Məhkəmə qərarları › İş №1(103)-1386/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1386/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1386/2023 09.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X3 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi –Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(101)-660/2023 saylı hökmü ilə (sədrlik edən M.H.Əkbərov, hakimlər F.Ə.Qəniyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) xx.xx.1991-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, M.S.Əfəndiyev küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan təqsirlndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, İş üzrə maddi sübutlar: DİN BMCMi-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 6,425 qram qalmış narkotik vasitə heroin və idarə etdiyi avtomobildən aşkar edilmiş bir ədəd beşbarmağın (kastet) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, 02 ədəd disk cinayət işi materiallarında saxlanılması, İş üzrə ekspertiza xərcləri cəmi 238 (iki yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000003944 SWİT BİK CTREAZ 22) hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 6,525 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, habelə kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik, istifadəyə yararlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş bir ədəd soyuq silahı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi avtomobilə saxlamaqla gəzdirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 iyun 2022-ci İl tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 10:55-də ünvan 3 ünvanının yaxınlığında etibarnamə ilə idarə etdiyi “BMW X5 minik” markalı, **-RV-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda, ümumilikdə 6,525 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 3,761 qram və 2,764 qram olmaqla aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini üzərində saxlamaqla daşıması satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə həmin hissədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs AR CM-nin 228.4-cü və 234.1-1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(101)-660/2023 saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində cinayət hadisəsinin olmaması əsası ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. . Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(101)-660/2023 saylı hökmü qanunsuz və əsassızdır. Məkəmə istinaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq materiallarında göstərilmiş kustar üsulla hazırlanmış beşbarmağı əldə edərək idarə etdiyi avtomobildə saxlamaqla gəzdirmişdir. 16 iyun 2022-ci il tarixdə saat 10:55 radələrində ünvan 5 ünvanının yaxınlığında idarə etdiyi “BMW X5” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanında olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərib DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmişdir. Bu hadisədən bir neçə gün əvvəl dostunun bacısı haqqında nalayiq ifadələr işlətmiş Cavid ilə mübahisə etmiş və dalaşmışdır. Polis əməkdaşları onu saxlayıb apararkən dava məsələsi ilə bağlı saxlanıldığını demişlər. Lakin idarədə olarkən iki ittiham üzrə həm silah, həm də narkotika ittihamı ilə təqsirləndiriləcəyini bildirmişlər. O silahı, yəni beşbarmağı gəzdirməsini boynuna alsa da, narkotik ittihamını boynuna almayacağını bildirmişdir, çünki onun üzərində narkotik vasitə olmamışdır. Otaqda ona iki ədəd bükümdə narkotik vasitə təqdim edərək üzərinə götürməli olduğunu bildirmişlər. Ona təzyiq və təsir olduğundan narkotik vasitənin ona məxsus olduğunu bildirmək məcburiyyətində qalmışdır. Bundan sonra videoçəkiliş edərək həmin ifadələri təkrarlamış, verilən sənədlərə qol çəkməyə məcbur etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində 16 iyun 2022-ci il tarixdə saat 10:55də Təqsirləndirilən şəxs saxlanılarkən, ona saxlanılmasının səbəbi kimi qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması, həmçinin soyuq silah əldə edib daşıması barədə məlumat daxil olmasını bildirmişdir və BMCMİ-nə gəlməyi xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Baş İdarəyə gələ biləcəyini demiş, bu zaman avtomobili idarə etmiş, Şahid2 və Təqsirləndirilən şəxs avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. DİN BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsinə görə Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 10:55-də onlar tərəfindən tutulmuşdur. Lakin qanunvericiliyin tələbi təhqiqat orqanının əməkdaşları tərəfindən pozularaq tutulduqdan dərhal sonra tutulma protokolu tərtib edilməmiş və Təqsirləndirilən şəxs tutulmuş şəxsin hüquqlarından istifadə etmək imkanı verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tutulan zaman hüquqlarının təmin olunmamasının səbəbləri aydınlaşdırılmamışdır. Şahid1 saxlanma vaxtı ilə bağlı dedikləri saxlanılan şəxs Təqsirləndirilən şəxs dedikləri ilə uyğunluq təşkil edir. Lakin digər bir sıra məsələlərdə ifadələr ziddiyyətlidir. Təqsirləndirilən şəxs ifadəsində BMCMİ-yə aparılarkən yolda polislərin ona saxlanılmasının səbəbinin Cavidlə dalaşması olduğunun bildirdiklərini, narkotika və silahla bağlı söhbətin BMCMİ-nin inzibati binasında olduğunu göstərmişdir. Şahid1 isə ifadəsində Təqsirləndirilən şəxs saxlanıldığı vaxt onun saxlanılmasının səbəbinin narkotiklərin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlama olduğunu ona söylədiyini göstərmişdir. İşə baxan məhkəmə bu ziddiyyətləri aydınlaşdırmamış, həqiqətin nədən ibarət olduğunu müəyyənləşdirməmişdir. Şahid1 öz ifadəsində də ziddiyətlər var. O, ifadəsində Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli bilindiyini dedikdən sonra BMCMİ-nə gəlməyi xahiş etdiklərini göstərmişdir. Bu şahidin ifadəsinin inandırıcı olmadığını təsdiq edir. Belə ki, əgər saxlanılan şəxsə hansı cinayəti törətməkdə şübhəli bilindiyi bildirilirsə, onun barəsində məcburiyət tədbirləri tətbiq edilir. Əgər onun idarəyə gəlməsi xahiş edilirdisə, onda nəyə görə Eminin hətta öz maşınını idarə edilməsinə imkan verilməmişdir. İfadədəki bu ziddiyyətlər istintaq yolu ilə aradan qaldırılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları onu saxlayıb apararkən Cavidlə dava məsələsi ilə bağlı saxlanıldığını dediklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı Cavdin kim olduğu aydınlaşdırılmamış, məhkəməyə çağırılaraq dindirilməmiş, onun bu məsələlərə aidiyyatı olubolmadığı araşdırılmamışdır. Təqsirləndirilən şəxs ifadəsində ona təzyiq və təsir olduğundan narkotik vasitənin ona məxsus olduğunu bildirmək məcburiyyətində qaldığını bildirmişdir. İşə baxan məhkəmə Təqsirləndirilən şəxs olan təzyiqin və təsirin nədə ifadə olunduğunu aydınlaşdırmamışdır. “Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, saxlanılan zaman onun üzərindən narkotik vasitə aşkar olunmaması kimi məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin maeriallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrin arasında əhəmiyyətli ziddiyyət yaradan hallara münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda sadalanan halları məhkəmə istintaqında qəti şəkildə mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.” İşə baxan məhkəmənin bu mövqeyi tamamilə qanunsuz və əsassızdır, bu mövqe ilə qəti razılaşmaq olmaz. İşə baxan məhkəmə o qənaətə gəlmişdir ki, ilk baxışdan Təqsirləndirilən şəxs iddia etdiyi halların mümkün ola biləcəyi görünsə də, o əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən belə bu halları mübahisələndirməmişdir. İşə baxan məhkəmənin həbs qətimkan tədbiri seçilməsi ilə Təqsirləndirilən şəxs əməliyyat orqanından asılılığının bitməsi ilə bağlı qənaəti heç bir əsasa, sübuta söykənmir. Məhkəmə baxışı zamanı ittiham tərəfindən Təqsirləndirilən şəxs təqsirini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarında olan sübutlar isə belə bir cinayət hadisəsinin olmadığını təsdiq edir. Belə ki, istintaq zamanı narkotik vasitənin və soyuq silahın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alışı-satışı ilə bağlı, həmin şəxslərin əhatə dairəsini, analoji cinayət əməllərini, əlbir olduğu şəxsləri, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa cinayət hadisəsi baş verdiyi ehtimal olunan dövrdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı məhkəmə qərarları əsasında əldə edilərək baxış keçirilmiş, baxış zamanı narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar, mesaj mətnləri aşkar edilməmiş, bu barədə ibtidai istintaq zamanı cinayət işi üzrə xx.xx.2022-ci il tarixli protokollar tərtib edilmişdir. Bu sübutlar narkotik alqı-satqısının olmaması və ümmiyyətlə belə bir cinayət hadisəsinin olmamasını təsdiq edən sübutlardır. Təqsirləndirilən şəxs AR CM-nin 228.4-cü və 234.1-1-ci maddələri ilə məhkum olunmasına əsas olan təqsirlilik, ümumiyyətlə cinayət hadisəsi olması sübuta yetirilməmişdir. Apelyasiya icraatında təqsirləndirilən şəxs və müdafiəçisi apelyasiya şikayətinin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(101)- 660/2023 saylı hökmünün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində cinayət hadisəsinin olmaması əsası ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(101)-660/2023 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(101)-660/2023 saylı hökmünün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi barədə apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyi, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1 maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməməsi, ümumiyyətlə narkotik vasitədən istifadə etməməsi barədə apelyasiya icraatında bildirdiklərini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini qeyd edir. Belə ki, iş materiallarında olan təyin edilmiş və keçirilmiş məhkəmə narkoloji ekspertizasının 17 iyun 2022-ci il tarixli 3304 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutların tam, hərtərəfli və obyektiv araşırılmasına əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1 maddələri ilə nəzərdə tutulan əməllərin törədilməsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələri ilə tövsif olunmuş, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar aşkar edilməmişdir. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməyərək, törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(101)-660/2023 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar