Məhkəmə qərarları › İş №1(103)-139/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-139/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-139/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Ağakərim oğlunun, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs3 və onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi5 iştirakları ilə, xx xxxx 1963-cü il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə və xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 3ş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 04 avqust 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2- ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət 178.2.1-ci, 178.2.4-cü və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin olunmuş 1000 manat məbləğində cərimə cəzası hazırkı hökmlə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə və 1000 manat cərimə cəzaları təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 21 sentyabr 1993-cü il tarixli 1233 nömrəli əmrlə Azərbaycan Respublikasının prokurorluq orqanlarına daxil olub, sonuncu dəfə 12 mart 2001-ci il tarixdən 18 mart 2016-cı il tarixədək Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsində işləməklə özü barəsində yaratdığı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2 mart 2017-ci il tarixdə özünə müraciət etmiş Şahid2 Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu bildirib, həmin münasibətlərdən istifadə edərək sonuncunu qeyd olunan şirkətdə işlə təmin etmək imkanına malik olmasına dair yalan vəd edib, qeyd olunan məsələnin müsbət həll olunması üçün Dövlət Neft Şirkətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, əvvəllər prokurorluq orqanlarında işləməsinə görə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 05 mart 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində 5000 manat məbləğində pul vəsaitini aldıqdan sonra Dövlət Neft Şirkətində işlə təmin olunmasının alınmadığını, lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən şəxslə yaxın münasibətinin olduğunu Şahid2 bildirib, həmin münasibətlərdən istifadə edərək sonuncunu Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinə inspektor vəzifəsinə işlə təmin edilməsi imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla əlavə olaraq maddi nemət olan 20000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini yenidən aldatmaqla bildirib, eyni niyyətlə 2017-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti, 3166-cı məhəllə ünvanında yerləşən “Melissa park” yaşayış kompleksinin həyətində 10.000 manat məbləğində, 11 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında 10000 manat məbləğində pulu Şahid2 alıb şəxsi ehtiyaclarına sərf edərək, sonradan Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinə işlə təmin olunmasının alınmadığını Şahid2 bildirib aldığı məbləğin əvəzində sonuncunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra şöbəsində inspektor vəzifəsinə işlə təmin edəcəyinə dair yalan vəd edib, ümumilikdə vahid niyyətlə Şahid2 məxsus 25000 manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qohumu Şahid3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində sürücü vəzifəsinə işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2018-ci ilin aprel ayında özünə müraciət etmiş tanışı Şahid1 guya Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən şəxs kimi təqdim etdiyi Təqsirləndirilən şəxs3 ilə yaxın münasibətinin olduğunu, həmin münasibətlərdən istifadə edərək Şahid3 qeyd olunan şirkətdə sürücü vəzifəsinə işlə təmin edilməsi imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Təqsirləndirilən şəxs3 vasitəsilə Dövlət Neft Şirkətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə özü və Təqsirləndirilən şəxs3 vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini Şahid1 və sonuncu vasitəsilə Şahid3 aldatmaqla bildirib, özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 11 aprel 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesinin qarşısında 8000 manat məbləğində pul vəsaitini Şahid3 iştirakı ilə Şahid1 alıb, sonuncuya məxsus 8000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, sonuncu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs3 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 və Şahid3 təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qardaşı X3 barəsində Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə istintaq olunan ********* nömrələri cinayət işi üzrə sonuncunun əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına köməklik göstərməsi üçün 2019-cu ilin iyul ayının ortalarında Təqsirləndirilən şəxs2 müraciət etmiş X5 Azərbaycan Respublikası Baş Prokurorluğunda yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək, Coşqun Mirzəyevin cinayət işi üzrə əməlinin tövsif olunması və barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması imkanına malik olmalarına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat, sonra isə əlavə olaraq 900 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla Təqsirləndirilən şəxs2 vasitəsi ilə bildirib, Cəlil Mirzəyevdə özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şosesi, Qala qəsəbəsinin döngəsində yerləşən «Rahat» marketin qarşısında 900 manat, eyni niyyətlə 4 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində 4700 manat və həmin tarixdə ünvan 6 ünvanında yerləşən “Şirvan” kafesində 300 manat, eyni niyyətlə 2020-ci ilin avqust ayının ortalarında ünvan 8 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında əlavə olaraq 3000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsi ilə Cəlil Mirzəyevdən aldıqdan sonra, qeyd olunan məsələnin müsbət həlli üçün aidiyyəti məhkəmə orqanında işləyən səlahiyyətli vəzifəli şəxsə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurətinin yarandığını yenidən Təqsirləndirilən şəxs2 vasitəsi ilə Cəlil Mirzəyevə aldatmaqla bildirib, həmin adla 2020-ci ilin avqust ayının sonlarında ünvan 8 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında Cəlil Mirzəyevdən əlavə olaraq 2000 manat məbləğində pul vəsaitini alıb, daha sonra 2020-ci ilin sentyabr ayının sonlarında özü Cəlil Mirzəyevlə Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində görüşərək həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxslərə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 4000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurət yarandığını yenidən aldatmaqla bildirib, Cəlil Mirzəyevdə özü və Təqsirləndirilən şəxs2 barəsində yaratdığı inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 27 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində 4000 manat məbləğində pul vəsaitini Cəlil Mirzəyevdən alıb sonuncuya məxsus ümumilikdə vahid niyyətlə 14.900 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmçinin, sonuncu ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə X4 və X6 təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qardaşı X3 barəsində Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə sonuncunun əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmasına köməklik göstərməsi üçün 2019-cu ilin iyul ayının ortalarında özünə müraciət etmiş X5 Azərbaycan Respublikası Baş Prokurorluğunda yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin münasibətlərdən istifadə edərək, Coşqun Mirzəyevin cinayət işi üzrə əməlinin tövsif olunması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunması imkanına malik olmalarına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiqə, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifələrinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özləri vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat, sonra isə əlavə olaraq 900 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, Cəlil Mirzəyevdə özləri barəsində yaratdıqları inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2019-cu ilin iyul ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan şosesi, Qala qəsəbəsinin döngəsində yerləşən «Rahat» marketin qarşısında 900 manat, eyni niyyətlə 4 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsində 4700 manat və həmin tarixdə ünvan 6 ünvanında yerləşən “Şirvan” kafesində 300 manat, eyni niyyətlə 2020-ci ilin avqust ayının ortalarında ünvan 8 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında əlavə olaraq 3000 manat məbləğində pul vəsaitini Cəlil Mirzəyevdən aldıqdan sonra, qeyd olunan məsələnin müsbət həlli üçün aidiyyəti məhkəmə orqanında işləyən səlahiyyətli vəzifəli şəxsə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 2000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurətinin yarandığını yenidən Cəlil Mirzəyevə aldatmaqla bildirib, həmin adla 2020-ci ilin avqust ayının sonlarında ünvan 8 ünvanında yerləşən Xətai rayon polis idarəsinin qarşısında Cəlil Mirzəyevdən əlavə olaraq 2000 manat məbləğində pul vəsaitini alıb, daha sonra 2020-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 Cəlil Mirzəyevlə Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində görüşərək həmin məsələnin müsbət həlli üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunda işləyən səlahiyyətli vəzifəli şəxslərə Coşqun Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə özləri vasitəsilə birbaşa yolla əvvəl razılaşdırılan məbləğdən əlavə olaraq maddi nemət olan 4000 manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurət yarandığını yenidən aldatmaqla bildirib, Cəlil Mirzəyevdə özləri barəsində yaratdığı inam və etibardan suiistifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 27 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesində 4000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 vasitəsi ilə Cəlil Mirzəyevdən alıb sonuncuya məxsus ümumilikdə vahid niyyətlə 14900 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Coşqun Mirzəyevin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə X4 və X6 təhrik etmişdir. Təqsirləndirilən şəxs3 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qohumu Şahid3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində sürücü vəzifəsinə işlə təmin edilməsinə köməklik göstərməsi üçün 2018-ci ilin aprel ayında Təqsirləndirilən şəxs1 müraciət etmiş Şahid1 sonuncu vasitəsilə özünü Dövlət Neft Şirkətində yüksək vəzifədə işləyən şəxs kimi təqdim edərək, Şahid3 qeyd olunan şirkətdə sürücü vəzifəsinə işlə təmin edilməsi imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün Dövlət Neft Şirkətində işləyən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi qanunsuz hərəkətə görə özü və Təqsirləndirilən şəxs1 vasitəsilə birbaşa yolla maddi nemət olan 8000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini sonuncu vasitəsilə Şahid1 və Şahid3 aldatmaqla bildirib, özləri barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 11 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olaraq bir qrup şəxs halında sonuncu vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, X18 prospekti 20/2 ünvanında yerləşən "xxxx" kafesinin qarşısında 8000 manat məbləğində pul vəsaitini Şahid3 iştirakı ilə Şahid1 alıb, sonuncuya məxsus 8000 manat məbləğində pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olaraq bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 və Şahid3 təhrik etmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs3 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 saylı hökmü ləğv edilərək, əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəllərinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İslah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlinin zərərli nəticələrinin aradan qaldırılmasına, azaldılmasına cəhdlər etməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. İşin müəyyən olunmuş hallarına görə isə Təqsirləndirilən şəxs3 həm məhkəməyədək icraatda, həm də birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən birmənalı olaraq törətdiyi cinayəti etiraf etməmiş, zərərçəkmiş olsa da, lakin şahid qismində cəlb edilmiş şəxsə vurulmuş ziyanın atası tərəfindən aradan qaldırılmışdır. Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etməmiş, etibardan sui-etməklə aldatmaq niyyəti olmamış və vurduğu maddi ziyanı atası tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 32.4,312-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzası ağır cəzadır və onun əməlində cinayət tərkibi yoxdur. Hökmdən həmçinin narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində qəbul etdiyi hökmü qeyri-qanuni hesab edir və qanunla, hüquqla heç bir əlaqəsi olmayan absurd qaralamadan başqa, insan hüquq və azadlıqları ilə bağlı olmadığını bəyan edir. “İttiam akt”nı özünə president hesab edən Bakı Ağır Cinayətlər Məhkəməsi heç bir araşdırma aparmadan ratfikasiya etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs3 barəsində bəraət hökmü çıxarılmasını və onun babası X7 “Böyük Vətən müharibəsi”nin iştirakçısı olduğundan “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etdi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Dövlət ittihamçısı2 Ağakərim oğlu apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək bildirdi ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı “Vətən müharibəsi”ndə iştirak etmiş şəxslərə, xəbərsiz itkin düşən və həlak olan şəxslərin yaxın qohumlarına şamil olunur. Odur ki, göstərilənlərə əsasən, apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri məhkum edilmiş şəxslər barəsində bəraət hökmü çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası bu barədə apellyasiya şikayətlərinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək göstərmişdir ki, oğlu Orxan Həsənov 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserdə müalicə almış və o, oğlunu ziyarət edən zaman həmin dispanserdə sanitar-təlimatçı işləyən Şahid6 ilə tanış olmuşdur. O, həmin xəstəxanada müalicə alan şəxslərə hüquqi izah verməklə, məhkəmədə özlərini müdafiə etmələrinə kömək etmiş və Rzanın bu barədə məlumatı olmuşdur. 2019-cu ilin iyul ayında Rza onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq sonradan tanıdığı X13 rayon Polis İdarəsi tərəfindən narkotiklə tutulmuş qardaşı Coşqun Mirzəyevə köməklik etməsini istəmiş və o, görüşməyi təklif etmişdir. Rza görüşmək üçün onu Xətai rayonunun ərazisində yerləşən «Şirvan» çay evinə çağırmış və o, tək həmin çay evinə getmişdir. Rza yanında olan Cəlil ilə onu tanış etmiş və qardaşı Coşqun Mirzəyev barəsində Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəlilin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi olduğunu demişdir. Cəlil qardaşına köməklik etmək üçün 5000-6000 manat arası pul verə biləcəyini bildirmişdir. O, Cəlillə birlikdə Xətai rayon Polis İdarəsində müstəntiqin qəbulunda olmuş və müstəntiq Coşqun Mirzəyevin külli miqdarda narkotiklə tutulduğunu və heç bir köməklik edə bilməyəcəyini qeyd etmişdir. Sonra o, tanışı Şahid5 ilə əlaqə saxlayaraq, Coşqun Mirzəyevə köməklik edə biləcək tanışının olub-olmamasını soruşmuşdur. Şahid5 Bakı Şəhər Prokurorluğunda işləyən tanışının olduğunu bildirərək, onunla görüşməyi təklif etmişdir. Sonrakı gün Elnurla birlikdə Yasamal rayon prokurorluğunun yan tərəfində yerləşən çay evində Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Təqsirləndirilən şəxs1 birinci dəfə görmüşdür. O, X14 barəsində Xətai rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin istintaq olunması barədə məlumat verərək, onun əməlinin tövsif etdirmək və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirmək istədiyini bildirmişdir. O, Coşqun barədə məlumatları Samirə vermiş və Samir ona xəbər verəcəyini demişdir. Sonrakı gün Şahid5 ona zəng edərək, Samirin onunla görüşmək istədiyini bildirmişdir. Həmin günü Elnurla birlikdə Yasamal rayonunun ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin həyətində, ona məxsus şəxsi avtomobildə Samirlə görüşmüş və Samir Coşqunun işini 8000 manata həll edəcəyini demişdir. Samir 8000 manat pul müqabilində Coşqunun satışla deyil istifadəçi qismində məhkəməyə veriləcəyini, həmçinin həbsdən azad edəcəyini qeyd etmişdir. Həmçinin, Samir əvvəllər prokurorluq orqanının işçisi olduğunu və öz ərizəsi ilə işdən azad olunduğunu əlavə etmişdir. O, Samirə Coşqunun qardaşının yalnız 5000 manat pul verdiyini bildirdikdə, Samir əvvəlcədən 5000 manatı, 3000 manatı isə iş həll olunandan sonra alacağını cavab olaraq demişdir. O, Samirin və Elnurun yanında Cəlilə zəng edib, Coşqunun işi ilə bağlı hissə-hissə vermək şərti ilə 8000 manat pul istənildiyini bildirmişdir. 2 gün sonra o, Elnurla birlikdə Nərimanov rayonunun ərazisində, Heydər Əliyev prospektində Cəlillə görüşmüş və Rza Cəlilin yanında olmuşdur. Heydər Əliyev prospektində Cəlil qardaşının məsələsinin həll olunması üçün ona 4700 manat pul vermişdir. O, 300 manat pulun çatışmadığını bildirdikdə, Cəlil axşam saatlarında qalan pulu ona verəcəyini qeyd etmişdir. O, 4.700 manat məbləğində pulu Cəlildən götürərək, üstünə də özündən 300 manat əlavə etmiş və Yasamal rayonunun ərazisində yerləşən “Qələbə” dairəsinin yaxınlığında olan “Azpetrol” yanacaq doldurma məntəqəsində öz şəxsi avtomobilində 5000 manat pulu Elnurun yanında Samirə vermişdir. Sonra Samir “Mərkəzi univermaq”ın yanına avtomobili sürməyini istəmiş və orada prokurorluğun işçisi ilə görüşəcəyini demişdir. Yolda olanda telefonla danışdıqdan sonra, həmin şəxslə axşam özünün görüşüb pulu verəcəyini bildirmişdir. Həmin gün Cəlil axşam saatlarında Xətai rayonunun ərazisində ona 300 manat pul vermiş və sonra Rzaya zəng edərək bu barədə bildirmişdir. 3 gün sonra Elnur ona zəng edərək, işin həll olunmaq üzrə olduğundan Samirin pulun qalan hissəsini, yəni 3000 manat pulu istədiyini demiş, o, isə bu barədə Cəlilə məlumat vermişdir. 2019-cu ilin avqust ayının əvvəllərində Cəlil ona 2500 manat pul vermiş və qalan 500 manatı sonra verəcəyini qeyd etmişdir. Həmin zaman da o, Elnur ilə birlikdə getmişdir. Sonra o, Cəlildən aldığı 2500 manat pulu Yasamal rayonunun ərazisində yerləşən "xxxx" kafesinin yanında Samirə vermişdir. Pulu aldıqdan sonra Samir Coşqunun 3 gün ərzində evə buraxılacağını bildirmişdir. Lakin, Coşqun həbsdən azad olunmadığına görə Cəlil daim qardaşının işi ilə bağlı maraqlanmışdır. Dəfələrlə Samirə zəng etsə də o, zənglərinə cavab verməmiş və sonra Bakı şəhər prokurorluğunda olduğundan telefona cavab verə bilmədiyini bildirmişdi. Sonra Samir onunla əlaqə saxlayaraq əlavə olaraq 4000 manat pul gətirməsini istəmiş və Coşqunun 2 günə azadlığa buraxılacağını demişdir. Sonrakı gün o, Cəlildən 3400 manat pul almışdır. X19 zəng edərək ona verdiyi pulun məbləğini demiş, o, da öz növbəsində danışıb pulu aldığını təsdiqləmişdir. Həmin gün də “Qələbə” dairəsinin yaxınlığında o, Samirlə görüşmüş və 3400 manat pulu Cəlilin məsələsinin həll olunması üçün ona vermişdir. Bununla da o, ümumilikdə Samirə 10900 manat pul vermişdir. Bundan sonra Samirin telefonuna zəng çatmamış və əlaqə saxlaya bilməmişdir. Sonra Cəlil onun yanında olan zaman onun mobil telefonu ilə Coşqunla danışıb tezliklə azadlığa çıxacağını demişdir. Daha sonra Samir onunla tam əlaqəni kəsərək, aldığı puldan 7500 manat məbləği geri qaytarmışdır. Bu barədə ona Elnur, Rza və Cəlil demişlər. O, Elnur vasitəsi ilə Samirin evini tapıb ondan 2.000 manat pulu alıb həmin pulu Cəlilə çatdırması üçün Rzaya vermişdir. Samir müxtəlif bəhanələr gətirərək pulu tam ödəməmişdir. Cəlil ona ilkin olaraq Xəzər rayonu, Mərdəkan şosesi, Qala qəsəbəsinin döngəsində yerləşən “Rahat” marketin qarşısında 900 manat pul verməmiş, ilk dəfə “Şirvan” kafesində görüşən zaman Cəlillə arasında pul barədə danışıq olmamış, Samirlə görüşdükdən sonra, Cəlilə qardaşına köməklik edilməsi üçün 8000 manat pul lazım olduğunu demiş, Cəlildən 15000 manat pul almamış və həmin məbləğdən 4000 manat xərcləməmiş, Cəlildən 900, 4700, 300, 3000, 2000 manat deyil, ardıcıl olaraq 4700, 300, 2500 və 3400 manat pul almış, o, ümumilikdə Samirə 10900 manat pul vermiş, Şahid4 10900 manat məbləğində pulun hamısı Samirə veriləndən sonra görmüş, həmin zaman Cəlil anasının narahat olduğunu və buna görə onunla görüşməsini istəmiş, həmin ərəfələrdə Samir Coşqunun 2-3 günə həbsdən azad olunacağını bildirmiş, Coşqunun məsələsi ilə bağlı onun əvvəlcədən qazancı olmamış, Cəlilə 8000 manat pul müqabilində Coşqunun məsələsini həll edəcəyini bildirməmiş, Samir 10900 manat pulu aldıqdan sonra o, Şahid5 ilə birlikdə Buzovna qəsəbəsində Cəlillə görüşmüş, həmin vaxtı artıq Elnur onu Samirlə tanış etmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2005-2015-ci illərdə Fövqəladə Hallar Nazirliyinin nəzdində olan Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyində aparıcı elmi işçi - baş mühəndis vəzifəsində işləmişdir. 2015-ci ildə baş vermiş devalvasiya ilə bağlı tikintilərin azalması səbəbindən Fövqəladə Hallar Nazirliyi tərəfindən onunla yenidən müqavilə bağlanmamışdır. Təqsirləndirilən şəxs1 2018-ci ilin əvvəllərində tanımışdır. Sonra Təqsirləndirilən şəxs1 kompüterlə bağlı köməklik etməyi üçün ondan mobil telefon nömrəsini istəmiş və onlar birbirinə mobil telefon nömrələrini vermişlər, Samirin prokurorluq orqanından çıxarıldığını bilmişdir. 1 həftə sonra Samir ona zəng edərək yaxın qohumunu Fövqəladə Hallar Nazirliyinə işə qəbul olunması üçün köməklik etməsini istəmiş və o da elə işlə məşğul olmadığını və bu işdə kömək edəcək tanışının olmadığını demişdir. Bundan başqa Samirə həmin şəxsin fərdi qaydada Fövqəladə Hallar Nazirliyinə yaxınlaşıb sənədlərini verməsini və əgər savadı varsa işə qəbul olunacağını bildirmişdir. Samir boş vaxtda görüşüb bu haqda danışmağı təklif etmiş, lakin o, bu mövzuda danışmağa ehtiyac olmadığını demişdir. 2018-ci ilin aprel ayında Samir ona zəng edərək, görüşmək istədiyini bildirmişdir. O, Samirin yaşadığı binanın həyətindəki "xxxx" adlanan çay evində onunla tək görüşmüşdür. Həmin zaman Samir yenidən qohumunu Fövqəladə Hallar Nazirliyinə düzəlmək lazım olduğunu bildirmiş və o, bir daha işinin tikinti sahəsinə aid olduğunu, həmin sahəyə aid layihə çəkmək və sair işlər lazım olsa kömək edə biləcəyini demişdir. Həmçinin Samirə aralarında bu barədə 1 ay əvvəl söhbətinin olduğunu bildirmiş və hansı səbəbdən yenidən bu mövzuya qayıtdığını soruşmuşdur. Samir onunla qardaşı kimi söhbət istədiyini qeyd edib cibindən Şahid3 adına tərtib olunmuş «İşə müraciət anketi» adlı sənədini çıxarıb göstərərək, həmin şəxsi işə düzəltmək istədiyini demiş və bunun üçün ilkin olaraq 4000 manat pul aldığını əlavə etmişdir. O, bir daha Samirə 40000 manat pul alsa da bu adama köməklik edə bilməyəcəyini bildirmişdir. Samir onu razı sala bilmədiyini gördükdə, Fətulla adlı dostu olduğunu, bu işlə onun məşğul olacağını demiş və qeyd olunan sənədi ona çatdırmasını istəmişdir. Samir özü Fətulla adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlayaraq metronun “Nizami” stansiyasının yanında görüş təyin etmişdir. O, Samirə sənədi aparıb verə biləcəyini bildirmiş və ayrılaraq, metronun “Nizami” stansiyasının yanına getmiş, Samirin ona təsvir etdiyi Fətulla adlı şəxsi tapıb, «İşə müraciət anketi» sonuncuya verib, getmişdir. Bir həftə sonra Samir ona zəng edərək, metronun “Nizami” stansiyasının qarşısına gedib Fətulla adlı şəxsdə olan test suallarını götürüb özündə saxlamasını və sonra deyəcəyi zaman gətirib verməyini bildirmişdir. O, Fətulla adlı şəxslə görüşüb faylın daxilində bir neçə vərəqdən ibarət kompüterdə çap olunmuş test suallarını götürmüş və sonra Samirlə yaşadığı binanın həyətində yerləşən "xxxx" adlanan çay evində görüşüb həmin test suallarını sonuncuya vermişdir. Samir həmin sualları imtahana hazırlaşması üçün Şahid3 verəcəyini demişdir. Həmin günü bir neçə saat sonra, özünü Elşad kimi təqdim edən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib, nömrəsini Samirin verdiyini bildirmiş və Samirin verdiyi test sualları üzrə necə hazırlaşmalı olduğunu soruşmuşdur. O, Elşada bu haqda heç bir anlayışının olmadığını və Samirlə danışmasını qeyd etmişdir. Sonra Samir ona zəng edərək Elşada «Socar»ın işçisi kimi danışmasını xahiş etmiş və narahatçılığın olmadığını, Elşadın qohumu olduğunu demişdir. O, Samirə buna görə onu narahat etməməsini bildirmiş və telefonda əlaqəni kəsmiş, çünki Samir özü ona Elşaddan “Socar”a işə düzəlməsi üçün 4000 manat pul aldığını demiş və buna görə də bu işə aidiyyətinin olmamasını istəmişdir. 15 gün sonra o, tanışı ilə Samirin yaşadığı evin yaxınlığında yerləşən "xxxx" adlanan çay evində olan zaman Samir yanlarına gəlib ona “Səndən o günü bir şey xahiş etdim yekə kişisən nə üçün mənim dediyimi etmədin” deyərək, narazılığını bildirmişdir. Sonra Samir onlarla birlikdə oturub çay içib söhbət etmiş və daha sonra Samir ona Fətullaya aparıb pul çatdırmasını istəmiş və zərfin içində ona pul verərək, “burada 2000 manat pulun olduğunu və heç olmasa bunu et” demişdir. O, Samirdən nə üçün özünün Fətulla ilə görüşüb əlbəəl pulu vermədiyini soruşmuşdur. Samir Fətullaya borcunun olduğunu və buna görə də görüşmək istəmədiyini bildirmişdir. O, Samirlə razılaşmış və Samir Fətullaya zəng edərək, onun vasitəsilə 2000 manat əmanət göndərdiyini demişdir. Sonra o, metronun “Nizami” stansiyasına gedərək metronun çıxışında Fətulla ilə görüşüb zərfin içində 2000 manatı ona vermişdir. Fətulla Samirin pulun qalan hissəsini nə vaxt çatdıracağını soruşmuşdur. Bu barədə özünün Samirlə danışmasını Fətullaya bildirmişdir. 10 gün sonra Elşad onunla əlaqə saxlayaraq, Samirin telefona cavab vermədiyini, onu tapa bilmədiyini demiş və ona zəng etməsi üçün Samirlə əlaqə saxlamasını qeyd etmişdir. Samirə zəng edib Elşadın zənglərinə nə üçün cavab vermədiyini soruşmuş və Samir başqa yerdə olduğunu, buna görə də telefonu aça bilmədəyini və Elşada özünün zəng edəcəyini bildirmişdir. Sonra Bayram adlı şəxs ona zəng edərək, Elşadın əmisi olduğunu bildirmiş və telefonu açmasa evinə gedəcəyini Samirə çatdırmasını istəmişdir. O, da Samirə zəng edib Bayramın sözlərini çatdırmış və Samir özünün bu məsələni həll edəcəyini qeyd etmişdir. Sonra Samirin onlarla əlaqə saxlaması barədə məlumatı olmamış və onda daha kimsə zəng etməmişdir. Bir neçə gün sonra Samir ona zəng edərək, yaşadığı evin yanında yerləşən "xxxx" adlanan çay evinə gəlməsini istəmişdir. Çay evində olanda yanlarına sonradan tanıdığı Şahid1 və Şahid3 gəlmişlər. Həmin zaman o, Elşada imtahan suallarının nümunəsi əsasında hazırlaşması üçün köməklik etmiş və bir neçə gün sonra onunla birlikdə imtahana gedəcəyini bildirmişdir. 2018-ci ilin may ayında o, Elşadla metronun “Qara Qarayev” stansiyasının yaxınlığında görüşmüş və onunla birlikdə “Socar”ın İnsan Resursları Departamentinin Nizami rayonunda yerləşən binasının həyətinə getmişdir. Elşad imtahana girmiş o, isə həyətdə gözləmişdir. Elşad həmin şirkətə sürücü kimi işə düzəlmək üçün imtahan vermiş və imtahandan çıxandan sonra hərə öz işinin arxasınca getmişdir. 1 ay sonra o, Elşadın işə qəbul olunması ilə bağlı maraqlanmış və həmin zaman Elşadla Samirin arasında mübahisənin olduğunu, Samirin Elşadı işə düzəltmək adı ilə qohumu Bayramdan 8000 manat pul aldığını bilmişdir. Bir neçə gün sonra, Bayram ona zəng edərək “Samirlə birləşib başıma nə oyundur açıb pulumu almısınız, mən bilirəm ki, həmin test suallarını sən vermisən və həmin puldan sənə də çatıbdır” bildirmişdir. O, isə telefonda Bayrama bir dəfə görüşdüklərini, həmin test suallarını Samirin deməsinə əsasən Fətullah adlı şəxsdən götürüb verdiyini və ona hər hansı bir məbləğdə pulun çatmadığını, işlə bağlı heç bir məlumatının olmadığını demişdir. Bayramla danışdıqdan sonra o, Samirə zəng edib, nə üçün onu bu işə qatdığını soruşaraq, camaatı aldadıb, aldığı 8000 manat pulunu qaytarmasını qeyd etmişdir. Samir “2000 manat vermişdim aparıb Fətullaya vermisən, indi də Fətulla həmin pulu qaytarmır, get ondan həmin pulu geri al” bildirmişdir. O, Fətullaya zəng edib, verdiyi 2000 manatı geri qaytarmasını istəmiş, Fətulla isə Samirin ona əvvəldən borcu olduğunu, həmin pulla olan borcu sildiyini, pulu geri qaytarmayacağını demiş və bunu Samirə çatdırmasını istəmişdir. Həmçinin, Fətulla həmin pulun ona heç bir aidiyyətinin olmadığını, Samirlə özünün arasında olan məsələ olduğunu qeyd etmişdir. O, bu barədə zəng edib Samirə bildirdikdə, o, Fətullanın çox nahaq etdiyini, pulu onun vasitəsi ilə göndərdiyini və buna görə də həmin pulun onun tərəfindən qaytarılmalı olduğunu demişdir. Eləcə də, əks təqdirdə Bayramın ondan da pulu tələb edəcəyini əlavə etmişdir. Sonra Bayram ona zəng edərək, Samirin pulun bir qisminin onda olduğunu bildirdiyini və həmin pulu vermədiyi təqdirdə, barələrində şikayət edəcəyini demişdir. Bayrama onda pulun olmadığını, sadəcə Samirin verdiyi pulu aparıb Fətullaya çatdırdığını bildirmişdir. Bayram onu maraqlandırmadığını və pul qaytarılmadığı təqdirdə şikayət edəcəyini qeyd etmişdir. Fətulla 2017-ci ildə öldüyündən həmin 2000 manat pulun ödənilməsi onun üstündə qalmış və həmin pulu sonra atası X8ytarmışdır. Elşad imtahanın keçirildiyi yeri tanımadığından, sonuncu ilə birlikdə imtahana getmişdir. Fətulla ilə görüşməkdə maddi marağı olmamışdır. Samirə köməklik məqsədi ilə bunu etmiş, Samir imtahandan əvvəl kompüter vasitəsi ilə « Socar »ın elektron səhifəsində həmin sualları yoxlamasını istəmişdiir. X15 imtahanın müsahibə mərhələsi barədə məlumat almalarına mane olmuş, özü məsələni həll edəcəyini bildirmişdir. 2018-ci ilin avqust ayının sonlarında "xxxx" kafesinin yanında görüşdükdə Samir yanında Bayrama Elşadın müraciətinin nəticəsi, eləcə də vakansiyanın təsviri barədə üzərində «Socar»ın rekvizitləri olan sənədləri təqdim etmiş və müsahibənin iş üçün əhəmiyyət kəsb etmədiyini, pulu lazımı yerə çatdırdığını, Elşadın Balakən rayonunda qəza xidmətinə işə qəbul olunması ilə bağlı bir neçə günə əmrin çıxacağını bildirmişdir. Onun bu işə aidiyyəti olmamış, Samirin 8000 manat pul almasını sonradan bilmişdir. Samir Elşadın imtahana hazırlaşmasına köməklik etməsi müqabilində hörmət edəcəyini demiş, lakin dəqiq hansı məbləğdə ona pul verəcəyini bildirməmiş, lakin ehtimal etmişdir ki, əziyyətinin əvəzində Samir ona telefon almaq istəmişdir. Hansı məbləğdə Bayrama pul ödəməsi barədə məlumatı olmamışdır. Elşadla birlikdə imtahana getmiş və imtahandan sonra, həqiqətən Elşad ona verilmiş sualların imtahana düşmədiyini bildirmiş, bundan sonra o, Samirlə danışmış və sonuncu son anda sualların dəyişdiyini, bu barədə məlumatının olmadığını qeyd etmişdir. Elşadla birlikdə imtahanın ikinci mərhələsinə də getmiş, həmin zaman Samir Elşadla birlikdə imtahana getməsini xahiş etmiş, imtahanın ikinci mərhələsindən 2 gün sonra, Samir onunla birlikdə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında Elşadla görüşmüş və Samir sonuncuya üzərində fotoşəkili olan “Şəxsi vərəqə” və “İşə müraciət anketi” adlı sənədləri təqdim edib artıq işə qəbul olunduğunu, bir neçə gündən sonra Balakən rayon Qaz idarəsinin qəza xidmətində işə başlayacağını bildirmişdir. Samirin dediyinə əsasən Elşada müsahibə mərhələsi barədə narahat olmamasını, işinin həll olunacağını və müsahibə vaxtı barədə məlumat verəcəyini bildirmiş, Samir özü ondan Elşadla bu məzmunda danışmasını istəmişdir. “Socar”ın İnsan resursları şöbəsində işləyən Malik adlı şəxsi tanımamış, kimsəyə Elşada zəng etməsini bildirməmiş, Samir də ona Malik adlı şəxsin Elşadın işini görməsi barədə bir söz deməmiş, Samir özü onu Bayrama «Socar»ın İnsan resursları şöbəsinin əməkdaşı kimi təqdim etmiş, Bayram ona heç vaxt pul verməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İbtidai istintaq zamanı Şahid2 Əlifaga oğlu, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmələr keçirilmiş, üzləşdirmə zamanı Şahid2 və Şahid1 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Azərbaycan Dövlət Neft Şirkətindən daxil olmuş 23 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, SOCAR-da işə qəbul Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, şirkətin müvafiq standartlarına və digər normativ sənədlərinə uyğun olaraq müsabiqə yolu ilə həyata keçirilir. SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təqdim olunan boş iş yerləri (vakansiyalar) şirkətin veb-saytının (www.socar.az) “karyera” bölməsinin “İşə qəbul” hissəsində elan olunur və müsabiqə qaydaları haqqında ətraflı məlumat həmin bölmədə yerləşdirilmişdir. Şahid3 2018-ci ildə SOCAR-ın üç vakansiyası üzrə daxil olmuş elektron müraciətləri ilə əlaqədar qeyd olunmuşdur ki, “yükləyicinin sürücüsü” vakansiyası üzrə elektron müraciət formasında təqdim etdiyi məlumatlar vakansiyanın tələblərinə cavab vermədiyi üçün, “avtomobil sürücüsü” vakansiyası üzrə keçirilmiş test imtahanında tələb olunan keçid balını toplamadığınına görə o müsabiqənin növbəti mərhələsinə keçməmiş, digər “avtomobil sürücüsü” vakansiyası üzrə keçirilmiş peşə sınaq imtahanında isə ümumiyyətlə iştirak etməmişdir. Həmçinin 2012-ci ildə müsabiqə çərçivəsində Şahid2 SOCAR-ın iki vakansiyası üzrə daxil olmuş elektron müraciətləri “yükləmə maşınlarının təmiri və xidməti üzrə çilingər” vakansiyası üzrə elektron müraciət formasında təqdim etdiyi məlumatlar vakansiyanın tələblərinə cavab vermədiyi üçün, “yuyucu qurğunun maşinisti” vakansiyası üzrə isə keçirilmiş test imtahanında tələb olunan keçid balını toplamadığına görə o, müsabiqənin növbəti mərhələsinə keçməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 02 noyabr 2020-ci il tarixli 022/13- 10534-1220 nömrəli məktubdan görünür ki, Şahid2 daxili işlər orqanlarında xidmətə qəbulla əlaqədar olaraq müraciət etməsi barədə Baş Kadrlar İdarəsində məlumat yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş 10 noyabr 2020-ci il tarixli 06/12-788 nömrəli məktubdan görünür ki, Şahid2 18.03.2017-ci il tarixdə Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbulla bağlı müraciət etmiş, lakin müsabiqədə uğur qazanmamışdır. Şahid2 təkrar müraciəti əsasında müsahibələrdən keçərək 07.03.2018-ci il tarixdə Penitensiar xidmətdə kiçik rəis heyətinə, 29.12.2019-cu il tarixdə isə orta rəis heyətinə qulluğa qəbul edilmiş və hazırda 7 saylı cəzaçəkmə müəssisəsinin böyük inspektoru (dəftərxana üzrə) vəzifəsində çalışır. Baxış keçirilməsi haqqında 9 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 04.09.2017-ci il tarixdə saat 19:41, 05.09.2017-ci il tarixdə saat 11:17, 06.09.2017-ci il tarixdə saat 11:26, 07.09.2017-ci il tarixdə saat 10:32 ,09.09.2017-ci il tarixdə saat 13:06, 11.09.2017-ci il tarixdə saat 10:46, 11.09.2017-ci il tarixdə saat 14:08, 13.09.2017-ci il tarixdə saat 10:59, 15.09.2017-ci il tarixdə saat 10:13, 19.09.2017-ci il tarixdə saat 13:36, 25.09.2017 ci il tarixdə saat 11:28, 25.09.2017 ci il tarixdə saat 17:57, 25.09.2017 -ci il tarixdə saat 21:37, 27.09.2017 -ci il tarixdə saat 16:00, 02.10.2017-ci il tarixdə saat 15:53, 06.10.2017-ci il tarixdə saat 10:48, 09.10.2017-ci il tarixdə saat 12:49, 11.10.2017-ci il tarixdə saat 17:27, 12.10.2017-ci il tarixdə saat 15:33, 13.10.2017-ci il tarixdə saat 17:41, 14.10.2017-ci il tarixdə saat 13:53, 20.10.2017-ci il tarixdə saat 12:12, 25.10.2017-ci il tarixdə saat 17:43, 30.10.2017-ci il tarixdə saat 15:39, 04.11.2017-ci il tarixdə saat 19:44, 13.11.2017-ci il tarixdə saat 17:17, 18.11.2017-ci il tarixdə saat 13:17, 21.11.2017-ci il tarixdə saat 12:21, 29.11.2017-ci il tarixdə saat 12:10, 01.12.2017-ci il tarixdə saat 16:09-da danışıqlar olmuşdur.Bundan başqa, Şahid2 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 04.02.2018-ci il tarixdən 22.03.2018-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı zənglər aparılmışdır. Həmçinin, Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 01.02.2018-ci il tarixdən 01.04.2018-cü il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir. Bununla yanaşı, Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 10.02.2018-ci il tarixdən 28.03.2018-cü il tarixədək mütəmadi olaraq qarşılıqlı zənglər aparılmışdır. Eləcə də, 01.09.2019-ci il tarixdə Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** mobil telefon nömrəsinə “Ay ... bu gun emri verirdin, bu gun pul catmasa atanla samirle birlikde tutduracam sizi”, 05.10.2018-ci il tarixdə “Hec vaxt 1 saat vaxtiniz var samirede demiwem”, 08.10.2018-ci il tarixdə “Cavab ver, iwle bagli sohbet ola bilmez Elwad artiq iwleyir, bawqa iwe duzeldi pulu tecili catdir”, “Bu gun oul son qepiyinecen catmasa ozunuzden kusun, haminiz atanda icinizde olmaq wertiyle sehere hec bir guzewt olmayacaq Samiride xeberdar etmiwem” məzmunlu mesajların yazılması öz əksini tapmışdır.Bundan başqa Sabutay Eldarovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, 3 noyabr 2018-ci il tarixdə saat 15:23də 82 saniyə, saat 20:19-da 217 saniyə, 6 noyabr 2018-ci il tarixdə saat 20:34-də 450 saniyə, 7 noyabr 2018-ci il tarixdə saat 11:18-də 158 saniyə müddətində qarşılıqlı danışıqlar aparılmışdır.Həmçinin, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında, habelə Təqsirləndirilən şəxs1 Tahir oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Cinayət işinə əlavə olunmuş A4 formatında kağız üzərində əl yazısı ilə yazılmış qəbzdən görünür ki, X16 Məmmədova, sonuncunun Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs3 verdiyi pulun əvəzinə 800 manat məbləğində pul qaytarmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin məlumatından və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 6 il 6 ay 7 gün müddətində azadlıqdan məhrumetmə cəzasına 3 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli hökmü ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilərək, qəti olaraq 2 il 6 ay 7 gün müddətində azadlıqdan məhrum etmə cəzasına 3 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Bakı Hərbi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, barəsində 2 il 6 ay 7 gün müddətində azadlıqdan məhrumetmə və 1000 manat məbləğində cərimə cəzaları təyin olunmuşdur. Təqsirləndirilən şəxs3 sonuncu hökm üzrə cəza çəkdiyi penitensiar müəssisənin məlumatına əsasən onun cəzasının sonu 24 iyun 2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkum edilmiş şəxslərin ifadələri ilə yanaşı, şahidin ifadələri, həmçinin işdə olan digər sübutlarla tam təsdiq olunmuş və onlar tərəfindən ittiham olunan cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Hazırda apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilmədi. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, həmçinin ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özlərini təqsirli bilməməsi barədə verdikləri ifadə cinayət işi materialları ilə də təkzib olunur və özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası Müdafiəçi5 Təqsirləndirilən şəxs3 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsi barədə çıxışına münasibətdə qeyd edir ki, həmin Qərarda amnistiya tətbiq edilən şəxslərin dairəsi müəyyən olunmuşdur. Həmin Qərarın 1-ci bəndinə əsasən, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): 1.1. Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; 1.2. Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər; 1.3. bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiəçinin qeyd etdiyi xüsusat, yəni “Böyük Vətən müharibəsi”ndə iştirak etmiş şəxsin yaxın qohumlarına amnistiya tətbiq edilməsi həmin Qərarda nəzərdə tutulmamışdır. Odur ki, Təqsirləndirilən şəxs3 babasının “Böyük Vətən müharibəsi”nin iştirakçısı olması həmin şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsinə əsas vermir. Bu səbəbdən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisinin məhkəmə iclasındakı bu xahişi əsassız olmaqla təmin edilməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətlərində mübahisələndirilməsə də, cəza təyin edilməsinin ümumi prinsipləri nəzərə alınmaqla məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs3 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasının hüdudları daxilində qanuni və əsaslı cəza təyin edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törədilmiş cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar qismində, həmçinin Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Belə olan halda, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci intansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə təyin edilmiş cəza onların şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət edilməklə, onlara təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 32.4, 312.2-ci maddələrinin sanksiyasının hüdudları daxilində, cəzanı fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilməsi və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi4 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərdiyinə görə vəkil Müdafiəçi4 dövlət büdcəsinin vəsaiti hesabına 90 (doxsan) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 04 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar