Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1406/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, 13 avqust 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87 Xəzər RPİ-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi VOXR küçəsi 41 saylı evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)- 120/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-120/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 11 iyun 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəmkir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətdə olan oğlu Amil Qayıbovu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən hərbi hissələrindən birinə köçürtdürəcəyini vəd etməklə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs 26 iyul 2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əncirlik bağlar sahəsində yerləşən fərdi yaşayış evinin içərisində 3000 manat pulunu və 28 iyul 2020-ci il tarixdə, saat 19 radələrində həmin ünvanda yerləşən evinin həyətində 1000 manat pulunu ələ keçirmiş, lakin vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, cəzaçəkmə müddətinin azaldılmasını və işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, törətdiyi əməldən peşmandır. Onun himayəsndə 2 azyaşlı övladı var. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəyinə söz verir. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək məhkum edilmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı X5 məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsas olduğundan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)- 120/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hökmdən və cinayət işinin materiallarından göründüyü kimi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamla ona qarşı irəli sürülmüş cinayət əməlini törətməsi birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidin ifadələri, o cümlədən iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, hökm çıxarılan dövrdə məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar mövcud olmamışdır. Lakin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, cinayət qanunvericiliyinin tələbinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət işinin icraatına xitam verilməsi üçün qanuni əsaslar yaranmışdır. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən də görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş maddi ziyanı tam şəkildə ödəmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində hökm çıxarılarkən onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud olmasa da, hazırda onun zərərçəkmiş şəxslə barışması və dəymiş maddi ziyanı tamamilə ödəməsi cinayət qanunu müddəalarına əsasən məsuliyyətdən azad olunması üçün əsas kimi qəbul edildiyindən, o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, müvafiq məhkəmə hökmünün qəbul olunmasından sonra məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün qanuni əsas yarandığından birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunduğu üçün barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 saat hüquqi xidmətə görə Müdafiəçi2 60 manat (10x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.3-cü maddəsini rəhbər tutaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhər Xəzər rayon Məhkəməsinin 1(003)- 120/2021 saylı, 30 iyun 2021-ci il tarixli hökmü ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taborunun əməkdaşlarına həvalə edilsin. Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə Müdafiəçi2 dövlət büdcə vəsaiti hesabına 60 (altmış) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Mirzəli Abbasov Hakimlər: Ramin Qaraqurbanlı Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-1406/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1406/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver