Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1457/2022 28.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Tər-tər rayonunun Borsunlu kəndində qeydiyyatda olub, Bakı şəhəri Suraxanı rayonu, 2-ci mədən küçəsində nömrəsiz fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(101)-706/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxış keçirərək MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(101)-706/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 2 oktyabr 2021-ci il tarixdən hesablanması barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddianın olmadığı nəzərə alınması, maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,931 qram narkotik vasitə heroinin tədqiqata sərf olunduqdan sonra qalan 0,773 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, şəxsi axtarış prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılması, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış «Rəşad» adlı şəxslə qazanc məqsədilə ilə narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün qabaqcadan əlbir olub bir qrup halında Rəşad adlı şəxsin qanunsuz əldə etdiyi narkotik vasitələrin satışını öz üzərinə götürmüş və razılaşmalarına əsasən narkotik vasitənin satışından əldə ediləcək puldan 15 manatı özündə saxlayıb 20 manatı isə «Rəşad» adlı şəxsə vermək şərti ilə 1 oktyabr 2021-ci il tarixdə müəyyən edilməyən yerdə istintaqla müəyyən olunmamış «Rəşad» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 7 ədəd kağız xırda bağlamalarda, hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,141 qram, 0,148 qram, 0,156 qram, 0,077 qram, 0,105 qram, 0,136 qram, 0,150 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumilikdə, təmiz çəkisi 0,913 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək «Prima» siqaret qutusuna yerləşdirib üstündə saxlamaqla daşımış, 2 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Sabunçu rayonu Ramana qəsəbəsində xidmət aparan Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki donunun döş cibindəki siqaret qutusunun içərisində 7 bükümdə ümumilikdə təmiz çəkisi 0,913 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(101)-706/2022 saylı hökmü dəyişdirilərək şərti azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməlindən səmimi peşmandır, himayəsində rəhmətə gedən oğlunun iki azyaşlı övladı var, onlardan biri ağır xəstədir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(101)-706/2022 saylı hökmü deyişdirilərək şərti azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X5 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(101)- 706/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən əsaslı olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mövcud sübutlarla ziddiyyət təşkil edir və özündə heç bir obyektiv həqiqəti əks etdirmir. Bu baxımdan həmin dəlillər əsaslı hesab edilə bilməz. Həmçinin şərti məhkum etmə ilə bağlı hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(101)-706/2022 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 1(101)-706/2022 saylı hökmü Təqsirləndirilən şəxs barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X4 X9
Məhkəmə qərarları › İş №1(103)-1457/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1457/2022
28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver