Məhkəmə qərarları › İş №1(103)-1437/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1437/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1437/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Babayev Zəki Baba oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16, Zərərçəkmiş şəxs-mülki iddiaçı X5 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Müdafiəçilər Müdafiəçi5, Müdafiəçi4, Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Quba rayonu, Əliməmmədoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Qazaxıstan Respublikası Kostanay Vilayəti Rudnensk Şəhər Məhkəməsinin 07 iyul 2009-cu il tarixli hökmü ilə Qazaxıstan Respublikası CM-nin 96.1, 324.2, 58.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 120.1, 326.1, 66.3-cü maddələrinə tövsif edilərək, 8 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 30 iyul 2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qərarı ilə 07 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 18 mart 2017-ci ildə cəzadan azad olaraq qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, işləməyən, Quba rayonu, Əliməmmədoba kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri. Kristal Abşeron 1 yaşayış kompleksi, bina 16, ev 177-də yaşamış, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə və xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər aylıq qazancının 15 %-ni dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 07 ay 01 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 fevral 2018-ci ildə cəza müddəti qurtardığına görə azad edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1350x-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksi, bina 16, ev 92-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022ci il tarixli, 1(101)-711/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(101)-711/2022 nömrəli hökmünə əsasən (hakimlər X32 Ağa oğlunun sədrliyi, X20 və X6 ibarət tərkibdə): Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 may 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilmiş, barəsində xüsusi müsadirə tətbiq edilməmişdir Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 23 may 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilmiş, barəsində xüsusi müsadirə tətbiq edilməmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hpkmünə əsasən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla külli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 tanışları olan Şahid1 və Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 79/2 ünvanında yerləşən 48 nömrəli mənzilin açarlarını əldə edərək, açarların surətini çıxartdırıb Təqsirləndirilən şəxs1 verərək, mənzilin yerini, mərtəbəsini, kodunu və digər məlumatlar barədə istiqamətləndirərək, sonuncu əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən 06 may 2021-ci il tarixdə saat 17 radələrində həmin mənzilə Təqsirləndirilən şəxs2 tərəfindən ona verilmiş açarla qapını açaraq qanunsuz daxil olub mənzilin yataq otağında olan şkafın içərisindəki qutulardan çəkisi 35 qram olan 6500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində balıq qulağı formalı kulonu olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 16,72 qram olan 2000 manat dəyərində, üzərində 5 ədəd hər biri təxminən 0,165 karat, 33 ədəd hər biri təxminən 0,040 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli briliyant qaşlarla bəzədilmiş 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət "Fantaziya” adlı dəsti, çəkisi 25 qram olan 4500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 5 ədəd brilyant qaşı olan 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 24 qram olan 3500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 8 ədəd brilyant qaşı olan gül formalı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 15 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində “Allah” sözü yazılmış kulonu, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağını, çəkisi 11 qram olan 1100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağını, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağını, çəkisi 9 qram olan 900 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, çəkisi 8 qram olan 750 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, çəkisi 20 qram olan 2100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tross formalı qolbağını, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış buğda formalı ayaq zincirini, çəkisi 20 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 2 ədəd kiçik və 1 ədəd böyük kvadrat formalı kulonu olan boyunbağını, çəkisi 7 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 1 karat brilyant qaşı olan üzüyü, çəkisi 6 qram olan 900 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində yaşıl rəngli brilyant qaşlarla bəzədilmiş üzüyü, çəkisi 25 qram olan 7500 manat dəyərində, ağ rəngli 750 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş 1 cüt sırğa, üzük və boyunbağıdan ibarət olan dəsti, çəkisi 30 qram olan 2600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış tross formalı boyunbağını, çəkisi 8 qram olan 650 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış paxlava formalı üzüyü, çəkisi 10 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində ağ və qara rəngli brilyant qaşları olan üzük, çəkisi 18 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tor formalı boyunbağını, çəkisi 13 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 12 ədəd brilyant qaşı olan üzüyü, çəkisi 18 qram olan 3000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində brilyant qaşlı kulonu olan boyunbağını, çəkisi 10 qram olan 1000 manat dəyərində, 999 əyarlı qızıldan hazırlanmış 9 rəqəmi formalı kulonu, çəkisi 8 qram olan 1000 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş üzüyü, çəkisi 5 qram olan 450 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış sadə halqa formalı üzüyü, çəkisi 7 qram olan 600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində “GOLDV” sözü yazılmış kulonu, çəkisi 4 qram olan 350 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış üzərində sadə qaşları olan üzüyü, çəkisi 3 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində 1 ədəd sadə qaşı olan üzüyü, çəkisi 24,22 qram olan 5 manat dəyərində, mis əsaslı ərintindən hazırlamış üzərində rəngsiz şəffaf qaşlar olan yarpaq formalı kulonu və çəkisi 8,66 qram olan 5 manat dəyərində, mis əsaslı ərintindən hazırlamış üzərində rəngsiz şəffaf qaşlar olan sırğa təkini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 55.010 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(101)- 711/2022 nömrəli hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək ləğv edilərək, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmaqla, həmin əməlini etiraf etməsi, həmin törətdiyi əməldən səmimi peşimanlıq çəkməsi, şəxsiyyəti, cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi bərədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarının və cinayətin törədilməsi anının təhlili onu deməyə əsas verir ki, istintaq orqanı və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün tövsif edilməmiş,hökm ancaq zərərçəkmiş Zərərçəkmiş şəxs ziddiyətli ifadələrinə əsaslanmış, təqsirləndirilən şəxslərin və iş üzrə dindirilmiş şahidlərin ifadələrinə əhəmiyyət verilməmişdir. Belə ki, istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 eyni məzmunlu ifadələr verərək göstərmişdir ki, 06 may 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 79\2 ünvanında yerləşən 48 nömrəli mənzilə açarla qapını açaraq daxil olub mənzilin yataq otağında olan şkafın içərisindəki qutudan qızıl-zinət əşyalarını oğurladından sonra mənzildən çıxmış və həmin nün Təqsirləndirilən şəxs2 ilə görüşərək həmin oğurladığı qızıl-zinət əşyalarını sonuncuya vermiş və birlikdə həmin qızıl-zinət əşyalarını tərəzidə çəkmişlər. Həmin qızıl- zinət əşyalarının ümumi çəkisi 196 qram olmuş, həmin oğurladığı qızıl-zinət əşyalarının içərisində mis metaldan olan əşya və büjiteriyalar da olmuş, sonradan Təqsirləndirilən şəxs2 həmin qızıl-zinət əşyalarını satması ona məlum olmuşdur. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 həmin oğurlanmış qızıl-zinət əşyalarının neçə adda (sayda) olması sualına, cavabında həmin oğurlanmış qızıl-zinət əşyalarının 20 adda olmasını bildirmişdir. Həmçinin, məhkəmə baxışı zamanı müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 həmin oğurlanmış qızıl-zınət əşyalarının içərisində, onlara elan edilmiş ittihamda adları qeyd edilən, 35 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış üzərində balıq qulağı formalı klonu olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan dəstin, 25 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış hər birinin 5 ədəd brilyant qaşı olan 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəstin, 24 qram çəkidə, 583 əyarlı qızıldan hazırlanmış hər birinin 8 ədəd brilyant qaşı olan gül formalı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəstin, 25 qram çəkidə, 750 əyarlı ağ rəngli qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş 1 cüt sırğa,üzük və boyunbağıdan ibarət dəstin, 10 qram çəkidə, 750 əyariı ağ rəngli qızıldan hazırlanmış üzərində ağ və qara rəngli brilyant qaşları olan üzüyün, 18 qram çəkidə, 750 əyarlı qızıldan hazırlanmış üzərində bir ədəd brilyant qaşlı klonu olan boyunbağının olub-olmaması sualına, cavabında həmin oğurlanmış qızılzinət əşyalarının içərisində qeyd edilən qızıl əşyalarının olmamasını bildirmişdir. İstintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 da ifadələrində Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ziddiyyətli ifadələr verərək həmin oğurlanmış qızıl-zinət əşyalarının cəmi dəyərinin 55010 manat olmasını bildirsədə, müdafiə tərəfinin Zərərçəkmiş şəxs həmin oğurlanmış qızıl-zinət əşyalarının ayrı-ayrılıqda əlamətlərini, çəkisinı və qiymətini göstərə bilərsinizmi sualına cavabında oğurlanmış qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisini, əlamətlərini və qiymətini bilmədiyini göstərmişdir. Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 da apellyasiya şikayəti verərək hökmü qismən dəyişdirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində göstərmişdir ki, tanışlarım Rəsmiyə Süleymanova və Şahid2 mənə bildirmişdir ki, onların evlərinin sənədləri faizə pul verən tanışları X3 pula görə girovdadır. Onlar məndən xahiş etdilər ki, həmin qadının ev ünvanını və evinin açarlarını mənə versinlər və mən həmin evdən onların ev sənədlərini çıxarım və onlara çatdırım. Mən isə bu işi bacarmayacağını görüb, bu barədə tanışı Təqsirləndirilən şəxs1 məlumat verdi. Rəşad mənimlə razılaşmış və Rəsmiyə ilə Maral Fəridənin evinin açarlarını ona vermişlər. Rəşad həmin evə daxil olmuş, lakin sənədləri tapmayıb evdən çıxarkən qızıl-zinət əşyalarını oğurlamışdır. Həmin qızılların ümumi çəkisi 196 qram olmuş, lakin onların içərisində dəyərsiz büjiteriya da olmuşdur. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs-mülki iddiaçı apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif olunmaqla, həmin əməlini etiraf etməsi, həmin törətdiyi əməldən səmimi peşimanlıq çəkməsi, zərərçəkmiş şəxsə onun üzərində düşən məbləğdə tam ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmaqla haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5 hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı X5 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 verilmiş apellyasiya şikayətlərinə münasibətdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 qohumları tərəfindən zərərçəkmiş şəxs-mülki iddiaçı X7 dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxs-mülki iddiaçının Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs1 münasibətdə apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını, digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən üzərinə düşən ziyandan zərərçəkmiş şəxs-mülki iddiaçıya heç bir ödəniş edilmədiyini və Təqsirləndirilən şəxs2 münasibətdə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X24 məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal olmadığını, dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxs-mülki iddiaçı ilə barışmasını, ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını nəzərə alınmasını, onun cəzasına münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiq olunmasını, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxs-mülki iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(101)- 711/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1 təyin edilmiş cəza yüngülləşdirilməklə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən, yəni CM-nin 177.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə Qazaxıstan Respublikasında qəsdən adam öldürmə cinayəti törətdiyi üçün məhkum olunmuşdur. Sonra cəzasını çəkmək üçün Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. 2017ci ildə azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs1 hadisədən təxminən 4-5 ay əvvəl tanımışdır. Rəşad onun yaşadığı Abşeron rayonıı, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksində yerləşən 16-cı binada ailəsi ilə birlikdə yaşayır. Şahid1 və Şahid2 isə təxminən 1 ilə yaxın imiş tanıyırmış. Onlarla təsadüf nəticəsində tanış olmuşdur. Tanışlıqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. O, onlarla tez-tez telefonla əlaqə saxlayıb danışırmış və hərdənbir də görüşürmüşlər. Görüşlərin birində Rəsmiyyə ona demişdir ki, bir nəfər Fəridə adlı qadından faizə pul götürmüşdür. Rəsmiyyə Fəridədən götürdüyü faiz pula görə özünə məxsus evin sənədlərini girova qoymuşdur. Rəsmiyyə ondan Fəridənin yaşadığı evdən Rəsmiyyəyə məxsus olan sənədləri hansısa yolla götürməyi üçün ona köməklik etməyini xahiş etmişdir. O, Rəsmiyyəyə həmin qadının yaşadığı evin giriş qapısının açarları ona verilsə, o, həmin evdən sənədləri götürə biləcəyini demişdir. Hadisədən təxminən 3-4 ay əvvəl Rəsmiyyə və Maral Fəridənin yaşadığı evə getmişlər. O da onlarla birlikdə Fəridənin yaşadığı binanın həyətinə getmişdir. Rəsmiyyə və Maral ona bildirmişlər ki, binanın həyətində gözləsin, birazdan evin açarlarını ona gətirib verəcəklər. Elə həmin vaxt da onlar ona Fəridənin yaşadığı binanın girişini göstərib, mənzilin 7-ci mərtəbədə liftdən sağda 48-ci mənzilin olduğunu bildirmişlər. Binanın giriş qapısının Fəridənin yaşadığı evə məxsus kodunu da bildirmişlər. Onlar ona Fəridənin sənədi giriş qapısından soldan 2-ci otaqdakı divara yerləşdirilmiş paltar şkafında saxladığını demişlər. Rəsmiyyə və Maral Fəridənin evinə qalxmışlar. O, isə aşağıda gözləmişdir. Təxminən 1 saata yaxın vaxt keçdikdən sonra Maral ona halqaya keçirilmiş 3 ədəd açar vermişdir. O, açarları götürüb Nərimanov rayonu ərazisində yerləşən hazırda xatırlamadığı açar hazırlanan yerdə həmin açarların surətini çıxarıb, yenidən Fəridənin yaşadığı binanın qarşına gəlmiş və açarları yenidən Marala qaytarmış və çıxıb getmişdir. Bundan sonra, o, bir neçə dəfə Fəridənin yaşadığı binaya getmişdir. Lakin binanın ətrafında kameralar olduğu üçün evə daxil olmaq fikrindən yayınmışdır. 2021-ci ilin may ayının əvvələrində Rəşad onunla olarkən, o, Rəşada bir nəfər faizə pul verən qadının Rəsiyyəyə faizə pul verdiyini, Rəsmiyyənin də həmin pula görə evinin sənədlərini həmin qadına girov kimi verdyini bildirmiş və Rəsmiyyəyə məxsus olan evin sənədlərini həmin evdən götürmək lazım olduğunu, bu işdə ona kömək edə biləcəyini soruşduqda, Rəşad da buna razılıq vermişdir. O, Rəşada yalnız sənədlərin götürülməsini bildirmiş, Rəşada qızılzinət əşyalarının oğurlamasını deməmişdir. Bundan bir müddət keçəndən sonra Rəşadla birlikdə Fəridənin yaşadığı binanın yanına getmişlər. O, Rəşada Fəridənin yaşadığı binanın girişini göstərmiş və evin həmin binanın 7-ci mərtəbəsində yerləşdiyini, binanın giriş qapısında mənzilin kodunu da bildirmişdir. Rəşad həmin evə girməsindən bir gün əvvəl Telman adlı tanışının taksisi ilə onlar Fəridənin yaşadığı binaya getmişlər. Lakin həmin gün Rəşad evə girməmişdir. xx.xx.2021-ci il tarixdə Rəşadla yenidən görüşmüşlər və Fəridənin yaşadığı evin yanına gəlmişlər. O, Rəşada 2 ədəd açar vermiş və bu açarlardan 2-nin evin giriş qapısının açarları olduğunu bildirmişdir. Rəşada binanın girişində mənzilin kodunu və 48 nömrəli mənzilin olduğunu bildirmişdir. Rəşad mənzilə girəndən sonra, o, oradan “Heydər Əliyev" Mərkəzinin yanına getmiş və Rəşadı gözləməyə başlamışdır. Təxminən 1 saat keçməsinə baxmayaraq Rəşad gəlmədiyindən, o, Xırdalan şəhərinə qayıtmış və fikirləşmişdir ki, Rəşad onsuzda evə gələcək. O, yaşadığı binanın yaxınlığında olarkən Rəşadın arvadının binadan çıxdığını görmüşdür. Fikirləşmişdir ki, yəqin Rəşadın arvadı Rəşadla haradasa görüşəcək və bu səbəbdən Rəşadın arvadının arxası ilə getməyə başlamış və tanışı taksi sürücüsü Telmana zəng vurub, Telmanı olduğu yerə çağırmışdır. Təxminən 5-10 dəqiqə sonra Telman avtomobillə onun olduğu yerə gəlmişdir. Rəşadın arvadı 136 saylı marşrut avtobusuna mindikdən sonra, o, Telmandan həmin avtobusun arxası ilə sürməyi xahiş etmişdir. Rəşadın arvadı "20 Yanvar" metrostansiyasının yanında avtobusdan düşmüşdür. Bundan sonra o, piyada Rəşadın arvadının arxası ilə getməyə başlamışdır. Rəşadın arvadı binalardan birinin girişinə qalxmışdır. Sonra o, çöldə dayanmış, təxminən 1 saat sonra Rəşad ora gəlmişdir. O, Rəşadla birlikdə Telmanın idarə etdiyi avtomobilə əyələşmişlər. Rəşad cibindən qızıllar çıxararaq ona vermişdir. O, həmin vaxt bilmişdir ki, Rəşad Fəridənin mənzilindən qızılzinət əşyaları oğurlamışdır. Bundan sonra, o, evə getmişdir. Axşam saat 23 radələrində Rəşad onun evinə gəlmişdir. Onlar birlikdə tərəzi ilə qızılları çəkmişlər, qızılların ümumi çəkisi 196 qram olmuşdur. O, Rəşada qızılları satıb 2000 manat Rəşada pul verəcəyini demişdir. Səhəri gün o, qızılları tanışı Əjdər adlı şəxsin köməkliyi ilə "Gənclik" metrostansiyasının çıxışında yerləşən qızıl satışı univermağında və "Moskva" Univermağmda 3 dəfəyə olmaqla 9500 manata satmışdır. Sonradan təqsirləndirilən şəxslə görüşmək imkanı olmadığından satılan qızılların pulundan Rəşada heç bir məbləğdə pul verə bilməmişdir. Qızılın qiyməti cəmi 9500 manat olmuş, qızılların dəyəri 55.000 manat olmamışdır. Ona görə özünü CM-nin 177.2-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməmişdir. Qızılların hamısını Əjdər adlı şəxsə satması üçün vermişdir. Ona Əjdər cəmi 9500 manat pul vermişdir. Qızılların içərisində büjiteriyalar da olmuşdur. Açarları ona verəndən təxminən 2-3 ay sonra ona demişlər ki, açarları qaytar. Rəşad evə sənəd götüməyə getmiş, lakin sənədləri tapmayıb, evdən qızılları götürmüşdür. Onda olan qızılların qiymətində bu qədər fərq ola bilməzmiş. Neçə adda qızıl olmasını hazırda xatırlamır. Təxminən 20-25 ədəd olarmış. Xırda-xırda qızıllar imiş. Qızılların içərisində gümüş olanlar da var imiş. Evin açarlarını ona Maralla Rəsmiyyə vermişdir. Hadisədən sonra o, Maral və Rəsmiyyə ilə görüşməmişdir. Rəsmiyyə ona surətini çıxartdığı açarları ona qaytarmağını demiş, o da Rəsmiyyəyə açarları itirdiyini demişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə, 2017ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2018ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 hadisədən təxminən 4-5 ay əvvəl tanımışdır. Hikmət onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksində yerləşən 16-cı binanın 12-ci mərtəbəsində tək yaşayır. Təxminən 2021-ci ilin may ayının 1-də Hikmətlə birlikdə olarkən Hikmət ona demişdir ki, onda Nərimanov rayonu ərazisində yaşayan faizə pul verən bir nəfər qadının yaşadığı evin giriş qapısının açarları var. Hikmət ona həmin qadının evində pul və qızılın ola biləcəyini bildirmiş və ona həmin evdən birlikdə oğurluq etməyi təklif etmişdir. O, Hikmətdən açarları haradan əldə eldiyini soruşduqda, Hikmət evin giriş qapısının açarlarını ona bir nəfər qadın tanışının verdiyini, həmin tanışı faizə pul verən qadından faizə pul götürmüş və bunun müqabilində özünə məxsus evin sənədlərini onda girov saxlamışdır. Qadın tanışı Hikmətdən faizə pul verən qadının evindən girov kimi qoyduğu mənzilin sənədlərini götürməyi xahiş etmiş və bu məqsədlə ona həmin qadının yaşadığı evin açarlarını vermişdir. O, isə açarların surətini çıxarmış, açarların əslini isə qaytarmışdır. Lakin faizə pul verən qadın onun sənədlərini qaytardığı üçün həmin evə girməmişdir. Onun pula ehtiyacı olduğu üçün Hikmətin oğurluqla bağlı təklifi ilə razılaşmışdır. Onlar belə qərara gəlmişlər ki, evə o, daxil olacaq, Hikmət isə onu çöldə gözləyəcəkmiş. Həmin günün səhəri Hikmətlə birlikdə Telman adlı şəxsin taksisi ilə Nərimanov rayonu, H.Əliyev prospektinə gəlmişlər. Hikmət ona oğurluq edəcəkləri binanın girişini göstərmiş və mənzilin həmin binanın 7-ci mərbəsində liftdən çıxanda sağda yerləşdiyini bildirmişdir. Bundan sonra onlar oranı tərk etmişlər və Hikmət ona nə vaxt evə girəcəyi barədə xəbər edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə onlar yenidən həmin binanın həyətinə getmişlər. Həyətdə çoxlu adam olduğu üçün həmin gün oğurluq etməkdən daşınmışlar. xx.xx.2021-ci il tarixdə Hikmətlə yenidən görüşmüşlər. Nərimanov rayonu ərazisində yerləşən girəcəkləri evə tərəf gəlmişlər. Yolda Hikmət ona 3 ədəd açar vermiş və bildirmişdir ki, açarlardan 2-si evin giriş qapısının açarlarıdır. Həmçinin, Hikmət ona binanın girişində mənzilin kodunu və 48 saylı mənzil olduğunu bildirmişdir. Onlar mənzilin yerləşdiyi binanın yaxınlığına çatdıqda, Hikmət binanın girişində olan arkada dayanmış və ona demişdir ki, o, gedib işini görsün, onu X22 yanında gözləyəcək. Saat təxminən 17 radələrində o, binanın giriş qapısına yaxınlaşmış və giriş qapısı üzərində Hikmətin ona dediyi kodu -0748 yığmışdır. Zəng çalınsa da, qapını açan olmamışdır. O, bir neçə dəfə eyni qaydada yığsa da, cavab verən olmamışdır. Təxminən 10 dəqiqə sonra binadan adam çıxdığı üçün qapı açılmış və o, binaya daxil olmuş və pilləkənlə 7-ci mərtəbəyə qalxmış və həmin mərtəbədə mənzili tapmışdır. Mənzilin giriş qapısı üzərində 48 yazılmışdır. Bundan sonra həmin mənzilin damafonu üzərində olan düyməni basmışdır. Lakin, yenə cavab verən olmadığından evdə heç kəsin olmadığına əmin olduqdan sonra Hikmətin ona verdiyi açarlarla mənzilin giriş qapısının hər iki qıfılını açıb, mənzilə daxil olmuşdur. Hikmət ona demişdir ki, pul və qızıllar giriş qapısından solda yerləşən 2 otaqdakı divara yerləşdirilmiş paltar şkafında olacaq. Mənzilin giriş qapısından solda 2 otaq var imiş. Həmin otaqlardan birinin qapısı açıq vəziyyətdə olsa da, digəri açarla bağlanmışdır. O, həmin qapının qıfıl hissəsinə təpiklə vurub qıfılı sındıraraq açmışdır. Qapının girişdən sağ çərçivəsi döşəmənin üzərinə düşmüşdür. O, giriş qapısında sağda olan paltar şkafını axtarmağa başlamışdır. Lakin, oradan pul tapa bilməmişdir. Həmin paltar şkafından 2 ədəd içərisində qızıllar olan qutu tapmışdır. Həmin qutulardan qızılları çıxararaq şalvarının ciblərinə yığıb mənzildən çıxmışdır. O, mənzildən çıxarkən mənzilin giriş qapısının aşağı qıfılını açarla bağlamış və yuxarını bağlamadan pilləkənlə aşağı düşüb binanı tərk etmişdir. Bundan sonra, o, X22 yanına getmişdir. Orada təxminən 5-10 dəqiqə gözləmişdir. Lakin, Hikmət gəlmədiyi üçün piyada Nərimanov parkına getmişdir. Üzərində telefon olmadığı üçün telefon aparatı vasitəsilə Hikmətə zəng vurmuş və Nərimanov parkında olduğunu bildirmişdir. Hikmətlə Nərimanov metrosunun çıxışında olan ‘Baku Electronics” mağazasının qarşısında görüşəcəklərini danışsalar da, yarım saat keçməsinə baxmayaraq Hikmət gəlməmişdir. Arvadı Leyla nənəsinin yaşadığı 3-cü mikrorayon ərazisində yerləşən evində qonaq olduğu üçün Hikmət gəlmədiyindən, o da avtobusla 3-cü mikrorayona getmişdir. O, piyada arvadının nənəsigilə gedərkən yolda Hikməti görmüşdür. Hikmət onu gördükdən sonra əvvəllər bir neçə dəfə gördüyü taksi sürücüsü Telman adlı şəxsə səslənərək avtomobilini yanlarına sürməyini istəmişdir. Onlar Telmanın idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobildə olan zaman o, oğurladığı qızılları Hikmətə vermişdir. Hikmət qızılları götürmüş və ona demişdir ki, axşam gələr danışarlar. Bundan sonra Hikmət çıxıb getmişdir. Axşam saatlarında o, Hikmətin yaşadığı evə qalxmışdır. Oğurladığı qızıllardan 1 ədəd sırğa və 1 ədəd üzük onun cibində qaldığından həmin qızılları da Hikmətə vermişdir. Hikmət adi tərəzi ilə qızılları çəkmiş və qızılların ümumi çəkisi 196 qram olmuşdur. Hikmət ona qızılları satacağını və ona 2000 manat pul verəcəyini demişdir. O, Hikmətlə razılaşmışdır. Həmin gündən sonra o, bir neçə dəfə Hikmətlə əlaqa saxlamış və qızılları satıb-satmadığını soruşmuşdur. Hikmət hələ ki, qızılları satmadığını bildirmişdir. Daha sonra isə Hikmətin mobil nömrəsinə zəng çatmamış və yaşadığı evə də gəlməmişdir. Arvadı Leylanın atası Rusiya Federasiyasında yaşadığı üçün onlar da ora gedərək daimi orada qalmaq qərarına gəlmişlər. Buna görə də xx.xx.2021-ci il tarixdə o, arvadı Levla ilə birlikdə bilet alaraq Belarusiyaya getmək məqsədilə Bakı Beynəlxalq Hava Limanına getmişlər. Gömrük yoxlanışı zamanı müəyyən olmuşdur ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən o, saxlanılaraq polisə təhvil verilmişdir. Onu da qed etmək istəyir ki, həmin qızılların ümumi çəkisi cəmi 196 qram olmuş, orada baha qiymətli əşyalar olmamışdır. Həmin qızılların dəyəri ən çoxu 3-5 min manat edərmiş. Zərərçəkmiş şəxs qızılların dəyərini bilərəkdən yüksək, yəni 55000 manat göstərmişdir. Bu qiymətlə o, razı deyil. Əməlindən peşmandır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs-mülkli iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, Rəsmiyyə və Maralı tanıyır, onlara həmişə əl tutmuşdur. Maral və Rəsmiyyəni çoxdan tanımışdır. Onların ona borcları vardır. Bu borcun girovu kimi Rəsmiyyə evinin sənədlərini ona vermişdir. Rəsmiyyə sənədləri ona görə vermişdir ki, borcunu qaytaranda, o da Rəsmiyyənin evinin sənədlərini Rəsmiyyəyə qaytaracaq. O, mənzilinin açarını Rəsmiyyəyə və ya kiməsə verməmişdir. Rəsmiyyəyə o, 7000 ABŞ dolları borca pul vermişdir. O, özü Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 70/2, mənzil 48-də tək yaşasa da, qardaşı oğlu X21 arvadı Fəridə tez-tez onun evinə gələrək qonaq qalırlar və ona evin bəzi işlərində köməklik edirlər. Buna görə də yaşadığı evin açarları Elvində də var. xx.xx.2021-ci il tarixdə saat 15 radələrində şəxsi işləriylə əlaqədar evdən çıxmışdır. Həmin gün saat 18 radələrində Elvin ona zəng vuraraq ondan evə gəlib-gəlmədiyini soruşmuşdur. O, Elvinə evə gəlmədiyini bildirmişdir. Elvin bundan sonra ona yataq otağının qapısının sındırıldığını demişdir. O, yaşadığı evdən oğurluq olmasından şübhələnmiş və dərhal evə gəlmişdir. O, evə gəldikdən sonra yataq otağına baxarkən artıq oğurluq olduğuna əmin olmuşdur. Belə ki, yataq otağında divara yerləşdirilmiş paltar şkafında qutularda saxladığı qızılların yerində olmadığını, həmin qutuların boş olduğunu görmüşdür. O, gələnə kimi Elvin “102” Xidmətinə zəng vurmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. O, ərizə yazmış və ərizəsində yaşadığı evdən 55000 manat dəyərində qızıl-zinət əşvalarının oğurlanması barədə məlumat vermişdir. O, yaşadığı evdən baş vermiş oğurluqdan heç kəsdən şübhələnməmişdir. Onda olan qeydlərdən istifadə edərək bildirir ki, oğurluq zamanı yaşadığı mənzildən çəkisi 35 qram olan 6500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində balıqqulağı formalı kulonu olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan dəst, çəkisi 17 qram olan 2000 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan "fantaziya'' adlı dəst, çəkisi 25 qram olan 4500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 5 ədəd brilyant qaşı olan 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 24 qram olan 3500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 8 ədəd brilyant qaşı olan gül formalı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəst, çəkisi 15 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində “Allah” sözü yazılmış kulon, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağı, çəkisi 11 qram olan 1100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağı, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağı, çəkisi 9 qram olan 900 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağı, çəkisi 8 qram olan 750 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağı, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağı, çəkisi 20 qram olan 2100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tross formalı qolbağı, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış buğda formalı ayaq zinciri, çəkisi 20 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 2 ədəd kiçik və 1 ədəd böyük kvadrat formalı kulonu olan boyunbağı, çəkisi 7 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 1 karat brilyant qaşı olan üzük, çəkisi 6 qram olan 900 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində yaşıl rəngli brilyant qaşlarla bəzədilmiş üzük, çəkisi 25 qram olan 7500 manat dəyərində, ağ rəngli 750 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş 1 cüt sırğa, üzük və boyunbağıdan ibarət olan dəst, çəkisi 30 qram olan 2600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış tross formalı boyunbağı, çəkisi 8 qram olan 650 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış paxlava formalı üzük, çəkisi 10 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində ağ və qara rəngli brilyant qaşları olan üzük, çəkisi 18 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tor formalı boyunbağı, çəkisi 13 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 12 ədəd brilyant qaşı olan üzük, çəkisi 18 qram olan 3000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində brilyant qaşlı kulonu olan boyunbağı, çəkisi 10 qram olan 1000 manat dəyərində, 999 əyarlı qızıldan hazırlanmış 9 rəqəmi formalı kulon, çəkisi 8 qram olan 1000 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş üzük, çəkisi 5 qram olan 450 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış sadə halqa formalı üzük, çəkisi 7 qram olan 600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində “GOLDV” sözü yazılmış kulon, çəkisi 4 qram olan 350 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış üzərində sadə qaşları olan üzük, çəkisi 3 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində 1 ədəd sadə qaşı olan üzük oğurlanmışdır. Ümumilikdə onun mənzilindən 55000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Bundan başqa oğurlanmış qızılların içərisində hazırda qiyməti yadında qalmayan büjiteriya kimi istifadə etdiyi 1 ədəd üzük və 1 ədəd tək sırğa oğurlanmış və həmin büjiteriya ilə bağlı heç bir iddiası yoxdur. Ona dəymiş maddi ziyan 55.000 manatı təqsirləndirilən şəxslərdən tələb edir. Xahiş edir mülki iddiası təmin olunsun və ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslərdən alınıb ona qaytarılsın. Qardaşı oğlu Elvin evə gələrkən qapının sındığını görüb, ona zəng edib bu barədə bildirmişdir. Qızılları o, özü almışdır. Qiymətlərini də bilir. Qızıl-zinət əşyalarını müxtəlif yerlərdən almışdır. O, toylara gedəndə də həmin qızılları taxmış, şəkilləri də var. Onun qızılları həmişə ortada olmuşdur. Hansı qızılın üzərində neçə ədəd brilyant qaş olmasını dəqiq deyə bilməz, lakin neçə ədəd birlyant daş qaşı olmasını bilir və onların qiymətlərini də bilmişdir. Onun qızılları cəmi 196 qram ola bilməz. Qızılları nə vaxt almağını dəqiq deyə bilməz, illəri və tarixləri xatırlamır. Hərdən bir Maral onlara gələndə mağazaya düşəndə evin açarını özü ilə götürürmüş ki, birdə Maral mağazadan qayıdanda kimsə durub qapını açmasın. Mağazadan gələndə qapını Maral özü açıb içəri girirmiş. Elə hal olmuşdur ki, Maral mağazaya gedib və 15-20 dəqiqəyə də qayıtmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri o, tanımamışdır. O, əvvəllər fərdi qaydada qızıl alqı satqısı və təmiri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 07 may 2021-ci ildən tanıyır. Yəni, 07 may 2021-ci il tarixdə Hikmətlə ortaq tanışları ona zəng vuraraq bir nəfər tanışında qızılların olduğunu və onları satmaq istədiyini bildirmişdir. O, zəng edən həmin tanışına heç bir problem olmadığını bildirmiş və ona köməklik edə biləcəyini demişdir. Bundan sonra ortaq tanışları Hikmətə onun telefon nömrəsini vermişdir. Hikmət də ona zəng etmiş və onda qızıllar olduğunu, həmin qızılları satmaq istədiyini bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu, Atatürk prospektində Hikmətlə görüşmüşdür. Həmin vaxt o, ilk dəfə imiş ki, Hikməti görürmüş. Hikmət görüş zamanı qızılları ona göstərmişdir. O, qızıllara baxmış, həmin qızılların içərisində bir neçə büjiteriyalar var imiş. Həmin büjiteriyaları ayıraraq Hikmətə qaytarmışdır. O, Hikmətdən qızılların probleminin olub-olmadığını soruşduqda, Hikmət qızıllarda heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Hikmət qızıllardan bəzilərini seçərək satılması üçün ona vermişdir. Bundan sonra, o, Hikmətlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl univermağına getmişdir. Univermaqda əvvəllər tanıdığı Cəmillə gorüşmüş və Cəmilə satdıq qızılların olduğunu bildirmişdir. Cəmil qızıllara baxmış və daha sonra qızılları elektron tərəzidə çəkmişdir. Cəmil həmin qızıllara görə ona 5600 manat pul vermişdir. O da həmin pulları Hikmətə vermişdir. Hikmət həmin puldan ona 100 manat pul vermişdir. Bundan sonra Hikmət çıxıb getmişdir. Təxminən bir neçə gün sonra Hikmət yenidən ona zəng vurub onunla Nərimanov rayonu, Atatürk prospektində görüşmüşdür. Hikmət ona digər qızılları da satmaq istədiyini bildirmiş və qızılların içərisində bir cüt sırğa və bir ədəd üzük komplektini çıxardaraq ona vermişdir. Onlar həmin gün qızılları sata bilməmişlər. Sonra onlar həmin qızılları Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl univermağında işləyən Elbrusa 2300 manat satmışlar. O, həmin puldan 100 manat özünə götürmüş, qalan 2200 manatı Hikmətə vermişdir. Təxminən bir neçə gün sonra Hikmətlə yenidən görüşmüşlər. Görüş zamanı Hikmət qalan qızılları və digər qızılların üzərindən çıxmış brilyant qaşları satmaq istədiyini bildirmişdir. Onlar həmin qızılları Moskva Univermağında tanımadıqları şəxsə ümumilikdə 1600 manata satmışlar. Hikmət sonuncu satdığı qızılların pulundan ona heç bir məbləğdə pul verməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, Hikmət qızılların oğurluq olmasını ona deməmişdir. Təqsirləndirilən şəxs2 ondan başqa kiməsə qızıl satıb-satmamasını bilmir. O, 55000 manatlıq qızıl görməmişdir. Satdığı qızıllar ifadəsində göstərdiyi qədər olmuşdur. Qızılın qramı səhv etmirsə 52 manatdan satılmışdır. Ona verilən qızıllarda brilyant qaşlar olmamışdır. Zərgərlər qızılı satış qiymətinə deyil, lom kimi alırlar. Hikmətin ona təqdim etdiyi qızılların içərisində təxminən 4- 5 ədəd büjiteriya var imiş, onları seçib özünə qaytarmışdır. O, qızılları zərgərlərə satmışdır. Cəmil və Elbrus adlı şəxslərə satmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl alışı-satışı univermağında qızılın alışı və satışı ilə məşğul olur. O, 30 ilə yaxındır ki, zərgərlik işi ilə məşğul olur. 2021-ci ilin may ayının əvvəllərində əvvəllər tanıdığı fərdi qaydada lom şəkildə qızılın satışı ilə məşğul olan Əjdər adlı şəxs işlədiyi yerə gələrək ona satdıq qızılların olduğunu bildirmişdir. O Əjdərin gətirdiyi qızıllara baxmış və onları elektron tərəzidə çəkmişdir. Əjdərin gətirdiyi qızılların lom qiyməti ümumilikdə 5600 manat etmişdir. O, qeyd olunan məbləğdə pulu Əjdərə verərək qızılları almışdır. Həmin qızılları əridərək başqa növ qızıllar düzəldib satmışdır. Şahid3 Füzuli oğlu ona satdığı qızılların oğurluq yolu ilə əldə olunması barədə heç bir söz deməmişdir. O, həmin qızılların oğurluq yolu ilə əldə edilməsini bilsəymiş, həmin qızılları almazmış. Qızılı satan şəxsin şəxsiyyət vəsiqəsini tələb edirlər. Əjdəri o, uzun illərdir ki, tanımış, ona görə də onun şəxsiyyət vəsiqəsini tələb etməmişdir. Aldığı qızılların çəkisi dəqiq yadında deyil. Qızılların üzərində brilyant qaşlar olmamışdır. O, qızılları lom kimi almışdır. Qızılın qiymətləri gündəlik də dəyişə bilir. 36 qram 750 əyarlı brilyant boyunbağı və sırğa olmamışdır. Ona verilən qızıllar əriməyə yararlı olmuş, ona görə də əridib başqa növ qızıllar düzəldib satmışdır. Şahid3 Füzuli oğlunun ona satdığı qızılların əyarı 585 və 750 olmuşdur. Aldığı qızılların kitabda qeydləri olur. O, Əjdərdən aldığı qızılları da kitabda qeyd etmişdir. Əjdər əvvəllər də ona qızıl satmışdır. Əjdər qızıl satışı ilə həmişə məşğul olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl alışı-satışı univermağında qızılın alışı və satışı ilə məşğul olur. 2021-ci ilin may ayının əvvəlləri tanıdığı fərdi qaydada lom şəkildə qızılın satışı ilə məşğul olan Əjdər adlı şəxs işlədiyi yerə gələrək ona satmaq üçün qızılların olduğunu bildirmişdir. O, Əjdərin gətirdiyi qızıllara baxmışdır. Həmin qızıl 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəst olmuşdur. O, həmin qızılları elektron tərəzidə çəkmişdir. Həmin qızılın çəkisi 17 qram və əyarı 583 imiş. O, həmin dəsti Əjdərdən 2300 manata almışdır. xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları işlədiyi yerə gələrək onun Əjdərdən qızıl alıb-almamağı barədə soruşmuşlar. O, Əjdərdən qızıl aldığını etiraf etmiş və Nərimanov RPİ-nin 18-ci PŞ-də aldığı qızılı polis əməkdaşlarına təqdim etmişdir. Şahid3 Füzuli oğlu ona satdığı qızılların cinayət yolu ilə əldə olunması barədə məlumat verməmişdir. Həmin qızılların cinayət yolu ilə əldə edilməsini bilsəymiş, o, həmin qızılları almazmış. O, özü aldığı qızıllara görə ziyana düşmüşdür. Qızılları polisə təhvil vermişdir. Aldığı qızılın üzərində brilyant qaşlar olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsi ilə tanımışdır. Şahid1 yaxın rəfiqəsidir. Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Təqsirləndirilən şəxs2la Rəsmiyyə sevgili olmuşlar. Bir müddət onlar görüşmüşlər. O, Zərərçəkmiş şəxs 10.000 manat pul borca almışdır. Həmin puldan Fəridə xanıma bir dəfə 2500 manat, sonra isə 300 manat qaytarmış, hal-hazırda ona 7200 manat borcu qalmışdır. Həmçinin Zərərçəkmiş şəxs Rəsmiyyəyə borca 10000 manatdan artıq pul vermiş, bunun müqabilində isə Rəsmiyyə etibarnamə əsasında özünə məxsus olan evin sənədlərini Fəridəyə girov kimi vermişdir. Lakin sonradan Rəsmiyyə həmin pulları verə bilməmişdir. Rəsmiyyə ilə görüşlərin birində Rəsmiyyə ona demişdir ki, Fəridənin evində olan özünə məxsus evin sənədlərini götürmək istəyir, lakin necə götürəcəyini bilmir. Hadisədən təxminən 4-5 ay əvvəl o, Rəsmiyyə ilə birlikdə Hikmətlə görüşmüşlər. Rəsmiyyə Fəridə ilə bağlı olan problemini Hikmətə demiş və evinin sənədlərinin Fəridənin evindən götürülməsini istəmişdir. Hikmət onlara demişdir ki, əgər Fəridənin yaşadığı evin giriş qapısının açarları ona verilsə Hikmət həmin evə girib evin sənədlərini götürə bilər. Rəsmiyyə Hikmətin təklifi ilə razılaşmış və Hikmətə Fəridənin evinin açarlarını evdən götürüb verə biləcəyini demişdir. Bundan sonra Rəsmiyyə ondan xahiş etmişdir ki, açarları o, Fəridənin evindən götürsün və bildirmişdir ki, Rəsmiyyə özü götürsə şübhə doğura bilər. Rəsmiyyə ilə uzun illərdir ki, rəfiqə olduqlarından, o, Rəsmiyyənin təklifinə etiraz etməmişdir. Bu söhbətdən bir neçə gün sonra o, Rəsmiyyə ilə birlikdə Fəridənin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən evinə getmişlər. Hikmət də onlarla birlikdə getmişdir. Hikmətin onlarla birlikdə getməkdə məqsədi Fəridənin yaşadığı binanın və mənzilin yerləşdiyi yeri bilmək imiş və imkan olsa elə həmin gün də Fəridənin evinin açarını Hikmətə verməli imişlər. Fəridənin yaşadığı binanın həyətində olarkən X15 yaşadığı binanın girişini, mənzilin 7-ci mərtəbədə yerləşməsini və evin giriş qapısının kodunu bildirmişdir. Bundan sonra, o, Rəsmiyyə ilə birlikdə Fəridənin yaşadığı mənzilə qalxmışlar. Təxminən 1 saat keçdikdən sonra o, qonaq otağındakı şkafın üzərində olan qabın içərisindən Fəridənin evinin giriş qapısının açarlarını götürmüş və həyətə düşüb qayıdacağını bildirmişdir. O, Fəridənin yaşadığı binanın həyətinə düşmüşdür. Əvvəlcədən danışıqlarına əsasən Hikmət orada onu gözləmişdir. O, halqaya keçirilmiş 3 ədəd açarı Hikmətə vermişdir. Hikmət açarları götürmüş və 10 dəqiqəyə qayıdacağını bildirmişdir. Təxminən 10 dəqiqə sonra Hikmət geri qayıdaraq açarları ona qaytarmış və açarların surətini çıxardığını bildirmişdir. Bundan sonra Hikmət çıxıb getmişdir. O, isə Fəridənin yaşadığı evə qalxmış və açarları götürdüyü yerə qoymuşdur. Lakin bir müddət keçməsinə baxmayaraq Hikmət evə girməmişdir. Bundan sonra Fəridə ilə Rəsmiyyə razılaşmışlar və Fəridə Rəsmiyyənin evinin sənədlərini Rəsmiyyənin özünə qaytarmış və onunla Rəsmiyə Hikmətə bildirmişlər ki, sənədləri Fəridə qaytarıb, ona görə də həmin sənədləri Fəridənin evindən gizli girib götürməyə ehtiyac yoxdur. Onlar həmçinin Hikmətə Fəridənin yaşadığı evin açarlarını geri qaytarmasını tələb etmişlər. Lakin Hikmət hər dəfə demişdir ki, yadından çıxıb, sonra qaytarar, sonra isə Hikmət bildirmişdir ki, yaşadığı evə oğru girmiş, evə girən oğru yaşadığı evdən ona məxsus pasportu, üzqırxan maşını və Fəridənin yaşadığı evin açarlarının surətini də oğurlamışdır. Bundan sonra bu baradə danışıqları olmamışdır. Anası Türkiyə Respublikasında yaşadığından və səhətində problemlər olduğundan o, 2021-ci ilin aprel ayının 16-sı Türkiyə Respublikasına getmişdir. Lakin anasının vəziyyəti ağırlaşdığından may ayının 13-ü rəhmətə getmişdir. Anası Türkiyə Respublikasında dəfn olunduqdan sonra o, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasından Bakı şəhərinə qayıtmışdır. Lakin Bakı Beynəlxalq Hava Limanında pasportu yoxlanılarkən sərhəddə onun barəsində saxla qoyulması bildirilmiş, bundan sonra onu polisə aparmışlar və ona məlum olmuşdur ki, Fəridənin mənzilində oğurluq olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmək niyyətinin olması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ərinin işi ilə bağlı borca pul almışlar. Sonra ərindən ayrıldığı üçün onun borcunu qaytara bilməmişdir. Onun evi var, lakin evin sənədləri qaydasında olmadığından sata bilməmişdir. Açar yalnız Rəsmiyyənin evinin sənədlərinin götürülməsi məqsədi ilə götürülmüş, Təqsirləndirilən şəxs2 Fəridənin evindən oğlurluq etməsi barədə planının olmasını bilməmişlər. Açar Hikmətə veriləndən bir vaxt sonra Fəridə özü Rəsmiyyəyə zəng edib bildirmişdir ki, gəlib evin sənədlərini aparıb evini satsın. Rəsmiyyə də evin sənədlərini Fəridədən götürmüşdür. Rəsmiyyə evini satmışdır. Rəsmiyyə evini satandan sonra Fəridəyə olan borcunu gərək ki, verməmişdir. Rəsmiyyənin çox borcu olduğundan Fəridəyə olan borcunu verə bilməmişdir. O, Türkiyədə olanda Fəridə ilə telefonla danışmışdır. Fəridə evindən qızılların oğurlanmasını demişdir. O, Fəridəyə həmin vaxt Hikmətdə onun evinin açarının olmasını deməmiş, lakin Rəsmiyyəyə demişdir ki, Fəridəyə Hikmətdə onun evinin açarının olmasını desin. Lakin, Rəsmiyyə də deməmişdir. Rəsmiyyə Fəridədən pulu borca götürdüyünü ona demişdir. Cinayət işinin 1-ci cild 30-cu vərəqəsində olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin məsul növbətçisi, polis polkovnik leytenantı Natiq Dəmirovun 06 may 2021-ci il tarixli raportundan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 18:42 radələrində X21 DİN-nin 102 xidmətinə zəng edərək Nərimanov rayonu, H.Əliyev prospekti 79/2, mənzil 48-də bibisi X4 məxsus pəncərədən daxil olmaq yolu ilə oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin 1-ci cild 3-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 79/2-də yerləşən 48 nömrəli mənzildir. Mənzilə baxış zamanı yataq otağının giriş qapısının sındırılması müəyyən edilmişdir. Həmin otaqda olan rəfin üzərində qızıl-zinət əşyaları yığmaq üçün qab vardır, lakin, həmin qab boş vəziyyətdədir. Hadisə yerinə baxış zamanı giriş qapısının iki ədəd kilidi və hadisə yerindən 11 ədəd əl barmaq izi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 17 may 2021-ci il tarixli, 011-4476-1221 saylı məktubdan görünür ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti 79/2 ünvanında yerləşən Zərərçəkmiş şəxs 48 nömrəli mənzildən götürülmüş əl izlərinin müayinəsi zamanı təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin Yasamal MSY-dən ADİS-in məlumat bankına daxil olmuş, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Ərzumanov X9 RPİ-nin 18-ci PŞ-nə gətirilən zaman Zərərçəkmiş şəxs evindən oğurlanmış sarı rəngli metaldan hazırlanmış üzərində qaşları olan 1 ədəd kulonu və 1 ədəd sırğanı könüllü olaraq təqdim etmiş, həmin əşyalar götürülmüşdür. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Nərimanov RPİ-nin 18ci PŞ-nə gətirilmiş Şahid3 Füzuli oğlu Təqsirləndirilən şəxs2 ona verdiyi üzərində qəhvəyi rəngli qaşı olan 01 ədəd gümüş üzüyü könüllü olaraq təqdim etmiş, həmin üzük götürülmüşdür. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş X1 Əjdər Füzuli oğlunun ona satdığı üzərində qaşlar olan 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğanı könüllü olaraq təqdim etmiş, həmin əşyalar götürülmüşdür. Cinayət işinin 1-ci cild 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli əşyaların zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, götürülmüş 02 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon və 1 ədəd sırğa Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs üzərində qəhvəyi rəngli qaşı olan üzüyün ona aid olmadığını, qalan premetlərin ona aid olduğunu, 1 ədəd kulon və 1 ədəd sırğa təki büjiteriya, digər 1 ədəd üzük və 1 cüt sırğa 2000 manata aldığı Fantaziya dəsti olduğunu, həmin predmetləri xarici görkəminə görə tanıdığını bildirmişdir. Cinayət işinin 2-ci cild 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2021-ci il tarixli 3/899 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində mexaniki təsir nəticəsində, o cümlədən, kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Həmin silindrik mexanizmlərin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, seçmə açarla və ya alət ilə o cümlədən, kənar predmetlə iz qoymadan açılması mümkündür. Cinayət işinin 2-ci cild 109-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 112-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 190-198-ci vərəqələrində olan 15 sentyabr 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş cədvəllərdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan 070-824- 55-05, ***-***-**-** saylı mobil telefon nömrələrinin, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibinin şəxsiyyəti, həmçinin qeyd olunan mobil nömrələrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş və cavabsız zənglər, daxil olımış və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil nömrələrin hansı əhatə dairələrinə düşməsi ilə əlaqədar məlumatların əks olunduğu CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə aktiv olduğu müəyyən edilmişdir. Həmin mobil nömrənin anten dairəsi xx.xx.2021-ci il tarixdə saat 15:27-dən 18:17-dək Nərimanov rayonu ərazisində yerləşən Faiq Yusif küçəsinə, İsmayıl Hidayətzadə küçəsinə, Həsənoğlu küçəsinə, A.M.Cümə küçəsinə, Təbriz və Ə. Rəcəbli küçələrinin kəsişməsinə düşmüşdür. Bundan başqa cinayət hadisəsindən sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx-xx-2021-ci il tarixdə saat 20:44:18-də “Qaqash men evdeyem gelen kimi xeber ele srocnu goruwum seninle tecili iwim. Resad”, xx-xx-2021-ci il tarixdə saat 21:56:56-da ’‘Ata bashina donum siqaretde alda yoxdu siqaret ureyim partdayir”, xx-xx- 2021-ci il tarixdə saat 23:23:09-da “Qaqash gelen kimi qardashimsan yigki meni gelim sohbetlewek daniwaq. Brat gunu gune satiram bir iwimi duzub qowa bilmirem. Qaqashnan goruwmeliydik saat 10 guya .geldin yig”, xx-xx-2021-ci il tarixdə saat 17:55:24-də “Hikmet meni cixart corniy spisokdan sozum var sene”, xx-xx-2021-ci il tarixdə saat 21:31:51-də “Hikmet demeli her şeyi goturub getdinki mene 1 qepiy vermiyesen? Srokada geden men olum qepiysiz qalanda men olum? Qaqash pulumu vermirsende he duz basha duwurem men?, xx-xx-2021-ci il tarixdə saat 21:38:20-də "Ay brat cixda svyaza mennen. Niye itmisen niye zenglere smslara cavab vermirsen” kimi və sair məzmunlu smslər yazmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2021-ci il tarixdən işləməmişdir. Cinayət işinin 3-cü cild 38-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 01 noyabr 2021-ci il tarixli, 21/621R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzil 48-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı 11 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. -Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovucun əksi ilə eynilik müəyyən edilmişdir. -Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 3-cü cild 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 yanvar 2022-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə 01 yanvar 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək olan müddət ərzində daxil olan, çıxan zəng və sms məlumatlarına, həmin nömrələrin anten dairələrinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 113-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 6/4984-9/8022 saylı kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə- kimyəvi ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir; -Üzərində 1 ədəd qəhvəyi rəngli daş olan, gümüşü rəngli üzüyün halqasının iç tərəfində «925» damğası vardır. Üzüyün bəzi hissələrinin rəngi aşınıb. Metalı-gümüş, əyarı- 925, kütləsi-16,53 qram, qaşların növü - qiymətsiz, ümumi qiyməti -50,00 manatdır. -Üzərində rəngsiz, şəffaf qaşlar olan, yarpaq formalı, sarı rəngli kulonun üzərində «EB» yazısı vardır. Kulonun rəngi aşınıb. Metalı-mis əsaslı ərinti, kütləsi - 24,42 qram, qaşların növıi-qiymətsiz, ümumi qiyməti - 5,00 manatdır. -Üzərində rəngsiz, şəffaf qaşlar olan, yarpaq formalı, sarı rəngli sırğa tayının üzərində «EB» yazısı vardır. Sırğa tayının bəzi hissələrinin rəngi aşınıb və kilidi qırıq vəziyyətdədir (bir hissəsi yoxdıır). Metalı-mis əsaslı ərinti, kütləsi-8,66 qram, qaşların növü-qiymətsiz, ümumi qiyməti-2.00 manatdır. -Üzərlərində ümumilikdə 3 ədəd yaşıl rəngli və 38 ədəd rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli 1 dəst sırğa cütü-üzüyün elementlərinin üzərində «o», «B 583» və «77» damğaları vardır. Metalı-qızıl 583/585, kütləsi-16,72 qram, qaşların növü – Brilyant, 5 ədəd hər biri təxminən 0,165 karat, 33 ədəd hər biri təxminən 0,040 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli, ümumi qiyməti - 2160 manatdır. Təqdim olunan məmulatların ümumi kütləsi 66,33 qramdır. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2217,00 manat müəyyən edilir. Cinayət işinin 3-cü cild 219-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, X11 01 ədəd kulon, 01 ədəd sırğa tayı, üzərində brilyant qaşları olan, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğanı məhkəmə baxışınadək saxlanılması üçün təhvil almışdır. Cinayət işinin 3-cü cild 220-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Əlizadə X13 RPİ-nin İŞ-nin baş müstəntiqi, X11 01 ədəd gümüş üzüyü təhvil almışdır. Cinayət işinin 3-cü cild 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 4579 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 3-cü cild 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 4578A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Rəşada Fəridənin evindən qızılları oğurlamağını deməmiş, yalnız, Rəsmiyyəyə məxsus evin sənədləri götürməsini bildirmiş, həmçinin, evdən oğurlanmış qızılların yalnız 9500 manat dəyərində olduğunu bildirmiş, həmçinin, digər Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində evdən oğurladığı qızılların sadəcə 196 qram olduğunu, orada 55.000 manat dəyərində qızıl-zinət əşyalarının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslərin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm istintaq, həm də məhkəmə dövründə qismən etirafları ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış və aşağıda şərh olunan mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Belə ki, iş üzrə dindirilmiş şahidlər Şahid2, həm də Şahid1 zərərçəkmiş şəxsin evinin açarlarını Hikmətə verdikdən sonra, ondan geri istədiklərini, lakin Hikmətin açarları itirdiyini bildirdiyini qeyd etmişlər. Həmçinin, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi ifadələrində mənzilindən oğurlanmış qızılların dəyərinin 55.000 manat dəyərində olduğunu, həmin qızılların özünə məxsus olduğunu və aldığı qiymətləri xatırladığını, bundan başqa, həmin qızılları toylara gedərkən taxdığını və həmin qızıllarla şəkillərinin olduğunu bildirmişdir “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cı bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 03 mart 2005-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin tövsifini dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, onların əməllərinin tövsifi dəyişdirilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla özlərinin cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almılş, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Apellyasiya icraatı zamanı təqdim edilmiş Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş əriəsindən görünür ki, ona vurulmuş ziyandan Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir. Ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə kollegiyası cəzanın müddəti təyin olunarkən bu halın qiymətləndirilməsinin vacibliyini vurğulayır. Bu həm də təqsirkar şəxslərin islah olunması, vurduqların ziyanın ödənilməsinə həvəsləndirilmələri baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxs-mülki iddiaçı X7 dəymiş ziyanı ödəməsini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxslərə təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş cəza məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub və ağırlaşdıran halların olmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hökmlə nəzərə alınmış cəzasını yüngülləşdirən halların olmasını, cəzasının ağırlaşdıran halların olmamasını, hazırda apellyasiya icraatı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçıya ziyanın yarısının onun tərəfindən təkbaşına ödənilməsini, bu halları birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmadığını, eləcə də onun cəzasının yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-cü maddəsi ilə təyin edilmiş cəza həmin maddələrin sanksiyası həddində yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 1(101)-711/2022 nömrəli hökmü Təqsirləndirilən şəxs1 aid hissədə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il müddətinə endirilsin. Hökm Təqsirləndirilən şəxs1 aid hissədə və qalan hissələrdə, Təqsirləndirilən şəxs2 aid hissədə isə bütövlükdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: İbrahim İbrahimli Hakimlər: Zəki Babayev Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar