Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1424/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs1, Bəraət verilmiş şəxs Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli qərarından və xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)- 3/2024 nömrəli hökmündən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 irəli sürülən ittihama əsasən o, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Şahid12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) (VÖEN **********) direktor müavini vəzifəsində işləyərkən, MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etmiş, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulan funksiyaları özü yerinə yetirərək əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, adı çəkilən şəxslərlə birlikdə qeyd olunan MMCnin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 98, 101, 103-105, 149, 173, 174, 177, 180.1 və 201-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməklə və təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə, xeyli miqdar təşkil edən, 197974,14 manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs2 irəli sürülən ittihama əsasən, o, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 6” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) (VÖEN **********) direktor müavini vəzifəsində işləyərkən, MMC-nin fəaliyyətinə faktiki rəhbərlik etmiş, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulan funksiyaları özü yerinə yetirərək əmlakının, maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, adı çəkilən şəxslərlə birlikdə qeyd olunan MMC-nin adından sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 103-105, 149, 173, 174, 177 və 180.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə, xeyli miqdar təşkil edən, 113007,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona CM-in 213.1-ci maddəsi ilə bəraət verilmiş, o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (CPM) 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, mülki iddia Təqsirləndirilən şəxs2 aid olan hissədə təmin edilməmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanı ona aid olan hissədə (29800 manat) tamamilə ödədiyi üçün CM-in 73-2.1ci maddəsinə əsasən onun CMnin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli hökmü və həmin tarixli qərarının ləğv edilərək, iş üzrə cinayət və cinayət prosessual qanunvericiliyin tələbinə əməl olunmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib onların verilmiş ittihamda göstərilən həcmdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmalarına dair məhkum olunmaları barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə toplanmış sübutları kifayət hesab etsə belə, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamla bağlı düzgün yekun qərar qəbul etməmiş, “Məhkəmə hökmü haqqında’' Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının tələblərini nəzərə almamışdır. Belə ki, yuxarıda qeyd edilən Plenum Qərarının 6-cı bəndində göstərilmişdir ki, bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olaraq 113007,89 manat vergi borclarını ödəməkdən yayınma ilə bağlı sonuncu barəsində bəraət hökmü çıxarılsa da, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama yalnız onun Şahid12la qabaqcadan əlbir olaraq yayındığı vergi borcuna münasibət bildirilərək barəsində ümumi ittiham üzrə cinayət təqibinə xitam verilmiş, onun Təqsirləndirilən şəxs2la əlbir olaraq yayındığı vergi borcuna (113007,89 manat məbləğində vergi borcuna) münasibət bildirilməmişdir. Bununla da, məhkəmə eyni ittiham üzrə bir təqsirləndirilən şəxsə CM-nin 213.1-ci maddəsi ilə bəraət vermiş, həmin cinayətdə onunla əlbir olan digər təqsirləndilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verməklə eyni ittihama fərqli münasibət bildirmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan tam və ya qismən imtina olunmamış, məhkəmə onun barəsində olan ümumi ittiham üzrə cinayət təqibinə xitam verməkdə haqlı olmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, məhkəmə Təqsirləndirilən şəxs2 CM-nin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verərkən məhkəmə istintaqı zamanı əldə edilmiş ekspert rəylərini mötəbər sübut növü kimi qəbul etmiş və bunu onunla izah etmişdir ki, məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertizalarda ekspert qarşısında vergi borcunun olması ilə bağlı daha əhatəli suallar qoyulmuş, ibtidai istintaqı zamanı ekspert qarşısına qoyulmuş sual isə vergi borcunun müəyyən edilməsi üçün kifayət qədər əhatəli olmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı ekspertiza təyin edilərəkən ekspert qarşısında "xxxx" MMC tərəfindən 2016-cı il üzrə dövlət büdcəsinə hansı məbləğdə vergilərin ödənməsindən yayınması ilə bağlı eyni formalı sual qoyulmuş, ekspert tərəfindən ibtidai istintaq zamanı qoyulmuş suala daha aydın cavab verərək xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Venko” MMC-nin 74655,42 manat məbləğində əlavə dəyər vergisi, 38352,44 manat məbləğində mənfəət vergisi ilə bağlı borcunun olması göstərilmişdir (cild V i/v 173-178). Lakin məhkəmə istintaqı zamanı ekspertiza təyin edilərkən qoyulmuş suala ekspert tərəfindən cavab verilməmiş, rəyin təsviri-əsaslandırıcı hissəsində hüquqi məsələlərə münasibət bildirərək ekspert belə nəticəyə gəlmişdir ki, 25 yanvar 2018-ci il tarixli, **********096587 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində "xxxx" MMC (VÖEN-**********) tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərin (mənfəət və ƏDV) düzgünlüyü müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı əldə edilmiş rəyi mötəbər sübut növü kimi qəbul etməkdə məhkəmə haqlı olmamışdır. Məhkəmənin hökmündən həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli hökmü və xx.xx.2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli qərarının ləğv edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs, bəraət almış şəxs və müdafiəçi apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsi barədə, dövlət ittihamçısı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi isə apellyasiya protesti və şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin və şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya protesti və şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli qərarı və Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)- 3/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Dövlət ittihamçısı apellyasiya protesti və səlahiyyətli orqan apellyasiya şikayəti verərək hökmün və qərarın ləğv edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib onların verilmiş ittihamda göstərilən həcmdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmalarına dair məhkum olunmaları barədə ittiham hökmü çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və bəraət almış şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək, Təqsirləndirilən şəxs1 CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsinə dair və Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair düzgün nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 1 dəfə, məhkəmə istintaqı zamanı isə 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertizalarda ekspert qarşısında vergi borcunun olması ilə bağlı daha əhatəli suallar qoyulduğundan həmin ekspert rəyləri sübut kimi qəbul edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəylərində "xxxx" MMC-nin vergi borcu 2017-2018-ci illər üzrə müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 2016-cı idə "xxxx" MMC-nin faktiki rəhbəri olduğundan onun CM-in 213.1-ci maddəsi ilə cinayət əməli törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü qəbul edilmişdir. Təqsirləndirilən şəxs1 münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 9/2211 saylı rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə (şəxsi hesab vərəqəsi, bəyannamə məumatları və s.) əsasən vergi yoxlamalarının əhatə etdiyi dövrlər və 25 oktyabr 2019-cu il tarixdə tərtib olunmuş “Vergi borclarının araşdırılması nəticəsinə dair Akt”tda cari bəyannamə və kameral vergi yoxlaması ilə göstərilən dövrlər ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği 84966,28 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəylərində "xxxx" MMC-nin vergi borcu 2017-2018-ci illər üzrə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 verilmiş ittihamın 2016-cı il üzrə olan vergi borcu, yəni 113007,86 manat hissəsi sübuta yetməmiş, lakin vergi borcunun 2017-2018-ci illər üzrə 84966,28 manat hissəsi özünün etirafedici ifadəsi və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həm Təqsirləndirilən şəxs1, həm də şahid qismində dindirilmiş Şahid12 ifadələrindən onların 2017-ci ilin sentyabr ayına kimi müəssisədən gəlir əldə etmədikləri, gəlir əldə edəcəkləri halda gəliri bərabər şəkildə bölüşdürəcəkləri barədə razılıq əldə etdikləri müəyyən edilmiş, bu səbəbdən "xxxx" MMC-in vergi borcu məhkəmə tərəfindən onların arasında bərabər şəkildə müəyyən edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 9/2211 saylı rəyində, yoxlamanın sonuna, yəni xx.xx.2018-ci il tarixinə müəssisənin 25745,39 manat məbləğində artıq ödəməsinin olduğu öz əksini tapmış, həmin artıq ödəmə nəzərə alınmaqla müəssisənin ödəməli olduğu vergi borcunun məbləğinin 59220, 89 manat təşkil etdiyi müəyyən edilmiş, belə olan halda Şahid12 tərəfindən vergi borcundan 30000 manat ödənilməsi (Şahid12 münasibətdə Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 yanvar 2024cü il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır) və onun cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 vergi borcunun 29610,445 manat təşkil edildiyi müəyyən edilmiş, onun tərəfindən 29800 manat dövlət büdcəsinə ödəniş edidiyindən CM-in 73-2.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs ,yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Ali Qanunun 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanun qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ görə (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 350.1 və 350.2-ci maddələrinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı və düzgün olaraq ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə təqsirininin sübuta yetirilə bilməməsinə əsaslanaraq və CPM-in 39.2, 42.1.4 və 42.2.4-cü maddələrini rəhbər tutaraq ona CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsi qənaətinə gəlmiş, həmçinin Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanı ona aid olan hissədə tamamilə ödədiyi üçün CM-in 73- 2.1-ci maddəsinə əsasən onun CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam vermişdir. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli qərarı və Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)- 3/2024 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs1 CM-n 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)-3/2024 nömrəli qərarı və Təqsirləndirilən şəxs2 CM-in 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(003)- 3/2024 nömrəli hökmü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X2 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov.
Məhkəmə qərarları › İş №1(103)-1424/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1424/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver