Məhkəmə qərarları › İş №1(103)-1404/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1404/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1404/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X5 və Əhmədov Zəfər Vahid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs1, müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs2, müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, 14 iyul 1983-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, 27 avqust 1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 2rda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri il ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)- 888/2025 saylı hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə qohumu Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyrilərinin 45000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin, satışının həyata keçirilməsi məqsədi ilə sonuncularla əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya əsasən “Həsən” adlı şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından ölkə ərazisinə keçirilməsi planlaşdırılan külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, istintaqa məlum olmayan tarixdə “Həsən” adlı şəxs və qeyriləri tərəfindən dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Siyəzən rayonu ərazisindən Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda - 38 kq 380,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Siyəzən rayonu ərazisində dəniz sahilindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikdən sonra sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanına daşımış, narkotik vasitə qurudulmuş marixuananın 28 kq 240 qram çəkidə olan hissəsini həmin ünvanda, 10 kq 100 qram çəkidə olan hissəsini Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə saxlamaqla, 19,49 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə üzərində, 20,83 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs2 ayırıb satış məqsədi ilə üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində 07 iyun 2024-cü il tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanının yaxınlığında saxlanılmaqla ünvan 5 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək orada həmin tarixdə saat 23:20-dən etibarən üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan boz rəngli idman şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 19,49 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 20,83 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 08 iyun 2024-cü il tarixdə, saat 00:20-dən etibarən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə iştirakları və razılıqları ilə baxış keçirilən zaman avtomobilin salonunda sol arxa oturacağın qarşısında yerləşən ayaqaltı hissədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 10 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram, 995 qram, 1040 qram, 1030 qram, 1035 qram, 1000 qram, 1000 qram, 995 qram və 1005 qram olmaqla ümumilikdə külli miqdarda 10 kq 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, tədbirin davamı olaraq 08 iyun 2024-cü il tarixdə, saat 01:50-dən etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılığı və iştirakları ilə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanına baxış keçirilən zaman evin yataq otağından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 16 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1950 qram, 1960 qram, 2170 qram, 1970 qram, 980 qram, 490 qram, 1960 qram, 1965 qram, 1965 qram, 1960 qram, 1970 qram, 1965 qram, 2445 qram, 580 qram, 1950 qram və 1960 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 28 kq 240 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi, və üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 03 fevral 2024-cü il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə qohumu Təqsirləndirilən şəxs1 ilə birlikdə, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Həsən” adlı şəxs və qeyrilərinin 45000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin, satışının həyata keçirilməsi məqsədi ilə sonuncularla əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra aralarında olan cinayətkar razılaşmaya əsasən “Həsən” adlı şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikasından ölkə ərazisinə keçirilməsi planlaşdırılan külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, istintaqa məlum olmayan tarixdə “Həsən” adlı şəxs və qeyriləri tərəfindən dəniz vasitəsilə qaçaqmalçılıq yolu ilə Siyəzən rayonu ərazisindən Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda - 38 kq 380,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Siyəzən rayonu ərazisində dəniz sahilindən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq Təqsirləndirilən şəxs1la birlikdə əldə etdikdən sonra idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanına daşımış, narkotik vasitə qurudulmuş marixuananın 28 kq 240 qram çəkidə olan hissəsini həmin ünvanda, 10 kq 100 qram çəkidə olan hissəsini idarə etdiyi avtomobildə saxlamaqla, 20,83 qram çəkidə olan hissəsini ayırıb satış məqsədi ilə üzərində, 19,49 qram çəkidə olan hissəsini isə Təqsirləndirilən şəxs1 ayırıb satış məqsədi ilə üzərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 07 iyun 2024-cü il tarixdə saat 21:30-da Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanının yaxınlığında saxlanılmaqla ünvan 5 yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilərək orada həmin tarixdə saat 23:20-dən etibarən üzərlərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli idman şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 19,49 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə 20,83 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 08 iyun 2024-cü il tarixdə, saat 00:20-dən etibarən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə iştirakları və razılıqları ilə baxış keçirilən zaman avtomobilin salonunda sol arxa oturacağın qarşısında yerləşən ayaqaltı hissədən Təqsirləndirilən şəxs1la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 10 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram, 995 qram, 1040 qram, 1030 qram, 1035 qram, 1000 qram, 1000 qram, 995 qram və 1005 qram olmaqla ümumilikdə külli miqdarda 10 kq 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, tədbirin davamı olaraq 08 iyun 2024-cü il tarixdə, saat 01:50-dən etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılığı və iştirakları ilə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanına baxış keçirilən zaman evin yataq otağından qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 16 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1950 qram, 1960 qram, 2170 qram, 1970 qram, 980 qram, 490 qram, 1960 qram, 1965 qram, 1965 qram, 1960 qram, 1970 qram, 1965 qram, 2445 qram, 580 qram, 1950 qram və 1960 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 28 kq 240 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-888/2025 saylı hökmü ilə aşağıdakılar hökm edilmişdir: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilsin. Apellyasiya protestinin və şikayətinin dəlilləri: Hökmdən narazı qalan Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3 və 32.5,206.3.2-ci maddələri ilə təqsirli bilinib, onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə cinayətlərin məcmusu üzrə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2025-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 32.5,206.3.2-ci maddəsi ilə də təqsirli bilinib onlara həmin maddənin sanksiyası həddində cəza təyin edilərək yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə isə istinaq orqanının qaçaqmalçılıq cinayətinin naməlum vaxtda və şəraitdə törədilməsini göstərməsini, cinayəti hansı formada törədilməsini, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayətdə hansı formada iştirakını və cinayətə aidiyyətini müəyyən etməməsi, habelə ittiham tərəfinin təqsirləndirilən şəxslərin CM-nin 32.5.206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti təsdiq edən bir dənə də olsun belə, məhkəməyə sübut təqdim edə bilməməsi qənaətinə gəlməklə CM-in 32.5.206.3.2-ci maddəsi üzrə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1-124.2.5ci maddəsinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eksperti rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmi qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki. onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Göründüyü kimi, istintaq tərəfindən narkotik vasitələrin ölkə ərazisinə konkret olaraq kimlər tərəfindən keçirilməsini həm təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrində, həm də yuxarıda qeyd edilən digər sübutlarla bir daha təsdiq edir ki, onlar tərəfindən narkotik vasitələr ölkəyə məhz qaçaqmalçılıq yolu ilə gətirilmişdir. Məhkəmə kifayət qədər mötəbər sayılan dindirilmiş şəxslərin ifadələrinin olmasına baxmayaraq həmin sübutları şübhə altına alacaq heç bir hal müəyyən etmədən düzgün olmayan mövqe sərgiləmişdir. İbtidai istintaqın növbəti mərhələlərində və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrini təkzib etməsinə baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadələrinə tənqidi yanaşmamışdır. Məhkəmənin nəzərə almadığı məqamlardan biri də odur ki, təqsiriləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və E. Abdurəhimov məhkəmə istintaq dövründə də ziddiyətli ifadələr verməyə meyilli olmuş, ibtidai ifadələri ilə məhkəmə istintaqında verdiyi ifadələri arasında fərqlər olmuşdur. Qanunvericiliklə təqsirləndirilən şəxs yalan ifadəyə görə məsuliyyət daşımasa da. lakin məhkəmə onun bu addımlarına xüsusi diqqət yetirməli, istintaqı yayındırmaq, həqiqəti gizlətmək cəhdlərinin olmasını nəzərə almalı idi. Lakin, məhkəmə hökm çıxararkən bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların isə rədd edilməsinin motivlərini göstərməmiş, şahidlərin ifadələrini, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, habelə, işdə olan digər sübutları təkzib edə bilməmişdir. Qeyd edilən sübutlar təqsirləndirilən şəxslərin şəxsiyyətləri istintaqa məlum olmayan vətəndaşlarla narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı razılıq əldə etməsini, şüurlu surətdə narkotik vasitələrin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gəlməsini dərk etməsini, bununla da, qabaqcadan əlbir olan bir qrup şəxs halında razılıq əldə etməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 və E. Abdurəhimovun cinayətkar qrup yaratmaqla həmin qrupun Azərbaycan Respublikasında olan icraçı statuslu nümayəndəsi olmuş, qrupun üzvü kimi qaçaqmalçılığın həyata keçirilməsi üçün və narkotik vasitələrin qanunsuz sərhəddən keçirilməsindən sonra qaçaq mal barədə sərəncam vermək hüququna malik olmaqla onun talehinin həll edilməsində mühüm səlahiyyətlərə malik olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlbir olduğu qrupun digər üzvləri ilə birlikdə narkotik vasitələrin ölkəyə gətirilməsində iştirak etmiş, qrup üzvü kimi onun Azərbaycan ərazisində olması qaçaqmalçılıq cinayətinin baş verməsinə şərait yaradan əsas hallardan biri olmuşdur. Razılaşmaya əsasən təqsirləndirlən şəxslərin ölkədə olması və qaçaq malın qəbulunu gözləməsi faktı cinayətin baş verməsində mühüm əhəmiyyət kəsb etmiş, odur ki. qeyd edilən hallar olmadığı tədqirdə cinayət baş verməz və qanunsuz hərəkətlər həyata keçirilməz formada qalardı. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qənaətə gələrkən istintaq orqanı tərəfindən toplanmış, biri digərini təsdiq etməklə əsaslı olan halları nəzərə almamış, yalnız təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadələrinə əsaslanmaqla, onların əməlində tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən tərkibin müəyyən edilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da. işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin xeyrinə təfsir olunmuşdur. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri, baxış protokolu, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini törətməsi öz təsdiqini tapsa da. məhkəmə qeyd edilən sübutları nəzərə almamış, təqsirləndirilən şəxslərin narkotik vasitəni Azərbaycan Respublikasının ərazisinə digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə keçirilməsi iş materialları ilə öz təsdiqini tapmaması kimi işin digər halları ilə rədd olunan xüsusatları qeyd etsə də, bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə göstərməmişdir. Məhkəmə iş materiallarında belə sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5.206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxslərin mənafeyi baxımından çıxış etmiş, guya onların təqsirliliyinin sübuta yetirilməməsi kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Məhkəmənin qeyd olunanları və plenumun tövsiyələrini nəzərə almaması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə yanlış hüquqi qiymət verilməsinə gətirib çıxarmışdır. Həmçinin hökmdən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, səmimi peşmaçılığının, iki azyaşlı övladının olmasının, yaşadığı yerdən müsbət xarakterizə edilməsinin, istintaq zamanı səmimi ehtiramıa hüquq mühafizə orqanlarına cinayətin açılmasında köməklik etməsinin nəzərə alınmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-888/2025 saylı hökmünün ləğv edilməsini, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi təyin edilmiş cəzanın yüngülləşdirilməsini, apellyasiya protestinin isə təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi apellyasiya protestinin təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestinin təmin olunmasını, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPMnin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti və şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-888/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən evində olan zaman tutulub saxlanılmışdır. Ayın 7-si günü saat 09-10 radələrində o, evdə olan zaman Elçin çölə çıxmış, bir müddət keçdikdən sonra polis əməkdaşları Elçini tutub saxlamış, sonra da evə gətirmişlər. Polis əməkdaşları evə gələn zaman o, polislərə Elçini buraxmalarını, bütün təqsiri üzərinə götürəcəyini demişdir. Özü narkotik vasitə istifadəçisi olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları evə daxil olub baxış keçirmişlər, baxış zamanı da evdə “nəşə” aşkar edilmişdir. Evə təxminən 10-12 nəfər polis əməkdaşı daxil olmuş, bundan sonra onu polis idarəsinə aparmışlar. Bakı şəhərini yaxşı tanımadığı üçün hansı idarə olduğunu tam bilməmişdir. Polis əməkdaşları evə daxil olan zaman o, divanda oturmuş, əvvəldən “kakos” qəbul etdiyinə görə özünü itirmiş, narkotikin təsiri altında olmuşdur. Gözünü açanda polis əməkdaşlarının Elçini saxlayaraq evə gətirdiklərini görmüşdür. Həmin əməliyyat qrupunun rəhbəri ona evdə “nəşə” aşkar olunduğunu demiş, hətta videoçəkilişdə də hamısı öz əksini tapmışdır. Əməkdaşlara Elçinin onun yeznəsi olduğunu demiş, Elçini azadlığa buraxmalarını istədiyini deyərək təqsiri üzərinə götürəcəyini bildirmişdir. Polis əməkdaşları ona təqsiri üzərinə götürsə, Elçini buraxacaqlarına dair vəd vermişlər. Bundan sonra onu polis idarəsinə aparacaqlarını, orada videoçəkiliş vasitəsilə üzərinə baxış keçirəcəklərini, çəkiliş zamanı necə izahat verməli olduğunu, nə deyəcəyini də izah etmişlər. O, hər şeyi onların istəyinə uyğun şəkildə yerinə yetirmişdir. Ona sabahısı gün məhkəmə iclası keçiriləcəyini, Elçinin azadlığa buraxılacağını demişlər. Evdə aşkar olunan narkotik vasitə ona aid olmamışdır. Yaşadıqları ev kirayə imiş, narkotik vasitəni evə kimin gətirdiyindən məlumatı olmamışdır. İdarədə olan Şahid1 ona yaxınlaşmış, onunla söhbət etmiş, söhbət edən zaman Elçinin yeznəsi olduğunu, o tutulsa, bacısı ilə övladlarının ortada qalacağını izah etmiş, Elçini buraxmalarını xahiş edərək bütün təqsiri öz üzərinə götürəcəyini bildirmişdir. Şirəli müəllim də ona bu işin cəzasının ağır olduğunu izah etmişdir. O da bacısı və övladları üçün hər cəzaya razı olduğunu demişdir. Sonradan Elçini də tutduqları üçün təqsiri üzərinə götürməyin heç bir faydası olmadığını anlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 oğlu bildirmişdir ki, onu heç bir polis əməkdaşı döyməmiş, sakit şəkildə onlara vəziyyəti izah edərək təqsiri üzərinə götürəcəyini demişdir. İbtidai istintaq zamanı dindiriləndə narkotik vasitənin təsiri altında olmuşdur. O, gəmidən narkotik vasitə götürməmişdir. İdarədə olan zaman baş verən hadisələrin heç biri tam yadında qalmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, narkotik vasitə heroin və qurudulmuş marixuana qəbul edir. Təqsirləndirilən şəxs2 onun bacısı Günay Valehovanın həyat yoldaşıdır. Hazırda o, Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərində bir ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, 2 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmiş və həmin şəxs bu işi görməsi müqabilində ona 45000 manat pul verəcəyini bildirmişdir. O, da “Həsən” adlı şəxsin təklifi ilə razılaşmışdır. Sonra o, bu barədə qohumu Təqsirləndirilən şəxs2 məlumat vermiş və bu işi görməkdə ona köməklik edəcəyi təqdirdə Təqsirləndirilən şəxs2 5000 manat pul verəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 da onun təklifi ilə razılaşmışdır. “Həsən" adlı şəxs 04 iyun 2024-cü il tarixdə narkotik vasitənin Azərbaycana dəniz yolu ilə göndərəcəyini bildirmişdir. Bundan əvvəl “Həsən” adlı şəxs ona bank yolu ilə 1000 manat da pul göndərib, həmin pulla Bakı şəhərində kirayə ev tutmalarını və icarəyə avtomobil götürmələrini tapşırmışdır. Onun bank kartı olmadığı üçün 1000 manat pul Təqsirləndirilən şəxs2 adına olan bank kartına göndərilmişdir. O da Təqsirləndirilən şəxs2la birlikdə həmin pulla Bakı şəhəri, Xətai rayonu ərazisində kirayə ev tutmuşlar və eyni zamanda Təqsirləndirilən şəxs2 adına icarəyə “Hyundai Sonata” markalı avtomobil götürmüşlər. “Həsən” adlı şəxs 04 iyun 2024-cü il tarixdə saat 23 radələrində Siyəzən rayonu ərazisində dəniz kənarında olmalarını bildirib, həmin ərazinin xəritə üzərindən yerini Təqsirləndirilən şəxs2 mobil telefonuna göndərmişdir. Onlar da birlikdə icarəyə götürdükləri avtomobillə həmin ünvana getmişlər. Gecə saatlarında fars dilində danışan “Həsən” adlı şəxsin adamı narkotik vasitələri dəniz yolu ilə gəmi vasitəsilə gətirib dəniz sahilində onlara təhvil vermiş, onlar da narkotik vasitələri avtomobilə yükləyib kirayədə yaşadıqları evə gətirmişlər. Narkotik vasitələrin bir hissəsini həmin ünvana boşaltmışlar, bir hissəsini isə avtomobildə saxlamışlar. Evdən narkotik vasitənin iyi gələr deyə hamısını boşaltmağa qorxmuşlar. Bundan əlavə həmin narkotik vasitələrin üzərindən götürüb 01 ədəd bükümdə Təqsirləndirilən şəxs2 və 01 ədəd bükümdə isə onun özü üzərində saxlamışdır. 07 iyun 2024-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanının yaxınlığında sonuncunun idarə etdiyi “Hyundai Sonata” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və onların anket məlumatlarını soruşduqdan sonra onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onları tanış etmişlər və onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Sonra o, Təqsirləndirilən şəxs2 və sonuncunun idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən BNMİ-nə gətirilmişdir. Orada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar, onlara hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı onlara üzərilərində qanunla qadağan olunmuş əşya və maddələr varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarının sağ yan cibindən 01 ədəd ev açarı, 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş “Redmi” və “Samsung” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüş, 01 ədəd ev açarı isə onun özünə qaytarılmışdır. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncuya üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və maddələr varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan şalvarının sol yan cibindən 01 ədəd plastik bank kartı, 01 ədəd avtomobil açarı və 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və 23 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd bank kartı polis əməkdaşları tərəfindən götürülmüş, aşkar edilmiş avtomobil açarı onun özünə qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxs tərəfindən ona göndərildiyini, həmin narkotik vasitənin 2 gün əvvəl Siyəzən rayonunda dəniz kənarında tanımadığı və adlarını bilmədiyi İran İslam Respublikası vətəndaşları tərəfindən onlara təhvil verildiyini, həmin şəxslərin “Həsən" adlı şəxsin adamları olduğunu, Siyəzən rayonu ərazisində dəniz kənarında görüşdükləri yerə İran İslam Respublikası vətəndaşlarının gəmi vasitəsi ilə gəldiklərini, “Həsən” adlı şəxsin göndərdiyi narkotik vasitələri müəyyən ünvanlara qoymaq məqsədilə götürdüklərini, bunun müqabilində “Həsən" adlı şəxsin ona 45000 manat pul verəcəyini, Təqsirləndirilən şəxs2 onun qohumu olduğunu, Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürülməsində və paylanılmasında ona köməklik etdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs2 5000 manat pul verəcəyini, yaşadıqları evdə və Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə əlavə olaraq narkotik vasitələr saxladıqlarını, həmin narkotik vasitələri də təqdim edə biləcəyini, avtomobilə və yaşadıqları evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da verilən suallara cavab olaraq onun dediklərini təsdiq etmişdir. Bundan sonra BNMİ-nin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai Sonata" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı ona və Təqsirləndirilən şəxs2 təklif edilmişdir ki, avtomobildə saxladıqları qanunla qadağan olunmuş əşya və maddələr varsa onları təqdim etsinlər. Bu təklifdən sonra o və Təqsirləndirilən şəxs2 avtomobilin arxa sol qapısını açaraq avtomobilin salon hissəsində arxa ayaqaltı hissədə olan 10 ədəd sellofan bağlamanı götürüb təqdim etmişlər və həmin sellofan bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişlər. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə 12 kq 80 qram olması məlum olmuşdur. Avtomobildən aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. O və Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, həmin kütlələrin İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs tərəfindən onlara göndərdiliyini bildirmişlər. Bundan sonra onların yaşadıqları ünvana gəlinmişdir. Polis əməkdaşları onlara yaşadıqları ünvada saxladıqları qanunla qadağan olunmuş əşya və maddələri təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra o və Təqsirləndirilən şəxs2 yaşadıqları evin yataq otağında saxladıqları 16 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini təqdim etmişlər. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə çəkisinin 29 kq 435 qram olması məlum olmuşdur. Daha sonra həmin kütlələr müvafiq qaydada götürülmüşdür. O və Təqsirləndirilən şəxs2 evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın özlərinə məxsus olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs1 həmin ifadəsində üzərindən, qohumu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən və yaşadıqları ünvandan aşkar edilmiş narkotik vasitələrin “Həsən” adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən ona göndərildiyini, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2la birlikdə gedib Siyəzən rayonu ərazisində dəniz sahilində tanımadığı İran İslam Respublikasının vətəndaşlarından təhvil aldıqlarını, həmin şəxslərin Siyəzən rayonu ərazisinə gəmi vasitəsi ilə gəldiklərini, həmin narkotik vasitələri “Həsən” adlı şəxsin təlimatı əsasında müxtəlif ünvanlara qoyacaqlarını, birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün “Həsən” adlı şəxsin ona əvvəlcədən 1000 manat pul göndərdiyini və sonradan isə əlavə olaraq 45000 manat pul verəcəyini, birlikdə gedib narkotik vasitələri götürməkdə və sonradan narkotik vasitələri müxtəlif ünvanlara qoyulmasında ona köməklik etdiyi üçün qohumu Təqsirləndirilən şəxs2 5000 manat pul verəcəyini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünün də polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir (cild 1, iş vərəqi 132-135). İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dindirmə protokolundakı imzalar ona aid olsa da, o, həmin ifadəni təsdiq etmir, lakin Siyəzən rayonuna bir dəfə 5 iyun tarixində getməsini təsdiq edir, habelə Elçin narkotik vasitəni götürən zaman o, özündə olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, sosial şəbəkədən İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamışdır. Daha sonra kirayələdiyi maşınla Siyəzən rayonuna gedərək 38 kiloqram çəkidə “nəşə” olan bağlamanı təhvil almağa getmişdir. İran İslam Respublikası vətəndaşı ona əvvəldən narkotik vasitə olan bağlamanı təhvil alacağı “konum”u yollamışdır. Ünvandan narkotik vasitəni götürdükdən sonra evə qayıtmışdır. İranlı ona narkotik vasitəni onun dediyi ünvanlara yerləşdirməyini demişdir. O, çəkindiyi və qorxduğu üçün bunu etməmiş, narkotik vasitə olan bağlamanı da evdə saxlamışdır. Əvvəldən iranlı ilə hər ünvana qoyulan narkotik vasitə üçün 200 manat alacağına dair razılaşmışlar. Bağlamanı 3 gün özündə saxlamışdır. 20 kiloqrama yaxın narkotik vasitəni evdə, 10 kiloqramını isə maşında saxlamışdır. Özü narkotik vasitə istifadə edən olmamışdır. Narkotik vasitə evdə olduğuna görə Əli də istifadə etmişdir. Hadisə günü evdən çıxıb mağazaya siqaret almaq üçün getmiş, məhəllədə 2 nəfərin olduğunu görmüş, yanlarından keçəndə salamlaşıb maşına əyləşmişdir. Maşına əyləşəndə nasazlıq olduğunu görmüş, usta gözü ilə problemin nə olduğuna baxmaq istəyəndə polis əməkdaşları tərəfindən maşınının söndürüldüyünü anlamışdır. Əliyə narkotik vasitələri gətirib vermişdir ki, istifadə etsin, amma haradan əldə etdiyini deməmişdir. Bu işdə özünü təqsirli bilir. Əslində hadisə günü Əliyə narkotik vasitələri müəyyən ünvanlara yerləşdirməli olduğunu, amma qorxduğunu etiraf etmişdir. Əli də ona nə cür istəyirsə, o şəkildə hərəkət edəcəyini demişdir. Axşam saatlarında Əli ilə birlikdə Yevlaxa tərəf yola çıxacaqmış, narkotik vasitələri tanışlara pay edəcəkmiş. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Siyəzən rayonuna narkotik vasitələri pul əldə etmək məqsədilə götürməyə getmişdir. O, polis idarəsində ifadə verməmiş, orada Əli danışmışdır. İran İslam Respublikası ilə əlaqə saxladığından narkotik vasitəni evə gətirənə qədər Əlinin xəbəri olmamışdır. Müstəntiqin yanında ifadə verən zaman o, heç nə danışmamış, sadəcə olaraq müstəntiqin göstərdiyi yerə imza etmişdir. Gəmi, qayıq və sairədən narkotik vasitə təhvil alınması barədə heç bir məlumatı olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, narkotik vasitə heroin və qurudulmuş marixuana qəbul edir. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. 2023-cü ildə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilmiş və 2024-cü ilin fevral ayında cəzasının sonu ilə həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 onun həyat yoldaşı Günay Valehovun qardaşıdır. Hazırda Təqsirləndirilən şəxs1 ilə Bakı şəhərində bir ünvanda yaşayırlar. Təqsirləndirilən şəxs1 ona məlumat vermişdir ki, tanışı İran İsam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı təklif etmişdir. Belə ki, həmin şəxs Təqsirləndirilən şəxs1 müxtəlif növ narkotik vasitələr göndərməli, sonuncu da həmin narkotik vasitələri bir ünvandan götürüb başqa ünvana qoymalı imiş. “Həsən” adlı şəxs bu işə görə Təqsirləndirilən şəxs1 45000 manat pul verəcəyini bildirmiş və sonuncu da həmin puldan ona 5000 manat verəcəyini qeyd etmişdir. O, da Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmışdır. “Həsən” adlı şəxs 04 iyun 2024-cü il tarixdə narkotik vasitənin Azərbaycana dəniz yolu ilə göndərəcəyini bildirmişdir. Bundan əvvəl “Həsən” adlı şəxs onlara bank yolu ilə 1000 manat da pul göndərib, həmin pulla Bakı şəhərində kirayə ev tutmalarını və icarəyə avtomobil götürmələrini tapşırmışdır. Təqsirləndirilən şəxs1 bank kartı olmadığı üçün 1000 manat pul onun adına olan “Kapital” Banka məxsus kart hesabına göndərilmişdir. O və Təqsirləndirilən şəxs1 birlikdə həmin pulla Bakı şəhəri, Xətai rayonu ərazisində kirayə ev tutmuşlar və eyni zamanda onun adına icarəyə “Hyundai Sonata” markalı avtomobil götürmüşlər. “Həsən" adlı şəxs 04 iyun 2024-cü il tarixdə saat 23 radələrində Siyəzən rayonu ərazisində dəniz kənarında olmalarını bildirib, həmin ərazinin xəritə üzərindən yerini onun mobil telefonuna göndərmişdir. Onlar da birlikdə icarəyə götürdükləri avtomobillə həmin ünvana getmişlər. Gecə saatlarında fars dilində danışan “Həsən” adlı şəxsin adamı narkotik vasitələri dəniz yolu ilə gətirib dəniz sahilində onlara təhvil vermiş, onlar da narkotik vasitələri avtomobilə yükləyib kirayədə yaşadıqları evə gətirmişlər. Narkotik vasitələrin bir hissəsini həmin ünvana boşaltmışlar, bir hissəsini isə avtomobildə saxlamışlar. Evdən narkotik vasitənin iyi gələr deyə hamısını boşaltmağa qorxmuşlar. Bundan əlavə həmin narkotik vasitələrin üzərində götürüb 01 ədəd bükümdə Təqsirləndirilən şəxs1, 01 ədəd bükümdə isə onun özü üzərində saxlamışdır. 07 iyun 2024-cü il tarixdə saat 21:30 radələrində Təqsirləndirilən şəxs1la birlikdə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanının yaxınlığında onun idarə etdiyi avtomobildə olarkən bir neçə nəfər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və onlardan anket məlumatlarını soruşmuşlar, sonra onların külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onları tanış etmişlər və onları BNMİ-nin inzibati binasına dəvət etmişlər. Sonra o, Təqsirləndirilən şəxs1 və idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən BNMİ-nə gətirilmişdir. Orada dəvət olunmuş müdafiəçilərin iştirakı ilə o və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşlar, onlara hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı onlara üzərilərində qanunla qadağan olunmuş əşya və maddələr varsa təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarının sol yan cibində olan 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarının sağ yan cibindən 01 ədəd ev açarı, 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq qanunla qadağan olunmuş digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və 22 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş “Redmi” və “Samsung” markalı mobil telefonlar polis əməkdaşları tərəfindən götürülmüş və 01 ədəd ev açarı isə özünə qaytarılmışdır. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və maddələr varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarının sol yan cibindən 01 ədəd plastik bank kartı, 01 ədəd avtomobil açarı və 01 ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və 23 qram olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüş, aşkar edilmiş avtomobil açarı onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Həsən” adlı şəxs tərəfindən göndərildiyini, həmin narkotik vasitənin 2 gün əvvəl Siyəzən rayonunda dəniz kənarında tanımadığı və adlarını bilmədiyi İran İslam Respublikası vətəndaşları tərəfindən onlara təhvil verildiyini, həmin şəxslərin “Həsən” adlı şəxsin adamları olduğunu, Siyəzən rayonu ərazisində dəniz kənarında görüşdükləri yerə İran İslam Respublikası vətəndaşlarının gəmi vasitəsi ilə gəldiklərini, “Həsən” adlı şəxsin göndərdiyi narkotik vasitələri müəyyən ünvanlara qoymaq məqsədilə götürdüklərini, bunun müqabilində “Həsən” adlı şəxsin ona 45000 manat pul verəcəyini, Təqsirləndirilən şəxs1 onunla qohum olduğunu, narkotik vasitələri birlikdə gedib götürdüklərini və narkotik vasitələri onunla birlikdə müxtəlif ünvanlara qoyacaqlarını, bunun müqabilində ona 5000 manat pul verəcəyini, yaşadıqları evdə və onun idarə etdiyi avtomobildə əlavə olaraq narkotik vasitələr saxladıqlarını, həmin narkotik vasitələri də təqdim edə biləcəyini, avtomobilə və yaşadıqları evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təzyiqlər göstərilmədiyini bildirmişdir. Sonra o, da verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, aşkar edilmiş narkotik vasitəni 2 gün əvvəl Siyəzən rayonunda dəniz kənarından qohumu Təqsirləndirilən şəxs1la birlikdə əldə etdiklərini, özünün bu işdə Təqsirləndirilən şəxs1 köməklik etdiyini, əvəzində sonuncunun ona 5000 manat pul verəcəyini, həmçinin idarə etdiyim avtomobildə və yaşadıqları evdə də əlavə olaraq narkotik vasitə olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təziqlər tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra BNMİ-nin inzibati binasının həyətində saxlanılmış onun idarə etdiyi “Hyundai Sonata” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı ona və Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, avtomobildə saxladıqları qanunla qadağan olunmuş əşya və maddələr varsa onları təqdim etsinlər. Bu təklifdən sonra o və Təqsirləndirilən şəxs1 avtomobilin arxa sol qapısını açaraq avtomobilin salon hissəsində arxa ayaqaltı hissədə olan 10 ədəd sellofan bağlamanı təqdim etmişlər və həmin sellofan bağlamaların içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişlər. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumilikdə 12 kq 80 qram olması məlum olmuşdur. Avtomobildən aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirilmiş və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. O və Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq avtomobildən aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, həmin kütlələrin İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxs tərəfindən onlara göndərdiliyini bildirmişlər. Bundan sonra onların yaşadıqları ünvana gəlinmişdir. Polis əməkdaşları onlara yaşadıqları ünvada saxladıqları qanunla qadağan olunmuş əşya və maddələri təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra o və Təqsirləndirilən şəxs1 yaşadıqları evin yataq otağında saxladıqları 16 ədəd sellofan bağlamda olan narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini təqdim etmişlər. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və narkotik vasitə qurudulmuş marixuananın ümumilikdə çəkisi 29 kq 435 qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılmış və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı o və Təqsirləndirilən şəxs1 evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın özlərinə məxsus olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs2 həmin ifadəsində üzərindən, idarə etdiyi avtomobildən və yaşadıqları ünvandan aşkar edilmiş narkotik vasitələrin Təqsirləndirilən şəxs1 tanışı “Həsən" adlı İran İslam Respublikasının vətəndaşı tərəfindən onlara göndərildiyini, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs1la birlikdə gedib Siyəzən rayonu ərazisində dəniz sahilində tanımadığı İran İslam Respublikasının vətəndaşlarından təhvil aldıqlarını, həmin şəxslərin Siyəzən rayonu ərazisinə gəmi vasitəsi ilə gəldiklərini, həmin narkotik vasitələri “Həsən” adlı şəxsin təlimatı əsasında müxtəlif ünvanlara qoyacaqlarını, birlikdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün “Həsən” adlı şəxsin onlara əvvəlcədən 1000 manat pul göndərdiyini və sonradan isə əlavə olaraq 45000 manat pul verəcəyini, 1000 manat pulun onun adına olan plastik bank kartının hesabına köçürüldüyünü, birlikdə gedib narkotik vasitələri götürməkdə və sonradan narkotik vasitələri müxtəlif ünvanlara qoyulmasında Təqsirləndirilən şəxs1 köməklik etdiyi üçün sonuncunun ona 5000 manat pul verəcəyini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını, özünün də polis əməkdaşlarının göstərişlərinə tabe olduğunu və heç bir müqavimət göstərmədiyini bildirmişdir (cild 1, iş vərəqi 150-153). İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, dindirmə protokollarındakı imzalar ona aid olsa da, o, həmin ifadəni təsdiq etmir, ibtidai istintaq zamanı belə bir ifadə verməmişdir. İyun ayının 7-də polis əməkdaşları tərəfindən tutulub saxlanılan zaman özündə olmamış, bu səbəbdən hansı sənədlərə imza etdiyini bilməmişdir. O, Siyəzən rayonuna bir dəfə 5 iyun tarixində getmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 07 iyun 2024-cü il tarixində, saat 21:30 radələrində Elçin və Əli adlı şəxslər Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi ərazisində tərəflərindən saxlanılaraq Baş İdarəyə gətirilmişlər. Baş İdarədə təhqiqatçının iştirakı ilə həmin şəxslərin üzərinə baxış keçirilmiş, baxış zamanı Elçin və Əli hər birində 01 ədəd olmaqla bükümləri təqdim etmişlər. Həmin bükümlərdə nə olduğu soruşulduqda marixuana olduğunu demişlər. Təhqiqatçının iştirakı ilə həmin bükümlər tərəzidə çəkilmişdir. Elçinin təqdim etdiyi bükümün içərisində 23 qram, Əlinin təqdim etdiyi bükümün içərisində isə 22 qram marixuana olduğu təsdiqlənmişdir. Həmin narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda onlar narkotiki hadisə günündən 02 gün əvvəl Siyəzən rayonu ərazisində dəniz kənarında “Həsən” adlı İran İslam Respublikası vətəndaşının yönləndirdiyi başqa İran İslam Respublikası vətəndaşlarının vasitəsilə qayıqla gətirib onlara təhvil verdiklərini demişlər. İranlı bunun müqabilində Əliyə 45000 manat, Elçinə isə 5000 manat pul verəcəyini demişdir. Daha sonra onlar avtomobillərində də narkotik vasitə olduqlarını etiraf etmişlər. Avtomobilə baxış keçirilən zaman təxminən 12-13 kiloqram çəkidə marixuana aşkar edilmişdir. Avtomobilə baxış keçirildikdən sonra evlərində də narkotik vasitə olduğunu demişlər. Xətai rayonu ərazisində yerləşən mənzilə baxış keçirilən zaman 29 kiloqrama yaxın çəkidə marixuana aşkar edilmişdir. Həmin narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda onlar narkotikləri Siyəzən rayonu ərazisində “Həsən” adlı İran İslam Respublikası vətəndaşından 45000 manat pul müqabilində əldə etdiklərini demişlər, Əli də Elçinin ona köməklik göstərməsi ilə əlaqədar 5000 manat pul verəcəyini etiraf etmişdir. Əldə olunmuş narkotik vasitələr istintaqa təhvil verilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, həm şəxslərin saxlanılmasında, həm də üzərlərinə baxış keçirilməsində iştirak etmişdir. Şəxslər saxlanılan zaman narkotik vasitənin təsiri altında olmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və birinci instansiya məhkəməsində tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadəsilə Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 224-228). Cinayət işində olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Yevlax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 6). Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunan, Yevlax şəhəri, ünvan 10 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 07 iyun 2024-cü il tarixdə, saat 21:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi "Hyundai Sonata" markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomaşının yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 12). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, onlara paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1(bir) ədəd ev açarı, 1(bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan "Redmi" markalı mobil telefon və 1(bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 22 (iyirmi iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Redmi" və 1 (bir) ədəd "Samsung" markalı mobil telefonlar bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd ev açarı özünə geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan həmin şalvarın sol yan cibindən 1 (bir) ədəd üzərində 5239 1517 0815 8855 nömrəsi olan plastik bank kartı, 1 (bir) ədəd avtomobil açarı və 1(bir) ədəd içərisində simkart nömrəsi olmayan "Redmi" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 23 (iyirmi üç) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfimdən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd "Redmi" markalı mobil telefon və 1(bir) ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd avtomobil açarı isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan "Həsən" adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Siyəzən rayonunda dəniz kənarından tanımadığı və adlarını bilmədiyi İran İslam Respublikası vətəndaşlarından "Həsən" adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, Siyəzən rayonu ərazisində dəniz kənarında görüşdüyü İran İslam Respublikası vətəndaşlarının görüşdükləri yerə gəmi vasitəsi ilə gəldiklərini, "Həsən" adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona 45000 (qırx beş min) manat pul verəcəyini, əvvəllər də deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik vasitə əldə etdiyini, Təqsirləndirilən şəxs2 onun qohumu olduğunu, narkotik vasitələrin götürülməsində və paylanılmasında ona köməklik etdiyini, əvəzində ona 5000 (beş min) manat pul verəcəyini, həmçinin Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə və yaşadıqları evdə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, göz nahiyəsində olan xəsarəti siqaret vasitəsi ilə özü-özünə yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, Əlinin dediklərini təsdiq edərək həmin kütləni 2 (iki) gün əvvəl Siyəzən rayonunda dəniz kənarından qohumu Təqsirləndirilən şəxs1 götürdüyünü, deyilən ünvanlara qoymaqda köməklik etməsi üçün ona verdiyini, əvəzində Əlinin ona 5000 (beş min) manat pul verəcəyini, həmçinin idarə etdiyi avtomobildə və yaşadıqları evdə də narkotik maddə saxladığını, avtomobilə və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 49- 52). Avtomobilə baxış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdiyi "Hyundai Sonata" markalı 77-CL311 dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan avtomobilə baxış və götürmə aparılması haqqında 08 iyun 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözü gedən avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermələri təklif edilmiş, bu təklifdən sonra həmin avtomobilin arxa sol qapısını açaraq 10 (on) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişlər. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 12 (on iki) kq 80 (səksən) qram olmuş, sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxslər, müdafiəçilər tərəfindən imzalanmışdır. Daha sonra avtomobilin digər hissələrinə baxış keçirildi və qanunla qadağan olunuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq avtomobildə aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan "Həsən" adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Siyəzən rayonunda dəniz kənarından tanımadığı və adlarını bilmədiyi İran İslam Respublikası vətəndaşlarından "Həsən" adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, "Həsən" adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona 45000 (qırx beş min) manat pul verəcəyini, Elçinin narkotik vasitələrin götürülməsində və paylanılmasında ona köməklik etdiyini, əvəzində ona 5000 (beş min) manat pul verəcəyini bildirmişdir (cild 1, iş vərəqi 57-59). Evə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan baxış və götürmə aparılması haqqında 08 iyun 2024-cü il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra evin yataq otağından 16 (on altı) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişlər. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 29 (iyirmi doqquz) kq 435 (dörd yüz otuz beş) qram olmuşdur. Daha sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxslər, müdafiəçilər, iştirakçılar imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq evdə aşkar olunmuş kütlələrin və elektron tərəzinin onlara məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan "Həsən" adlı şəxsin vasitəsi ilə 2 (iki) gün əvvəl Siyəzən rayonunda dəniz kənarından tanımadığı və adlarını bilmədiyi İran İslam Respublikası vətəndaşlarından "Həsən" adlı şəxsin göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, "Həsən" adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona 45000 (qırx beş min) manat pul verəcəyini, Elçinin narkotik vasitələrin götürülməsində və paylanılmasında ona köməklik etdiyini, əvəzində ona 5000 (beş min) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq evdə aşkar olunmuş kütlələrin onlara məxsus olduğunu, Əlinin dediklərini təsdiq edərək həmin kütləni 2 (iki) gün əvvəl Siyəzən rayonunda dəniz kənarından qohumu Təqsirləndirilən şəxs1 götürdüyünü, deyilən ünvanlara qoymaqda köməklik etməsi üçün ona verdiyini, əvəzində Əlinin ona 5000 (beş min) manat pul verəcəyini bildirmişdir (cild 1, iş vərəqi 64-66). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/933 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 19,49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 20,83 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 idarə etdiyi...avtomobildən...” yazısı və imzalar olan boz rəngli bağlamadakı 10 (on) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1000 qram, 1000 qram, 995 qram, 1040 qram, 1030 qram, 1035 qram, 1000 qram, 1000 qram, 995 qram, 1005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 10100 qram. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilmiş..." yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 09 (doqquz) ədəd sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri - 1950 qram, 1960 qram, 2170 qram, 1970 qram, 980 qram, 490 qram, 1960 qram, 1965 qram, 1965 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 15410 qram. Tədqiqata təqdim edilmiş qara rəngli polietilen torbadakı 05 (beş) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1960 qram, 1970 qram, 1965 qram, 2445 qram, 580 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 8920 qram. Tədqiqata təqdim edilmiş qara rəngli polietilen torbadakı 02 (iki) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1950 qram, 1960 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-3910 qram. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş həmin qara rəngli polietilen torbadakı 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 82-86). xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 ibtidai istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı deyərək həmin ifadələrini təsdiq etmişlər (cild 1, iş vərəqi 109-113). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 118-120). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 136-138). Maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 19,39 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 20,73 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 idarə etdikləri avtomobildən və yaşadıqları ünvandan aşkar edilərək götürülmüş qalıq çəkisi 38337,4 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 186-188, 190). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(011)- 526/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərara əsasən əməliyyat tədbirinin təxirəsalınmadan həyata keçirilməsi qərarı qismən qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 191-193). Mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı müəyyən edildi ki, mobil telefon parlaq qara rəngli olmaqla işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması və mobil telefonun ***-***-**-** saylı "xxxx" operatoruna məxsus nömrə ilə istifadə edildiyi müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilərkən mobil telefonun "Qalereya" bölməsində 07 iyun 2024-cü il tarixdə saat 20:51 dəqiqədə qeydə alınmış 13 saniyə həcmində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin görüntüsünü özündə əks etdirən videoçəkiliş aşkar olundu, həmin videoçəkilişdə üzü görünməyən iki nəfər kişi cinsli şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təmizləməklə məşğul olurlar. Bundan əlavə mobil telefonun "Qalereya" bölməsində 07 iyun 2024-cü il tarixdə saat 20:59 dəqiqədə qeydə alınmış 05 saniyə həcmində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin görüntüsünü özündə əks etdirən videoçəkiliş aşkar olundu, həmin videoçəkilişdə üzü görünməyən iki nəfər kişi cinsli şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı təmizlədikdən sonra həmin kütləni sellofan torbaya yığırlar. Bundan əlavə mobil telefonun "Qalereya" bölməsində 05 iyun 2024-cü il tarixdə saat 20:50 dəqiqədə çəkilmiş 02 ədəd narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin fotoşəkili, 06 iyun 2024-cü il tarixdə saat 09:58, saat 18:55, saat 20:16, saat 20:16 və saat 20:26 dəqiqədə çəkilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan sellofan bağlamaların və narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin fotoşəkilləri aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanına baxış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, həmin ünvandan aşkar edilmiş içərisindən narkotik vasitələr aşkar edilmiş sellofan bağlamalar və həmin ünvanın döşəmə hissəsi ilə Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefonun yaddaşından aşkar edilmiş fotoşəkillərdə olan sellofan bağlamalar, sellofan bağlamaların sayı və həmin sellofan bağlamaların çəkildiyi ünvanın döşəmə hissəsi eynilik təşkil edir. Bundan əlavə mobil telefonun "Qalereya" bölməsində 04 iyun 2024-cü il tarixdə saat 23:30 dəqiqədə çəkilmiş Siyəzən rayonu ərazisinin xəritə üzrə konumunun 01 ədəd fotoşəkili aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus olan mobil telefonun "Whatsapp" proqram təminatının "Söhbətlər" bölməsində adı "həsən Yeznə” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 939 *** **** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında yazışmalar olduğu müəyyən edildi. Belə ki, 04 iyun 2024-cü il tarixdə saat 08:16-da "həsən Yeznə" adı ilə qeyd olunmuş +98 939 *** **** nömrənin istifadəçisi Təqsirləndirilən şəxs1 mobil telefonuna "Qağa sabahın xeyir olsun, qadan alım vallah billah mən sizə hansı dillə deyim, vallah orda mal yoxdur, olan deyir ağa qorxuram, hər kəs deyir varımdı, elə uşaqların hansı götürüb bağlayır, qurana and olsun deyir aparıb duz atıblar, sən mənə bir neçə gün fürsət ver, səhərə bir günə atmalıyam” məzmunlu səsli ismarıc göndərmişdir. 04 iyun 2024-cü il tarixdə saat 09:05-də Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefondan "həsən Yeznə" adı ilə qeyd olunmuş +98 939 *** **** nömrənin istifadəçisinə "Sənində sabahın xeyir, nə yaxşı siviyaza çıxa bildin, ağsaqqal kim deyir onu nətərki yoxdur, əlli dəfə mən ay-noyun götürmüşəm ondan sonra, sənin adamın səni aldadır (söyüş ifadə edir), yalan deyir, var, səndən sonra mən 8-9 dəfə tema götürmüşəm” məzmunlu səsli ismarıc göndərmişdir. Bundan əlavə mobil telefonun "Whatsapp" proqram təminatının "Söhbətlər" bölməsində adı "Firuz İkaa" kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 935 *** **** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında yazışmalar olduğu müəyyən edildi. Belə ki, 07 iyun 2024-cü il tarixdə saat 13:12-da Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefondan "Firuz İkaa" adı ilə qeyd olunmuş +98 935 *** **** nömrənin istifadəçisinə "Füzü uşaqlara neçə dənə tema tulladın, razı qaldılarmı, mən siviyaza çıxmıram bir iki gündür onlarla, üstünə sağlıq bir az canım ağrıyır dincəlirəm, qoy danışaram onlarla görüm nə deyir" məzmunlu səsli ismarıc göndərmişdir. Bundan əlavə mobil telefonun "Whatsapp" proqram təminatının "Söhbətlər" bölməsində adı "Əxxi" kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus olan +98 939 *** **** mobil nömrənin istifadəçisi ilə əvvəllər Təqsirləndirilən şəxs1 arasında yazışmaların aparıldığı, lakin +98 939 *** **** mobil nömrənin istifadəçisi "Whatsapp" proqram təminatının "Söhbətlər" bölməsində olan məlumatların 24 saatdan sonra avtomatik silinmə rejiminə qoyduğundan "Söhbətlər" bölməsində olan yazışmaların silindiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 204-210). Mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd "Redmi Xiaomi" markalı mobil telefonun yaddaşında olan məlumatlara baxış keçiriimiş, baxış zamanı müəyyən edildi ki, mobil telefon parlaq göy rəngli olmaqla işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması və mobil telefonun ***- ***-**-** saylı "xxxx" operatoruna məxsus nömrə ilə istifadə edildiyi müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilərkən mobil telefonun "Qalereya" bölməsində 07 iyun 2024-cü il tarixdə saat 20:14 dəqiqədə qeydə alınmış 01 dəqiqə 16 saniyə həcmində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkilməsini özündə əks etdirən videoçəkiliş aşkar olundu, həmin videoçəkilişdə üzü görünməyən kişi cinsli şəxs açıq şəkildə olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni tərəzidə çəkir və digər şəxs isə videoçəkiliş apararaq "Qaqa təmiz çəkisi 972 qram, 30 qram yenə əskikdir, allaha and olsun biz də 30- 50 qrama İşləyirik, bunu niyə belə edirlər ki, mən bir dəfə görmədim ki, üstünə 50-100 qram artıq qoysunlar, sonra həmin şəxs narkotik vasitəyə oxşar kütlənin aşkar olunduğu sellofanı ayrıca tərəzidə çəkir və sellofanın 30 qram olduğunu, vallah belə olması heç olmasa üstünə 30-40 qram qoyun ki, bizdə burdan prob veririk, heç olmasa ziyana işləməyək" sözlərini qeyd edir. Bundan başqa mobil telefonun "Qalereya" bölməsində 07 iyun 2024-cü il tarixdə saat 20:14 dəqiqədə qeydə alınmış 01 dəqiqə 16 saniyə həcmində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin elektron tərəzidə çəkilməsini özündə əks etdirən videoçəkiliş aşkar olundu, həmin videoçəkilişdə üzü görünməyən kişi cinsli şəxs sellofan bağlamada olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni tərəzidə çəkir və digər şəxs isə videoçəkliş apararaq "Bax qardaşım düz 1 kilo 2 qramdır, bax-bax sellofanla birlikdə, əlimdə bax bu sənin öz sellofanındır, buradan isə prob götürülüb" sözlərini qeyd edir və sonra həmin kütlənin qablaşdırıldığı sellofan açılır. Bundan əlavə mobil telefonun "Qalereya" bölməsində 07 iyun 2024-cü il tarixdə saat 18.55, saat 19:33, saat 19:48, saat 19:51 və saat 20:13 dəqiqədə çəkilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan sellofan bağlamaların fotoşəkilləri aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanına baxış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, həmin ünvandan aşkar edilmiş içərisindən narkotik vasitələr aşkar edilmiş sellofan bağlamalar və həmin ünvanın döşəmə hissəsi ilə Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefonun yaddaşından aşkar edilmiş fotoşəkillərdə olan sellofan bağlamalar, sellofan bağlamaların sayı və həmin sellofan bağlamaların çəkildiyi ünvanın döşəmə hissəsi eynilik təşkil edir. Bundan əlavə mobil telefonun "Qalereya" bölməsində 06 iyun 2024-cü il tarixdə saat 22:37 və saat 23:25 dəqiqədə çəkilmiş içərisində narkotik vasitə olan qara rəngli sellofan bağlamanın yerləşdirildiyi ünvanı istintaqa məlum olmayan ərazinin 02 ədəd fotoşəkili aşkar edilmişdir (cild 1, iş vərəqi 211-217). Mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan 01 ədəd "Redmi Xiaomi" markalı mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, mobil telefon parlaq göy rəngli olmaqla işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması və mobil telefonun üzərində danışıq nömrəsinin olmadığı müəyyən edildi. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilərkən mobil telefonun "Qalereya" bölməsində 06 iyun 2024-cü il tarixdə saat 20:08, saat 20:09 və saat 20:11 dəqiqədə çəkilmiş içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan sellofan bağlamaların fotoşəkilləri aşkar olunur. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, Corat küçəsi, ev 6 ünvanına baxış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, həmin ünvandan aşkar edilmiş içərisindən narkotik vasitələr aşkar edilmiş sellofan bağlamalar və həmin ünvanın döşəmə hissəsi ilə Təqsirləndirilən şəxs2 məxsus olan mobil telefonun yaddaşından aşkar edilmiş fotoşəkillərdə olan sellofan bağlamalar və həmin sellofan bağlamaların çəkildiyi ünvanın döşəmə hissəsi eynilik təşkil edir. Bundan əlavə mobil telefonun "Fotolar" bölməsində 05 iyun 2024-cü il tarixdə saat 22:45 dəqiqədə, 06 iyun 2024-cü il tarixdə saat 00:13, saat 00:28 və saat 00:48 dəqiqədə çəkilmiş içərisində narkotik vasitə olan qara rəngli sellofan bağlamanın yerləşdirildiyi ünvanı istintaqa məlum olmayan ərazilərin 04 ədəd fotoşəkili aşkar edilmişdir. Bundan əlavə mobil telefonun "Fayl İdarəedicisi" qovluğunun "Whatsapp" bölməsində iran ləhcəsi ilə danışan kişi cinsli naməlum şəxsə məxsus 09 saniyə həcmində "AUD- 20240604-WA0017" adlı səs yazısı müəyyən edildi. Həmin səs yazısında iran ləhcəsi ilə danışan şəxs "Ayə yolunan sahilin 500 metr fasiləsi var, sahildə görüşəcəklər, qumsaxda, çimənlik yerdi, orda nə problem var ki" sözlərini bildirir (cild 1, iş vərəqi 218-221). Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, onların aşkar edilmiş külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib saxladıqları, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan "Həsən” adlı şəxslə əlaqələrinin olması və birlikdə fəaliyyət göstərmələri, "Həsən” adlı şəxsin həmin narkotik vasitələri cinayətin törədilməsində əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göndərməsi, sonuncuların narkotik vasitələri satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmaları və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin "Həsən" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir (cild 1, iş vərəqi 223). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4968 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 239- 240). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4972 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 241-242). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 337/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya izi aşkar edilmədi. Sağ qaşın bayır bucağı nahiyəsində qeyd olunan sıyrıq küt mexanizmə malik əşya təsirindən yarana bilərdi, törənmə müddəti xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi müayinəsindən 3-4 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 243-246). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 338/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sol dizinin ön səthində qeyd olunan sıyrıq küt mexanizmə malik əşyanın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir, özü tərəfindən yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 1, iş vərəqi 247-250). Arayış, xasiyyətnamə və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 adlı uşaqları vardır. O, orta ixtisas təhsillidir, ailəli olub boşanmışdır, ətrafında yaşayan insanlarla münasibəti yaxşıdır. Yevlax şəhəri, Füzuli küçəsi, 23/2 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Yaşadığı müddətdə onun barəsində heç bir şikayət xarakterli məlumat daxil olmamışdır (cild 2, iş vərəqi 58-660). Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 14 ünvanda yaşadığı müddət ərzində qonşularla yaxşı münasibətlər qurmağa çalışmış, küçənin və ətraf məhəllənin sakinləri ilə qismən ünsiyyətdə olmuş, birgəyaşayış qaydalarına riayət etməyə çalışmışdır. Onun barəsində heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 58-62). İş materiallarında olan qəbzdən görünür ki, X4 “Hyundai Sonata” markalı **-CC-*** nömrəli avtomobili saz və işlək vəziyyətdə təhvil almışdır (cild 2, iş vərəqi 84). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd DVD disk, avtomobilə baxış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd DVD disk, evə baxış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 90-116). Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 118-119). Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə "Bakcell” MMC-dən daxil olmuş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 08 iyun 2023-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edildi ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC/LGL- 18585/24 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk "Toshiba" markalı komputerin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid 01 ədəd faylın içərisində 06 ədəd qovluq vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilərək müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda yazışmalar olmuşdur: xx.xx.2023-cü il tarixdə saat 09:28:01-də +**********50 nömrədən +**********66 nömrəyə - "Qaqa yeke oglansan nolarki vezyetden cxartda özunde bu yoldasan bilirsən lomka nədi gəlimdə 15 qeqiqeye" məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17:13:10-da +**********50 nömrədən +**********87 nömrəyə - "bir damcıda daş qoy imkan varsa nolar qaqa məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 13:29:31-də +**********50 nömrədən +**********27 nömrəyə - "Salam qardaw elidi, imkan varsa 20 gundu elemirem 5-3 tustu cekdirerdin" məzmunda sms göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:04:40-da +**********50 nömrədən +**********27 nömrəyə - "Salam qaqa nağarsan, qaqa 10 nux torpaq götürməy olar" məzmunda sms göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:37:42-də +**********50 nömrədən +**********87 nömrəyə "Nolar ordasan mənə 1 dənə ayrı çet götr nolar qardaşımsan 8 m var" məzmunda sms göndərilmişdir (cild 2, iş vərəqi 141-142). Maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərə və smslərə dair məlumatların əks olunduğu "Bakcell” MMCdən xx.xx.2024-cü il tarixli BKC/LGL- 18585/24 nömrəli məktubla götürülmüş 01 ədəd CD diskin yaddaşında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunduğundan həmin CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 143-145). Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 147- 148). Cinayət işinin materiallarında başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə və qrupun üzvü İran İslam Respublikasının vətəndaşı "Həsən” adlı şəxsin, habelə qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 168-170). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 49-50). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 2, iş vərəqi 51-57). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onların əməlində Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməli, bundan başqa, onların əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcud olduğundan qeyd edilən maddələr üzrə təqsirli bilinməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun qeyd edilən cinayət üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə almış, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmiş, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya protestinin dəlilinə qiymət verərək qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin əməllərini tövsif edərkən iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyyətli və şübhəli məqamları nəzərə almamış və nəticədə əməlin tövsifində səhvə yol vermişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə 07 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları 07 iyun 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirləri keçirmişlər və bu tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 21:30-da yaşadıqları ünvanın yaxınlığında saxlanılaraq üzərlərinə şəxs axtarış, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə və yaşadıqları mənzilə baxış keçirilmiş və həmin vaxt onlardan ittiham aktında göstərilən narkotik vasitələr və bir ədəd üzərində narkotik vasitənin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətlərinin olması sübuta yetirilsə də, onların əməlində Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması sübuta yetirilmədi. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham ondan ibarətdir ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitənin qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamla (qaçaqmalçılıqla bağlı) bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli qaçaqmalçılıqla keçirilməsinə qabaqcadan vəd etməklə köməklik etməsi nəticəsinə gəlsə də, həmin narkotik vasitələrin gömrük sərhədinin məhz hansı hissəsindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilib-keçirilməməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin keçirilməsində konkret rolu, kiminlə əlaqəyə girməsi və ya kimə nə vaxt, hansı formada vəd verməsi ümumiyyətlə araşdırmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən hər bir cinayət işi üzrə cinayət əməlinin törədildiyi vaxt dəqiq müəyyən edilməli və qeyd edilən məsələ sübutlar əsasında təsdiq edilməlidir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 nə zaman (hansı tarixdə) Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini göstərən heç bir sübut yoxdur. Bu məsələ özü-özlüyündə ciddi məsələdir. Belə ki, cinayətin törədildiyi vaxtın müəyyən edilməsi əhəmiyyətli məsələlərdən birini təşkil edir. Ən azı ona görə ki, Cinayət Məcəlləsinin 75-ci maddəsində müddətin keçməsinə görə cinayət məsuliyyətindən azad olunma institutu müəyyən edilmişdir. Cinayətin törədilmə vaxtını müəyyən etmədən Cinayət Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş məsələnin həll edilməsi mümkün deyil. Bundan başqa, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı “Həsən” adlı şəxslə və qeyriləri ilə qabaqcadan əlbir qrup şəxs halında hərəkət etməsi (cinayət törətməsi) nəticəsinə gəlsə də, “Həsən” adlı şəxsin real həyatda mövcud olubolmamasını, olduğu halda onun İran İslam Respublikasının və ya digər ölkənin vətəndaşı olub-olmamasını ümumiyyətlə araşdırmamış və bu hissədə yalnız təqsirləndirilən şəxslərin ifadələrinə əsaslanmışdır. Başqa sözlə, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin ifadələrində göstərdiyi arqumenti yoxlamadan, yəni “Həsən” adlı şəxsin həqiqətən də mövcud olmasını, Təqsirləndirilən şəxs1 məhz “Həsən” adlı şəxslə “işgüzar” münasibətdə olmasını aydınlaşdırmadan, habelə “Həsən” adlı şəxsin ifşa olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində ən azından İran İslam Respublikasının səlahiyyətli orqanlarına bu barədə müraciət etmədən təqsirləndirilən şəxsə əsassız şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində qaçaqmalçılığın törədilmə üsulları kimi malların və ya digər əşyaların gömrük sərhədindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxun bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi göstərilmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - qaçaqmalçılıq cinayətinin ictimai təhlükəliliyi cinayət tərkibinin obyektiv cəhətinə daxil olan əməllərin törədilməsi nəticəsində malların ölkəmizin gömrük sərhədindən keçirilməsinin müəyyən edilmiş qaydalarının və şərtlərinin pozulmasından ibarətdir. Qaçaqmalçılıq cinayəti formal təribli cinayət əməlidir. Qaçaqmalçılıq faktiki olaraq əşyaların gömrük sərhədindən keçirildiyi andan başa çatmış hesab edilir. Göründüyü kimi təqsirkarın törətdiyi əməlin qaçaqmalçılıq cinayət əməli kimi tövsif edilməsi üçün yeganə əsas - təqsirkar tərəfindən Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş hərəkətin və ya hərəkətlərin icra edilməsidir. Başqa sözlə, şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini törətdiyi halda Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilə bilər. Qeyd edilən hüquqi mövqe, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair” 06 yanvar 2021-ci il tarixli qərarında da nəzərdə tutulmuşdur. Belə ki, həmin qərarda göstərilmişdir ki, şəxs tərəfindən malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti kimi tövsif edilir ki, cinayət əməlini törətmiş şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin dispozisiyasındakı cinayətin obyektiv cəhətini təşkil edən və Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Həmçinin qərarda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən qanunsuz olaraq keçirən və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda saxlayan və daşıyan şəxsin əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından görünür ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 206-cı maddəsi üzrə tövsif edilməsi üçün həmin şəxs tərəfindən mütləq qaydada həmin maddənin dispozisiyasındaki cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin törətməsi tələb olunur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittiham istisna olmaqla, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün təsviri əsaslandırıcı hissəsində qeyd edilən cinayət əməllərini törətməsi cinayət işi üzrə olan sübutların məcmusu, həmçinin işin faktiki halları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş həmin ittihamın əsasını yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilməmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi aşkar edilmiş narkotik vasitələrin qanunsuz olaraq əldə olunub daşınmasından və saxlanmasından heç bir məlumatının olmaması, onun Elçin Əburəhimovla birlikdə deyil, evdə saxlanılması, ibtidai istintaq zamanı etirafedici ifadəni verməsinə yeznəsi Təqsirləndirilən şəxs2 buraxılmasına nail olmaq istəməsi barədə Təqsirləndirilən şəxs1, habelə narkotik vasitələri Təqsirləndirilən şəxs1la deyil, təkbaşına əldə edib daşıması və saxlaması barədə Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, onlar belə ifadələr verməklə Təqsirləndirilən şəxs1 törətdiyi ağır cinayətə görə məsuliyyətdən və cəzadan kənar qalması məqsədini güdmüşlər. Məhkəmədə araşdırma zamanı Təqsirləndirilən şəxs1 həmin cinayətlərdə birbaşa iştirakı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapdı. Bu mənada təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini, həmin ifadələr iş üzrə toplanmış sübutlarla təsdiq edildiyindən məhkəmə sübut kimi qəbul etmişdir. Müdafiə tərəfi məhkəməyə disk təqdim edərək həmin diskdəki görüntülərlə Təqsirləndirilən şəxs1 törədilmiş cinayətdə iştirak etməməsi, sonuncunun polis əməkdaşları tərəfindən Elçin Abdurhimovla birlikdə deyil, yaşadığı mənzildə saxlanması iddiasını irəli sürmüşdür. Həmin disk birinci instansiya məhkəməsində tədqiq edilərkən müəyyən edilmişdir ki, diskdəki görüntülər qısametrajlı xarakter daşımaqla hansısa hadisənin tam təfərrüatını deyil, qırıqqırıq olmaqla onun ayrı-ayrı hissələrini əhatə edir. Bundan başqa həmin diskin mötəbər olması, hansı qaynaqdan əldə edilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəblərdən həmin görüntülərin təqsirləndirlən şəxslərin ittiham olunduğu cinayətə aidiyyəti olub-olmaması, habelə təsvirlərdə olanlardan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda və ya birlikdə saxlanılmalarını müəyyən etmək mümkün olmamışdır. Ona görə də, məhkəmə təqdim edilmiş diski iş üzrə sübut kimi qəbul etməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, daşımış və saxlamışlar, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri mövcud olduğundan qeyd edilən maddələr üzrə təqsirli bilinməlidirlər. Belə olan halda məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası təqsirləndirlən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (cild 2, iş vərəqi 51-57). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı xx.xx.2024-cü ildə çəkib qurtardığı gündən iki il keçmədiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi üçün onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-nin 8.1, 41.2, və 58-ci maddələrini nəzərə almaqa ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya protesti və şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-888/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 28 aprel 2025-ci il tarixli, 141 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət almasına, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət almasına, 234.4.1 və 234.4.3-cü maddələri il ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(101)-888/2025 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 385 (üç yüz səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına; Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 35 (otuz beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 385 (üç yüz səksən beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar