Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1448/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinə ezam edilmiş, Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2 və Müdafiəçi Bakı Şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2021-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Verilmiş apellyasiya şikayəti üzrə ilkin məhkəmə baxışı zamanı məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına mübahisələndirilən hökmdən vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi barədə ərizə ünvanlayaraq, verdiyi apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2021-ci il tarixli hökmündən vermiş olduğu apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsinin təmin edilməsinə dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, məhkum Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilərək onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 396-cı maddəsinə görə, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti olmadığı halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkum Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 390.4 və 396-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09.07.2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyindən onun apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 15 (on beş) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov
Məhkəmə qərarları › İş №1(103)-1448/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1448/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver