Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1381/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X32 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X5, Müdafiəçi, Bəraət almış şəxs Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) iştirakları ilə, Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli hökmü ilə (hakimlər X24 (sədrlik edən), X19 və X3 ibarət tərkibdə) xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli Xüsusi Qərarı ilə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırma və istintaqını aparan zaman Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı Azim Babayev, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X11, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı X25 barəsində xüsusi qərar çıxarılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 26 fevral 2024-cü il tarixdə, Əhmədli metrosunun yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdarda 4.568 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 30-cü PŞ-nin əməkdaşlan tərəfindən xx.xx.2024-cü tarixdə saat 14 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud qəsəbəsində olan nömrəsiz evin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Xanməmmədov 5 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cü PŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış apanlarkən tünd boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf selefona bükülmüş təmiz çəkisi 4.568 qram olan ağ rəngli, kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya protestinin dəlillərini, proses iştirakçılarının çıxışları, sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli bəraət hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, bəraət hökmünün məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin hökmündə əks etdirilmiş nəticənin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi, məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutların nəzərə alınmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsaslarına görə ləğv edilməsini, Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar, o cümlədən müdafiə tərəfinin irəli sürdüyü dəlillər əsasında məhkəmənin öz “müdafiə funksiyası”nı üzərinə götürərək birtərəfli qaydada əldə etməyə, o cümlədən təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi ilə bağlı məhkəmənin əvvəlcədən gəldiyi qənaəti əsaslandırmağa çalışarkən sübut qismində qiymətləndirməyə cəhd etdiyi dəlillər məhkəmənin təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlməyə əsas verməməklə yanaşı, təqsirləndirilən şəxsin qeyd edilən maddədə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş aşağıdakı sübutlarla, o cümlədən şahid qismində dindirilmiş Şahid1 və Şahid2 oxşar məzmunlu ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması 26 fevral 2024cü il tarixli protokol və onun üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd “CD” diskinə baxış keçirilməsi barədə protokolla, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsinə göndərilmiş ismarıclarla bilavasitə təsdiq edilmişdir. Bəraət hökmünün qəbul edilməsinin motivlərindən biri kimi məhkəmə hökmdə şəxsin saxlanılmasında, həmçinin, şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş əməliyyat müvəkkilləri Şahid1un və Şahid2 mobil telefonlarının anten əhatə dairəsinə əsaslanaraq həmin istintaq hərəkətinin keçirildiyi saatda orada olmamaları ilə bağlı olaraq, sonuncuların ibtidai istintaqda və məhkəmə istintaqında şahid qismində verdikləri ifadələrinin ittihamı təsdiq edən sübut kimi qiymətləndirməməsi, onların həqiqi iradəsini və həqiqəti əks etdirməyərək formal xarakter daşıması və nəticədə «şəxsi axtarış və götürmə aparılması haqqında» 26 fevral 2024-cü il tarixli protokolun sübut kimi mötəbərliyinin şübhə altına alınması ilə bağlı qənaətə gəlmişdir. Bundan başqa, məhkəmə bu fikrini həm şəxsi axtarış və götürmənin video görüntüsünün tədqiqi zamanı psixotrop maddənin qoyulduğu zərf və üstündəki yazıların, bükümün miqdarının əvvəlcədən təhqiqatçı tərəfindən yazılmış və hazır vəziyyətdə saxlanılması ilə, həm də görüntünün yerləşdiyi və sübut qismində tanınmış diskin xüsusiyyətlər bölməsindəki çıxarışda dəyişiklik saatının xx.xx.2024-cü il saat 13:02 olması ilə əlaqələndirmişdir. Qeyd olunanlarla bağlı xüsusilə vurğulanmalıdır ki, məhkəmə bu mövqeyini əsaslandırarkən əməliyyat müvəkkilləri Şahid1un və Şahid2 ibtidai və məhkəmə istintaqında verdiyi ifadələrə, həmçinin müdafiə tərəfinin vəsatəti ilə məhkəmə iclas zalında dindirilmiş X1nun ifadəsinə hüquqi qiymət vermədən və məhəl qoymadan əsaslı bəraət hökmü çıxarılmasına nail olmağa çalışmışdır. Belə ki, X1 məhkəmə baxışında verdiyi ifadəsində bildirmişdir ki, şəxsi axtarış zamanı zərfin üzərinə yalnız iştirakçıların ad, soyadlarını yazmış, bükümlərin sayını əvvəlcədən yazmamış, video görüntüdən də göründüyü kimi, büküm aşkar olunduqdan sonra onun sayını zərfin üzərinə qələmlə qeyd etmişdir. Qeyd etmək lazımdır ki, Şəhriyar Babayev məhkəmə zalında ifadə verərəkən şəxsi axtarış və götürmənin videosu onun iştirakı ilə yenidən tədqiq edilmiş və sonuncu ifadəsində qeyd etdiklərini bir daha həmin görüntüyə baxaraq təsdiq etmişdir. X16 verilən suallara cavabında video görüntünün diskə köçürüldüyü kompyuterin internet şəbəkəsinə qoşulmadığını, xidməti kompyuter olduğunu və bu səbəbdən kompyuterin vaxt göstəricisinin dəqiq işləyib-işləməməsi barədə konkret fikir söyləyə bilməyəcəyini qeyd etmişdir. Göründüyü kimi məhkəmənin başqa bir kompyuterdə köçürülmüş video görüntünün diskinə məhkəmə iclas zalında istifadə olunan kompyuterlə daxil olaraq onun xüsusiyyətlərinə xüsusi biliyə malik mütəxəssis və ya ekspertin iştirakı olmadan baxış keçirib şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini şübhə altına almış, bununla da, CPM-nin 143-145-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, əldə olunmuş sübutun mənbəyi və mötəbərliyi yoxlanılmadan ona qiymət verilmişdir. Halbuki həmin görüntünün tarixinin və saatının müəyyən olunması xüsusi texniki biliyə malik olan şəxsin iştirakı ilə aparılmalı, zərurət doğduğu təqdirdə bu sahədə ekspertiza təyin edilməli idi. Məhkəmənin Təqsirləndirilən şəxs döyülməsi, işgəncəyə və qeyri- insani rəftara məruz qoyulması, xəsarətləndirilməsi ilə bağlı qənaətinin əsaslandırılmasında həm onun məhkəmə baxışında verdiyi ifadəsinə, həm də Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırmanın nəticəsinə dair 16 may 2024-cü il tarixli "Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın məzmuna istinad etmişdir. Həmin qərardandan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 2 mart 2024-cü il tarixli, 153 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində sol əlin İİİ barmağının sıyrığı xəsarəti aşkar edilmiş, qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, alınma müddəti müayinədən 3-7 gün əvvələ uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulma nəticəsində, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil. İlk öncə qeyd etmək lazımdır ki, müzakirə olunan xəsarət sol əlin İİİ barmağının sıyrığıdır. Həmin sıyrıq xəsarətinin hansı şəraitdə yetirilməsi ilə bağlı ekspert konkret fikir bildirməmişdir. Məhkəmənin barmaqda olan bir sıyrıq xəsarətini döyülmə, işgəncə və pis rəftar kimi qiymətləndirməsinin əsasları nə hökmdən, nə də məhkəmə istintaq zamanı tədqiq olunmuş sübutlardan görünmür. Bundan başqa şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntüsü də tədqiq olunarkən şəxsin üzərində gözlə görünən xəsarət müəyyən olunmamışdır. Hesab edirik ki, məhkəmə qeyd olunan halın xüsusilə qabardılaraq bir daha əsaslı bəraət hökmü çıxarılmasına nail olmağa çalışmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan SMS mətnlər müdafiə tərəfinin vəsatəti ilə dəvət edilmiş əlavə şahidlərin iştirakı ilə bir daha tədqiq edilmiş, Təqsirləndirilən şəxsla aralarında yazışmalar olan şahidlər X12 və X4 Məmmədovun vasitəsilə narkotik vasitə əldə etdiklərini, Orxan Hacıyev narkotik vasitəni əldə etmək üçün Təqsirləndirilən şəxs bank kartına 20 manat göndərəcəyini məhkəmə zalında verdikləri ifadələrində bir daha təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə veridyi sərbəst ifadəsində də birlikdə narkotik vasitə istifadə etdiyi şəxslərə, dostlarına narkotik vasitənin əldə edilməsinə və təşkil olunmasında kömək etdiyini qeyd etmişdir. Lakin məhkəmə hökmündə bəraətin dəlillərini əsaslandırarkən Təqsirləndirilən şəxs mobil nömrəsinə daxil olan narkotik alış-satışı ilə bağlı SMS mətnlərə, sonuncunun özünün və əlavə şahidlərin ifadələrinə qiymət verməmiş, ittiham sübutlarının təkzib olunması istiqamətində təfsirlərə yer vermişdir. Apellyasiya icraatı zamanı dövlət ittihamçısı X13 apellyasiya protestini müdafiə edərək təmin edilməsini, protestdə göstərilən əsaslarla iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli bəraət hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət qanunvericiliyin normalarına uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilərək yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya icraatı zamanı bəraət almış şəxs Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) apellyasiya protestinin dəlillərinin tamamilə əsassız olduğunu göstərərək təmin edilməməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)- 293/2025 nömrəli bəraət hökmünün qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanımasını xahiş etdi. Apellyasiya icraatı zamanı Müdafiəçi məhkəmə çıxışında apellyasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı bir sıra kobud prosessual pozuntulara yol verilmiş və bu qədər ciddi pozuntular mövcud olduğu halda istintaq orqanı tərəfindən təqdim olunan sübutların mötəbərliyi kifayət qədər şübhəli olmaqla belə sübutlar əsasında Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) ittiham elan edilməsi və həmin ittiham əsasında hazırda barəsində ittiham hökmünün çıxarılması yolverilməzdir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) elan edilmiş ittihamla heç bir əlaqəsi yoxdur və onun təqsiri istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasından apellyasiya protestinin təmin olunmamasını, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli bəraət hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, iki ilə yaxın vaxtdır ki, “patı” istifadəçisidir, psixotrop maddələri müxtəlif şəxslərdən alaraq istifadə edir. 25 fevral 2024-cü il tarixdə, axşam saatlarında tanışı Cavadla birgə pul qoyaraq “şüşə” almaq üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə doğru getmişlər. Onlar rayonun Dədə Qorqud qəsəbəsi ərazisində olarkən polis əməkdaşları onlara yaxınlaşaraq onları polis bölməsinə aparmışdır. Bu zaman saat təxminən 22:00- 23:00 radələri olmuşdur. Əməliyyat müvəkkili Pərviz və digər iki nəfər polis əməkdaşı bölmədə olarkən onu döymüş, həmçinin dostu da onunla birlikdə yarım gün döyülmüşdür. Polis əməkdaşları ona iki bükümdə narkotik vasitə verərək çəkiliş zamanı etiraf etməli olduğunu bildirmiş, əks halda narkotik vasitələri evindən çıxaracaqları ilə hədələmişlər. Məruz qaldığı fiziki və psixi təsirlərin nəticəsində videoçəkilişdən əvvəl ona təqdim olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə vermişdir. Haıbuki şübhəli şəxs qismində tutularkən üzərində narkotik vasitə olmayıb. O, ümumiyyətlə psixotrop maddə qəbul etsə də, bunların satışı ilə məşğul olmayıb, həmçinin heç kimə hədiyyə etməyib. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, şübhəli şəxs qismində tutulduğu gün 35 manat ödəməklə “şüşə” alacaqdı. Üzərinə baxış keçirilən zaman vəkili iştirak etməyib. Cavada SMS yazaraq sonuncudan 50 manat borc pul istəmişdi. Polis əməkdaşları onu tutduqdan sonra istifadəsində olan “Samsung A50” markalı mobil telefonunu əlindən almış, lakin sonradan ailə üzvlərinə təhvil verməmişdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom Y/M fərdi evdə yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul məşğul olması və hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud qəsəbəsində olan nömrəsiz evin yaxınlığında olması və üstündə psixotrop maddə olması barədə məlumat almış, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə etmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud qəsəbəsi ünvanına getmişdirlər. Həmin vaxtı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə- Qorqud qəsəbəsi nömrəsiz evin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona psixotrop maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirmişlər, Suraxanı RPİnin 30-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlmişdir. Bundan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəyimizi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Sonuncu da üzərində özü istifadə etmək üçün bir ədəd şəffaf sellofana bükülmüş bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir və əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə içərisində psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Sonra onun təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümdəki kütlə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə “Əhmədli” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat ödəməklə öz istifadəsi üçün almış və özündə saxlamışdır. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi günorta 1-2 radələrində Dədə-Qorqud qəsəbəsində saxlayıblar. Elşən saxlanılan zaman müqavimət göstərməyib. O, video çəkilişdə iştirak edib. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təsir olmayıb. Əməliyyat məlumatı hadisə günü daxil olub. X23 avtomobili ilə gediblər. Təqsirləndirilən şəxsi küçədə piyada gəzən zaman saxlayıblar. Təqsirləndirilən şəxsi PPX avtomobili ilə polis şöbəsinə gətiriblər. Baxış keçirilərkən o, Rəşad Osmanov, polis nəfərləri, təhqiqatçı, təqsirləndirilən şəxs və vəkili olub. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışını həyata keçirməs ilə bağlı heç bir məlumat olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxs saxlanarkən yanında heç kim olmayıb və saxlanılan zaman heç bir müqavimət göstərməyib. Tədbirə əməliyyat müvəkkili olan Pərvizin şəxsi avtomobili ilə gediblər. Baxış keçirilərkən orada o, Şahid1, vəkil və təhqiqatçı iştirak edib. Mobil telefonu hadisə zamanı üzərində olub. Təqsirləndirilən şəxsi polis şöbəsinə günorta saatlarında gətiriblər. Müdafiə tərəfinin vəsatətinə əsasən birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə axşam saatlarında tanışı Elşənlə birlikdə narkotik vasitə almaq üçün Dədə-Qorqud qəsəbəsinə gediblər. Həmin gün saat 22:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq 30cu polis bölməsinə aparılıblar. Bölmədə olarkən polis əməkdaşları növbəti gün səhər saatlarına qədər onları döymüşdür. Sonuncular onlara barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirmə aparılacağını dediklərindən, onlar inanaraq təqdim olunmuş sənədləri imzalamışlar. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, 1 qram narkotik vasitəni 35 manata almaq üçün razılaşmışdılar. Onları saxlayanlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olmuşdur. Nə o, nə də Elşən narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Elşən heç vaxt ona narkotik vasitə satmayıb. Polis əməkdaşları ilkin olaraq Elşəni tutmuş, həmin vaxt o, maşında olmuşdur. Daha sonra gəlib onu tutaraq polis bölməsinə aparmışlar. Biləcəri qəsəbəsində narkotik tapmadıqlarında Hövsan qəsəbəsinə getmək qərarına gəlmişlər. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X12 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, psixotrop maddə olan “patı” və narkotik vasitə heroindən istifadə edib. Elşənlə aralarında narkotik vasitələrin əldə edilməsi məzmunda SMS yazışmaları olub. Narkotik vasitə almaqda Elşənlə bir-birlərinə maddi cəhətdən kömək göstəriblər. Elşənə pul ödəyərək narkotik almayıb, sonuncunun narkotik satmasını görməyib. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X20 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, həmçinin özü “Vətən müharibəsi” iştirakçısı və qazisidir. O, əvvəllər narkotik vasitələrdən istifadə edib. Əvvəllər narkotik vasitələri təqsirləndirilən şəxs ilə birgə pul qoyaraq alıb. Narkotik vasitəni satan şəxs ilə həm o, həm də Elşən görüşüb. Elşənin narkotik vasitə satmasını görməyib. Elşənlə aralarında narkotik vasitələrin əldə edilməsi məzmunda SMS yazışmaları olub. Elşənin kartına narkotik vasitəyə görə 20 manat pul göndərəcəkdi. Sonuncu ona narkotiki aynanın yanına qoyacağını demişdi. Elşəndən “patı” istəsə də, lakin həmin maddə sonuncuda olmamışdı. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X11 ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayının sonunda tutulub. Sonuncunun özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim edib-etməməsini xatırlamır. Təqsirləndirilən şəxs ad və soyadını əməliyyatçıya əvvəlcədən deyib. Şəxsi axtarış və götürmə zamanı psixotrop maddənin yerləşdirildiyi zərfin üzərinə təqsirləndirilən şəxsin ad və soyadı əvvəlcədən yazılır. Həmçinin həmin zərfin üzərinə sonuncunun üzərində aşkar edilmiş bükümlərin sayını yazıb. Şəxsi axtarış və götürmə zamanı kompyuterdə saat göstəricisinin düzgün işləyib-işləməsinə diqqət yetirməyib. Cinayət işinin materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 1781 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunda) opioidlərin qəbulu nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1641 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunda) həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskə keçirilmiş baxış zamanı, həmçinin 26 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) əynində olan tünd boz rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) üzərindən aşkar olunmuş bükümdəki kütlə “şüşə” kimi tanıdığı psixotrop addə metamfetamindir, həmin psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyası yaxınlığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və hər hansı bir sübut əhəmiyyəti kəsb edən başqa əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən götürülmüş “CD” diskə baxış zamanı ***-***-**-** nömrəsinə “Ay qaqa basna donum senin puln verdiyin seyi sennen niye esirgiyim, yoxdu niye deyim ki yoxduda abi yoxdu” , ***-***-**-** nömrəsinə “ Pencereye qoydum onu götür torpaqdı o biri olanda deyecem şehere getdim abi men xeberleşerik”, ***-***-**-** nömrəsinə “50 manat pul lazımdı nızırində olsun”, ***-***-**-** nömrəsinə “qaqa gozduyrem hele gelmiyib narahat olmaymda denen rafiqede bilsin eger indi alınmasa temanız mendedide gelende verecem arxayn olun” ***-***-**-** nömrəsinə “04 indi duzeker dasnan 04 de bir iki saata uzağı gece ne varsa acıq dedim sene bir kelme” mesajları Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş ***-***-**-**- telefon nömrəsindən yazılmış sms məntnləri və Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə ***-***-**-** nömrəsindən“ Qaqa 10 das 5 kola eliyersen zeng eledim acmadın”, ***-***-**-** nömrəsindən “qardaşım qadan alsın gor nagarsan lomkacılıxdı seni gozduyurem 15 kola sen and verem allaha tamamd yigacam yox deme sen deyen kim kart vurub hara desen gel” ***-***-**-** nömrəsindən “qaqa qardasm qadan alsn kartın on manat vurum he yox ma bir cavab denen senen xeber gozduyurem” , ***-***-**-** nömrəsindən “34 gundu bularda sey cariyi biyax axsam terefi seni yıgmısdıma hemin vaxtı ozu mene dediki 2 3 papruz sey var barter eliye bilersen gerey onda sene deyerdim” yazılmış sms mətnləri və Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş ***-***-**-**-dən müxtəlif nömrələrə sms kimi göndərilmiş bank kartının 16 rəqəminə bənzər mesaj məntləri daxil olmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) əvvəllər məhkum olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, hazırkı apellyasiya icraatı gedişində məhkəmə baxışı zamanı qiymətləndirilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, iş üzrə iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli bəraət hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən aşağıdakı nəticələrə gəlmişdir: Cinayət işinin materiallarından, o cümlədən, 26 fevral 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında”, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 rəhbərliyi, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 iştirakı ilə 26 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə əməliyyat qrupu yaradılmış, sonuncular tərəfindən Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) 26 fevral 2024cü il tarixdə, saat 14:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə Qorqud qəsəbəsində olan nömrəsiz evin yaxınlığında saxlanaraq 30-cü Polis şöbəsinə gəlmiş, Şahid2 və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərindən 01 ədəd büküm aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmə aparılması saat 15:10-da başlamış, 15:15-də başa çatmış, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun tərtibi saat 15:20-də başlamış, 15:30-da başa çatmış, protokol iştirakçılar – təhqiqatçı Şəhribar Babayev, əməliyyat müvəkkilləri Şahid2, Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) tərəfindən imzalanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1771/2024 saylı, 25 oktyabr 2024-cü il tarixli qərarı ilə əməliyyat müvəkkilləri Şahid1 istifadəsində olan ***-***-**-** saylı və X15 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrinin xx.xx.2024-cü il saat 18:00-dan xx.xx.2024-cü il saat 23:59-a qədər olan müddətdə və Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) saxlanıldığı zaman üzərində olan 050 ***-**-** mobil nömrənin xx.xx.2024-cü il saat 18:00-dan xx.xx.2024-cü il saat 23:59-a qədər olan müddətdə anten əhatə dairəsinə dair məlumatların əldə edilməsi üçün müvafiq mobil operatorlara sorğular verilmiş və Şahid1 istifadəsində olan 055 ***-**-** nömrəli telefonun əhatə dairəsi 26 fevral 2024-cü il tarixdə aşağıdakı kimi olmuşdur: xx.xx.2024-cü il, saat 15:28:04 LBBK2941O4/LBBK2941 Qizilgush Badamdart/Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv/Sabail/ (40.33xx/xx.8035); Şahid2 istifadəsində olan 055 219- 10-60 nömrəli telefonun əhatə dairəsi 26 fevral 2024-cü il tarixdə aşağıdakı kimi olmuşdur: xx.xx.2024-cü il, saat 15:32:08 LBBK1095O3/LBBK1095 Neapol Dairesi//Khatai/ (40.381xx/xx.96449). Göründüyü kimi, hazırki cinayət işi üzrə əməliyyat tədbirində iştirak etdikləri iddia olunan Şahid2 26 fevral 2024-cü il tarixdə, saat 15:32 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol dairəsi ərazisində yerləşən antenin, Şahid1 isə həmin tarixdə, saat 15:28 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən antenin əhatə dairəsində olmuşlar. Halbuki cinayət işinin materiallarından 26 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun tərtibi saat 15:20-də başlamış, 15:30-da başa çatmış, protokol iştirakçılar, o cümlədən, əməliyyat müvəkkilləri Şahid2, Şahid1 tərəfindən imzalanmışdır. Əməliyyat müvəkkilli Şahid2 26 fevral 2024-cü il tarixdə, saat 15:32 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, Şahid1 isə həmin tarixdə saat 15:28 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən antenlərin əhatə dairəsində olması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunan saatda keçirilməmiş və sözügedən protokol həmin protokolda göstərilən saatda tərtib edilməmişdir. Həmin şahidlərin Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində psixotrop maddənin aşkarlanması barədə ifadələri 26 fevral 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və qanunsuz yolla əldə edilmiş maddi sübuta əsaslandığı, həmin axtarış, onun keçirilməsini əks etdirildiyi göstərilən protokol və onun əsasında aşkar edilmiş maddi sübut mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, həmin şahid ifadələri də həqiqilik, mötəbərlik baxımından əsaslı şübhə doğurmaqla, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin saxlanılma vaxtı ilə bağlı ibtidai istintaq materialları ilə müəyyən edilmiş halların işin həqiqi halları ilə eynilik təşkil edib-etməməsini araşdırmağı zəruri hesab etmişdir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) məhkəmə iclasında vermiş olduğu ifadəsində onun əslində cinayət işinin materiallarında göstərildiyi kimi, yəni 26 fevral 2024-cü il tarixdə, saat 14:00-da deyil, 25 fevral 2024-cü il tarixdə, axşam saat 22:00-23:00 radələrindən tanışı Cavadla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) saxlanıldığı zaman üzərində olan ***-***-**-** mobil nömrənin xx.xx.2024-cü il saat 18:00-dan xx.xx.2024-cü il saat 23:59-a qədər olan müddətdə anten əhatə dairəsinə dair məlumatların əldə edilməsi üçün müvafiq mobil operatorlara sorğu verilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş ***-***-**-** nömrəli telefonun əhatə dairəsi sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə saat 22:12:52-də Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində olan antenin əhatə dairəsində olmuş, bundan sonra mobil telefona dair heç bir anten məlumatı qeydə alınmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X21 da həmçinin ifadəsində 25 fevral 2024-cü il tarixdə axşam saatlarında Elşənlə birlikdə narkotik vasitə almaq üçün Dədə-Qorqud qəsəbəsinə getdiklərini, həmin gün saat 22:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq 30-cu polis şöbəsinə aparıldıqlarını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 istifadəsində olan ***- ***-**-** nömrəli telefonun əhatə dairəsi 26 fevral 2024-cü il tarixdə aşağıdakı kimi olmuşdur: xx.xx.2024-cü il, saat 13:48:17 LBBK1067O7/LBBK1067 ATS-30 Balajari//Binagadi/ (40.423xx/xx.80018). Həmin diskdə olan məlumatlardan göründüyü kimi cinayət işinin ibtidai istintaq materiallarında təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən 26 fevral 2024-cü il tarixdə, saat 14:00-da saxlanılması qeyd edilsə də, əməliyyat müvəkkili Şahid1 həmin tarixdə, saat 13:48:17-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində olmuşdur. Beləliklə, cinayət işinin materiallarına görə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulmasına iştirak etmiş əməliyyat müvəkkili Şahid1 26 fevral 2024-cü il tarixdə, saat 14:00 radələrində şəhərin Biləcəri qəsəbəsi ərazisində olması Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) həqiqətən də, cinayət işinin materiallarında göstərilən saatda saxlanılmasını istisna edir. Bundan başqa cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videogörüntülərin əks olunduğu diskin “Properties” (xüsusiyyətlər) bölməsinə dair çıxarışdan görünür ki, həmin videogörüntülərin “Modified” (dəyişiklik) tarixi 26 fevral 2024cü il, saat 1:02:18 PM-dir (saat 13:02:18). Bununla bağlı qeyd edilməlidir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin 26 fevral 2024-cü il tarixdə, saat 15:10-dan 15:15-dək keçirilməsinə baxmayaraq videogörüntülərin yerləşdiyi diskin son dəyişiklik vaxtının 26 fevral 2024-cü il, saat 13:02 olması təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokolda göstərilən vaxtda keçirilmədiyini bir daha təsdiq edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, həm təqsirləndirilən şəxsin, həm şahid Cavad Cəfərlinin ifadəsi, həmçinin Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadələrində olmuş 050 ***-**-** nömrəli telefonun əhatə dairəsinə dair məlumatların eynilik təşkil etməsi, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrənin sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə saat 22:12:52-də Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində olan antenin əhatə dairəsində olması, bundan sonra həmin nömrənin anten dairələri ilə əlaqəsinin kəsilməsi, cinayət işinin materiallarına görə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulmasına iştirak etmiş əməliyyat müvəkkili Şahid1 26 fevral 2024-cü il tarixdə, saat 14:00 radələrində şəhərin Biləcəri qəsəbəsi ərazisində olması Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) polis əməkdaşları tərəfindən “Şübhəli şəxsin tutulması haqqında” protokolda qeyd olunan, 26 fevral 2024-cü il tarixdə, saat 14:00-da saxlanılmamasına, həmin sənədin həqiqi məzmunun təhrif olunmasına dair məhkəmənin daxili inamını artırır və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) “Şübhəli şəxs qismində tutulması haqqında” protokolun mötəbər sübut qismində qəbul edilə bilmə imkanını əsaslı şübhə altına alır. Bundan başqa cinayət işinin materiallarına sübut qismində əlavə edilmiş Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərindən şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə dair qeydə alınan videogörüntülərin əks olduğu diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, sonuncunun təqdim etdiyi bir ədəd büküm ekspertiza tədqiqatı üçün göndərilərkən yerləşdirildiyi zərfin üzəri yazılmışdır. Həmin videogörüntüdə zərfin üzərində “Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərindən aşkar olunmuş 01 ədəd büküm maddi sübut” yazısı görünür. Şübhəli şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl sonuncunun üzərindən nəyin, hansı miqdarda aşkar olunacağı istintaq hərəkətinin iştirakçılarına məlum olması, yəni ekspertiza tədqiqatı üçün göndəriləcək predmetin yerləşdiyin zərfin üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərindən 01 ədəd bükümün aşkar olunmasına dair qeydin yazılması həmin zərfin əvvəlcədən yazılaraq hazır vəziyyətdə saxlanıldığını göstərir, bu isə bir daha Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin şəffaflığına dair məhkəmənin şübhələrini möhkəmləndirir. Digər bir ziddiyətli məqam ondan ibarətdir ki, cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda və ona əlavə edilmiş videogörüntüdə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) psixotrop maddəni “dünən”, yəni cinayət işinin materiallarına əsasən, şəxs axtarış və götürmə istintaq hərəkətinin aparıldığı 26 fevral 2024-cü il tarixdən əvvəlki gün “Əhmədli” metrostansiyası yaxınlığında əldə etdiyini bildirsə də, bundan sonra tərtib olunmuş bütün prosessual sənədlərin məzmununda, o cümlədən şübhəli və təqsirləndirilən şəxs qismində verilmiş ifadələrdə, müstəntiq tərəfindən qəbul edilən qərarlar, eləcə də, verilmiş ittihamda Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 26 fevral 2024-cü il tarixində “Əhmədli” metrostansiyası yaxınlığında əldə etdiyi göstərilmişdir. Qeyd olunan hal bir daha məhkəmənin ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş sənədlərin həqiqiliyinə və etibarlılığına olan şübhələrini artırır. Şahidlər Şahid2, Şahid1 ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübut edilməsində mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) polis əməkdaşları tərəfindən döyüldüyünü, bunun nəticəsi olaraq irəli sürülmüş ittihamı qəbul etməyə məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi polis əməkdaşları tərəfindən döyülməsi, bunun nəticəsində videoçəkilişdən əvvəl ona təqdim olunmuş bir büküm psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olması barədə məhkəmənin şübhələrini aşağıda qeyd ekspert rəyi dəstəkləyir: Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X22 tərəfindən qəbul edilmiş 16 may 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın məzmunundan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 2 mart 2024-cü il tarixli, 153 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) bədəni üzərində sol əlin İİİ barmağının sıyrığı xəsarəti aşkar edilmiş, qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, alınma müddəti müayinədən 3-7 gün əvvələ uyğun gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir, xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulma nəticəsində, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyil. Təqsirləndirilən şəxsin eyni məzmunlu ifadələri, Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsin Suraxanı rayon şöbəsinin 2 mart 2024-cü il tarixli, 153 saylı rəyi, habelə təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin səbəblərinə dair ağlabatan izahın olmaması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, həmin xəsarətlər polis orqanlarının məsuliyyət daşıdığı pis rəftarın formasına aid edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) cinayət işinin ibtidai istintaqı gedişində fiziki təsirlərə məruz qalması təsdiq olunduğundan, sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələrinə (şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən) deyil, məhz məhkəmə iclasında vermiş olduğu ifadələrə istinad edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) məhkəmə iclasında verdiyi ifadəsində 25 fevral 2024-cü il tarixdə, axşam saatlarında polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra istifadəsində olmuş “Samsung A50” markalı mobil telefonun ondan alındığını, lakin ailə üzvlərinə təhvil verilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmə təqdim olunmuş CD disk formatında olan məlumatlardan göründüyü kimi Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadələrində olmuş ***-***-**-** nömrəli telefonun əhatə dairəsi sonuncu dəfə 25 fevral 2024-cü il tarixdə saat 22:12:52-də Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ərazisində olan antenin əhatə dairəsində olmuş, bundan sonra mobil telefona dair heç bir anten məlumatı qeydə alınmamışdır. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-293/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) 26 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularkən onda olan 050 466-88- 80 və ***-***-**-** saylı mobil nömrələrin üzərində olduğu “Samsung A50” markalı mobil telefonun hansı İMEİ kodu altında istifadə olunması, “Samsung A50” markalı telefon hal-hazırda hansı mobil nömrə ilə istifadə olunması və hal-hazırda həmin telefonun üzərində olan mobil nömrələrin kimə məxsus olması barədə sorğu verilmişdir. Həmin qərarın icrası olaraq "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 05 mart 2025-ci il tarixli məktubdan görünür ki, ********* mobil telefon nömrəsinin "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində xx.xx.2024-cü il tarixində hər hansı bir İMEİ kodlu cihazda istifadəsi aşkar edilməmişdir. Həmin nömrənin "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində sonuncu dəfə xx.xx.2024-cü il tarixində **********891200 İMEİ kodlu cihazda istifadəsi qeydə alınmışdır. 2024-cü ilin fevral ayından həmin ilin aprel ayınadək **********891200 İMEİ kodlu cihazda "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində istifadə edilən nömrə **********80, 2024cü ilin aprel ayından 2025-ci ilin mart ayınadək **********25 saylı mobil nömrə olmuşdur. Müvafiq telefon nömrələri aşağıdakı şəxslərin adın rəsmiləşdirilmişdir: 1) ********* Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu), Ağdam rayonu, Ağdam şəhəri, T.İsmayılov küç., ev 12, mən., 8, xx.xx.1995, AA******* (Nömrənin müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir); 2) ********* X26, Şəki rayonu, Şəki ə/d, Şəki kəndi, xx.xx.1965, AA1160121. Beləliklə, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmiş ********* saylı mobil telefon nömrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində **********891200 İMEİ kodlu cihazda edilmiş, 2024-cü ilin fevral ayından həmin ilin aprel ayınadək həmin cihazda "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində istifadə edilən nömrə **********80, yəni təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmiş nömrə, 2024-cü ilin aprel ayından 2025-ci ilin mart ayınadək **********25 saylı mobil nömrə olmuşdur. Baxmayaq ki, cinayət işinin ibtidai istintaq materiallarında təqsirləndirilən şəxsin üzərində mobil telefonun aşkar olunması barədə hər hansı məlumat yoxdur, lakin təqsirləndirilən şəxsə məxsus mobil telefonun anten əhatə dairəsi və mobil telefonun hazırda kimin istifadəsində olması barədə "xxxx" MMC-ə verilmiş sorğulardan əldə olunmuş məlumatlardan təqsirləndirilən şəxsin adına rəsmiləşdirilmiş ********* saylı mobil nömrənin 25 fevral 2024-cü il tarixdə, axşam saat 22:00 radələrindən sonra heç bir antenin əhatə dairəsində olmaması, nömrənin üzərində olduğu cihazın sonuncu dəfə xx.xx.2024-cü il tarixində istifadə olunması, həmin ilin aprel ayınadək nömrənin istifadə olunmaması, aprel ayından işlək vəziyyətə gətirilərək cihazın başqa şəxsin adına rəsmiləşdirilmiş nömrə ilə istifadə olunması müəyyən olunur. Bu isə məhkəmənin təqsirləndirilən şəxsin məhkəmə iclasında vermiş olduğu ifadəsinə olan inamını bir daha artırır. Birinci instansiya məhkəməsi "xxxx" MMC-dən AZF/LGL-298/24 nömrəli məktubu ilə daxil olmuş “CD” diskin təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut əhəmiyyəti ilə bağlı qeyd etmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrə ilə SMS yazışmaları həyata keçirmiş şəxslərdən əlavə şahidlər X12 və X20 hər biri məhkəmə tərəfindən onlara verilmiş suallara cavab olaraq Elşənlə aralarında narkotik vasitələrin əldə edilməsi məzmunda SMS yazışmalarının olduğunu, narkotik vasitə almaqda Elşənlə bir-birlərinə maddi cəhətdən kömək göstərdiklərini, sonuncunun onlara narkotik vasitə satmadığını, həmçinin buna şahid olmadıqlarını bildirmişdir. Odur ki, SMS yazışmaları təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı təsdiq edən mötəbər sübut qismində qəbul edilə bilməz. İttiham aktında sübut kimi istinad olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 1781 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli 812 saylı rəyi mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma əməlini törətməsini təsdiq etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən nəticəsi və əsaslandırması ilə razılaşır və apellyasiya protestinin dəlillərini ardıcıllıqla sadalamaqla onların cavablandırılması məqsədilə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası müvafiq əsaslandırmaya başlamadan ilk növbədə cinayət işi üzrə ziddiyyətli məqamları təsvir və təhlil etməyi, daha sonra toplanmış sübutlara ədalətli və obyektiv qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə kollegiyası iş materiallarına və birinci instansiya məhkəməsində məhkəmə istintaqının nəticələrinə əsasən şəxsin təqsirlilik məsələsinin obyektiv və ədalətli həll edilməsi üçün əhəmiyyət kəsb edən üç vacib istiqamət üzrə hüquqi dəyənləndirmə aparmağı məqsədə müvafiq hesab edir: - şəxsin müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunması məsələsi; -sübutların mötəbərliyi və mümkünlüyü məsələsi, yəni prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni yolla əldə edilib-edilməməsi xüsusatı; -tərtib olunmuş prosessual sənədlərin vəziyyəti, həmin sənədlərdə natamamlığın, uyğunsuzluğun və ziddiyyətlərin olub-olmaması. Beləliklə, apellyasiya protestinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur.
1. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş mobil telefona göndərilmiş və daxil olan ismarıcların məzmunu ona elan olunmuş ittihamın məzmununu təsdiq edir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olan ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan SMS mətnlər müdafiə tərəfinin vəsatəti ilə dəvət edilmiş əlavə şahidlərin iştirakı ilə bir daha tədqiq edilmiş, Təqsirləndirilən şəxsla aralarında yazışmalar olan şahidlər X12 və X4 Məmmədovun vasitəsilə narkotik vasitə əldə etdiklərini, Orxan Hacıyev narkotik vasitəni əldə etmək üçün Təqsirləndirilən şəxs bank kartına 20 manat göndərəcəyini məhkəmə zalında verdikləri ifadələrində bir daha təsdiq etmişlər.
2. Başqa bir kompyuterdə köçürülmüş video görüntünün diskinə məhkəmə iclas zalında istifadə olunan kompyuterlə daxil olaraq onun xüsusiyyətlərinə xüsusi biliyə malik mütəxəssis və ya ekspertin iştirakı olmadan baxış keçirib şəxsi axtarış və götürmə istintaq hərəkətinin nəticələrini əsassız olaraq şübhə altına almışdır;
3. Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) aşkar olunmuş xəsarət sol əlin İİİ barmağının sıyrığıdır və məhkəmənin barmaqda olan bir sıyrıq xəsarətini döyülmə, işgəncə və pis rəftar kimi qiymətləndirməsinin əsasları nə hökmdən, nə də məhkəmə istintaq zamanı tədqiq olunmuş sübutlardan görünmür. Apellyasiya protestində ilk növbədə iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri təsvir edilməklə həmin ifadələrə istinad olunmuşdur. Lakin göründüyü kimi həmin şahidlər əməliyyat müvəkkilləri olmaqla onlar müstəsna olaraq “keçirilmiş” əməliyyat tədbirləri barədə məlumat vermişlər, həm də cinayət işinin materiallarından göründüyü kimi həmin əməliyyat müvəkkillərinin əməliyyat tədbiri barədə verdikləri məlumatlarda kifayət qədər əsaslı şübhələr mövcüd olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mobil operatorlara sorğular verilməklə araşdırma aparılmış və məhkəmənin gəldiyi nəticəyə görə əməliyyat müvəkkilli Şahid2 26 fevral 2024-cü il tarixdə, saat 15:32 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində, Şahid1 isə həmin tarixdə saat 15:28 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşən antenlərin əhatə dairəsində olması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunan saatda keçirilməmiş və sözügedən protokol həmin protokolda göstərilən saatda tərtib edilməmişdir. Apellyasiya protestinin məzmununa diqqət yetirildikdə görünür ki, protest müəllifi Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) təqsirliliyinə dair mövqeyini əsaslandırmağa çalışarkən işin bu hallarının üzərində ümumiyyətlə sükutla keçmiş, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunan saatda həmin tədbirdə iştirakları göstərilən əməliyyat müvəkkilllərinin istifadəsində olmuş mobil telefonların ümumiyyətlə başqa ünvanlarda olmasına “ağlabatan” şəkildə münasibət bildirməmişdir. Həmçinin xüsusi vurğulanmalıdır ki, əməliyyət tədbirində iştirak etmiş əməliyyat müvəkkillər və ya ilkin sənədləşməni tərtib etmiş təhqiqatçı obyektiv mövqedən çıxış etmək və cinayət işi üzrə həqiqətin müəyyən edilməsində maraqlı ola bilməzlər. Apellyasiya protestində istinad olunan Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olan ***-***-**-** GSM nömrəsinə 01 yanvar 2024-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan SMS mətnlərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ***-***-**-** nömrəsinə “Ay qaqa basna donum senin puln verdiyin seyi sennen niye esirgiyim, yoxdu niye deyim ki yoxduda abi yoxdu” , ***-***- **-** nömrəsinə “Pencereye qoydum onu götür torpaqdı o biri olanda deyecem şehere getdim abi men xeberleşerik”, ***-***-**-** nömrəsinə “50 manat pul lazımdı nızırində olsun”, ***-***-**-** nömrəsinə “qaqa gozduyrem hele gelmiyib narahat olmaymda denen rafiqede bilsin eger indi alınmasa temanız mendedide gelende verecem arxayn olun” ***-***-**-** nömrəsinə “04 indi duzeker dasnan 04 de bir iki saata uzağı gece ne varsa acıq dedim sene bir kelme” mesajları Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş ***-***-**-**- telefon nömrəsindən yazılmış sms məntnləri və Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinə ***-***-**-** nömrəsindən “Qaqa 10 das 5 kola eliyersen zeng eledim acmadın”, ***-***-**-** nömrəsindən “qardaşın qadan alsın gor nagarsan lomkacılıxdı seni gozduyurem 15 kola sen and verem allaha tamamd yigacam yox deme sen deyen kim kart vurub hara desen gel” ***-***-**-** nömrəsindən “qaqa qardasin qadan alsin kartın on manat vurum he yox ma bir cavab denen senen xeber gozduyurem”, ***-***-**-** nömrəsindən “3-4 gundu bularda sey cariyi biyax axsam terefi seni yıgmısdıma hemin vaxtı ozu mene dediki 2 3 papruz sey var barter eliye bilersen gerey onda sene deyerdim” yazılmış sms mətnləri və Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) istifadəsində olmuş ***-***-**-**-dən müxtəlif nömrələrə sms kimi göndərilmiş bank kartının 16 rəqəminə bənzər mesaj məntləri daxil olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi həmin ismarıclarla bağlı müvafiq mövqeyini ifadə edərək onların ittihamı təsdiq edən mötəbər sübut qismində qəbul etməmişdir. Sözügedən ismarıclar məhkəmə kollegiyasının də diqqətini çəkmiş və cinayət işinin materialları öyrənilərkən müəyyən olunmuşdur ki, ismarıclar 15 yanvar 2024-cü il tarixdə, 19 yanvar 2024-cü il tarixdə, 01 fevral 2024-cü il tarixdə, 03 fevral 2024-cü il tarixdə və 05 fevral 2024-cü il tarixlərdə göndərilmişdir. Yəni, ismarıcların göndərilmə tarixi Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) elan olunmuş ittihamda göstərilən psixotrop maddə metamfetaminin əldə edildiyi tarixlə (26 fevral 2024-cü il tarixdə) qətiyyən uzlaşmır. Başqa, sözlə həmin ismarıcların məhz elan olunmuş ittihamla əlaqəli olması barədə fikir yürütmək mümkün deyil. Ən vacib məqam isə ondan ibarət olmuşdur ki, “diskə baxış keçirilməsi haqqında” 25 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ismarıcların əks olunduğu diskə müstəntiq Azim Bayramov tərəfindən baxış Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) və onun müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair videogörüntülərin əks olunduğu diskin “Properties” (xüsusiyyətlər) bölməsinə dair çıxarışdan görünür ki, həmin videogörüntülərin “Modified” (dəyişiklik) tarixi 26 fevral 2024-cü il, saat 1:02:18 PM-dir (saat 13:02:18). Başqa sözlə, şəxsi axtarış və götürmə istintaq hərəkətinin 26 fevral 2024-cü il tarixdə, saat 15:10-dan 15:15-dək keçirilməsinə baxmayaraq, videogörüntülərin yerləşdiyi diskin son dəyişiklik vaxtının 26 fevral 2024-cü il, saat 13:02 olması təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokolda göstərilən vaxtda keçirilmədiyini bir daha təsdiq edir. Apellyasiya protestində həmin məsələ da mübahisələndirilmiş və məhkəmə kollegiyası protestin həmin dəlillərini əsassız hesab edib qeyd edir ki, cinayət işinin materiallarında dövlət ittihamçısının mövqeyini təsdiq edən, yəni şəxsi axtarış və götürmə istintaq hərəkətinin 26 fevral 2024-cü il tarixdə, saat 15:10-dan 15:15-dək keçirilməsini təsdiq edən hər hansı disk mövcüd olmamış və təqdim olunmamışdır. Diskin xüsusiyyətlərinə məhkəmə tərəfindən baxışın xüsusi biliyə malik mütəxəssis və ya ekspertin iştirakı ilə aparılmalı olması ilə bağlı qeyd edilməlidir ki, gündəlik iş şəraitində istifadə etməklə kompüter sahəsində ilkin sadə biliklərə və vərdişlərə malik olan 3 nəfərdən ibarət məhkəmə tərkibi tərəfindən diskin xüsusiyyətlərinə baxılması mürəkkəb bir məsələ və məhkəmənin gəldiyi nəticəni şübhə alıtna almağa əsas verən dəlil kimi təqdim olunmamlıdır. Başqa sözlə, göstərilən məsələdə apellyatorun qeyd etdiyi kimi xüsusi bilik tələb olunmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya protestində diskin xüsusiyyətləri ilə bağlı şübhəli məqamlar da təqdim olunmamış, həmin diskə məhz mütəxəssisin iştirakı ilə baxış keçirilməsi vacibliyi əsaslandırılmamışdır. Apellyasiya baxışı zamanı da dövlət ittihamçısı özü də diskə məhz mütəxəssis və ya ekspertin iştirakı ilə təkrarən baxış keçirilməsi barədə vəsatət də verməmişdir. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) döyülməsi və fiziki təzyiqlərə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (Cinayət Prosessual Məcəlləsinin, maddə 21.2) əsasında həll etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunda) aşkar olunmuş barmaqda olan bir sıyrıq xəsarətin döyülmə, işgəncə və pis rəftar kimi qiymətləndirməsinin əsaslarının hökmdə əsaslandırılmaması barədə apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Avropa Məhkəməsinin mövqeyinə və təcrübəsinə əsasən, pis rəftarın xüsusi formasının işgəncə kimi müəyyən edilib-edilməməsi zamanı Avropa Konvensiyasında 3-cü maddədə əks etdirilən, bu məfhumla qeyri-insani və ya alçaldıcı rəftar arasındakı fərqə diqqət yetirilməlidir. Rəftarın ağırlığına əlavə olaraq, hətta 26 iyun 1987-ci il tarixdə qüvvəyə minmiş “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya alçaldıcı rəftar və ya cəzaya qarşı” BMT-nin Konvensiyasında tanınmış məqsəd elementi mövcuddur. Onun 1-ci maddəsində işgəncə ciddi ağrının və ya əzabların, “inter alia”, məlumatı əldə etmək, cəzalandırmaq və ya qorxutmaq məqsədilə qəsdən verilməsi kimi müəyyən edilir. Avropa Məhkəməsi həmçinin qeyd edir ki, şəxs polis tərəfindən 3-cü maddəyə zidd olaraq ağır şəkildə pis rəftara məruz qaldığı barədə sübut oluna biləcək iddia irəli sürdüyü halda, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin «yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqların təmin edilməsinə» dair ümumi öhdəliyi ilə birlikdə götürüldükdə öz mənasında səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Həmin araşdırma məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmaq iqtidarında olmalıdır. Əks təqdirdə, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, öz fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olar və bəzi hallarda Dövlətin nümayəndələri üçün onların nəzarəti altında olanların hüquqlarını faktiki olaraq cəzalandırılmadan pozmaq imkanını yaradar. (Assenov və digərləri Bolqarıstana qarşı iş, § 102). Cinayət işinin materiallarından açıq-aydın görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlu) cinayət işi üzrə ifadələrində özünü təqsir bilməyərək göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, habelə hazırki cinayət işi üzrə əməliyyatçılar tərəfindən saxlanılarkən üzərindən ümumiyyətlə hər hansı maddə və vasitə olmamış və aşkar olunmamış, döyülərək və işgəncələrə məruz qalaraq ondan “etirafedici” ifadələr alınmışdır. Xüsusi məqam ondan ibarətdir ki, ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunda) xəsarətlər aşkar olunmuş, xəsarətlərin törənmə müddəti onun polis əməkdaşları tərəfindən saxlanıldığı günə uyğun gəlmişdir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən vurulma nəticəsində, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunmur, lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inandırıcı deyildir. Bir məqam da vurğulanmalıdır ki, hazırda formalaşmış təcrübəyə əsasən şübhəli və ya təqsirləndirilən şəxslərin döyülməsi və işgəncələrə məruz qalmaları barədə onların şikayətləri üzrə bir qayda cinayət işinin başlanılması rədd edilməsi hallarına rast gəlinir. Əks təcrübəyə nadir hallarda rast gəlinir və ya yaxud da ümumiyyətlə rast gəlinmir. Göründüyü kimi, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmiş, hətta hadisədən uzun müddət keçdikdən sonra aparılmış tibbi müayinə zamanı onda xəsarətlərin mövcüdluğu öz təsdiqini tapmışdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Düzdür, Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırma nəticəsində prokurorluq tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. Lakin həmin rədd qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunda) xəsarətlərə ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi qərarını əsas götürməklə, hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəməhüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) ibtidai araşdırma zamanı verdiyi “qismən etirafedici” ifadəsinə (üzərindən psixotrop maddə aşkar olunması barədə) münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, müdafiənin formal şəkildə həyata keçirildiyini düşünməyə imkan verən məqamlar mövcüd olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi istintaq orqanı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) dövlət hesabına Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X33 müdafiəçi qismində təyin olunmuş və vəkilin hüquqlarını müdafiə etdiyi şəxsin xeyrinə hər hansı prosessual fəaliyyəti (məsələn, onun həbsdən azad edilməsi və ya barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verməsi, şübhəli şəxsin döyülməsi ilə bağlı cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan məhkəmə nəzarəti qaydasında şikayət verməsi, hər hansı sübutun tədqiq edilməsi və ya xaric edilməsi, hər hansı şahidin dindirilməsi və s) ümumiyyətlə olmamışdır və belə təəsürat yaranır ki, müdafiəçinin fəaliyyəti sanki prosessual sənədləri imzalamaqdan ibarət olmuşdur. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna və qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydadatutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, habelə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmündə təsvir edilməmiş bəzi məqamları da qeyd etməyi zəruri hesab edərək qeyd edir ki, belə ki, cinayət işinin materialları, o cümlədən Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərinə şəxsi axtarış və götürmə aparılması barədə video görüntülər öyrənilərkən müəyyən olundu ki, videogörüntülərdə Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) hər hansı hüquqları ümumiyyətlə izah olunmamışdır. X1 iki dəfə “daha əvvəl hüquq və vəzifələrinin elan olunduğunu” qeyd etsə də, bunun nə vaxt və hansı şəraitdə baş verdiyini görmək mümkün deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərinə şəxsi axtarış və götürmə aparılan otaqda stolun üzərində zərf mövcüd olmuşdur və həmin zərfin üzərində öncədən “şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərindən aşkar olunmuş 1 büküm maddə subut” sözləri yazılmışdır. Sanki təhqiqatçı Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) üzərindən maddə aşkar olunacağını, həm də həmin maddənin bir bükümdə olacağını öncədən bilmişdir və həmin zərfi artıq hazırlamışdır. Təhqiqatçı həmin zərfin üzərinə guya yazı yazdığı görüntüsü yaratması (manipulyasiya etməsi) və həmin vaxt kameranın fokusunun zərfin üzərindən kənara çəkilməsi də açıq-aydın müşahidə olunur. Beləliklə, məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) bəraət vermişdir. Tərtib olunmuş prosessual sənədlər ona görə bu qədər natamam və ziddiyyətli olmuşdur ki, həmin sənədlər təbii baş verən hadisələr əsasında, onların həqiqi və real axımına uyğun deyil, insan təxəyyülünə uyğun qabaqcadan düşünülmüş və hazırlanmış, lakin real olaraq baş verməmiş “hadisələr” əsasında tərtib edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq təqsirləndirilən şəxs X9 cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə səlb olunmasına nail olunması məqsədilə onun hüquqları pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətli olduğunu, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunun) cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs (Elşən Elşad oğlunu) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli bəraət hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l ı r: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs (Elşən Elşad oğluna) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 1(101)-293/2025 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli
Hakimlər: Faiq Qəniyev
Əfqan Ələkbərov