Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1439/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və X9, Müdafiəçilər Müdafiəçi4 Umid qızının və X10 iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 228.1, 71.5 və 67-ci maddələri ilə 08 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərarına əsasən hökmlə təyin olunmuş cəzası 05 il 05 aya endirilərək cəzası çəkmiş hesab olunmaqla azadlığa buraxılmış, Fizuli rayonu, Horadiz qəsəbəsi, S.Vurğun küçəsi ev 7də qeydiyyatda olan, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1972-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Füzuli rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olan, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X9 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli, 1(101)-78/2021 nömrəli hökmündən məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər C.İ.Hüseynovun sədrliyi ilə, E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) 25 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 24 sentyabr 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli 09 aprel 2019-cu il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Hökmlə X3 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs1 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən və buna görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən cinayətlərin residivi formasında, 2018-ci ilin sentyabr ayının ortalarında Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020ci il tarixli qərarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 50.1, 50.3-cü maddələrinə əsasən barəsində ayrıca icraatda cinayət işi ayrılmış X22 və şəxsiyyəti müəyyən edilməmiş bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü X22 naməlum vaxtda və naməlum mənbədən külli miqdarda - 1482,691 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda - 855 qram tiryək narkotik vasitəsini qəsdən qanunsuz əldə etmiş, daşımış, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində olan yarı tikili evə apararaq orada satış məqsədilə gizlədib saxlamış, ümumi cinayətkar niyyətə uyğun olaraq, o, 24 sentyabr 2018-ci il tarixdə, günorta saatlarında X22 ilə birgə sonuncunun idarə etdiyi “Az Samand” markalı, ** BJ *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə getmiş, orada Ü.Əsədov həmin yarım tikili evdə qanunsuz saxladığı 1 ədəd sellofan paketdə külli miqdarda, 1482,691 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda, 855 qram tiryək narkotik vasitəsini oradan çıxararaq, həmin qurudulmuş marixuana narkotik vasitəsindən 2,691 qramını üzərindən ayıraraq götürmüş, geriyə qalan külli miqdarda, 1480 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda, 855 qram tiryək narkotik vasitəsini realizə edilməsi üçün gətirib ona vermiş, öz növbəsində o, həmin narkotik vasitələri satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış, daşımış, həmin gün saat 21:10 radələrində Bakı şəhəri, Səbail rayonu, “Şəki” restoranının qarşısında şərti alıcı qismində çıxış edən əməliyyat işçisinə satarkən keçirilmiş əməliyyat tədbiri nəticəsində əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və ondan külli miqdarda, 1480 qram qurudulmuş marixuana narkotik vasitəsi və külli miqdarda, 855 qram tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs X15 İİR vətəndaşı, baxılan iş üzrə digər təqsirləndirilən şəxs X3, Azərbaycan Respublikası vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 50.1, 50.3-cü maddələrinə əsasən barəsində ayrıca icraatda cinayət işi ayrılmış X22, şəxsiyyəti müəyyənləşdirilməmiş, lakin “Yaşar”, “Əsgər” və “Firudin” adı ilə məlum olan İran vətəndaşları və qeyriləri ilə külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşıb cinayət əlaqəsinə girmiş, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq İran vətəndaşı X3 ümumi cinayətkar niyyəti həyata keçirmək üçün 08 aprel 2019-cu il tarixdə İİR-dan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 165,484 qram heroin narkotik vasitəsini şəxsiyyətləri müəyyənləşdirilməmiş “Yaşar”, “Əsgər” və “Firudin” adlı şəxslərdən əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə daxili orqanı olaraq düz bağırsağında yerləşdirib həmin gün saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin X19 rayonunda yerləşən «Astara» sərhəd nəzarəti məntəqəsində İİR-dən Azərbaycan Respublikası istiqamətində rəsmi qaydada gələrkən, düz bağırsağında gizlətdiyi həmin külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına daşıyaraq keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin (DSX-nin) və Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları tərəfindən saxlanılmış, şübhə doğurduğundan tibb müəssisəində daxili orqanlarının müayinəsi zamanı qeyd olunan külli miqdarda - 165,484 qram heroin narkotik vasitəsi aşkar olunaraq xaric edilməklə götürülmüş, X15 isə cinayətkar qrupun digər üzvü X22 birgə həmin gün - 08 aprel 2019cu il tarixdə Asghar Ghanbarı tərəfindən daşınaraq gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilən qeyd olunan külli miqdarda narkotik vasitəni əldə etmək məqsədi ilə X27i məntəqəsinə gəlmiş, həmin tarixdə saat 23 radələrində ümumi cinayətkar niyyəti həyata keçirib qeyd olunan külli miqdarda narkotik vasitələri əldə etmək üçün Asghar Ghanbari ilə Astara SNM-də görüşən zaman DSX-nin əməkdaşları tərəfindən saxlanılmışdır, yəni qeyd olunan bu hərəkətləri ilə X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini göstərib hökmün ləğv edilməsini və barəsində yüngül cəzanın seçilməsi barədə yeni hökmün çıxarılmasını xahiş etmişdir. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs X15 apellyasiya şikayəti verərək hökmlə razı olmadığını, ona ağır cəza verildiyini, sübutların düzgün tədqiq edilmədiyini göstərib onun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hökmdən digər məhkum olummuş şəxs X3 və onun müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Təqsirləndirilən şəxs1 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs X15 və onun müdafiəçisi verilmiş apellyasiya şikayətinin təmin edilməsini, X9 cəzasının yüngülləşdirilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X16 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün Təqsirləndirilən şəxs1 və X11 aid hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxslər X15, Təqsirləndirilən şəxs1 və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduqlarından təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və X11 aid hissədə həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, X22 ilə cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Belə ki, Ürfət qanunsuz silah saxlamağa, o isə həm qanunsuz silah saxlamağa və həm də dələduzluğa görə cəza çəkmiş, o, 2018-ci ilin yanvar ayında cəzasının sonu ilə azad olunmuşdur. Qardaşı isə həmin vaxt 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Azadlıqda olarkən baxılan bu işlə bağlı tutulmazdan 15-20 gün sonra 15 saylı cəzaçəkmə müəssisəsində qardaşı Rövşənlə bərabər cəza çəkən, sonuncunun dostu Gündüz adlı şəxs ona zəng edib Qaqaş adlı bibisi oğlunun olduğunu demiş, onalara “kakos” narkotik vasitəsi tapıb verməyi xahiş etmişdir, əlaqə telefonlarını vermişdir. Qaqaşla telefonla danışdıqda isə o, Rusiyaya işlədiyini demiş, İranlı tanışları olduğu təqdirdə onlardan Rusiyaya göndərmək üçün heroin narkotik vasitəsi tapıb verməyi istəmişdir. O isə yalnız nəşə çəkdiyini bildirmiş, onlar üçün də yalnız çəkmək üçün nəşə tapıb verə biləcəyini demişdir. Özünü Qaqaş kimi təqdim edən şəxs onunla görüşə tanımadığı, kök bədən quruluşlu, narkomana oxşayan başqa bir nəfərlə gəlməmişdir. Özünü Qaqaş kimi təqdim edən və ya onun yanındakılar özlərini Gömrük orqanının əməliyyatçıları kimi deyil, avtoritet kimi aparmış, hətta bir neçə avtoritetlərin adlarını çəkmiş, Rusiyada türmədə yatdıqlarını bildirmişdilər. Məqsədləri onlara Rusiyaya göndərmək üçün herion tapıb vermək olmuşdur. Lakin onun hər hansı bir iranlı ilə tanışlığı olmamış, heç vaxt narkortik vasitələrin alveri ilə məşğul olmamışdır. Ona görə də belə bir işdən imtina etmişdir. Lakin Gündüzün qohumları ona tez-tez zəng etdiklərinə görə cəzaçəkmə müəssisəsinə qardaşına zəng edib Gündüzün qohumlarının onu bezdirdiyini, onlara narkotik maddə tapıb verməyi istədiklərini demişdir. Qardaşı isə 4-5 günlük telefonunu söndürməyi məsləhət bilmişdir. Odur ki, o, telefonunu 4-5 günlük söndürmüşdür. Lakin heç cür alınmamış, hətta özünün bibisi oğlu ona Gündüzün dostlarının “ara uşaqları” olduqlarını demiş, onlara narkotik tapıb verməyi tapşırmışdır. 2018-ci ilin avqust ayında gömrüyün əməliyyatçıları, onun Gündüz kimi tanıdığ şəxs hətta onun 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşına da zəng etmiş, onlara nəşə tapıb verməyi qardaşına (Təqsirləndirilən şəxs1) tapşırmağı xahiş etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra Qaqaşgillə tez-tez görüşmüş, 15-20 gün biryerdə oturub yeyib-içmiş və hətta bir yerdə nəşə də çəkmişlər. Belə ki, onlar münasibətləri dövründə onun nəşə çəkdiyini bilmiş və ondan nəşə olarsa, onlara da verməyi istəmişdilər. O isə onlara nəşə olmadığını, tapa bilmədiyini demişdir. Bir yerdə olduqları müddətdə əsasən xərcləri onlar çəkmişlər. Bundan sonra onlar 15-20 gün ərzində ona pul tökdüklərini və onun onlara narkotik verəcəyini düşündüklərini bildirmişlər. Həmin ərəfədə onun Rusiyaya gedən bir tanışı ona istifadə etməsi üçün təqribən 200 qram nəşə vermiş, o, istifadə etdiyini etmiş, qalanını isə saxlamışdır. Qaqaşgil israr etdikdə o, onlara özündə 200 qram nəşə olduğunu demiş və həmin nəşəni onlara verə biləcəyini bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, o, Ürfətlə tez-tez görüşmüş onunla münasibət saxlamışdır. Ürüfət də nəşə çəkən olmuşdur. Belə ki, Ürfətin ciyərində şiş xəstəliyi olmuş, xəstəliyi ilə əlaqədar o, tez-tez İrana gedib gəlmişdir. O, Ürfəti də Gündüzün qohumları ilə, yəni Qaqaşgillə tanış etmişdir. Tutulan gün, yəni 24 sentyabr 2018-ci il tarixdə Ürfətlə “20 yanvar” metrostansiyasının yaxınlığında görüşmüş, onu axşam yeyib-içməyə dəvət etmişdir. Həmin vaxt Ürfətin maşınında tanımadığı, lakin adının Tiflis olduğunu sonradan öyrəndiyi daha bir nəfər olmuşdur. Axşam görüşəcəklərinə razılaşdıqdan sonra o da Ürfətin maşınına oturmuş, axşam görüşmək ümidi ilə Qaradağ yolunda bazarın yanında düşüb onlardan ayrılmışdır. Məqsədi, əvvəllər bazarda işlədiyindən tanışları vasitəsi ilə icarəyə konteyner götürüb işlətmək olmuşdur. Həmin gün axşam saat 20-21 radələrində qayıdarkən yolda Qaqaşa zəng etmiş, ona “nəşə çəkmək istəyirsinizsə, gəlin birlikdə çəkək” deyib onları nəşəyə qonaq etmək istəmişdir. Qaqaş nəşənin onun üstündə olubolmadığını soruşduqda o, təsdiqləmişdir. Belə ki, Rusiyaya gedən tanışının ona verdiyi iki ovuc, təxminən 200 qram nəşə onun üstündə olmuşdur. Belə olduqda Qaqaş ona “Qurd Qapısı” qəbristanlığının yanında olduğunu bildirmiş və həmin yerdə görüşməyi təklif etmişdir. Təqribən yarım saat sonra razılaşılan yerə gedib Qaqaşgili təqribən yarım saat gözləmiş və nəhayət görüşmüşlər. Onlar üç nəfər olmuş, o da maşına oturmuşdur. Dostu Ürfətlə görüşməli olduğunu bildirib, onu da dəvət etməyi təklif etmiş və Ürfətə zəng edib olduqları yerə dəvət etmişdir. Ürfət isə “20 yanvar” metrostansiyasının yaxınlığında həmişə oturduqları kafenin qarşısında olduğunu demiş və onları olduğu yerə dəvət etmişdir. Qaqaşgil Ürfətin yerini öyrəndikdən sonra artıq hüquqmühafizə orqanının əməkdaşları olduqlarını bildirib onu tutmuşlar. İdarədə olarkən təqribən yarım saat sonra Ürfəti və Tiflis adlı başqa bir tanışlarını ora gətirilmişdir. Onlar işgəncələrə məruz qoyulmuş, ona həmin narkotik vasitəni Ürfətdən aldığımı deməyi təldəb etmişlər. İşgəncələrə dözə bilməyib, nəşəni tanımadığı İranlıdan aldığımı deyə biləcəyini bildirmiş, lakin tək bu onları qane etməmiş, ona Ürüfətlə və uşaqlarla yeyib içməyə gedərkən nəşəni tanımadığı iranlıdan almağı ifadəsində göstərməyi tələb etmişlər. Tiflis adlı tanışlarına isə narkotiki Ürfət və Elşəndən aldığını demək tapşırılmış, Tiflis də tələb olunan formada ifadə vermiş və yalnız bundan sonra Tiflis buraxılmışdır. Narkotiki Ürfətdən aldığımızı deyəcəyimiz təqdirdə Ürfətin buraxılacağı vəd verilmiş, əks halda isə Ürfətin elə orada da öləcəyi deyilmişdir. Belə ki, Ürfətin xəstə olması barədə artıq əməliyyatçılarda məlumat olmuşdur. Ürfətin buraxılmasından ötrü o, əməliyyatçıların təklifi ilə razılaşıb dedikləri kimi ifadə vermişdir. Onda cəmi 200 qram nəşə, yəni marixuana narkotik vasitəsi olmuş, həmin narkotiki özünün istifadəsi üçün saxlamış və gömrük əməkdaşlarına əvəzsiz olaraq verməyi nəzərdə tutmuşdur. Onda və ya Ürfətdə ittihamda göstərilən 1482,691 qram qurudulmuş marixuana və 855 qram tiryək narkotik vasitəsi olmamışdır. Onda olan 200 qram marixuana narkotik vasitəsi küllü miqdar təşkil etmədiyindən ittihamda göstərilən miqdarda narkotik vasitə onlara “yüklənmişdir”. O, Qaradağ rayonunun Qızıldaş qəsəbəsinə getməmiş, oradan hər hansı miqdarda narkotik vasitə götürməmiş, nə Ürfətə və nə də qeyrisinə verməmiş, Ürfətdən narkotik vasitə almamışdır. Heç bir iranlı ilə tanış olmamış, Namiq Əsgərovu və iranlı X2 tanımamış, onları ilk dəfə məhkəmə zalında görüb tanımış, o, tutulduqdan 8 ay sonra Namiqlə iranlı X17 tutulmuşdur. Özünə və Ürfətə verilmiş işgəncələrlə bağlı heç kimə şikayət etməmiş, ifadəsini dəyişməmiş, əsil həqiqəti danışmamış, inanan olmayacağını fikirləşmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitənin özünün istifadəsi üçün əldə etdiyini göstərsə də, onun tərəfindən narkotik vasitəəri satış məqsədi ilə əldə edilməsi aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 2011-ci ildə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş, cəzasını Qaradağ rayonu 13 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, 2018-ci ilin yanvar ayının 12-də azadlığa buraxılmışdır. Arada narkotik vasitələrdən - nəşədən istifadə etmişdir. X22 ilə 2014-cü ildə Penitensiar Xidmətin müalicə müəssisəsində müalicədə olarkən tanış olmuşdur. Belə ki, Ürfət xərçəng xəstəliyindən əziyyət çəkmiş, o, Ürfətlə 2 ay eyni palatada yatmışdır. Çıxdıqdan sonra zəngləşib Ürfətlə əlaqə saxlamış. söhbət zamanı isə ona yaşadığı rayonda narkotik vasitə olarsa xəbər etməsini tapşırmışdır. Həmin vaxt Ürfət onun özündə narkotik vasitə olduğunu bildirmiş, istəyən olarsa, təşkil edə biləcəyini demişdir. Onun həm də Ürfətin özünün narkotik istifadəçisi olduğunu bilmişdir. 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Rövşənin məhkum yoldaşı Gündüz adlı şəxs ona zəng vurub, onun Qaqaş adlı xalası oğlu olduğunu, nəşə, yaxud başqa narkotikdən olarsa, Qaqaşın almaq istədiyini, yaxşı mal olacağı təqdirdə, Qaqaşa xəbər etməyi bildirmiş, sonuncunun yaxşı da pul verəcəyini demişdir. Bundan sonra Qaqaşın nömrəsini ona vermişdir. Təxminən 5-6 gün sonra o, Qaqaş adlı şəxsin telefon nömrəsi ilə əlaqə saxlamış və özünü Gündüzün tanışı kimi təqdim edərək, narkotik vasitənin satıcısı olduğunu bildirmişdir. Bir qədər söhbətdən sonra növbəti gün metronun «Qara Qarayev» stansiyası yaxınlığında görüşmək barədə razılaşmışlar. 23 sentyabr 2018-ci il tarixdə, saat təxminən 15:00 radələrində «Qara Qarayev» metrostansiyası yaxınlığında əvvəllər tanımadığı iki nəfər şəxslə görüşüb narkotik vasitənin alqı-satqısı üçün məkan və qiymət şərtlərini müzakirə etmiş, hətta onlarla görüş zamanı narkotikin qiyməti və miqdarı barədə də onların yanında telefonla zəng edib Ürfətlə danışmışdır. Ürfətlə telefonda danışarkən sonuncu ona 6 min manata 1,5 kq. qurudulmuş marixuana və 1 kq. tiryək narkotik vasitəsi təşkil edə biləcəyini demişdir. O da öz növbəsində bu barədə həmin adamlara demişdir. Sövdələşməyə əsasən 1,5 kq. qurudulmuş marixuana və 1 kq. tiryək narkotik vasitəsini 6 min manat müqabilində onlara satacağını bildirmiş, növbəti gün alqı-satqı edəcəyi barədə razılığa gəlmişdir. 24 sentyabr 2018-ci il tarixdə, saat təxminən 16 radələrində həmin adamlarla telefonla danışaraq «Qurd Qapısı» kimi tanınan ərazidə görüşməyi planlaşdırmışdır. Daha sonra o, istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən Ürfətin ***-***-**-** saylı nömrəsinə zəng vurmuş və Ürfətə narkotik vasitəni ona çatdırmasını xahiş etmişdir. Bundan sonra o, Ürfətlə «20 Yanvar» dairəsinin yanında görüşmüş, onun idarə etdiyi «Az Samand» markalı maşına əyləşmiş, biraz hal əhval tutduqdan sonra, Ürfət və onun maşınında ön oturacaqda əyləşən və Ürfətin tanışı kimi təqdim etdiyi, adını sonradan bildiyi Tiflislə birgə Qızıldaş qəsəbəsinə getmişlər. Orada əsas yoldan ara küçəyə girmiş və maşını sökülmüş vəziyyətdə olan yarımtikili evin yaxınlığında saxlamışdır. Ürfətlə birgə maşından düşüb evə tərəf gedərkən Ürfət ona həmin yerdə gözləməyi tapşırmış və özünün gedib narkotik vasitəni götürüb gələcəyini bildirmişdir. O maşının yanına qayıdıb Tiflislə birgə Ürfəti gözləmiş, bir müddət sonra isə Ürfət əlində göy sellofanla geri qayıtmış və həmin kisəni ona vermişdir. O, yaxınlıqda üzərində taksi işarəsi olan VAZ 2107 markalı maşına oturmuş və sürücüyə onu şəhərə aparmağı sifariş vermişdir. Ürfətlə danışığa görə o, gedib narkotiki həmin adamlara satmalı və bir neçə saata da pulu gətirib ona təhvil verməlidir. Bundan sonra o, şəhərə, «Qara Qarayev» metrostansiyası tərəfə yollanmış, ilk əvvəl evə gedib “malı” evə qoymağı, sonra həmin adamlarla görüşüb vəziyyəti yoxlamağı planlaşdırmış, sakitçilikdirsə, gətirib malı onlara verməyi düşünmüşdür. Ona görə Ürfətə gəlib onu «Qara Qarayev» metrostansiyası tərəfdə gözləməyi tapşırmışdır. Yolda gedərkən həmin malı almaq istəyən Qaqaş ona zəng vurmuş və harada olduğunu soruşmuşdur. O isə öz növbəsində Qızıldaşdan qayıtdığını dedikdə, Qaqaş elə yolüstü görüşüb narkotiki təhvil almağı təklif etmişdir. Ona görə o da taksiylə Səbail rayonu, “Şəki” restoranının qarşısına gəlmişdir. Axşam saat təxminən 8 radələrində o, Qaqaş və sonuncunun yanında olan 2 nəfərlə görüşmüş, sellofan torbada olan narkotiki açıb onlara göstərmək məqsədilə üst sellofandakı bıçağı götürüb onunla sellofanı kəsərək açmışdır. Bundan sonra onlar gömrük əməkdaşları olduqlarını bildirib onu oradan DGK-nın inzibati binasına aparmışlar. Orada həmin sellofan paketə baxış keçirilmiş, torbanın içərisində 863 qram narkotik vasitə tiryək və 1,5 kq qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan əlavə narkotik vasitənin saxlanıldığı sellofan torbanı kəsmək üçün istifadə etdiyi bir ədəd bıçaq da protokolla götürülmüşdür. Daha sonra üzərinə baxış keçirilmiş, lakin üzərində qanunsuz hər hansı əşya aşkar etməmişdir. Daha sonra narkotik vasitəni ona təhvil verən Ürfətin saxlanılması üçün əməkdaşlara məlumat verilmiş və o, Ürfətlə telefon danışığı apararaq onu saat 23:30 radələrində metronun «20 Yanvar» stansiyasına çağırmışdır. Orada Ürfət və onun yanında olan Tiflis əməkdaşlar tərəfindən saxlanılmış və DGK-nın inzibati binasına aparılmışdır (iş vərəqə: cild Vİ, səh. 110-113). Cinayət işi üzrə məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində dindirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 50.1, 50.3-cü maddələrinə əsasən ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış X14 birinci instansiya məhkəməsində məhkəmə baxışında iştirakının mümkünsüzlüyü nəzərə alınmış və onun məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. İbtidai istintaq zamanı X22 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Füzuli rayonunun Mahmudlu-2 kəndində qeydiyyatdadır, ailəlidir, 3 azyaşlı övladı var. Rəsmi olaraq işəlmir, xərçəng xəstəliyindən əziyyət çəkir və buna görə də dövlət tərəfindən pensiya alır. 2013-cü ildə Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə azadlıqdan məhrum edilmiş, cəzasını Qaradağ rayonu ərazisində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində çəkmiş, 2014-cü ilin dekabr ayının 12-də azadlığa buraxılmışdır. Xəstəliyi ilə əlaqədar həkim resepti əsasında tramadoldan istifadə etmiş, ağrılarıyla əlaqədar arada narkotik vasitələrdən - nəşədən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ilə 2014-cü ildə PXin müalicə müəssisəsində olarkən tanış olmuşdur. O da həmin vaxt həbsdə olarkən orada müalicə almış, 2 ay onunla eyni palatada yatmış, daha sonra çıxdıqdan sonra arada zəngləşib əlaqə saxlamışdır. Şəxsi işləri ilə əlaqədar hərdən bir Bakı şəhərinə gəlib getmişdir. Bir neçə müddət əvvəl Bakı şəhərində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində kafedə əyləşib çay içdikdən sonra, 2 manat çay pulunu verib oradan çıxmış, oranın ayaqyolusu olmadığından arxa tərəfdə təbii ehtiyacını ödəmək məqsədilə kafenin arxasına getmişdir. Kafenin arxa tərəfi boş sahə olmuş, ətrafında da hasarlar olmuşdur. Həmin ərəfədə bir nəfər şəxsin əlində bir sellofan paketi hasarın yanına qoyduğunu və üzərinə də ot örtüyü atdığını görmüşdür. O, həmin paketdən şübhələnmiş və həmin adam oradan uzaqlaşdıqdan sonra ora yaxınlaşıb paketi açmışdır. Sellofan paketin içərisində narkotik vasitə olduğunu, onun qurudulmuş ot yəni marixuana və tiryək olduğunu görmüşdür. O, özü də nəşədən istifadə etdiyindən həmin paketi götürmüş, üzərindən biraz da götürüb çəkmiş, amma köhnə olduğunu hiss etmişdir. Bundan sonra, o, həmin narkotiki götürüb oradan uzaqlaşmış, onu hansısa bir yerdə gizlətməyi fikirləşmişdir. Bu məqsədlə Qızıldaş qəsəbəsi istiqamətdə getmiş, orada əsas yoldan aralıda, söküntü vəziyyətində olan, sahibsiz bir yarımtikili ev görmüş və oranın etibarlı olacağını düşünərək narkotiki aparıb orada gizlətmişdir. Bir neçə müddət sonra tanışı Elşənlə danışarkən onda narkotik vasitə marixuana və tiryək olduğunu, almaq istəyən olarsa, ona verə biləcəyini demiş, hətta Elşənə onu harada gizlətdiyini də demişdir. Elşən isə maraqlanıb deyəcəyini bildirmişdir. Daha sonra Elşən onunla görüşərkən, həmin narkotiki almaq istəyən adam tapdığını, danışıb bu barədə ona deyəcəyini bildirmişdir. 23 sentyabr 2018-ci il tarixdə Elşənlə telefonda danışarkən ona Bakıya gələcəyini dedikdə Elşən onunla görüşməyi xahiş etmişdir. 23 sentyabrda gecə saatlarında həmyerlisi Şahid6lə onun Müşfiqabad qəsəbəsindən Sumqayıta gedən yolun üstündə icarəyə götürmək üçün maraqlandığı obyektə getmiş, səhər saat 5 radələrində idarə etdiyi “Az Samand” markalı nəqliyyat vasitəsi ilə Müşfiq qəsəbəsində yerləşən Tiflisin icarəyə götürmək istədiyi obyektin yanına gəlib çatmışdır. Lakin Tiflisin işi baş tutmamış, yəni obyektin sahibi ilə razılığa gəlməmiş və orada nahar etdikdən sonra Bayıl qəsəbəsinə gedib maşını avtoyuma məntəqəsinə vermişlər. Orada olarkən Elşənə zəng vurmuş və onunla «20 yanvar» metrostansiyası tərəfdə görüşməyə razılaşmışlar. Axşam saat təxminən 5-6 arası «20 yanvar» metrostansiyasının yaxınlığına getmiş, orada Elşənlə görüşmüş, sonuncu avtomobilə əyləşmiş, orada bir neçə dəqiqə hal-əhval tutduqdan sonra, maşını irəlidə mağazanın yanında saxlamış və mağazaya girmək üçün avtomobildən düşmüşdür. Elşən də onunla birgə maşından düşmüşdür. Orada olarkən Elşən həmin narkotiki gedib götürüb aparıb almaq istəyən adamlara birgə verməyi təklif etmişdir. O isə qorxduğunu, gedə bilməyəcəyini demişdir. Bundan sonra Elşən ondan maşınını istəmiş, özünün gedib təhvil verəcəyini demişdir. O, yenə razı olmamış və bir yerdə gedib narkotiki gizlətdiyi yerdən çıxarıb Elşənə verməyi, sonuncunun özünün aparıb onlara təhvil verməsini və axşam tərəfi görüşməyi təklif etmişdir. Onlar razılaşmış, mağazaya girib su və başqa şeylər aldıqdan sonra çıxıb maşına əyləşmiş və Qızıldaş qəsəbəsinə, yəni narkotiki gizlətdiyi evin yanına getmişlər. Yolda Tiflis ondan hara getdiyini soruşduqda o, X20 işi ilə bağlı getdiyini demiş, bundan başqa məlumat verməmişdir. Axşam tərəfi o, Qızıldaş qəsəbəsinə çatmış, əsas yoldan ara küçəyə girərək həmin yarımtikili evin yaxınlığında maşını saxlamış, Elşənlə maşından düşərək həmin evə tərəf getmiş, lakin Elşən həmin tikiliyə daxil olmamışdır. O özü gedib həmin tikilidən gizlətdiyi narkotiki götürmüş və marixuananın üzərindən bir bükümlük öz istifadəsi üçün götürüb ayrıca bükümə qoymuşdur. Geri qalanlarını sellofan paketdə gətirib Elşənə vermiş və ayrıca taksiylə şəhərə getməsi üçün Elşən 20 manat pul da vermişdir. Bundan sonra maşına minmiş, narkotiki Elşənə təhvil verərkən üzərindən götürdüyü marixuananı isə bir bükümdə maşınına qoymuş və oradan uzaqlaşmışlar. Elşən isə taksiyə əyləşib oradan çıxmışdır. Həmin gün axşam tərəfi Elşən telefonla ona zəng etmiş və «Qara Qarayev» metrostansiyasının yaxınlığına çağırmışdır. Ora çatdıqdan sonra mobil telefon vasitəsi ilə Elşənlə danışmış, Elşən ona «Elmlər Akademiyası» metrostansiyasının yanına gəlməyi təklif etmişdir. Lakin o, həmin tərəfin tıxac olduğunu bildirmiş və ona «20 yanvar» dairəsinə gəlməyi təklif etmişdir. O, «20 yanvar» dairəsinə getmiş, orada Elşənə zəng vurub onu gözlədiyini bildirmişdir. Təqribən 20 dəqiqə sonra mülki geyimli şəxslər ona yaxınlaşaraq gömrük əməkdaşları olduqlarını bildirərək onu və Tiflisi DGK inzibati binasına aparmışlar. Orada avtomobilinə baxış keçirilmiş və əvvəlcədən avtomobilinin salonunda əl əyləcinin plastik korpusunun altına qoyduğu təxminən 2,9 qram marixuananı aşkar etmişlər. Daha sonra sənədləşmə aparılmış və o da protokolu imzalamışdır. Yuxarıda göstərilən faktla bağlı cinayət işi başlandıqdan sonra barəsində seçilmiş həbs qətimkan tədbiri xəstəliyilə əlaqədar ev dustaqlığı ilə əvəz olunmuş və o, kənddə yaşamağa davam etmişdir. 08 aprel 2019-cu il tarixdə nənəsinin yası olan zaman, dostu və həmyerlisi olan Namiqlə birlikdə çöldə siqaret çəkib söhbət edərkən Namiq ona İrandan tanışı Firudinin zəng etdiyini, gedib İrandan gələcək qonağı qarşılamağı ondan xahiş etdiyini demişdir. 2018-ci ilin aprel ayında Namiqlə birlikdə, onun xəstəliyi ilə bağlı İrana gedəndə orada Firudin adlı bir şəxslə tanış olmuş və həmin şəxs İranda olan zaman onlara çox köməklik etmişdir. Həmin vaxtdan Firudinlə əlaqələri olmuşdur. Namiq ona birlikdə Astaraya gedib Firudinin göndərdiyi həmin qonağı qarşılamağı xahiş etmişdir. Həmin vaxt o, özünün maşını olmadığını demiş və qardaşı Məzahirin maşını ilə gedə biləcəklərini bildirmişdir. Bundan sonra o, Məzahiri çağırmış və ona maşınına benzin tökəcəklərini və əlavə olaraq 40-50 manat taksi pulu verəcəklərini demişdir. Danışığa əsasən həmin pulu da Namiq verəcəkdi. Nahardan sonra onlar Məzahirin maşını ilə Astaraya getmiş, təxminən saat 20 radələrində onlar X27 Məntəqəsinə (SNM) çatmışlar. Orada çayxanada oturmuşdur. Həmin vaxt Namiqin telefonu söndüyündən o, Firudinin nömrəsini Məzahirin telefonuna yazmış və həmin telefondan «WhatsApp» proqramı ilə danışmışdır. Həmin vaxt Firudinin nömrəsi Məzahirin telefonunda qalmışdır. Namiq, onlara demişdir ki, gedin maşında gözləyin qonağı qarşılayıb qayıdır. Təxminən 30 dəqiqə sonra o Firudinə zəng edib Namiqin telefonuna zəng çatmadığını və göndərdiyi qonağı qarşılamağa getdiyini, zəng edib qonağın harda olduğunu öyrənməyini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Firudin zəng edib, onun qonağının taksilərin yanında gözlədiyini və onun üzərində narkotik olduğunu demiş, onu tez oradan götürməsini Namiqə deməyi bildirmişdir. Qeyd olunan qonağın üzərində narkotik vasitə olduğunu o, həmin vaxt bilmişdir. Az sonra Firudin yenə zəng etmiş və Namiqlə qonağın artıq görüşdüklərini, tualetdə olduqlarını bildirmiş, az sonra gələcəklərini demişdir. O bir neçə dəfə Firudinlə danışmış, artıq saat 00 radələrində o, Namiqin və həmin qonağın gəlmədiyini görüb Məzahirlə birgə Füzuliyə geri qayıtmaq qərarına gəlmişdir. Yolda olan zaman yenidən Firudinə zəng etmiş, öz qonağına zəng etməyi, onu Namiqlə mobil “konfransa” qoşmağı, Namiqlə danışmağa şərait yaratmasını tapşırmışdır. Firudin də onun tapşırdığı kimi etmiş, Namiqlə danışıq zamanı sonuncu ona Astarada xəstəxanasının qarşısında olduqlarını demişdir. Onlar dərhal geri qayıtmış və xəstəxananın yanındakı yanacaq doldurma məntəqəsinin yanında onlar sərhədçilər tərəfindən saxlanılmış və məntəqəyə aparılmışlar. Məntəqədə olan zaman o, iranlı qonağın daxili orqanlarında narkotik vasitə gətirdiyini və Namiq onu qarşılayan zaman saxlanıldığını öyrənmişdir. O, həmin iranlını ilk dəfə orada görmüşdür (iş vərəqə: cild Vİ, səh. 67-71). Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs X15 ifadəsində göstərmişdir ki, o, əvvəllər Rusiyada yaşamış, sonra Rusiyadan deport olunmuş, Fizulidə yaşamağa başlamışdır. Barəsində xəstəliyi ilə bağlı cinayət işi ayrılmış X12 qonşu olmuşdur. 2018-ci ildə gözlənilmədən Ürfətin vəziyyəti ağırlaşmış, müayinə nəticəsində Ürfətdə onkoloji şiş tapılmışdır. İranda yaxşı həkimlər olduğuna görə o, Ürfətlə birlikdə İrana getmiş, 10 gün orada qalmışlar. Ürfət İranda analizlər vermiş, lakin növbədə çox adam olduğundan tez cavab ala bilməmiş, cavab 10 gün sonra veriləcəyindən onlar qayıdıb Azərbaycana gəlmişlər. Bir müddət sonra İrandan zəng gəlmiş, xəstəxanadan Ürfəti İrana dəvət etmişlər. Yenədə o, Ürfətlə İrana getmiş, orada Ürfətə onun ayağının kəsilməli olduğunu demişlər. Lakin Ürfət razı olmamışdır. Onlar İrana ümumilikdə bir neçə dəfə - bir dəfə analiz vermək üçün, bir dəfə müalicəyə, bir dəfə də “Azsamand” markalı maşına detal almağa getmişlər. Həkimlə münasibətləri yarandığından İranda qaldıqları uzun müddəti həkimin oğlunun evində qalmışlar. Hər dəfə qayıdan baş onlar sərhəddə yoxlanılmış, lakin heç nə tapılmamışdır. 06 aprel 2019-cu il tarixdə Ürfətin nənəsi rəhmətə getmiş, 08 aprel 2019-cu il tarixdə Ürfət nənəsinin hüzr məclisində olarkən iranlı həkimin oğlu Firudin ona zəng etmiş və İrandan bir nəfər qonağının gələcəyini, həmin şəxsin Astara SNM-də qarşılanmalı olduğunu və həmin qonağın 08 aprel 2019-cu il tarixdə saat 23:00 radələrində İrandan Azərbaycana keçəcəyini bildirmiş, onu qarşılamağı xahiş etmişdir. Firutdinin atası həkim işləmiq, o, özü isə atasının xəstələrinin növbəsini tənzimləmişdir. Firutdinin deməsinə görə həmin şəxs özü Bakını tanımışdır. Lakin həkimin oğlu həmin şəxsin Bakıda hara getməli olduğunu ona deməmiş, özünün bildiyini demişdir. Ürfət gələn iranlını qarşılamaq üçün qardaşı Məzahirin maşını ilə getməyi təklif etmişdir. Amma Məzahirin sürücülük vəsiqəsi olmadığından maşını Ürfətin balaca qardaşı idarə etmişdir. Həkim və onun oğlu ilə münasibətləri yaxşı olduğundan onun xahişini yerə sala bilməmişlər. O, və Ürfət Əsgərin qonağını Astara gömrük postunda qarşılamaq üçün Füzuli rayonunun Əhmədbəyli kəndindən kəsə və daşlıq yolla getmiş, hətta yolhaqqı olaraq maşına 40 manat da pul vermişdir. Astara gömrük postuna gəlmiş, orada bir xeyli gözləmiş, lakin gələn olmamışdır. Belə ki, hələ əvvəldən tanıya bilmələri üçün gəlməli olan iranlının, baxılan iş üzrə təqsirləndirilən şəxs Ghanbarının şəkli göndərilmişdir. Qayıtmaq istədikdə İrandan Firutdin zəng etmiş, o da heç kimin gəlmədiyini Firutdinə demişdir. Firutdin ona artıq Ghanbarının gəldiyini və orada gözlədiyini bildirmişdir. Elə həmin vaxt onun telefonumun enerjisi bitdiyindən o, telefonunu cərəyana qoşmuş və sərhəd məntəqəsinə tərəf getmişdir. Ghanbarını qırmızı gödəkçədə görmüş, onun adını ona Əsgər dediklərinə görə o, həmin şəxsə yaxınlaşıb ona “Əsgər sənsən?” deyə soruşmuşdur. Həmin vaxt o, tutulmuşdur. Onu və Ghanbarını tutub apardıqdan sonra Ghanbarıya gedib qarnındakıları çıxartmaq tapşırılmışdır. Bundan sonra Ghanbarinin düz bağırsağında narkotik vasitə keçirdiyini öyrənib bilmişdir. O, ilkin izahat və ya ifadə verərkən etirafedici ifadə verməmiş, İranlının telefonla ona zəng edərək Əsgərdə narkotik olduğunu və onu qarşılamaq lazım olduğunu deməsini yazmamışdır. O, izahatını və başqa sənədləri oxumadan imzalamışdır. Belə ki, o, latın qrafikası ilə yazma-oxuma bilməmiş, izahatı yazılı vəziyyətdə ona təqdim olunmuş və “tələsirik tez imzala” sözlərini demiş, Yrfətin qardaşını buraxacaqlarına söz vermişlər. O da oxumadan təqdim olunan sənədləri imzalamışdır. Ghanbarının gətirdiyi narkotik vasitə ilə onun heç bir əlaqəsi olmamış, o, narkotikə görə heç kimlə cinayət əlaqəsinə girməmiş, heç kimə narkotik vasitə satmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 “Qaqaş” şərti adı ilə alıcı qismində çıxış edən Əməliyyatİstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi Əməliyyat Axtarış şöbəsinin əməkdaşı Şahid11 narkotik vasitələr satarkan yaxalanmış və ondan bir ədəd mavi rəngli polietilen torbanın içərisindən şəffaf sellofana bükülmüş, qablaşdırma ilə birlikdə çəkisi 1512 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinə oxşar bitki mənşəli kütlə və şəffaf sellofana bükülü vəziyyətdə olan müxtəlif ölçülü iri və kiçik həcmli qırıntılardan ibarət, qablaşdırma ilə birlikdə çəkisi 863 qram olan tiyək narkotik vasitəsinə oxşar maddə və narkotik vasitəni nümunə üçün kəsmək məqsədilə cibindən çıxardığı 1 ədəd 260 mm ölçüdə açılıbbağlanan tiyəli bıçaq aşkar edilərək götürülmüşdür. Həmin protokoldan görünür ki, tədbir prosesində Təqsirləndirilən şəxs1 izahat verib, aşkar olunan narkotik vasitəni əməliyyat işçisinə satmaq məqsədilə «Rüfət» adlı şəxsdən aldığını və satdıqdan sonra əldə edəcəyi pul vəsaitini «Rüfət» adlı şəxsə verəməli olduğunu bildirmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, «Rüfət» adlı şəxsin ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış X22 olduğu müəyyən edilmişdir. İstintaq hərəkəti videolentə alınmışdır (iş vərəqə: İ cild səh.09-10). İşdə olan Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülərdən görünür ki, videogörüntülər “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokola uyğundur, protokolda qeyd olunanlar bir daha təsdiq olunur. İşdə olan «video görüntülərə baxış keçirilməsi» barədə 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsi və götürmə istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülər tərtib olunan həmin protokola və “Baxış keçirilməsi və götürmə” barədə 24 sentyabr 2018-ci il tarixli protokola uyğundur(iş vərəqə: İ cild səh.87-a). İşdə olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, ağır xəstəliyi ilə əlaqədar barəsində ayrıca icraatda cinayət işi ayrılmış X14 etibarnamə ilə idarə etdiyi “SAMAND” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonuna baxış keçirilərkən avtomobilin əl əyləcinin plastik korpusunun altından şəffaf sellofana bükülü vəziyyətdə bir ədəd bükümdə ümumi çəkisi 2,9 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinə şübhəli maddə aşkar edilərək götürülmüşdür İstintaq hərəkəti videolentə alınmışdır (iş vərəqə: İ cild səh.35-36). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edilən X14 idarə etdiyi “Azsamand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi prosesini özündə əks etdirən videogörüntülərlə müəyyən edildi ki, videogörüntülər “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokola uyğundur və protokolda qeyd olunanlar bir daha təsdiq olunur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «videogörüntülərə baxış keçirilməsi» barədə 25 sentyabr 2018-ci il tarixli protokoldan görünür ki, X14 idarə etdiyi “Azsamand” markalı, **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilməsi istintaq hərəkətinin yükləndiyi bir ədəd CD diskdə olan videogörüntülər tərtib olunan həmin protokola və “Nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair” 25 sentyabr 2018-ci il tarixli protokola uyğundur(iş vərəqə: İ cild səh.88, 89). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 12 mart 2019-cu il tarixli, 5638 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş təmiz çəkisi 1479,93 qram qurudulmuş marixuana ilə X14 idarə etdiyi “Samand” markalı nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş 2,621 qram qurudulmuş marixuana narkotik vasitəsi tərkiblərinə görə eynilik təşkil edir (iş vərəqə: İİ cild, səh.159-161). İşdə olan məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2018-ci il tarixli, 1868 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi nakoloji dispanserində qeyiyyata alınması məsləhət görülür(iş vərəqə: İ cild səh.235-237). İşdə olan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X14 və Təqsirləndirilən şəxs1 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X22 dəfələrlə gömrük sərhədindən keçməklə İran İslam Respublikasına getmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 16 sentyabr 2018-ci il tarixdə, saat 03:54-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə İİR-na getmiş, 18 sentyabr 2018-ci il tarixdə, saat 02:55-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə eyni qaydada İİR-dən ölkə ərazisinə geri qayıtmışdır. Lakin keçirilmiş baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1ə ölkə sərhədini keçməsi ilə əlaqədar məlumat qeydə alınmamışdır(iş vərəqə: İ cild səh.87). İşdə olan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X9 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, vətəndaş X15 dəfələrlə gömrük sərhədindən keçməklə İran İslam Respublikasına getmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 16 sentyabr 2018-ci il tarixdə, saat 03:53-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə İİR-na getmiş, 18 sentyabr 2018-ci il tarixdə saat 02:56-də Biləsuvar istiqamətində gömrük sərhədindən keçməklə eyni qaydada İİR-dən ölkə ərazisinə geri qayıtmışdır (iş vərəqə: İV cild, səh.06). İşdə olan sərhədkeçmənin yoxlanılması ilə əlaqədar baxış keçirilməsi barədə protokoldan görünür ki, X9 dövlət sərhədini keçib-keçməməsini müəyyən etmək məqsədi ilə vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İİR vətəndaşı X21 dəfələrlə gömrük sərhədindən keçməklə İrandan Azərbaycan Respublikasına gəlmiş və geri qayıtmışdır. Sonuncu dəfə o, 08 aprel 2019-cu il tarixdə, saat 21:53-də Astara istiqamətində gömrük sərhədindən keçməklə İİR-dən ölkə ərazisinə gələrkən saxlanılmışdır (iş vərəqə: İV cild, səh.08). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitənin külli miqdarda olmasını nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs1 və X9 əməllərinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, onların əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla onların cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və X9 barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzasını yüngülləşdirən halların olmamasını, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin təhlükəli residivinin olmasını, yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, X9 cəzasını yünglləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və onlara təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışlarından və müvafiq məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 oktyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il şərti sınaq müddəti tətbiq edilməklə 06 il 08 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 31 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, həmin hökmlə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 oktyabr 2009-cu il tarixli hökmü üzrə müəyyən olunan şərti məhkumetmə ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hər iki hökm üzrə təyin edilmiş cəzalar birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 08 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ən nəhayət, Qaradağ Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələrinə tövsif edilməklə cəzası 05 il 05 aya endirilmiş və həmin tarixə artıq cəzasını çəkilmiş hesab edilməklə cəza çəkməkdən azad edilmişdir(iş vərəqə: cild İ, səh.204). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən iki dəfə – Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 oktyabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi və Xətai Rayon Məhkəməsinin 31 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkməklə 12 yanvar 2018-ci il tarixdə azad olunmuş, lakin həmin hökmlər üzrə olan məhkumluqları ödənilmədən 24 sentyabr 2018-ci il tarixdə yeni, baxılan iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və X9 barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, onların şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində, Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərini nəzərə almaqla azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onların barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü isə Təqsirləndirilən şəxs1 və X15 barələrində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və X15 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, X9 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli, 1(101)-78/2021 nömrəli hökmü Təqsirləndirilən şəxs1 və X11 aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Mirzə Tağızadə Rəşad Abdulov
Məhkəmə qərarları › İş №1(103)-1439/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1439/2021
21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver