Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-144/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-65/2024 saylı, 14 avqust 2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Ülviyyə Şükürova) 1(009)- 65/2024 saylı, 14 avqust 2024-cü il tarixli hökmü ilə xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35ci küçədə nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən saat 04.45dən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, qətimkan tədbiri məsələləri həll edilmiş, təqsirləndirilən şəxsin üzərinə vəzifələr qoyulmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibardan sui-istifadə edib, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən faktiki olaraq X2 adına rəsmiləşdirilmiş torpaq sahəsinin 0,02 ha hissəsinin özününkü olması baradə Zərərçəkmiş şəxs yalandan bildirməklə, həmin torpaq sahəsinin mülkiyyətə dair sənədlərini hazırlamaqla birlikdə ona satacağına dair vəd verib, inandıraraq bu adla sonuncudan 01 iyun 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında 2000 manat, eyni adla 02 iyun 2023-cü il tarixdə həmin ünvanda 8000 manat, eyni adla 04 iyun 2023-cü il tarixdə həmin ünvanda 2000 manat, 13 iyun 2023-cü il tarixdə Qusar rayonundan Bəhruz Qulivev tərəfindən onun istifadəsində olan 409858****7590 nömrəli kart hesabına mədaxil edilmiş 500 manat pulu, 19 iyun 2023-cü il tarixdə isə yenidən yaşadığı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında sonuncudan 500 manat pulu alıb, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla, ümumilikdə 13.000 manat məbləğində özgə əmlakını ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin ittiham hökmünü ləğv edərək Təqsirləndirilən şəxs haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verib birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş cəza hissəsinin dəyişdirilərək CM-in 178.2.4-cü maddəsinin azadlıqdan məhrumetmə sanksiyasının yuxarı həddində cəza verilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs CM-in 178.2.4cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2024cü il tarixli hökmünü, ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilərək dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinə və protestinə qarşı etiraz olmamışdır. Apelyasiya şikayətinin və protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Bəhruz Quliyev dindirildikdə onun uzun müddətdir Səbail rayonunun Badamdar qəsəbəsində yaşadığı və atasına məxsus yaşadığı fərdi yaşayış evinin, eyni zamanda evin yerləşdiyi torpaq sahəsinin çıxarışının və ya bələdiyyə sənədinin olmadığı müəyyən edilmişdir. Belə olan halda X14 qəsəbəsi ərazisində çıxarışı olan 200 kv.m. torpaq sahəsinin bazar qiymətinin 60-70 min manat olduğu halda 17 min manata satıla bilməyəcəyindən xəbəri olmaya bilməzdi. Həmin torpaq sahəsinin alqı-satqısında iştirak etmiş və ibtidai istintaqda şahid kimi tanınan şəxslər də məhkəmə istintaqı zamanı dindirildikdə Təqsirləndirilən şəxs 200 kv.m. torpaq sahəsinə hər hansı sənəd, o cümlədən çıxarış alacağı barədə Bəhruz Quliyevə söz vermədiyini bildirmişlər. Ona görə də Bəhruz Quliyevin, Təqsirləndirilən şəxs satılan torpaq sahəsinə sənəd (çıxarış) alacağı barədə ibtidai istintaq zamanı verdiyi məlumat məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs dələduzluq əməlinin törətməsilə əlaqədar irəli sürülmüş ittiham ibtidai istintaq zamanı onunla əsaslandırılmışdır ki, onun Bəhruz Quliyevə satdığı 200 kv.m. torpaq sahəsinin də daxil olduğu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən 600 kv.m. torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 1995-ci il tarixli sərəncamı ilə X3 verilmişdir. Təqsirləndirilən şəxs isə həmin torpaq sahəsini özününkü kimi təqdim edərək Bəhruz Quliyevi aldatmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 35-ci küçə ünvanında yerləşən sözügedən 600 kv.m. torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 7 aprel 1995-ci il tarixli sərəncamı ilə X10 fərdi yaşayış evininin tikintisi məqsədilə ayrılmışdır. Mübariz Hacıyev həmin torpaq sahəsinə dair 18 may 2018-ci il tarixdə X7, o 7 iyun 2018-ci il tarixdə X3 etibarnamə vermişdir. Məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ailəsi (anası Şahid1, qardaşı və bacısı) 2010-cu ildə Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 35-ci küçə ünvanında yerləşən sözügedən 600 kv.m. torpaq sahəsinində bir mərtəbəli fərdi yaşayış evi tikərək və qeyd edilən ölçüdə ərazini hasarlayaraq yaşamağa başlamışlar. 600 kv.m. torpağa isə indiyədək həyətyanı sahə kimi faktiki sahiblik etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və şahid kimi tanınan Şahid5 (Gülnarə Süleymanovanın həyat yoldaşı) dindirilməsi zamanı məlum olmuşdur ki, 2015-ci ildə Şahid5 Təqsirləndirilən şəxs 6000 manat ödəyərək fərdi yaşayış evi tikmək üçün həmin həyətyanı sahədən (Təqsirləndirilən şəxs evinin qarşı tərəfində) 150 kv.m. torpaq sahəsi almış, oraya beton bünövrə və xeyli mişar daşı tökmüş lakin tikinti işini davam etdirməmişdir. 2018-ci ildə isə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin xəbəri olmadan sözügedən 600 kv.m. torpaq sahəsilə bağlı həyat yoldaşı Gülnarə Süleymanovanın adına yuxarıda qeyd edilən etibarnaməni almışdır. Məhkəmə istintaqı zamanı Şahid5 tərəfindən ona verilən müvafiq suala cavab verərək bildirmişdir ki, həyat yoldaşı Gülnarə Süleymanovanın adına həmin 600 kv.m. torpaq sahəsinə aid etibarnamənin alınması ilə bağlı Təqsirləndirilən şəxs və ya onun ailə üzvlərindən hər hansı bir nəfərə məlumat verməmişdir. Onu da qeyd edir ki, Şahid5 həyat yoldaşının adına etibarnamənin verilmə tarixindən sonra həmin ərazidə heç bir iş görməmişdir. İbtidai istintaqda ittihamın əsaslandığı sübut kimi rəsmi sənədlər olan həmin torpaq sahəsinə dair Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 1995-ci il tarixli sərəncam və müvafiq torpaq sahəsi ilə bağlı müstəntiqin sorğusuna Badamdar Bələdiyyəsi tərəfindən verilmiş cavab məktubu olmuşdur. Məhkəmə istintaqında sübutların tədqiqi zamanı məlum olmuşdur ki, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 35-ci küçə ünvanında yerləşən sözügedən 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə X10 verilmişdir. Lakin sərəncamın 3 və 4-cü bəndində bildirilir ki, əgər iki il müddətində həmin ərazidə tikinti işləri başlanılmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa həmin torpaq sahəsi Mübariz Hacıyevdən alınaraq başqa şəxsə verilsin. Mübariz Hacıyev isə nəinki iki il müddətində 23 il müddətində qeyd edilən ərazidə heç bir iş görməmiş və 2018-ci ildə Fərhad Nağıyevə, o isə Gülnarə Süleymanovaya etibarnamə vermişdir. Göründüyü kimi, Şahid5 həyat yoldaşı Gülnarə Süleymanovanın həmin torpaq sahəsilə bağlı hər hansı hüququnun yaranması qeyri mümkündür. Çünki həmin etibarnamə artıq qüvvədən düşmüş sərəncama əsasən verilmişdir. Badamdar Bələdiyyəsinin sədri tərəfindən verilmiş yazılı məlumatda bildirilir ki, Şahid1 (Təqsirləndirilən şəxs anası) ərizəsi əsasında 720 kv.m.-lik tikili ərazisində ona məxsus olan 106 kv.m. fərdi yaşayış evi Badamdar Bələdiyyəsində qeydə alınmışdır. Təqsirləndirilən şəxs həmin ölçüdə torpaq sahəsinə və yaşayış evinə görə Badamdar Bələdiyyəsinə vergi ödəməsi barədə bələdiyyə tərəfindən verilmiş ödəniş cədvəlindən çıxarışı məhkəməyə təqdim etmişdir. Badamdar Bələdiyyəsinin cavab məktubunda 720 kv.m.-lik tikili ərazisinin həmin sahədə inşa edilmiş 106 kv.m.-lik evə aid olub-olmaması ilə bağlı yaranan sualın aydınlaşdırılması məqsədilə həmin bəldiyyənin məhkəmə istintaqına dəvət edilmiş hüquqşünasının dindirilməsi zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs anası Şahid1 adına bələdiyyədə qeydə alınmış evinin yerləşdiyi torpaq sahəsi müvafiq xəritə üzrə Badamdar bələdiyyəsinə məxsus tikinti təyinatlı torpaq sahələrinin tərkibinə aiddir. Həmin evin qeydiyyata alınması ilə bağlı bələdiyyə nümayəndələri ərazidə olmuş və 720 kv.m.-lik sahənin daş hasarla əhatəyə alınmasını və hasarın daxilində 106 kv.m.- lik fərdiyaşayış evinin olmasını müşahidə etmiş və bundan sonra həmin 720 kv.m.-lik tikili ərazisinin 106 kv.m.-lik evə aid edilməklə bələdiyyədə qeydiyyata alınmışdır. Bütün bu təhlillər o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində subyektiv cəhət baxımından cinayət tərkibi yoxdur. Belə ki, onun Bəhruz Quliyevə satmaq istədiyi 200 kv.m. torpaq sahəsi onun və ailəsinin on beş ildən çox yaşadığı evin həmin ailə tərəfindən daş hasarla əhatəyə alınmış 600 kv.m. həyətyanı sahəsinin bir hissəsidir və həmin ailə bu müddətdə qeyd edilən sahəyə faktiki sahiblik etmişlər. Eyni zamanda həmin torpaq sahəsinə aid X6 verilmiş etibarnamənin, Səbail Rayon İcra Hakimiyyətinin qüvvədən düşmüş sərəncamına əsaslandığı üçün heç bir hüquqi əsası yoxdur və ümumiyyətlə Təqsirləndirilən şəxs və digər ailə üzvlərinin sözügedən torpaq sahəsinə aid digər şəxsin, o cümlədən Gülnarə Süleymanovanın hər hansı bir sənədinin olması barədə məlumatları olmamış və ola da bilməzdi. Ona görə də Təqsirləndirilən şəxs ailəsinin həyətyanı sahəsi bildiyi 600 kv.m. ərazidən 200 kv.m torpaq sahəsini Bəhruz Quliyevə satmaq istədiyi zaman onu aldatmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs belə bir niyyətinin olmaması birinci instansiya məhkəməsində aparılmış istinaq zamanı yuxarıda qeyd edilən dəlillərlə öz təsdiqini tapmışdır. Lakin, buna baxmayaraq məhkəmə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü əvəzinə ittiham hökmü çıxarmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs qarşı dələduzluq cinayət əməlini törətməsi tərəflərin ifadələri, üzləşdirmə protokolları, istintaq zamanı toplanmış digər sübutlarla və s. öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs əvvəlcədən də dələduzluq etdiyinə görə həbs altında idi və Səbail Rayon Məhkəməsində aparılan prosesə konvoy ilə gəlib-gedirdi. Sonradan özünün etirafı ilə məlum oldu ki, Təqsirləndirilən şəxs X8 aldığı pulları Abşeron Rayon Məhkəməsində aparılan prosesdə zərərçəkmiş şəxsə ödəmiş və CM-in 73-cü maddəsinə əsasən cəzadan azad olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifədə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxs X12 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmçinin zərərçəkmiş şəxs X12 vurduğu ziyana görə heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilərək təqsirləndirilən şəxs CMin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını yuxarı hədd təyin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs indiyədək dəymiş zərərin heç bir hissəsini ona ödəmədiyini və məhkəmədən onun barəsində ən ağır cəzanın tətbiq edilməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ümumi ziyandan hər hansı məbləğdə ödəniş edilmədiyi halda, məhkəmə tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, iş üzrə zərərçəkmiş şəxs Bəhruz Quliyevin onun məhkəmə zalından dərhal həbs olunmasını tələb etməsini nəzərə almadan ona yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmiş şəxsin mənafeyini nəzərə almamışdır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və törətmiş olduğu cinayətin mahiyyətini, xarakterini düzgün analiz etməyərək ziyanın ödənilməməsini nəzərə almamışdır və buna görə də onun bu mövqeyi hüquqi nöqteyi nəzərdən anlaşılmazdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir.Yuxarıda sadalananları nəzərdən keçirərkən belə qənaətə gəlmək olar ki, məhkəmə yekun aktını qəbul edərkən cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini və işin faktiki hallarını nəzərə almadan Təqsirləndirilən şəxs ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilərək bəraət hökmünün çıxarılmasını, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri və protesti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 65/2024 saylı, 14 avqust 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində müdafiə tərəfi məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını və işin əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2 və 399.1.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İttiham tərəfi isə apellyasiya şikayətində və protestində təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Müdafiə tərəfi apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasını bildirsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, apellyasiya şikayətinin əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, müdafiə tərəflərinin apellyasiya müraciətində isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxsin cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayəti ağırlaşdıran bu və ya digər tövsifedici əlamətin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan CM-in 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Müdafiə tərəfinin dəlilləri aşağıdakı qaydada olmuşdur. a) X14 qəsəbəsi ərazisində çıxarışı olan 200 kv.m. torpaq sahəsinin bazar qiymətinin 60-70 min manat olduğu halda 17 min manata satıla bilməyəcəyindən xəbəri olmaya bilməzdi. b) Təqsirləndirilən şəxs 200 kv.m. torpaq sahəsinə hər hansı sənəd, o cümlədən çıxarış alacağı barədə Bəhruz Quliyevə söz verməmişdir. c) Şahid5 həyat yoldaşı Gülnarə Süleymanovanın həmin torpaq sahəsilə bağlı hər hansı hüququnun yaranması qeyri mümkündür. Çünki həmin etibarnamə artıq qüvvədən düşmüş sərəncama əsasən verilmişdir. d) Şahid1 ərizəsi əsasında 720 kv.m.-lik tikili ərazisində ona məxsus olan 106 kv.m. fərdi yaşayış evi Badamdar Bələdiyyəsində qeydə alınmış və vergi ödənilmiş, həmin ailə bu müddətdə qeyd edilən sahəyə faktiki sahiblik etmişlər. e) Təqsirləndirilən şəxs və digər ailə üzvlərinin sözügedən torpaq sahəsinə aid digər şəxsin, o cümlədən Gülnarə Süleymanovanın hər hansı bir sənədinin olması barədə məlumatları olmamışdır. Müdafiə tərəfi Təqsirləndirilən şəxs torpağı zərərçəkmiş şəxsin adına sənədləşdirməsi ilə bağlı vəd verməməsini bildirsə də, həmin hal zərərçəkmişin ifadəsi ilə yanaşı elə Təqsirləndirilən şəxs istintaq zamanı göstərdikləri ilə təkzib olunur. Bəhruz Quliyevin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs torpağa dair sənədlərinin olmasını demiş və pulu tam verdikdən sonra torpağı onun adına sənədləşdirəcəyi ilə bağlı vəd vermişdir. Təqsirləndirilən şəxs ilkin izahatı zamanı maddi vəziyyəti ilə əlaqədar olaraq yaşadığı evin həyətindən iki sot torpaq sahəsini satmaq qərarına gəldiyini, Bəhruz adlı şəxslə tanış olduğunu, torpağa dair Bəhruzla alqı-satqı edib həmin torpaq sahəsinin onun adına sənədləşdiriləcəyinə dair aralarında razılaşma olduğunu, ilkin olaraq olardan 2000 manat pul aldığını, səhərisi gün yenidən əlavə olaraq anası X13 yaşadıqları evdə 8000 manat pul verdiyini, əlavə olaraq 500 azn, sonradan yenidən 500 azn pulu kart hesabına göndərdiyini, danışdıqları qaydada 2 sot torpaq sahəsini ümumilikdə 16000 manata razılaşdıqları üçün həmin puldan 11000 manatını verdiyini, qalan 5000 manatını isə sənədləşmədən sonra verəcəyinə söz verdiyini, lakin onun sənədləşmə işlərini apara bilmədiyini və ehtiyacı olduğu üçün 11000 manat pulu ehtiyaclarını qarşılamaq üçün xərclədiyini bildirmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olmamış və sonuncu bunu bilmişdir. Buna baxmayaraq, o, torpaq sahəsi ilə bağlı alğı-satqı edəcəyini, Bəhruz Quliyevin adına sənədləşdirəcəyi ilə bağlı vəd vermiş və yalan danışmışdır. Məhz Təqsirləndirilən şəxs torpaq sahəsini zərərçəkinin adına sanədləşdirləcəyi vədi, zərərçəkənin pul verməsində hərəkətverici amil olmuşdur. Aydıdır ki, torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanılması həmin torpaq sahəsinə dair mülkiyyət hüququ olduğu halda mümkün idi, bunun olmaması isə torpağa dair alğı-satqı müqaviləsinin bağlanmasını və zərərçəkənin adına sənədləşdirilməsi mümkünsüz edirdi. İfadələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs pulun qalan hissəsini sənədləşmə baş verdikdən sonra alacağını demiş (izahatında özü bunu etiraf etmişdir), Bəhruz Quliyev bununla razılaşmışdır. Həqiqətən, Təqsirləndirilən şəxs pulun bir hissəsini almış, lakin pulu aldıqdan sonra torpaq sahəsinin Bəhruz Quliyevin adına sənədləşdirilməsi ilə bağlı hər hansı hərəkəti olmamış, o, pul vəsaitini şəxsi ehtiyaclarına xərcləmişdir. Şahid1 da alınmış pul vəsaiti ilə Samirin borclarını ödədiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vədin aldadıcı yalan olub-olmaması hadisənin xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Zərər çəkmiş şəxsin subyektiv vəziyyəti, əmələ münasibəti, və s ayrıca nəzərə alınmalıdır. Bəhruz Quliyev ifadələrində ona torpağın eskiz layihəsini göstərdiklərini demişdir. İşdə olan sənədlərdən görünür ki, X16 adlı şəxs (özəl fəaliyyətlə məşğul olan) Şahid1 məxsus evin lahiyhəsini hazırlamışdır (layihədə torpaq sahəsinin 720 kv.m olması göstərilmişdir). Beləliklə, təqsirləndirilən hərəkətlərini elə nümayiş etdirmişdir ki, zərərçəkənin onun əməllərinin düzgünlüyünü yoxlamaq və ya nəzərdən keçirmək imkanı az olmuşdur. Mülkiyyətdə olan torpaq sahəsinin qiymətinin daha baha olması barədə dəlillər də, ittihamı istisna etməmişdir. Əksinə, Təqsirləndirilən şəxs belə bir təklifi Bəhruz Quliyev cəlb etmiş, əmlakının ələ keçirilməsi ilə nəticələnmişdir. İşin mübahisəsiz halıdır ki, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 35-ci küçə ünvanında yerləşən sözügedən 600 kv.m. torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 7 aprel 1995-ci il tarixli sərəncamı ilə X10 fərdi yaşayış evininin tikintisi məqsədilə ayrılmışdır. Mübariz Hacıyev həmin torpaq sahəsinə dair 18 may 2018-ci il tarixdə X7, 07 iyun 2018-ci il tarixdə X3 etibarnamə vermişdir. Müdafiə tərəfi həmin sənədlərin etibrarsız olduğunu, sərəncamın qüvvədən düşdüyünü iddia etsə də, bu aydın olmamışdır. Çünki, həmin sərəncam onu verən inzibati orqan tərəfindən ləğv edilməmiş, sərəncamda göstərildiyi kimi başqa şəxsə verilməmiş və məhkəmə tərəfindən etibrasız hesab edilməmişdir. Bunların baş verməsi halında belə, bu torpaq sahəsinin Təqsirləndirilən şəxs mülkiyyətində olması anlamına gəlməmişdir. Torpaq sahəsinin Təqsirləndirilən şəxs anası Şahid1 adına bələdiyyədə qeydə alınmasına gəldikdə, bu xüsusi bir hüququ ehtiva etməmişdir. Əvvala, həmin torpaq sahəsinin Səbail Rayon İcra Hakimiyyətinin 7 aprel 1995-ci il tarixli sərəncamı ilə ayrılması həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğuna dəlalət etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Badamdar Bələdiyyəsinin işçisi Şahid7 də torpaq sahəsinin Şahid1 tərəfindən zəbt edildiyini, onun müraciəti əsasında vergi ödəyicisi kimi qeydə alındığını, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hər hansı sənəd verilmədiyini göstərmişdir. Badamdar Bələdiyyəsi məktubunda da, Təqsirləndirilən şəxs və anası Şahid1 alqı-satqı və icarə qaydasında torpaq ayrılmadığını qeyd etmişdir. Müdafiə tərəfinin torpaq sahəsinin digər şəxsin mülkiyyətində olduğunu bilməməsi dəlilləri də əsaslı görünmür. Çünki, Təqsirləndirilən şəxs və anası Şahid1 həmin torpaq sahəsinin onlara qanunla nəzərdə tutulan qaydada ayrılmaması (verilməməsi) barədə məlumatlı idilər. Belə olmasa, Şahid1 həmin torpaq sahəsini tərəflərindən zəbt edilməsi barədə bələdiyyəyə müraciət etməzdi. Bütün bunlar onu deməyə əsasə verir ki, təqsirləndirilən şəxsin qəsdi birbaşa və məhz əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə yönəlmişdir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi aldatmaqla ümumilikdə 13.000 manat məbləğində əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinin müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bəraət verilməsinə dair verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə onun ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. İttiham tərəfinin apellyasiya şikayəti və protestinin mahiyyəti təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə ittiham tərəfi cəzanın ağırlaşdırılmasını isətəsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın ağırlaşdırılması və ya yüngülləşdirilməsi üçün əsas görmür. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 178.2.4-cü maddəsinin müəyyən etdiyi məhrumiyyət dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdıırlması cəzası təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri və protesti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair 14 avqust 2024-cü il tarixli, 1(009)-65/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətləri və protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara alır: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətləri, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair 14 avqust 2024-cü il tarixli, 1(009)-65/2024 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə və protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-144/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-144/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver