Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1420/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X6, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-146/2022 saylı, 19 may 2022ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-146/2022 saylı, 19 may 2022-ci il tarixli hökmü ilə (X7 (sədrlik edən və məruzəçi) Fikrət Qəribov və Əli Məmmədov) xx xxxxx 1985-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 nömrəsiz evdə yaşamış, 04 yanvar 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.6-cı və 43.1.2-ci maddələrinə əsasən xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən nümunələrin, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynəyin, bir ədəd maykanın məhv edilməsi, ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs оğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 318.1-ci maddələri ilə ittiham verilmişdir оna görə ki, o, qəsdən adam öldürməyə cəhd etmiş, dövlət sərhəddini qanunsuz olaraq keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs arvadı Şahid2 dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sevgili olub ona xəyanət etdiklərini öyrəndikdən sonra qısqanıb ailə münasibətlərinin pozulmasına Zərərçəkmiş şəxs səbəbkar olmasını düşünərək şəxsi münasibətlərin pozulması zəminində ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib istintaqa məlum olmayan vaxtda və mənbədən bıçaq əldə edib üzərində gəzdirmiş, 28 avqust 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi istiqamətindən çıxıb piyada ünvan 3 ünvanına doğru hərəkət etdiyini görərək qəflətən arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunun onunla əlbəyaxa olub aktiv müqavimət göstərməsinə baxmayaraq qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, ümumilikdə və hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, ümumilikdə 3 ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərdiyindən, qışqırıq səsinə ətrafda şəxslərin toplaşdığını görüb, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdırdığını zənn edib hadisə yerindən qaçdığından, habelə sonuncunun vaxtında Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə törətmiş olduğu cinayət hadisəsi ilə bağlı barəsində axtarış elan olunduğuna görə cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə qanunsuz olaraq İran islam Respublikasına getmək qərarına gəlib, niyyətini həyata keçirmək üçün 15 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddini qəsdən qanunsuz olaraq dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Yardımlı rayonunda yerləşən 1-ci sərhəd zastavasınm 16-cı sahəsindən İran İslam Respublikası istiqamətində keçmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər оna görə ki, o, arvadı Şahid2 dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sevgili olub ona xəyanət etdiklərini öyrəndikdən sonra qısqanıb ailə münasibətlərinin pozulmasına Zərərçəkmiş şəxs səbəbkar olmasını düşünərək şəxsi münasibətlərin pozulması zəminində ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib istintaqa məlum olmayan vaxtda və mənbədən bıçaq əldə edib üzərində gəzdirmiş, 28 avqust 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs onların yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evi istiqamətindən çıxıb piyada ünvan 3 ünvanına doğru hərəkət etdiyini görərək qəflətən arxadan Zərərçəkmiş şəxs yaxınlaşıb, sonuncunun onunla əlbəyaxa olub aktiv müqavimət göstərməsinə baxmayaraq qəsdən öldürmək məqsədi ilə əlindəki bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, ümumilikdə və hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bir ədəd, ümumilikdə 3 ədəd deşilmiş-kəsilmiş yaralar kimi xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs fəal müqavimət göstərdiyindən, qışqırıq səsinə ətrafda şəxslərin toplaşdığını görüb, onun almış olduğu xəsarətlərdən ölə biləcəyini və bununla da cinayətkar niyyətini başa çatdırdığını zənn edib hadisə yerindən qaçdığından, habelə sonuncunun vaxtında Bakı şəhəri 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılaraq orada ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda, Zərərçəkmiş şəxs tərəfindən isə ayrıca apellyasiya şikayətləri verilmişdir. Məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, şikayət əməliyyat-axtarış fəaliyyətini və ibtidai araşdırmanı həyata keçirən orqanlar tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının pozulmasının, onun qanunsuz və əsassız həbs edilməsinin, hüquqi əsas olmadan azadlıq hüququndan, müdafiə hüququndan məhrum edilməsinin, işgəncələrə, qəddar və qeyriinsani, ləyaqəti alçaldan rəftara məruz qoyulmasının, əsassız olaraq ağır cinayət məsuliyyətinə cəlb edilməsinin, qərəzsiz, müstəqil və ədalətli olmayan məhkəmə tərəfindən onun qanunsuz və əsassız hökm ilə məhkum olunmasının nəticəsidir. İbtidai istintaqın gedişində və məhkəmə baxışında məlum olmuşdur ki, həqiqətən də, hadisənin baş verməsi ilk gündən tam şəkildə düzgün araşdırılmamışdır. Məlum olmuşdur ki, 28 avqust 2020-ci il tarixdə saat 18 radələrində hadisənin əsas səbəbkarı Zərərçəkmiş şəxs yersiz və heç bir səbəb olmadan Təqsirləndirilən şəxs fiziki təqib göstərmiş, nəticə amili ilə aralarında əlbəyaxa baş vermiş, Təqsirləndirilən şəxs yerdən əlinə dəmir parçası götürərək fiziki affekt vəziyyətində, özünü müdafiə etmək məqsədilə ona xəsarət yetirmişdir. İbtidai istintaq dövrü Təqsirləndirilən şəxs ifadəsindən başqa hadisənin baş vermə mexanizmi heç bir şahid tərəfindən görülməmişdir. Cinayət işi üzrə sübutların əsasını təqsirləndirilən şəxsin ifadəsi və natamam ekspertizanın rəyləri təşkil edir. Həmin sübutlardan göründüyü kimi həqiqətən də Təqsirləndirilən şəxs özünü müdafiə etmiş və heç kimə qəsd etmək fikri olmamışdır. Məhkəmə gedişində ifadə vermiş Şahid2 ibtidai istintaqda vermiş olduğu ifadəni inkar edərək göstərmişdir ki, həqiqətən də zərərçəkmiş Zərərçəkmiş şəxs 2018-ci ildən tanımışdır və mütəmadi olaraq onunla telefon yazışmaları olmaqla, bir-birinin xoşuna gələrək, dəfələrlə görüşərək, bu barədə həyat yoldaşı Tahirin xəbəri olmamış, sadəcə olaraq elə görüntü yaradılmışdır ki, Arzu onun həyat yoldaşı Tahirin borclarının qarşısına çıxaraq onu müdafiə etmişdir. Ancaq çox təəssüflər olsun ki, məhkəmə istintaqında açıqaydın bəlli olmuşdur ki, şahid həyat yoldaşına xəyanət edərək bu barədə onun atası Şahid3 və qardaşı Şahid4 də biləndən sonra özünə qəsd etməyə çalışaraq ətrafdakı insanları aldadaraq, yenidən zərərçəkmişlə görüşərək xx.xx.2020-ci il tarixdə təxminən saat 15:00 radələrində növbəti dəfə Arzu Ağalorvla kirayədə yaşadığı mənzildə görüşdükdən sonra həmin evdən bir kilometr kənarda onun xəbəri olmadan həyat yoldaşı Təqsirləndirilən şəxslə Arzu arasında əlbəyaxa olan zaman Zərərçəkmiş şəxs xəsarət almışdır. Hadisədən sonra bu barədə həm Zərərçəkmiş şəxs, həm də həyat yoldaşı Təqsirləndirilən şəxs ona telefonla məlumat verdikdən sonra, o, Təqsirləndirilən şəxs göstərişi əsasında onunla müxtəlif ünvanlarda yaşamağa başlamışdır. Hadisədən sonra guya Təqsirləndirilən şəxs əlində bıçaq görmüşdür. Lakin bıçağın zahiri forması, ölçüsü və digər atributları onun tərəfindən göstərilə bilməmişdir. Cinayət işi üzrə məhkəmədə dindirilən digər şahidlər - Şahid1, Şahid3 və Şahid4 öz ifadələrində məhkəmədə göstərmişlər ki, həqiqətən də Şahid2 uzun müddətdir 2018-ci ildən gizli olaraq Zərərçəkmiş şəxsla görüşdüyü üçün mütəmadi olaraq təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş tərəfindən müxtəlif üsullarla təzyiqlər göstərilmiş, hətta, o, Xərər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən də həbs edilmişdir. Bununla yanaşı hal-hazırda da zərərçəkmiş şəxsin Şahid1 aldatması barədə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır və Zərərçəkmiş şəxs tərəfindən dəymiş zərər Şahid1 bu günə qədər ödənilməmişdir. Məhkəmə gedişində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadə verərək qeyri-səmimiliyini (barışıq ərizəsini yazmasını, sonra Məhkəməyə teleqram və ərizə göndərməsini və s.) göstərməklə, düzgün ifadə verməmiş, ifadəsində 2018-ci ildən təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid2 ilə gizli görüşərək, onların bir-birindən xoşlarının gəlməsini, bir-birinə dəstək durmalarını, guya Təqsirləndirilən şəxs borclu olduğu şəxslərin qarşısına çıxmasını və hadisə günü, yəni xx.xx.2020-ci il tarixdə onların evindən çıxaraq təxminən bir kilometr kənarda Təqsirləndirilən şəxslə əlbavaxa olaraq, Tahir tərəfindən xəsarət almasını, hadisədən sonra müxtəlif şəxslərə bu barədə telefonla xəbər etməsini və sonra xəstəxanaya özünün getməsini demişdir. (02 iyul 2021-ci il tarixli ibtidai istintaqın “sübutların qiymətləndirilməsi” haqqında qərarda yuxarıda qeyd edilən bütün faktlarla əlaqədar - material Sabunçu rayon prokurorluğunda saxlanılır). Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 1348 №-li rəyindən açıq-aydın görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bir ədəd deşilmişkəsilmiş yarası olan sağlamlığa ağır zərər vurmağa aid və digər iki ədəd yaralar isə yüngül xəsarətə aid olan xəsarət yetirilib. Bu ona dəlalət edir ki, həqiqətən də əlbəyaxa olan zaman təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs öldürmək fikri olmamış və yerdən götürülmüş dəmir parçası ilə özünü müdafiə edərək məqsədi ilə fizioloji affekt vəziyyətdə özündən asılı olmayaraq zərərçəkmişə xəsarət yetirmişdir. Cinayət işi üzrə təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 38 saylı rəyinin 13 səhifəli rəyindən açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ağır durumda olaraq “paranoid şizofreniya" xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ekspertiza absurd fikrə gələrək Azərbaycan Respublikasının CM-nin 21.1 və 21.3-cü maddələrinin təsirinin altına onun düşməməsini göstərməklə sadəcə olaraq obyektiv rəy vermədən, qeyd edilən Məcəllənin 22.1-ci maddəsinin təsirinin altına düşməsini qeyd etməsi və daim həkim-psixiatr nəzarəti altında saxlanılması ona dəlalət edir ki, rəyin özü natamam və məhkəmə tərəfindən qoyulmuş suallara tam cavab vermir və obyektivlikdən uzaq bir sənəddir. Məhkəmə istintaqında elə bir təsəvvür yaradılmışdır ki, guya zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsin xeyli miqdarda borcu yaranmışdır və onu tikinti sahəsində aldatmışdır. Bu zərərçəkmişin fərziyyəsidir, ona görə ki, zərərçəkmiş şəxsin özü xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2. 308.2 və 313-cii maddələri ilə uzun müddətə şərti məhkum edilmişdir, bu fakt da tam şəkildə məhkəmə qərarı ilə sübuta yetirilir. Qəsd insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qarşı yönəldiyi halda zərəçəkmişə xəsarət yetirilməsi ilə hücumdan müdafiə olunma yuxarıda göstərilən şərtlər daxilində zəruri müdafiə həddini aşmaqla qəsdən xəsarət yetirilmə kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl də bu kimi qiymətləndirilməlidir. Belə ki, artıq yuxarıda deyilən şəkildə, işin faktiki hallarından görünür ki, fizioloji affekt və zəruri müdafiənin həm qəsdə aid edilən və həm də müdafiənin qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmamaqla həyata keçirilməsindən ibarət hüquqi şərti istisna olmaqla müdafiə hərəkətlərinə aid edilən hüquqilik şərtlərinin hamısı olmuşdur. Yəni Təqsirləndirilən şəxs sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd mövcud olmuş - başlamış, davam etmiş və hələ başa çatmamışdır. Həqiqi və real olmuşdur - obyektiv gerçəklikdə mövcud olmuşdur və ictimai təhlükəli olmuşdur - qanunla qorunan obyektə, insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qarşı yönəlmişdir. Mövcud halda Təqsirləndirilən şəxs özünü ictimai təhlükəli qəsddən müdafiə hərəkətlərinə yol vermiş və bu müdafiəni qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirmişdir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən davamlı olaraq mütəmadi olaraq uzun müddət onun tərəfindən edilmiş zorakılıq, ağır təhqir, qanunsuz və əxlaqsız hərəkətləri, habelə zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində ictimaiyyətdə alçaldılması, qanunsuz təqibə məruz qalması, və s. faktların olmasından və döyülməsindən sonra ona fiziki gücünün yetməməsi səbəbindən müqavimət göstərə bilməməsini və edilən hücumların qarşısını ala bilməməsini anlayaraq onun növbəti hücumu zamanı ifadələrində göstərdiyi şəkildə, həmin hücumun qarşısını alınaq məqsədi ilə fizioloji affekt vəziyyətində zərərçəkmişə xəsarət yetirmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs münasibətdə onun azadlıq, müdafiə və digər hüquqlarının yolverilməz pozuntusu, qəddar, qevri-insani və ləyaqəti alçaldan rəftarla üzləşməsi faktlarını və bunları təsdiq edən preyudisial əhəmiyyətli məhkəmə qərarını, habelə onun əleyhinə yönələn ittihamın mətnində həqiqi halların bilərəkdən təhrif olunduğunu, ittihamı qeyd-şərtsiz istisna edən hüquqi və faktiki əsasları birinci instansiya məhkəməsinin diqqətinə çatdırıb. Məhkəmə istintaqı dövründə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs hadisə törədən zaman emosional (güclü ruhi həyəcan) vəziyyətdə olaraq zərərçəkmiş şəxsin ona qarşı zorakılığı, ağır formada onu təhqir etməsi və təsadüfən əlinə keçmiş dəmir parçası ilə onu özündən asılı olmayaraq bir neçə dəfə vurması onu göstərir ki, fizioloji affekt vəziyyətdə kəskin intensiv cərəyan edən yüksək həyəcanlanma ilə xarakterizə olunan, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə edə bilməyərək, özünə də, hadisə baş vermə zamanı zərərçəkmiş tərəfindən ona müxtəlif dərəcəli xəsarətlər yetirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Təqsirləndirilən şəxs münasibətdə məhkəmə Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədalətlilik, qərəzsizlik və müstəqillik prinsiplərinə cavab verməyib, həm də təqsirləndirilən şəxsi ittiham tərəfi ilə müqayisədə əlverişsiz şəraitə salmaqda biruzə verib. Apellyasiya şikayətində işə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəlləsinin 129-cu maddəsinə tövsif etməsi, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza verilməsi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs İnsan Hüquqları və X2 X3 3-cü maddəsi, 6-cı maddəsinin 1 və 3-cü bəndinin, 7-ci bəndinin tələblərinin pozulduğunun təsdiq edilməsi, qərəzli, ədalətsiz, qanunsuz və əsassız istintaq aparmış müstəntiq barəsində qanuni tədbirlər görülməsi məqsədilə barəsində xüsusi qərar qəbul edilərək tədbir görülməsi üçün tabe olduğu rəhbərliyinə göndərilməsinə dair qərar qəbul edilməsi хahiş olunmuşdur. Məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini оnunla əsaslandırmışdır ki, məhkəmənin hökmündə məhkəmə istintaqının deyil, ibtidai istintaq orqanının gəldiyi nəticəyə istinad edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmişi öldürmək niyyətinin olmadığını, onun bədənində qan axmasını gördükdə isə oradan qaçdığını göstərmişdir. Onun zərərçəkmişi öldürmək niyyəti olmuş olsaydı bunu real etmək imkanına malik olmuşdur. Ona görə də Bakı Ağır Cinayətlər məhkəməsinin bu barədə olan hökmü qanunvericiliyin bütün tələblərinə zidd olmaqla əsassız və qanuna ziddir. Məhkəmə istintaqı zamanı təyin olunmuş təkrar komissiyon məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 38 saylı rəyində Təqsirləndirilən şəxs “paranoid şizoferniya xəstəliyinə düçar olduğu, hal-hazırdada həmin xəstəlikdən əzab çəkdiyi, ittiham olunan cinayət əməlini törədən zamanda həmin xəstəlikdən əziyyət çəkdiyi göstərilsədə, cinayət əməlini törədən zaman anlaqlı olmasının bildirilməsi ziddiyyətlidir. Rəydə Təqsirləndirilən şəxs əməlinin CM-nin 22.1-ci maddəsinin təsiri altına düşmədiyi göstərilsədə əməlinin CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsi bildirilmişdir. Daha sonra rəydə Təqsirləndirilən şəxs aşkarlanan paranoid şizofreniya xəstəliyinin kəskinləşməsi, suisid cəhdlərinin təkrarlanması, həmçinin digər arzu olunmaz dəyişikliklərin baş verməməsi üçün prevantiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında caxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altında verilməsi tövsiyə edilir (cild 4,iş vər.156-163) Məhkəmə təqsirləndirilən şəxsin əməlinin qəsdən sağlamlığa yüngül zərər vurmaya görə məsuliyyət nəzərdə tutan CM-nin 128-ci maddəsinə tövsif etməli olduğu halda bundan yan keçmiş və sanki ittihamçı kimi ittiham mövqeyini əsas tutaraq, təqsirləndirilən şəxsin ifadəsinin özünü müdafiə kimi qiymətləndirməklə şəxs barəsində ədalətsiz cəza təyin etmişdir. Ona görədə həmin hökm dəyişdirilməklə şəxs barəsində ədalətli cəza təyin olunmasına dair hökm çıxarılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, ələlxüsus Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin məhkum olunmaması, törətdiyi əmələ tənqidi yanaşaraq peşman olmasını, ağır xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirməlidir. Beləliklə məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməlidir. Belə ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə, başqa sözlə, onun ailə münasibətlərinə cidid şəkildə mənfi təsir göstərəcək. Odur ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təyin ediləcək daha yüngül cəza onu islah etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişin barışması, humayəsində 2 azyaşlı uşaqlarının olması, məhkumluğunun olmaması, məhkəmə psixatriya ekspertizasının rəyinə görə daha sonra onda aşkarlanan paranoid şizofreniya xəstəliyinin kəskinləşməsi, suisid cəhdlərinin təkrarlanması, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altında verilməsi tövsiyə edilməsini nəzərə alaraq şəxs barəsində çıxarılmış hökmün ağırlığına görə dəyişdirilməklə barəsində CM-nin 70-ci maddəsi tətbiq olunması məqsədə müvafiqdir. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan mərhum edilməsinə dair cəzasının dəyişdirilərək, daha yüngül cəza təyin olunması, onun barəsində şərti olaraq azadlıqdan mərhum etmə ilə bağlı cəza verilməsi haqqında qərar qəbul edilməsi хahiş olunmuşdur. Məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış hökmün əsassız və ədalətsiz olduğunu qeyd etmiş və işinə Bakı Apellyasiya Məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs apellyasiya şikayətini оnunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökm qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxaraldığı üçün həmin hökm ləğv olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs yaxın qohumları onun əməliyyat xərclərini ödəyəcəyi vədini vermiş, bu barədə ona yalan vədlər vermişlər. O, Stimul Hospitalda xx.xx.2022-ci il tarixdə “Liqatur fıstulun xaric edilməsi” əməliyyatı olunmuşdur. Uzun müddət əməliyyatdan sonra ev şəraitində müalicə olunmuşdur. Məhkəmə də zərəçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb Təqsirləndirilən şəxs minimum həddə cəza təyin etmişdir. Halbuki, həmin şikayətçi olmamağı barədə ərizəni Təqsirləndirilən şəxs yaxın qohumlarının yalan vədlərinə aldanaraq və inanaraq vermişdir. Təqsirləndirilən şəxs təyin olunmuş cəza yüngüldür, ona təyin olunmuş cəza şikayətçi olmağı nəzərə alınmaqla ağırlaşdırılmalıdır. İnsan həyatına sui-qəsdin cəzası bu qədər yüngül olmamalıdır. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs oğunun barəsində olan Bakı Ağır Cinayərlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işi üzrə daha ağır cəza təyin olunması barədə qərar qəbul edilməsi хahiş olunmuşdur. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. İşdə iştirak edən şəхslərin çıхışları: Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs оğlunun müdafiəçisi, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 müdafiə tərəfinin verdiyi apellyasiya şikayətlərini müdafiə etdiyini, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz etdiyini bildirərək, verilmiş apellyasiya şikayətlərinin dəlillərinə uyğun şəkildə çıхış etdi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəlləsinin 129-cu maddəsinə tövsif etməsi, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza verilməsi, bu mümkün olmazsa Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ona həbslə bağlı olmayan cəza təyin edilməsini, yaxud onun barəsində şərti olaraq azadlıqdan mərhum etmə ilə bağlı cəza verilməsini, Zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul olunmasını хahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəхs Təqsirləndirilən şəxs оğlu müdafiə tərəfinin verdiyi apellyasiya şikayətlərini müdafiə etdiyini, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz etdiyini bildirdi, verilmiş apellyasiya şikayətlərinin dəlillərinə uyğun şəkildə çıхış etdi, verdiyi apellyasiya şikayətində işinə yenidən baxılmasını qeyd edərkən ona cəzanın çox verildiyini nəzərdə tutduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəlləsinin 129-cu maddəsinə tövsif etməsi, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza verilməsi, bu mümkün olmazsa Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə ona həbslə bağlı olmayan cəza təyin edilməsini, yaxud onun barəsində şərti olaraq azadlıqdan mərhum etmə ilə bağlı cəza verilməsini, Zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayətinin isə təmin edilməməsi barədə qərar qəbul olunmasını хahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz etdiyini bildirərək, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıхış etdi, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs oğunun barəsində olan Bakı Ağır Cinayərlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünü dəyişdirilərək, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə daha ağır cəza təyin edilməsini, məhkum edilmiş şəxs və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsi barədə qərar qəbul olunmasını хahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamını müdafiə edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X8 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin, həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəхsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəхsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və хarakteri, təyin edilmiş cəzanın onun ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza ilə razılaşdıqlarına görə, həmin hissədə hökmdən apellyasiya protesti vermədiklərini, məhkəmənin hökmünün apellyasiya şikayətlərinə əsasən dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək apellyasiya şikayətlərinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-146/2022 saylı, 19 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saхlanılmasını хahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili barəsində olan cinayət işinə apellyasiya qaydasında yenidən baxılmasından; məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin Məcəlləsinin 129-cu maddəsinə tövsif etməsi, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza verilməsi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs İnsan Hüquqları və X2 X3 3-cü maddəsi, 6-cı maddəsinin 1 və 3-cü bəndinin, 7-ci bəndinin tələblərinin pozulduğunun təsdiq edilməsi, qərəzli, ədalətsiz, qanunsuz və əsassız istintaq aparmış müstəntiq barəsində qanuni tədbirlər görülməsi məqsədilə barəsində xüsusi qərar qəbul edilərək tədbir görülməsi üçün tabe olduğu rəhbərliyinə göndərilməsinə dair qərar qəbul edilməsindən; məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs digər müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan mərhum edilməsinə dair cəzasının dəyişdirilərək, daha yüngül cəza təyin olunması, onun barəsində şərti olaraq azadlıqdan mərhum etmə ilə bağlı cəza verilməsi haqqında qərar qəbul edilməsindən; Zərərçəkmiş şəxs apellyasiya şikayətinin əsas dəlili isə Bakı Ağır Cinayərlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işi üzrə daha ağır cəza təyin olunması barədə qərar qəbul edilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini öyrənib təhlil edərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətində əməlin hüquqi tövsifi və işin faktiki halları mübahisələndirildiyinə görə ilk olaraq həmin apellyasiya şikayətinin dəlillərinə, daha sonra isə təyin olunmuş cəza mübahisələndirildiyinə görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun digər müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətlərinin dəlillərinə, həmçinin Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddə ilə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, baxış və götürmə haqqında protokollar, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci və 318.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə deyil, həmin Məcəllənin 129-cu maddəsi özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs Arzunu 2017-ci ildən tanımış, onlar birlikdə işləmişlər. Onların münasibətləri ilk vaxtlar yaxşı olmuşdur. O, 2005-ci ildə Şahid2 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladı dünyaya gəlmişdir. Ailəli olduğu müddətdə arvadı ilə münasibəti yaxşı olmuş, aralarında mübahisələr olsa da, heç vaxt Elmiraya əl qaldırmamışdır. X12 ilə olan münasibətini öyrəndikdən sonra da münasibətlərinin yaxşı olması üçün çalışmışdır. O, 2020-ci ilin mart ayında Elmira ilə Arzu arasında olan münasibəti öyrənmişdir. Onun Elmira ilə Arzunun münasibətlərini öyrənməyi belə olmuşdur ki, Elmira bir gün onu məcburən yuxudan oyadıb bəhanə ilə evdən çıxartmışdır. Evdən çıxanda o, Arzunu və əvvəlcədən tanıdığı Xəzər rayon Polis İdarəsində çalışan Həsən adlı şəxsi görmüşdür. Həmin şəxslər onu maşınla polis bölməsinə aparmışlar. Polis bölməsində ona barəsində şikayət daxil olduğunu bildirmişlər. Daha sonra da onun 20 sutka azadlığını məhdudlaşdırmışlar. Bundan sonra onda şübhə yaranmış və Elmiranın telefonunu aparıb proqram yazdırmış və Arzu ilə olan danışıqlarını öyrənmişdir. Bundan sonra Elmira atasının evinə getmiş, onunla Arzu arasında isə telefonla sözlü mübahisə olmuşdur. O, dəfələrlə Arzunu danışmaq üçün çağırsa da, Arzu hər dəfə müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. O, daha sonra psixiatrik xəstəxanada 1 ay müalicə almış və oradan çıxandan sonra kirayə ev tutmuş, Elmira və uşaqlarla birlikdə həmin evdə yaşamağa başlamışdır. Arzu onunla görüşməkdən boyun qaçırdığına görə o, sonuncunun nə vaxtsa kirayədə qaldığı evə gələcəyini düşünmüşdür. Buna görə də o, evi güdməyə başlamışdır. Hadisənin baş verdiyi gün kirayədə qaldıqları evdən Arzunun çıxdığını görmüş, buna görə də o, əsəbiləşmiş və Arzunu izləməyə başlamışdır. Arzu izləndiyini bilib arxaya baxmış, Arzudan nə üçün buraya gəldiyini soruşmuş, lakin Arzu ona cavab verməmişdir. O, da əsəbiləşib Arzunun üzünə yumruq vurmuşdur. Daha sonra onlar əlbəyaxa olmuşlar. Arzu onu vurduğuna və Arzuya gücü çatmadığına görə o, yerə basdırılmış dəmir parçasını götürüb Arzunu ayaqüstə olan zaman bir neçə dəfə vurmuşdur. Arzu yerə yıxılan zaman qolunu qaldırmış və o, Arzunun sol qolunun altından qan axdığını görmüşdür. Bunu gördükdən sonra daha Arzunu vurmamış və hadisə yerindən getmişdir. Onun məqsədi Arzunu öldürmək olmamış, sadəcə Arzunu evlərinin yaxınlığında görüb əsəbiləşmişdir. Arzu ondan güclü olduğuna və onun Arzuya gücü çatmadığına görə yerdən tapdığı, ağacın dibinə basdırılmış əşya ilə Arzunu vurmuşdur ki, ondan aralansın. Mübahisə vaxtı onların yanlarında kimsə olmamış və mübahisələri 2-3 dəqiqə davam etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisəyə qədər Arzu telefonla olan danışıqlarında Elmira ilə arasında olan münasibəti qəbul etməmiş və belə bir şey olmadığını bildirmişdir. O, Arzunu evinin yaxınlığında gördükdən sonra Arzunun onu aldatdığını düşünüb əsəbiləşmişdir. O, Arzudan ilk dəfə bura nə üçün gəldiyini soruşmuş, daha sonra isə cavab vermədiyinə görə əsəbiləşib onu yumruqla vurmuşdur. O, dəmir parçasını yıxılandan sonra götürmüşdür. O, yıxılan an Arzuya zərbə vurmamış, lakin buna imkanı olmuşdur. Arzu ilə onu ayıran kimsə olmamışdır. Həmin vaxt onun üzərində bıçaq olmamışdır. O, cinayət məsuliyyətindən yayınmaq üçün ölkəni tərk etmək istəmiş, İrana sərhədin Yardımlı rayonundan olan hissəsindən keçmişdir. Ona ölkə sərhədini qanunsuz olaraq keçməkdə əvvəllər tanışı olan İran İslam Respublikası vətəndaşı kömək etmişdir. X15 Respublikasında ölkə sərhədini qanunsuz olaraq keçməklə əlaqədar Rizə şəhərində sanksiya vermişlər. Germi şəhərində isə məhkəmə keçirilmiş və ona 6 ay cəza kəsilmişdir. O, cinayətini qəbul etdiyinə görə bu müddət 4 ay 15 gün olmuş və o, bu müddət ərzində orada həbsdə olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ildən tanıyır. Onlar Azər adlı ortaq dostları vasitəsilə tanış olmuşlar. Daha sonra onunla Təqsirləndirilən şəxs arasında iş münasibətləri yaranmışdır. İşlərlə bağlı isə zaman-zaman onların bir-birilərinə borcları olmuşdur. 2019-cu ilin əvvəllərində onların aralarlında borc məsələlərinə görə konfliktləri olmuş, bu da onların münasibətlərinin soyumasına gətirib çıxarmış və onlar iş münasibətlərini sonlandırmışlar. Təqsirləndirilən şəxs ona 52.000 manat borcu yaranmışdır. O, Tahirdən borcunu tələb etdikdə Tahir ondan gizlənməyə və telefonlarına cavab verməməyə başlamışdır. O, Vüqar adlı tanışı ilə birlikdə Tahirin yaşadığı evi tapmış və onun evinə getmişlər. Tahirin evinin önündə onu gözləmiş və Tahir evdən çıxanda ona yaxınlaşmışlar. Onlar birlikdə çayxanaya gedib bu barədə söhbət etmişlər və Tahir ona söz vermişdir ki, borcunu ödəyəcəkdir. Daha sonra Tahir yenə borcu ödəməmək üçün ondan gizlənməyə başlamışdır. Bu müddət ərzində isə Tahir həyat yoldaşı Elmiranın nömrəsi ilə onunla əlaqə saxlamışdır. Bu nömrə onun Tahirlə əlaqə saxlaya biləcəyi yeganə nömrə olduğuna görə o, hər dəfə bu nömrəyə yazmışdır. Bir gün yenə o, Tahirdən borcunu tələb etdikdə Tahir onu bıçaqla hədələmiş və pulu verməyəcəyini demişdir. O, Tahir barəsində məlumat almaq üçün Tahirin əvvəllər onunla əlaqə saxladığı və həyat yoldaşına aid olan nömrə vasitəsilə Elmira ilə əlaqə saxlamışdır. Onun Elmira ilə əlaqə saxlamağına səbəb Tahirin ona olan borclarının aqibətini bilmək istəməyi olmuşdur. O, Elmira ilə yazışdıqca onların aralarında dostluq münasibəti yaranmışdır. Daha sonra Tahir onların əlaqə saxladıqlarını və dost olduqlarını bilib bu münasibəti başqa mənada qəbul etmişdir. Onunla Elmira arasında yalnız dostluq münasibətləri olmuşdur. Hadisənin baş verdiyi gün Tahirin atası Şahid1 Nərimanov rayon Polis İdarəsində guya onun saxta sənədlə onlara ev satmağı barədə şikayət etmişdir. O, bunu bildikdən sonra Tahirə zəng edib ondan şikayətini geri çəkməsini tələb etmişdir. Daha sonra Tahirlə yenə əlaqə saxlamaq istəsə də Tahir telefonu götürməmişdir. Belə olan halda o, Tahirin evinə getmişdir. O, Tahirin evinə getməzdən əvvəl sahə müvəkkilinə zəng edib bu barədə məlumat vermiş, lakin sahə müvəkkili ərazidə olmadığına görə o, tək getmişdir. Evə çatdıqda Tahirin həyat yoldaşı qapının arxasından ona Tahirin evdə olmadığını demişdir. O, da evdən aralanıb maşınına tərəf gedəndə arxadan kimsə “səni vurur” deyə qışqırdığını eşitmişdir. O, arxaya dönən kimi Tahir əlindəki bıçaqla onu sol qolundan vurmuşdur. O, Tahirə müqavimət göstərmişdir. Onlar yerə yıxılmışlar. Səslərinə görə küçəyə camaat yığışmışdır. İnsanlar onları ayağa qaldırıb aralamağa çalışanda Tahir yenidən onun sinəsinin sol nahiyəsinə 2 dəfə zərbə vurmuşdur. Daha sonra Tahir hadisə yerindən qaçmışdır. O, 102 Xidmətinə zəng etmiş və hadisə yerinə polis, təcili tibbi yardım maşını gəlmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Tahirin onu qısqanclıq zəminində vurduğunu düşünür. O, heç vaxt Elmira və Tahirlə birlikdə oturub borc məsələsini müzakirə etməmişdir. O, Tahirlə olan mübahisələrinin məhkəməyə qədər gedib çıxmaması üçün Tahirlə görüşüb münasibətləri danışıq yolu ilə nizama salmaq istəmişdir. Onun Elmira ilə 2019-cu ildən əlaqəsi olmuş, 2 dəfə görüşmüşlər. Elmira ilə görüşləri zamanı Tahirin ona olan borcları barədə danışmışlar. Elmira ondan Tahirin borcları ödəməsinə görə vaxt verməyini xahiş etmişdir. Hadisədən öncə Tahirlə onun arasında Elmira ilə bağlı hər hansı bir söhbət olmamışdır. Hadisə vaxtı Tahirin əlindəki bıçağın tutacağı boz rəngdə olmuşdur. Onların səslərinə adamlar küçəyə çıxmışlar. Şərait imkan versəydi Tahir onu öldürə bildərdi. Ətrafda insanların olması və onun Tahirə müqavimət göstərməyi buna imkan verməmişdir. Tahir sonuncu dəfə onu vurandan sonra əlindəki bıçaqla qaçıb getmişdir. Tahir onu vuranda o, ayaqüstə olmuşdur. O, təqsirləndirilən şəxslə barışmamış və Tahir ona dəyən zərəri ödəməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə 2005-ci ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2006-cı il təvəllüdlü oğlu Nicat Əliyev və 2009-cu il təvəllüdlü qızı Zəhra Əliyeva dünyaya gəlmişdir. Ailəli olduqları müddətdə onun Tahirlə münasibəti normal olmuş, hər bir ailədə olduğu kimi onların aralarında da arabir mübahisə, söz-söhbət olsa da sonradan hər şey qaydasına düşmüşdür. Tahir tikinti sahəsində çalışmış, beton satışı ilə məşğul olmuşdur. O, heç vaxt Tahirin işlərinə qarışmamış və kiminlə işləməsindən xəbəri olmamışdır. Onların ailə üzvlərinin də münasibəti normal olmuş, ailələr arasında ədavət, inciklik olmamışdır. Tahir həbsdə olmuş və 2016-cı ildə Tahir həbsdən çıxandan sonra onlar Q.Qarayev prospektində kirayəyə ev tutub yaşamağa başlamışlar. Tahirin başqa şəxslərə borcu olmuş, lakin o, heç vaxt Tahirin işlərinə qarışmadığı üçün kimə borcunun olduğunu, borcun hansı səbəbdən yarandığını bilməmişdir. Tahir təxminən 2017ci ildə dövlət sərhədini qanunsuz keçdiyi üçün həbs edilərək, 4 ay azadlıqdan məhrum edilmişdir. Həmin müddətdə o, atasıgilin evinə köçüb uşaqları ilə birlikdə orada yaşamışdır. 4 aydan sonra Tahir həbsdən çıxmış və onlar Zabrat qəsəbəsində atasıgilin evinin yaxınlığında kirayəyə ev tutub yaşamağa başlamışlar. Həmin müddətdə, yəni 2018ci ildən 2019-cu ilin sonlarına qədər onların qapısına daim borc sahibləri gəlib Tahir ilə maraqlanmış, onu axtarmışlar. Bu səbəbdən də Tahir mobil telefon nömrələrini tez-tez dəyişmişdir. Tahir bəzən onun telefonu ilə tanımadığı şəxslərə zəng vurmuşdur. Bu səbəbdən də həmin şəxslər Tahiri tapa bilmədikdə onu yığıb, Tahirin harada olduğunu soruşmuşlar. O, Tahirin ümumilikdə nə qədər borcunun olduğunu bilmir. O, Tahirdən borcunun olduğu şəxslərin kim olduqlarını, nə üçün onlara borclu olduğunu soruşsa da, Tahir daim heç kimə borcunun olmadığını demişdir. Zərərçəkmiş şəxs təxminən 2018-ci ilin sonlarında Tahir ikinci dəfə həbsdən çıxandan sonra tanımışdır. Bildiyinə görə, onlar bir yerdə işləmişlər. Tahir həmişə Arzunu tərifləmiş, haqqında xoş sözlər işlətmiş, Arzunun ona daim köməkliyinin dəydiyini bildirmişdir. Buna baxmayaraq Arzunun onların evinə gediş-gəlişi olmamışdır. Tahir tez-tez ona məxsus olan ***-***-**-** nömrəli telefonla Arzuya da zəng vurub danışdığı üçün Arzu onun telefon nömrəsini bilmişdir. Buna görə də Arzu özü də tez-tez ona zəng vurub Tahir ilə maraqlanmışdır. Təxminən 2019-cu ilin dəqiq yadında qalmayan tarixində Tahirin borclu olduğu şəxslərin tez-tez onların qapıya gəlib narahat etmələri səbəbindən Arzuya zəng vurub xahiş etmişdir ki, həmin şəxslərlə danışıb Tahirə borclarını qaytarması üçün vaxt versinlər. Tahir isə dəfələrlə ona deməyinə baxmayaraq bu məsələyə də laqeyd yanaşmış, heç kimə borcunun olmadığını demişdir. O, da buna görə məcbur qalıb Arzudan kömək istəmişdir. Həmin vaxtdan etibarən Arzu ilə aralarında əvvəlcə dostluq münasibəti yaranmışdır. O, tez-tez Arzuya zəng vurub məsləhət almış, kimsə onu yığıb narahat etdikdə Arzuya bildirmiş, onun məsləhəti ilə hərəkət edtmişdir. Tahirin özünün də Arzu ilə telefon əlaqəsinin olmasından xəbəri olmuşdur. Danışıqlar zamanı öyrənmişdir ki, Tahirin Arzuya da borcu olmuş, lakin dəqiq olaraq hansı məbləğdə olduğunu bilmir. Tədricən Arzu ilə münasibətləri daha da yaxınlaşmış və Arzudan xoşu gəlməyə, bir-birilərini çox istəməyə başlamışlar. O, bu müddət ərzində Arzu ilə bir-iki dəfə görüşüb çay içsə də, heç vaxt aralarında intim münasibət olmamış, Arzu ona qarşı hər hansı bir əxlaqsız təklif etməmişdir. 2020-ci ilin fevral-mart aylarında Tahir narkotik vasitədən istifadə etdiyi üçün 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Tahir tutulandan sonra evdə gedən söhbətlərdən eşitmişdir ki, guya Tahiri Arzu həbs etdirmişdir. Lakin danışıq zamanı Arzu bunu boynuna almamışdır. Tahir həbsdən çıxandan sonra qaynatası X13 tutdurmaq istəmişlər. Buna görə də ondan telefonu istəmişlər ki, onlaraın danışıqlarına baxıb şikayət etmək üçün dəlil etsinlər. Ondan telefonunu istəyib yoxlatdırdıqdan sonra Arzu ilə arasında olan bütün danışıqlar ifşa olunmuşdur. Qaynatası onun evdə çəkdiyi şəkillərini, sms-lərini atasına, qardaşına göstərmişdir. Bu söhbətlər ona pis təsir etdiyi üçün iki dəfə özünü zəhərləmişdir. Çünki Arzu ilə aralarında olan danışıqların aşkar olunması səbəbindən ailəsinin yanında pərt olmuşdur. Bundan sonra o, təxminən 4 ay atası evində qalmışdır. Həmin müddətdə Arzu ilə əlaqəsi olmamışdır. Tahir özü də onunla əlaqə saxlamamışdır. Təxminən 2020-ci ilin yay aylarında Tahir ona zəng vurub ayrı yaşaya bilmədiyini, onunla barışmaq istədiyini bildirmiş, onu bağışlamağını istəmişdir. O, da uşaqlarının xətrinə bu dəfə də Tahiri bağışlamışdır. Bundan sonra Zabrat qəsəbəsində ünvanını dəqiq bilmədiyi evdə yenidən kirayədə yaşamağa başlamışlar. Ayrı yaşadıqları müddətdə də arabir Arzu ilə telefonla sms vasitəsi ilə yazışmış, əlaqə saxlamışlar. Lakin tədricən başa düşmüşdür ki, Arzunun məqsədi onu sevmək deyil, Tahiri tapmaqda bir vasitə kimi ondan istifadə etmək olmuşdur. Tahir onun Arzu ilə münasibət saxlamağını bilsə də, bu müddət ərzində bununla bağlı onunla dalaşmamış, onu vurmamışdır. Onlar barışandan sonra isə ümumiyyətlə bu məzmunda aralarında söhbət olmamışdır. Tahirin bu məsələdən xəbərdar olmasından sonra Arzu ilə görüşüb-görüşmədiyini bilmir. 28 avqust 2020-ci il tarixdə o, bütün günü evdə olmuşdur. Tahir özü də səhər saatlarında evdən çıxıb harasa getmiş, gün ərzində Tahirin harada olmasından xəbəri olmamışdır. Həmin gün o, Arzu ilə dəfələrlə telefonla danışmışdır. Arzu Tahiri axtarmış, tez-tez Tahirin evə gəlib-gəlməməsi ilə maraqlanmışdır. Hətta evlərinin ünvanı da ondan öyrənmişdir. Təxminən günorta saatlarında onların evinin qapısı döyülmüş, o, qapıya yaxınlaşanda gələn şəxsin Arzu olduğunu görmüşdür. Buna görə də qapını açmamış və Tahirin evdə olmadığını bildirmişdir. Arzu ona inanmamış, bir müddət küçədə gözləsə də, Tahirin gəlmədiyini görüb çıxıb getmişdir. Təxminən 15-20 dəqiqədən sonra Arzu özünə məxsus telefondan ona zəng vurub Tahirin onu bıçaqla vurması barədə məlumat vermişdir. Lakin hadisənin dəqiq olaraq necə və hansı şəraitdə baş verməsi barədə bir söz deməmişdir. Elə bu zaman evin qapısı açılmış və Tahir içəri daxil olaraq Arzunu bıçaqladığını bildirib onunla getməyini tələb etmişdir. O, qorxusundan hara gedəcəklərini soruşmamış və tez evdən çıxmışdır. Bundan sonra onlar birlikdə atasıgilin evlərinə tərəf gedib qızı Zəhranı küçədən götürüb, qızını Tahirin atasıgilin evinə aparmışlar. Yenə də Zəhranı küçədən evə yola saldıqları üçün heç kimlə görüşməmişlər. Yolda Tahir atası Əşrəflə görüşüb ondan pul almış və qaçacağını bildirmişdir. Həmin gün gecə saat 01 radələrinə qədər Tahirin dostu Rövşən adlı şəxsin tanımadığı ünvanda yerləşən evində qalmışlar. Tahirin onun özünə də nəsə edəcəyindən bərk qorxmuşdur. Elə həmin gün onlar birlikdə yol maşını ilə Ağstafa rayonuna gedib, ünvanını bilmədiyi evdə gecələmişlər. Bir gecə orada qaldıqdan sonra Bakı şəhərinə qayıdıb Yasamal rayonunda kirayə evdə yaşamışlar. Tahir bütün günü evdə olmuş, heç yerə çıxmamışdır. Lakin hər gecə atası ilə görüşüb ondan pul almışdır. Tahir istəmişdir ki, qanunsuz yolla başqa ölkəyə qaçsın. Hətta onun özünü də aparmaq istəmişdir. Lakin o, buna razı olmamış, uşaqlarsız qala bilməyəcəyini demişdir. Sonradan Tahirdən xahiş etmişdir ki, polisə gedib sağ qalmağı barədə məlumat versin. Tahir də buna razılıq verdiyi üçün onu Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin yaxınlığında düşürüb çıxıb getmişdir. O, bölmədə olan zaman Tahirin hara qaçmasından xəbərinin olmadığını bildirmişdir. Sonradan Tahirlə əlaqəsi olmamış, onun necə və hansı qaydada dövlət sərhədini keçməsindən xəbəri olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Arzu ilə Tahirin münasibəti çox da yaxın olmamışdır. Arzu onların evinə gələndə onunla tanış olmaq üçün cəhd göstərməmişdir. Tahir onun nömrəsi ilə onun adından Arzu ilə yazışan zaman Arzu ilə olan münasibətlərini hiss etmiş, o, Tahirə Arzunun ona qarşı olan münasibəti barədə danışmışdır. Tahir Arzu ilə olan münasibətini bilən zaman Arzuya nə isə edəcəyi ilə bağlı bir şey deməmişdir. Tahir Arzunu vurduqdan sonra evə əlində bıçaqla gəlmişdir. Həmin bıçaq 10-12 santimetr uzunluğunda, kəsici olmayan alət olmuşdur. O, həmin bıçağı əvvəl görməmiş, lakin bıçaq daha çox suvenirə bənzəmişdir. Bıçağın üzərində qan izi görməmişdir. Daha sonra onlar evdən çıxıb gedəndə Tahir bıçağı evin yaxınlığında olan gölə atmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Tahirin atasıdır. Tahirlə zərərçəkmiş şəxs Arzu arasında 2017-ci ildən iş münasibətləri olmuş, Arzu ucuz qiymətə Xırdalan ərazisində evlər satmışdır. Tahirin əlində 15.000 manat pul olmuş və özünə ev almaq istəmişdir. O, Arzuya ev üçün 10.000 manat vermiş, Arzu isə ona tikintinin sənədlərini vermiş, kupçanı verməmiş və qalan pulu Arzu tələb etmişdir. O, Arzuya zəng vurub görüşüb pulu vermək üçün danışmış, lakin Arzu gəlməmişdir. Sonra məlum olmuşdur ki, Arzunu dələduzluğa görə saxlamışlar. Daha sonra Arzunun ona verdiyi sənədlərin saxta olduğu məlum olmuşdur. Arzu dələduz olmuş və barəsində 15-20 nəfər tərəfindən şikayət edilmişdir. O, Arzudan şikayətçi olmamış, lakin onun barəsində çox şikayətçi olduğuna görə Arzu bir müddət təcridxanada saxlanılmışdır. Arzu təcridxanadan çıxdıqdan sonra onlara problemlər yaratmağa başlamışdır. 27 fevral 2020-ci ildə gəlini Elmira həyat yoldaşına zəng edib bildirmişdir ki, o, gözəllik salonuna getmək istəyir, lakin Tahir icazə vermir. O, Tahirə zəng vurub yanına çağırmışdır. Tahirin yaşadığı evin qarşısında Arzu və Xəzər rayonu Polis İdarəsində işləyən Həsən adlı polis Tahirin bayıra çıxmasını gözləmiş, Tahir bayıra çıxan kimi Tahiri Arzu və Həsən maşına mindirib Xəzər rayon Polis İdarəsinə aparmışlar. Tahir ona zəng edib bildirmişdir ki, Arzu onu tutdurmuşdur. O, daha sonra Tahirə dəfələrlə zəng etmiş, lakin Tahir telefonu açmamış və o, 102 Xidmətinə zəng edib bu barədə məlumat vermişdir. 20 dəqiqə sonra ona zəng edib bildirmişlər ki, Tahir Xəzər rayon Polis İdarəsindədir. Tahir 20 gündən sonra həbsdən çıxdıqdan sonra ona Elmiradan şübhələndiyini bildirmişdir. Tahir Elmiranı güdmüş və onu Arzunun maşınına minərkən görmüşdür. Bundan sonra Tahir Elmiranın telefonunu əlindən alıb Arzu ilə olan yazışmalarını çıxartmışdır. Yazışmalardan görünmüşdür ki, Elmira ilə Arzu arasında sevgililik münasibəti olmuş və onlar Tahiri tutdurmaq istəmişlər. Hətta onlar rahat əlaqə saxlamaq üçün evə narkotik vasitə qoyaraq Tahiri tutdurmaq planları belə olmuşdur. Bu hadisə Tahirə pis təsir etdiyinə görə o, 1 ay müddətində 2 saylı xəstəxanada müalicə almışdır. Həmin müddət ərzində Elmira atasının evində yaşamışdır. Tahir xəstəxanadan çıxdıqdan sonra Elmiranın atası onlara Zabratda ev kirayələmiş və ona demişdir ki, qızı artıq dindardır və belə işlərlə məşğul olmur. Elmira yenə də Tahirdən gizlin telefon işlətmiş və Tahirin hər hərəkəti barədə Arzuya məlumat vermişdir. Tahir işdə olan vaxt Elmira Arzuya zəng edib evin ünvanı barədə məlumat vermişdir. Hadisənin baş verdiyi gün Tahir ona zəng edib bildirmişdir ki, Arzunu vurmuşdur. O, Tahirdən hadisənin necə olduğunu soruşduqda Tahir evə qayıdarkən evin yaxınlığında Arzunu gördüyünü və onu vurduğunu bildirmişdir. Daha sonra o, Tahirlə əlaqə saxlaya bilməmişdir. Tahir tutulandan sonra ondan hadisənin necə baş verdiyini soruşanda Tahir, Arzu ilə dalaşdığını və gücü çatmadığı üçün yerdən ağacın dibinə basdırılmış dəmir parçasını götürüb Arzunu vurduğunu bildirmişdir. Daha sonra insanlar onları aralamağa çalışmışlar. Tahir isə hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs ittiham olunaraq təqsirli bilindiyi əməlləri törətməsi ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, Zərərçəkmiş şəxs, yuxarıda adları göstərilən və digər şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən 31 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol; baxış keçirilməsi haqqında 17 mart 2022-ci il tarixli protokol; hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəl; baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş hadisə yerinin tərtib olunmuş sxem; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X5 X9 məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1348 saylı rəyi; kompleks məhkəmə-bioloji və tibbi kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair xx.xx.2020-ci il tarixli, 496-MTKŞ/2020 №-li rəyi; məhkəmə-bioloji tədqiqinə dair xx.xx.2020-ci il tarixli, 773/2020- MTBŞ nömrəli rəyi; məhkəmə kompyuter-texniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 5/607 nömrəli rəyi; kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021ci il tarixli, 423 saylı rəyi; kompleks stasionar məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 40 N-li rəyi; təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 38 saylı rəyi; məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1447 saylı rəyi; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis bölməsinin xx.xx.2020-ci il tarixli, 07-14474-1220 saylı məktubu; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 5/2067 nömrəli məktubu; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli, 16/39 nömrəli məktuba əlavə edilmiş raport və təhvil-təslim aktı; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vasitəsi ilə diplomatik kanallarla əldə edilmiş İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 15177/1/1017 nömrəli məktubu; diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş disk; diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş disk; diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə olunmuş disk; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 xx.xx.2020-ci il tarixli, 1/1145 nömrəli məktubu; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 xx.xx.2020-ci il tarixli, 6010 №-li məktubu və digər sübutlarla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X5 X9 məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1348 saylı rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd, döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd, cəmi üç ədəd kəsilmiş-deşilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə: döş qəfəsinin sol yarısının ön divarının sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına, sol V qabırğanın kəsilməsinə və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Döş qəfəsinin sol yarısının ön divarının döş boşluğuna nüfuz etməyən bir ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthinin bir ədəd cəmi iki ədəd kəsilmiş-deşilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. 2. Döş qəfəsində olan yaralarda yara kanallarının istiqaməti əsasən öndən-arxaya doğrudur. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. 3. Xəsarətləri alarkən Zərərçəkmiş şəxs bədənin müxtəlif duruş (ayaq üstü, oturaq və s.) vəziyyətlərində ola bilərdi (cild 1, iş vərəqi 176-180) İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 423 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs zahirən bir qədər gərgindir. Yoxlanılan şəxs kontakta həvəssiz girir, verilən suallara əsasən qısa, formal cavablar verir. Nitqi bir qədər ləngdir, az ifadəlidir. Əhval-ruhiyəsi enmişdir. İntellektual səviyyəsi aldığı təhsilə, yaşına uyğundur. Əvvəllər psixiatrik xəstəxanada müalicələrdə olmasının səbəbləri barədə ötəri, həvəssiz cavablar verir. Zahirən öz hiss və həyəcanlarında qapalı olması biruzə verir. Ona ittiham olunan əməl barədə soruşarkən narazı və əsəbi tərzdə aşağıdakıları bildirir: “Ailə məsələsidir, etdiyimə peşiman deyiləm”. Bu barədə təkrar soruşduqda əsəbi reaksiya verərək aşağıdakıları bildirdi: “mən bu barədə fikirlərimi bildirmişəm, indidə siz mənim hislərimlə oynayırsız”. Keçirilən ekspertizanın məqsədini formal dərk edir, lakin onun nəticələrini öz xeyrinə həll etməyə maraq göstərmir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs əvvəllər “Şizofreniya paranoid forma” diaqnozu ilə psixiatrik xəstəxanada iki dəfə stasionar müalicədə olmasını nəzərə alaraq ona ittiham olunan əməl dövründə anlaqlı olubolmamasını müəyyən etmək üçün ambulator şəraitdə bir qədər çətinlik törətdiyi üçün uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (cild 2, iş vərəqi 179-181). İş materiallarında olan, kompleks stasionar məhkəməpsixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 40 N-li rəyinin məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törədərkən şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkmişdir. Şizofreniya xroniki prosessual psixi patologiyadır. Həmin xəstəliyin gedişində psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti yaxşılaşma mərhələsi) ayırd edilir. Təqsirləndirilən şəxs aşkarlanan “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəliyin gedişində remissiya mərhələsi müəyyən olunur. Buna görə həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisələrini törədən zaman şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkməsinə baxmayaraq həmin patologiyanın gedişində remissiya mərhələsi olmuşdur. Buna görə aşkar olunan xroniki psixi xəstəlik öz ifadə dərəcəsinə görə Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisələrini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, həmçinin onlara cavab vermək və rəhbərlik etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlləri barəsində anlaqlı hesab edilməlidir. Onun qeyd edilən əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Lakin, Təqsirləndirilən şəxs hazırda anlaqlı olub-olmaması məsələsini həll etmək olmaz. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Yeganə olaraq onu əlavə edə bilərik ki, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə getmək iqtidarındadır. Halhazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs müalicəyə ehtiyacının olmadığı, həmin şəxs barəsində tibbi xarakterli məcburi təbirlərin tətbiq olunmasına zərurət yaranmadığı birinci sual cavablandırılarkən artıq qeyd edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs qarşı tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, xəstəliyinin xroniki gedişə malik olması, anamnezində suisid cəhdinin qeydə alınması, öz hərəkətlərinə tənqidi münasibətinin tam həcmdə olmaması təsəvürünü yaratması, əhvali-ruhiyyəsinin aşağı olması səbəbindən həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməllərini törətdikdən sonra da “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkir. Hazırda həmin xəstəliyin gedişində remissiya vəziyyəti olduğu, hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı, həmin şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına zərurət yaranmadığı əvvəlki suallar cavablandırılarkən artıq qeyd edilmişdir. Hal-hazırkı psixi vəziyyətinə görə onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyri-əlverişli şəraitə düşmə (istintaq təcridxanasında, yaxud cəzaçəkmə müəssisəsində fasiləsiz şəkildə xeyli müddət ərzində saxlanılmağa məcbur olma) zəminində neqativ təbiətli psixogen amillərin davamlı təsiri nəticəsində Təqsirləndirilən şəxs psixi vəziyyətində yenidən kəskinləşmə yarana bilməsi, xüsusən suisidal fikirlərini reallaşdırmağa cəhd etməsi istisna olunmur. Məhz buna görə həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti hazırda onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman şüur və fəaliyyətinə təsir göstərə biləcək psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qəzəblilik, aqressivlik, implusivlik, intiqam hissi yaranmış, həmin emosional vəziyyət onun davranışını istiqamətləndirmişdir. Belə qənaətə gəlinir ki, onun psixiemosional sferasında yuxarıda qeyd edilən halların yaranması situasiya (həyat yoldaşı Elmiranın ona xəyanət etməsi, onların sevgi mesajlarının şahidi olması, bu səbəbdən daha əvvəl Elmira ilə mübahisə etməsinə baxmayaraq, onun Arzu adlı şəxslə münasibətinin davam etməsi, hadisə günü onların evdə görüşdüyünü bilməsi və s.) ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. (cild 3, iş vərəqi 31-39) İş materiallarında olan, təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 38 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyinə düçar olmuşdur. Hal-hazırda da Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmak va onlan idarə etmək iqtidanında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayet hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, suisid cəhdlərinin təkrarlanmaması, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. (cild 4, iş vərəqi 156-163) Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası müdafiəçisi Müdafiəçi2 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilməməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129-cu maddəsi ilə tövsif edilməsi barədə apellyasiya şikayətinin dəlillərini təhlil edərək hesab edir ki, həmin dəlillər apellyasiya şikayətində hər hansı sübuta əsaslanmayan formal mülahizələrlə əsaslandırılmışdir. Məhkəmə kollegiyasının mövqeyinə görə müdafiəçinin apellyasiya şikayətinin həmin dəlilləri və işin hallarını şübhə altına alan digər fikirləri işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsindən görünür ki, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 129.1-ci maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1-ci maddəsindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma həmin maddənin tərkibini yaradır. Əməlin qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 129.1-ci maddəsi ilə tövsif olunması üçün, həmin əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli törədərkən zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində güclü ruhi həyəcan (affekt) vəziyyətində olmasının sübuta yetirilməsi zəruri şərtdir. İş materialları ilə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız əməlinin təsiri altında törətməsi sübuta yetirilsə də, onun ittiham olunan cinayət əməlini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan kompleks stasionar məhkəməpsixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 40 N-li rəyi ilə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamını rəhbər tutaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi, əməlin Cinayət Məcəlləsinin 129-cu maddəsi ilə tövsif olunması barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində göstərilən digər dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (19 aprel 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməyə görə artıq məhkum edilməsini və cəzasını çəkməsini, ona görə də həmin əmələ görə onun təkrar məhkum edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına görə yolverilməz olması qənaətinə gələrək Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi çərçivəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020- ci il tarixdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan sərhədi qanunsuz olaraq keçmiş, həmin hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vasitəsilə əldə etdiyi rəsmi sənədlərdən görünür ki, dövlət sərhədini 15 sentyabr 2020-ci il tarixdə qanunsuz keçməyə görə Təqsirləndirilən şəxs İran İslam Respublikası məhkəməsi tərəfindən 181 gün həbs cəzasına və həbs müddəti bitdikdən sonra ölkədən deportasiya olunması əlavə cəzaya məhkum edilmiş, həmin əsas cəzanı çəkərkən onun xahişinə əsasən təyin edilmiş həbs müddətinin dördə biri məhkəmə tərəfindən azaldaraq 136 günə endirilmiş, təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra Azərbaycan tərəfinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. Həmin Məcəllənin 39.1.6-cı maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəzanın sərt olması barədə məhkum olunmuş şəxsin və onun müdafiəçisiləri Müdafiəçi2 və Müdafiəçi3 apellyasiya şikayətlərinin dəlillərini, habelə təyin olunmuş cəzanın yüngül olması barədə Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərinini işin faktiki halları ilə müqayisəli şəkildə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün tövsüf edilərək ona həmin maddə ilə cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız əməlinin təsiri altında törətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində bir azyaşlı uşağının olması, anlaqlığı istisna etməyən psixi pozuntusunun olması kimi cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması göstərilərək, Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulmuş halın, yəni cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, habelə Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş halın, yəni zərərçəkmiş şəxslə barışıq əldə etməsinin mövcud olması səbəbindən təyin olunan cəzanın müddətinin və ya həcminin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməməsi barədə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin, həmçinin cinayət etməyə cəhdə görə cəzanın müddətinin və ya həcminin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməməsi barədə Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələblərini nəzərə alaraq ona Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, cinayət qanununda nəzərdə tutulmuş həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasından görünür ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs barəsində doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, Həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən isə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngüləşdirən hallardır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndinin 5-ci abzasında göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Lakin Cinayət Məcəlləsinin 65.2-ci maddəsində göstərilən qaydadan fərqli olaraq Cinayət Məcəlləsinin 60-cı maddəsi cəzanın güzəştli təyin edilməsi qaydasını təsbit etdiyindən, bu qaydada təyin olunmuş cəzanın CMin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az olması istisna olunmur və bu halda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etmək tələb edilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə kimi cəza, Zərərçəkmiş şəxs apellyasiya şikayətində qeyd edildiyi qədər yüngül, yaxud məhkum edilmiş şəxsin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 apellyasiya şikayətlərində qeyd olunduğu qədər sərt cəza kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla tarazılıq müəyyən olunmaqla kifayət qədər ədalətli cəza təyin edildiyindən, onun cəzasının ağırlaşdırılması və ya daha aşağı həddə yüngülləşdirilməsi, barəsində təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza növü ilə əvəz edilməsi və cəza çəkməkdən azad olunması üçün əsas ola bilməz. Odur ki, məhkəmə kollegiyası cəzanın sərt olması barədə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxsun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 apellyasiya şikayətlərinin dəlillərini, habelə təyin olunmuş cəzanın yüngül olması barədə Zərərçəkmiş şəxs apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs cəzasını ciddi reğimli cəzaçəkmə müəssisəsində çəkməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxs və onun müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməsinə, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə dair məhkum edilmiş şəxsin və onun müdafiəçisinin, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsinə, məhkum edilmiş şəxs və onun müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsi və müdafiəçisinin çıxışını, apellyasiya şikayətlərinin təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmünün apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmasına dair dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq şikayətlərin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-146/2022 saylı, 19 may 2022-ci il tarixli hökmü apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərərçəkmiş şəxs tərəfindən verilmişi apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-146/2022 saylı, 19 may 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(103)-1420/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1420/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver