Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1452/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhəi 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, məhkum olunmuş Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 228.4cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1002/2022 saylı, 25 may 2022-ci il tarixli hökmündən məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1002/2022 saylı, 25 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyev Samir, hakimlər Cavid Hüseynov və Eldar İsmayılov) 17 avqust 1989-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağını istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirmiş, habelə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 6,794 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 05 yanvar 2022- ci il tarixdə saat 16:00-da Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4da yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində şəxsi axtarış həyata keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda çəkiləri 3,273 qram və 3,521 qram olmaqla ümumi təmiz çəkisi 6,794 qram psixotrop maddə metamfetamin əynindəki boz rəngli şalvarın sağ yan cibindən, bir ədəd soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı qara rəngli gödəkçəsinin sağ iç cibindən aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Müdafiəçi2 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və müdafiə tərəfinin çıxışlarını dinləyib belə hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1002/2022 saylı, 25 may 2022-ci il tarixli hökmü dəyişdirilməməli, məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətində, apellyasiya instansiya məhkəməsində məhkum olunmuş Təqsirləndirilən şəxs və müdafiəçisinin göstərdiyi halların iş materialları ilə öz təsdiqini tapmadığını bildirir və müdafiə xarakterli mövqe kimi qiymətləndirir. Belə ki, məhkum olunmuş Təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya instansiya məhkəməsindəki icraatı zamanı göstərdikləri cinayət işi üzrə toplanmış biri digərini tamamlayan sübutlarla (özünün cinayəti etiraf ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və s.) təkzib edildiyindən məhkəmə kollegiyası həmin məlumatların həqiqətə uyğun olmayan, müdafiə xarakterli olduğunu vurğulayır və hesab edir ki, məhkum bu cür fikirlər söyləməklə məsuliyyətdən qurtulmaq və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yayınmaq məqsədi daşıyır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, saxlanılarkən üzərində bıçaq olsa da, narkotik vasitə olmamışdır. O heç vaxt nə narkotik vasitədən istifadə etməmiş, nə də narkotik vasitə satmamışdır. Bunların hamısı polis əməkdaşları tərəfindən başqa bir məsələ ilə bağlı ona hazırlanmışdır. Belə ki, bir şəxs var imiş və polis əməkdaşları ona deyirmiş ki, həmin şəxsin silah saxlamasını etiraf etsin, lakin o, etiraf etməmişdir. Buna görə də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu idarəyə aparmışlar. Orada polis əməkdaşları onun üzərinə narkotik vasitə yerləşdirmiş və ona təzyiq göstərmişlər ki, həmin narkotik vasitənin ona məxsus olduğunu bildirsin. Əks halda, 70 yaşlı anasını idarəyə gətirəcəkləri və evinə 1 kiloqram narkotik vasitə yerləşdirəcəkləri ilə onu hədələmişlər. O da bu hədələr qarşısında məcbur olub üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, indiyədək narkotik vasitədən istifadə etməmiş, heç siqaret belə çəkməmişdir. Ekspertizada ondan sadəcə olaraq bir neçə sual soruşulmuşdur. Analiz belə verməmişdir. O, narkotik vasitə adlanan şeyi tanımamışdır. Saxlanılarkən üzərində bıçaq olsa da, narkotik vasitə olmamışdır. Ona belə qərəzli yanaşmalarına səbəb polis əməkdaşlarının onu üzdən tanıdığı bir şəxsin silahı olmasını etiraf etməyini istəmələri olmuşdur. Bunu ona qarşı bu rəftarlarına səbəbin nə olduğunu soruşduqda polis əməkdaşları özləri demişlər. O, dəfələrlə ölkə bayrağını müsabiqələrdə qaldırmışdır və heç vaxt narkotik vasitlərin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu evdən çıxanda binanın yanında tutmuşlar. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir və narkotik vasitə görməmişdir. Polis əməkdaşları onu hədələdikləri üçün üzərinə yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Artıq polis əməkdaşları onu tutmuşlar və polis əməkdaşlarının ona etdiklərini məhkəməyə bildirməkdən qorxmur. Saxlanılarkən üzərində olan bıçağı iki gün əvvəl tapmış və xoşuna gəlmişdir. Saxlanıldığı gün yadından çıxdığı üçün bıçaq üzərində qalmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və digər əməkdaşlar Şahid1, Şahid2 iştirak etmişdir. Həmin gün Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanın yaxınlığında saxlamışlar. Saxlanmasının əsaslarını izah etdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməsini təklif etmişlər və o etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Baş idarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü cibində olan bıçağı və iki ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd büküm açıldıqda bükümlərin içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bıçaq və iki ədəd bükümdə olan metamfetaminə oxşar maddələr ayrıayrı iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Narkotik vasitə Təqsirləndirilən şəxs cibində aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni özü çıxarıb masanın üzərinə qoymuşdur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Babək Haqverdiyev tərəfindən tərtib olunmuş 05 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılacağı barədə məlumat verilmiş, o bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq və metamfetamin olduğunu bildirərək, əynindəki gödəkçənin sağ iç cibindən bir ədəd bıçaq tipli dəmir predmeti və şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin kütlələrə baxış keçirilmiş və bükümlərdə ağ rəngli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilmişdir. Həmin bükümlərdəki maddələr sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunan soyuq silaha bənzər dəmir predmeti sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD Diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2022-ci il tarixli, 6/29 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6 dairəvi möhür əksi olan, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş....” sözləri, soyad və imzalar qeyd edilmiş olan bir ədəd kağız paketin içərisində olan iki ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 3,273 qram, 3,521 qram, ümumi təmiz çəkisi 6,794 qram olan, ağ rəngli, kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi6,794 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 6,694 qram. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş 06 yanvar 2022-ci il tarixli “DVD Disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə BMCMİnin xidməti otaqlarının birində təhqiqatçı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O, üzərində bir ədəd bıçaq və metamfetamin olduğunu bildirir və əynindəki gödəkcənin sağ iç cibindən bir ədəd bıçağı və əynindəki şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlər açıldıqda bükümlərdə ağ rəngli, kristalşəkilli maddələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bıçağı mağazadan, iki ədəd bükümlərdəki metamfetamini isə İran vətəndaşından aldığını bildirir. Həmin bükümlərdəki maddələr sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış davam etdirilir və Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Bundan sonra onun üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan maddələr kağız zərfdə qablaşdırılaraq möhürlənir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş 06 yanvar 2022-ci il tarixli “DVD Disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 05 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə BMCMİnin xidməti otaqlarının birində təhqiqatçı Babək Haqverdiyev tərəfindən şəxsi axtarış və götürmə hərəkətləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. O, üzərində bir ədəd bıçaq və metamfetamin olduğunu bildirir və əynindəki gödəkcənin sağ iç cibindən bir ədəd bıçağı və əynindəki şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd bükümlər açıldıqda bükümlərdə ağ rəngli, kristalşəkilli maddələr olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bıçağı mağazadan, iki ədəd bükümlərdəki metamfetamini isə İran vətəndaşından aldığını bildirir. Həmin bükümlərdəki maddələr sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış davam etdirilir və Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Bundan sonra onun üzərindən aşkar olunmuş iki ədəd bükümdə olan maddələr kağız zərfdə qablaşdırılaraq möhürlənir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 04 fevral 2022-ci il tarixli, 3/26 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin 28 fevral 2022-ci il tarixli, 994 №-li rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olması, özünün ibtidai araşdırma dövründə və birinci instansiya məhkəməsində vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji rəyləri və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.1-ci maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən və ağırlaşdırıcı halların olmamasını kifayət qədər nəzərə alaraq, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs haqqında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1002/2022 saylı, 25 may 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum olunmuş Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3, 228.4cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1002/2022 saylı, 25 may 2022-ci il tarixli hökmü məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-1452/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1452/2022
29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver