Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-145/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1 və X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X5; zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili - Bakı şəhəri, 10 saylı Vəkil bürosunun vəkili Nümayəndə,məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiəsi – Bakı şəhəri, 02 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim:Əfqan Hacıyev) xx xxxxx 1986-cı il tarixdə Qazax rayonunun Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun Poylu kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi S.Vurğun küçəsi döngə 3 ev 5-də yaşamış, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan xx xxxxxx 2019-cu il tarixli hökmündən zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə və məhkum Təqsirləndirilən şəxs müdafiəçiəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi həbsdə saxlanıldığı 04 (dörd) ay 15 (on beş) gün müddət təyin olunmuş cəza müddətinə hesablanaraq, cəzasının əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 06 (altı) il 07 (yeddi) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, Zərərçəkmiş şəxskülli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs boru və steklovat alğı-satqısını həyata keçirmək üçün birgə iş qurmağı təklif edərək, 64 ton çəkili hər bir dəmir boru vaqonunun satışından 9.000 ABŞ dolları və hər bir steklovat avtomaşınının satışından 14.500 ABŞ dolları gəlir əldə edəcəklərinə yalan vəd verib aldadaraq, heç bir biznes fəaliyyəti ilə məşğul olmadan, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 2014-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsində, həmin dövrün məzənnəsi ilə 376.560 manat təşkil edən 480.000 ABŞ dolları, xx xxxxxx 2014-cü ildə Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti 10/33 ünvanda yerləşən "Kral" mebel salonunda həmin dövrün məzənnəsi ilə 428.941,30 manat təşkil edən 546.840 ABŞ dolları, 2015-ci ilin yanvar ayının sonlarından fevral ayının ortalarına kimi olan müddətdə sonuncu ünvanda həmin dövrün məzənnəsi ilə 141.516 manat təşkiledən 180.000ABŞdolları, 471.720 manat təşkil edən 600.000 ABŞ dolları, 358.271, 40manat təşkil edən 455.700 ABŞ dolları, cəmi 1.777.008,70 manat təşkil edən 2.262.540 ABŞ dollarını ələ keçirərək, Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, həmin hökm cəza təyin olunmasına münasibətdə əsassız və qanunsuz olduğundan qismən ləğv olunmalı və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası 09 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasını, habelə verilmiş mülki iddianın tam təmin edilməsini və Xəyyam Balayevin vurduğu maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 1.735.418,57 manat ondan tutularaq zərərçəkmiş şəxsə ödənilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən, maddi və prosessual hüquq normaları kobudcasına pozulmuş və Təqsirləndirilən şəxs təyin edilmiş cəza cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1.777.008,70 manat təşkil edən 2.262.540 ABŞ dollarını ələ keçirərək, ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə isə CM-nin 178.3.2-ci maddəsini nəzərə almaqla heç bir hüquqi əsası olmadan ona qanunsuz olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə Cinayət Məcəlləsinin 8.1, 41.2 və 59.1.1-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda, məhkəmə öz hökmündə vurulmuş ziyan qismən ödənilməsi və əvvəllər məhkum edilməməsinə görə CM-nin 59.1.14-cü və 59.2-ci maddəsinə məhkuma münasibətdə əsassız olaraq istinad etmişdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs əsas məqsədi təmamilə etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə, yəni dələduzluq olmuşdur. Belə ki, 2015-ci ildən bu günədək faktiki olaraq məhkəmənin cəzanı yüngülləşdirən hal hesab etdiyi dəymiş ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş etməmişdir. Əslində, onun əməli hazırkı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsüf edilməli, lakin qanunda edilən dəyişikliyə görə onun əməlm CM-nin 178.3.2-ci maddəsi ilə tövsüf edilmiş, yəni onsuz da humanistlik prinsipi nəzərə alınaraq, ona daha yüngül cəza növü təyin edilmiş, bu səbəbdən də ən azından CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında göstərilmiş cəzanın daha ağırı təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə səmimi peşmançılıq keçirməmiş, yalandan bəyan etmişdir ki, zərərçəkmiş şəxsdən aldığı bütün pulları əldə etdiyi qazancla birlikdə ona qaytarmış, heç bir borcu qalmamış, lakin 2015-ci ilin mart ayından başlayaraq Zərərçəkmiş şəxs ona hədəqorxu gəldiyinə görə qorxmuş və 965.000 ABŞ dolları borcunun olmasını etiraf etmiş və notarial qaydada sonuncunun qardaşı Şahid1 1.400.000 manat borcu olmasına dair müqavilə imzalamış, borcunun əvəzinə tanışlarının əmlaklarını girov saxlaması üçün Zərərçəkmiş şəxs vermiş, telefon danışığı zamanı məcbur olub Zərərçəkmiş şəxs tələb etdiyi pulu ödəyəcəyini demiş, bu barədə Türkiyədən izahat göndərmiş və mülki iddianı qəbul etməmişdir. Lakin istintaq zamanı onun əməli toplanmış sübutlarla tam sübuta yetirilmişdir. Belə olan haldaonun əməlinə münasibətdə cəzanı yüngülləşdirən hallar mövcud deyil. Həmçinin istintaq zamanı zərərçəkmiş şəxsin istintaqa təqdim etdiyi səs yazısı köçürülmüş bir ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 2015-ci ilin fevral ayının axırlarında sonuncu ilə aparılan söhbət zamanı Xəyyam Babayevin ona 965.000 ABŞ dolları borcu qalmışdır. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs Türkiyədən faks vasitəsi ilə Binəqədi rayon məhkəməsinə göndərdiyi xx xxxxxx 2016-cı il tarixli izahatında da Zərərçəkmiş şəxs 964.000 ABŞ dolları borcu olduğunu etiraf etmişdir. Bundan əlavə Dövlət Gömrük Komitəsindən göndərilən xx xxxxxx 2018-ci il tarixli məktuba görə Dövlət Gömrük Komitəsinin məlumat bazasında Təqsirləndirilən şəxs idxal əməliyyatları aparması barədə məlumat yoxdur. Bu da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs heç bir fəaliyyətlə məşğul olmamış, məqsədi şəxsləri aldadaraq pullarını ələ keçirmək olmuşdur. Notarial qaydada təsdiq olunmuş xx.xx.2015-ci il tarixli “Mövcud borcun etirafı haqqında” müqavilədən də görünür ki, Təqsirləndirilən şəxs həqiqətən zərərçəkmiş şəxsə borclu olduğunu etiraf etmişdir. Digər tərəfdən məhkəmə zərərçəkmişi mülki iddiaçı qismində tanısa belə heç bir əsas göstərmədən və ətraflı araşdırma aparmadan mülkiiddianıqismən təminetmiş, manatın devalvasiyası nəticəsində onun ziyana məruz qalması və mənəvi zərərlə bağlı mülki iddiasını əsassız olaraq qəbul etməmişdir. 2015-ci ildə milli valyuta olan manat 55% devalivasiyaya məruz qalaraq öz dəyərini itirmiş və bu günədək 964.000 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilib qaytarılmamışdır. Həmin dövrün məzənnəsi ilə 964.000 ABŞ dolları indiki məzənnə ilə 1.635.418,57 manat təşkil edir. Nəticədə, zərərçəkmişə devalivasiyadan sonra yaranmış yerdə qalan 878.472,57 manat ziyan dəymiş və həmin məbləğ ona ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmişə ittihamla müəyyən edilmiş məbləğdən əlavə olaraq, devalivasiyadan sonra müəyyən olunmuş 878.472,57 manat maddi ziyan ödənilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə vurulmuş mənəvi ziyana görə 100.000 manat ödənilməli, yəni XəyyamBalayev ona qarşı dələduzluq etməsi nəticəsində mənəvi ziyan da dəymişdir. Belə ki, Təqsirləndirilən şəxs və valideynlərinin zərərçəkmiş şəxs barəsində yazdığı əsassız ərizələr nəticəsində sonuncunun işgüzar nüfuzu zədələnmiş, cinayət işinin istintaqı zamanı ciddi şəkildə mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu müddətdə keçirdiyi sarsıntı, narahatlıq hislərinə görə dəfələrlə onun səhhətində ciddi problemlər baş qaldırmış, ayaqları tutulmuş və şəkərli diabet xəstəliyinə düçar olmuşdur. Bu səbəbdən, maddi zərərin əvəzi kimi Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 756.946 manat və manatın devalivasiyaya məruz qalmasını nəzərə almaqla 878.472,57 manat dəymiş ziyan alınıb ona verilməli, habelə Təqsirləndirilən şəxs mənəvi zərərin əvəzi kimi 100.000 manat alınaraq zərərçəkmiş şəxsə ödənilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs vurduğu maddi və mənəvi zərərin əvəzi kimi cəmi 1.735.418,57 manat ondan alınaraq zərərçəkmiş şəxsə ödənilməlidir. Məhkəmənin həmin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçiəsi Müdafiəçi1 apellyasiya şikayəti verərək, məhkəmənin hökmünün ləğv olunmasını və müdafiəsini həyata keçirdiyi şəxsin əməlində cinayət tərkbinin əlamətlərinin olmadığından, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd olunan hökmü qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və iş üzrə müəyyən etdiyi hallar sübuta yetirilməmişdir. Hökmdə qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən pul alarkən biznes fəaliyyəti ilə məşğul olmaq niyyətinin olmamasını, hər hansı gəlir və mənfəət məqsədinin güdməməsini dindirlmiş zərəçəkmiş şəxs və şahidlərin ifadələri ilə, mücərrəd müqavilə və Dövlət Gömrük Komitəsinin xx xxxxxx 2018-il tarixli məktubu ilə tam sübuta yetirlimiş hesab edir. Təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs tərəfindən fiziki və psixi zora məruz qalması, külli miqdarda pulları biznes fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə əldə etməsi barədə ifadəsində göstərdikləri məhkəmədə öz təsdiqini tapmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etməmişdir. Beləliklə də, məhkəmə məhkəmə istintaqında təqdim edilmiş sübutlara, şahid ifadələri və zərərçəkmiş şəxsin özünün ifadəsinə əhəmiyyət vermədən ədalətsiz və humanizm prinsiplərindən kənar hökm çıxarmış, yəni biznes fəaliyyəti ilə məşğul olmaqla qalıq qalan borc münasibətləri cinayət qanunvericiliyi ilə tənzimlənmir. Borc münasibətləri mülki qanunvericiliklə cinayət məsuliyyəti yaratmadan milkiməsuliyyət yaradır. Müdafiə etdiyi şəxsin barəsində cinayət işi açılmasından xəbərsiz Zərərçəkmiş şəxs hədə, fiziki təsir və təhqirindən qorxub Türkiyəyə qaçmışdır. Azərbaycanda olmadığından istifadə edərək, istintaqa yalan məlumatlar verərək heç bir əsası olmayan heç sübuta əsaslanmayan cinayət işi açılmışdır. Zərərçəkmiş şəxs üzləşmə zamanı və öz ifadələrində həqiqətə uyğun olmayan ifadələr vermişdir. Məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən də müdafiə etdiyi şəxsin əməlində dələduzluq cinayətin tərkibinin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, iş üzrə sübut hesab edilən cinayət işinə əlavə edlimiş səs yazısı qanunvericiliyin tələblərinin pozulması yolu ilə əldə edildiyindənvəsəs yazısının diskə hansı yolla köçürülməsi, orada olan Təqsirləndirilən şəxs səsinin fiziki və psixi təzyiq və ya güclü ruhi həyəcan vəziyyətində olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsi barədə verilmiş vəsatətlər istintaq dövründə və məhkəmədə təmin edilməmişdir. Eyni ərəfələrdə Təqsirləndirilən şəxs psixi təzyiqlər nəticəsində çəkdirilmiş imza nümunələrinin fiziki və psixi təzyiq və ya güclü ruhi həyəcan vəziyyətində çəkilməsi məhkəmə ekspertizası tərəfindən müəyyən edilmişdir. Səs yazısının da psixi təzyiq və fiziki şiddətlər zamanı yazılması bildirilsədə məhkəmə buna əhəmiyyət verməmiş və ekspertizanı keçirmədən qərəzlilik nümayiş etdirmişdir. Halbu ki, Təqsirləndirilən şəxs səs yazısı ona edələn şiddətdən sonra, yəni dediklərini təkrarlamasa ölümlə üzləşəcəyini bilərək belə bir suallara cavab vermişdir. Hətta səs yazısına qulaq asarkən səsin titrəməsi və hədə-qorxu nətəcəsində Təqsirləndirilən şəxs yalvarışlarını eşitmək açıq-aşkar sezilir. Bundan əlavə, işdəki mücərrəd müqavilə və Türkiyədən göndərilmiş etiraflar sübut kimi qismində düzgün qəbul edilməmiş, yəni Türkiyədən göndərilmiş etiraf ailəsinə edilmiş hədə-qorxu nəticəsində yazılmış etiraf və dələduzluq edildiyinin sübutu deyil. Onu aldadıb dostlarının əmlakını girov saxlamaq adı ilə həmin əmlakları şəxsi və atasının mülkiyyətinə keçirməsi bunu bir daha sübut edir. Əmlakların saxta yolla Yalçın Abdullyevin və üçüncü şəxslərin mülkiyyətinə keçməsi məhkəmədə tam sübuta yetirilmiş və həmin qətnamələr də qanuni qüvvəyə minmişdir. Mülki icraat qaydasında işə baxılarkən, onun tərəfindən imzanı atılması hədə-qorxu nəticəsində psixoloji vəziyyətdə, fiziki təsir və güclü ruhi həyəcan vəziyyətində icra olunması Ekspertizada təsdiq edilmiş və buna dair Qətnamə qəbul olunmaqla qanuni qüvvəyə minmişdir. Nəticədə, iş üzrə məhkəmə tərəfindən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi barədə” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarı, “Mülki və siyasi hüquqlar haqqında” X2 Baş Assambleyası tərəfindən xx xxxxxx 1966-cı ildə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinin və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 04 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə əməl etməmiş və “heç kəsin hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” müddəasını pozmuşdur. Belə olan halda isə əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla bağlı olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Bundan əlavə, Plenumun qərarında qeyd edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Bakı şəhər Prokurorluğu tərəfindən istintaqa nəzarət orqanı kimi cinayət işi araşdırlmış və Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlinmişidir. Bundan narazı qalan Zərərçəkmiş şəxs əlaqələri vasitəsilə işi Respublika Prokurorluğunun göstərişi ilə Daxili İşlər Nazirliyinə verdirmiş, Daxili İşlər Nazirliyi tərəfindən istintaq qanunsuz davam etdirilmiş və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclas zalında dindirlmiş şahid ifadələri ilə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edilmişdir. Cinayət işi üzrə yeganə sübut qismində qəbul edilmiş səs yazısıd Zərərçəkmiş şəxs tərəfindən döyülmə və təzyiqlər nəticəsində zorla etiraf etdirilməsi məqsədi ilə yazdırılmış səs yazısıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərinidinləməklə hesabedirki, apellyasiya şikayətləri təmin olunmamalı və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə iclaslarının protokollarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs özünü cinayəti törətməkdə təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirməklə dələduzluq etməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, üzləşdirmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq olunmuş digər çoxsaylı mötəbər subutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs aldığı pulların hamısını əldə etdiyi qazancla birlikdə sonuncuya qaytarmış, zərərçəkmiş Zərərçəkmiş şəxs borcu qalmamış, lakin 2015-ci ilin mart ayından başlayaraq Zərərçəkmiş şəxs ona hədə-qorxu gəldiyinə, döydüyünə, ailə üzvləri və özünü öldürməklə hədələdiyindən sonuncudan qorxduğuna görə 965.000 ABŞ dolları borcunun olmasını etiraf etmiş, notarial qaydada Yalçının qardaşı Şahid1 1.400.000 manat borcu olmasına dair müqavilə imzalamış, borcunun əvəzinə tanışları: Eyyub Hüseynov, Əziz Əliyev və Mahirə Süleymanovanın əmlaklarını girov saxlaması üçün Zərərçəkmiş şəxs vermiş, telefon danışığı zamanı da məcbur olub tələb etdiyi pulu ödəyəcəyini demiş və Türkiyədən izahat yazıb göndərmişdir. Mülki iddianı qəbul etmir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dostu Şahid2 vasitəsilə Təqsirləndirilən şəxslə tanış olmuş, 2014-cü ilin oktaybr ayınadək Xəyyamla bir neçə dəfə görüşü olmuş, görüş zamanı sonuncu Türkiyədən Qazaxıstana “steklovat” məhsullarını, Ukraynadan Azərbaycana isə dəmir boru gətirib satdığını bildirmişdir. 2014-cü ilin oktyabr ayında Xəyyam həmin biznesdə yaxşı gəlir olduğunu deyib bu biznesi genişləndirmək üçün maliyyə köməkliyinə ehtiyacı olduğunu bildirmişdir. Həmin ərəfədə Xəyyam Onur adlı Türkiyə vətəndaşı ilə də bir dəfə yanına gəlib Onurun inşaat şirkəti olduğunu deyib həmin şirkət vasitəsi ilə pul qoyaraq inşaat işləri görüb pul qazana biləcəklərini deyəndə, ancaq “steklovat”vədəmir boru biznesi ilə bağlı Xəyyama maliyyə yardımı edəcəyinə razılaşmış, Xəyyam bildirmişdir ki, Ukraynadan gətirəcəyi boruların “xxxx” ASC-nin Təchizat idarəsində işləyən Namaz adlı dayısı vasitəsilə satışı təşkil edəcək. Xəyyam həmin vaxtı xalası oğlu Eyyub Hüseynov tərəfindən Türkiyə və Ukrayna ilə bağlanmış müqavilələrin surətlərini ona göstərmiş, aralarında olan razılaşmaya əsasən 64 ton çəkisi olan dəmir borunun hər vaqonuna görə əldə olunacaq 9000 ABŞ dolları gəlirin 2700 ABŞ dolları Xəyyamın və 6300 ABŞ dolları bank xərcləri ilə birlikdə onun olmalı idi. “Steklovata” görə isə hər maşından əldə olunacaq 14.500 ABŞ dolları mənfəətdən 4.350 ABŞ dolları Xəyyamın, 10.150 ABŞ dolları isə onun olmalı idi. Görüləcək işlər üzrə müqavilələr və işin təşkilini Eyyubla İlqar həyata keçirdiyindən, Xəyyamla razılaşmışlar ki, hər dəfə əldə olunacaq gəlirdən onlar Xəyyamın xalası oğlanları Eyyub və İlqar Hüseynovlara da pul verməlidirlər. Xəyyam bildirmişdi ki, İlqarla birgə əməkdaşlıq əsasında onlar Şüvəlanda “Aura” istirahət mərkəzi və 2 bağ evini tikib. Xəyyam ilk danışıqları zamanı təxxxxxn 1.000.000 ABŞ dolları lazım olduğunu deyəndə, VTB banka gedib illik 13%-lə 965.000 ABŞ dolları kredit götürüb 11-xx xxxxxx 2014cü ildə Xəyyama vermiş, xx xxxxxx 2015-ci ildə Xəyyamla görüşən zaman sonuncu “Steklovat” materialının ilk partiyasının artıq Qazaxıstana aparılaraq satıldığını bildirmiş və “Steklovat” üzrə verdiyi 480.000 ABŞ dollarıni və əldə olunmuş mənfəətdən 83.000 ABŞ dollarını ona vermişdir. Həmin malların satışından əldə olunmuş gəlirdən Eyyubla İlqara pul versə də, hazırda sonunculara hansı məbləğdə pul verməsini dəqiq xatırlamır. Daha sonra, xx xxxxxx 2015-ci ildə Xəyyam boru satışı ilə əlaqədar verdiyi 546.840 ABŞ dolları olan əsas və əldə olunmuş mənfəətdən 75.000 ABŞ dolları hissəsini ona vermiş, həmin əməliyyatdan yenə Xəyyamla xalası oğlanları Eyyubla İlqara pul vermişlər. 2015-ci ilin yanvar ayının sonlarında bu işi davam etdirmək üçün yenidən Xəyyama 965.000 ABŞ dolları vermiş, lakin bu mərhələdən sonra görmüşdür ki, Xəyyam onu aldatmaq istəyir. 2015-ci ilin yanvar ayının sonunda Xəyyamla birlikdə Moskva şəhərinə getmiş, X8 adlı tanışı onlarla getmişdir. Orada Xəyyamın böyük məbləğdə pul xərclədiyini görüb şübhələndiyindən Bakıya qayıdandan sonra Xəyyamla haqq-hesab etmiş və müəyyən olunmuşdur ki, sonuncu dəfə Xəyyama verdiyi 965.000 ABŞ dolları ilə sonuncu öz borclarını vermişdir. Xəyyamın sözlərindən məlum olmuşdur ki, əvvəlki dəfə ona verilmiş pulları malın alınmasına yönəltməmiş, verdiyi pulları evdə saxlayıb müəyyən vaxtdan malların satılmasından əldəedilən gəlir kimi onun özünə qaytarmış, Xəyyamla söhbətdə tam müəyyən olunmuşdur ki, sonuncu əvvəlcədən onu aldatmaq üçün belə bir plan hazırlayıb icra etmiş, Xəyyamın xalası oğlanları Eyyubla İlqar da Xəyyamın onu aldatmaq üçün danışıqlar apardığını bilmişlər, yəni Xəyyam İlqar və Eyyubla birlikdə yaşayır və hətta 480.000 ABŞ dollarını 28 may küçəsində İlqar özü götürmüş, Xəyyamın onu aldatmasını bildikdən sonra verdiyi 965.000 ABŞ dollarını geri tələb etmiş, Xəyyam əlində nağd pul olmadığını, amma xalası oğlanları Eyyub və İlqar Hüseynovlarla şərikli daşınmaz əmlaklar aldığını, dostu Əziz Əliyevlə birgə biznes fəaliyyətinin olduğunu, habelə tanışı Mahirə Süleymanovanın özünə borcu olmasını deyib Eyyub, İlqar və Əzizin Xəyyama pul vermək üçün daşınmaz əmlaklarını, Mahirənin isə “İnfinity FX 35” markalı avtomobilini satışa çıxardığını və əmlakları sataraq əldə olunacaq pulu onlardan götürüb ona verəcəyini, buna görə bir az gözləməyini deyəndə, Xəyyamla razılaşıb bir qədər vaxt versə də Xəyyamın həmin əmlakları sata bilmədiyini görüb satış məsələsində onlara köməklik etmək qərarına gələrək, həmin əmlakların satılması və pulunun Xəyyama verilməsinə razılıq verib-vermədiklərini müəyyən etmək üçün Eyyub, İlqar, Əziz və Mahirə ilə görüşüb özü söhbət etmişdir. Onlar Xəyyamın dediyi kimi, özlərinə məxsus əmlakları satıb pulunu Xəyyama verəcəklərini, bununla da həm özlərinin Xəyyamla olan borc məsələlərini və Xəyyamın onunla olan borc məsələsini həll etmə niyətində olduqlarını demişlər. Əmlakların satılması məsələsində olara köməklik göstərmək məqsədi ilə həmin əmlaklar barədə müxtəlif tanışlarına, o cümlədən qonşusu və qohumu X12 da məlumat vermişdir. Həmin ərəfədə Xəyyam müxtəlif şəxslərə məxsus əmlakları ona girov şəklində verməyi təklif etsə də razılaşmamış və həmin daşınmaz əmlakları satıb pulunu ona verməsini demişdir. Əmlakları Sahibə göstərəndən sonra, Sahib “İnfinity FX” markalı avtomobili almaq istədiyini demişdir. Sahib avtomobili 30.000 ABŞ dollarına almağa razılıq verdikdən sonra, Xəyyam, Mahirə və Sahiblə Bakı şəhəri Olimp mağazasının yaxınlığındakı notariat kontoruna getmiş, notariat kontorun giriş hissəsində Sahib 30.000 ABŞ dollarını vermiş, Mahirə Sahibdən 30.000 ABŞ dollarını götürdükdən sonra sayaraq Xəyyama vermiş, Xəyyam da sonradan pulu borclarının bir hissəsinin əvəzinə ona vermişdir. Mahirənin adından Sahibin adına etibarnamə verilmiş, sonra da Sahib sənədləşmə işlərinə vaxtı olmadığından özü onu təmsil etməklə bağlı qardaşı Zaura etibarnamə vermiş, Zaur da Sahibin əvəzinə sənədləşmə işlərində iştirak etmişdir. Eyyub Hüseynovun adına Şüvəlan qəsəbəsindəki “Aura” istirahət mərkəzini, həmin istirahət mərkəzinin arxasında olan 02 ədəd bağ evi, H.Əliyev prospektində 50 kv\m sahəsi olan qeyri-yaşayış binası, Əziz Əliyevin adına olan Zığ şossesində olan qeyri-yaşayış sahəsini sahibkarlıq fəaliyyəti ilə məşğul olan atası Sabir Abdullayev almaq istəmiş və qiymətləri razılaşdırdıqdan sonra alğı-satqı müqavilələri imzalanmış, atası tərəfindən alınmış həmin əmlaklara görə pullar notariat kontorunda imzalanmış alqı-satqı müqaviləsi vaxtı bank vasitəsilə ödənilmişdir. Həmin vaxt qohumu X15 Əzizbəyli küçəsində evi plana düşdüyündən, sonuncu bunun müqabilində külli miqdarda pul əldə etmiş, Sahibin əlində nağd pulunun olmasını bilərək təklif etmişdir ki, Mahirəyə 300.000 manat borc versin, sonuncu həmin borcun əvəzinə girov şəklində iki evini qoysun. Sahib təkliflə razılaşmışdır. Mahirə çox əminliklə pulu qaytaracağını demiş və evlərini girov qoymuşdur. Bundan sonra Sahib Mahirəyə notarial qaydada 300.000 manat borc pul vermiş, Mahirə həmin pulu Xəyyama vermiş, Xəyyam həmin pulu borcunun əvəzinə ona vermiş, həmin ərəfədə onun Sahib Əliyevə 300.000 manat borcu olmuş, Mahirənin yanında Xəyyamdan pullarını istəyəndə, verməyəcəyi halda barəsində şikayət edəcəyini bildirəndə Mahirə özü təklif etmişdir ki, Xəyyamın borcundan bir hissəsi olan 300.000 manat pulu müəyyən müddət ərzində özü ödəyə bilər. Mahirənin özünün razılığından sonra belə qərara gəlmişlər ki, Mahirə Xəyyamın əvəzinə ona vermək istədiyi 300.000 manat pulu Sahibə ödəsin və bununla onun Sahibə olan borcu ödənilmiş olsun, Xəyyam da borcundan bir hissəsini ödəmiş olsun, nəticədə narazılıq da aradan qalxsın. Bundan sonra Mahirə ilə Sahib arasında 300.000 manat borcun olmasına dair müqavilə imzalanmış, həmin proseslərdən sonra Xəyyam ona ödəməli olduğu pulu qaytarmayaraq Azərbaycandan qaçmışdır. Bundan sonra ilkin vaxtda Xəyyamın valideynləri onun barəsində əsassız şikayətlər yazmış, baş verənlərlə bağlı müvafiq orqanlara şikayətlər etmişdir. Xəyyam ölkədən qaçdıqdan sonra Eyyub, Əziz və Mahirə məhkəməyə müraciət edib Xəyyamın onları aldatdığını, atası və Sahibə satılmış əmlaklara aid pulları Xəyyamın onlara vermədiyini, ona görə həmin əmlaklarla bağlı alqı-satqı müqavilələrinin ləğv edilməsini xahiş etmişlər. Bununla əlaqədar ilkin mərhələdə Binəqədi rayon məhkəməsində mülki iş olmuş, işin baxışı zamanı əmlaklar və avtomobilin üzərinə həbs qoyulsa da, apellyasiya şikayəti əsasında həbs ləğv olunmuşdur. 2015-ci ilin yanvar ayında Xəyyam qaytardığı 480.000 ABŞ dolları və 546.480 ABŞ dollarını qazancları ilə birlikdə cəm halında 1.184.840 ABŞ dolları Xəyyama qaytarmış, bu pullardan əlavə 2015-ci ilin yanvar ayının sonlarında və həmin ilin fevral ayının əvvəllərində Xəyyama Nərimanov rayonu Heydər Əliyev prospekti 10/33 ünvanda olan "Kral" mebel salonunda bir dəfə 180.000 ABŞ dolları, ikinci dəfə 600.000 ABŞ dolları, üçüncü dəfə isə 455.700 ABŞ dolları vermiş, Təqsirləndirilən şəxslə haqq-hesab edərkən müəyyən etmişdir ki, 2014-cü ilin dekabr ayının əvvəllərindən 2015-ci ilin fevral ayının əvvəllərinə kimi Steklovat və boru alqı-satqısını həyata keçirmək üçün Xəyyama cəmi 2.420.540 ABŞ dolları vermişdir. Onun tərəfindən Təqsirləndirilən şəxs pulların hamısı Nərimanov rayonu Heydər Əliyev prospekti 10/33 ünvanda olan Kral mebel salonunda verilmişdir. 2015-ci ilin fevral ayının əvvəllərində sonuncu dəfə Xəyyama pul verəndən sonra başa düşmüşdür ki, Xeyyam dediyi biznesi reallıqda mövcud deyil, ondan aldığı pulları biznes sahəsinə qoymamışdır. Bununla bağlı Xəyyamla sorğu-sual edəndə sonuncu etiraf edib bildirmişdir ki, ondan aldığı pulları borclarına vermişdir. Xəyyamdan pullarını qaytarmasını tələb etməyə başlamış və sonuncu həmin ərəfələrdə üç dəfəyə olmaqla ona cəmi 979.540 ABŞ dolları qaytarmış, sonuncunun ona gəlir kimi təqdim etdiyi 476.000 ABŞ dollarını ona olan borcundan çıxmış, yekunda Təqsirləndirilən şəxs ona 965.000 ABŞdolları borcu qalmışdır. Xəyyamdan pullarının harada olması barədə soruşmuş, Xəyyam cavabında heç bir steklovat və boru biznesinin olmadığını, ondan aldığı pulları şəxsi ehtiyaclarına sərf etdiyini və borclarına verdiyini bildirmiş, Təqsirləndirilən şəxslə arasında aparılan həmin söhbəti istifadəsində olmuş "iPhone 6" markalı mobil telefon cihazının səsyazma proqramı vasitəsilə yazmış, sonra isə diskə köçürərək istintaqa təqdim etmişdir. Xəyyamla görüşüb haqq-hesab etməyi təklif etmiş, hesabat apardıqları zaman Xəyyamdan xahiş etmişdir ki, ona verməli olduğu qazancları silsin, istəmir, ona verməli təmiz pulu qaytarsın. Hesablayıb müəyyən etmişlər ki, Xəyyamın ona təmiz borcu 964.085 manat təşkil edir. Xəyyam da bununla razılaşmışdır. Bundan bir müddət sonra, 2015-ci ilin mart ayının əvvəlində Xəyyam ona olan borcu qarşılığında tanışları Eyyubun, İlqarın, Mahirənin və Əzizin mülklərini verməyi təklif etmiş və bundan təxxxxxn bir ay sonra ölkəni tərk edib Türkiyəyə getmiş, Xəyyam ölkəni tərk edəndən 3 gün sonra Eyyub, Əziz və Mahirə hamısı eyni gündə onu məhkəməyə verib öz razılıqları ilə verdikləri əmlakların geri qaytarılmasını tələb etməyə başlamışlar. Hazırda verdiyi mülki iddiasını müdafiə edir və təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verərək, öz ifadəsində məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları eyni ilə bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə 2007-2008-ci illərdən tanışdır. Təqsirləndirilən şəxs ona məxsus telefon mağazasını icarə götürüb işlətmişvə birmüddət işlətdikdən sonra geri qaytarmış, bundan sonra eşitmişdir ki, Xəyyam Şüvəlan qəsəbəsində İlqar adlı şəxsin «Aura» istirahət mərkəzini icarəyə götürüb işlədir. Təxxxxxn 2013-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs ona işsiz olmasını deyəndə, antik malların satışı mağazasında satıcı işləməsini təklif etdikdə razılaşmış və həmin mağazada satıcı işləməyə başlamışdır. Təxxxxxn 2013-cü ilin əvvəlində Təqsirləndirilən şəxs ona Ukraynadan Azərbaycana boru gətirmə biznesi ilə məşğul olmaq istəməsini və bu işə sərmayə yatırmağı təklif etmiş, Xəyyamdan işi necə həyata keçirəcəyini soruşanda Xəyyam Ukraynadakı zavodlardan boru sifariş edəcəyi, X4 işləyən dayısı vasitəsilə boruları gətirən kimi xxxxa satacağını, boruları İlqar Hüseynovun adına olan şirkətin vasitəsilə sifariş edəcəyini, hər 50.000 ABŞ dolları dəyərində boru qarşılığında təxxxxxn 5.000 ABŞ dolları gəlir olacağını, pulun 1.000 ABŞ dollarını şirkətindən istifadə etdiyi üçün İlqara verəcəyi, qalan 4.000 ABŞ dollarını isə onunla böləcəyini bildirmişdir. Bundan sonra Xəyyam ona Ukrayna şirkəti ilə İlqar Hüseynovun qardaşı Eyyubun arasında bağlanmış müqaviləni göstərdikdə Xəyyamın təklifi ilə razılaşaraq ona işə başlamaq üçün 50.000 ABŞ dolları vermişdir. Xəyyam vəd etdiyi kimi bir ayın tamamında pulunu 2.000 ABŞ dolları gəlirlə geri qaytarmışdır. Bir neçə ay mütamadi olaraq bu qaydada işləmiş, Təqsirləndirilən şəxs vaxtı-vaxtında ondan aldığı pulları gəlirləri ilə birlikdə geri qaytarmışdır. 2013cü ilin əvvəllərində qızının xeyir işi ilə bağlı mebel alarkən təsadüfən Zərərçəkmiş şəxslə tanış olmuş və sonuncu işlətdiyi mağazaya gəlib-getməyə başlamış, Xəyyamla Yalçının tanışlığı yaranmış, münasibətləri yaxşılaşmışdır. 2014-cü ilin oktyabr-noyabr aylarında Xəyyam ona steklovat biznesi ilə məşğul olmaqla Türkiyədən Qazaxstana steklovat göndərmək istəməsini, bu işə başlamaq üçün təxxxxxn 200.000 ABŞ dolları lazım olmasını demiş, iş üçün lazım olan pulun çox olmasını görüb həmin vaxt Xəyyamın təklifindən imtina etmişdir. Sonradan məlum olmuşdur ki, Xəyyam bu təklifi Zərərçəkmiş şəxs də etmiş və Zərərçəkmiş şəxs ondan Xəyyamın necə adam olmasını, yəni iş bacarığının olub-olmamasını, əvvəllər iş birliyinin olub-olmamasını soruşmuş və əgər onun özü də bu işdə olacaqsa Xəyyama pul verəcəyini bildirmiş, Zərərçəkmiş şəxs Xəyyamla birlikdə iş birliyi olan ərəfədə heç vaxt aldanılmadığını, hər zaman dürüst olmasını, pulları vaxtıvaxtında qaytarmasını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs işə başlaması üçün Xəyyama ilkin olaraq 200.000 ABŞ dolları vermiş, özü və Zərərçəkmiş şəxs Xəyyamın bu işi necə həyata keçirməsini, yəni steklovatı konkret Türkiyədə hansı şirkətdən alıb Qazaxstana hansı şirkətə satmasını, pulları xarici dövlətlərə hansı yolla göndərməsini bilməmiş, sadəcəolaraq Xəyyamın əvvəllər sözünə bütöv olmasının şahidi olduğundan həqiqətən bizneslə məşğul olmasına inanmışdır. Xəyyam 2014-cü ilin sonunda Zərərçəkmiş şəxs aldığı 200000 ABŞ dolları qarşılığında 214.000 ABŞ dolları gətirmiş, həmin pul onun, Yalçının və Xəyyamın arasında bölünmüşdür. Xəyyam Yalçından aldığı 200.000 ABŞ dollarını gəlirlə birlikdə geri qay- tardıqdan sonra növbəti partiya mal üçün Yalçın Xəyyama 400.000 ABŞ dolları vermiş, Xəyyam həmin pulun geri qaytarılmasında bir neçə gün gecikməyə yol vermiş, işə yatırılan sərmayənin məbləğinin artmasından narahat olaraq, bu işdən ayrılmaq qərarına gəlmiş, 2014-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs və Xəyyam birlikdə görüşən zaman bildirmişdir ki, artıq bu işlə məşğul olmaqdan imtina edir, həmin işlə bağlı əldə olunan gəlirlərdən heç bir qazanc istəmir, bu işdən kənarlaşır. Zərərçəkmiş şəxs və Xəyyam da bu işi davam etdirməyəcəklərini bildirmişlər. Heç kimin heç kimə borcu qalmadan bu iş yekunlaşmış, nə Xəyyam, nə də Yalçın ayrılandan sonra steklovat işini davam etdirmələri barədə heç bir söz deməmişlər. 2015-ci ilin mart ayında Zərərçəkmiş şəxs onunla görüşüb guya qardaşı Şahid1 ondan xəbərsiz Təqsirləndirilən şəxslə razılaşmasını, birlikdə steklovat işini davam etdirmələrini, qardaşı Zaurun Yalçından xəbərsiz Xəyyama külli miqdarda pul verməsini, nəticədə Xəyyamın bu işdən təxxxxxn 1.000.000 ABŞ dolları civarında borclu qalmasını bildirmişdir. Təqsirləndirilən şəxslə görüşərək Zərərçəkmiş şəxs dediklərinin həqiqət olubolmamasını soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən də bu işdən ayrılandan sonra Zərərçəkmiş şəxslə steklovat işini görməkdə davam etmiş, nəticədə Yalçına təxxxxxn 1.000.000 ABŞ dolları civarında borcu yaranmışıdr. Xəyyam bu borcun hansı səbəbdən yaranması barədə heç bir söz deməyərək, ancaq ziyan etməsini bildirmişdir. Bundan sonra Xəyyama və Yalçına bildirmişdir ki, haqq-hesabların ona heç bir aidiyyatı yoxdur, necə ki, bu işi gizlin ediblər, eləcə də öz problemlərini özləri həll etsinlər. 2015-ci ilin may ayında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ölkəni tərk edib Türkiyəyə getmiş, Xəyyam Türkiyəyə gedəndən bir neçə ay sonra adını xatırlamadığı türk millətindən şəxs işlətdiyi mağazaya gələrək Xəyyamı axtarmış, həmin türkdən Xəyyamı nə üçün axtarmasını soruşduqda, sonuncu hansısa transport kompaniyasında işləməsini, Təqsirləndirilən şəxs onların şirkəti vasitəsi ilə Türkiyədən Rusiyaya təxxxxxn 800.000 ABŞ dolları dəyərində 02 konteyner tütün məmulatlarını göndərməsini, həmin malların isə hansısa problem üzündən Dağıstan ərazisində yoxa çıxmasını, Xəyyamın həmin şirkətə transporta görə borclu qalmasını, buna görə də Xəyyamı axtarmasını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid3 öz ifadəsində göstərmişdir ki, xx xxxxxx 2012-ci ildən Zərərçəkmiş şəxs məxsus mebel mallarının satışı ilə məşğul olan «xxxx» MMC-də xəzinədar işləyir. Şirkətin tərkibində əvvəl bir neçə mebel salonları fəaliyyət göstərmiş, hazırda isə şirkətin tərkibində ancaq «Kral Mebel» salonu fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2014-cü ilin sonundan tanımış, Xəyyam əvvəlcə Yalçının tanışı Şahid2lə, sonrakı vaxtlarda tək özü mütamadi olaraq «Kral Mebel» salonuna Zərərçəkmiş şəxs yanına gəlib-getməyə başlamış, YalçınAbdullayevin məşğulolduğu sahibkarlıq fəaliyyətiilə bağlı banklardan kredit götürməyə ehtiyac yarananda şirkətinəmlakının dəyərinə dair banklara təqdim olunacaq sənədlər onun tərəfindən hazırlanmışdır. Bu səbəbdən, Zərərçəkmiş şəxs gördüyü işlərin bir çoxundan məlumatlı olmuşdur. 2014-cü ilin dekabr ayında Yalçın ona Xəyyamla iş birliyi quracaqlarını, ortaq olacaqlarını, xaricdən boru və steklovat idxalını həyata keçirəcəklərini, bununla bağlı kredit lazım olduğunu demiş, şirkətin ambarlardakı mallara və Zərərçəkmiş şəxs məxsus daşınmaz əmlaklara dair sənədləri toplamış, «VTB» bankın kredit şöbəsinin əməkdaşı Cavidlə əlaqə saxlamış, bankın mütəxəssisləri gələrək təqdim etdiyi sənədlərlə və ambarlardakı mallarla tanış olmuş, sonra Zərərçəkmiş şəxs həmin bankdan 965.000 ABŞ dolları verilmişdir. Zərərçəkmiş şəxs həmin krediti Təqsirləndirilən şəxslə şərikli qurmaq istədikləri işlə bağlı götürmüş, 2014-cü ilin dekabr ayından 2015-ci ilin əvvəlinə kimi, bir neçə dəfə Xəyyamın «Kral Mebel» salonuna gələrək Zərərçəkmiş şəxslə görüşmələrinin şahidi olmuş, lakin sonuncuların hər dəfə görüşərkən konkret nə barədə söhbət etdiklərini bilməmişdir. Bir neçə dəfə Təqsirləndirilən şəxs həmin mebel salonuna gəlməsini, Zərərçəkmiş şəxs kabinetinə daxil olmasını, çıxarkən əlində bağlama olmasını görmüş, Xəyyamın Yalçından birgə gördükləri işlə bağlı pul götürməsini başa düşmüşdür. 2015-ci ilin təxxxxxn mart ayında Zərərçəkmiş şəxs qəflətən əhval-ruhiyyəsində dəyişikliklər baş vermiş, sonuncu hər gün işə çox gərgin, pis əhval-ruhiyyədə gəlib-getmişdir. Həmin ərəfələrdə özü və digər işçilər Zərərçəkmiş şəxs bunun səbəbini soruşanda, Yalçının deməsindən məlum olmuşdur ki, Xəyyam şərikli biznes fəaliyyəti qurmaq adı ilə külli miqdarda pulunu ələ keçirmiş, pulları mənimsəyərək heç bir iş görməmiş, Təqsirləndirilən şəxs guya boru və steklovat işi ilə məşğul olmaq adı ilə Yalçından külli miqdarda pul almış, əslində Xəyyam heç bir işlə məşğul olmamış, Yalçından aldığı pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Xəyyamla Zərərçəkmiş şəxs görüşmələri 2014-cü ilin sonuna və 2015-ci ilin əvvəlinə təsadüf etmişdir. Hazırda həmin vaxtdan xeyli müddət keçdiyinə görə Xəyyamın işlədiyi mebel salonuna konkret olaraq hansı tarixlərdə gəlməsini, hər dəfə hansı məbləğlərdə pul götürməsini xatırlamır. Lakin həmin ərəfədə Xəyyam mütamadi olaraq işlədiyi Nərimanov rayonu Heydər Əliyev prospektində olan «Kral Mebel» salonuna gəlib-gedərək Zərərçəkmiş şəxslə görüşmüşdür. Bir neçə dəfə Xəyyam Yalçın müəllimin otağında olarkən onlara çay aparmış və masanın üzərində külli miqdarda pul olmasını görmüşdür. Bir neçə dəfə Xəyyamın əliboş mebel salonuna daxil olmasını, çıxarkən isə əlində bağlama olmasını görüb iş görmək üçün Yalçından pul götürməsini başa düşmüşdür. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid4 Alirıza oğlu öz ifadəsində göstərdi ki, Türkiyə vətəndaşıdır, 1995-ci ildən Azərbaycan Respublikasında yaşayır. 2012-ci ilin avqustdan hazıra kimi «xxxx» MMC-də satış müdiri işləyir. Şirkən direktoru Yasin Abdullayevdir. «xxxx» MMC Bakı şəhərində mebel mallarının satışı ilə məşğul olur. Hazırda şirkətin tərkibində Nərimanov rayonu Heydər Əliyev prospekti 72A-da Kral Mebel salonu fəaliyyət göstərir, həmin mebel salonunda satış müdiri işləyir. Təqsirləndirilən şəxs 2014-cü ilin sonlarından tanımış, həmin vaxta kimi işlədiyi mebel salonunda Xəyyamı görməmiş, lakin 2014-cü ilin sonundan başlayaraq Xəyyam əvvəlcə Yalçın müəllimin tanışı Şahid2lə, sonradan isə tək «Kral Mebel» salonuna, Zərərçəkmiş şəxs yanına gəlib-getməyə başlamış, 2014-cüilin təxxxxxn dekabr ayında Zərərçəkmiş şəxs deməsinə görə ona və digər işçilərə məlum olmuşdur ki, Yalçın Təqsirləndirilən şəxslə şərikli hansısa biznes qurmuşdur. Həmin sahənin mebel sahəsinə aidiyyəti olmadığından bu işlə ətraflı maraqlanmamışdır. Ümumi söhbətlərdən məlum olmuşdur ki, sonuncular birlikdə boru və steklovat biznesini həyata keçirməyi planlaşdırırlar. 2014-cü ilin dekabr ayında Yalçın müəllimin deməsinə görə Təqsirləndirilən şəxslə qurmaq istədikləri biznes fəaliyyətinə sərf etmək üçün «VTB» bankdan 965.000 ABŞ dolları kredit götürüb həmin pulu Xəyyama vermişdir. 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində, bir neçə dəfə Təqsirləndirilən şəxs «Kral Mebel» salonuna gələrək Zərərçəkmiş şəxslə görüşmələri, Xəyyamın salona gələrkən əli boş olmasını, salondan çıxarkən əlində bağlama olmasını görmüş və sonuncunun Yalçından pul götürməsini başa düşmüşdür. 2015-ci ilin təxxxxxn mart ayında Zərərçəkmiş şəxs qəflətən əhval-ruhiyyəsində dəyişikliklər olmuş, özü və digər işçilər Zərərçəkmiş şəxs səbəbini soruşmuş və Yalçının deməsindən onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs şərikli biznes fəaliyyəti qurmaq, guya boru və steklovat işi ilə məşğul olmaq adı ilə onun külli miqdarda pulunu alıb ələ keçirmiş, pulları mənimsəyərək heç bir iş görməmiş, əslində Xəyyam heç bir işlə məşğul olmamış, aldığı pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Xəyyamla Zərərçəkmiş şəxs görüşləri 2014-cü ilin sonları və 2015-ci ilin əvvəlinə təsadüf edir. Həmin vaxtdan xeyli müddət keçdiyindən Xəyyamın mebel salonuna konkret hansı tarixlərdə gəlməsini, hərdəfə hansı məbləğdə pul götürməsini xatırlamır. Bir neçə dəfə Təqsirləndirilən şəxs əliboş işlədiyi mebel salonuna daxilolmasını, çıxarkən əlində bağlama olmasını görüb Yalçından pul götürməsini başa düşmüşdür. Pulun verilməsi zamanı yanlarında olmamışdır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq vaxtı verdiyi ifadələrini bir daha təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı deyib təsdiq etməklə, sonuncunu ona qarşı dələduzluq etməkdə ifşa etmişdir (c-3, i.v. 193-200). Birinci instansiya məhkəməsində tədqiq edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi bir ədəd CD diskə köçürülmüş səs yazısına baxış keçirilməsi barədə protokoldan görünür ki, 2015-ci ilin fevral ayının axırlarında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış söhbət zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 965.000 ABŞ dolları məbləğində pul borcunun olmasını etiraf etmişdir (c-4, i.v. 120-126). Birinci instansiya məhkəməsində tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Türkiyədən faks vasitəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərdiyi xx xxxxxx 2016cı il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs həmin izahatında zərər çəkmiş şəxsə 965.000 ABŞ dolları pul borcunun olmasını göstərmişdir (c-2, i.v. 17-19). Birinci instansiya məhkəməsində tədqiqedilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000-170-/1xx-xx/018031 saylı xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında Təqsirləndirilən şəxs idxal əməliyyatları aparmasına dair hər hansı bir məlumat yoxdur (c-4, i.v. 149). Birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş “Mövcud borcun etirafı haqqında” xx xxxx 2015-ci il tarixli mücərrədmüqavilədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həqiqətən də zərərçəkmiş Zərərçəkmiş şəxs 965.000 ABŞ dolları pul borcunun olduğunu etiraf etmişdir (c-5, i.v. 95). Yuxarıda göstərilənlərdən əlavə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş digər çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci i tarixli, 7№-li qərarında göstərilmişdir ki, Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks edilə bilər. Dələduzluq əməlin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatın verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluq törədilməsi vaxtı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə edilməsi başa düşülür. Etibardan sui-istifadə etmə, habelə təqsirkarşəxsın qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkar şəxsin əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı bir öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bununüçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və ya xidməti göstərmədiyi və görmək və yaxud xidmət göstərmək niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs verdiyi ifadələrində özünü cinayəti törətməkdə təqsirli bilməməsi və zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onu aldatmaması, ümumiyyətlə dələduzluq etməməsi barədə irəli sürdüyü dəlillər yuxarıda sadalanan və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunduğundan və öz təsdiqini tapmadığından, onun həmin ifadələrinə tənqidiyanaşaraq vermiş olduğu ifadələrdə göstərdiyi xüsusatları yalnız cinayət məsuliyyətindən boyun qaçırmaq və yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs öz ifadələrində zərərçəkmiş Zərərçəkmiş şəxs ilə bizneslərinin olması və sonuncuya borcunu tam qaytarmasına dair ifadələri zərərçəkmiş şəxsin ifadələri və toplanmış mötəbər və təkzibedilməz sübutlarla tam ziddiyyət təşkil edildiyindən, birinci instansiya məhkəməsi onun həmin ifadələrini ittihamı təkzib edən sübut növü kimi qəbul etməmişdir. Belə ki, iş üzrə heç bir marağı olmayan Şahid2 öz ifadəsində göstərmişdir ki, “2015-ci ilin təxxxxxn mart ayında Zərərçəkmiş şəxs onunla görüşərək, guya qardaşı Şahid1 ondan xəbərsiz Təqsirləndirilən şəxslə razılaşmasını, birlikdə steklovat işini davam etdirmələrini, qardaşı Zaurun Yalçından xəbərsiz olaraq Xəyyama külli miqdarda pul verməsini, nəticədə Təqsirləndirilən şəxs həmin işdən təxxxxxn 1.000.000 ABŞ dolları civarında borclu qalmasını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxslə görüşərək Zərərçəkmiş şəxs dediklərinin həqiqət olub-olmamasını soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həqiqətən də bu işdən ayrılandan sonra Zərərçəkmiş şəxslə steklovat işini görməkdə davam etmiş və nəticədə Yalçına təxxxxxn 1.000.000 ABŞ dolları civarında borcu yaranmışdır”. Bundan başqa, iş materialında təqsirləndirilən Təqsirləndirilən şəxs biznes fəaliyyəti ilə məşğul olması barədə hər hansı bir sübut yoxdur və eyni zamanda Dövlət Gömrük Komitəsinin məlumat bazasında onun idxal əməliyyatları aparmasına dair hər hansı məlumatın olmaması, onun biznes və ya digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmamasını təsdiq edir. Digər tərəfdən, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən fiziki və psixi təziqə məruz qalması, külli miqdarda pulları ondan biznes fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə əldə etməsi barədə öz ifadələrində irəli sürdüyü dəlillər məhkəmə baxış iclasında iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə həmin hissədə də onun ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək və ya ifadə verməkdən imtina etmək, haqqında irəli sürülən ittihamlara dair ifadə (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, şübhəli şəxs və ya təqsirləndirilən şəxs istədiyi kimi öz müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir, yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək və yaxud hər hansı bir məzmunda ifadə vermək onun vəzifəsi deyil birbaşa hüququdur. Belə olan halda isə, ibtidai istintaq və ya məhkəmədə hər hansı bir məzmunda ifadə verməsi yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs verdiyi ifadələrini ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və çoxsaylı şahidlərin ifadələri ilə, tədqiq edilmiş mötəbər sübutlarla öz təsdiqini tapdığını nəzərə alaraq hesab edir ki, onun ifadəsində irəli sürülən dəlillər ittihamı təkzib edən sübutlar kimi qəbul edilə bilməz. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs pul alarkən, biznes fəaliyyəti ilə məşğul olmaq niyyətinin olmamasını, hər hansı bir gəlir və yaxud mənfəət götürmək məqsədinin güdməməsini dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə yanaşı, cinayət işinin materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin səs yazısı ilə verdiyi etirafedici ifadəsi və mücərrəd müqavilə ilə, habelə Dövlət Gömrük Komitəsinin təqdim etdiyi 1000-170-/1xx-xx/018031 saylı xx xxxxxx 2018-ci il tarixli məktubu ilə tam sübuta yetirilmiş hesab etmişdir. Beləliklə də, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrinin məzmunu ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, baxış, götürmə, müayinə, üzləşməvəcinayət iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq etməklə və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq əməlini törətməsi onun özünün ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələrinin məzmunu ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə; məhkəmədə onunla şahidlər və zərərçəkmiş şəxs arasında keçirilmiş çarpaz dindirmələrlə; baxış, müayinə, götürməvə digər istintaq hərəkətlərinin protokolları ilə; iş üzrə toplanmış vəbirinci instansiya məhkəməsində elan edilərək tədqiq edilmiş digər çoxsaylı mötəbər və təkzibedilməz subutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə xarici ölkədən 64 ton dəmir boru və külli miqdarda steklovat biznesi ilə məşğul olmaq adı ilə sonuncudan külli miqdarda pul almasına baxmayaraq, cinayət işinin materialında onun həmin fəaliyyətlə məşğul olmasını təsdiq edən hər hansı bir sənəd (müqavilə, alqı-satqını təsdiq mühasibət sənədi, yük bəyannaməsi və sair) yoxdur və ümumiyyətlə olmamışdır. Belə olan halda, onun hər hansı bir formada biznes fəaliyyəti ilə məşğul olması istisna edilir. Göstərilənlər isə birbaşa ona dəlalət edir ki, məhkum Təqsirləndirilən şəxs niyyətivəməqsədi yalnız zərərçəkmiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib aldatmaqla sonuncunun əmlakını, yəni külli miqdarda pul vəsaitini ələ keçirməklə ona külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmək olmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapdığından, onun barəsində bəraət hökmünün çıxarılmasına dair müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə razılaşmır və bu səbəbdən məhkəmənin hökmünün ləğv olunması üçün əsas tapmır. Digər tərəfdən, birinci instansiya məhkəməsi zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı araşdıraraq hesab etmişdirdir ki, qeyd olunan mülki iddia AzərbaycanRespublikası Cinayət Prosessual Məcəlləsinin 179-183-cümaddələrinin tələblərinə uyğun olmaqla yanaşı, verilmiş mülki iddiada göstərilən pul məbləği təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda olan məbləğlə üst-üstə düşdüyünə görə həmin hissədə təmin edilməli, lakin manatın devalvasiyası nəticəsində ziyana məruz qalması və bu hissədə mülki iddia əsaslandırılmadığından, həmin hissədə mülki iddia təmin edilməməlidir. Nəticədə, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs cəmi 756.946 manat tutularaq zərər çəkmiş ödənilməli və mülki iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. İşmateriallarında olan sənədlərdən görünür ki, məhkum Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailəlidir və himayəsində iki azyaşlı övladları vardır. İş materiallarında olan sənədlərə əsasən, məhkum Təqsirləndirilən şəxs onun barəsində başlanmış cinayət işi üzrə istintaqdan yayındığından beynəlxalq axtarışa verilmiş və bir müddət sonra Türkiyənin İzmir şəhərində saxlanılmış və Azərbaycana ekstradisiya edilməsi məqsədi ilə xx xxxx 2018-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən təhvil alınaraq İstanbul şəhərinin Atatürk hava limanından Bakı şəhərinə etap edilmişdir. xx xxxxxx 2018-ci il tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmənin hazırlıq iclasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (3, i.v. 132-133; c-4, i.v. 61-64). Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına əsasən bu Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin ağır cinayətlər sırasına aid olmaqla yanaşı həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, vurulmuş ziyanın qismən ödənilməsi və onun əvvəllər məhkum olunmamasını - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs dələduzluq cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə külli miqdarda zərər vurulmasını və onun vurulmuş ziyanın aradan qaldırımasına yönəlmiş hərəkətlərini nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə cəmiyyətdən təcrid olunmaqla islah və yenidən tərbiyə oluna bilər. Bu səbəbdən, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olması mümkün olmaqla məqsədə müvafiqdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 15 gün müddət ümumi cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli; 122 manat təşkil edən ekspertiza xərti ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə tam uyğun olaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddində ədalətli cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxscəza təyin edərkən, törətdiyi cinayət əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə üsulunu, cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, habelə cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkünlüyünü və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Beləliklə, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin,«İnsan Hüquqları və X6 Haqqında» xx xxxxxxxx 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsi və «Məhkəmələr tərəfindən cinayət cəzaların təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 04 nömrəliqərarının tövsiyyələrini nəzərə almaqla, onun şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cinayət işi üzrə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cüil tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx xxxx 2006-cı il tarixli qərarının və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli qərarının tövsiyyələrinə və izahlarına əsaslanaraq, yekun nəticəyə gəlməklə qanuni, əsaslı və ədalətli hökm çıxarmışdır. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə daha ağır cəza təyin olunması və verilmiş mülki iddianın tam həcmdə təmin edilməsi barədə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndətərəfindən verilmiş apellyasiya şikayəti cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib olunduğundan, əsassız hesab olunaraq təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü nəticə etibarı ilə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanmalı, zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə və məhkum Təqsirləndirilən şəxs müdafiəçiəsi Müdafiəçi1tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, qərara a l ı r: Zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində olan xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Həsən Əhmədov
3. Habil Məmmədov