Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-143/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 05 avqust 1988-ci ildə Rusiya Federasiyasının Arxangelsk vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(012)-18/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl cəzanın çəkilməmiş hissəsindən şərti olaraq azad olunmuş, Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi-1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Ülviyyə Şükürova) 28 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 27 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayının 12-dən 15-dək ünvan 2 ünvanında, tanışı Zərərçəkmiş şəxs kirayəşin qaldığı mənzildə ər-arvad kimi yaşadığı Şahid5 və dostu Şahid4 ilə birlikdə qonaq kimi qalıb şəxsi əşyalarını da orada saxlamaqla, 15 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində kirayədə qalmaq üçün ev tapdığını deyib şəxsi əşyaları ilə birlikdə mənzildən Zərərçəkmiş şəxs məxsus hər biri 100 manat qiymətində olan 02 ədəd kişi gödəkçələrini, iç cibində 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəstinin olduğu 3000 manat dəyərində qara rəngli xəz qadın kürkünü, 2720 manat məzənnəsində 1600 ABŞ dollarını, hər biri 5 manat qiymətində 02 ədəd yaylığı, 50 manat qiymətində 01 ədəd vilvet tipli kişi pencəyini, 20 manat qiymətində 01 ədəd qara rəngli donu, hər biri 15 manat qiymətində 02 ədəd güllü donları, hər biri 10 manat qiymətində 02 ədəd ağ rəngli qısaqol köynəkləri, 20 manat dəyərində zamşa dəridən 01 ədəd qara rəngli qadın əl çantasını, hər biri 30 manat qiymətində 03 ədəd kişi və 40 manat qiymətində 01 ədəd qadın papaqlarını, 15 manat qiymətində 01 ədəd göy rəngli kişi şalvarını, 25 manat qiymətində 01 cüt qadın ayaqqabısını, 20 manat qiymətində 01 ədəd ağ rəngli qadın paltarını, 20 manat qiymətində 01 ədəd ağ rəngli şortu, 25 manat qiymətində 01 ədəd ağ rəngli donu, 15 manat qiymətində 01 ədəd ağ rəngli şah, 20 manat qiymətində 01 ədəd göy rəngli uzunqol qadın köynəyini, 30 manat qiymətində 01 ədəd güllü qadın köynəyini, 20 manat qiymətində 01 ədəd krem rəngli qadın köynəyini, 30 manat qiymətində 01 ədəd güllü dona bənzər qadın paltarını, 20 manat qiymətində 01 ədəd qara rəngli qısaqol kişi köynəyini, 15 manat qiymətində 01 ədəd yaşıl rəngli qadın xələtini, 20 manat qiymətində 01 ədəd ağqara rəngli zolaqlı qadın şalvarını, 10 manat qiymətində 01 ədəd göy rəngli qadın gecə şalvarını, 10 mant qiymətində 01 ədəd açıq yaşıl rəngli qadın gecə geyimini, 20 manat qiymətində 01 ədəd süni dəri materialdan hazırlanmış böyük kişi çantasını, 40 manat qiymətində 01 cüt ağ rəngli, 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısını, 40 manat qiymətində 01 cüt açıq qəhvəyi rəngli qış qadın ayaqqabısını, 80 manat qiymətində 01 ədəd qara rəngli kişi maykasını, 110 manat qiymətində 01 ədəd futbolkanı, 210 manat dəyərində bənövşəyi rəngli daşla 925 əyarlı gümüşdən hazırlanmış 01 dəst sırğa-üzük cütü, 80 manat qiymətində yaşıl rəngli daşla 925 əyarlı gümüşdən hazırlanmış 01 dəst sırğa-üzük cütü, 60 manat qiymətində 01 ədəd 925 əyarlı gümüşdən hazırlanmış kulonlu boyunbağını, 80 manat qiymətində 01 ədəd halqa formalı sarı rəngli, gümüşdən hazırlanmış qolbağı, ümumi qiyməti 15 manat olan digər gümüş materialdan 03 ədəd boyunbağıları, 30 manat qiymətində 01 ədəd qara rəngli rezin qolbağı ilə qol saatını, 50 manat qiymətində 01 ədəd ağ rəngli rezin qolbağı ilə qol saatını gizli olaraq götürüb öz əşyaları olan bağlamalara yığıb aparmaqla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 23.010 manat məbləğində xeyli miqdar maddi ziyan vurmaqla oğurluq etmişdir Birinci instansiya məhkəməsinin hökmünə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ittiham tərəfindən 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaitin Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına dair hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdir. Həmçinin cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin ifadələri, üzləşdirmə protokollarında qeyd edilən əşyaların oğurlanmış əşyalar içərisində olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun ünvan 3 ünvanınından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaiti oğurlaması göstərilsə də, cinayət işi materiallarıda təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd edilən - 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları vəsaitin oğurlanması mötəbər sübutların məcmusu ilə təsdiq olunmamışdır. Məhkəmə Şahid1 ifadəsini qeyd edilən hissədə Təqsirləndirilən şəxs tərəfindən adları çəkilən əşyaların ünvan 4 ünvanından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaitin gizli olaraq talamasını təsdiq edən mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab etməmişdir. Həmçinin qeyd etmişdir ki, Şahid1 ifadəsində Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin oğurlandığı qeyd etsə də, Zərərçəkmiş şəxs müraciətində və ifadəsində bu halı göstərməmişdir. Bununla bağlı da şikayəti olmamışdır. Məhkəmə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaqla zərərçəkmişə şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq əməli törədilməsi kimi qiymətləndirməsinə tənqidi yanaşmış, istintaq orqanın baş vermiş hadisəni kifayət qədər ətraflı araşdırmaması, yaranmış vəziyyəti əsaslı dəyərləndirməməsi, hadisəyə birtərəfli yanaşması, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin əməlinin düzgün qiymətləndirməməsi və faktiki hallara uyğun tövsif etməməsini qeyd etmişdir. Hökmdən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 28 sentyabr 2022ci il tarixli hökmünün ləğv edilməsini və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Daha sonra dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı apellyasiya protestinə əlavə verərək Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinin Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə tövsif edilməsinə dair hissədə təmin edilməsi və onun ölməsini nəzərə alınaraq, cinayət işi üzrə Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs onun kirayədə yaşadığı evdən pal-paltar, qızıl zinət əşyaları və pullar oğurladığını Təqsirləndirilən şəxs üzünə demişdir. Təqsirləndirilən şəxs da oğurluq etməsini qismən təsdiq etmişdir. Məhkəmə iqtisad ekspertizasının 22 fevral 2022-ci il tarixli, 6/666-9/797 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus olan oğurlanmış əşyaların qiyməti kifayət qədər bahadır. Zərərçəkmiş şəxs ibtidai və məhkəmə istintaqında ifadələrində maddi durumunun ağır olmaması barədə göstərdiyi xüsusatlar rəydəki əşyaların qiymətlərinin baha olması hissəsində də üst-üstə düşür. Zərərçəkmiş şəxs kirayə pulu verə bilməməsi və ya vermək istəməməsi ibtidai istintaqın və ya məhkəmə istintaqının predmeti deyildir. Zərərçəkmiş şəxs kirayə pulunu verməməsi kirayəçi ilə aralarında olan mülki mübahisədir. Ekspertizanın rəyindən də görünür ki, Zərərçəkmiş şəxs özünə və ailəsinə bahalı əşyalar almağa kifayət qədər vəsaiti olmuşdur. Eləcə də, 1600 ABŞ dolların Zərərçəkmiş şəxs kirayədə qaldığı evdə olması faktını təsdiq edən xüsusat musiqi alətlərinin və avadanlıqlarının onlayn satışına görə əvvəlcədən alması və internet üzərindən sifarişini təsdiq edən sənədlərdir. Həmin pulu geri qaytarmaq üçün də lombarda əşyalar qoyub əldə etdiyi pulla 1600 ABŞ dollarını geri qaytarmışdır. 1600 ABŞ dolları lombarddan alarkən lombarda “İphone” telefonunu, 2 ədəd qulaqçıqlarını, foto-aparat qoymuşdur. Lombarddan 1200-1300 manat pul götürmüşdür. Lakin məhkəmə bu xüsusatları nəzərə almamışdır Hüquqi məsələlər: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, məhkəmə baxışı gedişində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ölməsini, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan, məhkum edilmiş şəxsin ölməsi ilə əlaqədar xitam verilməsinə dair müdafiəçinin razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə öldüyündən Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli olmasına dair başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hökmün Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi dövlət ittihamçısı tərəfindən mübahisələndirilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl Elçinlə tanış olmuşdur, aralarında yoldaşlıq münasibəti olub. Nuranə ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olmuşlar. O Nadirlə də tanışdır, aralarında əvvəllər mehriban münasibət olub. Onunla klubda tanış olmuşdur. 2021-ci ilin noyabr ayında Nuranə ilə Yasamal rayonunda kirayə qaldıqları evdən çıxmışlar, ona görə də başqa bir ev tapıb orada kirayə qalmaq istəmişlər. Həmin müddətdə də o Elçinlə söhbət edəndə onunla razılığa gəlmişlər ki, Elçinlə birlikdə kirayə ev tutub qalsınlar, qaldıqları evin kirayə haqqını da birlikdə ödəsinlər. Həmin vaxt qalmağa evləri olmadığından o, Nadirə zəng edib onunla danışaraq evində bir neçə gün qonaq kimi qalmağı razılaşdırmışdır. 12 noyabr 2021-ci il tarixdə o, Nuranə və Elçin birlikdə özlərinə məxsus əşyalarını bağlamalarda taksi ilə gətirib Nadirin evinə qoymuşlar, özləri də bir neçə gün Nadirin evində qalmışlar. Nadirin evində otaqların sayı çox olduğundan Nadir onlara qalmaq üçün ayrı otaq vermişdir. Nardirin evində qaldıqları müddətdə 9-cu mikrorayondan kirayə qalmaqları üçün ev tapmışlar. Nadirin evində bir neçə gün qaldıqdan sonra təxminən 15 noyabr 2021-ci il tarixdə evə köçmək qərarına gəlmişlər, bu səbəbdən də o evdə özü tək olaraq özlərinə məxsus içərisinə yığdıqları ev əşyaları olan bağlamalara qaldıqları otaqdakı şkafda olan 01 ədəd qara rəngli qadın kürkü, bundan əlavə qadın üçün bir neçə ədəd başqa paltarlar, şalvarlar, ayaqqabılar, sadə metaldan olan üzük və boyunbağıları götürmüşdür. Həmin gün axşam onlar Nadirin evindən çıxan zaman o və Elçin çağırdıqları taksinin yük yerinə əşyaları yığıb oradan çıxmışlar. O Nadirin evindən götürdüyü həmin əşyalar barədə Nuranəyə və Elçinə heç bir söz deməmişdir. Onlar birlikdə 9-cu mikrorayonda kirayə qalmaq üçün tutduqları evə gəlib yığışmışlar, həmin gün yorğun olduqları üçün gətirdikləri əşyaları açmamışlar, səhəri gün o telefonu evdə qoyub getmişdir. Nadir də onun mobil telefon nömrəsini bildiyi üçün ona zəng etdikdə, o ona cavab verməmişdir, Nadir nömrəsinə mesaj yazaraq onun evindən çıxandan sonra əşyalarının yerində olmadığını deyib onları apardığını bildirərək qaytarılmasını bildirmişdir. Evdə olan Elçin və Nuranə Nadirin bu mesajını görüb Nadirin zənginə cavab verib danışdıqda Nadir onun əşyalarını qaytarmasalar bu barədə polisə şikayət edəcəyini demişdir. Bundan sonra Nuranə əşyaları açdıqda onların içərisindən Nadirin evindən oğurladığı geyim əşyalarını görmüşdür. Həmin zaman Elçin onun Nadirin evindən oğurladığı əşyaların Nadirə qaytarılmasını demişdir. Elçinin əşyaları 9-cu Polis Bölməsinə təhvil vermişdir. Qara rəngli qadın kürk, bundan əlavə qadın üçün bir neçə ədəd başqa paltarlar, şalvarlar, ayaqqabılar, sadə metaldan olan üzük və boyunbağılar, həmçinin kişidman ayaqqabısı, kişi və qadın qol saatı, iki ədəd dəri gödəkçələrdən başqa heç nə oğurlamamışdır. Nadir evindən dolabdan asdığı arvadına məxsus kürkün içərisində 8700 manat pul, 7000 manat dəyərində qızıl zinət əşyaları və pul kisəsində 1600 ABŞ dolları pulun oğurlanması barədə dedikləri tamamilə yalandır. Onlar Nadirin evində qaldıqları müddətə onun qaldığı evin sahibi bir neçə dəfə ona zəng edərək gəlib evin kirayə pulunu istəməsinin şahidi olmuşdur. Ona görə də qeyd edir ki, əgər Nadirin elə pulu vardısa, onda nəyə görə evin kirayə pulunu neçə ay idi ki, ödəməmişdir. Həmçinin bildirmişdir ki, oğurlanmış əşyalar arasında qızıl və pul olmayıb, bijuteriya, gümüş olub və onları da qaytarmışdır. Özünü ona görə qismən təqsirli bilir ki, ittihamda qeyd edilmiş 8700 manat pul qadın kürkünün iç cibində, 7000 manat dəyərində brilliant qaşla qızıl dəsti və 1600 ABŞ dollarını oğurlamamışdır. Oğurladığı əşyaların içərisində həmin əşyalar olmamışdır. O Nadirin evində qalarkən evin sahibi şikayət etmiş, evin kirayə haqqını 4 aydır ödəməməyinə görə mənzil sahibinin şikayəti olmuşdur. O qədər pulu olan bir insanın 4 ayda hansısa bir təhqirə, körpələri ola-ola, körpələri ilə çöldə qalmağa ehtimalına məruz qoyaraq pulu ödəməməsini inandırıcı hesab etmir. Heç bir məbləğdə pul, qızıl ziynət əşyası götürməmişdir. Ancaq bijuteriya və gümüş, paltar götürmüş və onları da qaytarmışdır. Götürdüyü paltarları və əşyaları ehtiyacı olduğu üçün satmaq üçün götürmüşdür. Əməlindən peşmandır, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə X2 ilə ailə qurmuşlar, O ailəsi ilə birlikdə 2021ci ilin iyun ayından ünvan 5 ünvanında kirayədə qalırdı. Hal-hazırda ünvan 6vanında yaşayır. 2018-ci ildən İlkinlə tanış olmuşdur. İndiyədək ona qarşı yaxşı münasibəti var. Təqsirləndirilən şəxs özü kirayədə yaşayırdı. 2021-ci ilin noyabr ayında İlkin ondan xahiş etmişdir ki, ev tapana qədər iki günlük onlarda qalmaq istəyir. Yoldaşı ilə o da kirayə qaldığı üçün düşünmüşlər ki, onların da başına belə hadisə gələ bilər və buna görə də razılıq vermişlər. Qaldıqları ev dörd otaqlı ev olmuşdur. Həmin evdə kirayədə aylıq 500 manata qalmışlar. 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs, onun qeyri-rəsmi arvadı Nuranə və Elçin adlı dostu ilə birlikdə gəlmişdir. İlkinin yanında olan şəxsləri əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs və yanında olan şəxslər 2-3 gün onlarda qalmışlar. 15 noyabr 2021-ci il tarixdə, saat 18 radələrində İlkin kirayə qalmaq üçün ev tapdığını deyərək onlara gətirdiyi ev əşyalarını da götürüb eyni vaxtda hamısı onlardan çıxıb getmişlər. Bundan sonra onların evlərinə heç kim gəlib-getməmişdir. Onlar gedəndən sonra fikir vermişdir ki, gödəkçəsi yoxdur. Düşünmüşdür ki, gödəkçəsi divanın üstündə qalıb və araya qarışıb səhvən aparıblar. Bir müddət sonra yoldaşı əksər əşyaların olmamasını bildirmişdir. Bundan sonra arvadı yaşadıqları evdən 102 nömrəsinə zəng edib evlərindən olan həmin oğurluq hadisəsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, ittiham aktında qeyd edilən 8700 manat 2021-ci ilin avqustunda rəhmətə gedən xalasından qalmış evi satmasından əldə etmişdir. Belə ki, xalası 2022-ci ilin martında vəfat etmişdir. O isə 2021-ci ilin avqustunda həmin iki otaqlı evi satmışdır. Həmin ev Bakı şəhəri, Bakıxanov, Sülh küçəsində olmuşdur. Evi 60000 manata satmışdır. Həmin pulun 30000 manatı ilə müəyyən borcları bağlamış, əldə qalan 30000 manat pulun 20000 manatını borc olaraq tanışına vermiş və 8 aya yaxındır ki, həmin şəxs pulu qaytarmır. 10000 manat pul isə evdə qalmışdır. Borca verilmiş 20000 manat məbləğin faizi Gəncədən gəlməsini gözləmiş və o, da həmin pulla evin kirayə pulunu verməyi planlaşdırmışdır. Evdə olan pulu xərcləməmək üçün əl vurmamışdır. O evi satmamışdan 1 il əvvəl həmin evi şəxsin adına keçirmiş və həmin şəxs də ona bankdan 10000 manat kredit götürərək vermişdir. Həmin şəxsin dediyinə görə pulun bir hissəsini “Bitkoinə” yatırmış, Gəncədə həmin şirkət bağladığından onun pulu da batmışdır. Oğurlanan əşyaların da 50 faizi geri qaytarılmışdır. Bir xeyli dəyəri olan əşyalar qaytarılmamışdır. Çünki orda tək pal-paltar olmamışdır. Müstəntiqlə danışanda itən əşyaların siyahısını hissə-hissə vermişdir. Əşyalar evdən götürüldükdə onlar evdə olmuşlar, sadəcə olaraq iki otaq bir hissədə, digər iki otaq digər hissədədir. Hesab edir ki, İlkin hərşeyi öz boynuna götürüb. İlkin səhər saat 9-da evdən gedib işləmiş və ev axtarmışdır. Elçin onun üçün çox maraqlıdır. Çünki evin içində olan Elçin olmuşdur. Əşyaların siyahısı var, hansı ki, geri qaytarılmayıb. Həmçinin evdə olan pul - 1600 ABŞ dolları onun olmamışdır. O pul ona verilmişdir. O musiqi alətlərinin və avadanlıqlarının satışını da həyata keçirir və həmin pul da avadanlıq üçün ona verilmişdir. Həmin pulu geri qaytarmaq üçün də lombarda əşyalar qoyub əldə etdiyi pulla 1600 ABŞ dollarını geri qaytarmışdır. 1600 ABŞ dolları lombarddan alarkən lombarda “İphone” telefonunu, 2 ədəd qulaqçıqlarını, foto-aparat qoymuşdur. Lombarddan 1200-1300 manat pul götürmüşdür. Təqsirləndirilən şəxs və yanında olan şəxslər qonaq qismində evə gələrkən əllləridə əşyalar olmuşdur. Gətirdiklərindən daha çox əşya aparmalarından şübhələnməmişdir. Evdən içəri girəndə ilk otaqda böyük dolab olmuş və içərisində geyim çox olmuşdur. Onlar gedəndən sonra iki gödəkçənin olmamağının diqqətini cəlb etmişdir. Fikirləşmişdir ki, divanın üstünə atmış, gödəkçə də onlar gedəndə içərisinə qarışıb. 1600 ABŞ dolları dolabın içərisində olmuş, 8700 manat isə qadın kürkünün cibində olmuşdur. Birinci instansiya məhkəməsində Şahid5 ifadəsində göstərmişdir ki, İlkinlə 2020-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək qeyri-rəsmi nikahda olmuşdur. İlkinlə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə qalmışlar. İlkin tanışı Elçinlə mobil telefonla danışaraq onun da kirayə qaldığı evdən çıxaraq onlarla birlikdə kirayə qalması ilə bağlı danışıb razılaşmışdır. Lakin o əslində buna razı olmamışdır, bu barədə İlkinə dedikdə o, ona kirayə pulunun verilməsində Elçinin də köməklik edəcəyini demişdir. 2021-ci ilin noyabr ayında İlkinlə birgə Yasamalda kirayə qaldıqları evdən ev sahibi onları çıxarmışdır. Ona görə də İlkin qalmaq üçün ev axtarmış, lakin kirayəyə ev tapmaq üçün bir neçə gün lazım olduğundan İlkin, onun sonradan tanıdığı Nadir adlı tanışı ilə mobil telefonu vasitəsi ilə danışaraq onun evində bir neçə gün qonaq qalmaqlarını və həmin müddətdə də kirayə qalmağa ev axtarıb tapacağını dediyi üçün Nadir də razılaşmışdır. O, İlkin və Elçin kirayə qaldıqları evdə olan əşyalarını yığıb birlikdə 12 noyabr 2021-ci ildə, axşam vaxtı Nadirin Səbail rayonunda kirayədə qaldığı evinə qonaq gəlmişlər. Nadir və arvadı onları yaxşı qarşılamış, qalmaq üçün onlara yer vermişlər. Onlar üçü də onun evində təxminən 3 gün qalmışlar, həmin ərəfədə İlkin Bakı şəhərində 9-cu mikrorayondan kirayə qalmaq üçün ev tapmışdır. Ona görə də onlar Nadirin evindən 15 noyabr 2021-ci ildə, axşam vaxtı gətirdikləri özlərinə məxsus əşyalarını götürüb tanımadığı bir taksi ilə həmin evə köçmüşlər. Onlar Nadirin evindən çıxan zaman Nadir və ailəsi orada olmuşlar. Onlar Nadirin evindən çıxandan sonra 9-cu mikrorayondakı evdə kirayə yaşamağa başlamışlar. Onlar Nadirin evindən çıxdıqdan sonra Nadir İlkinin mobil telefonuna zəng edib onunla danışan zaman o bilmişdir ki, İlkin Nadirin evindən çıxan zaman onun arvadına məxsus 01 ədəd kürkü, paltarları, ayaqqabı, şalvarlar, qadın əl çantası, qol saatları oğurlayıb evə gətirib. Nadir İlkindən həmin əşyaları qaytarmasını istədikdə İlkin əvvəl etiraf etməmiş və bundan xəbəri olmadığını demişdir. Bundan sonra Nadir bu barədə polisə xəbər verəcəyini dediyi üçün İlkin onun paltarlarını qaytarmaq istəmişdir. Həmin zaman onlarla qalan İlkinin dostu Elçin də Nadirə məxsus əşyaların qaytarılmasının tərəfdarı olmuşdur. İlkin Elçinin vasitəsilə Nadirin evindən oğurladığı paltarları polisə qaytarmışdır, lakin o sonradan eşitmişdir ki, Nadir həmin paltarlarla bərabər onun arvadına məxsus qızıl əşyalarının, pul və ABŞ dollarının da oğurlanmasını demişdir. Lakin o ilk vaxtlarda İlkinlə Nadirin arasında bu barədə olan telefon danışığında Nadir həmin paltarlardan əlavə onun arvadına məxsus qızıl əşyalarının, pul və dolların oğurlanmasını deməmişdir. O, İlkin və Elçinlə birlikdə Nadirin evinə gedən zaman apardıqları əşyaları saymamışdır, Nadirin evindən gedən zaman da həmin əşyaları saymamışdır, Nadirin evindən kirayə qaldıqları evə köçəndə əşyaları İlkin maşınla aparmışdır. Onun həmin əşyalardan xəbəri olmamışdır. Onlar Nadirin evinə köçəndə də səhv etmirsə Elçinin iki idman çantası olmuşdur. Nadirin evindən çıxıb 9-cu mikrorayonda İlkinin kirayə tutduğu evə yığışanda özləri ilə apardıqları əşyaları hamısını açmamışdır. Nadirin evindən çıxıb 9-cu mikrorayonda olan evdə kirayə qalmaq üçün yığışanda İlkinin mobil telefonuna zəng gəlmiş, həmin zaman Elçin də evdə olmuşdur. İlkin mobil telefonuna gələn zəngi açıb danışdıqda onun Nadir olduğunu bilmiş, aralarında olan danışıqda bilmişdir ki, Nadir evindən olan oğurlanmış əşyalar barədə İlkindən malların istəyir. İlkin onlara Nadirin evindən çıxan zaman oğurluq etdiyini demişdir. O, evdə olan əşyalara baxdıqda həqiqətən də həmin əşyaların arasında onlara məxsus olmayan ayaqqabı və paltarlar olduğunu görmüşdür. Nadir yenə zəng edib, əgər ona məxsus olan əşyaları verməsə polisə deyəcəyini demişdir. Bu zaman o və Elçin də orada olmuşdur. Onlar Nadirin əşyalarını polisə göndərmişlər. Nadirin evindən olan oğurluqdan onun xəbəri olmamışdır. O, bunu sonradan bilmiş, lakin o evdəki əşyaların arasına baxdıqda orada pul, dollar və ya qızıl-zinət əşyaları görməmişdir. Həmçinin onlar Nadirin evində qalan zaman Nadir heç özü kirayə qaldığı evin pulunu verə bilməmiş, əgər onun pulu olsa idi evin kirayə haqqını verərdi. Həmçinin o, Nadirin evindən olan oğurluq hadisəsindən sonra Nadirin özü ilə telefonda danışdıqda heç onun özü evindən qızıl və ya pulların oğurlanması barədə heç bir söz deməmişdir. O Nadirlə danışan zaman Nadir evindən oğurlanan əşyaların ancaq qadın üçün xəz kürkü, idman ayaqqabısını, cins şalvar, qadın paltarları, qadın əl çantası, qadın və kişi qol saatları, qadın və kişi üçün boyunbağılar, üzük və sırğalardan ibarət əşyalar olmasını demişdir. Şahid5 bildirmişdir ki, ünvan 8 ünvanında, tanışı Zərərçəkmiş şəxs kirayə qaldığı ev iki otaqdan ibarət olmuş və onlara ayrılmış otaq giriş qapısından içəri daxil olduqda sağ tərəfdə olmuş və həmin otaqda dolab var idi. Həmin dolabda qış paltarlarının olub-olmaması barədə məlumatı yoxdur. Yasamal rayonunda yerləşən mənzildən kirayə qalmış, oradan çıxdıqdan sonra telefon vasitəsilə İlkin Nadirlə danışmış İlkin və onlar da 2-3 günlük qonaq kimi qalmağa getmişlər. Onlar artıq başqa bir evə köçəndən sonra əşyalara baxdıqda görmüşlər ki, artıq əşyalar var. X7 tək yığırmışdır. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 9 ünvanında kirayə yaşamışdır. 2017-ci ildə Nadirlə ailə qurmuş, birgə nikahdan azyaşlı övladları var, ailə qurduqdan sonra 2019-cu ilin noyabr ayında rəsmi olaraq nikah bağlamışlar. O əvvəldən İlkini əri Nadirin tanışı kimi tanımışdır. 12 noyabr 2021-ci ildə o ailəsi ilə birlikdə evdə olan zaman qapı döyülmüşdür, Nadir qapını açdıqda İlkin yanında, bir qadın və bir oğlanın gəldiyini, əllərində də bir neçə ədəd bağlama var idi. İlkin kirayə qaldıqları evdən ev sahibi tərəfindən çıxarıldığı üçün iki günlük onların kirayədə qaldıqları evdə qonaq kimi qalmağa, qaldığı müddətdə də özləri üçün başqa bir kirayə ev tapacağını demişdir. Onlar İlkinin belə bir çətin vəziyyətə düşməsini görə onu kirayədə yaşadıqları evdə qonaq kimi qalmağına razılıq vermişlər. Kirayədə qaldıqları ev dörd otaqlı olduğu üçün iki otağı qalmaq üçün onlara verib, 2 otaqda da o ailəsi ilə qalmışlar. İlkin onlarda qaldığı müddətdə onun həyat yoldaşı kimi təqdim etdiyi qadın daimi evdə qalmış, İlkin isə hər gün səhər gedib axşam gəlmiş, Elçin isə hərdən bir evdən harasa gedib müəyyən vaxtdan sonra qayıtmışdır. 15 noyabr 2021- ci ildə, saat 18 radələrində İlkin kirayə qalmaq üçün ev tapdığını deyərək onlara gətirdiyi ev əşyalarını da götürüb eyni vaxtda hamısı onlardan çıxıb getmişlər. Bundan sonra onların evinə heç kim gəlib-getməmişdir. 20 noyabr 2021-cı ildə axşam vaxtı, saat təxminən 22 radələrində evdə olan zaman o özünə məxsus dəri gödəkcəsini geyinmək üçün dolabdan asdığı yerdən götürmək istədikdə onun yerində olmadığını görmüşdür. Fikirləşmişlər ki, ola bilsin ki, İlkin səhvən evdən gedəndə onun dəri gödəkçəsini özləri ilə gətirdiyi əşyalara qarışıb aparmışdır. Bundan sonra o həmin kürkün içərisində saxladıqları, qaynanası Nəhayətdən qalmış briliyant qaşlı 1 ədəd üzük və 1 ədəd də onun dəst sırğasının yerində olmadığını bilib bu barədə Nadirə demişdir, onları evdə axtarsalar da tapa bilməmişlər. Bundan sonra yenə Nadir İlkinə zəng edib bu barədə danışmaq istədikdə onun telefonuna zəng çatmamışdır. Bundan sonra onlar həmin əşyaların onlar tərəfindən oğurlanmasını bilib evdə axtardıqda ona məxsus kürklə bərabər onun içərisində olan 7000 manat dəyərində qızıl zinət əşyaların, avqust ayında Bakıxanov qəsəbəsində olan satdıqları evdən qalan 8700 manat pulun, içərisində Nadirə məxsus şəxsiyyət vəsiqəsi və 1600 ABŞ dollar olan pul kisəsinin, Nadirə məxsus iki dəri gödəkçənin, paltarların, çantaların və ayaqqabıların yerində olmadığını görmüşlər. Bundan sonra o evdən 102 nömrəsinə zəng edib evlərindən olan həmin oğurluq hadisəsi barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsində Şahid4 ifadəsində göstərmişdir ki, 2008-ci ildə Təqsirləndirilən şəxsla tanış olmuşdur, münasibətləri yaxşı olmuşdur. 2021-ci ilin oktyabr ayında İlkinlə belə məsləhətləşmişlər ki, eyni ünvanda yaşayaraq hər ikisi kirayə pulunu birlikdə ödəsinlər. Öz aralarında söhbət edən zaman İlkin ona, Nadir adlı tanışının olduğunu və onun da Bakı şəhərində öz ailəsi ilə kirayə yaşadığını demişdir. 12 noyabr 2021-ci il tarixdə İlkin, onunla qeyri-rəsmi olaraq nikahda olan Nuranə və o Nadirin kirayə qaldığı evə getmişlər. Onlar Nadirin evinə gələn zaman İlkin və o özləri ilə əşyalarını da gətirmişlər. Həmin zaman Nadir evdə imiş, onlar Nadirlə görüşdükdən sonra İlkin Nadirlə söhbət edərək onların kirayə qaldıqları evdən çıxdıqlarını və özləri üçün kirayə qalmağa ev tapmaqdan ötrü onun evində qonaq kimi qalmağa görə icazə istəmiş və razılıqdan sonra onların evlərində qalmışlar. Onlar Nadirin evində qaldıqları müddətdə İlkin kirayə qalmaq üçün makler vasitəsi ilə Binəqədi rayonunda olan 9-cu mikrorayonda iki otaqlı evi 400 manata tapdığını demişdir. 15 noyabr 2021-ci ildə, axşam vaxtı Nadirin evinə gətirdikləri əşyaları da götürüb çıxaraq kirayə tapdıqları həmin evə yığışmışlar. Təxminən 3-4 gün sonra Nadir zəng edib İlkinin arvadı ilə danışan zaman evdən gedəndə səhv olaraq onlara məxsus əşyaları da aparmasını deyib onları qaytarmağı xahiş etmişdir. O bundan sonra İlkinlə evdə söhbət edəndə Nadirin zəng edərək evindən əşyalar oğurlanmasını dediyini ona demişdir. İlkin bunu etməkdə peşman olduğunu deyib həmin əşyaları polisə göndərmişdir. O İlkinin Nadirin evindən oğurladığı əşyalararı - qadın üçün 1 ədəd kürk, idman ayaqqabısı, cins şalvar, qadın paltarları, qadın əl çantası, qadın və kişi qol saatları, qadın və kişi üçün boyunbağılar, üzük və sırğalardan ibarət olduğunu görmüşdür, o həmin əşyaların oğurluq olmasını Nadir İlkinin arvadı ilə danışan zaman bilmişdir. Nadirin evinə gedən zaman onlara apardığı ona məxsus 2 ədəd idman çantası olmuşdur. Nadirin evində kirayə qalsa da orada olan otağın birində ayrı olaraq qalmışdır, İlkinin qaldığı otağa girməmişdir. Nadirin evindən paltarlardan başqa qızıl və pul oğurlanmamışdır. Nadir heç özü kirayə qaldığı evin pulunu verə bilməmiş, əgər onun pulu olsaydı, evin kirayə haqqını verərdi. Həmçinin onlarda qaldıqları müddətdə evə çörək və digər lazımı ərzaqlar onlar tərəfindən alınmışdır. Nadirin evindən olan oğurluq hadisəsindən sonra Nadirin özü ilə telefonla danışdıqda heç onun özü evindən qızıl və ya pulların oğurlanması barədə ona heç bir söz deməmişdir. O Nadirlə danışan zaman evindən oğurlanan əşyaların ancaq qadın üçün 1 ədəd kürk, idman ayaqqabısı, cins şalvar, qadın paltarları, qadın əl çantası, qadın və kişi qol saatları, qadın və kişi üçün boyunbağılar, üzük və sırğalardan ibarət əşyalar olmasını demişdir. Birinci instansiya məhkəməsində Şahid3 ifadəsində göstərmişdir ki, Bakı Dövlət Unversitetində müəllim işləyir, bir oğlu və bir qızı var, onların hər ikisi də ailəlidir, əri 2006cı ildə vəfat etdiyi üçün o qızı Lamiyənin yanında yaşayır. 2016-cı ilədək ünvan 10 ünvanında yaşamışdır. Son zamanlarda yaşlaşdığma və xəstəliyi ilə bağlı olaraq həkim işləyən qızının yanında qalmağa başlamışdır. Həmin müddətdə pula ehtiyacı olduğu üçün yaşadığı həmin mənzili, yəni ünvan 11 ünvanını kirayə verirdi. Ona görə də Nilufət adlı maklerin vasitəsi ilə evini 06 aprel 2021-ci ildə Zərərçəkmiş şəxs aylıq 500 manat olmaqla qalmaq üçün kirayəyə vermişdir. Aralarında kirayə müqaviləsi də bağlanmışdır. Aralarında olan danışığa görə hər ayın 6-da 500 manat kirayə haqqını verməli idi. Bundan sonra o çətinliklə Nadirdən kirayə haqqını alırdı. Sonuncu dəfə Nadir 2021-ci ilin sentyabr ayının kirayə haqqını vermişdir, ondan sonra o kirayə pulunu istədikdə, ödəməmişdir və bunun da səbəbin pulunun olmamasını demişdir. Daha sonra qonşulardan eşidib bilmişdir ki, Nadirin evindən oğurluq hadisəsi baş vermişdir. Həmin oğurluq hadisəsini qonşulardan eşitdikdən sonra bilmişdir ki, Nadirin evinə gəlmiş üç nəfər tanıdığı şəxslər evdə iki gün qaldıqdan sonra evdən gedəndə oğurluq ediblər. Nadir də bunu bir neçə gün sonra bilmişdir. O Nadirə kirayə haqqını ödəmək üçün pulu bankdan və ya lombartdan götürüb təklif etdikdə, Nadir lombarda kompyuter qoyub pul götürdüyü üçün ora borcu olduğunu və banklarda kreditə pul götürdüyü üçün banka da borcu olduğunu demişdir. Həmçinin əlavə olaraq onu da bildirmiş ki, Nadirin anası Nəhayət Nadirin ondan əvvəl kirayə qaldığı evə olan borcunu ödəyəcəyini və ona da olan kirayə borcunu ödəyəcəyini demişdir, lakin Nadirin anası Nəhayət bundan 2-3 gün sonra vəfat etmişdir. Hətta onu da qeyd edir ki, Nadirin arvadı Nurjanat pasportu əvvəl kirayə qaldıqları evin pulunu vermədiklərinə görə həmin evin sahibində qalmışdır. Bu oğurluq hadisəsindən xəbəri olandan sonra Nadirlə kirayə qaldığı evin pulunu almaq barədə söhbət edən zaman o, evindən oğurluq olduğunu demişdir. Aralarında olan həmin söhbət zamanı Nadir evində arvadına məxsus 1 ədəd kürkü, paltarları oğurlandığını bildirmişdir. Bundan başqa Nadir ona heçnə deməmişdir. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində göstərmişdir ki, Səbail Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 11 saylı ev onun xidməti ərazisidir və 15 noyabr 2021-ci il tarixdə həmin evin 40-cı mənzilində kirayənişin qalan Zərərçəkmiş şəxs mənzilindən oğurluq edilməsi cinayət hadisəsi ilə əlaqədar əməliyyat müvəkkili kimi o məşğul olmuşdur. Hadisə barədə ilk məlumat aldıqdan sonra həmin hadisəni törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs və onunla birlikdə həmin evdə qonaq qalmış Elçin və Nuranə adlı şəxslərin axtarışı ilə məşğul olmuş və yerinə yetirdiyi əməliyyat tədbiri nəticəsində həmin evdən oğurlanmış əşyalardan bir neçəsi polis bölməsinə göndərilmişdir ki, o da həmin gətirilmiş predmetləri qəbul edib həmin malların siyahısını tərtib etməklə götürmüş və sonrada istintaqa təqdim etmişdir. Bundan sonra da hadisəni törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs və onunla birlikdə oğurluq olan evdə qonaq qalmış Şahid4 və Şahid5 saxlanılaraq istintaqa təqdim edilmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası və məhkəmə iqtisadi ekspertizasının 22 fevral 2022-ci il tarixli 6/666-9/797 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «CƏDVƏL 1» - qəhvəyi rəngli “Emporio Armany” yazıları olan kişi gödəkçəsi- 100 manat, üzərində olan markalanma göstəricilərinə əsasən İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkcəsi-100 manat, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü(şuba)-1000 manat, yaşıl rəngli yaylıq-5 manat, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq-5 manat, üzərində FC yazıları olan vilvet tipli kişi pencəyi-50 manat, qara rəngli don-20 manat, güllü don 2 ədəd-15 manat, ağ rəngli qısaqol köynək(T shirt) 2 ədəd-10 manat, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası(zamuş)-15 manat, üzərində “Karl Lagerfeld” yazıları olan papaq-15 manat, göy rəngli kişi şalvarı-10 manat, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı-15 manat, ağ rəngli ətək- 15 manat, ağ rəngli şort-10 manat, ağ rəngli don-15 manat, ağ rəngli şal-10 manat, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi-10 manat, güllü qadın köynəyi-10 manat, krem rəngli qadın köynəyi-10 manat, güllü dona bənzər qadın paltarı- 20 manat, üzərində K1X yazıları olan qara rəngli qısaqol kişi köynəyi-10 manat, yaşıl rəngli qadın xələti-10 manat, ağ-qara rəngli zolaqlı qadın şalvarı-10 manat, göy rəngli qadın gecə şalvan-5 manat, açıq yaşıl rəngli qadın geyimi(gecəlik)-5 manat, üzərində olan məlumatlara əsasən Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta-20 manat, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı(krassovka)-20 manat, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı-20 manat; «CƏDVƏL 2» - üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütüüzüyün elementlərinin üzərində «925» damğası vardır, 1,64 qram-208 manat, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü-üzüyün elementlərinin üzərində «925» damğası vardır, 13,29 qram-66 manat, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağının kilidində «925» damğası vardır, 9,90 qram-49 manat, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağının bəzi hissələrinin rəngi aşınmışdır, 115,64 qram- 5 manat, sarı rəngli 1 ədəd boyunbağının bəzi hissələrinin rəngi aşınmışdır, 10,68 qram-4 manat, gümüşü rəngli 1 ədəd boyunbağı, kilid hissəsi yoxdur(qırıq vəziyyətdədir), 4,56 qram-3 manat, halqa formalı, sarı rəngli 1 ədəd qolbağın üzərində «A223 925» damğası vardır, 15,19 qram-75 manat, qara rəngli rezinə oxşar qolbağı olan, sarı rəngli 1 ədəd qol saatının siferblatının iç tərəfində «DG SWİSS» yazısı, siferblatının arxa hissəsində «DG DOLCE GABBANA TİME 3 ATM WATER RESİSTANT ALL STAİNLESS STEEL 163B» yazıları vardır20 manat, ağ rəngli rezinəoxşar qolbağı olan qol saatının sferblatmm bəzi hissələrində gümüşü rəngli metal hissələri vardır. Qol saatının sferblatmm iç tərəfində «CASİO G-SNOCK» yazısı, siferblatının arxa hissəsində «CASİO ST STEEL BACKJAPANMOVTY CASEDİN THAİLAND WATER RESİST 20 BAR» yazıları vardır-45 manat. Tədqiqata təqdim edilmiş məmulatlardan «cədvəd 2» üzrə sıra nömrələri: -1, 2, 3 və 7 olanlar 925 əyarlı gümüşdən hazırlanmışdır; -4, 5, 6, 8 və 9 olanlar qiymətsiz metal ərintilərindən hazırlanmışdır. Məmulatlardan üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və s.) «Cədvəl 2»-də göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2021-ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2035,00 (475+1560) manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri «Cədvəl 1» və «Cədvəl 2»-də göstərilmişdir. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs mənzilindən oğurlanmış 01 ədəd qəhvəyi rəngli dəri gödəkçə, 01 ədəd qara rəngli xəz kürk, 2 ədəd yaylıq, 01 ədəd qara rəngli paltar, 01 ədəd göy rəngli qadın alt paltarı, 02 ədəd ağ rəngli şort, 01 ədəd qara rəngli dəri gödəkçə, 02 ədəd güllü qadın paltarı, 01 ədəd qara rəngli qadın əl çantası, 0 cüt qadın ayaqqabıları, 01 ədəd qara papaq, 01 ədəd qara pencək, 01 ədəd cins şalvar, 01 ədəd göy mayka, 01 ədəd ağ yubka, 01 ədəd şərf, 12 ədəd rəngli mayka, 01 ədəd rəngli krassovka, 01 ədəd böyük qadın çantası, 02 ədəd saat, 04 ədəd sep, 1 cüt sırğa, 02 ədəd üzük, 01 ədəd qızıl qolbağ götürülmüş və istintaqa təqdim edilmişdir. 17 yanvar 2022-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokola əsasən götürülmüş həmin əşyalara zərərçəkmiş Zərərçəkmiş şəxs və arvadı Şahid1 iştirakları ilə baxış keçirilmiş və həmin əşyaların 01 ədəd qəhvəyi rəngli dəri kişi gödəkcəsi, 01 ədəd qara rəngli qadın üçün xəz dəri kürk, 02 ədəd yaylıq, 01 ədəd qara rəngli qadın paltarı, 1 ədəd göy rəngli qadın alt paltarı, 2 ədəd ağ rəngli şort, 01 ədəd qara rəngli dəri kişi gödəkcəsi, 02 ədəd güllü qadın paltar, 01 ədəd qara rəngli qadın əl çantası, 02 cüt qadın ayaqqabısı, 01 ədəd qara kişi paraqı, 1 ədəd qara kişi pencəkyi, 01 ədəd göy rəngli cins şalvar, 1 ədəd göy mayka, 1 ədəd ağ yubka, 1 ədəd şərf, 2 ədəd rəngli mayka, 1 ədəd rəngli kişi krasovkası, 1 ədəd qəhvəyi rəngli dəridən hazırlanmış qadın əl çantası, 2 ədəd qol saatı, 4 ədəd sep, 2 cüt sırğa, 2 ədəd üzük, 1 ədəd qızıla bənzər qolbağıdan ibarət olması müəyyən edilmişdir. Baxış zamanı iştirakçılar - zərərçəkmiş Zərərçəkmiş şəxs və arvadı Şahid1 həmin əşyaların fərdi əlamətlərindən və ölçülərindən özlərinə məxsus olmalarını bildirrib onların oğurlanmasını qeyd etmişlər. 05 mart 2022-ci il tarixli qərarla qəhvəyi rəngli “Emorio Armany” yazıları olan kişi gödəkçəsi, İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkçəsi, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü, yaşıl rəngli yaylıq, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq, üzərində “FC” yazıları olan vilvet tipli kişi pencəyi, qara rəngli don, güllü don 2 ədəd, ağ rəngli qısaqol köynək 2 ədəd, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası, üzərində “Karl Lagerfeld” yazıları olan papaq, göy rəngli kişi şalvarı, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı, ağ rəngli ətək, ağ rəngli şort, ağ rəngli don, ağ rəngli şal, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi, güllü qadın köynəyi, krem rəngli qadın köynəyi, güllü dona bənzər qadın paltarı, üzərində “K1X” yazıları olan qara rəngli qısaqol kişi köynəyi, yaşıl rəngli qadın xələti, ağ-qara rəngli zolaqlı qadın şalvarı, göy rəngli qadın gecə şalvarı, açıq yaşıl rəngli qadın geyimi, Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı, üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağı, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı qırıq vəziyyətdə, halqa formalı, sarı rəngli 1 ədəd qolbağı, qara rəngli rezinə oxşar qolbağı olan, san rəngli 1 ədəd qol saatı, ağ rəngli rezinə oxşar qolbağı olan qol saatı cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş qəbzə əsasən Zərərçəkmiş şəxs qəhvəyi rəngli “Emorio Armany” yazıları olan kişi gödəkçəsi, İsveçrə istehsalı “Philip Plein” 3xL ölçülü kişi gödəkçəsi, “Yafeier” yazıları olan qara rəngli xəz qadın kürkü, yaşıl rəngli yaylıq, müxtəlif rəngli sintetik(sürüşkən) materialdan yaylıq, üzərində “FC” yazıları olan vilvet tipli kişi pencəyi, qara rəngli don, güllü don 2 ədəd, ağ rəngli qısaqol köynək 2 ədəd, qara rəngli 23x10 sm ölçülü qadın əl çantası, üzərində “Karl Lagerfeld” yazıları olan papaq, göy rəngli kişi şalvarı, üzərində “Charles Keith” yazıları olan qadın ayaqqabısı, ağ rəngli ətək, ağ rəngli şort, ağ rəngli don, ağ rəngli şal, göy rəngli üzərində “Penyemood” yazıları olan uzunqol qadın köynəyi, güllü qadın köynəyi, krem rəngli qadın köynəyi, güllü dona bənzər qadın paltarı, üzərində “K1X” yazıları olan qara rəngli qısaqol kişi köynəyi, yaşıl rəngli qadın xələti, ağ-qara rəngli zolaqlı qadın şalvarı, göy rəngli qadın gecə şalvarı, açıq yaşıl rəngli qadın geyimi, Türkiyə istehsalı süni dəri materialdan hazırlanmış böyük çanta, ağ rəngli 41 ölçülü “Nike” markalı kişi idman ayaqqabısı, açıq qəhvəyi rəngli “Nine West” qadın yazıları olan qış qadın ayaqqabısı, üzərində bənövşəyi rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, üzərində yaşıl rəngli daş olan gümüşü rəngli 1 dəst sırğa cütü, gümüşü rəngli 1 ədəd kulonlu boyunbağı, gümüşü və sarı rəngli halqa formalı elementlərdən ibarət 1 ədəd boyunbağı, sarı rəngli 1 ədəd boyunbağı, gümüşü rəngli 1 ədəd boyunbağı qırıq vəziyyətdə, halqa formalı, sarı rəngli 1 ədəd qolbağı, qara rəngli rezinə oxşar qolbağı olan, san rəngli 1 ədəd qol saatı, ağ rəngli rezinə oxşar qolbağı olan qol saatını təhvil almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyətə malik bütün faktiki halları müəyyən etmiş, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun olmuş və iş üzrə mümkün, mənsub, mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda onun ünvan 3 ünvanınından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaiti oğurlaması göstərilsə də, cinayət işi materiallarıda təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd edilən - 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları vəsaitin oğurlanması mötəbər sübutların məcmusu ilə təsdiq olunmamışdır. Apellyasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya protestini diqqətlə nəzərdən keçirdikdə görünür ki, dövlət ittihamçısı əməlin tövsifi ilə razılaşmamış və yalnız bir dəlilə istinad etmişdir (məhkəmə iqtisad ekspertizasının 22 fevral 2022-ci il tarixli, 6/666-9/797 nömrəli rəyi). Daha sonra protestində qeyd etmişdir ki, özgənin əmlakını gizli olaraq xeyli miqdarda ziyan vurmaqla talaması sübut olunsa da məhkəmə işin faktik hallarına uyğun olmayan, özünün mülahizələrinə əsaslanaraq əməli daha yüngül maddəyə tövsif etmişdir. Məhkəmə kollegiyasi bir daha vurğulayır ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamda onun ünvan 3 ünvanınından 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları məbləğində vəsaiti oğurlaması göstərilsə də, cinayət işi materiallarıda təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd edilən - 8.700 manat nağd pul və 7000 manat qiymətində brilyant qaşla qızıl dəsti, 2720 manat məzənnəsində 1600 ABŞ dolları vəsaitin oğurlanması mötəbər sübutların məcmusu ilə təsdiq olunmadığından oğurlanmış əmlakın miqdarı əməlin xeyli miqdarda ziyan vurmaqla törədilməsi ilə tövsif edilməsinə kifayət etmir, əksinə apellyasiya protesti mülahizələrə əsaslanır, konkret dəlillər göstərilmir və xüsusiylə də cinayət prosessual məcəlləsinin sübutların qiymətləndirilməsi prinsipi və sübutların kifatət etməsi maddəsinin normaları nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “QEYD” hissəsinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlərin aid edildiyini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X5 məxsus əmlakı oğurlaması barədə nəticələri xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaası kimi qiymətləndirməklə və həmin əsaslarla onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı tərəfindən apellyasiya protestinə əlavəyə qiymət verərək aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixdə həmin Xidmətin Müalicə Müəssisəsində xəstəlikdən ölmüşdür. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin CPM-in 44.2.1-1-ci maddəsinə əsasən, məhkəmə CPM-in 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin məcəllənin 39.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. İş materiallarında olan məktubdan və reyestrdən görünür ki, Təqsirləndirilən şəxs ailəsinə Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinin tələblərinə əsasən bildiriş göndərilərək şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi, hüquqi varis qismində tanınmaq və cinayət təqibini davam etdirmək hüquqlarına malik olmaları barədə məlumat verilmiş, lakin 1 ay müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs qohumlarından hər hansı biri hüquqi varis qismində tanınmaq barədə istəyini bildirməmişdir. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif etmişdir və Təqsirləndirilən şəxs bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək hüququna malikdir. Odur ki, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə öldüyündən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair başlanılmış cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Apellyasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə öldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 6 AZN hesab edilməklə 25 (iyirmi beş) saat üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi2 işlədiyi “FEMİDA” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakimlər: Emin Mehdiyev Günay Axundova
Məhkəmə qərarları › İş №1(103)-143/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-143/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver