Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1444/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı X4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1983-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 17.10.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 03 il sınaq müddəti müəyyən olunmuş, ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 21.08.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.3, 120..2.1, 120.2.5, 120.2.11 və 67-ci maddələri ilə təqsirli bilinərək 13 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, 04.11.2003-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzanın çəkilməmiş qalan hissəinə qismən birləşdirilərək CM-in 120.2.1, 120.2.5 və 120.2.11-ci maddələri ilə cinayət təqibinə xitam verilərək CM-in 66.3-cü maddəsi ittihamdan xaric edilməklə 11 il cəza saxlanılmış, 18.01.2014-cü ildə cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş, Naxçıvan MR, ünvan 1 ünvanında pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs 20.08.2020-ci il tarixdə Balaxanı qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manata əldə edib, üzərində saxlayaraq daşımış və Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı 21.08.2020-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq şöbəyə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qara rəngli qırmızı zolaqlı idman şalvarının sağ yan cibindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib üzərində saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 0,181 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb sənədləşdirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Süleyman Ağayev) 11 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 21 avqust 2020-c il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, şəhid ailəsinin üzvü olmasını, ailənin yeganə qazanc gətirəni olmasını qeyd edərək hökmün dəyişdirilməsini və ona daha yüngül cəza növünün təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, “8 X8” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4 və 13-cü hissəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmaqla və üzərində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Apellyasiya şikayətindən göründüyü kimi apellyasiya şikayətində məhkum tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun həmin cinayət əməli iş üzrə şahid ifadələri, iş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2020-ci il tarixli, 6/1632 nömrəli, məhkəmə-narkoloci ekspertizasının 21.09.2020-ci il tarixli, 2595 saylı və ambulator məhkəməpsixiatrik ekspertizasının 23.09.2020-ci il tarixli, 1886 saylı rəyləri, maddi sübutla, hadisənin görüntüsü və digər iş materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası Məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona daha yüngül cəza növünün təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən halları, onun ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, şəhid ailəsinin üzvü olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi və cinayətin təhlükəli residivini ağırlaşdıran hal kimi nəzərə alaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs daha yüngül cəza növünün təyin edilməklə islah olunmasını və AR CM-nin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə nail olunmasını mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olması, şəhid ailəsinin üzvü olması, ailənin yeganə qazanc gətirəni olması hallarını cəzasını yüngülləşdirən hal kimi və cinayətin təhlükəli residivini ağırlaşdıran hal kimi nəzərə alaraq məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. “8 X8” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsinə əsasən Bbu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmalıdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qanunun 13-cü hissəsinə əsasən bu Qərarın 1–7-ci hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzaçəkmə müəssisəsinin növü dəyişdirilmiş şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Həmin qanunun 30-cu hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiya instansiyası məhkəmələrində baxılarkən tətbiq edilir. “8 X8” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4 13 və 30-cu hissəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair 11 fevral 2021-ci il tarixli hökmü “8 X8” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4 13 və 30-cu hissəsi tətbiq edilməklə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair 11 fevral 2021-ci il tarixli hökmü ilə 05 noyabr 2021-ci il tarixə kimi 1 il 2 ay 14 gün cəza çəkib. 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 9 ay 16 gün azadıqdan məhrum etmə cəzası qalır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L İ R : Apellyasiya şikayəti təmin edilməsin. “8 X8” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 4 13 və 30-cu hissəsi tətbiq edilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair 11 fevral 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 9 ay 16 gün azadıqdan məhrum etmə cəzası 6 ay azaldısın və üzərində 03 (üç) ay 16 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli 05 noyabr 2021-ci il tarixdən hesablansın Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-1444/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1444/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver