Məhkəmə qərarları › İş №1(103)-1399/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1399/2022

01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1399/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi4 iştirakları ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2017 və 2018-ci il təvəllüdülü iki azyaşlı uşağı olan, işləməyən, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Reçspublikası CM-nin 177.1-ci maddəsi ilə 01 il islah işləri 15 % cəzasına məhkum edilmiş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan və cinayət məsuliyyətindən azad edilərək qeydiyyatdan çıxarılmış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Tərlan Əkbərov) 23 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli “24” fevral 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs 18 iyul 2019-cu ildə saat 19 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi VAZ-21074 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu ərazisindən keçən 31-ci kilometrliyində Qazax istiqamətində 100-110 km/saat sürətlə üçzolaqlı yolun orta zolağı ilə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsinin sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olsada bunu etməyib, müvafiq ara məsafəsi saxlamadığından qarşısında eyni istiqamətdə və zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinin kəskin tormoz verdiyini görüb həmin avtomobillə toqquşmamaq üçün sükanı sağa burub ayağını tormoza atmış, lakin idarəetməni itirdiyindan avtomobil hərəkətini davam etdiərərk qabaq hissəsi yolun sağ kənarında çınqıl örtüklü ehtiyat hissədə dayanmış Zərərçəkmiş şəxs2 idarə etdiyi Kamaz 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ-21074 minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 təpə-ənsə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınıqları. başın təpə-ənsə nahiyəsinin əzilmiş yarası, baş beyinə qansızma, sağ alın-təpə nahiyəsində, sağ yanaq və alt çənə nahiyəsində, sağ əlin arxa səthində, sol dizin ön səthində sıyrıqlar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə, habelə Kamaz 53212 yük markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi Zərərçəkmiş şəxs2 4500 manat məbləğində maddi ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib təsadüf nəticəsində əməli törətdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışdığını qeyd edərək hökmün dəyişdirilməsini və barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm verilmiş apellyasiya şikayətinə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətindən göründüyü kimi apellyasiya şikayətində məhkum edilmiş şəxs tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə ünvanlanan xx.xx.2019-cu il tarixli raport, «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» xx.xx.2019-cu il tarixli protokol, məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 56 saylı rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12 fevral 2020-ci il tarixdi, 816 saylı rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”* Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun15 noyabr 2013-cü il qərarının 4-cü bəndinə əsasən CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CMnin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməklə islah olunmasını və Azərbaycan Respublikası CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, cəzasını yüngülləşdirən hal kimi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını və cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cəzasının yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair 23 oktyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair 23 oktyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 14 saat üçün cəmi 84 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 28 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi4 dövlət büdcə vəsaiti hesabına 84 manat işlədiyi Bakı şəhəri 28 saylı hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar