Məhkəmə qərarları › İş №1(103)-1388/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1388/2021

03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1388/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçilər X8, X6, məhkum olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 saylı, 06 iyul 2021-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi X5 və məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 saylı, 06 iyul 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əhməd Quliyev, hakimlər Azər Paşayev və İradə Həsənzadə) xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunun Bədirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, orta təhsilli, subay, Cəlilabad rayonu, Babaxanlı kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Cavadxan küçəsi, yeni massiv, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmış və Təqsirləndirilən şəxs1 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 11 iyun 1993-cü il tarixdə Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmayan, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə göndərdikləri və Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində gizlədib yerləşdirdikləri külli miqdarda ümumilikdə 60.846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 10.037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda ümumilikdə 15.299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun idarə etdiyi “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə daşımaq üçün 12 sentyabr 2020-ci il tarixə keçən gecə Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində əvvəldən özlərinə məlum olan gizlədilmiş yerdən birgə əldə edib “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə yerləşdirib saxlamaqla birlikdə həmin avtomobildə Bakı şəhərinin Qaradağ rayonu ərazisinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs1 qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı - Salyan magistral yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılıb həmin avtomobillə birgə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada qeyd edilən idarənin inzibati binasının dayanacağında həmin gün saat 08:00-dan etibarən “Ravon R4” markalı 99PF-470 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə baxış keçirilərkən həmin külli miqdarda ümumilikdə 60.846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 15264,7 qram, 20204,4 qram, 10189,6 qram və 15188,1 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 10.037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 2018,9 qram, 501,8 qram, 998,8 qram, 2014,4 qram, 1987,1 qram, 1994,9 qram, 521,9 qram olmaqla 07 ədəd şəffaf polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 15.299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda təmiz çəkiləri 4053,6 qram, 4045,9 qram, 3674,1 qram və 3525,6 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda avtomobilin arxa yük saxlancı yerindəki 04 ədəd polietilen torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama, daşıma, göndərmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxslə və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun şəxsiyyətləri istintaqa məlum olmayan üzvləri olan İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin və qeyrilərinin naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə qanunsuz keçirməklə göndərdikləri və Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində gizlədib yerləşdirdikləri külli miqdarda ümumilikdə 60.846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumilikdə 10.037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda ümumilikdə 15.299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satışını təşkil etməklə birgə qazanc əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə özünün idarə etdiyi “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə daşımaq üçün 12 sentyabr 2020-ci il tarixə keçən gecə saatlarında Cəlilabad rayonunun Suluçeşmə kəndi ərazisində əvvəldən özlərinə məlum olan gizlədilmiş yerdən birgə əldə edib “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə yerləşdirib saxlamaqla birlikdə həmin avtomobildə Bakı şəhərinin Qaradağ rayonu ərazisinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs1 qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı Salyan magistral yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılıb həmin avtomobillə birgə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirildikdən sonra orada qeyd edilən idarənin inzibati binasının dayanacağında həmin gün saat 08:00-dan etibarən “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə baxış keçirilərkən həmin külli miqdarda ümumilikdə 60846,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 15264,7 qram, 20204,4 qram, 10189,6 qram və 15188,1 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 10037,8 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 2018,9 qram, 501,8 qram, 998,8 qram, 2014,4 qram, 1987,1 qram, 1994,9 qram, 521,9 qram olmaqla 07 ədəd şəffaf polietilen bağlamalarda, həmin külli miqdarda ümumilikdə 15299,2 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 4053,6 qram, 4045,9 qram, 3674,1 qram və 3525,6 qram olmaqla 04 ədəd qara rəngli polietilen bağlamalarda avtomobilin arxa yük saxlancı yerindəki 04 ədəd polietilen torbaların içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi X5 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 saylı, 06 iyul 2021ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 saylı, 06 iyul 2021-ci il tarixli hökmünün dəyişdirilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri əsasında işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə və məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı bildirdiyi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir yerdə işləməmiş, “Milad” adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsi təxminən 7 ay əvvəl X22 Respublikasının Biləsuvar şəhərində tanış olmuş, onunla “Vatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2la Bakı şəhərində onun avtomobilində sərnişin kimi hərəkət edərkən tanış olmuş, təxminən 1 ay əvvəl Miladın göndərdiyi 15 kq narkotik maddəni Bakı şəhəri ərazisində Adil ilə birlikdə ona məxsus olan «Ravon» markalı 99- PF-470 nömrəli avtomobillə deyilən yerlərə aparıb qoymuş, həmin maddəni qoyulan yerdən tanımadıqları şəxslər gəlib götürməli idilər. Bu işin əvəzində Milad ona 3200 manat pulu taksi vasitəsi ilə çatdırmış, həmin puldan o, 200 manatını özü taksi sürücüsü olan Təqsirləndirilən şəxs2 verməli idi. 12 sentyabr 2020-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu Suluçeşmə kəndinə daxil olanda yolun sağ tərəfində olan yol nişanın altında qoyulan yerdən ümumilikdə 85 kq çəkidə olan narkotik vasitə heroini, tiryəki və psixotrop maddə metamfetamini götürüb taksi sürücüsü olan Adilin idarə etdiyi həmin avtomobilə yükləmişlər. Təxminən saat 03 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər özünü və Adili saxlamış, hər ikisini avtomobillə birgə Baş idarəyə gətirmişlər. Orada üzərilərində şəxsi axtarış aparılmaqla avtomobilə də baxış keçirilmiş, özü avtomobildə saxladığı həmin narkotik maddəni təqdim etmişdir. O, Milad adlı şəxsdən həmin narkotik maddələrin hər kiloqramına görə 200 manat pul almış, Adili taksi sürücüsü kimi tanımış, Adilin narkotik vasitələrdən xəbəri olmamışdır. O, və taksi sürücüsü Adil saxlanılarkən üzərilərində şəxsi axtarış aparılarkən və avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. Həmin narkotik vasitələri və psixotrop maddəni aldığı İran İslam Respublikasının vətəndaşı Milad adlı şəxsin adından başqa digər anket məlumatlarını, soyadını, yaşadığı ünvanını bilməmiş, Milad ona bu barədə ətraflı heç nə deməmişdir. X22 Respublikasının vətəndaşı Milad adlı şəxslə narkotik vasitələri və psixotrop maddəni almaq barədə söhbət edərkən Milad ona həmin maddələrin artıq Azərbaycanda olduğunu bildirməklə qeyd edilən maddələrin Cəlilabad rayonunda Suluçeşmə kəndində qoyulmuş yerin fotoşəklini “Vatsapp” proqramı vasitəsi ilə onun mobil telefonuna göndərmiş və həmin yerdən gedib götürmüşdür. Milad onunla mobil telefonda “Vatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamış, özü hazırda Miladın mobil nömrəsini xatırlamır. Onun barəsində aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu zaman tanımışdır. Onun atası 25 il polis işləmişdir. Əgər maşınında daşıdığı malın narkotik vasitə olduğunu bilsəydi, o malı heç bir zaman avtomobilinə almazdı. O, taksi sürücüsü kimi fəaliyyət göstərdiyinə görə, Xəyal ona 200 manat pul verərdi. 300 manat pulu isə Xəyal ona borca vermişdir. 12 sentyabr 2020-ci il tarixdə saat 03 radələrində sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildiyi mülki geyimli şəxslər onu və Xəyalı həmin avtomobillə birgə saxlayıb Baş idarəyə gətirmişlər. Orada üzərilərində şəxsi axtarış aparılmaqla avtomobilə də baxış keçirilmiş və avtomobildə olan narkotik maddə aşkar olunaraq götürülmüşdür. Özü və tanışı Xəyal saxlanılarkən, üzərilərində şəxsi axtarış aparılarkən və avtomobilə baxış keçirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmişdir. X22 Respublikasının vətəndaşı Milad adlı şəxsi tanımır, həmin şəxsi tanışı Xəyal tanımışdır, özünün Miladla əlaqəsi olmamışdır. Adından başqa digər anket məlumatlarını, soyadını, yaşadığı ünvanını bilmir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 11 sentyabr 2020-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BNMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 11 sentyabr 2020-ci il tarixli qərar çıxarılmışdır. Qərara əsasən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Özü həmin qrupun rəhbəri olmaqla idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili polis kapitanı X9 qrupun üzvləri olmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən, Bakı-Salyan şossesinin 15-ci kilometrliyində ** PF *** dövlət nömrə nişanlı qəhvəyi rəngli «Ravon R4» markalı avtomobilin yanında Təqsirləndirilən şəxs1 həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, həmin avtomobil idarənin duracağına yerləşdirilmişdir. Təqsirləndirilən şəxs1 həmin avtomobildə narkotik maddə saxladığını, bundan Təqsirləndirilən şəxs2 da məlumatı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər və bu barədə ərizə təqdim etmişdirlər. Təqsirləndirilən şəxs1 sərnişin olduğu, Təqsirləndirilən şəxs2 idarə etdiyi ** PF *** dövlət nömrə nişanlı «Ravon» markalı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 12 sentyabr 2020-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılması Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 izah olunmuş, bundan sonra baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilmiş, sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri onlara təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin yük hissəsində saxladığı 2 ədəd narıncı rəngli, 2 ədəd krem rəngli polietilen torbaları təqdim etmiş, həmin torbaların içindən ümumilikdə 4 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, 7 bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər, 4 bükümdə kristal şəkilli, ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuş, daha sonra həmin predmetlər 2 ədəd polietilen torbalara qoyulmuş və qablaşdırılaraq möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxslər, müdafiəçilər və onlar imzalamışlar. Avtomobilin digər hissələrində əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edə biləcək əşya, predmet maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 şifahi sorğu zamanı «Ravon» markalı, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən aşkar olunmuş heroin, tiryək və metamfetaminin özünə məxsus olduğunu, həmin narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Milad” adlı şəxsin vasitəsi ilə Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində qoyulan yerdən tanışı Təqsirləndirilən şəxs2la birlikdə götürdüyünü və həmin avtomobilin yük yerinə yüklədiklərini, Bakı şəhərində deyilən ünvana çatdırdıqdan sonra 85 kq narkotik maddənin hər kiloqramına görə 200 manat pul alacağını, tanışı Təqsirləndirilən şəxs2 isə həmin puldan 650 manat pul verəcəyini bildirmiş, maddi çətinliyi olduğu üçün narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu, ona verilən sualları tam başa düşdüyünü, düzgün və səmimi cavablar verdiyini göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 da şifahi sorğu zamanı tanışı Təqsirləndirilən şəxs1lə pul qarşılığında Cəlilabad rayonu ərazisindən həmin narkotik və psixotrop maddələri götürüb Bakı şəhəri ərazisində dövriyyəsini təşkil etmək məqsədlərində olduğunu bildirməklə Təqsirləndirilən şəxs1 dediklərinin təsdiq etmiş, ona verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini bildirmişdir. Avtomobilə baxış və götürmə BNMİ-nin avtomobil duracağında keçirilmişdir, baxış və götürmə videoçəkiliş edilməklə aparılmışdır. Bundan sonra tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah edilmiş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 sentyabr 2020-ci il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair video görüntünü özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Cəlilabad rayonu ərazisindən satış məqsədi ilə əldə etməsi və Bakı şəhəri Qaradağ rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 12 sentyabr 2020-ci il tarixdə saat 03:45-də Bakı - Salyan magistral yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 15-ci kilometrliyində “Ravon R4” markalı 99-PF470 dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyyən edilərək saxlanılıb həmin avtomobillə birgə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilib gətirilmiş, orada həmin gün saat 06:45-dən etibarən onların üzərilərində videoçəkiliş edilməklə şəxsi axtarış və götürmə aparılarkən üzərilərindən qanunsuz saxlanılan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmasa da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Ravon R4” markalı **-PF- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerində narkotik və psixotrop maddələr saxladıqlarını və daşıdıqlarını etiraf etməklə həmin avtomobilə baxış keçirilməsinə etirazları olmadıqlarını bildirmişlər. Bundan sonra qeyd edilən avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında 12 sentyabr 2020-ci il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının dayanacağında həmin gün saat 08:00-dan etibarən “Ravon R4” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük saxlancı yerinə baxış keçirilərkən oradan aşkar olunmuş 02 ədəd narıncı rəngli və 02 ədəd krem rəngli olmaqla cəmi 04 ədəd torbaların içərisindən 04 ədəd bükümlərdə ümumilikdə 61 kiloqram 4 qram çəkidə narkotik vasitə heroinə bənzər maddələr, 07 ədəd bükümlərdə ümumilikdə 10 kiloqram 65 qram çəkidə narkotik vasitə tiryəkə bənzər maddələr, 04 ədəd bükümlərdə isə ümumilikdə 15 kiloqram 325 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2020-ci il tarixli 6/1859 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün N:7” dairəvi möhür əksi olan 2(iki) ədəd torbadakı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 içində olduğu avtomobildən götürülmüş: 4 (dörd) ədəd şərti olaraq “1”,”2”,”3” və “4” rəqəmlərlə işarələnmiş qara rəngli polietilen bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 15264,7 qram, 20204,4 qram, 10189,6 qr, 15188,1 qram, ümumi təmiz çəkisi 60846,8 qram (60kq 846,8qr) qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə (rənglərinə, hissəciklərin formasına və s.) görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 7(yeddi) ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılqda təmiz çəkiləri 2018,9 qram, 501,8 qram, 998,8 qram, 2014,4 qram, 1987,1 qram, 1994,9 qram, 521,9 qram, ümumi təmiz çəkisi 10037,8qram (10kq 37,8qr) tünd qəhvəyi rəngli qatranabənzər maddələr komponent tərkiblərinə və xarici əlamətlərinə (rənglərinə, konsisitensiyasına) görə eyni olub, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə -tiryəkdir; 4(dörd) ədəd qara rəngli polietilen bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 4053,6 qram, 4045,9 qram, 3674,1 qr, 3525,6 qram, ümumi təmiz çəkisi 15299,2 qram (15 kq 299,2qr) ağ rəngi kristallardan ibarət maddə kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə (rənglərinə, hissəciklərin formasına və s.) görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin və tiryək "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. Həmin ekspert rəyinə əsasən 60846,8 qram ümumi təmiz çəkidə heroinin ümumi 0,4 qramı tədqiqata sərf edildikdən sonra 60846,4 qram qalıq çəkidə heroin qalmışdır. 15299,2 qram ümumi təmiz çəkidə metamfetaminin ümumi 0,4 qramı tədqiqata sərf edildikdən sonra 15298,8 qram qalıq çəkidə metamfetamin qalmışdır. 10037,8 qram ümumi təmiz çəkidə tiryəkin ümumi 0,7 qramı tədqiqata sərf edildikdən sonra 10037,1 qram qalıq çəkidə tiryək qalmışdır. Ekspertiza tədqiqatından sonra qablaşdırılmış halda ümumilikdə 60846,4 qram qalıq çəkidə narkotik vasitə heroin, ümumilikdə 10037,1 qram qalıq çəkidə narkotik vasitə tiryək və ümumilikdə 15298,8 qram qalıq çəkidə psixotrop maddə metamfetamin istintaq zamanı qəbul edilmiş 14 sentyabr 2020-ci il tarixli qərarla iş üzrə maddi sübutlar hesab edilmiş və təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 14.12.2020-ci il tarixli 3444 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 14.12.2020-ci il tarixli 3440 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan 03.12.2020-ci il tarixli 008-5894- 1220 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələr olan heroini və tiryəki, psixotrop maddə olan metamfetamini əldə etmə mənbəyinin, nə vaxt, harada və kimdən əldə etməsinin, digər cinayət əməllərinin törədilməsində iştirakları olub-olmamasının, külli miqdarda həmin maddələri Cəlilabad rayonunda Suluçeşmə kəndində yolun kənarında olan yol nişanının altına qoyan şəxsin (şəxslərin) müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticələr əldə edilməmişdir. Bu istiqamətdə və tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir. (iş vərəqə 222) İş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış şəxslərin sərhəd keçmələrinə dair məlumatlara baxış keçirilməsi haqqında olan 25 fevral 2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Avtomatlaşdırılmış məlumat-axtarış sistemində qeydə alınmış sərhəd keçmələrinə dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının dövlət sərhədindən Astara sərhəd nəzarət məntəqəsindən 18.02.2017-ci il tarixdə saat 10:54-də çıxışına və həmin məntəqədən 18.02.2017-ci il tarixdə saat 11:42-də əks istiqamətdə girişinə, həmin məntəqədən 19.03.2017-ci il tarixdə saat 09:23-də İran İslam Respublikası istiqamətində çıxışına və həmin məntəqədən 19.03.2017-ci il tarixdə saat 13:11-də əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində 12.01.2018-ci il tarixdə saat 10:40-da çıxışına və həmin məntəqədən 12.01.2018-ci il tarixdə saat 15:13-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 28.03.2018-ci il tarixdə saat 09:38-də çıxışına və həmin məntəqədən 28.03.2018-ci il tarixdə saat 13:01-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.04.2018-ci il tarixdə saat 09:29-da çıxışına və həmin məntəqədən 01.04.2018-ci il tarixdə saat 19:40-da əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 02.05.2018-ci il tarixdə saat 09:05-də çıxışına və həmin məntəqədən 02.05.2018-ci il tarixdə saat 14:00-da əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.06.2018-ci il tarixdə saat 13:49-da çıxışına və həmin məntəqədən 01.06.2018-ci il tarixdə saat 17:48-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.07.2018-ci il tarixdə saat 04:08-də çıxışına və həmin məntəqədən 01.07.2018-ci il tarixdə saat 06:18-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 14.08.2018-ci il tarixdə 09:37-də çıxışına və həmin məntəqədən 14.08.2018-ci il tarixdə saat 13:53-də əks istiqamətdə girişinə, Astara sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində 03.09.2018-ci il tarixdə saat 07:09-da çıxışına və həmin məntəqədən 03.09.2018-ci il tarixdə saat 16:37-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 16.10.2018-ci il tarixdə saat 06:17-də çıxışına və həmin məntəqədən 16.10.2018-ci il tarixdə saat 09:14-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 01.11.2018-ci il tarixdə saat 07:50-də çıxışına və həmin məntəqədən 01.11.2018-ci il tarixdə saat 13:15-də əks istiqamətdə girişinə, həmin məntəqədən İran İslam Respublikası istiqamətində 12.12.2018-ci il tarixdə saat 06:28-də çıxışına və həmin məntəqədən 12.12.2018-ci il tarixdə saat 09:24-də əks istiqamətdə girişinə, Biləsuvar sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətində 08.02.2019-cu il tarixdə saat 09:17-də çıxışına və həmin məntəqədən 08.02.2019-cu il tarixdə saat 11:57-də əks istiqamətdə girişinə, həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının dövlət sərhədindən Bakı Aeroportu sərhəd nəzarət məntəqəsindən İran İslam Respublikası istiqamətindən 26.10.2012-ci il tarixdə saat 16:07-də girişinə dair sərhəd keçmə məlumatlarının qeydə alındığı müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda təqsirli olmaları, onların ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin materiallarında olan digər sübutlarla öz təsdiqini tapmış, birinci instansiya məhkəməsi də həmin sübutları tədqiq edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilib, barələrində həmin maddələrlə ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsində qeyd edilən halların hər hansı biri mövcud deyil. Apellyasiya şikayətlərində göstərilən, eləcə də müdafiəçilər X8, X6, məhkum olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 məhkəmə iclasındakı çıxışlarında qeyd etdikləri dəlillər formal mülahizələrə əsaslandığından, məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə bəraət və Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını istisna edir. Məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 onlara ittiham olunmuş cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onların həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində təyin edilmiş cəzanın yüngülləşdirilməsinə aid və Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2-ci maddələrinin tələblərinə riayət etməklə onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumların şəxsiyyətini səciyyələndirən halları, cəzalarını yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olmasını və barəsində ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını və barəsində ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə almaqla, onlar həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 şəxsiyyətlərinə uyğun olan qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətlərinə məhkəmə baxışı zamanı da məhkum olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 təyin edilən cəzanın həddinə təsir edə biləcək hər hansı bir cəzanı yüngülləşdirən əlavə hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi X2 və məhkum olunmuş Təqsirləndirilən şəxs1 apellyasiya şikayətləri təmin edilmədən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 saylı, 06 iyul 2021-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi X2 və məhkum olunmuş Təqsirləndirilən şəxs1 apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-928/2021 saylı, 06 iyul 2021-ci il tarixli hökmü məhkum olunmuş Təqsirləndirilən şəxs2 müdafiəçisi X5 və məhkum olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar