Məhkəmə qərarları › İş №1(103)-1439/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1439/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1439/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 128-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 398/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs keçmiş arvadı Zərərçəkmiş şəxs1 ondan boşanması və barışıqdan imtina edərək onu yaşadıqları mənzilə gəlməyə icazə verməməsi səbəbindən aralarında olan narazılığa görə dəfələrlə baş vermiş mübahisələr ilə əlaqədar qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə əvvəlcədən istintaqa məlum olmayan bıçaq əldə edərək 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 nömrəli evin 21-ci mənzilinin yerləşdiyi blokda olan su sayğacının qutusuna qoymaqla gizlətmiş və Zərərçəkmiş şəxs1 hər gün səhər saatlarında mənzildən çıxıb işə getməsi barədə məlumatı olduğu üçün 02 fevral 2023cü il tarixdə saat 09:30 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanına gələrək, həmin mənzilin yerləşdiyi blokunda su sayğacının qutusundan əvvəlcədən gizlətdiyi bıçağı götürüb əlində tutmaqla 21 nömrəli mənzilin giriş qapısının qarşısında dayanıb gözləmiş və qeyd edilən vaxt Zərərçəkmiş şəxs1 işə getmək üçün mənzilin qapısını açıb bloka çıxarkən sonuncunun qarşısına keçib qəsdən öldürmək məqsədilə əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 həyat üçün vacib olan orqanlarının yerləşdiyi boyun nahiyəsinə zərbələr endirmiş, sonuncu zərbələrdən yayınmaq üçün arxaya doğru çevrilib mənzilə girmək istədikdə sol kürək nahiyəsinə bıçaq zərbəsini yetirməkdə davam etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 qışqırıq səslərini eşidib mənzildən bloka çıxan və sonuncunu özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən qızı Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla niyyətinə nail olmaq məqsədilə növbəti bıçaq zərbələrini Zərərçəkmiş şəxs1 sağ yanaq və boyun nahiyəsinə yetirməklə sonuncuya boyunun bir ədəd, sağ çiyin və sol kürək nahiyəsinin bir ədəd, boyunun ön səthinin aşağı hissəsinin iki ədəd və sol əlin arxa səthinin kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteriya, venanın zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz dərəcədə eybəcəriəşdirilməsində ifadə olunan xəsarətlər yetirmiş, eyni zamanda qızı Zərərçəkmiş şəxs2 araya girərək anası Zərərçəkmiş şəxs1 növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını alarkən o, əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 qol və əl nahiyələrinə vuraraq qəsdən sonuncuya sağ bazunun arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ saidin yuxarı 1/3-nin iç səthinin səthi kəsilmiş yarası, sol bazunun arxa-bayır səthinin qançırıyla müşayiət olunan sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs1 aktiv müqavimət göstərməsi, həmçinin qızı Zərərçəkmiş şəxs2 onu itələyib blokda pilləkan üzərinə yıxmasından istifadə edən Zərərçəkmiş şəxs1 mənzilə daxil olmaqla qapını bağlaması və hadisə yerinə çağırılan X7 briqadasının köməyi ilə sonuncunun vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə, sonuncunu qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin onun qanunsuz hərəkətlərinin qarşısını alan qızı Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə (Sədrlik edən: T.Hüseynov, hakimlər: F.Namazov, Ə.Quliyev) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsilə 13 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 128ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 02 fevral 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, əməlin 127.1 və 128-ci maddələrilə tövsif edilərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün cəza təyininə aid hissədə cinayət qanunu normasının düzgün tətbiq olunmasının düzgün tətbiq olunmaqla, təqsirləndirilən şəxsə cinayətlərin məcmüsu üzrə qəti olaraq edilən təklif nəzərə alınmaqla cəza təyi edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin anlaşılmazlığın aradan qaldırılmasına dair 1(101)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından da apellyasiya protesti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, apellyasiya protestlərinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestlərini müdafiə edərək təmin edilməsini, hökmün dəyişdirilməsini, qərarın ləğvini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməli özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və təqsirləndirilən şəxsin əməllərini CM-in 29, 120.2.4 və 128-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya mövqeyini onunla izah edir ki, təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 85 nömrəli evin 21-ci mənzilinin yerləşdiyi blokda Zərərçəkmiş şəxs1 həyat üçün vacib olan orqanlarının yerləşdiyi boyun nahiyəsinə zərbələr endirmiş, sonuncu zərbələrdən yayınmaq üçün arxaya doğru çevrilib mənzilə girmək istədikdə sol kürək nahiyəsinə bıçaq zərbəsini yetirməkdə davam etmişdir. Müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1 xəsarətlər yetirməsini onunla izah etmişdir ki, əslində təqsirləndirilən şəxsin zərərçəkmişi öldürmək niyyəti olmamış, əsl məqsədi onu sadəcə paltarlarını kəsməklə qorxutmaq olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlara, həmçinin ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs1 həyat üçün vacib olan orqanlarının yerləşdiyi boyun nahiyəsinə zərbələr endirmiş, sonuncu zərbələrdən yayınmaq üçün arxaya doğru çevrilib mənzilə girmək istədikdə sol kürək nahiyəsinə bıçaq zərbəsini yetirməkdə davam etmişdir. Hadisənin təsviri təqsirləndirilən şəxsin məhz qorxutmaq məqsədilə zərərçəkmiş şəxsin boyun, kürək və üz nahiyəsinə bıçaq zərbələri vurmasını deməyə əsas verməməklə, həmçinin zərərçəkmişin paltarlarını kəsmək niyyətinin olmasını deməsinə baxmayaraq, ona sağ yanağından xəsarət yetirməsi dəlillərinin açıq-aşkar özünü müdafiə xarakteri daşımasını deməyə əsas verir. Kollegiya həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs1 qışqırıq səslərini eşidib mənzildən bloka çıxan və sonuncunu özünə əziz sayan, dəyərli insan kimi özünün yaxını hesab edən qızı Zərərçəkmiş şəxs2 əzab verdiyini dərk edərək sonuncunun gözü qarşısında müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla niyyətinə nail olmaq məqsədilə növbəti bıçaq zərbələrini Zərərçəkmiş şəxs1 sağ yanaq və boyun nahiyəsinə yetirməklə sonuncuya boyunun bir ədəd, sağ çiyin və sol kürək nahiyəsinin bir ədəd, boyunun ön səthinin aşağı hissəsinin iki ədəd və sol əlin arxa səthinin kəsilmiş yaraları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, üz sinirinin yanaq kənarı şaxəsinin, eləcə də üz arteriya, venanın zədələnməsi ilə müşayiət edilən sağ yanaq və boyunun kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz dərəcədə eybəcəriəşdirilməsində ifadə olunan xəsarətlər yetirmiş, eyni zamanda qızı Zərərçəkmiş şəxs2 araya girərək anası Zərərçəkmiş şəxs1 növbəti bıçaq zərbələrinin yetirməsinin qarşısını alarkən o, əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 qol və əl nahiyələrinə vuraraq qəsdən sonuncuya sağ bazunun arxa səthinin deşilmiş-kəsilmiş yarası, sağ saidin yuxarı 1/3-nin iç səthinin səthi kəsilmiş yarası, sol bazunun arxa-bayır səthinin qançırıyla müşayiət olunan sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs1 aktiv müqavimət göstərməsi, həmçinin qızı Zərərçəkmiş şəxs2 onu itələyib blokda pilləkan üzərinə yıxmasından istifadə edən Zərərçəkmiş şəxs1 mənzilə daxil olmaqla qapını bağlaması və hadisə yerinə çağırılan X7 briqadasının köməyi ilə sonuncunun vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə, sonuncunu qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin onun qanunsuz hərəkətlərinin qarşısını alan qızı Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Müdafiə tərəfi bu epizodda da məhkəmənin mövqeyi ilə razılaşmayaraq, mövqeyini onunla əsaslandırır ki, xəsarətlər Zərərçəkmiş şəxs2 gəlməzdən öncə olmuş, Zərərçəkmiş şəxs2 hadisənin dinamik hissəsini görməmiş, təqsirləndirilən şəxs qızı Nurcanın hadisə yerinə gələcəyini planlaşdırmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs hadisəni Nurcanın görməsini istəsəydi, ona evdə xəsarət yetirərdi. Kollegiya apellyasiya şikayətindəki bu dəlillərə münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs2 hadisə yerinə sonradan gəlməsinə baxmayaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla zərbələr vurmasını dayandırmamış, ona zərbələr vurmağa davam etmişdir. Müdafiə tərəfi şikayətində hadisənin daha dinamik hissəsinin Nurcan tərəfindən görülməməsini qeyd etsə də, kollegiya hesab edir ki, bu hal özlüyündə hadisənin Nurcanın gözü qarşısında baş verməsini istisna edə bilməz. Çünki, Zərərçəkmiş şəxs2 hadisə yerinə gələn zaman təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə növbəti bıçaq zərbəsini vuraraq öz cinayətkar niyyətinin həyata keçirməsini qızının gözü qarşısında davam etdirmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs2 hadisə yerinə gəlməsi dedikdə, onun məhz həmin evdə olub sadəcə olaraq anasına bıçaq zərbələrinin vurulduğu qapının önünə gəlməsi nəzərdə tutulur. Müdafiə tərəfi təqsirləndirilən şəxsin evdə olmasını bilmədiyini bildirsə də, kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hər gün səhər saatlarında mənzildən çıxıb işə getməsi barədə məlumatı olduğu kimi evdə qızları Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşaması barədə məlumatlı olmaması inandırıcı olmamaqla, təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü dəlil kimi qiymətləndirilməsinə əsas verir. Apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hadisəni Nurcanın görməsini istəsəydi, ona evdə xəsarət yetirərdi. Kollegiya bununla bağlı vurğulayır ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə yaşadıqları mənzilə gəlməyə icazə verməməsi hadisənin baş vermə səbəblərindən biri olmuş və Təqsirləndirilən şəxs səhər saatlarında qapının önündə Zərərçəkmiş şəxs1 işə getmək üçün çıxmasını gözləyərək öz cinayətkar niyyətini həyata keçirməyə cəhd etmişdir. Bu hal onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs mənzilə daxil olmaq imkanı olmamışdır. Bu səbəbdən də, müdafiə tərəfinin apellyasiya şikayətində Təqsirləndirilən şəxs hadisəni Nurcanın gözü qarşısında törətmək istəsəydi zərərçəkmiş şəxsə evdə xəsarət yetirə biləcəyinə istinad etməsinə dair dəlili əsassızdır. Kollegiya apellyasiya protestinə münasibətdə qeyd edir ki, verilmiş apellyasiya protestindən də göründüyü kimi, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək müddətdə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən, başa çatmayan cinayətə görə cəza təyin edərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin xüsusi hisssəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az, yəni 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəza təyin olunarkən təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin olunması üçün nəinki müstəsna hallar müəyyən edilməmiş, hətta məhkəmənin hökmündə də qeyd olunduğu kimi, onun cinayət məsuliyyətini yüngülləşdirə bilən heç bir hal olmamışdır. Bundan əlavə, sanksiyada nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin olunmasının əsasları hökmdə göstərilməmiş, və ümumiyyətlə bu məsələ məhkəmə tərəfindən müzakirə olunmamışdır. Belə olduğu halda məhkəmə cinayət qanunvericiliyi normalarını düzgün tətbiq etməməklə gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamaqla, nəticə ilə şərh edilmiş hallar arasında ziddiyyətlər mövcud olmaqla qanunsuz hökm çıxarmışdır. Lakin, məhkəmə bu pozuntunu “hökmündəki cəzanı anlaşılmazlığın həll edilməsi” haqqında 03 may 2024-cü il tarixli qərarla aradan qaldırmağa cəhd etmişdir. Kollegiya hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 may 2024-cü il tarixli “anlaşılmazlığın aradan qaldırılmasına dair" qərarının ləğv edilməsinə dair apellyasiya protesti əsaslıdır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə məhkəmə kollegiyası tərəfindən müşavirə otağında müzakirə edərək müəyyən etdiyi və audio-video çəkilişlə elan etdiyi cəzanı 03 may 2024-cü il tarixdə müşavirə otağında yenidən müzakirə edərək “hökmündəki cəzanı anlaşılmazlığın həll edilməsinə dair” 03 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 29,120.2.4-cü maddəsi ilə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasını 14 (on dörd) il müddətinə azadlından məhrum ətmə cəzası, cinayətlərin məcmusu üzrə 14 müddətə azadlıqdan məhrum etmə cəzasını 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası kimi müəyyən etməklə mövcud olan məhkəmə təcürbəsi ilə ziddiyyət təşkil edən və qanunvericiliklə uzlaşmayan mövqe nümayiş etdirmişdir. Belə ki, CPM-nin 7.0.45-ci maddəsinə əsasən məhkəmənin hökmü — şəxsin təqsirləndirildiyi əməllərdə onun təqsirli olub-olmaması, təqsirləndirilən şəxsə cəza tətbiq edilib-edilməməsi haqqında birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı nəticəsində hakimin (hakimlərin) çıxardığı qərardır. CPM-nin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1 -ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin 349.1-ci maddəsinə əsasən məhkəmənin hökmü Azərbaycan Respublikasının adından çıxarılır. Azərbaycan Respublikası CPM-nin 351.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 353.4 və 353.4.3-cü maddələrinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində çəkilməli olan yekun cəza tədbiri göstərilməlidir. Qanuna görə bütün hallarda cəza hökmdə elə şəkildə göstərilməlidir ki, icra zamanı məhkəmənin təyin etdiyi cəzanın növü və miqdarında heç bir anlaşılmazlıq meydana çıxmasın. Məhkəmə nəzərə almalıdır ki, CPM-nin 353-cü maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində sübut olunmuş hesab edilən cinayət üzrə məhkəmə təyin olunan nəinki əsas, habelə əlavə cəzanın növü və miqdarı, cinayətlərin, müvafiq hallarda isə hökmlərin məcmusu üzrə məhkumun çəkməli olduğu əsas və əlavə cəza göstərilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı" iş üzrə xx.xx.2009-cu il, “Radçikov Rusiyaya qarşı" iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. "Məhkəmə hökmü haqqında” 24 dekabr 2021 -ci il tarixli Ali Məhkəmənin Plenumunun Qərarının 3-cü bəndinə əsasən CPM-in 352.6-cı maddəsinə əsasən hökmə düzəlişlər də yalnız hökm elan olunanadək müşavirə otağında edilməli və düzəlişin lehinə səs vermiş hakimlərin imzası ilə təsdiq olunmalıdır. Nəzərə alınmalıdır ki, CPM-in 391.8.12-ci maddəsinə əsasən qeyd olunan cinayətprosessual normaların tələblərinə əməl olunmaması cinayət-prosessual qanunun müddəalarının kobud pozuntusu hesab olunur və CPM-in 391.9-cu maddəsinə müvafiq olaraq apellyasiya müraciətlərinə ilkin baxılması üzrə məhkəmə iclasında birinci instansiya məhkəməsinin hökmünün və ya digər qərarının ləğv edilməsi və cinayət işinin (materialın) birinci instansiya məhkəməsinə - hazırlıq iclasının keçirilməsi mərhələsinə və yaxud yeni məhkəmə baxışına göndərilməsi haqqında qərarın çıxarılması üçün əsasdır. Həmin qərarın 51-ci bəndinə əsasən hökmdə cəza elə şəkildə göstərilməlidir ki, icra zamanı məhkəmənin təyin etdiyi cəzanın növü, müddəti və ya miqdarı ilə bağlı heç bir anlaşılmazlıq meydana çıxmasın. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 353.2.7 və 353.2.8-ci maddələrinə əsasən ittiham hökmünün nəticəvi hissəsində sübut olunmuş hesab edilən cinayət üzrə təqsirləndirilən şəxsə təyin olunan əsas və əlavə cəzanın növü, müddəti (miqdarı), müvafiq hallarda cinayətlərin və ya hökmlərin məcmusu üzrə çəkilməli olan əsas və əlavə cəzalar göstərilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Konstitutsiya Məhkəmənin Plenumunun Qərarının əsasən yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Göründüyü kimi, təyin edilməli cəzanın həddi hökmlə nəticəvi hissəsi ilə müəyyən edilməli olduğu halda məhkəmə "hökmdəki cəzanı anlaşılmazlığın həll edilməsinə dair” 03 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs CM-nin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 128-ci maddəsi ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları tam toplanılmaqla ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə qanun normasını pozmuşdur. CPM-nin 346-cı maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığ, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu, cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı göstərilməlidir. Qeyd olunan müddəanın tələbinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində təyin edilən cəzanın müddəti və həddi müəyyən edilmir. Hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsilə ən aşağı həddə azadlıqdan azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 128-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tamamilə toplanılmaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan azadlıqdan məhrum etmə cəzası müəyyən etmişdir. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin edilmiş 13 il müddəndə azadlıqdan məhrum etmə cəzası cinayət qanunun tələblərinə uyğun olaraq, artırılaraq 14 il həddində müəyyən edilməlidir. Həmin cəza Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş 1 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tamamilə toplanaraq ona qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və "hökmündəki cəzanı anlaşılmazlığın həll edilməsinə dair” 03 may 2024-cü il tarixli qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.1. tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi; 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi; 403.0.3. cinayət qanunu normasının düzgün şərh edilməməsi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4, 399.1.4, 399.1.5, 403.0.2 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestləri təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-398/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası ilə hazırda Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən tamamilə toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin anlaşılmazlığın aradan qaldırılmasına dair 1(101)- 398/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar