Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1457/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi X3, məhkum olunmuş Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuror, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İbrahim İbrahimli) xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda heç yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)- 626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq hökmlərin məcmusu üzrə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq qərarına gəlib bu məqsədlə 24 oktyabr 2019-cu il tarixdə 12:00 radələrində ünvan 2 ünvanında yerləşən 221 saylı tam orta məktəbə gəlib 1-ci mərtəbədə yerləşən, qapısı örtülmüş vəziyyətdə olan 14 saylı otağa yaxınlaşıb qapını açmaqla daxil olaraq orada masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 350 manat qiymətində “Xiomi Redmi Note7” markalı mobil telefonu və Zərərçəkmiş şəxs məxsus olan çantadan içərisində 170 manat pul olan 50 manat qiymətinə cüzdanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilkdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hökmündən narazı qalan işin baxılmasında iştirak etmiş Dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmünün cinayət qanunu normalarının düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 7 avqust 2017-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsinə tövsif edilməklə cəza 03 (üç) il 06 (altı) aya endirilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 20 oktyabr 2017-ci il tarixli qanunla uyğunlaşdırılaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. Hökmdən isə görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən əvvəlki hökm üzrə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq hökmlərin məcmusu üzrə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya protestinin dəlillərini cinayət işinin materialı ilə birlikdə araşdıraraq, cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya protesti təmin edilməli və birinci instansiya məhkəməsinin hökmü cinayət qanunu normaları düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın həddi ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara görə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunan dövrdə 24 oktyabr 2019-cu il tarixdə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Təqsirləndirilən şəxs bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən cinayət qanunun normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən əməli törətmiş şəxs barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməli və verilmiş apellyasiya protesti təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədi, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinin tələbinə əsasən, təyin edilmiş cəza cinayətin ağırlığına və yaxud məhkumun şəxsiyyətinə uyğun olmadıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya digər qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunan Məcəllənin 405.1.4-cü maddəsinə əsasən, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun cinayət əməlinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya digər yekun qərarını dəyişdirir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası QƏRARA A L İ R: Apellyasiya protesti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-57/2021 saylı, 17 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq hökmlərin məcmusu üzrə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: İlqar Murquzov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №1(103)-1457/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1457/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver