 sentyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 16:15-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür.. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakılara görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı 13 may 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs münasibətdə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan əsassızdır, ona görə də ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməklə aparılan cinayət təqibinə xitam verilməli və o, məhkəmə iclasının zalından həbsdən azad edilməlidir.
1. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı istintaq orqanı tərəfindən bir sıra kobud prosessual hüquq və vəzifə pozuntularına yol verilmişdir. Həmin pozuntular işin aşağıda qeyd olunan həm faktiki halları, həm də hüquqi əsasları ilə müəyyən edilir.
2. İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 04 sentyabr 2021-ci il tarixdə tutulsa da. şübhəli şəxs qismində hüquq və vəzifələri barədə yazılı bildiriş ona yalnız bir gün sonra - 05 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir. Bu hal birmənalı şəkildə kobud prosessual hüquq pozuntusudur.
3. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin aparılmasına BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş 04 sentyabr 2021-ci il tarixli raport əsas olmuşdur. Həmin raportda əməliyyat müvəkkili Şahid1 “etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş” məlumatlara istinad edərək Təqsirləndirilən şəxs “qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilir” qeydi etmişdir. Bununla yanaşı daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün Təqsirləndirilən şəxs yaxalanmasını, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini eyni raportla xahiş edir. Şahid1 əldə etdiyi məlumatların mötəbərliyinə dair başqa hər hansı sübutlar mövcud deyildi. Cinayət işinin materialları ilə isə Təqsirləndirilən şəxs barəsində daxil olan əməliyyat məlumatları və yaxud barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı hər hansı əməliyyat-qeydiyyat işinin başlanması müəyyən edilmir, ümumiyyətlə hallandırılmır və istinad olunmur. Bununla da əməliyyat müvəkkili Şahid1 məlumat verdiyi mənbənin Təqsirləndirilən şəxs barəsində ötürülən məlumatların etimad doğurmasına tam əsaslı olaraq ciddi şübhələr yaranmışdır. Cinayət işinin materiallarında olan (iş vər. 118 - 119) və müstəntiq Ramil Məhərrəmli tərəfindən tərtib edilmiş “Mobil telefonla ölürülən məlumatlara baxış keçirilməsi haqqında” protokolundan göründüyü kimi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən 01 yanvar 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahiblərinə dair məlumatlara ("xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskdəki telefon nömrəsi ilə ötürülən məlumatlarına) keçirilən baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** nömrədən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları olmamışdır. Cinayət işinin digər materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin əldə etməsi istintaqın sonrakı mərhələlərində öz təsdiqini tapmamışdır.
4. Təqsirləndirilən şəxs yekunda verilmiş ittihamın mahiyyətinə əsasən, guya o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Təqsirləndirilən şəxs hətta həqiqətən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuş olsaydı belə, narkotik vasitələrin əldə olunma mənbəyinin və vaxtının istintaq üçün naməlum olması heç də təəccüblü deyil. Çünki polis əməkdaşları tərəfindən olduqca uğursuz və qeyri-peşəkar əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Belə ki, polis əməkdaşı Şahid1 iddia etdiyi “etimad doğuran” mənbədən 04 sentyabr 2021-ci il tarixdə müvafiq “məlumat” daxil olan kimi, polis əməkdaşları Təqsirləndirilən şəxs ətrafında əvvəlcə güdməni, onun izlənilməsini, cinayətkar əlaqələrini ifşa edib yoxlamanı, şərti alıcı və ya satıcının iştirakı ilə kombinasiyanın qurması, bununla da maksimum şəkildə cinayətkarların və mümkün qədər maksimum çəkidə narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması üçün tədbirlərin görülməsi əvəzinə dərhal Təqsirləndirilən şəxs yaxalamaq üçün qaça-qaça hücuma keçiblər. Təbii ki, belə olan halda tutulmuş şəxslə əlbir olan şəxslər ehtiyat edib narkotik vasitələrin dövriyyəsini dayandıracaqlar və gizlənəcəklər, həmçinin cinayət izlərini gizlətmək üçün bütün tədbirlərini görəcəklər. Və bu uğursuzluğa görə məsuliyyət birbaşa Təqsirləndirilən şəxs tutan polis əməkdaşların üzərinə düşür. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə 8-ci Polis Bölməsində isə nədənsə barəsində hər hansı təqsirləndirici məlumatlar mövcud olmamışdır. Daxili İşlər Nazirliyinin ixtisaslaşdırılmış Narkotiklərlə Mübarizə Baş İdarəsinə müvafiq məlumatların ötürülməsi üçün heç bir tədbir görülməmiş və onlarla bu istiqamətdə heç bir əməkdaşlıq baş tutmamışdır. İşin faktiki halları isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs həqiqətdə heç bir narkotik vasitələrin dövriyyəsi və ya istifadəsi ilə məşğul deyil. Bu səbəbdən də istintaq tərəfindən narkotik vasitələrin əldə olunma mənbəyinin və vaxtının müəyyən olunması mümkün olmamışdır. Çünki mövcud olmayan halların müəyyənləşdirilməsi qeyrimümkündür. Əslində polis əməkdaşları Təqsirləndirilən şəxs güdmək, izləmək, cinayətkar əlaqələrini ifşa edib müəyyən etmək və bu kimi sair zəruri tədbirləri həyata keçirmək niyyətində deyildilər. Sadəcə olaraq Təqsirləndirilən şəxs yaxalanması və polis idarəsinə gətirilməsi üçün hüquqi don geyindirilmiş raport və sair zəruri sənədləşdirmə tərtib edilmişdir.
5. Polis əməkdaşları həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis idarəsinə zor tətbiq etməklə gətirmədiklərini, guya yalnız dəvət etdiklərini bildirmişlər. Halbuki, Təqsirləndirilən şəxs yaxalanması üçün 04 sentyabr 2021ci il tarixli raportla əvvəlcə müraciət olunmuşdur. Sadə məntiqlə bəllidir ki, üzərində külli miqdarda narkotik vasitə olan şəxs yalnız “xoş” dəvəti ilə polis idarəsinə getməzdi. Və Təqsirləndirilən şəxs zor tətbiq edilməsi ilə polis idarəsinə aparılmasını əlavə şahid qismində dindirilmiş X17 və X9 da ifadələrində təsdiq etmişlər. Sual yarana bilər - hər bir halda Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılığın tətbiq edilməsini inkar edən polis əməkdaşları eyni zamanda Təqsirləndirilən şəxs “Dünya Market”in üstündə yerləşən kafedən yaxalanmasını niyə inkar edirlər, kafedə və yaxud küçədə tutulması arasında nə fərqi var? Cavabı isə cinayət-prosessual qanunvericiliyinin müddəalarından bəllidir. Belə ki, cinayət-prosessual qanunvericiliyin normaları ilə cinayət törətməkdə şübhəli bilinən şəxsin üzərinə axtarış və götürmənin məhz polis qurumlarda aparılmasının məcburiliyi nəzərdə tutulmur. Yetər ki, şəxsin yaxalandığı yerdə müvafiq şərait olsun. Təqsirləndirilən şəxs kafedə gündüz və işıqlı vaxtı tutulmuş, elə həmin kafedə də onun üzərinə axtarış və götürmənin aparılması üçün kifayət qədər şərait var idi. Belə olan halda həmin kafeyə müstəntiq və müdafiəçi dəvət olunmalı idi. Təbii ki, belə şəraitdə keçiriləcək axtarışın nəticəsində Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə çıxmazdı. Məhz bu səbəblərdən də polis əməkdaşları Təqsirləndirilən şəxs küçədə görüb polis idarəsinə dəvət etdiklərini iddia edirlər ki, axtarış və götürmənin polis idarəsində aparılması üçün əsaslarının rəsmilləşdirilməsinə nail olsunlar. Ümumiyyətlə polis əməkdaşlarının 04 sentyabr 2021-ci il tarixdəki niyyət və hərəkətləri Təqsirləndirilən şəxs tutmaq və müvafiq tədbirlərin hər hansı məhkəmə qərarının alınmasından yayınmaqla həyata keçirilməsinə yönəlmişdir.
6. BMCMİ-nin rəisi Əbülfəz Rzayevin adı çəkilən məhkəmələrə ünvanlanan 007- 11441 və 007-11442 nömrəli 04 sentyabr 2021-ci il tarixli məktublarından da göründüyü kimi, məhkəmələrə nəzarət qaydasında yalnız iki vərəqdən ibarət “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” barədə 04 sentyabr 2021-ci il tarixli qərarın surəti təqdim edilmiş, əməliyyat-qeydiyyat işinin materialları və digər zəruri məlumatları təqdim edilməmişdir. Müvafiq əməliyyat-qeydiyyat işi olmadan və bu işin digər halları ilə təsdiq edilmədən yalnız polis əməkdaşı Şahid1 bir dənə raport əsasında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin olmasını güman etməyə kifayət qədər əsas vermirdi. Cinayət işinin materiallarında Nərimanov və Səbail Rayon Məhkəmələrinin müvafiq qərarları ilə iş üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni hesab olunsalar da, həmin qərarlarda ətraflı təhlil mövcud deyil. Qərarlarda əməliyyat-qeydiyyat işinin və digər zəruri məlumatların nəzərdən keçirilməsi sezilmir. Məhkəmələr sadəcə qanunvericiliyin normalarını formal köçürməklə kifayətlənərək, həmin normaların işin hallarına münasibətdə tətbiqi barədə konrket izah verməmişlər. Nəinki ətraflı təhlil, ümumiyyətlə heç bir təhlil aparmamışlar. Belə olan halda müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarına əsasən aşkar pozuntu ilə keçirilmiş hesab olunmalıdırlar.
7. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulması, üzərinə axtarış aparılması və götürülməsi haqqında qərarları qəbul edən, habelə axtarış və götürmə haqqında istintaq hərəkətlərinə dair protokolu tərtib edən şəxs bu prosessual hərəkətləri aparmaq hüququ olmayan şəxs - BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş təhqiqatçısı Mirata Seyidov olmuşdur. Halbuki həmin idarədə istintaq idarəsi də mövcuddur. Belə olan halda müstəntiq tərəfindən aparılmalı olan prosessual hərəkətlərin təhqiqatçı tərəfindən aparıldığı təqdirdə həmin istintaq hərəkətləri və bu istintaq hərəkətlərini əks etdirən prosessual sənədlər birmənalı şəkildə qanunsuz hesab olunmalıdır. Çünki sahəvi qanunvericilik təhqiqatçıya axtarış və götürmə haqqında qərarı qəbul etmək və bu prosessual istintaq hərəkətlərini aparmaq səlahiyyətləri verməyib. Başqa şəxsin səlahiyyətlərinin mənimsənilməsi nəticəsində isə təhqiqatçı axtarış və götürmə protokolunda Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunması barədə qeydləri protokola daxil etsə də, məsuliyyəti izah etməmiş və bu barədə hər hansı qeydi protokola daxil etməmişdir.
8. Məhkəməyə təqdim olunmuş xasiyyətnamələrdən də göründüyü kimi, Təqsirləndirilən şəxs davranışı narkomanlara bənzəmir, o, hətta siqaret belə çəkmir. Təqsirləndirilən şəxs ifadə vermə tərzi və narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə xas olmayan davranışı, o cümlədən xarici görünüşü də ambulator məcburinarkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyinin mötəbərliyinə əsaslı, ciddi şübhələri yaratmışdır. Bakı İstintaq Təcridxanasının xx/xx-1591 nömrəli 09 mart 2022-ci il tarixli məktubuna əsasən, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilərək tibbi-sanitar hissəsində həkimlər tərəfindən ilkin tibbi müayinələrdən keçirilmiş və məhz həkimlərin ilkin tibbi müayinəsinin nəticəsi olaraq onun səhhəti “Praktiki sağlam” kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs həkim psixiatr və həkim nevroloqun baxışı olmuş, onun ruhi və nevroloji sferasında patalogiya aşkar olunmamışdır. Bakı İstintaq Təcridxanasının məktubu ilə ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyinin mötəbərliyi barədə ortaya ən azı əsaslı sual çıxır ki, fiziki cəhətdən sağlam olan, o cümlədən ruhi və nevroloji sferasında patologiya aşkar olunmayan şəxs necə narkomaniya xəstəliyinə düçar olmuş şəxs kimi qiymətləndirilə bilər? İkinci sənəd isə Azərbaycan Tibbi Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Zəfər Əliyev tərəfindən tərtib edilmiş və elmi cəhətdən tam ətraflı əsaslandırılmış arayışdır. Yəni həmin sənədi tərtib edib imzalayan şəxs Respublika ərazisində fəaliyyət göstərəcək həkim korpusunu bilavasitə formalaşdıran şəxslərdən biridir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyinin ekspert komissiyasına daxil olan həkimlərin isə əksinə olaraq heç birinin elmi dərəcələri qeyd olunmamış, sadəcə vəzifələri, həmçinin yalnız soyadları və adların başlıca həriləri, habelə vəzifələri yazılmışdır. Onlardan yalnız bir ki nəfərin həkim olduqları qeyd edilmiş, digər zəruri məlumatlar - ekspert kimi iş stajları, elmi vəzifələri və elmi dərəcələri barədə məlumat əks etdirilməmişdir. Bununla yanaşı sözügedən rəydə istifadə edilən metodlar, haqqında məhkəmə ekspertizası aparılan şəxs ona qarşı tətbiq olunan tədqiqat metodları barədə məlumatlandırılması haqqında ümumiyyətlə heç bir açıqlama verilmir. Göründüyü kimi, istər Cinayət-Prosessual Məcəlləsinin, istərsə “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları baxımından 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyi tamamilə əsassızdır və həmin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermir. Bununla yanaşı sözügedən rəydə Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyinin) aşkar olunması iddia olunsa da, bunun açıqlaması müasir elmi baxışlara zidd əlamətlərlə verilmişdir. Belə ki, ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyinin məzmunu qısa şəkildə aşağıdakılardan ibarətdir: Təqsirləndirilən şəxs dəri və görünən selikli qişaların rəngi normaldır, ürək tonları aydındır. A\T-110\70 mm.cv.st., nəbzi bir dəqiqədə 72 vurğundur, ritmikdir, kalı dolğunluqluqdur, palpasiya zamanı qarnı yumşaq, ağrısızdır, stul və diurez norma daxilindədir, şəxsiyyət dəyişikliyi müşahidə olunmur, tənəffüs, ürək tonları, nəbzi, bəbəkləri normaldır, nevroloji və psixoloji vəziyyət isə əsasən normaldır. Sübahan İbişovda dəri solğunluğu, inyeksiyaların izləri və yaxud yumşaq toxumaların postinyeksion infeksiyası müşahidə olunmur, huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb, suallara düzgün cavab verir, produktiv psixopatoloji simptomatika aşkar olunmur. Ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyində Təqsirləndirilən şəxs xarici əlamətlərinə nəzər salınarkən də tam aydın olaraq müəyyən olunur ki, hazırkı cinayət işi üzrə təkrar məhkəmə-narkoloji ekspertizası keçirilmədən Təqsirləndirilən şəxs ən azı narkomaniya xəstəliyi mövcud deyil. Faktiki hallar isə ondan ibarətdir ki, Sübhan tbişovun xarici mühitdən təcrid olunmağa meyilliliyi də müşahidə olunmur, o, kifayət qədər kommunikativ bir şəxsdir, ünsiyyətçildir. Şahid qismində dindirilmiş polis əməkdaşların ifadələrinə əsasən də Təqsirləndirilən şəxs davranışında, hərəkətlərində hər hansı aqressivlik, qeyri-adekvat əlamətlər mövcud deyildir. Onda narkotiklərdən asılıllıq, müvafiq ağrılalr müşahidə olunumrdu və Təqsirləndirilən şəxs bu barədə şikayətlərini bildirmirdi. Yeni həbsə alınmış şəxsin isə müəyyən dərəcədə stres yaşamsı isə normal bir haldır və onun narkomaniya xəstəliyə düçar olması barədə nəticəyə gəlmək üçün əsas vermir. Göründüyü kimi, elmi biliklərə və ümumi qəbul edilmiş standartlara uyğun gəlməyən və əsaslandırılmayan 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi cəhətdən kompetent və elmi bilik baxımından əsaslandırılmış şəkildə verilmiş hesab oluna bilməz, nəticə olaraq Təqsirləndirilən şəxs götürülmüş sidik analizlərinin nəticələri də ciddi şübhə altındadır. Belə olan vəziyyətdə isə 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyi Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirliliyinə dair mötəbər sübut kimi qiymətləndirilə bilməz. Lakin həmin rəy hazırkı cinayət işi üzrə sübut qismində qiymətləndirilərək ittihamının əsasını təşkil etmişdir.
9. Cinayət işinin materiallarında olan canlı şəxsin ekspertizasının 307/MEŞ nömrəli 07 sentyabr 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sol bazunun, sağ dirsək oynağı nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs yetirilmiş bədən xəsarətlərinin yetirilməsi ilə bağlı qəbul olunan “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” 19 oktyabr 2021-ci il tarixli qərarına istinad etmişdir. Həmin qərarda canlı şəxsin ekspertizasının 307\MEŞ nömrəli 04 oktyabr 2021-ci il tarixli ekspert rəyi qeyd olunub Təqsirləndirilən şəxs bədən xəsarətlərinin yetirilməsi inkar edilməsə də, həmin rəyə hər hansı hüquqi qiymət verilməmişdir. Nəticədə prokurorluğun müstəntiqi Emil Mehdiyev cinayət işin başlanmasının rədd edilməsi ilə kifayətlənmiş, Təqsirləndirilən şəxs bədən xəsarətlərin necə, hansı şəraitdə yetirilməsini müəyyən etmək üçün isə ümumiyyətlə hər hansı tədbir görməmiş, bu istiqamətdə ümumiyyətlə hər hansı araşdırmanı aparmamış, öz xidməti vəzifələrinə laqeyd yanaşmış, qəbul etdiyi qərarın surətini isə təqsirləndirilən şəxsə və müdafiəçisinə göndərilməsini təmin etməmiş, bununla da Təqsirləndirilən şəxs qanuni maraqlarını kobud şəkildə pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun qərarının surəti onlara yalnız 16 mart 2022-ci il tarixdə rəsmi təqdim edilmiş, 23 mart 2022-ci il tarixdə isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı Şəhər Prokurorluğuna şikayət verilmiş, həmin şikayətin həlli ilə bağlı hər hansı prosessual qərarın surəti onlara göndərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, habelə 17 noyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasında aparılan üzləşdirilmə zamanı polis əməkdaşları cavablarında Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətləri görmədiklərini bildirmişlər. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X10 ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Cinayət işinin hallarından birmənalı şəkildə müəyyən edilir ki, İmran Xəmmədli 04 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən yaxalandığı andan polis idarəsinə aparılıb orada saxlanıldığı zaman Təqsirləndirilən şəxsla birlikdə olmuş və təsvir etdiyi hadisələrin bilavasitə şahidi olmuşdur. X3 ifadəsinin xüsusi əhəmiyyət kəsb edilməsi həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin rəisi Rəhman Kərimov tərəfindən BMCMİ-nin rəis müavini Fariz Vəliyevin adına ünvanlanmış tapşırıqdan da şübhəsiz müəyyən olunur. Bununla da göründüyü kimi, ya polis əməkdaşları açıq-aşkar yalan danışıb bilə-bilə yalan ifadə vermişlər, ya da ki, Təqsirləndirilən şəxs bədən xəsarətləri saxlanıldığı gündən Bakı İstintaq Təcridxanasına verildiyi ana qədər digər polis əməkdaşları tərəfindən yetirilmişdir. Birinci instansiya məhkəməsi isə işin bütün hallarına obyektiv qiymət vermədən X13 və X4 ifadələrini digər hallarla şübhəsiz şəkildə təsdiq edildiyini nəzərə almamış və nəticədə tam əsassız olaraq Təqsirləndirilən şəxs müdafiə etmək üçün uydurulmuş ifadələr kimi qələmə vermişdir. Birinci instansiya məhkəməsinin hökmündə və iş üzrə keçirilmiş məhkəmə iclaslarının protokollarında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin şahid İmran Xəmmədlinin ifadəsində də təqsirləndirilən şəxsin konkret olaraq polis əməkdaşları tərəfindən döyülməsi barədə bir söz də qeyd olunmamışdır. Sual yaranır - polis əməkdaşları tərəfindən döyülən və bu barədə müvafiq şikayətləri edən şəxsin və onun müdafiəçisinin məhkəmə istintaqı zamanı bu barədə məhkəmənin nəzərinə çatdırılmaması nə dərəcədə inandırıcıdır? Halbuki, cinayət işi üzrə əlavə şahidlərin dindirilmələrinə dair vəsatət də, o cümlədən bu məqsədlə verilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və məhz bunun nəticəsində “etirafedici” xarakter daşıyan ilkin ifadələrin alınması faktı öz təsdiqini tapsın və məhkəmə tərəfindən hüquqi qiymət verilsin. Bununla da göründüyü kimi, şahid qismində dindirilmiş Şahid1 və digər polis əməkdaşlarının ifadələrinin yalan olmasının ehtimallar yüksəkdir. Onların həqiqiliyi əsaslı şübhə doğurur, iş üzrə sübutların əldə olunması və toplanması kobud prosessual pozuntuları ilə aparıldığından, onların mötəbərliyi şübhə altındadır. Cinayət işinin tədqiq edilmiş halları ilə müəyyən edilir ki, ittiham tərəfi Təqsirləndirilən şəxs yetirilmiş bədən xəsarətlərinin səbəbləri barədə inandırıcı izahat təqdim edə bilməmişdir.
10. Əvvəllər də qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs anası X12 04 sentyabr 2021-ci il tarixədək “102” Xidməti - Zəng Mərkəzinə dəfələrlə zəng vuraraq, yaşadığı Bakı şəhəri, Səbail rayonu 20-ci Sahə, A.İsmayılov küçəsi, ev 48 ərazidə narkomaniyanın artması ilə bağlı şikayətlər etmiş və bunun qarşısını almasını xahiş etmişdir. Həmin hallara dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə tərəfindən 292/2022 nömrəli 13 aprel 2022-ci il tarixli sorğu göndərilmiş, lakin sorğuya hələ də heç bir cavab gəlməyib. Ona görə də 28 aprel 2022-ci il tarixli vəsatətlə məhkəməyə müraciət olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzinə məhkəmə tərəfindən sorğu göndərilərək 19 mart 1971-ci il təvəllüdlü- Füzuli rayonunun Seyidmahmudlu kəndində qeydiyyatda olan, ünvan 3 ünvanda faktiki yaşayan X12 tərəfindən ***-***-**-**, ***-***-**-** və ya başqa hər hansı telefon nömrələrindən “102” Xidməti - Zəng Mərkəzinə 04 sentyabr 2021-ci il tarixədək etdiyi zənglərin sayı və məzmunu (mətnləri) barədə ətraflı arayışın verilməsi tələb edilərək məhkəmə iclasında tədqiq edilməsi və onlara hüquqi qiymətin verilməsi xahiş olunmuşdur. Vəsatətin məqsədi isə məhkəmə tərkibinin hakimlərin daxili inamı baxımından da sübutların qiymətləndirilməsinə nail olmaqdan ibarət idi. Çünki öz oğlunun narkomaniyaya düçar olduğunu bilən bir valideyn, normalda polis orqanlarına dəfələrlə zəng vurub bu barədə müvafiq şikayətləri etməzdi.
11. Daha sonra qeyd olunmalıdır ki, cinayət işin materiallarında olan Şahid1 və baş təhqiqatçısı Mirata Seyidovun imzaladıqları 04 sentyabr 2021-ci il tarixli raportlardan və bəzi digər sənədlərdən vizual baxışından göründüyü kimi, həmin sənədlər tərtibatının stil üslub, şrift və sair bu kimi məqamlar baxımından eyni şəxs tərəfindən tərtib edilərək eyni printerdə çap edilmişdir. Ən azı bu halları əminliklə yəqin etmək kifayət qədər ciddi şübhələr yaranmışdır. Bununla da göründüyü kimi. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin yaranmasına ciddi şübhələr olduğundan, həmin şübhələr məhkum edilmiş şəxsin xeyrinə təfsir edilməlidir. Lakin birinci instansiya məhkəməsi qanunun bu normasına əməl etməmiş və Təqsirləndirilən şəxs təqsirliyi barədə nəticəyə gəlmişdir. Yəni birinci instansiya məhkəməsi yuxanda qeyd olunmuş kobud prosessual pozuntulara lazımi diqqət yetirib düzgün hüquqi qiymət vermiş olsaydı və Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinin, habelə Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin müddəalarına əməl etsəydi, Təqsirləndirilən şəxs əməllərində külli miqdarda narkotik vasitələrin satışın həyata keçirilməsi barədə yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadığı üçün məhkum edilmiş şəxslərin əməllərini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəs ilə də qiymətləndirilməsi ilə razılaşmazdı. Apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı, 13 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi və onun məhkəmə iclası zalından həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci İl tarixli izahatı, şübhəli şəxs qismində dindirilməsinə dair 05 sentyabr 2021-ci il tarixli protokolu, təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 06 sentyabr 2021-ci il tarixli protokolu, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2021-ci il tarixli qərar və eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyi, həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə 05 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində aparılmış digər prosessual sənədlərin sübutlar siyahısından çıxarılmaqla həmin prosessual sənədlərin hüquqi qüvvəsi olmayan hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya apellyasiya şikayətinə qarşı yazılı etirazlar verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya instansiyası məhkəməsində, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı, 13 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, barəsində aparılan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi və onun məhkəmə iclası zalından həbsdən azad edilməsini, Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci İl tarixli izahatı, şübhəli şəxs qismində dindirilməsinə dair 05 sentyabr 2021-ci il tarixli protokolu, təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 06 sentyabr 2021-ci il tarixli protokolu. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2021-ci il tarixli qərar və eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyi, həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə 05 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində aparılmış digər prosessual sənədlərin sübutlar siyahısından çıxarılmaqla həmin prosessual sənədlərin hüquqi qüvvəsi olmayan hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin dəlillərinə uyğun şəkldə çıxış edərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 476/2022 saylı, 13 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini, ona təqsirli bilindiyi maddə ilə bəraət verilməsini, ən azından narkotik vasitələri satmaqla başqa şəxsləri zəhərləməməsini nəzərə almağı xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X15 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 25 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında iştirak etsə də, sonraki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyindən məhkəmə kollegiyası Müdafiəçi1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 476/2022 saylı, 13 may 2022-ci il tarixli hökmünün ləğv edilməsindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsindən, həmçinin Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci İl tarixli izahatı, şübhəli şəxs qismində dindirilməsinə dair 05 sentyabr 2021-ci il tarixli protokolu, təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 06 sentyabr 2021-ci il tarixli protokolu, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2021-ci il tarixli qərar və eyni tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ambulator məcburi-narkoloji yoxlamanın 3309 nömrəli 07 sentyabr 2021-ci il tarixli rəyi, həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə 05 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində aparılmış digər prosessual sənədlərin sübutlar siyahısından çıxarılmaqla həmin prosessual sənədlərin hüquqi qüvvəsi olmayan hesab edilməsi barədə qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olmaması barədə dəlilini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilməsi üçün cinayət işində əsaslar mövcud olmasa da, aşağıdakı səbəblərə görə ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif etməkdə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, 04 sentyabr 2021-ci il tarixdə tanışları İmran və Razi ilə birlikdə çay evinə getmişlər. Çay evində 3-cü kabinetdə oturub çay içərkən 7-8 nəfər içəri daxil olub, onun əlinə qandal vurub demişlər ki, onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməlidir. Onunla oturan dostlarını da aparmışlar. Taksi sürücüləri də var ki, onun döyülərək əli qandallı vəziyyətdə çay evindən çıxdığını görüblər. Onlar ikisini bir maşına, birini də ayrı maşında otuzdurub apardılar. Onu maşında da döyüblər. Sonra polislər onun cibinə psixotrop maddə qoyub demişlər ki, “bu bizdən sənə hədiyyədir.” Ona məcbur etmişlər ki, narkotikin ona məxsus olduğunu desin. Daha sonra ona dövlət hesabına vəkil təyin edilmişdir. Vəkilin yanında onu əyləşdirib demişlər ki, “Rövşən adlı şəxsdən Bayıl ərazisində psixotrop maddə aldığını deməlisən.” Telefonunda narkotiklə bağlı heç bir sübut yoxdur. Heç kimlə bu barədə yazışmaları da yoxdur. O, narkotik və psixotrop maddələrdən istifadə belə etməyib. Sonra ona demişlər ki, “silah tap onunla bağlı sənə ittiham verək.” O, da demişdir ki, silahı yoxdur. Onda demişlər ki, ona narkotik satış ilə bağlı ittiham veriləcək. Barəsində həbs qətimkan tədbiri seçiləndə o, hakimə demişdir ki, onu döyüblər, işgəncə altında boynuna alıb. Daha sonra rəis ona demişdir ki, ona 6 il veriləcək. O, işgəncəyə və fiziki təzyiqə məruz qaldığına görə ittihamı qəbul etmişdir. Döyə-döyə imza çəkməyə məcbur ediblər. Bütün bunları nəzərə alıb apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, əvvəllər dava-dalaşla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilmiş, işi Nəsimi Məhkəməsinə göndərilmiş və 4 ay həbs cəzası almışdır. Heç kimlə ədavəti və düşmənçiliyi yoxdur. Onların məhəlləsində Namiq adlı yeni biri var. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışır. Onlar bir adamı tutublar, tutulduğu adam gedib ona deyib ki, Sübhana deyəcəklər ki, guya o, Fuad adlı şəxsi döyəcək. O, həmin Namiqi idarədə də görüb. Heç onun orda işlədiyini bilməyib. Namiq onu görəndə soruşmuşdur ki, “nəylə bağlı tutulmusan?” Çünki ona o zaman ittiham verilməmişdi. Niyə məhz ona qarşı belə bir hərəkətə yol verilməsinin səbəbini bilmir. O, heç siqaret belə çəkmir. Mümkün deyil ki, kimsə gedib desin ki, ondan narkotik alıb, yada onu istifadəçisi kimi tanıyıb. Narkoloji ekpertiza keçiriləndə onunla söhbət edilməyib. Mənsiz özləri rəy veriblər. Ona idarənin işçisi Ayaz demişdi ki, “necə lazımdısa səndən narkotik vasitə çıxaracağıq”. Ona işgəncə verənlər 7-8 nəfər polis işçiləri olub. Adlarını bilmir, amma üzləri yadındadır. Ayaz da döyənlərdən biri olub. Sənədlərə imzlamaq üçün ona işgəncə veriblər. Ona işgəncə edərək məcbur imza etdirərkən özünüzü istintaq zamanı qismən təqsirli bilməsini ona görə ediblər ki, özləri üçün pul yeri ayırsınlar. Ondan pul alıb buraxsınlar. Ondan pul istəyiblər. Ondan pul istəyəni tanımır. Namiq adlı şəxs Rasimi tutmuşdu. Rasimi tutandan sonra Rasimin qardaşı gedib onu satan adamlara deyib ki, o, guya onu döyəcək. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi buna görə onu tutub. Onu hamı tanımışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri də ona demişlər ki, “narkotik vasitələrindən istifadə etmirsən. Telefonundan 200 mesaj çıxıb. Heç biri narkotikə də aid deyil”. Yanında baxmışlar telefonuna. Bu işlərlə məşğul olsaydı, telefonundan 1 mesaj heç olmasa çıxardı. Ona edilən işgəncə dözülməz olub. Həm də deyirdilər ki, “qadınları gətirəcəm üzünə dursunlar”. Həm də onu tutmamışdan 2 ay əvvəl maraqlanıblar, obyektdən gəlib onu soruşublar. O, videoçəkilişdən əvvəl demişdir ki, belə işlərlə məşğul deyil. Demişlər ki, “bilirik ki sən istifadə də etmirsən, evdəkilər də bunu demişlər”. Tutulmamışdan əvvəl kimləsə dalaşıb, yıxılmağı, xəsarət almağı olmayıb. İstintaq təcridxanasına o, heç nə deməyib. Soruşmuşlar ki, niyə olub, heç nə deməmişdir. Çünki fikirli olub. Saxlanılanda orada tanışları İmran və Razi olub. Biri də Fərid idi, amma Fərid sanuzeldə olub. Tutulanda onu İmran və Razi görmüş, Fərid isə aparılanda görüb. O, İmranla bir maşında olub. Razi o biri maşında olub. Onları da biraz döyüb buraxıblar. İmran və Razinin döyülməyini sonradan bilib. Onun köhnədən heç bir xəsarəti olmayıb. Dizində, qolunda xəsarətlər olub. Onu vurduqlarına görə qulağıda ağrıyırdı. Həmçinin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində təsadüfən Rövşən adlı şəxslə rastlaşmış, sonuncunun narkotik alverçisi olduğunu bildiyindən ondan istifadəsi üçün “pati” kimi tanıdığı psixotrop maddə olan metamfetamin almaq qərarına gəlmiş, buna görə də Rövşənə 200 manat pul verib ondan öz şəxsi istifadəsi üçün iki bükümdə metamfetamin almış və bükümləri cibində saxlamışdır. Həmin gün saat 16:15 radələrində küçədə olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üç nəfər mülki geyimdə olan əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək ondan anket məlumatlarını soruşmuş, o, da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmiş, bundan sonra o, yalan danışmağın mənasız olduğunu fikirləşib üzərində “pati” adı ilə tanıdığı psixotrop maddə saxladığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o, da da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarəyə getmiş, orada hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə videoçəklişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, bu zaman o, üzərində saxladığı iki bükümdə psixotrop maddə metamfetamini əynindəki cins şalvarın sol yan cibindən çıxarıb təqdim etmişdir. Təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda həmin bükümlərin içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd bükümdəki psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o, və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 04 sentyabr 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildikdən sonra həmin gün Baş İdarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılaraq qrupa həmkarları Şahid2 və Şahid3 daxil edilmişlər. Həmin gün keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs yaşadığı Səbail rayonu, 20-ci sahə ərazisində olması müəyyənləşdirilmişdir. Sonra əməliyyat qrupunun üzvləri olaraq həmin yerə getmişlər. Həmin gün saat 16:15-də Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanmasının əsaslarını izah edilmiş qərarla tanış etdikdən sonra onlarla birlikdə Baş İdarəyə getməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Baş İdarəyə getmişdir. İdarədə Təqsirləndirilən şəxs barəsində araşdırmanın aparılması Baş İdarənin Təhqiqat bölməsinin təhqiqatçısı Mirata Seyidova həvalə edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonra onun üzərində videoçəkliş aparılmaqla şəxsi axtarış və götürmə həyata keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr varsa könüllü olaraq təqdim etməsi təklif etdilmiş, onra o, üzərində “pati” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan iki ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümdəki metamfetamini həmin gün Bayıl qəsəbəsindən, Rövşən adlı şəxsdən 200 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd şəffaf sellofan bükümdə olan metamfetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şahid Ayaz Hüseynov məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bayıl qəsəbəsində 2-ci sahə deyilən yerdə saxlamışlar. Sübhanı saxlayarkən onun yanında iki nəfər yetkinlik yaşına çatmayan şəxs də olmuşdur. Həmin yetkinlik yaşna çatmayan şəxsləri də əvvəl idarəyə aparmışlar. Lakin sonradan həmin şəxslər idarədən buraxılmışlar. Təqsirləndirilən şəxs könüllü olaraq özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində olan iki ədəd sellofan bükümü təqdim etmiş və “pati” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlamazdan əvvəl işlədiyi idarəyə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Sübhanı idarəyə apararkən heç bir müqavimət göstərməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və Şahid3 oğlu Şahid1 oğlu ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 04 sentyabr 2021ci il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi, istifadə ediləcəyi və satılacağı ehtimallarını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, hakimin qərarı olmadan müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilməsi, olduğu yerin və idarə etdiyi nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu halda üstünə, nəqliyyat vasitəsinə, yaşayış yerinə baxış keçirilməsi və polis orqanına gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 04 sentyabr 2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, onun cinayət törədərkən saxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. İş materiallarında olan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat bölməsinin xüsusi ilə mühüm işlər üzrə baş təhqiqatçısı Mirata Seyidov tərəfindən tərtib edilmiş 04 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 04 sentyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd ayrı-ayrı sellofan bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 ədəd şəffaf selofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Rövşən” adlı şəxsdən 200 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, psixotrop maddələri üzərində saxlayıb daşıdığını bildirmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 5(005)- 1056/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli və Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin SDS-7430 saylı, 09 sentyabr 2021-ci il tarixli qərarlarından görünür ki, BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 05 sentyabr 2021-ci il tarixli 6/3880 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.....” və s. yazılar, imzalar olan kağız paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 5,071 qram və 4,034 qram, ümumi təmiz çəkisi 9,105 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İki bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqat zamanı 9,105 qram metamfetamindəın 0,1 qram istifadə edilmiş və qalıq çəkisi 9,005 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 X14 X7 07 sentyabr 2021-ci il tarixli 3309 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərini və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu, (Narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Ramil Məhərrəmovun “mobil telefonla ötürülmüş məlumatlara baxış keçirilməsi haqqında” 23 sentyabr 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli məktubla götürülmüş bir ədəd CD diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 yanvar 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları müəyyən olunmamışdır. İş materiallarında olan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Ramil Məhərrəmovun “mobil telefonla ötürülmüş məlumatlara baxış keçirilməsi haqqında” 29 oktyabr 2021-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli məktubla götürülmüş bir ədəd CD diskdəki Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 yanvar 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına baxış keçirilərək iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları müəyyən olunmamışdır. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünün hər hansı ifadəsində psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşınması barədə məlumat yoxdur. O, təhqiqat zamanı üzərinə şəxsi axtarış və götürmə aparılarkən 04 sentyabr 2021-ci il tarixdə verdiyi izahatında, ibtidai istintaq zamanı müdafiəçisi X1 iştirakı ilə 05 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində və 06 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində törətdiyi cinayəti qismən etiraf edərək, özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək birmənalı olaraq psixotrop maddəni məhz özünün şəxsi istifadəsi üçün 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində anket məlumatlarını dəqiq bilmədiyi “Rövşən” adlı şəxsdən 200 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs yeni müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 06 noyabr 2021-ci il tarixdə təkrar təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmiş, 23 noyabr 2021-ci il tarixdə təkrar təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində isə özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi ifadələrində də ibtidai istintaqın sonunda verdiyi ifadəsinə uyğun olaraq özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ibtidai istintaq zamanı ilkin ifadələrinin ondan fiziki işgəncə verilməklə zorla alındığını bildirmişdir. Məhkəmə kollegiyası ilk öncə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istintaq zamanı təzyiqlər edilməsi və döyülməsi barədə ibtidai istintaqın sonunda, birinci və apellyasiya məhkəməsində verdiyi ifadələrində, Müdafiəçi1 tərəfindən bununla bağlı apellyasiya şikayətində göstərilən dəlillərlə əlaqədar qeyd edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Anatomiya birliyi Publik hüquqi şəxsin 307/MEŞ saylı, 07 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol bazunun, sağ dirsək oynağı nahiyyəsinin, sağ mil-bilək oynağı nahiyyəsinin, hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdir. Müxtəlif şəraitdə yetirilə bilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Həmçinin iş materiallarında olan, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X5 19 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təzyiq, təhqir, işgəncə və qeyri-insani davranışa məruz qalması faktı üzrə həmin idarənin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istintaq zamanı təzyiqlər olunması və döyülməsi barədə apellyasiya şikayətində, həmçinin ifadələrində göstərilənləri yoxlamaq məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs barəsində olan 4169 saylı şəxsi işi və 7285/2021 saylı Tibb kitabçası tələb edilərək baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs barəsində olan 4169 saylı şəxsi işində ona hər hansı xəsarətin yetirilməsi barədə məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 7285/2021 saylı Tibb kitabçasının kserosurətindən görünür ki, “baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” haqqında 13-cü qrafasında “sağ saidin ön səthinin aşağı hissəsində köhnə çapıq” qeydi, “Obyektiv müayinə”ni əks etdirən 14-cü qrafasında “hal-hazırda şikayəti yoxdur” qeydi aparılmışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs da apellyasiya məhkəməsində verdiyi ifadəsində istintaq təcridxanasına daxil olarkən polis əməkdaşları tərəfindən ona hər hansı xəsarət yetirilməsi barədə məlumat vermədiyini göstərmişdir. Göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. İş materiallarına əsasən Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi Emil Mehdiyevin 19 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirməsi barədə məlumatlar müəyyən edilməmişdir. Həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində Bakı şəhəri Nərimanov rayon prokurorluğunun qərarının surətinin onlara 16 mart 2022-ci il tarixdə rəsmi təqdim edilməsini, 23 mart 2022ci il tarixdə isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Bakı şəhər Prokurorluğuna şikayət verilməsini, həmin şikayətin həlli ilə bağlı hər hansı prosessual qərarın surətinin onlara göndərilmədiyini göstərmiş, apellyasiya məhkəməsində iştirak edərkən isə bu günə kimi Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi Emil Mehdiyevin 19 oktyabr 2021-ci il tarixli qərarını məhkəmə nəzarəti qaydasında mübahisələndirmədiklərini bildirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ibtidai istintaq zamanı ilkin ifadələrinin ondan fiziki işgəncə verilməklə zorla alındığını bildirməsi barədə fikirlərini, ona bəraət verilməsi barədə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini onun cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası təkrarən qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs psixatrop maddəni məhz satış məqsədi ilə əldə etməsi, saxlaması və daşınması barədə iş materiallarında hər hansı məlumat yoxdur. Təqsirləndirilən şəxs özü də ibtidai istintaq zamanı verdiyi izahat və ilkin ifadələrində psixotrop maddəni məhz özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını qeyd etmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə yox, özünün istifadəsi üçün əldə etməsi, saxlaması və daşımasına aid ifadələrində göstərilənlərinin məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni şahidlər- Şahid1 oğlu, Şahid2 və Şahid3 oğlunun ifadələri, ekspert rəyləri, habelə maddi sübutlar, şəxsi axtarış və götürmə barədə protokol məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallar, həmçinin Təqsirləndirilən şəxs məhkəmədə verdiyi (qeyd olunan xüsusatlar üzrə) bir-birinə ziddiyyətli ifadələri ilə tam təkzib olunduğu qeyd edilsə də, göstərilən həmin ifadələrdə və digər sübutlarda psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsinə, saxlanmasına və daşımasına dair məlumatın olmamasına əhəmiyyət verilməmiş, həmin sübutlara əsassız olaraq istinad edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrlə bağlı "xxxx" MMC və "xxxx" MMCdən götürülmüş məlumatlara, o cümlədən mobil telefon nömrəsindən daxil olan və çıxan zənglərin, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, anten əhatə dairəsi, daxil olan və çıxan zənglər siyahısına baxış keçirilnəsi və iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əlaqə və ya SMS yazışmaları müəyyən olunmaması haqqında “mobil telefonla ötürülmüş məlumatlara baxış keçirilməsi haqqında” protokollar isə istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən ümumiyətlə tədqiq edilməmiş, həmin məlumatlara hüquqi qiymət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası “mobil telefonla ötürülmüş məlumatlara baxış keçirilməsi haqqında” protokolları Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni üzərində satış məqsədi ilə saxlamasını təkzib edən mötəbər sübutlar kimi qiymətləndirir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 04 sentyabr 2021-ci il tarixli raportunda etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması göstərilərək, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş olunsa da, əməliyyat orqanı tərəfindən hər hansı əməliyyat-axtarış tədbirləri həyata keçirilməmiş, “məlumatda” göstərilənlər yoxlanılmamış, Təqsirləndirilən şəxs elə raportun tərtib edildiyi tarixdə şübhəli şəxs kimi tutulmuş, əməliyyat orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı sübut əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünün hər hansı bir ifadəsində psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə, saxlanmasına və daşımasına dair məlumat yoxdur. Təqsirləndirilən şəxs sonradan istintaqın əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrini zor təsiri altında verdiyini qeyd etsə də, o, özünün cinayəti törətməsini qismən etiraf etdiyi həmin ifadələrində belə, onda aşkar olunmuş psixotrop maddəni özünün istifadəsi üçün aldığını israrla təkrar etmiş, satış məqsədi ilə əldə etməsi haqqında hər hansı fikir söyləməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə də Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu qeyd edilərək onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuş, məhkəmə hökm çıxararkən məhz həmin ifadələrə əsaslanılmışdır. İttiham aktında da Təqsirləndirilən şəxs bu məzmunda verdiyi ilkin ifadələrinə istinad olunmuşdur. İstintaq orqanı tərəfindən ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə ittihamın sübut edilməsi üçün Təqsirləndirilən şəxs ifadələrində olan məlumatlara əsaslanıldığı halda, ittiham orqanı və birinci instansiya məhkəməsi tərəfindən həmin ifadələrdə olan, onun psixotrop maddəni satış məqsədi ilə deyil, məhz özünün istifadəsi üçün əldə etməsi və saxlamasına dair məlumatı təkzib edən hər hansı bir sübuta istinad belə edilməmişdir. Həmin məlumatı təkzib edən sübut iş materiallarında da yoxdur. Halbuki, Azərbaycan Respublikası CPM-nin 21.3 və 28.4.2-ci maddələrinə əsasən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadısində olan bu dəlilləri təkzib etmək ittiham tərəfinin, ona bəraət verən və ya onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almaq isə məhkəmənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələrini yerinə yetirməlidirlər. Qanunun bu tələblərinə riayyət edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd olunmalıdır ki, psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktlnda həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmiş, birinci instansiya məhkəməsi isə buna heç bir əhəmiyyət vermədən psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsinə, saxlanılmasına və daşınmasına dair ittihamı əsaslı hesab etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.1-ci maddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmçinin birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən digər sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istinaq zamanı verdiyi ilkin ifadələrinə əsaslandığını hökmdə qeyd etdiyi halda, həmin ifadələrdə olan, Təqsirləndirilən şəxs psixotrop maddəni özünün istifadəsi üçün almasına dair məlumatın həqiqətə uyğun hesab edib-etməmələrini göstərməmiş, onun ilkin ifadələrinin həmin hissəsinə münasibətini ümumiyyətlə bildirməmişdır. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündə heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs külli miqdardan artıq çəkidə, ayrı-ayrılıqda çəkiləri 5,071 qram və 4,034 qram olmaqla ümumi çəkisi 9,105 qram psixotrop maddə olan metamfetamini almasının, satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi də məhkəmə kollegiyasının qənaətinə görə əsaslı hesab edilə bilməz. Məhkəmə hər hansı sübuta əsaslanmadan bu kimi əsassız nəticəyə gəlsə də, nə səbəbdən və nəyə əsaslanaraq belə nəticəyə gəldiyini hökmdə göstərməmişdir. Həmçinin iş materiallarından görünür ki, psixatrop maddənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən ittiham orqanı və birinci instansiya məhkəməsi ittiham aktında və hökmdə həmin nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında qeyd olunmuş hallara, yəni aşkar olunmuş psixatrop maddənin külli miqdarda olmasına, yəni şəxsi istelak miqdarından artıq 9,105 qram çəkidə metamfetamin olmasına istinad etmişlər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı və birinci instansiya məhkəməsi tərəfindən ittihamın əsaslandırılması üçün istinad olunan hallardan heç biri, habelə Təqsirləndirilən şəxs tərəfindən psixotrop maddənin 04 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində “Rövşən” adlı şəxsdən 200 manat pul müqabilində alması, psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsini sübut etmir. Bu hərəkətin satış məqsədi olmadan da edilməsi mümkündür. Həmçinin psixatrop maddənin külli miqdarda olması da psixatrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. Belə ki, psixotrop maddənin təkcə külli miqdarda olması onun məhz satış məqsədi ilə əldə edilməsi nəticəsinə gəlməyə əsas vermir. Həmin hal o vaxt belə qənaətə gəlmək üçün əsas ola bilərdi ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İstintaq orqanı və birinci instansiya məhkəməsi ittiham aktında və hökmdə belə bir sübuta istinad etməmiş və iş materiallarında belə bir sübut mövcud deyildir. Psixotrop maddənin yalnız iki bükümdə olması və cəmi 9,105 qram təşkil etməsi də psixatrop maddənin satış məqsədi olmadan əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilməli olduğu halda, birinci instansiya məhkəməsi həmin hala qiymət verməyi diqqətdən qaçırmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 saylı Qərarın 9-cu bəndinin 2-ci abzasında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Psixotrop maddənin miqdarı ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, psixotrop maddənin külli miqdar təşkil etməsi onun Təqsirləndirilən şəxs tərəfindən özü istifadə etməsi üçün almasına dair ifadəsinin inadırıcı hesab edilməməsinə əsas vermir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs opoidlərini və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu, (Narkomaniya) xəstəliyi aşkar olunması və məcburi müalicəyə ehtiyacının olması iş üzrə keçirilmiş X7 07 sentyabr 2021-ci il tarixli, 3309 nömrəli rəyi ilə təsdiq edildiyindən, bu hal da özlüyündə Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün almasını təsdiq edən dəlillərdəndir. Eyni zamanda məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin X7 07 sentyabr 2021-ci il tarixli 3309 nömrəli rəyini şübhə altına almağa yönəlmiş dəlillərini əsassız hesab edərək, müdafiəçinin subyektiv mülahizələri kimi qiymətləndirir. Göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsinə, saxlanılmasına və daşınmasına dair ittiham orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə mülahizə xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 21.2-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Deveyer Belçikaya qarşı” iş üzrə qərarında xatırlatmışdır ki, “ittiham” termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası yuxarıdakıları nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməsi, saxlaması və daşıması hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunduğundan, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin mənasından görünür ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama həmin maddə nəzərdə tutulan cinayətin tərkibini yaradır. Eyni zamanda məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində göstərdiyi digər dəlillərə, yəni Təqsirləndirilən şəxs anası X6 04 sentyabr 2021-ci il tarixədək “102” Xidməti - Zəng Mərkəzinə dəfələrlə zəng vuraraq, yaşadığı ərazidə narkomaniyanın artması ilə bağlı şikayətlər etməsi, bunun qarşısını almasını xahiş etməsi, Təqsirləndirilən şəxs davranışının narkomanlara bənzəməməsi, onun hətta siqaret belə çəkməməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər Müdafiəçi1 müdafiəsi altında olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə göstərdiyi sübyektiv mülahizələrindən ibarət olduğundan, sonuncunun Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində göstərilən digər dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin qismən təmin olunması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edərəkən onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən təyin olunan cəzanın şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmİn Məcəllənİn 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olması barədə gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı, 13 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.2, 399.1.4, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-476/2022 saylı, 13 may 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin və o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli