Məhkəmə qərarları › İş №1(103)-140/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-140/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-140/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Əhmədovun sədrliyi və məruzəsi ilə, X4 Şirinovdan və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X5 Şöbəsinin prokuroru X2, Məhkum Təqsirləndirilən şəxs, Müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 1992-ci il Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, işləməmiş, Biləsuvar şəhərinin Çaylı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 01 sentyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2021-ci il dekabrın 13-dən hesablanması, iş üzrə 91,76 manat təşkil edən ekspertiza tədqiqatının dəyərinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməsi,hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin tədqiqatdan sonrakı müvafiq qaydada 3.039,615 qram, 504,950 qram və 2.450 ədəd qalıqları, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstəricili, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili elektron tərəzilərin məhv edilməsi, Təqsirləndirilən şəxs məxsus «Kapital Bank» məhdud məsuliyyətli cəmiyyətinin **********342993 saylı plastik bank kartı sonuncunun yaxın qohumlarına qaytarılması, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki,Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır.Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən cinayət əlaqəsinə girdiyi, istintaq tərəfindən müəyyən olunmayan Babək adlı şəxs ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr heroini və metadonu, psixotrop maddə metamfetamini əldə edib əynində olan şalvarın sol yan cibində və yaşadığı, ünvan 2 ünvanında yerləşən evdə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il dekabrın 13-də saat 19:10-da həmin ünvanın yaxınlığında saxlanaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümdəki 19,815 qram təmiz çəkidə açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, davam edən tədbirlər nəticəsində sonuncunun yaşadığı ünvandan bir ədəd sellofan torbadakı üç ədəd bağlamada ayrı-ayrılıqda 1.005 qram, 1.010 qram və 1.005 qram, ümumilikdə 3.020 qram təmiz çəkidə açıq qəhvəyi rəngli xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə 505 qram təmiz çəkidə ağ rəngli kristallik formalı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «F/M40» göstəricisi olan 2.500 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində təsir maddəsinin miqdarı 100 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmaqla narkotik vasitə metadon, bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstərəcili üzərində narkotik vasitə heroinə məxsus, həmçinin bir ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan elektron tərəzilər, ümumilikdə isə onun üzərindən və yaşadığı evdən aşkar olunan 3.039,815 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış, bir-biriləri ilə eynilik təşkil edən narkotik vasitə heroin, ümumilikdə miqdarı 100 qram təşkil edən narkotik vasitə metadon və ümumilikdə 505 qram təmiz çəkidə ağ kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək on bir il altı ay müddətinə azadlıqdan məhrum edilməsi barədə birinci instansiya məhkəməsinin hökmündən narazı olduğunu bildirmişdir.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən iş materialları lazımı qədər araşdırılmadan onun barəsində qanunsuz qərar qəbul edilmişdir.Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək, azadlığının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə etməklə, apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasnı, əməlində cinaytə tərkibi olmamasını, islah yoluna qədəm qoymasını, ağır ailə vəziyyətini, himayəsində iki azyaşlı bacısnın olmasını, ailəsinin yeganə qazanc gətirən üzvü olmasını, səhhətində ciddi problemlər olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təyin edilmiş cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunaraq, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 1(101)-923/2022 saylı hökmünün əsassız və qanunsuz olduğundan ləğv edilrək, Təqsirləndirilən şəxs barəsində ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Apellyasiya Məhkəmələrində X5 Şöbəsinin prokuroru X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirmişdir ki, məhkum Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi öz ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir, ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3.-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 1(101)-923/2022 saylı hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılması barədə ədalətli və humanist qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin hər birinin ayrı-ayrılıqda çıxışlarını dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli, 1(101)-923/2022 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin 13 dekabr 2021-ci il tarixli raportlarından, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, Ə337-008-21 saylı əməliyyat qrupunun yaradılması haqqında əmrindən, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Suraxanı rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2021-ci il dekabrın 13-də saat 19:10-da ünvan 1 ünvanının yaxınlığında saxlanmaqla idarənin inzibati binasına gətirilmiş, məhkəmə tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun tərtib etdiyi 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:10-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun bacısı X3 xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun tərtib etdiyi 13 dekabr 2021-ci il və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 15 dekabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümü, sağ yan cibindən iki ədəd açarı, 21 manat məbləğində pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, **********342593 nömrəli plastik bank kartını çıxarıb təqdim etməklə bükümdəki narkotik vasitə heroini Babək adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyilən ünvanlara qoymaq üçün əldə etdiyini, görülən işin əvəzində ona 700 manat məbləğində pul vəd edildiyini, yaşadığı ünvanda da narkotik maddələri saxladığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq olunmadığını bildirmiş, iki ədəd açar və 21 manat məbləğində pul qaytarılaraq aşkar edilən büküm və digər predmetlər zərfə qablaşdırılıb götürülmüş, şikayət, təklif və qeydlər daxil olmamış, birinci protokola əlavə edilən bir ədəd DVD diskindəki videogörüntü ilə qeyd olunanlar təsdiqlənmişdir. İş materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs 13 dekabr 2021-ci il tarixli razılıq ərizəsindən, Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun tərtib etdiyi eyni və Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 15 dekabr 2021-ci il tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında baxış və götürmə keçirilərkən sonuncu özünə məxsus «Samsung» markalı mobil telefonu, evin giriş hissəsindən sol tərəfdə yerləşən ikinci çarpayının döşəyinin alt hissəsindən bir ədəd sellofan torbanı çıxarmaqla təqdim edərək içərisində üç ədəd elektron tərəzi, 2.500 ədəd narkotik vasitə metadon, üç ədəd bağlamada narkotik vasitə heroin, bir ədəd bağlamada psixotrop maddə metamfetamin olduğunu, göstərilən maddələri Babək adlı İran İslam Respublikasının vətəndaşının vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyilən ünvanlara qoymaqdan ötrü əldə etdiyini, görülən işin əvəzində ona 700 manat məbləğində pul vəd edildiyini, elektron tərəziləri isə narkotik maddələri çəkmək üçün istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq olunmadığını, səmimi və doğru cavablar verdiyini bildirmiş, aşkarlanan predmetlər qablaşdırılıb götürülmüş, şikayət, təklif və qeydlər daxil olmamış, birinci protokola əlavə edilən bir ədəd DVD diskindəki videogörüntü ilə qeyd olunanlar təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2021-ci il tarixli, 6/5489 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən, üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi…» sözləri, ad, soyad və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə 19,815 qram təmiz çəkidə açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; üzərində «Təqsirləndirilən şəxs axtarış zamanı təqdim etdiyi…» sözləri olan bir ədəd sellofan torbadakı üç ədəd bağlamada ayrı-ayrılıqda 1.095 qram, 1.010 qram və 1.005 qram, ümumi 3.020 qram təmiz çəkidə açıq qəhvəyi rəngli maddələr xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə 505 qram təmiz çəkidə olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «F/M40» göstəricisi olan 2.500 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 100 qram təşkil edərək xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir; tədqiqata təqdim edilən narkotik vasitə heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir; bir ədəd qara rəngli «Hausberg» göstəricili və bir ədəd ağ rəngli «WY-220» göstəricili tərəzilərin üzərində narkotik vasitə heroinə, bir ədəd gümüşü rəngli «PCS MODE ON/OFF TARE» göstəricili tərəzinin üzərində isə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır, iz mikrohissəcikləri cüzi miqdarda olduğundan onların maddə nümunələri ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır; narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və metadon həblərinin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 3.039,615 qram, 504,950 qram və 2.450 ədəd təşkil edir, ekspertiza tədqiqatının dəyəri 91,76 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il yanvarın 26-da tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 fevral 2022-ci il tarixli, 966 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasına dair 25 fevral 2022-ci il tarixli, 470 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməllərin törədildiyi dövrdə hər hansı psixi xəstəliyin, eləcə də psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar edilməmişdir, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan anlaqlı hesab olunmalıdır, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satışı ilə məşğul olmamışdır,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən X12 onunla ədavəti olmuş, sonuncu dəfələrlə onun qeyri-rəsmi ərarvad münasibətlərində olduğu X10 adlı qadından ayrılmasını istəmiş, ona zəng etməklə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsinə danışığa çağırmışdır və o, oraya getdikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 və X16 onu avtomaşına mindirmişlər, sonuncu onu ölümcül şəkildə döymüşdür, bundan sonra polis əməkdaşları onu tutmuşlar, üstündən və yaşadığı evdən aşkarlanan narkotik vasitələrin sonuncuların təzyiqi nəticəsində ona məxsus olmasını bildirmişdir, ittiham olunduğu narkotik vasitələr, psixotrop maddələr və tərəzilər onun deyildir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik satışı ilə məşğul olan şəxslərin ifşa olunmasında ona köməklik etmişdir, onunla aralarında X10 adlı qadınla bağlı problem olmamışdır, Təqsirləndirilən şəxs tutularkən nədənsə onun adını vermiş, o, Təqsirləndirilən şəxs tutulmasında iştirak etməmişdir, yəqin ki, onun buraxılmasına kömək etməli olduğunu düşündüyü üçün və Təqsirləndirilən şəxs cinayət əməli törətdiyi üçün ona köməklik etmədiyi üçün onun adını hallandırmışdır. İş materiallarına əlavə edilmiş X6 Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış teleqramından görünür ki, onun Təqsirləndirilən şəxsla heç bir əlaqəsi yoxdur, hazırda xəstəliyi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Suraxanı rayonunun ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 rəhbərliyi ilə onun da daxil edildiyi əməliyyat qrupu yaradılmışdır. 13 dekabr 2021-ci il tarixində saat 19:10-da ünvan 1 ünvanının ətrafında piyada hərəkət edən Təqsirləndirilən şəxs yaxınlaşmaqla özlərini təqdim etmişlər, sonuncunun qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə edib saxlamaqda, daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda sonuncu əynindəki şalvarın sağ yan cibindən iki ədəd açarı, 21 manat məbləğində pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini və plastik bank kartını, sol yan cibindən bir ədəd bükümü çıxararaq təqdim edib bükümdəki özünə məxsus narkotik vasitə heroini internetdə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə tutulmamışdan üç gün əvvəl Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyiləcək ünvanlara qoymaq üçün əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona 700 manat məbləğində pul göndərəcəyini, yaşadığı ünvan 1 ünvanında da narkotik maddələr saxladığını bildirmişdir, sonra iki ədəd açar və 21 manat məbləğində vəsait Təqsirləndirilən şəxs qaytarılmaqla şəxsiyyət vəsiqəsi və plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılmış, aşkar olunan büküm zərfə qablaşdırılaraq götürülmüşdür, daha sonra sonuncunun razılığı ilə yaşadığı ünvana baxış keçirilərkən Təqsirləndirilən şəxs evin giriş hissəsindən sol tərəfdə yerləşən ikinci çarpayının döşəyinin alt hissəsindəki sellofan torbanın içərisindən üç ədəd elektron tərəzini, 2.500 ədəd üzərində «Metadon 40» yazısı olan həbi, üç ədəd bağlamadakı narkotik vasitə heroin və bir ədəd bağlamadakı psixotrop maddə metamfetamin olduğunu bildirdiyi kütlələri çıxarıb təqdim etməklə həmin predmetlərin özünə məxsus olaraq onları İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsin vasitəsi ilə üç gün bundan qabaq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən deyiləcək ünvanlara qoymaqdan ötrü əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun onun bank kartına 700 manat məbləğində pul göndərəcəyini, elektron tərəziləri isə göstərilən maddələrin çəkisini müəyyən etməyə görə özündə saxladığını bildirmişdir, sonra həmin aşkarlanan narkotik vasitələrin və psixotrop maddələr, baxış zamanı üzərində ***-***- **-** mobil nömrəsi olan «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bu barədə tərtib edilən protokolların düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmişdir. Təqsirləndirilən şəxs yaxalanmasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən X12 heç bir məlumatı və iştirakı olmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ilə eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tütülduqdan sonra döyülməsini təsdiq edən heç bir bədən xəsarətləri aşkar edilməmişdir və onun yaxalanmasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən X16 iştirak etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 6 iyul 2021-ci tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 saylı qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.3.Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma- üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.3-1. Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə-dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.4. Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər:234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;234.4.2. təkrar törədildikdə;234.4.3. külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.234.5. Narkotik vasitələri və ya psixotrop maddələri hazırlamaq üçün istifadə edilən və xüsusi nəzarət altında olan xammalın, alətlərin və ya avadanlıqların, habelə narkotik vasitələrin, psixotrop maddələri və ya onların prekursorlarını istehsalı, hazırlanması, emalı, saxlanması, buraxılması, satılması, bölüşdürülməsi, verilməsi, daşınması, göndərilməsi, əldə edilməsi, istifadə edilməsi, idxalı, ixracı, tranzit nəql edilməsi və ya məhv edilməsi qaydalarının, bu qaydalara riayət etməli olan şəxs tərəfindən pozulması-min manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd:1.Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.2. Bu fəsildə göstərilən narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, «Saidinin Fransaya qarşı» işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və 3-cü bəndinin «d» yarımbəndindəki müddəaların tələblərinə uyğunsuzluq kimi qəbul edilə bilməz. «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyası, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» və 19 dekabr 1988-ci il tarixli «Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. İnsan Hüquqlarının və X7 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsada onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun şəraitdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür.15.2.Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.15.3.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.15.4.Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.15.5.Bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 25.1-ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin hərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.Həmin Məcəllənini 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, şahid ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, eləcə də məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, həmçinin məhkum Təqsirləndirilən şəxs ilk məhkumluğunu onun barəsində cəzanı yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmışdır, apellyasiya şikayətində qanunun normasının düzgün tətbiq edilməməsi göstərilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkum Təqsirləndirilən şəxs şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar nəzərə alınmışdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, lakin Təqsirləndirilən şəxs göstərilən şəxsiyyətini səciyyələndirən hallar tam nəzərə alınmayaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinə yaxın yəni 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, ona görə də, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması” hissələrindən dəyişdirilməli, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü “Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması” hissələrində dəyişdirilsin. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 11 (on bir) ilə endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Həsən Əhmədov Hakimlər Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar