Məhkəmə qərarları › İş №1(103)-1420/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1420/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1420/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(101)-727/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər X8 və X3 ibarət tərkibdə) 29 aprel 2024-cü il tarixli, 1(101)-727/2024 nömrəli hökmünə əsasən: xx xxxxx 2005-ci ildə İmişli rayonu, Xubyarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, İmişli rayonu, Xubyarlı kəndində qeydiyyatda olan, həbs olunanadək ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 1(101)- 398/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilərək göstərilən hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 31 may 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. xx xxxxx 2002-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, İİ Qarabağ müharibəsi iştirakçısı, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Əliyev küçəsi, ev 18, mənzil 9-da qeydiyyatda olan və hazırda həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 05 iyun 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaq yolu ilə 04 (dörd) ay 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq və onun üzərində 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 22:00-dan səhər saat 07:00- dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxxx 2005-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Pirəhmədli ərazi dairəsi, Musabəyli kəndində qeydiyyatda olan, hazırda Abşeron rayonu, Məmmədli kəndi, N.Tusi küçəsində nömrəsiz evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1cimaddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs3 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablamaq yolu ilə 04 (dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 22:00-dan səhər saat 07:00dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilmişdir. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmiş, eləcə də xuliqanlıq niyyəti ilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında gəzərkən oradan keçən, əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib bunu cüzi olaraq bəhanə edib əsaslı səbəb olmadan, kənar şəxslərin aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək öz daxili eqoizm hisslərinə qapanıb, sonuncuları sorğu-suala tutub verdikləri cavabı isə aqressiv tərzdə qarşılayıb heç bir əsaslı səbəb olmadan mübahisəli vəziyyət yaradıb özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib ilk olaraq Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla sonuncunu yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançıları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, tanışı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 təpiklə baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə, üzərində gəzdirdiyi, istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyəni nümayiş etdirmiş, digər tanışı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan, həmçinin Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirib ictimai yerdə cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik göstərib səs-küyə yaxınlaşmış şəxslərin onu sakitləşdirməyə çalışmasına məhəl qoymadan, tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb, öz eqosunu dostları və tay-tuşları qarşısında bir daha vurğulayıb təsdiq etmək məqsədilə mübahisəni özünün qalib sonluğuna qədər davam etdirmək üçün oradan uzaqlaşmaq istəyən Rahib Daşdiyevin üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını alıb, hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə Rahib Daşdiyevin baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurmaqla, zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, eləcə də təpik zərbəsi ilə Zərərçəkmiş şəxs2 vurub yerə yıxaraq sonuncuya pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək, sonuncuları sorğu-suala tutub, mübahisə yaradaraq döymələrini görüb mübahisəyə qoşularaq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmiş, tanışı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 təpiklə baş nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə üzərində gəzdirdiyi və istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyani nümayiş etdirmiş, digər tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sonuncuya sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetiımiş, həmçinin tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb oradan uzaqlaşmaq istəyən Rahib Daşdiyevin üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını alıb, hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurmaqla zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında gəzərkən oradan keçən əvvəllər tanımadıqları Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid2 öz aralarında olan danışıqlarını özü üçün yüksək səs kimi qəbul edib bunu cüzi olaraq bəhanə edib əsaslı səbəb olmadan, kənar şəxslərin aralarında olan şəxsi söhbətlərinə müdaxilə edərək öz daxili eqoizm hislərinə qapanıb onları sorğu-sual tutub verdikləri cavabı isə aqressiv tərzdə qarşılayıb heç bir əsaslı səbəb olmadan mübahisəli vəziyyət yaradıb özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydaları, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Elsunun Həsənovun başının sağ nahiyəsinə 1 (bir) dəfə təpiklə qəsdən zərbə vurmaqla sonuncuya sağ qulaq seyvanının qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, həmin vaxt Təqsirləndirilən şəxs3 öz eqosunu dostları və tay-tuşları qarşısında bir daha vurğulayıb təsdiq etmək məqsədilə mübahisəni özünün qalib sonluğuna qədər davam etdirmək üçün bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 hədələyib sonuncuda qorxu hissləri yaratmaq məqsədilə üzərində gəzdirdiyi, istintaqa təqdim edilməyən bıçağı Zərərçəkmiş şəxs1 əyani nümayiş etdirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmiş, tanışı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 sifətinin sağ nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmaqla sonuncunu yerə yıxmış, bununla kifayətlənməyib yerdə uzanılı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmaqla sağ əlin sıyrıqları və sağ sağrı nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2lə əlbəyaxa olduğunu görüb oradan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs2 üzərinə gedib 1 (bir) dəfə qəsdən təpik zərbəsi vuraraq sonuncunu yerə yıxıb ayağa qalxmasının qarşısını alıb, hərəkətlərini məhdudlaşdırıb, müqavimətini qıraraq dizi ilə sonuncunun baş nahiyəsinə qəsdən 1 (bir) dəfə zərbə vurmaqla zərərçəkmiş şəxsdə sol diz oynağı nahiyələrinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmiş, eləcə də Zərərçəkmiş şəxs2 pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvumaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş, digər tanışı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 dodaq nahiyəsinə qəsdən yumruq zərbəsi vurmaqla sonuncuya alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirmiş, qərəzli xuliqanlıq hərəkətlərini inadla davam etdirərək Zərərçəkmiş şəxs2 üzərinə doğru hücüm çəkərək ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifətinə qəsdən zərbələr vurmaqla sol bazu oynağı, sol said nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək bir qrup şəxs halında şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(101)- 727/2024 nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək hökmün Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində ləğv edərək həmin hissədə bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini, əməlin Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə ona yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları arasında olan təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrində, məhkəmə hərəkətlərinin protokollarınada Mehman Şirinovun ittiham üzrə təqsirli bilinməsi təkzib olunur. Belə ki, təqsirləndirilən şəxs Mehman Şirinov ibtidai istintaq orqanına vermiş olduğu ifadəsində elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilsə də, məhkəmə istintaqında ittiham üzrə özünü qismən təqsirli bildiyini, ibtidai istintaq zamanı adından yazılmış ifadəsinin səhv olduğunu, davanın baş verdiyi gün spirtli içki qəbul etmədiyini, Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirmədiyini , onun ayağının sınmasını yerdə qışqıran zaman eşitdiyini, həmin vaxt onun yanında olmadığını bildirmişdir. Eyni zamanda, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, mübahisə zamanı Təqsirləndirilən şəxs2 onu döyməyə başlamış, bu zaman onun üz və böyür nahiyəsinə zərbələr endirilmiş, habelə, döyülmə zamanı onun ayağı sınmışdır.( həmin ifadə hökmdə qeyd olunmuşdur). Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, döyülmə zamanı onun ayağı qırılmış, aldığı zərbələrə görə həmin vaxt çox pis vəziyyətdə olmuş, həmin vaxt huşu da bulanıq olmuş, bu səbəbdən də ayağının qırılmasına kimin səbəb olduğunu dəqiq xatırlamır, ayağının qırılmasına səbəb olan şəxsin Təqsirləndirilən şəxs1 olmasını ona ibtidai istintaq zamanı müstəntiq bildirmiş, lakin ayağının qırılmasına səbəbkar olan şəxsin məhz Təqsirləndirilən şəxs1 olmasını görməmişdir. Müstəntiqə vermiş olduğu ifadəsini oxumadan imzalamışdır. Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsində iştirak etməməsini nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə istintaqında digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 bir dəfə də olsun ona qarşı hansısa bir fiziki zor tədbiq etməmiş, onunla dava etmək niyyəti olmamış, sadəcə olaraq onunla söhbət etmək istəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 suala cavab verərkən Zərərçəkmiş şəxs2 ayağının sınması hadisəsini təfsilatı ilə danışaraq sonda həmin hadisə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yanında olmadığını qeyd etmişdir. Lakin bununla belə Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsində iştirak etməməsini nəzərə alınaraq Təqsirləndirilən şəxs1 ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, məhkəmə istintaqında şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 ayağının qırılmasını görmüşdür. Zərərçəkmiş şəxs2 ayağının qırılmasında Təqsirləndirilən şəxs1 heç bir təqsiri olmamışdır, onun Rahibi vurmasını görməmişdir. Zərərçəkmiş şəxs2 pilləkənin yuxarı hissəsində dayanmış və birdən arxaya addımlamağa başlamışdır. Rahib arxaya addımladığı üçün yıxılaraq ayağını qırmışdır. Eyni zamanda, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadisə baş verən Zərərçəkmiş şəxs2 ayağı sınmış və ona görə də Rahib yerdə çapalamışdır. Rahibi hadisə yerində kimin vurduğunu dəqiq olaraq bilmir. Təqsirləndirilən şəxs1 Rahibi vurmasını görməmişdir. Eyni zamanda, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, sonradan ona dava zamanı Zərərçəkmiş şəxs2 yıxılaraq ayağının qırıldığı məlum olmuş və Zərərçəkmiş şəxs2 ayağının qırılmasında Təqsirləndirilən şəxs1 təqsiri olmasını eşitməmişdir. Eyni zamanda,iş materialları arasında olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 107) görünür ki, Zərərçəkmiş şəxs2 anidən qaçır, bu zaman Təqsirləndirilən şəxs2 onun arxası ilə hərəkət edib, sağ ayağı ilə təpiklə sol qol (bazu və sair) və bel nahiyəsinə, eləcə də sağ əli ilə Rahibin baş nahiyəsinə zərbə atır, Zərərçəkmiş şəxs2 özünümüdafiə məqsədilə arxaya doğru hərəkət edir, bu zaman Təqsirləndirilən şəxs3 bel nahiyəsindən özünün bildirdiyi kimi üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq əlində nümayiş etdirir, ətrafdakı şəxslər onun qollarından tutaraq qanunazidd hərəkətlərinin qarşısını alırlar, bu vaxt isə Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava edirlər, buna görə də Təqsirləndirilən şəxs1 anidən qaçaraq hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ böyrək nahiyəsinə təpiklə zərbə vurur, zərbədən sonuncu daş pilləkanların üzərinə yıxılır, Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək ayağının sağ diz nahiyəsi ilə ayağa durmağa çalışan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən 1 (bir) zərbə vurur. Ətrafdakı şəxslərin köməkliyi ilə Vəfadar sakitləşdirir. Zərərçəkmiş şəxs2 ayağa dura bilmir, şahidlərin köməkliyi ilə ayağa durur. Eyni zamanda, iş materialları arasında olan xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli disklərə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 196) görünür ki, hadisə yerində Zərərçəkmiş şəxs2 anidən qaçır, bu zaman Təqsirləndirilən şəxs2 onun arxası ilə hərəkət edib, sağ ayağı ilə təpiklə sol qol (bazu və sair) və bel nahiyəsinə, eləcə də sağ əli ilə onun baş nahiyəsinə zərbə atır, Zərərçəkmiş şəxs2 özünümüdafiə məqsədilə arxaya doğru hərəkət edir, bu zaman Təqsirləndirilən şəxs3 bel nahiyəsindən özünün bildirdiyi kimi üzərində gəzdirdiyi mətbəx bıçağını çıxardaraq əlində nümayiş etdirir, ətrafdakı şəxslər onun qollarından tutaraq qanunazidd hərəkətlərinin qarşısını alırlar, bu vaxt isə Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava edirlər, buna görə ŞirinovVəfadar anidən qaçaraq hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ böyrək nahiyəsinə təpiklə zərbə vurur, zərbədən sonuncu daş pilləkanların üzərinə yıxılır. Bununla bağlı olaraq bildirirəm ki, hökümdə, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli disklərə baxış keçirilməsi haqqında protokolda Zərərçəkmiş şəxs2 ayağının qırılması hadisəsi düzgün qeyd olunmamışdır.Çünki adı şəkilən diskdə Zərərçəkmiş şəxs2 pilləkənin yuxarı hissəsində arxaya addımlayarkən yıxılaraq ayağının qırılması, həmin vaxt isə Təqsirləndirilən şəxs1 zərərçəkmişin yaxınlığında deyil, kənarda olması, habelə, zərərçəkmişə heç bir zərbə vurmaması aydınlığı ilə görünür. Həmin ziddiyətə aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli disklərə təkrar baxış keçirilməsini xahiş edirəm.Göründüyü kimi zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli ifadə verərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ayağını sındırmasın inkar etmişlər. Xüsusi ilə diqqətə çatdırıram ki, zərərçəkmiş şəxslərin hamısının Təqsirləndirilən şəxs1 ağır cəza verilməsini məhkəmədən xahiş etdikləri vəziyyətində Təqsirləndirilən şəxs1 xeyrinə qəsdən yalan ifadə vermələri mümkün deyil. Cinayət işi materialları arasında olan təqsirləndirilmiş və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən, ekspert rəylərindən, istintaq və məhkəmə hərəkətlərinin protokollarından təsdiq olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ayağı ona zərbə vurulması səbəbindən deyil, onun pilləkənin yuxarı hissəsindən arxaya addımlayarkə ayağının pilləyə ilişərək yıxılması səbəbdən sınmışdır. Ona görədə hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ayağının sınması hadisəsi qəsdən törədilmiş cinayət deyildir. Həmin cinayət ehtiyatsızlıqdan törədilmiş cinayətdir. Bu səbəbdən həmin cinayətlə bağlı əməl AR.CM-nin 126.2.4-cü maddəsi ilə yox, CM-nin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa zərər vurma) maddəsinə tövsif olunmalıdır. (qeyd olunmuş əsasla bağlı digər cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə qərarını məhkəmə iclasında təqdim edəcəyəm). Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, digər məhkumlar və zərərçəkmiş şəxslər isə apellyasiya şikayətləri verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin təmin edilməsini, hökmün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair hissəsində ləğv edərək həmin hissədə bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsini, onun əməlini Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını və ona dəymiş ziyanın ödənilməsini nəzərə alaraq, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X7 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(101)-727/2024 nömrəli hökmün Təqsirləndirilən şəxs1 aid hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, davanın baş verdiyi gün Təqsirləndirilən şəxs3 ona zəng edərək Təqsirləndirilən şəxs2 evində olduğunu bildirib onu həmin evə dəvət etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 evinə getmiş və həmin evdə hardasa 5-10 dəqiqə olduqdan sonra Təqsirləndirilən şəxs3la birgə həmin evdən çıxmışdır. O, davanın baş verdiyi gün spirtli içki qəbul etməmişdir. O və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 evindən çıxdıqdan sonra, yəni məhəllədə olan zaman binanın komendantı ona zəng edərək özünün hazırda rayonda olduğunu və məhəllədə quraşdırılmış olan videoçəkiliş cihazı vasitəsilə komendant binasının ətrafında tanımadığı bir şəxsin olduğunu bildirərək ondan həmin şəxsin kim olduğunu aydınlaşdırmasını istəmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3 ilə birlikdə həmin şəxsin kimliyini aydınlaşdırmaq məqsədilə komendant binasının yanına getmişlər və bu zaman həmin şəxsin komendant binasında işləyən əməkdaş olduğunu görmüşlər. Sonra o, dayanmış şəxsin komendant binasında işləyən əməkdaş olduğunu binanın komendantına bildirərək Təqsirləndirilən şəxs3la birgə yenidən məhəlləyə, yəni davanın baş verdiyi yerə qayıtmışdır. Davanın baş verdiyi yerdə bir aptek də mövcud olmuş, lakin həmin vaxt aptek fəaliyyət göstərməmişdir. O və Təqsirləndirilən şəxs3 davanın baş verəcəyi yerə gələn zaman Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və daha bir nəfəri görmüşlər. Səhv etmirsə, həmin şəxs Vilayət olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və adını dəqiq xatırlamadığı digər şəxs uca səslə söyüş söymüşlər. Davanın baş verdiyi yerdə çoxsaylı yaşayış binaları olmuş və həmin binaların sakinləri mütəmadi olaraq eyvanlara çıxmışlar. Ona görə də o, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 müraciət edərək niyə söyüş söydüklərini soruşmuşdur. Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 isə aqressiv bir səs tonu ilə ona cavab qaytarmağa başlamışlar. Bundan sonra o, Zərərçəkmiş şəxs2 kənara çəkərək sonuncu ilə söhbət etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs2lə söhbət edən zaman Zərərçəkmiş şəxs1 onun ünvanına söyüş söymüşdür. Bundan sonra o, Zərərçəkmiş şəxs1 1 (bir) yumruq zərbəsi endirmiş və həmin zərbənin təsirindən Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Zərərçəkmiş şəxs1 yerə yıxıldıqdan sonra o, Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava etdiklərinin şahidi olmuş və Təqsirləndirilən şəxs2 kömək etmək üçün Zərərçəkmiş şəxs2 1 (bir) təpik zərbəsi endirmişdir. O, Zərərçəkmiş şəxs2 1 (bir) təpik zərbəsi endirdikdən sonra Zərərçəkmiş şəxs2 ayağı davanın baş verdiyi yerdə yerləşən aptekin pilləkənlarına ilişmiş və Zərərçəkmiş şəxs2 yerə yıxılaraq ayağını sındırmışdır. Zərərçəkmiş şəxs2 təpik zərbəsindən dolayı yerə yıxılan zaman o, Zərərçəkmiş şəxs2 ayağının sınacağını heç düşünməmişdir. Onlar Zərərçəkmiş şəxs2 ayağının sındığını gördükdən sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə Zərərçəkmiş şəxs2 səliqəli bir şəkildə kənarda uzandırmışlar. Dava zamanı davanın şahidi olan şəxslərin sayı çox az olmuş, daha dəqiq desə, 1-2 nəfər məhəllə sakini olmuşdur. Dava zamanı dava iştirakçılarını bir-birindən heç kəs ayırmamış, çünki ayırmağa ehtiyac olmamışdır. Sözügedən dava təxminən 5-10 dəqiqə çəkmişdir. Bir də ibtidai istintaq zamanı onun adından yazılmış ifadəsi tamamilə səhvdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, əvvəllər bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin məhbus həyatı yaşamamış, çünki həmin vaxt yetkinlik yaşına çatmadığından məhkəmə ona şərti cəza təyin etmiş, dava-dalaş zamanı Zərərçəkmiş şəxs1 1 (bir) yumruq zərbəsi, Zərərçəkmiş şəxs2 isə 1 (bir) təpik zərbəsi vurmuş, Zərərçəkmiş şəxs2 ayağının sınmasını sonuncu yerdə qışqıran zaman bilmiş, ibtidai istintaq zamanı vermiş ifadəni təsdiq etmir, Zərərçəkmiş şəxs2 ayağı sındıqdan sonra yerdə uzanan zaman sonuncuya heç bir zərbə endirməmiş, dava-dalaş zamanı orada cəmi bir nəfər kənar şəxs olmuş, həmin şəxs də onun qonşusudur, valideynləri barışıq əldə edilməsi məqsədi ilə bir neçə dəfə Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yanına getsələr də, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onu bağışlamamışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, saat 23:00 radələrində yaşadığı məhəllədə dostu Vahidlə gəzmişdir. Gəzə-gəzə aptekin qarşısına gəlmişlər. Həmin vaxt o, uzaqdan Təqsirləndirilən şəxs2, Yunisi və dayısı Fuadın “Qız qalası” internet klubunun qarşısında oturduqlarını görmüşdür. O, yaxınlaşmaq istədikdə, 3 (üç) nəfər tanımadığı şəxsin uca səslə danışdığını, öz aralarında söyüşlə söhbət etdiklərini eşitmiş və ona görə də həmin şəxslərə yaxınlaşıb salamlaşmış, nə baş verdiyini soruşmuşdur. Bu zaman Rahib adlı şəxs “sən kimsən” ifadəsini işlətmişdir. O isə Rahibə içkili olmasını bildirib getməsini bildirmişdir. Rahib isə cavabında “məni yola verirsən?” demişdir. Tanışları Təqsirləndirilən şəxs2 və Şahid3 də, onlara yaxınlaşmışlar. Bu zaman Rahibin yanındakı Elsun adlı şəxs onların ünvanına nalayiq ifadə işlətmişdir. O da, sağ əli ilə Rahibin yanında dayanan Elsunun sifətinin sağ qulaq nahiyəsinə 1 (bir) dəfə qəsdən yumruq zərbəsi vurmuşdur. Elsun zərbənin təsirindən dərhal yerə yıxılmış, yerə yıxılarkən Elsunun sağ əli ilkin olaraq yerə dəymiş və arxası, yəni yan nahiyəsi üstə yerə dəymişdir. Elsun yerdə uzanılı vəziyyətdə ola-ola o, Elsunun ayağına 1 (bir) dəfə qəsdən təpik zərbəsi vurmuşdur. Bu vaxt digər dostu Təqsirləndirilən şəxs3 Elsun yerdə uzanılı olarkən sonuncunun baş nahiyəsinə təpiklə zərbə vurmuşdur. Elsun onun zərbəsindən yerə yıxılıb ayağa durduqdan sonra Təqsirləndirilən şəxs2 Elsunun dodaq nahiyəsinə yumruqla zərbə vurmuşdur. Həmçinin o, Təqsirləndirilən şəxs2 Rahib adlı şəxs arxaya hərəkət edərkən ayaqla sonuncunun bel nahiyəsinə və yumruqla sifət nahiyəsinə zərbələr atdığını görmüşdür. Daha sonra dostu Vahid Elsunun söyüş söyməsindən istifadə edib hər hansı ciddi zərurət olmadığı halda belinin kəmər nahiyəsində gəzdirdiyi, mətbəxdə istifadə olunan yağ bıçağını çıxarmış, lakin yaxınlıqda olan şəxslər Vahidin qolundan tutaraq saxlamışlar. Həmin vaxt o, Təqsirləndirilən şəxs2lə Rahibin bir biri ilə yaxalarından tutaraq çəkişdiklərini görmüş və ona görə də qaçaraq Rahibə çatıb təpiklə sonuncuya zərbə vurmuşdur. Zərbənin təsirindən Rahib aptekin qapısının qarşısında olan daş pilləkənlərin üzərinə yıxılmış və qışqıraraq “ay ana, öldüm, məni öldürdülər” cümləsini işlətmişdir. Hirsi soyumadığı üçün o, Rahibin ayağa durmaq istədiyini görüb yenidən dizi ilə Rahibin baş nahiyəsinə 1 (bir) dəfə bərk zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 Rahibin qışqırdığını görüb onu tutaraq sakitləşdirmiş, növbəti zərbələr vurmağına mane olmuşdur. Səs-küyə qonşular, təxminən 30-40 nəfər şəxs yaxınlaşmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır. Onlar eyni məhəllədə yaşayırlar və dostdurlar. Hadisə günü onun bacısının uşağının xeyir işi ilə əlaqədar qonaqlıq verilmişdir. Onlar həmin qonaqlıqda iştirak etmişlər. Məclisin ortasında onlar siqaret çəkmək üçün həyətə düşmüşlər. Bu zaman zərərçəkmiş şəxslər Elsun və Rahib, eləcə də sonuncuların yanında olan bir nəfər şəxs yüksək səslə söyüş söyərək məhəllədən keçmişlər. Onlar əvvəlcə həmin şəxslərin dava etdiyini düşünmüşlər. Buna görə də onlar zərərçəkmiş şəxslərə yaxınlaşmışlar. Yaxınlaşmaqda məqsəd əgər həmin şəxslər dava edirdilərsə, həmin mübahisəni yoluna qoymaq olmuşdur. Bu zaman zərərçəkmiş şəxslər onlarla əsəbi formada danışmağa başlamışlar. Onların zərərçəkmiş şəxslərlə mübahisə etmək kimi fikirləri olmamışdır. Lakin zərərçəkmiş şəxslər onlara qarşı söyüş söymüşlər. Zərərçəkmiş şəxslər onlara qarşı söyüş söydüklərinə görə onlar zərərçəkmiş şəxslərlə dava etmişlər. O, həmin hadisədə zərərçəkmiş şəxslərdən birinə, yəni Rahibə yalnız ayaqla zərbə vurmuşdur. Bundan başqa, o, zərərçəkmiş şəxslərə heç nə etməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, hadisə günü Vahid, Vəfadar, Tural və Yunis adlı dostları onun bacısı uşağının yığıncağı üçün onların yaşadığı evə gəlmişlər, həmin vaxt onlar bir stəkan spirtli içki qəbul etmişlər, lakin spirtli içkinin təsiri altında olmamışlar, oturduqları məclisdən Vəfadar və Vahid ondan əvvəl həyətə düşmüşlər, o da, Vəfadargilin arxasınca həyətə düşmüş, zərərçəkmiş şəxslərə yaxınlaşmaq istəyən zaman artıq Vəfadar və Vahidin zərərçəkmiş şəxslərə yaxınlaşdıqlarını görmüş, Vəfadar və Vahid zərərçəkmiş şəxslərdən nə baş verdiyini soruşmuşlar, buna görə də Vəfadargilin yanına getmiş, zərərçəkmiş şəxslərin yanına gəldikdə, görmüşdür ki, zərərçəkmiş şəxslər Vəfadar və Vahidlə əsəbi şəkildə danışmışlar, sonra zərərçəkmiş şəxslər onlara qarşı söyüş söymüşlər, lakin zərərçəkmiş şəxslərin onlara hansı səbəbdən söyüş söydüklərini bilmir, düşünür ki, zərərçəkmiş şəxslər onların yaxınlaşmasını pis qəbul etmişlər, əvvəlcə Rahib onları söymüş, bundan sonra dava başlamış, Elsunun söyüş söydüyünü xatırlamır, birinci zərbənin kimin kimə vurduğunu bilmir, lakin özü Rahibə 1 (bir) dəfə ayaqla zərbə endirmiş, Rahibi vuran zaman sonuncu ayaq üstə olmuş, həmin vaxt Vahiddə mətbəx bıçağı olmuş, amma hadisə zamanı heç kəs bıçaqdan istifadə etməmiş, zərərçəkmiş şəxslərlə onların arasında davam edən davadalaş təxminən 1-3 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs2 qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, İİ Qarabağ döyüşləri iştirakçısıdır, 2 ildir ki, spirtli içki qəbul edir. Saat 20:00 radələrində nənəsi Bəturayə məxsus olan yaşadıqları məhəllədə yerləşən evdə bacısı oğlunun sünnət mərasimi ilə əlaqədar o, tanışları Yunis, Fuad, Mirşahin, qıvırcıq Tural ilə yığışaraq yeyibiçmişlər. Əvvəlcə onlar 0,7 litr həcmində spirtli içki olan araq içmişlər, daha sonra yenidən həmin həcmdə araq alaraq içmişlər, məclisin ortasında tanışı Vəfadar da, onlara gəlmişdir. Daha sonra hamısı məhəlləyə düşmüşlər və “Zamin” marketin qarşısında əyləşib söhbət etmişlər. Vəfadarla Vahid isə məhəllədə gəzmişlər. Saat 23:00 radələrində tanımadığı 3 (üç) nəfər onların yanından söyüş söyə-söyə keçmiş, həmin şəxslər aptek tərəfə getmişlər. O da, həmin şəxslərin arxası ilə hərəkət etməyə başlamış, çünki həmin şəxslərin dava etdiyini düşünmüşdür. Zərərçəkmiş şəxslər nisbətən aralıda olarkən Vəfadarla Vahid zərərçəkmiş şəxslərə yaxınlaşmışlar. O, zərərçəkmiş şəxslərə çatandək hansı mövzuda söhbət etdiklərini eşitməmişdir. O, çatdıqda Vəfadarla Rahibin söhbət etdiyini görmüş, hər iki tərəf içkili olduğundan söhbəti sonraya saxlamağı məsləhət görmüşdür. Bu zaman dostu Vəfadar anidən Rahibin yanındakı Elsunun sifətinin sağ tərəfindən 1 (bir) dəfə yumruq zərbəsi vurmuş və Elsun zərbənin təsirindən dərhal yerə yıxılmışdır. Elsun yerdə olarkən Vəfadar Elsunun ayağına təpiklə zərbə vurmuş, Vahid isə Elsunun başına təpiklə zərbə vurmuşdur. Elsun ayağa durduqdan sonra o da, Elsunun dodaq nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi vurmuşdur. Sonra o, Rahibin üzərinə doğru qaçaraq ayağı ilə Rahibin sol tərəfindən bel nahiyəsinə və yumruqla sifətnahiyəsinə zərbələr vurmuş, digər dostu Vahid isə Elsun adlı şəxsin söyüş söyməsindən istifadə edib belinin kəmər nahiyəsində gəzdirdiyi mətbəxdə istifadə olunan yağ bıçağını çıxarmışdır. Lakin yaxınlıqda olan şəxslər Vahidin qolundan tutub saxlamışlar. Həmin vaxt Vəfadar onunla Rahibin əlbəyaxa olduğunu görüb onlara tərəf qaçmağa başlamışdır. Bu zaman Rahib də, hərəkətə başlamışdır. Vəfadar Rahibə çatıb təpikə Rahibin qarın nahiyəsinə zərbə vurmuş və Rahib zərbənin təsirindən aptekin qapısının qarşısında olan daş pilləkənlərin üzərinə yıxılmış, həmin vaxt qışqıraraq “ay ana, öldüm, məni öldürdülər” cümləsini işlətmişdir. Ardınca Vəfadar dərhal dizi ilə ayağa durmaq istəyən Rahibin baş nahiyəsinə zərbə vurmuşdur. Onlar Rahibin ayağa durmadığını görüb sonuncuya yaxınlaşaraq ayağa durmasında kömək etmişlər. Qışqırıq səslərinə, səs-küyə qonşular, təxminən 30-40 nəfər şəxs yaxınlaşmışdır. Sonra o, həmin ərazini tərk etmiş, evə pul götürmək üçün getsə də, anası ona pul verməmişdir. Sonra o, “Koroğlu” parkına getmiş və səhərə kimi parkda yatmış, növbəti gün isə evə qayıtmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 uzun zamandır ki, tanıyır və onlar dostluq edirlər. O, kənddə həyət evində yaşayır, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 isə bina evində yaşayırlar. Təqsirləndirilən şəxs2 yenicə dayı olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs2 evində yeyib-içmək məclisi təşkil edilmişdir. Həmin məclisdə o və Təqsirləndirilən şəxs1 da, iştirak etmişlər. Həmin məclisdə yeyib-içdikdən sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə gəzinti məqsədilə məhəlləyə çıxmışdır. Gəzinti zamanı onunla Təqsirləndirilən şəxs1 qarşısına Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 çıxmışlar. Bu zaman Təqsirləndirilən şəxs2 hələ onların yanında olmamışdır. Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 alkoqol sərxoşluğu vəziyyətində olmaqla yanaşı, həmçinin yüksək səslə söyüş söymüşlər. Bu zaman o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaxınlaşaraq niyə söyüş söydüklərini soruşmuşlar. Zərərçəkmiş şəxs2 isə yüksək səs tonu ilə və aqressiv şəkildə onu və Təqsirləndirilən şəxs1 söymüşdür. Bundan sonra o və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yumruqla döyməyə başlamışlar. İlk yumruq zərbəsini Təqsirləndirilən şəxs1 endirməklə, birinci növbədə Zərərçəkmiş şəxs2 vurmuşdur. Bu zərbədən sonra Zərərçəkmiş şəxs2 yerə yıxılmışdır. Növbəti yumruq zərbəsini isə o, endirməklə, Zərərçəkmiş şəxs1 vurmuşdur. Bundan sonra onunla Təqsirləndirilən şəxs1 aralıda dayanmış Təqsirləndirilən şəxs2 onların dalaşdığını görüb dərhal özünü dava yerinə çatdırmışdır. Özünü dava yerinə çatdırmış Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1la dalaşmağa başlamışdır. Davanın başladığı andan hardasa 2-3 dəqiqə sonra məhəllədə xidmət aparan polis əməkdaşları dava yerinə qaçmağa başlamışlar. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə polis əməkdaşlarına yaxalanmamaq üçün dava yerindən qaçmışlar. Təqsirləndirilən şəxs3 qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, saat 20:00 radələrində dostu Turalın bacısı oğlunun dünyaya gəlməsi məqsədilə Turalın dayısı və nənəsinin yaşadıqları evdə o, tanışları Yunis, Fuad, Mirşahin, “qıvırcıq” Tural, eləcə də Təqsirləndirilən şəxs2lə yığışaraq yeyib-içmişlər. İlk olaraq 0,7 litr həcmində spirtli içki olan araq içmişlər, daha sonra yenidən 01 litr həcmli araq alaraq içmişlər. Məclisin ortasında Vəfadar da, məclisə gəlmişdir. Daha sonra hamısı məhəlləyə düşmüşlər və “Zamin” marketin qarşısında əyləşmişlər. Daha sonra o, Vəfadarla məhəllədə gəzişməyə başlamışdır. Yunis, Təqsirləndirilən şəxs2 və Şahid3, Fuad və Taleh isə "Qız qalası" internet klubunun qarşısında oturub söhbət etmişlər. O, Vəfadarla məhəllədə gəzərkən saat 23:00 radələrində tanımadıqları 3 (üç) nəfər şəxsin uca səslə danışdıqlarını, öz aralarında söyüşlə söhbət etdiklərini eşitmişdir. Onlar həmin şəxslərə yaxınlaşıb salamlaşmışlar və nə baş verdiyini soruşmuşlar. Bu zaman Rahib adlı şəxs "sən kimsən” ifadəsini işlətmiş, o isə cavabında normal danışmasını məsləhət görmüşdür. Mübahisə etdiklərini görən və eşidən Təqsirləndirilən şəxs2 də, onlara yaxınlaşmışdır. Bu vaxt dostu Vəfadar anidən Rahibin yanındakı Elsunun sifətinin sağ tərəfindən 1 (bir) dəfə yumruq zərbəsi vurmuş və Rahib zərbənin təsirindən dərhal yerə yıxılmışdır. Yerdə olarkən Vəfadar Elsunun ayağına təpiklə də vurmuşdur. Elsun yerdə uzanılı vəziyyətdə olarkən o, Elsunun başına və sağ qulaq nahiyəsinə təpiklə zərbə vurmuşdur. Elsun ayağa durduqdan sonra dostu Təqsirləndirilən şəxs2 Elsunun dodaq nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi vurmuş, daha sonra Təqsirləndirilən şəxs2 Rahibin üzərinə doğru qaçaraq ayağı ilə sol tərəfindən Rahibin bel nahiyəsinə və yumruqla sifət nahiyəsinə zərbələr vurmuşdur. O da, Elsunun söyüş söyməsindən istifadə edib belində kəmər nahiyəsində gəzdirdiyi, mətbəxdə istifadə olunan yağ bıçağını çıxarmışdır. Lakin yaxınlıqda olan şəxslər onun qolundan tutaraq saxlamışlar. Həmin vaxt X11 əlbəyaxa olduqlarını görüb Turalgil tərəf qaçaraq hərəkətdə olan Rahibə təpiklə qarın nahiyəsinə zərbə vurmuşdur. Rahib zərbənin təsirindən aptekin qapısının qarşısında olan daş pilləkənlərin üzərinə yıxılmış və qışqıraraq “ay ayağım” sözlərini işlətmiş, ardınca Vəfadar dərhal dizi ilə ayağa durmaq istəyən Rahibin baş nahiyəsinə zərbə vurmuşdur. Qışqırıq səslərinə, səs-küyə qonşular, təxminən 15-20 nəfər şəxs yaxınlaşmışdır. Arif adlı polis əməkdaşı hadisə yerinə yaxın qaldığı üçün əraziyə gəldikdə, o, Vəfadar və qıvırcıq Turalla birlikdə Kürdəxanı qəsəbəsində yerləşən parka getmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1la birlikdə kafedə yemək yedikdən sonra hərəsi öz evlərinə getmək məqsədilə çölə çıxmışlar. Bundan sonra o, Zərərçəkmiş şəxs1la birgə çöldə gedən zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onunla Zərərçəkmiş şəxs1 qarşısını kəsərək ondan və Zərərçəkmiş şəxs1 haradan gəlib hara getdiklərini və nə kimi köməklik göstərə biləcəklərini soruşmuşlar. Bu zaman o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir köməyə ehtiyac olmadığını bildirərək yaxınlıqda yerləşən 17 saylı binada yaşadıqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 onu kənara çəkmiş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs1 döyməyə başlamışlar. O, Zərərçəkmiş şəxs1 kömək etmək məqsədilə Elsuna tərəf qaçmaq istəmiş, lakin Təqsirləndirilən şəxs2 onu döyməyə başlamışdır. Təqsirləndirilən şəxs2 onu döyən zaman onun üz və böyür nahiyəsinə zərbələr endirmiş, habelə döyülmə zamanı onun ayağı da sınmışdır. O və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən döyülən zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun telefonunu götürmüşlər və hüquq mühafizə orqanlarına şikayətçi olmayacağı təqdirdə telefonunu qaytaracaqlarını bildirmişlər. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, döyülmə zamanı onun ayağı qırılmış, aldığı zərbələrə görə həmin vaxt çox pis vəziyyətdə olmuş, həmin vaxt huşu da bulanıq olmuş, bu səbəbdən də ayağının qırılmasına kimin səbəb olduğunu dəqiq xatırlamır, ayağının qırılmasına səbəb olan şəxsin Təqsirləndirilən şəxs1 olmasını ona ibtidai istintaq zamanı müstəntiq bildirmiş, lakin özü dəqiq bir şəkildə ayağının qırılmasına səbəbkar olan şəxsin məhz Təqsirləndirilən şəxs1 olmasını deyə bilmir, lakin onu və Elsunu döyən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olmuşlar, döyülmə zamanı ətrafda əlavə olaraq 10-15 nəfər olmuş, dava-dalaş xeyli müddət çəkmiş, huşunu ayağının qırılması nəticəsində keçirmiş olduğu travmatik şok səbəbilə itirmişdir. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 yaxın qohumları tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs2lə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o və Zərərçəkmiş şəxs2 subaydırlar, eyni yerdə əmək fəaliyyətilə məşğuldurlar və buna görə də eyni evdə yaşayırlar. Hadisənin baş verdiyi gün yeznəsi Şahid4 ona zəng edərək yaşadığı evə qonaq gələcəyini bildirmişdir. O da, Şahid4 bu fikrinə razılıq vermişdir. Həmin vaxt evdə hazır yemək olmadığından o, Şahid4 kafeyə gəlməsini tapşırmışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs2, Şahid4 və qardaşı Şahid2 ilə birlikdə kafedə yemək yemişlər, habelə 0,7 litr spirtli içki olan araq və iki bakal pivə içmişlər. Saat 22:40-22:45 radələrində o, Zərərçəkmiş şəxs2, Şahid4 və Şahid2 ilə birlikdə sözügedən kafedən çıxmış, çünki kafe saat 23:00-da bağlanmalı olmuşdur. Bundan sonra Şahid4 onlardan ayrılaraq taksi ilə evinə yollanmışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə evlərinə doğru getmişdir. O, qardaşı Şahid2 gecələmək üçün yaşadığı evə dəvət etmiş, Şahid2 isə onunla razılaşmamış və öz evinə gedəcəyini bildirmişdir. Şahid2 Maştağa qəsəbəsindəki “Savalan” yaşayış massivində yaşayır. O, Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə addımlayan zaman Şahid2 onunla evində gecələməklə bağlı bir az uca səslə və acıqlı bir şəkildə danışmışdır. Bu vaxt Təqsirləndirilən şəxs1 onunla Şahid2 dava etdiyini zənn edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə onlara yaxınlaşmışdır. O, Zərərçəkmiş şəxs2 və Şahid2 həmin vaxt söyüş söyməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 ona “qaqa, nəsə bir problem var?” sualını vermişdir. O da, Təqsirləndirilən şəxs1 heç bir problemin olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ondan hara getdiyini soruşmuş, o isə, Təqsirləndirilən şəxs1 evə getdiyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 17 saylı binaya getdiyini demişdir. Sonra o, Təqsirləndirilən şəxs1 “başa düşmədim, sən bizi niyə sorğu-sual edirsən ki?” sualını vermişdir. Bu sual isə Təqsirləndirilən şəxs1 pis təsir etmiş və Təqsirləndirilən şəxs1 ondan niyə bu cür aqressiv şəkildə danışdığını soruşmuşdur. O da, Təqsirləndirilən şəxs1 “mən səninlə necə danışmalıyam ki?” məzmunda cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 söhbətə aydınlıq gətirmək məqsədilə onu kənara çəkmişdir. Yəni davanın düşməsinə səbəb onunla Təqsirləndirilən şəxs1 arasında olan bu söhbət olmuşdur. O, yalandan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onu, Zərərçəkmiş şəxs2 və Şahid2 görən kimi onların üzərinə hücum çəkdiklərini deyə bilməz. Çünki bunu deməsi yalan olar. Təqsirləndirilən şəxs1 onu kənara çəkən zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 “qaqa, biz indi o vəziyyətdə deyilik ki, səninlə burada dayanıb mübahisə edək. Biz burada yaxınlıqda qalırıq, sabah səhər söhbət edərik” söyləmişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində Zərərçəkmiş şəxs2 cavab olaraq “qaqa, sənlik bir şey yoxdur, qoy mən bu qaqa ilə bir dənə söhbət edim” demişdir. O, həmin vaxt davanın düşəcəyini heç ağlına belə gətirməmişdir. Təqsirləndirilən şəxs1 onu kənara çəkən zaman Şahid2 onu qolundan tutaraq öz tərəfinə çəkməyə çalışmışdır. O isə, Şahid2 əlini onun qolundan çəkməsini istəmişdir. Bu zaman anidən Təqsirləndirilən şəxs2 onun dodaq nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi endirmişdir. Bu zərbəyədək Təqsirləndirilən şəxs1 bir dəfə də olsun ona qarşı hansısa bir fiziki zor tədbiq etməmişdir. Bu zaman o, alkoqol sərxoşluğu vəziyyətində olduğu üçün Təqsirləndirilən şəxs2 onun dodaq nahiyəsinə endirmiş olduğu yumruq zərbəsindən yerə yıxılmışdır. O, yerdə uzanmış vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs1 ona 1 (bir) dəfə təpik zərbəsi endirmişdir. Daha sonra o, ayağa qalxmış və ayaq üstdə olan zaman Təqsirləndirilən şəxs3 belindən 1 (bir) ədəd bıçaq çıxararaq həmin bıçağı ona doğru yönəltmişdir. O, bir daha qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs1 heç bir halda dava etmək niyyəti olmamış, Təqsirləndirilən şəxs1 sadəcə olaraq onunla söhbət etmək istəmişdir. Təqsirləndirilən şəxs3 ona doğru bıçağı yönəldən zaman ətrafdakı insanlar Təqsirləndirilən şəxs3 əlqolundan tutmuşlar. Bu zaman Şahid2 onu qolundan tutaraq kənara çəkmişdir. O isə, Şahid2 Zərərçəkmiş şəxs2 köməksiz vəziyyətdə qaldığını və ona görə də Rahibə yardım etməli olduqlarını, əks halda Zərərçəkmiş şəxs2 öldürüləcəyini bildirmişdir. Sonra o, Zərərçəkmiş şəxs2 uca səslə “Ay Allah, öldüm!” dediyi sözlərini eşitmişdir. Bu vaxt o, qaçaraq Zərərçəkmiş şəxs2 yanına gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 yerdə uzanmış, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs2 yanında, yəni yerdə oturmuşdur. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 telefonunun özündə olduğunu bildirərək Rahibə narahat olmamasını, telefonu qaytaracağını söyləmişdir. O, həmin vaxt ona endirilmiş ilk zərbənin məhz Təqsirləndirilən şəxs2 tərəfindən endirildiyi bilməmiş, ilk zərbənin məhz Təqsirləndirilən şəxs2 tərəfindən ona endirildiyini ibtidai istintaq zamanı öyrənmişdir. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs2 yaxın qohumları tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs2lə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ağır cəza təyin edilməsini, digər Təqsirləndirilən şəxs2 isə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, hadisə baş verən gün iş yerindən çıxaraq evə getmişdir. Bu zaman yeznəsi Şahid4 ona zəng edərək kafeyə çay içməyə dəvət etmişdir. O da, Orxanın dəvət etdiyi kafeyə getmişdir. O, həmin kafeyə gəldikdə, orada Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Şahid4 yemək yediyini görmüşdür. Ona spirtli içki içmək təklifi etmişlər, lakin o, içki içmədiyini bildirmişdir. Sonra onlar yeməklərini yemişlər və saat 23:00 radələrində birlikdə kafeni tərk etmişlər. Yeznəsi Orxan bir qədər onlardan qabaq kafeni tərk etmişdir. Onlar isə, 3 (üç) nəfər, yəni Zərərçəkmiş şəxs2, qardaşı Zərərçəkmiş şəxs1 və o, yola çıxmışlar. Qardaşı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 eyni binada eyni evdə kirayədə yaşamışlar. O da, həmin binada bir neçə mərtəbə aşağıda yaşamışdır. Onlar yol ilə gedən zaman bir nəfər şəxs yaxınlaşmışdır. Onlara yaxınlaşan həmin şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Vəfadar onlardan hara getdiklərini soruşmuşdur. Qardaşı Zərərçəkmiş şəxs1 da, Vəfadara evlərinə getdiklərini bildirmişdir. Vəfadar bir daha demişdir ki, “deyin görüm hara gedirsiniz”. Qardaşı Zərərçəkmiş şəxs1 da, Vəfadara “sənə hesabat verməliyəm?” deyə səslənmişdir. Elsun ondan əlini buraxmağını və Vəfadarın onlardan nə istədiyini aydınlaşdırmağı istədiyini bildirmişdir. Bu zaman kimsə arxadan onlara yumruqla zərbə endirmişdir. Onlara yumruq vuran Təqsirləndirilən şəxs2 olmuşdur. Bu yumruq zərbəsinin təsirindən qardaşı Elsun yerə yıxılmış və bu zaman qardaşına yerdə ikən təpiklə də zərbə vurmuşlar. Qardaşına təpiklə vuranın kim olduğunu o, bilməmişdir. O, həmin şəxslərə davanı bitirməklərini, yerə yıxılanın qardaşı olduğunu bildirmişdir. Bu zaman sanki qarışqa kimi qardaşının üstünə bir neçə nəfər hücum çəkmişdir. Onun qardaşının telefonunu da kimsə götürmüşdür. O, qardaşı Elsuna evə getməsini və bir qədər sonra Zərərçəkmiş şəxs2 də gətirəcəyini bildirmişdir. Çünki onlara hücum edən şəxslərin sayı 15-20 nəfər olmuşdur. Hətta o, hücum edənlərə güclərinin çatmayacağını qardaşına da demişdir. Sonra o, qardaşı Elsunu həmin şəxslərin əlindən almış və bir qədər başqa tərəfə aparmışdır. Bu vaxt o, Zərərçəkmiş şəxs2 vurub şikəst etdiklərini görmüşdür. Zərərçəkmiş şəxs2 ayağı sınmış və ona görə də Rahib yerdə çapalamışdır. Rahibi hadisə yerindən uzaqlaşdırmaq üçün X17 zəng etmişlər. X20 Yardım maşını hadisə yerinə gəlmiş və Rahibi xəstəxanaya aparmışlar. Bundan sonra o, evinə getmişdir. O, kimin Zərərçəkmiş şəxs2 vurduğunu dəqiq olaraq bilmir, çünki hadisə yerində aləm bir-birinə qarışmışdır. Buna görə də o, yalandan Rahibin kim tərəfindən vurulduğunu deyə bilməz, bunu dəqiq olaraq görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, baş vermiş davanın hansı səbəbdən baş verdiyini bilmir. O, yalnızca Zərərçəkmiş şəxs2 ayağının qırılmasını görmüşdür. Zərərçəkmiş şəxs2 ayağının qırılmasında Təqsirləndirilən şəxs1 heç bir təqsiri olmamışdır. Zərərçəkmiş şəxs2 pilləkənin yuxarı hissəsində dayanmış və birdən arxaya addımlamağa başlamışdır. Rahib arxaya addımladığı üçün yıxılaraq ayağını qırmışdır. O, bu xüsusatdan başqa cinayət hadisəsi ilə əlaqədar heç nə görməmiş və heç nə bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qaynıdır. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2lə birgə Məhəmmədli qəsəbəsində kirayədə, o isə, Hövsan qəsəbəsində yaşayır. O, bir gün Zərərçəkmiş şəxs1 yaşadığı ünvana qonaq gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs1 evdə yemək olmadığını bildirib onu kafeyə dəvət etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid2 ilə birlikdə kafedə əyləşərək yeyib-içmişlər və söhbət etmişlər. Zərərçəkmiş şəxs2 kafeyə gəldikdə, o və Zərərçəkmiş şəxs1 artıq 1-2 bakal pivə içmişlər. Zərərçəkmiş şəxs2 kafeyə gəldikdən sonra Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2 və o, araq içmişlər. Sonra onlar birlikdə kafedən çıxmışlar. Kafedən çıxdıqdan sonra o, ayrılaraq taksi ilə evinə getmişdir. O, evə çatdıqdan 30 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 dava etdikləri barədə ona telefon zəngi gəlmişdir. Bundan sonra o, dərhal Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaşadıqları evə yollanmışdır. O, Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaşadıqları evə çatdıqda, küçədə qan izlərinin şahidi olmuşdur. O, qan izlərini görən kimi dərhal “102” xidməti mərkəzinə zəng edərək bıçaqlanma hadisəsi barədə məlumat vermişdir. Bu zaman “102” xidməti mərkəzinin əməkdaşı ona sözügedən hadisə barədə məlumatlı olduğunu bildirmişdir. Bu müddət ərzində o, dayanmadan Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 zəng edirmiş, lakin Elsunla Rahib onun zənglərinə cavab verməmişlər. Bir müddət sonra o, Zərərçəkmiş şəxs1 xəstəxanaların birində tapmışdır. O, Zərərçəkmiş şəxs1la xəstəxanada söhbət edən zaman Elsun ona Rahibin ayağının qırıldığını bildirərək bıçaqlanma hadisəsinin olmadığını demişdir. Zərərçəkmiş şəxs1 ağız nahiyəsi partlamışdır. Davanın baş verdiyi günün səhərisi gün o, Zərərçəkmiş şəxs1la birlikdə Sabunçu Rayon Polis İdarəsinə gedərək izahat yazmışlar. Onlar izahat yazdıqdan sonra o, öz evinə, Zərərçəkmiş şəxs1 isə Şahid2 yaşadığı evə yollanmışdır. O, Elsunla birlikdə xəstəxanada Zərərçəkmiş şəxs2 görmək istəsələr də, həkimlər buna icazə verməmişlər. Sonradan isə ona davanın Zərərçəkmiş şəxs1 böyük qardaşı Şahid2 kirayədə qaldığı evdə gecələmək məqsədilə çağırması, lakin Şahid2 bu təklifi qəbul etməməsi və bu söhbətin yüksək səslə aparılmasından dolayı 10-20 nəfərin Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 yaxınlaşması ilə baş verdiyi, habelə dava zamanı Zərərçəkmiş şəxs2 yaxılaraq ayağının qırıldığı məlum olmuşdur. Dava küçədə, gecə saatlarında baş vermiş və 10-20 nəfərlə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sözlərinin çəp gəlməsinə baş vermişdir. İşdə olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan (cild 1, iş vərəqə 107) görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində başlayır. Bir neçə şəxs “Zamin” marketin qarşısında dayanıb, Zərərçəkmiş şəxs2 anidən qaçır, bu zaman Təqsirləndirilən şəxs2 onun arxası ilə hərəkət edib, sağ ayağı ilə təpiklə sol qol (bazu və sair) və bel nahiyəsinə, eləcə də sağ əli ilə Rahibin baş nahiyəsinə zərbə atır, Zərərçəkmiş şəxs2 özünümüdafiə məqsədilə arxaya doğru hərəkət edir, bu zaman Təqsirləndirilən şəxs3 bel nahiyəsindən özünün bildirdiyi kimi üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq əlində nümayiş etdirir, ətrafdakı şəxslər onun qollarından tutaraq qanunazidd hərəkətlərinin qarşısını alırlar, bu vaxt isə Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava edirlər, buna görə də Təqsirləndirilən şəxs1 anidən qaçaraq hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ böyrək nahiyəsinə təpiklə zərbə vurur, zərbədən sonuncu daş pilləkanların üzərinə yıxılır, Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək ayağının sağ diz nahiyəsi ilə ayağa durmağa çalışan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən 1 (bir) zərbə vurur. Ətrafdakı şəxslərin köməkliyi ilə Vəfadar sakitləşdirir. Zərərçəkmiş şəxs2 ayağa dura bilmir, şahidlərin köməkliyi ilə ayağa durur. Səs-küyə sonradan ətrafdakı şəxslər yaxınlaşır. İşdə olan xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 196) görünür ki, hadisə xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində başlayır. Bir neçə şəxs “Zamin” marketin qarşısında dayanıb, Zərərçəkmiş şəxs2 anidən qaçır, bu zaman Təqsirləndirilən şəxs2 onun arxası ilə hərəkət edib, sağ ayağı ilə təpiklə sol qol (bazu və sair) və bel nahiyəsinə, eləcə də sağ əli ilə onun baş nahiyəsinə zərbə atır, Zərərçəkmiş şəxs2 özünümüdafiə məqsədilə arxaya doğru hərəkət edir, bu zaman Təqsirləndirilən şəxs3 bel nahiyəsindən özünün bildirdiyi kimi üzərində gəzdirdiyi mətbəx bıçağını çıxardaraq əlində nümayiş etdirir, ətrafdakı şəxslər onun qollarından tutaraq qanunazidd hərəkətlərinin qarşısını alırlar, bu vaxt isə Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs2 əlbəyaxa dava edirlər, buna görə Təqsirləndirilən şəxs1 anidən qaçaraq hərəkətdə olan Zərərçəkmiş şəxs2 sağ böyrək nahiyəsinə təpiklə zərbə vurur, zərbədən sonuncu daş pilləkanların üzərinə yıxılır, Təqsirləndirilən şəxs1 qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək ayağının sağ diz nahiyəsi ilə ayağa durmağa çalışan Zərərçəkmiş şəxs2 baş nahiyəsinə qəsdən bir zərbə vurur. Ətrafdakı şəxslərin köməkliyi ilə Vəfadar sakitləşdirir. Zərərçəkmiş şəxs2 ayağa dura bilmir, şahidlərin köməkliyi ilə ayağa durur. Səs-küyə sonradan ətrafdakı şəxslər yaxınlaşır. sinə əsasən şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan (cild 2, iş vərəqə 342- 345) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 üzünə qarşı istintaqa verdiyi ifadəni bir daha bildirərək, səbəbsiz yerə onun və dostlarının qarşısını kəsərək lüzumsuz suallar verdiyini, ona kənara çəkilməyi təklif edib anidən sifətinin sağ tərəfinə yumruq zərbəsi vuraraq yerə yıxdığını, yerdə uzanılı vəziyyətdə olarkən onun ayağına bir dəfə təpik zərbəsi vurduğunu, eləcə də ifadəsində qeyd etdiyi digər xüsusatları bildirmiş, təqisirləndirilən Təqsirləndirilən şəxs1 isə etdiyi əməli səmimi etiraf etmiş, istintaqa verdiyi ifadəni bir daha təsdiqləmişdir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü və 221.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən “Zamin” marketin qarşısında baş vermiş hadisəsini özündə əks 01 ədəd CD diskin maddi sübut kimi tanınması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus mobil telefonların tapılması üçün ********* nömrəli cinayət işindən materialların ayrılması qərara alınmışdır. İşdə olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli canlı şəxsin 830 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-37) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan alt dodağın əzilmiş səthi yarası, sağ əlin sıyrıqları, sağ qulaq seyvanı və sağ sağrı nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İşdə olan xx.xx.2023-cü il tarixli canlı şəxsin 881 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası; sol bazu oynağı, sol said nahiyələrinin qançırları və sol diz oynağı nahiyələrinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən pəncənin travmatik çıxığı ilə müşayiət olunan sol baldır sümüklərinin topuq səviyyəsindən yerini dəyişən açıq sınıqları və həmin səviyyədə baldırın əzilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir; sol bazu oynağı, sol said nahiyələrinin qançırları və sol diz oynağı nahiyələrinin sıyrığı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Xarakter və lokalizasiyasına görə xəsarətlər müxtəlif şəraitlərdə törənə bilər, eləcə də qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi şəraitdə, yəni kənar şəxs (şəxslər) tərəfindən döyülərək öz boyu hündürlüyündən zərblə yıxılması nəticəsində törənməsi də inkar olunmur. İşdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası “Respublika Psixiatrik Ekspertiza Mərkəzi” X18 1881 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası rəyindən (cild 2, iş vərəqə 347-350) görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır; Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onarlı idarə etmək iqtidarında olmuşdur. O, törətdiyi əməl dövründə öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanına malikdir; Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur; Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa ifadə vermək qabiliyyətinə malikdir; Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 maddəsinin təsiri altına düşmür, onun hazırkı, psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir. O, baş vermiş hadisə zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur; Onun əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. İnadkarlıq, söz götürməmək, hövsələsizlik, tez özündən çıxmaq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi; Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır; Cinayət törədildiyi zaman Təqsirləndirilən şəxs1 şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən (cild 2, iş vərəqə 172-173) görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023- cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 398/2023 saylı hökmündən (cild 1, iş vərəə 351-357) görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə həmin cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 2 il sınaq müddəti təyin edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 139) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 140) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(101)-727/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə qanuni və əsaslı olduğundan həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ekspert rəyinə Zərərçəkmiş şəxs2 müəyyən olunmuş xəsarətin dərəcəsi “ağır” qiymətləndirildiyindən bu hal Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla işin faktiki hallarına münasibətdə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında verilən tövsiyyələrinə əsaslanaraq qeyd edir ki, cinayət əməli o vaxt xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasına az ağır və ya ağır xəsarət yetirir və yaxud da həyatdan məhrum edir). Həmin qərarın 6-cı bəndində həmçinin qeyd olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni (hazırki halda xuliqanlıq niyyəti qəsdən sağlamlığa ağır zərər vurma) mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. X14 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa zərər vurma) maddəsinə tövsif olunması üçün əsaslar müəyyən etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. İşin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 cinayətin törədilməsi zamanı davranışı onu düşünməyə əsas verir ki, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir və belə olan halda onun əməli ehtiyatsızlıqdan törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası əməlin tövsifinə münasibətdə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində təqsiri özünün ifadələri ilə yanası, zərəçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlini törətməsi haqqında işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və düzgün olaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə tövsif etmişdir, onun əməlinin tövsifinin dəyişdirilməsi üçün apellyasiya baxışı zamanı hər hansı əsas müəyyən olunmadı. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinin yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 qanunla təminat verilən hüquqları, o cümlədən müdafiə hüququ səmərəli şəkildə təmin olunmuşdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cavan olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə özünü qismən təqsirli bilməsini və zərərçəkmiş şəxslərlə barışmağa cəhd etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. İşin apellyasiya baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər biri məhkəmə kollegiyasına ərizə təqdim edərək məhkuma qarşı şikayət və tələblərinin olmadığını, onunla barışdıqlarını bildirdilər. Məhkəmə kollegiyası bu halı Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, bununla belə törədilmiş cinayət xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzaya təsir edən digər amilləri nəzərə alaraq həmin halın onun cəzasının yüngülləşdirilməsi üçün əsas görmür. Belə ki, cəza məsələsi müzakirə olunarkən mütləq nəzərə alınmalı hal odur ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə cinayət əməlini başqa cinayət işi üzrə hökmlə təyin edilmiş sınaq müddətində törətmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-398/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə, həmin cəza Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməklə 2 il sınaq müddəti təyin edilsə və sınaq müddətində yenidən qəsdən cinayət törətsə də, həmin cinayəti törədərkən yetkinlik yaşına çatmadığından bu hal hazırkı iş üzrə cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da, habelə apellyasiya şikayətində göstərilənləri də cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya müddətinin yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(101)-727/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 1(101)-727/2024 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zaur Hüseynov Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar