Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-1458/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçilər – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkilləri: Müdafiəçi6, Müdafiəçi7, Müdafiəçi5 və X6, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(009)-15/2021 saylı hökmü ilə (hakim Ü.S.Şükürova) xx xxxx 1998-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Masazır yaşayış massivində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs1 izah edilməsi, xx xxxxxxxx 1994-cü ildə Ucar rayonu, Qazyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 123, mənzil 18-də qeydiyyatda olan və Bakı şəhəri Yasamal, Yeni Yasamal qəsəbəsində kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs2 izah edilməsi, xx xxxxx 1999-cu ildə Göyçay rayonu, Ləkçılpaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Yalman kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri Yasamal rayon Yeni Yasamalda kirayədə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs3 izah edilməsi, xx xxxxxx 1995-ci ildə Bərdə rayonu, Böyük Göyüşlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs4 izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə 870 (səkkiz yüz yetmiş) manatın dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilməsi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə 1062 (bir min altmış iki) manatın dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilməsi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiə edilməsinə görə 1062 (bir min altmış iki) manatın dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilməsi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağazəki qızı tərəfindən Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiə edilməsinə görə 1032 (bir min otuz iki ) manatın dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilməsi hökm edilmişdir. İttiham üzrə işin halları: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdən sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib üzərində olan silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 vurub onda döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin kəsilmiş yarası, Zərərçəkmiş şəxs2 vurmaqla isə ona sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıqcızığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, özgə əmlakının məhv edilməsi ilə müşayiət olunan hərəkətlər edərək otaqda olan cəmi 50 manat dəyərində iki ədəd stulu qəsdən sındırmaqla qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdan sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib evdə olan şüşə qabı sındırıb əlində qalan şüşə parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq edərək Zərərçəkmiş şəxs1 vurub onda sol baldırın orta-yuxarı 1/3-nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdan sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib sındırılmış stulun taxta parçasını silah qismində istifadə edilən əşya kimi tətbiq edərək Zərərçəkmiş şəxs2 vurub onda bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdan sonra özünün ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmiş, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib Təqsirləndirilən şəxs1 üzərində olan silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 vurub onda döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin kəsilmiş yarası, Zərərçəkmiş şəxs2 vurmaqla isə ona sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıqcızığı, Təqsirləndirilən şəxs3 taxta parçası ilə Zərərçəkmiş şəxs2 vurub onda bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı, Təqsirləndirilən şəxs2 isə şüşə parçası ilə Zərərçəkmiş şəxs1 vurub onda sol baldırın orta-yuxarı 1/3-nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilməsində onlara şərait yaratmaqla və ərəblərə müqavimət göstərməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs4 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 apelyasiya protesti verərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs4 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünün ləğv edilməsi və hər birinin ibtidai istintaq zamanı onlara elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya protestinin dəlilləri və tərəflərin çıxışları: Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə bəraət hökmü çıxararkən baş vermiş hadisəni əsassız olaraq aşağıda qeyd olunan 2 mərhələyə ayırmaqla, hadisədə hər hansı cinayətin, eləcə də təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməməsi, iş üzrə “cinayət hadisəsi olmadıqda” əsası ilə təqsirləndirilən şəxslərin hər birinə bəraət verilməsi nəticəsinə gəlmişdir:-İlkin mərhələ ilə bağlı işin halları ondan ibarət olmuşdur ki, X3 vətəndaşları 11 mart 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixdə keçən gecə Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, X13 A Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Ekstra klub»a əylənmək məqsədi ilə gələrək orada X5, Şahid11 və X11 ilə tanış olub əyləncələrini davam etdirmək üçün onları kirayə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə dəvət etmişlər, evdə olarkən spirtli içki qəbul etdikdən sonra, onlardan ikisi evin ikinci mərtəbəsində yerləşən yataq otağına qalxıb ayrı-ayrılıqda Mədinəxanım Ağayeva və Şahid11 ilə pul müqabilində cinsi əlaqədə olmuşlar, bundan sonra Mədinəxanım Ağayeva pulu götürüb evdən çıxıb taksi ilə oradan uzaqlaşmış, Şahid11 ilə Təqsirləndirilən şəxs4 isə orada qalmağa davam etmiş, evdə olarkən ərəb mənşəli şəxslərlə aralarında sözlü mübahisə yaranmış, mübahisənin gedişatında Şahid11 evi tərk etməyə imkan tapıb küçədə Aytəni gözləmiş, Təqsirləndirilən şəxs4 isə evdən çıxmasına imkan vermədiklərini görüb bir qədər sonra intim əlaqəyə girməyə razılıq vermək bəhanəsi ilə evin ikinci mərtəbəsinə qalxıb oradan tanışı Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə zəng edib olduğu yeri bildirərək onu köməyə çağırmış və bundan sonra evin yer səthindən nisbətən yüksəklikdən olan birinci mərtəbəsində yerləşən mətbəxin pəncərəsindən özünü yerə ataraq qaçmış və küçədə onu gözləyən Şahid11 yaxınlaşmışdır.Hadisənin bu gedişatı nəticəsində həm Şahid11, həm də Təqsirləndirilən şəxs4 dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Hadisənin ikinci mərhələsi ilə bağlı məhkəmə baxışının gedişatında müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, 12 mart 2020-ci il tarixdə, gecə təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs4 mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 zəng edərək Badamdar qəsəbəsində evdə olan ərəblərin onu evdən buraxmadıqlarını deyib ünvanı mobil telefona göndərib ona köməklik etməyi demiş, həmin zaman Təqsirləndirilən şəxs1 işlətdiyi kafedə olan tanışları Elşən və İsmayıl ilə birlikdə Aytənə kömək etmək məqsədi ilə getmək qərarına gəlmişlər, bu məqsədlə kafenin yanında olan dayanacaqdakı Vaqif adlı şəxsin idarə etdiyi taksi ilə həmin ünvana getmişlər, yolda gedəndə orada olan ərəblərin çoxluq təşkil etdiyi üçün Məhəmməd telefonla tanışı Pünhana zəng edib yola çıxmasını demiş, Vaqifin maşını ilə gedib «Qurd qapısı» restoranının yanından Pünhanı da götürüb Səbail rayonu Badamdar qəsəbəsinə tərəf getmişlər, yolda gedən zaman Aytənin hadisə yerindən bir az aralıda Fatimə ilə dayandığını gördükdə maşını onların yanında saxlayıb Aytənlə baş vermiş həmin hadisə ilə bağlı söhbət etdikdə Aytən yaxınlıqdakı evdə olan ərəblərin onun başına açdıqları oyun barədə danışmış, Məhəmməd tanışları ilə birlikdə Aytənin üst-başının pis vəziyyətdə olmasını və dizində xəsarəti görüb Aytənə qarşı niyə belə hərəkət etmələrini aydınlaşdırmaq üçün həmin ünvana getmişlər, ünvana çatdıqda həyətə girib evin qapısının bağlı olduğunu görüb qapını döymüşlər, ərəblərdən biri qapını açan kimi Məhəmməd, Pünhan və Aytən içəri daxil olmuş, evdə olan ərəblərin sərxoş vəziyyətdə olduqlarını görmüşlər, Aytən əlində olan mobil telefondakı tərcümə vasitəsi ilə danışmaq istədikdə birinci mərtəbədə olan ərəb ikinci mərtəbədə olan ərəbi səslədiyi üçün həmin ərəb aşağı düşmüş və əlində bıçaq üstlərinə gəlmiş, həmin ərəbin əlində nazik şəkilli tiyəsi olan bıçaq olmuş, həmin ərəb onu bıçaqla vurmağa cəhd edəndə yanında olan Pünhan masanın üstündə olan boş şüşəni divara vuraraq onları qorxutmuş, həmin vaxt ərəblərdən biri evdə olan oturacağı götürüb onların üstünə hücum çəkmiş, orada ara qarışmış aydınlaşdırmaq olmuş, mübahisəni səsini kənarda gözləyən Elşən eşitdikdə münaqişəyə son qoymaq üçün “polis gəldi” deyə qışqırdıqda təqsirləndirilən şəxslər evdən qaçaraq onları kənarda gözləyən taksiyə minib hadisə yerini tərk etmişlər. Məhkəmənin hadisəni təsnifatlaşdırdığı ilkin mərhələ ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə hadisəni təsvir edərkən iş üzrə zərərçəkmiş şəxslərin ifadələrini təhlil etmədən, guya Təqsirləndirilən şəxs4 hadisə baş verən ünvana, yalnız klubda tanış olduğu xarici vətəndaşları əyləndirmək üçün, bir növ qonaq kimi getdiyini qəbul etmiş, onun da digər qızlar kimi pul qarşılığında cinsi əlaqədə olmaq üçün hadisə baş verən ünvana getdiyini formal olaraq təkzib etmişdir.Eləcə də məhkəmənin guya Aytən X4 vətəndaşları tərəfindən evdən çıxmasına imkan vermədiklərini görüb, bir qədər sonra intim əlaqəyə girməyə razılıq vermədiklərini görüb, bir qədər sonra intim əlaqəyə girməyə razılıq vermək bəhanəsi ilə evin ikinci mərtəbəsinə qalxması və tanışı Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə zəng edib köməyə çağırması isə istər şahid ifadələri, istər də işin halları ilə uyğunluq təşkil etmir. Belə ki, iş üzrə zərərçəkmiş şəxslər və Səudiyyə Ərəbistanı vətəndaşları olan şahidlər ifadələrində bildirmişlər ki, qızlarla danışdıqları məbləğdə və müddətdə cinsi əlaqədə olduqdan sonra onlara səhərə qədər qalıb cinsi əlaqədə olmalarını təklif etmişlər, lakin qızlar razı olmamışlar, Şahid11 və X10 Nağıyevadan əvvəl hadisə baş verən evi tərk etmişlər, xarici vətəndaşlar evin təhlükəsizliyi üçün qapını bağlamışlar. Şahid2-lə cinsi əlaqədə olmuş Təqsirləndirilən şəxs4 da səhərə qədər qalıb cinsi əlaqədə olma təklifinə razılıq verməmiş və evdən getmək istəmiş, Saleh qapının açarını gətirmək üçün yuxarıya qalxıb geri qayıtdıqda Təqsirləndirilən şəxs4 evdə görməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs4 ifadəsində ərəblər tərəfindən hər hansı fiziki zora məruz qalmadığını, yalnız sözlə onunla cinsi əlaqədə olmaq üçün təklif olunduğunu, getmək istədiyini, lakin qapının bağlı olduğunu görüb evin mətbəxinin pəncərəsindən tullanıb həyətə düşərkən xəsarət aldığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs4 məcbur qalıb intim əlaqəyə girməyə razılıq vermək bəhanəsi ilə Səudiyyə Ərəbistanı vətəndaşlarından ayrılıb yuxarı mərtəbəyə qalxmamış, şahid və zərərçəkmişlərin ifadələrində də qeyd olunduğu kimi Şahid11 və Mədinəxanım Ağayeva getdikdən sonra Saleh qapını açmaq üçün yuxarıdan açarı gətirməyə gedərkən otaqda heç kəsin olmamasından istifadə edərək mətbəxin pəncərəsindən tullanaraq qaçmışdır. Eləcə də, videogörüntüdən göründüyü, eləcə də zərərçəkmiş şəxslərin, şahidlərin, Təqsirləndirilən şəxs4 özünün ifadəsindən aydın olduğu kimi, evdə olarkən hər hansı şəxs Təqsirləndirilən şəxs4 əlindən telefonu almamış, o sərbəst şəkildə öz mobil telefonundan istifadə etmiş, onun kiməsə məlumat verməsi məhdudlaşdırılmamışdır.Kimsə ona fiziki zor tətbiq edərək nə əlindən telefonu almış, nə də ki qolundan tutub saxlamışdır. Bu iş materiallarına əlavə edilmiş CD diskdəki görüntü ilə də öz təsdiqini tapır. Belə ki, hadisə yerini görüntüləyən iş materiallarına əlavə edilmiş CD diskdəki 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat 04 radələrini əhatə edən VİD- 20200312-VA0021 adlı fayldan görünür ki, otaq şəraitində Təqsirləndirilən şəxs4 və yanında X7 vətəndaşı masa ətrafında olan stulda əyləşmişlər, masanın üzərində dibçəkdə gül, 02 ədəd «Hell», 02 ədəd «Redbull» enerji içkilərinin, 01 ədəd «Coca-Cola» və 02 dumanlı formada butulkalarda spirtli içki butulkaları vardır, görüntülər olan ekranın ortasında ərəb hərfləri ilə yazılar görünür.Təqsirləndirilən şəxs4 saqqız çeynəməklə əlində tutduğu mobil telefona nə isə yazır və telefonda yazdığı yazıları yanında olan şəxsə göstərərək oxudur və bununla görüntülər başa çatır.Eləcə də, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid1 Mesfer A, X13 A, Mədinəxanım Ağayeva, Şahid11 Təqsirləndirilən şəxs4 kiminləsə cinsi əlaqədə olmasını görmədiklərini, lakin əvvəlcədən hər üçünün cinsi əlaqədə olmaq üçün xarici vətəndaşlarla əvvəlcədən razılaşıb həmin ünvana getdiklərini bildirmişlər.İfadələrdən də göründüyü kimi, qızlar razılaşdıqları xarici vətəndaşlarla, eləcə də Təqsirləndirilən şəxs4 klubda tanış olduğu, 150 manat müqabilində intim xidmət göstərməyə razılaşdığı Şahid2 ilə cinsi əlaqədə olmaq üçün evin ayrı-ayrı otaqlarına qalxmışlar. Mübahisənin əsas səbəbi o olmuşdur ki, qızlar Səudiyyə Ərəbistanı vətəndaşları ilə klubda olarkən sonunculara 3 saat ərzində intim xidmət göstərməyə razılaşmalarına baxmayaraq, ərəblər cinsi əlaqədə olmaq üçün səhərə qədər onlarla qalmalarını təkid etmişlər.Məhkəmənin baş vermiş hadisəyə hüquqi qiymət vermək üçün ikinci mərhələ hesab etdiyi hadisələrlə bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 əvvəlcədən hadisə baş verən ünvanda çox sayda insanın olduğunu bilmiş, bu səbəbdən bir neçə tanışlarına da xəbər verərək, onlarla birlikdə Aytən X4 vətəndaşları ilə cinsi əlaqədə olmaq üçün razılaşdığı ünvana getmişdir.Məhkəmənin qiymətləndirdiyi kimi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 məqsədləri Təqsirləndirilən şəxs4 kömək etmə, onu evdən çıxarmaq olmuş olsaydı, onlar taksi ilə hadisə yerindən bir az aralıda Təqsirləndirilən şəxs4 Şahid11 ilə dayandığını gördükdən sonra onları götürüb oradan uzaqlaşmış olardılar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində onun da Təqsirləndirilən şəxs1 və tanışları ilə birlikdə hadisə baş verən yerə getdiklərini, hələ yolda olarkən Təqsirləndirilən şəxs4 zəng edib evin pəncərəsindən özünü atıb qaçdığını, həmin evdən uzaqlaşdığını, yanındakı qızla gizləndiklərini bildirdiyini qeyd etmişdir. Eləcə də, Şahid5 ifadəsində naviqatorla Təqsirləndirilən şəxs4 olduğu yeri tapdıqlarını, Aytənin dizlərinin qanadığını, sonuncunun dizlərinin pəncərədən tullanıb qaçarkən yaralandığını, evdəki şəxslərin xarici vətəndaşlar olduğunu, evə qayıtmağın pis olacağını dediyini, 2-3 dəfə Məhəmməddən həmin ünvana qayıtmamağı xahiş etsə də, Məhəmmədin ona qulaq asmadığını, bununla belə Aytənin ərəblərin onu saxladıqları evin ünvanını Məhəmmədgilə göstərdiyini bildirmişdir. Şahid5 ifadəsində göstərmişdir ki, o, evə girməmiş, küçədə darvazanın çölündə dayanıb gözləmiş, Məhəmmədgil evə yaxınlaşarkən həyətin qapısı açıq olsa da, evin giriş qapısı yenə də bağlı olmuşdur.Göründüyü kimi, təqsirləndirilən şəxslər hadisə baş verən ünvana yollanarkən, yəni hələ yolda olarkən Təqsirləndirilən şəxs4 artıq həmin evi tərk etməsindən xəbərdar olmuşlar, bununla belə hadisə baş verən evin yaxınlığına çatarkən Şahid11 ilə Təqsirləndirilən şəxs4 sağ-salamat olduqlarını görsələr də, eləcə də Təqsirləndirilən şəxs4 dizinin qanlı olmasının, üst-başının pis vəziyyətdə olmasının ərəblər tərəfindən deyil, təqsirləndirilən şəxslərin və şahidlərin də ifadələrindən göründüyü kimi onun hasardan atlanarkən aldığını bilmələrinə baxmayaraq, onlar Səudiyyə Ərəbistanı vətəndaşları ilə “haqq-hesab” etməyə getmişlər. Halbuki, təqsirləndirilən şəxslərin kifayət qədər imkanı olmuşdur ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat versinlər, lakin onlar bunu etməmiş, öz şəxsiyyətlərini başqalarının şəxsiyyəti fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Hadisə yerinə baxış protokolundan və ona əlavə olunmuş fotocədvəldən göründüyü kimi, hadisə vaxtı evdə olan əşyalar zədələnmişdir.Məhkəmənin təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs4 saxlandığı yerdən çıxarmaq üçün, yəni ona kömək etmək niyyətilə hadisə baş verən ünvana getmələrini qeyd etməsi yuxarıda qeyd olunan xüsusatlarla tam təkzib olunur. Bununla belə, Təqsirləndirilən şəxs4 artıq həmin evdən qaçdıqdan sonra təqsirləndirilən şəxslərin məsələni aydınlaşdırmaq üçün oraya getmələrini qeyd etmələri özlərini müdafiə kimi qiymətləndirilməlidir. Çünki məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslərdən hər hansı biri Səudiyyə Ərəbistanı vətəndaşları ilə ünsiyyət qurmaq üçün nə ərəb, nə də ki, digər xarici dil bilmirlər.Məhkəmənin işin faktiki hallarını nəzərə almadan şahidlər Mədinəxanım Ağayevanın və Şahid11 Təqsirləndirilən şəxs4 ilə tanışlıq münasibətlərində olmalarını, habelə Şahid5 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la dostluq münasibətlərində olmalarını əsas götürərək, Şahid10, Şahid11 və Şahid5 müdafiə tərəfinin şahidlərinə aid etməsi hər hansı hüquqi düşüncəyə söykənmir. Belə ki, təqsirləndirilən şəxslə dostluq münasibətində olan şəxslərin vermiş olduğu ifadələrinin birmənalı olaraq müdafiə tərəfinin vermiş olduğu ifadə kimi qiymətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.Qanunvericiliklə yalnız şəxsin özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etməsi və yaxın qohumlara qarşı ifadə verməyə məcbur edilməklə bilə-bilə yalan ifadə verməsi halı istisna olmaqla, istər yaxın qohumlar, istərsə də digər şəxslərin ifadə verməmişdən əvvəl CM-nin 297-ci və 298-ci maddəsində nəzərdə tutulmuş əməllər üzrə cinayət məsuliyyət daşıması müəyyən edilmişdir.Belə olan halda, Şahid10, Şahid11 və Şahid5 təqsirləndirilən şəxslərlə dostluq, tanışlıq münasibətlərində olmaları onların ifadələrinin mahiyyət etibarı ilə ittiham tərəfindən təqdim edilmiş ittihamedici sübut kimi qiymətləndirilməsini istisna etmir.Bundan başqa, məhkəmənin istintaqın gedişatında dindirilmiş şahidlər Şahid6 cinayət prosesində şəxsi marağı olmayan şahid kimi qəbul etməsi, ifadəsinin əhəmiyyətsiz olması ilə bağlı gəldiyi nəticə obyektiv deyil, yalnışdır. Belə ki, xuliqanlıq cinayətinin baş verməsi ilə bağlı xüsusatları Şahid6 da ifadəsində təkzib etməmiş, sonuncu ifadəsində bildirmişdir ki, 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat təxminən 03:30 radələrində «Habibi Travel» turizm şirkətinin işçisi Asim ona zəng edib evdə dava-dalaş baş verdiyini bildirmiş, o tələsik həmin evə getmiş və evə girib polisləri həmin ərəblərlə bir yerdə evdə görmüş, ərəblərdən birinin kürəyində və ayağının baldır hissəsində, ikincisinin isə topuğunda xəsarət olduğunu görmüş, evdə olan stullar qırılmış, birinci mərtəbədə olan əşyalar dağınıq şəkildə olmuş, birinci mərtəbədə olan stolun üstündə olan taxta parçasının üstünə sancılmış bir ədəd qatlanan, bir ədəd isə qatlanmayan bıçaqlar olmuş, evin birinci mərtəbəsində olan stullardan 50 manat dəyərində 02 ədəd stul sındırılmışdır. Bundan başqa, məhkəmə hökmündə tədqiq olunmuş hadisə yerinə yaxınlıqda yerləşən şirniyyat sexində quraşdırılmış videomüşahidə kamerasından götürülmüş 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat 04 radələrini əhatə edən 01:28 dəqiqəlik videomaterialı əks etdirən diskdəki görüntü baş vermiş hadisəni tam deyil, fasilələrlə əks etdirir.Faylda qaranlıq vaxtı küçə görünür, kameranın dirəyinin altında dayanmış vəziyyətdə ağ rəngdə minik avtomobilinin arxa ban hissəsi yuxarıdan və bir minik avtomobilinin kamera istiqamətdə uzaqdan dayanması görüntülənir.Görüntülər başlanandan sonra 00:15-də küçədəki görünən darvazanın qarşısında həmin uzaqda dayanmış vəziyyətdə olan avtomobilin irəli-arxaya verərək əks istiqamətdə dönməsi və təxminən 10-15 metr gedib dayanması, sonra ekranda «03/12/2020 03:59-04:00» vaxtı görüntülənir. 00:58-də qaranlıqda biri qısa yubkada qadın görkəmində, ikisi isə kişi geyimində şəxslərin qaranlıqdan qaçaraq küçəyə çıxmaları, həmin vaxt küçədə dayanmış ağ rəngli avtomobilin arxa-arxaya verərək evin darvazasının qarşısına gəlib dayanaraq onları gözləməsi, həmin 3 nəfərin qaçaraq gedib həmin avtomobilə əyləşmələri, onların arxalarınca bir nəfər kişinin ağ qollu köynəkdə onların arxalarınca maşina tərəf gedib sağ tərəfdən açıq vəziyyətdə olan açıq qapını bağlaması və qabaq tərəfə keçərkən avtomobilin hərəkətə gətirilib irəli getməsi və sonuncu şəxsin avtomobilə minib-minməməsinin bilinməməsi ilə görüntülər başa çatır.Bundan başqa ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, ünvan 3 ünvanında yaşamaqla 12 mart 2020- ci il tarixdə, saat 02 radələrində hadisə baş verən küçə ilə piyada evinə gedərkən, hadisə baş verən evin qarşısında olanda ucadan söyüş səsləri gəlməsini, nəyinsə çırpılması nəticəsində səs-küyün yaranmasını, qadın qışqırıq səsinin gəlməsini eşitmişdir, həmin səs-küy olan evin sahibini tanımır və orada kimlərin yaşamasını bilmir, lakin evin ünvanını göstərə bilər.Həmin mübahisənin ailə münaqişəsi zəminində olmasını düşünüb təcili işi olduğundan orada dayanmayıb evinə getmişdir. Həmin vaxt küçə qaranlıq olduğundan küçədə kiminsə olmasını görməmişdir. Həmin evdə olan səs-küy onu narahat etdiyi kimi yaxın qonşuları da narahat etmişdir. Məhkəmə iş üzrə nəticəyə gələrək nəzərə almamışdır ki, qeyd olunan cinayətin obyekti ictimai qayda və ictimai təhlükəsizliyi təmin edən ictimai münasibətlərlə yanaşı əlavə obyekt qismində insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə təqsirləndirilən şəxslərə bəraət verməklə, zərərçəkmiş şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutları düzgün təhlil etməməklə, qeyri-düzgün qiymətləndirməklə təqsirləndirilən şəxsin əməlini CM-nin 221-ci maddə üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət hökmü çıxarmaqla, CPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş “sübutların qiymətləndirmə” prinsipini, eləcə də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm prinsiplərini pozmuşdur.Qeyd edilənlər bütövlükdə onu göstərir ki, hüquq pozuntusuna yol verən şəxslərin əməllərinin tövsifinə dair, yekun nəticəyə gəlməklə dövlətin adından hökm çıxaran məhkəmələr tərəfindən qərəzli, qeyriobyektiv və törədilmiş əməlin xarakterinə uyğun olmayan əsassız hökmlərin çıxarılması, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarət dövlətin ali məqsədinin həyata keçirilməsinə zidd olmaqla bərabər, bu sahədə dövlətin beynəlxalq öhdəliklərinin də təmin edilməsi qarşısında sədd yaradır, həmçinin məhkəmə təcrübəsinin düzgün olmayan istiqamətdə inkişafına, cəmiyyətdə sosial ədalətin bərpasında qarşısıalınmaz problemlərə gətirib çıxarır.Odur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ləğv edilməlidir. Apelyasiya icraatında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apelyasiya protestinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiya icraatında dövlət ittihamçısı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünün ləğv edilməsi və hər birinin ibtidai istintaq zamanı onlara elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. İşin fatiki halları və hüquqi məsələlər: Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya protesti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. İlk növbədə qeyd edilməlidir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətlərə hüquqi qiymət verməklə belə qənaətə gəlmişdir ki, baş vermiş hadisənin gedişatında təqsirləndirilən şəxslərin hərəkətləri xuliqanlıq kimi təzahür etməmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü, habelə Təqsirləndirilən şəxs4 tərəfindən CM-nin 221.2.1- ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisəsinin şahidlərini şəxsi münasibətlər baxımından müdafiə tərəfinin, zərərçəkmiş tərəfin və qeyd olunan münasibətlərdən asılı və cinayət prosesində şəxsi marağı olmayan neytral tərəfin şahidləri kateqoriyasına bölmək olar. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarla Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın iş üzrə zərərçəkmiş şəxs statuslarına xitam verilməsi və istintaqın növbəti mərhələlərində şahid qismində iştiraklarının təmin edilməsi qərara alınaraq tərtib olunmuş ittiham aktında da, adı çəkilən şəxslər şahid siyahısına əlavə edilsə də, faktiki olaraq onlar şahid qismində dindirilməmişdir. Zərərçəkmiş tərəfin şahidi ola biləcək Şahid2, Şahid1 Mesfer A, Şahid3nın şahid qismində dindirilmələrinin qeyri-mümkünlüyü onların şahid statusunu istisna edir. Şahidlər X5 və Şahid11 Təqsirləndirilən şəxs4 ilə tanışlıq münasibətlərində olmaları, habelə Şahid5 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dostluq münasibətlərində olması səbəbindən Şahid10, Şahid11 və Şahid5 müdafiə tərəfinin şahidlərinə aid edilə bilər. Məhkəmə istintaqının gedişatında dindirilmiş şahidlər Şahid6 və Şahid12 cinayət prosesində şəxsi marağı olmayan şahid kimi qəbul edilməlidir. Şahid ifadələrinə sübut qismində qiymət verilməzdən öncə xüsusilə vurğulanmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarla təqsirləndirilən şəxslərə istinad edilən əməl CM-nin 181-ci maddəsinin müvafiq bəndlərindən CM-nin 221ci maddəsinin müvafiq bəndlərinə tövsif edildikdən sonra ibtidai araşdırma orqanı yalnız təqsirləndirilən şəxslərin əlavə ifadəsinin alınmasından ibarət istintaq hərəkəti həyata keçirmiş, bu istiqamətdə hər hansı bir əlavə araşdırma aparmamış və 07 iyul 2020-ci il tarixdə cinayət işi üzrə ittiham aktı tərtib edərək məhkəməyə göndərmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab etmişdir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi həmçinin şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, hadisənin baş vermə mexanizmi və şəraiti ilə bağlı mövcud sübutların məcmusu, yəni videogörüntülər, məhkəmə-tibbi ekspertiza rəyləri, habelə təqsirləndirilən şəxslərin ifadələri bir-birini tamamlamaqla yanaşı aralarında heç bir ziddiyyət müəyyən olunmur və bu səbəbdən məhkəmə, təqsirləndirilən şəxslərlə tanışlıq və dostluq münasibətlərində olmalarına baxmayaraq şahidlər X5, Şahid11 və Şahid5 ifadələrini həqiqətən uyğun hesab edərək onları iş üzrə zərərçəkmiş şəxslərin güya quldur basqına məruz qaldıqları ilə bağlı yalan ifadələri fonunda mötəbər sübut kimi qəbul edilməsini əsaslı hesab etmişdir. Şahidlər Şahid6 və Şahid12 münasibətdə məhkəmə qeyd etmişdir ki, hadisənin baş veribverməməsinə hüquqi qiymətin verilməli olması baxımından qeyd olunan şəxslərin ifadələri əhəmiyyət kəsb etməsə də, Şahid6 ifadələri zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin şəxsiyyətinə münasibətdə, Şahid12 ifadəsi isə ibtidai araşdırmanı aparmış müstəntiqin qərəzli davranışına münasibətdə qiymətləndirilməsi üçün önəm daşımışdır. Bu baxımdan birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, baş vermiş hadisə iki mərhələdən ibarət olmaqla hər iki mərhələnin tam təsviri və aydınlaşdırılması ümumən hadisəyə obyektiv hüquqi qiymətin verilməsinə imkan verir. İlkin mərhələ ilə bağlı işin həqiqi halları ondan ibarət olmuşdur ki, X3 vətəndaşları 11 mart 2020-ci il tarixdən 12 mart 2020-ci il tarixdə keçən gecə Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Ekstra klub»a əylənmək məqsədi ilə gələrək orada X5, Şahid11 və Təqsirləndirilən şəxs4 ilə tanış olub əyləncələrini davam etdirmək üçün onları kirayə yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə dəvət etmişlər, evdə olarkən spirtli içki qəbul etdikdən sonra, onlardan ikisi evin ikinci mərtəbəsində yerləşən yataq otağına qalxıb ayrı-ayrılıqda Mədinəxanım Ağayeva və Şahid11 ilə pul müqabilində cinsi əlaqədə olmuşlar, bundan sonra Mədinəxanım Ağayeva pulu götürüb evdən çıxıb taksi ilə oradan uzaqlaşmış, Şahid11 ilə Təqsirləndirilən şəxs4 isə orada qalmağa davam etmiş, evdə olarkən ərəb mənşəli şəxslərlə aralarında sözlü mübahisə yaranmış, mübahisənin gedişatında Şahid11 evi tərk etməyə imkan tapıb küçədə Aytəni gözləmiş, Təqsirləndirilən şəxs4 isə evdən çıxmasına imkan vermədiklərini görüb bir qədər sonra intim əlaqəyə girməyə razılıq vermək bəhanəsi ilə evin ikinci mərtəbəsinə qalxıb oradan tanışı Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə zəng edib olduğu yeri bildirərək onu köməyə çağırmış və bundan sonra evin yer səthindən nisbətən yüksəlikdən olan birinci mərtəbəsində yerləşən mətbəxin pəncərəsindən özünü yerə ataraq qaçmış və küçədə onu gözləyən Şahid11 yaxınlaşmışdır. Hadisənin bu gedişatı nəticəsində həm Şahid11, həm də Təqsirləndirilən şəxs4 dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Məhkəmə hesab etmişdir ki, ilkin mərhələdə Şahid11 və Təqsirləndirilən şəxs4 bədən xəsarətləri almaları açıq-aşkardır, xüsusən də, hər ikisinin əmin ərəb mənşəli şəxslər tərəfindən evdə saxlanılmaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilmələri hadisəsinin əlamətləri mövcuddur. Bu baxmından məhkəmə ibtidai araşdırma orqanının «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarında Təqsirləndirilən şəxs4 və Şahid11 evdə saxlamaqla onların adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilmələri hadisəsinə görə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinə hüquqi qiymət verilməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna göndərilməsi ilə bağlı qənaətini əsaslı hesab edir.Hadisənin ikinci mərhələsini müəyyən edən birinci instansiya məhkəməsi göstərmişdir ki, 12 mart 2020-ci il tarixdə, gecə təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs4 mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1 zəng edərək Badamdar qəsəbəsində evdə olan ərəblərin onu evdən buraxmadıqlarını deyib ünvanı mobil telefona göndərib ona köməklik etməyi demiş, həmin zaman Təqsirləndirilən şəxs1 işlətdiyi kafedə olan tanışları Elşən və İsmayıl ilə birlikdə Aytənə kömək etmək məqsədi ilə getmək qərarına gəlmişlər, bu məqsədlə kafenin yanında olan dayanacaqdakı Vaqif adlı şəxsin idarə etdiyi taksi ilə həmin ünvana getmişlər, yolda gedəndə orada olan ərəblərin çoxluq təşkil etdiyi üçün Məhəmməd telefonla tanışı Pünhana zəng edib yola çıxmasını demiş, Vaqifin maşını ilə gedib «Qurd qapısı» restoranının yanından Pünhanı da götürüb Səbail rayonu Badamdar qəsəbəsinə tərəf getmişlər, yolda gedən zaman Aytənin hadisə yerindən bir az aralıda Fatimə ilə dayandığını gördükdə maşını onların yanında saxlayıb Aytənlə baş vermiş həmin hadisə ilə bağlı söhbət etdikdə Aytən yaxınlıqdakı evdə olan ərəblərin onun başına açdıqları oyun barədə danışmış, Məhəmməd tanışları ilə birlikdə Aytənin üst-başının pis vəziyyətdə olmasını və dizində xəsarəti görüb Aytənə qarşı niyə belə hərəkət etmələrini aydınlaşdırmaq üçün həmin ünvana getmişlər, ünvana çatdıqda həyətə girib evin qapısının bağlı olduğunu görüb qapını döymüşlər, ərəblərdən biri qapını açan kimi Məhəmməd, Pünhan və Aytən içəri daxil olmuş, evdə olan ərəblərin sərxoş vəziyyətdə olduqlarını görmüşlər, Aytən əlində olan mobil telefondakı tərcümə vasitəsi ilə danışmaq istədikdə birinci mərtəbədə olan ərəb ikinci mərtəbədə olan ərəbi səslədiyi üçün həmin ərəb aşağı düşmüş və əlində bıçaq üstlərinə gəlmiş, həmin ərəbin əlində nazik şəkilli tiyəsi olan bıçaq olmuş, həmin ərəb onu bıçaqla vurmağa cəhd edəndə yanında olan Pünhan masanın üstündə olan boş şüşəni divara vuraraq onları qorxutmuş, həmin vaxt ərəblərdən biri evdə olan oturacağı götürüb onların üstünə hücum çəkmiş, orada ara qarışmış aydınlaşdırmaq olmuş, mübahisəni səsini kənarda gözləyən Elşən eşitdikdə münaqişəyə son qoymaq üçün “polis gəldi” deyə qışqırdıqda təqsirləndirilən şəxslər evdən qaçaraq onları kənarda gözləyən taksiyə minib hadisə yerini tərk etmişlər. Hadisənin ikinci mərhələsinin iş materiallarında olan sübutlarla müqayisəli şəkildə tədqiq edərkən belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxslər Aytənə qarşı edilmiş hərəkətlərin səbəbini aydınlaşdırmaq məqsədi ilə hadisə yerinə getmiş, mübahisə həyətyani sahənin içində yerləşən fərdi yaşayış evinin daxilində baş vermiş, dava-dalaş zamanı bütün dava iştirakçıları dərəcəsi təyin edilməyən müxtəlif bədən xəsarətləri almış, mübahisə zamanı ərəb mənşəli zərərçəkmiş və “şahid”lər sərxoş vəziyyətdə olmaqla yanaşı, kirayədə yaşadıqları evdə olan bıçaq və stullardan silah qismində istifadə etmişlər. Bu baxımdan məhkəmə ibtidai araşdırma orqanının hadisənin baş verməsinə səbəb kimi təqsirləndirilən şəxslərin davranışları ilə bağlı gəldiyi qənaəti ittiham aktında təsvir edərkən “evdə təşkil olunmuş məclisdan sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər” kimi qiymətləndirilməsini yanlış hesab etmişdir. Ümumiyyətlə ibtidai araşdırma orqanının bir tərəfdən Təqsirləndirilən şəxs4 evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini “cüzi səbəb” kimi göstərməsi, digər tərəfdən isə özünün qəbul etmiş olduğu «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarında “Təqsirləndirilən şəxs4 və Şahid11 evdə saxlamaqla onların adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edilmələri” qənaətinə gəlməsi ziddiyyət təşkil etməklə yanaşı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırmanın aparılmadığına dəlalət edir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, 12 mart 2020-ci il tarixdə baş vermiş hadisə məhz yuxarıda ətraflı qeyd olunan şəraitdə baş verərək mübahisənin hər iki tərəfdən iştirakçılarının dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə nəticələnmiş və mübahisə məhz təqsirləndirilən şəxslərin təşəbbüsü ilə, yəni aldıqları xəsarətlərdən sonra evi tərk edib qaçmaqları ilə bitmiş, mübahisə zamanı hər hansı bir ictimai asayişin pozulması halı baş verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qənaətini işin həqiqi hallarına uyğun olmayan və təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün olmayan nəticəyə gəldiyini qeyd etməklə, təqsirləndirilən şəxslərin cinayət əməlini törətmələrini inkar etməsi əsas göstərilməklə yekun nəticə əldə edilməsini qanunauyğun hesab etmir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hadisəni təsvir edərkən iş üzrə zərərçəkmiş şəxslərin ifadələrini təhlil etmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs4 hadisə baş verən ünvana bir növ qonaq kimi getdiyini qəbul etmiş və onun da digər qızlar kimi pul qarşılığında cinsi əlaqədə olmaq üçün hadisə baş verən ünvana getdiyini formal olaraq təkzib etmişdir. Eləcə də A.X4 vətəndaşları tərəfindən evdən çıxmasına imkan vermədikləri, intim əlaqəyə girməyə razılıq vermək bəhanəsi ilə evin ikinci mərtəbəsinə qalxması və tanışı Təqsirləndirilən şəxs1 telefon vasitəsi ilə zəng edib köməyə çağırması ilə əlaqədar qənaəti işin halları ilə uyğunluq təşkil etməmişdir. İşdən görünür ki, ibtidai istintaq mərhələsində zərərçəkmiş şəxslər və Səudiyyə Ərəbistanı vətəndaşları olan şahidlər ifadələrində bildirmişlər ki, qızlarla danışdıqları məbləğdə və müddətdə cinsi əlaqədə olduqdan sonra onlara səhərə qədər qalıb cinsi əlaqədə olmalarını təklif edilmiş, lakin qızlar razı olmamışlar. Şahid11 və X10 Nağıyevadan əvvəl hadisə baş verən evi tərk etmişlər, xarici vətəndaşlar evin təhlükəsizliyi üçün qapını bağlamışlar. Təqsirləndirilən şəxs4 səhərə qədər qalıb cinsi əlaqədə olma təklifinə razılıq verməmiş və evdən getmək istəmiş, Saleh qapının açarını gətirmək üçün yuxarıya qalxıb geri qayıtdıqda Təqsirləndirilən şəxs4 evdə görməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs4 ifadəsində ərəblər tərəfindən hər hansı fiziki zora məruz qalmadığını, yalnız sözlə onunla cinsi əlaqədə olmaq üçün təklif olunduğunu, getmək istədiyini, lakin qapının bağlı olduğunu görüb evin mətbəxinin pəncərəsindən tullanıb həyətə düşərkən xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs4 mətbəxin pəncərəsindən tullanıb həyətə düşərkən xəsarət alması öz ifadəsi ilə də tam təsdiq olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 Şahid11 və Mədinəxanım Ağayeva getdikdən sonra otaqda heç kəsin olmamasından istifadə edərək mətbəxin pəncərəsindən tullanaraq qaçmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs4 özünün əvvəllər vermiş olduğu ifadəsindən aydın olur ki, evdə olarkən hər hansı şəxs onun əlindən telefonu almamış, o sərbəst şəkildə öz mobil telefonundan istifadə etmiş, onun kiməsə məlumat verməsi məhdudlaşdırılmamış, kimsə ona fiziki zor tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş CD diskdəki 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat 04 radələrini əhatə edən VİD-20200312-VA0021 adlı fayldan görünür ki, otaq şəraitində Təqsirləndirilən şəxs4 və yanında X7 vətəndaşı masa ətrafında olan stulda əyləşmişlər, masanın üzərində dibçəkdə gül, 02 ədəd «Hell», 02 ədəd «Redbull» enerji içkilərinin, 01 ədəd «Coca-Cola» və 02 dumanlı formada butulkalarda spirtli içki butulkaları vardır, görüntülər olan ekranın ortasında ərəb hərfləri ilə yazılar görünür. Təqsirləndirilən şəxs4 saqqız çeynəməklə əlində tutduğu mobil telefona nə isə yazır və telefonda yazdığı yazıları yanında olan şəxsə göstərərək oxudur və bununla görüntülər başa çatır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid1 Mesfer A, X13 A, Mədinəxanım Ağayeva, Şahid11 və Təqsirləndirilən şəxs4 kiminləsə cinsi əlaqədə olmasını görmədiklərini, lakin əvvəlcədən hər üçünün cinsi əlaqədə olmaq üçün xarici vətəndaşlarla əvvəlcədən razılaşıb həmin ünvana getdiklərini bildirmişlər. Məhkəmə iclasından tədqiq olunmuş ifadələrdən də göründüyü kimi, Mədinəxanım Ağayeva, Şahid11 razılaşdıqları xarici vətəndaşlarla, eləcə də Təqsirləndirilən şəxs4 klubda tanış olduğu, 150 manat müqabilində intim xidmət göstərməyə razılaşdığı Şahid2 ilə cinsi əlaqədə olmaq üçün evin ayrı-ayrı otaqlarına qalxmışlar. Mübahisənin əsas səbəbi isə qızlar Səudiyyə Ərəbistanı vətəndaşları ilə klubda olarkən sonunculara 3 saat ərzində intim xidmət göstərməyə razılaşmalarına baxmayaraq, ərəblər cinsi əlaqədə olmaq üçün səhərə qədər onlarla qalmalarını təkid etməsi olmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almadan şahidlər Mədinəxanım Ağayevanın və Şahid11 Təqsirləndirilən şəxs4 ilə tanışlıq münasibətlərində olmalarını, habelə Şahid5 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la dostluq münasibətlərində olmalarını əsas götürərək, Şahid10, Şahid11 və Şahid5 müdafiə tərəfinin şahidlərinə aid etməsi qənaəti cinayət prosessual qanunverciliyin tələblərinə cavab verməmişdir. Belə ki, təqsirləndirilən şəxslə dostluq münasibətində olan şəxslərin vermiş olduğu ifadələrinin birmənalı olaraq müdafiə tərəfinin vermiş olduğu ifadə kimi qiymətləndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericiliklə yalnız şəxsin özü, arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməkdən imtina etməsi və yaxın qohumlara qarşı ifadə verməyə məcbur edilməklə bilə-bilə yalan ifadə verməsi halı istisna olmaqla, istər yaxın qohumlar, istərsə də digər şəxslərin ifadə verməmişdən əvvəl CM-nin 297-ci və 298-ci maddəsində nəzərdə tutulmuş əməllər üzrə cinayət məsuliyyət daşıması müəyyən edilmişdir. Belə olan halda, Şahid10, Şahid11 və Şahid5 təqsirləndirilən şəxslərlə dostluq, tanışlıq münasibətlərində olmaları onların ifadələrinin mahiyyət etibarilə ittiham tərəfindən təqdim edilmiş ittihamedici sübut kimi qiymətləndirilməsini istisna etmir və bu sübutlara digər sübutlarla yanaşı olaraq sübutetmə prosesində istinad edilə bilər. Bundan başqa, məhkəmə istintaqın gedişatında dindirilmiş Şahid6 cinayət prosesində şəxsi marağı olmayan şahid kimi qəbul etməsi, ifadəsinin əhəmiyyətsiz olması ilə bağlı gəldiyi nəticə də yalnış kimi qəbul edilməlidir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib göstərmişdir ki, hadisədən 5-6 ay öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bavariya” pivə kafesini icarəyə götürüb işlətmiş, Aytəni də həmin zamanlardan tanımış, Aytən və İsmayıl onun işlətdiyi kafedə ofisiant işləmişlər. 12 mart 2020-ci il tarixdə, saat təxminən 02 radələrində Aytənin kafedə saxladığı telefonuna zəng edərək Badamdar qəsəbəsində evdə olan ərəblərin onu evdən buraxmadıqlarını deyib ünvanı telefona göndərib ona köməklik etməyi xahiş etmişdir. Həmin zaman o, tanışı Elşən və işçisi İsmayıl ilə birlikdə kafedə söhbət edirmiş, o həmin ünvana gedib Aytənə kömək etmək məqsədi ilə kafenin yanında olan dayanacaqdakı Vaqif adlı şəxsin idarə etdiyi taksi ilə həmin ünvana getmiş, yolda gedəndə orada olan ərəblərin çoxluq təşkil etdiyi üçün telefonla tanışı Pünhana zəng edib yola çıxmasını demiş, Vaqifin maşını ilə gəlib «Qurd Qapısı» restoranının yanından Pünhanı da götürüb Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinə tərəf getmiş, yolda gedən zaman Aytənin hadisə yerindən bir qədər aralıda Fatimə ilə dayandığını görmüş, həmin zaman maşını onların yanında saxlayıb Aytənlə baş vermiş həmin hadisə ilə bağlı söhbət etdikdə sonuncu, ünvanda olan ərəblərin onun başına açdıqları oyun barədə danışmışdır. O, Aytənin üstbaşının pis vəziyyətdə olmasını və dizində xəsarəti görüb bu məsələni aydınlaşdırmaq üçün həmin ünvana getmişdir. Onun həmin ünvana getməkdə məqsədi ərəblərlə davadalaş etmək olmamış, o, Pünhan və Aytənlə birlikdə ərəblər qalan evin həyətinə girib evin qapısının bağlı olduğunu görüb qapını döymüş, ərəblərdən biri qapını açdıqda üçü də içəri daxil olmuş, Aytən əlində olan mobil telefondakı tərcümə vasitəsi ilə danışmaq istədikdə birinci mərtəbədə olan ərəb ikinci mərtəbədə olan ərəbi səslədiyi üçün həmin ərəb aşağı düşmüş və əlində bıçaq üstlərinə gəlmiş, həmin ərəbin əlində nazik şəkilli tiyəsi olan bıçaq olmuş, həmin ərəb onu bıçaqla vurmağa cəhd edəndə yanında olan Pünhan masanın üstündə olan boş içki şüşəni divara vuraraq onları qorxutmuşdur. Həmin vaxt o da bunu görüb özünü müdafiə etmək üçün evdə olan oturacağı götürüb ərəbi vuraraq özünü və yanında olanları qorumuşdur. Bu zaman orada ara qarışmış, ərəblər isə sərxoş vəziyyətə olmuşlar. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, hadisə yerinə gedən zaman məqsədi həmin evdə yaşayan ərəblərin Aytənə qarşı hansı səbədən hərəkət etmələrini aydınlaşdırmaq olmuş, evə gedəndə əlində bıçaq olmamış, əksinə ərəblərin birinin əlində bıçaq olduğunu görüb özünü qorumaq üçün onları vurmuş, onunla birlikdə olan Pünhan da masanın üstündəki boş içki şüşəni divara vurub sındıraraq özünü müdafiə etmiş, ərəblərdən heç kimin ayağına vurub xəsarət yetirməmiş, həmin vaxt İsmayılın oraya getməkdə məqsədi ərəblərin sayı çox olduğundan lazım olsa onlara köməklik etməsi olmuş, Aytənlə birlikdə hadisə baş verən evə gedən qızları tanımır, hadisə baş verən yerdə o, Pünhan, İsmayıl və Aytən olmuş, onlardan başqa heç kim olmamışdır. Evə daxil olmadan həyətin darvazasının yanında duran dostu Elşən münaqişənin olduğunu görüb «polis, polis» deyə qışqırdıqda ərəblər bir qədər duruxmuş və bu vəziyyətdən istifadə edərək o tanışları ilə birlikdə qaçaraq evi tərk etmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 yerlisi kimi tanımış, 2015-ci ildən Bakı şəhərinə gələndən sonra Məhəmmədin yaşadığı Bakıxanov qəsəbəsində tikintidə işləmiş və həmin vaxtdan yoldaşlıqları yaranmış, sonradan Məhəmməd Bakıxanov qəsəbəsi, Sülh küçəsində «Bavariya» adlı kafeni işlətmişdir. 2020-ci ilin mart ayının 12-də saat 02:30 radələrində Məhəmməd onun ***-***-**-** mobil nömrəsinə öz ***-***-**-** nömrəsindən zəng edib Badamdar qəsəbəsindəki «Qurd Qapısı» restoranının yanına gəlməyi xahiş etmişdir. Məhəmməd Aytən adlı işçisinin problemi yarandığını, ondan kömək istədiyini bildirmiş, Məhəmmədin danışığından mübahisəli məsələsi olduğunu, onu da özünə yardımçı kimi çağırdığını başa düşmüş, o, kirayədə yaşadığı Yeni Yasamalda yerləşən «Ətçilər» məhəlləsindən taksi ilə «Qurd Qapısı» restoranının yanına gəlmiş və orada gözləyərkən Məhəmməd, yanında İsmayıl və Elşən taksi ilə ora gəlmiş, o, İsmayılı və Elşəni də tanımış, Məhəmmədgil naviqator vasitəsilə ünvanı müəyyənləşdirib Badamdar qəsəbəsinə getmişlər. O hansısa məsələni aydınlaşdırmağa getmələrini bilsə də, özü ilə hər hansı predmet, yəni bıçaq və ya sair soyuq silah götürməmişdir. Maşına minib Badamdara gedərkən də Məhəmməddən və yanında olanlardan nə məqsədlə, hara getmələrini soruşmamış, ümumiyyətlə nə baş verdiyini bilməmiş, naviqatorun göstərdiyi yerdə taksini saxlamış, onlar maşından düşüb onun tanımadığı istiqamətdə piyada gedərkən məhəllələrin arasında Aytən və yanında tanımadığı qızı görmüşdür. Aytənin dizində xəsarət var idi. Aytən ərəblərin onu evdə saxlayıb zorlamaq istədiklərini və bu səbəbdən evin mətbəxindən düşüb qaçdığını bildirmişdir. Məhəmməd Aytəndən gedib həmin evi ona göstərməsini istəmiş, Aytən isə ona mane olmaq istəmiş, Məhəmməd isə gedib onların nə üçün belə etməsinin səbəbini aydınlaşdırmaq istədiyini demişdir. Onlar piyada Aytənin göstərdiyi həmin evə tərəf getmiş, o da Məhəmmədə getməmək məqsədi ilə hər hansı söz deməmiş və buna cəhd etməmiş, o, Məhəmməd, İsmayıl və Aytən qabaqda getmiş, Elşən isə onların arxalarınca gəlmiş, Aytənin göstərdiyi fərdi yaşayış evinə çatmış, evin darvazası açıq olmuş, həyətə daxil olduqda evin bağlı olan giriş qapısını döymüşlər ki, ərəblər qapını açsın. Az sonra bığlı balaca boy ərəb qapını içəridən açmış və ilk olaraq Məhəmmədlə o, ardınca isə Aytən və İsmayıl girmiş, onlar daxil olanda içəridə olan ərəblər üç nəfər olmuş, Məhəmməd özündə olan telefonda həmin ərəblərə nəsə göstərmək, başa salmaq istəmiş, lakin ərəblər onu başa düşməmiş, Məhəmməd Aytəni göstərərək ərəblərdən onu niyə saxladıqlarını, nə baş verdiyini soruşmuş, Məhəmmədin onlara azərbaycan dilində etdiyi müraciətdən sonra həmin ərəblər əsəbi formada onların üzərlərinə gəlmiş, onlar da ərəblərin üzərlərinə getmiş, lakin aralarında hər hansı zorakılıq olmamış, bu vaxt evin ikinci mərtəbəsindən pilləkənlə kök, hündür oğlan əlində bıçaqla aşağı düşmüş və həmin ərəb Məhəmmədin üstünə gələrək əlində olan bıçağı ona istiqamətləndirib irəli-geri etmiş, onun əlindəki bıçağın kəsən hissəsini görmüş, Məhəmməd onun bıçaq hücumundan özünü qoruyub arxaya çəkilmiş, o isə həmin bıçaqla hücum edən ərəbi qorxutmaq məqsədi ilə masanın üstündəki boş araq şüşəsini götürüb sınması üçün əvvəlcə divara vurmuş, lakin divarda sınmamışdır, onda o şüşəni oturacağın dirsəyinə vurub sındırmış və şüşə sınığı ilə onlara tərəf getmiş ki, ərəblər qorxub çəkilsinlər, lakin o şüşə sınığı ilə heç kimi vurmağa cəhd etməmiş, həmin ərəbin Məhəmmədi bıçaqla vurmaması üçün sol əlində şüşə sınığı olmaqla sağ əli ilə onun əlindəki bıçağı almaq istədikdə onun əlində olan bıçağın kəsən hissəsi sağ əlinin içəri hissəsini kəsmiş, bundan sonra o, Məhəmmədi aralamış, başqa ərəblər isə həmin bıçaqla olan ərəbi aralamışdır. Sonra yenidən ara qızışmış və bir-birlərinə yumruqla, təpiklə, oturacaqla qarşılıqlı zərbələr endirmişlər, o, orada üç nəfər ərəblə əllə, təpiklə və stulla vuruşmuşdur. Elşən mənzilə girməmiş və davada iştirak etməmiş, Aytənin və İsmayılın kimisə vurmalarını görməmiş, lakin Məhəmməd də onunla birlikdə ərəblərlə dava etmiş, onların davaları təxminən 5-6 dəqiqə davam etmişdir, həmin dava vaxtı onda, Məhəmməddə və onlar tərəfdən heç kimdə bıçaq olmamış, ərəblərdən isə yalnız bir nəfərdə bıçaq olmuş, o, orada Elşənin səsini eşitmiş, Elşən «polis, polis gəlir» demiş, sonra Məhəmməd, o, Aytən və İsmayıl mənzildən çıxışa tərəf çəkilmiş və həyətə çıxmış, həyətə çıxıb getmək istərkən də ərəblər onların arxalarınca oturacaq qırıqları atmış, onların atdıqları stul qırıqlarından biri də onun kürəyinə dəymiş, sonra küçəyə çıxıb oradan saxladıqları taksinin yanına getmişlər. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib qeyd etmişdir ki, Məhəmməd onun həmyerlisi və dostudur, Məhəmməd hadisədən təxminən 6 ay öncə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Bavariya” kafesini icarəyə götürüb işlətmiş, o da Məhəmmədin kafesində ofisiant kimi xidmət etmiş, Təqsirləndirilən şəxs4 da həmin kafedə işləmişdir. Belə ki, 11 mart 2020-ci ildə Aytən mobil telefonunu kafedə qoyaraq onun mobil telefonunu götürüb getmiş, Aytənin mobil telefonu kafedə qalmış, o, Aytənin telefonunu kafedə cərəyana qoşaraq mahnı oxutmuş, 12 mart 2020-ci il tarixdə saat 01 radələrində Məhəmmədlə birlikdə kafedə olan zaman Aytən zəng edib ərəblərin Badamdar qəsəbəsindəki fərdi yaşayış evində onu döydüklərini, oradan getmək üçün qapını bağlayıb buraxmadıqlarını bildirmiş və onlardan kömək istəmişdir. Aytən olduğu ünvanın müəyyən edilməsi üçün mobil telefonla ünvanı göndərmiş, Məhəmmədin xahişi ilə Vaqifin kafenin yanında olan taksi ilə Aytənin dediyi yerə getmiş, həmin vaxt o, Məhəmməd, Elşən bir yerdə olmuş, Pünhanı da Məhəmmədin zəngi ilə «Qurd Qapısı» restoranının yanından götürüb Badamdar qəsəbəsinə getmiş, orada Aytənlə sonradan adını bildiyi Fatiməni görüb maşını onların yanında saxlamış, həmin zaman Aytənin üstbaşı bulaşıq olmuş, dizində də xəsarət olmuşdur. Məhəmmədlə birlikdə həmin məsələni aydınlaşdırmaq qərarına gəlmiş və bu məqsədlə taksidən düşüb sürücüyə onları gözləməsini deyərək həmin ünvana getmiş, Məhəmməd və Pünhan ərəblərlə «google translate» proqramı vasitəsilə danışmaq istəmiş, buna görə də qapını döymüş, qapı açıldıqdan sonra içəri girmiş, onların arxalarınca Aytənlə o da evə girmiş, Elşən isə evin qarşısında onları gözləmiş, Aytən telefonda tərcümə proqramı vasitəsilə ərəblərə nə isə başa salmaq istəmiş, Məhəmməd, Pünhan və o da dayanmış, həmin vaxt ərəblərdən biri Aytəni görən kimi yuxarı mərtəbəyə qalxmış və əlində bıçaqla onların üstlərinə gəlməyə başlamış, Pünhan bunu görüb masanın üzərindəki içki şüşəsini divara vurub sındıraraq ərəblərin onlara yaxınlaşmamaları üçün əlində saxlamış, bu vaxt beş nəfər ərəb onların üzərlərinə hücum etmiş və qarşılıqlı əlbəyaxa olmuşlar. Bildirmişdir ki, qapının qarşısında bayırda dayanmış Elşən dava-dalaş olduğunu görüb onlara polis gəldiyini deyib çağırmış, onlar dərhal bayıra çıxıb taksi ilə oradan uzaqlaşmış, həmin vaxt ərəblər evdəki əşyaları, stulu onların üzərlərinə atmış və onlara xəsarət yetirmişlər. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, dava-dalaş düşdüyünü görən Elşən onları «polis gəlir» deyə çağırdığı üçün oradan çıxmış, onda və digərlərində bıçaq olmamış, əksinə ərəblərdən biri onların üzərlərinə bıçaqla gəldiyi üçün Pünhan onu qorxutmaq məqsədi ilə içki şüşəsini divara vurub sındırmış və həmin şüşə parçası ilə də heç kimə xəsarət yetirməmiş, kimin kimə xəsarət yetirdiyini görməsə də həmin vaxt ərəblər sərxoş halda olmuş, ərəblər Pünhana əl nahiyəsindən bıçaqla xəsarət yetirmiş, qalan hamısı əlbəyaxa olduqları üçün əzilmə və döyülmə xəsarətləri almışlar, hadisə vaxtı ərəblərin heç birini vurmamış və onun əlində də bıçaq olmamış, həmin zaman qeyd olunan ünvana 4 nəfər yəni, o, Məhəmməd, Pünhan və Aytən girmiş, orada dördündən başqa heç kim olmamış, onları gətirən taksi sürcüsü də küçədə maşınında onları gözləmiş, taksi sürücüsünün hadisədən heç xəbəri olmamış, hadisə vaxtı ərəbin əlindəki bıçaq qara tutacaqlı, kəsici hissəsi balaca olan bıçaq olmuş, başqa əlamətlərini görməmişdir. Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı verdiyi ifadəsini qismən təsdiq edib qeyd etmişdir ki, hadisədən 6 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan «Bavariya» kafesində ofisiant kimi işə düzəlmiş, həmin kafeni Məhəmməd adlı şəxs icarəyə götürüb işlətmişdir.11 mart 2020-ci ildə saat 23 radələrində həqiqi adının Fatimə olduğu, lakin o zamanlar Zeynəb kimi tanıdığı qız onun mobil nömrəsinə zəng edərək tanışları ilə birlikdə ərəblərlə yığıncaq olmasını dediyi üçün həmin yerdə rəqs etməyini təklif etmiş, o, Fatimənin deməsi ilə Nərimanov rayonu ərazisində yerləşən «Ekstra» kluba getmiş, həmin klubda olan zaman ona zəng edən Fatimə, onun yanında bir nəfər adını xatırlamadığı qız və onlarında yanında üç nəfər ərəb millətindən olan şəxslərin bir yerdə əyləşdiklərini görmüş, o, həmin şəxslərlə görüşərək söhbət edib hər biri görəcəkləri işə görə pulu danışaraq 12 mart 2020-ci ildə saat 01 radələrində birlikdə klubdan çıxıb taksi ilə hamısı Bakı şəhəri, Səbail rayonunda olan Badamdar qəsəbəsinə gəlib üç mərtəbəli evə girmişlər.O, orada rəqs etməyinə görə 150 manat pulu danışdıqları kimi Fatimə alıb ona verməli olmuş, onlar evə girəndə evdə əlavə olaraq iki nəfər başqa ərəb olduğunu görmüş, lakin əvvəl klubda tanış olduqları ərəblər onlara evdə başqa adam olması barədə heçnə deməmiş, onlar ərəblərlə mobil telefonda olan tərcümə proqramı vasitəsi ilə danışmış, ərəblərin qaldıqları evə girəndən sonra telefonla adını bilmədiyi bir qız da ora gəlmişdir.Onlar həmin evdə olan zaman ərəblər aldıqları spirtli içkilərdən içmiş, bu zaman orada olan qızlarla evdəki ərəblər hər birinə 200 manat verib evin ikinci mərtəbəsinə qalxaraq orada olan otaqlarda cinsi əlaqədə olmuş, onun orada rəqs etməyinə ehtiyac olmamışdır. Həmin zaman ərəblərlə cinsi əlaqədə olub qurtaran adını bilmədiyi qadının biri çıxıb getmiş, o həmin qadının hansı ərəblə cinsi əlaqədə olmasını bilmiş, lakin ərəblərin və həmin xanımın adını bilməmiş, çünki o, onlarla birinci dəfə imiş ki, ünsiyyətdə olmuş, əvvəldən onların heç biri ilə münasibəti olmamışdır. Həmin evdə olan zaman ərəblərdən biri mobil telefonda olan tərcümə vasitəsi ilə onunla cinsi əlaqəda olmaq barədə yazışmış, o da onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, həmin ərəb ona yazaraq 150 manatdan əlavə 50 manat da pulu onunla ikinci mərtəbəyə qalxıb cinsi əlaqədə olması üçün verəcəyini demiş, o isə bunun əvəzində onunla cinsi əlaqədə olmaq istəmədiyini ona yazıb başa salmışdır. Həmin ərəblə birinci mərtəbədə olan zaman cinsi əlaqədə olmaq üçün yuxarı qalxmış Fatimə ərəblə birlikdə aşağı düşmüş və getmək istədiyini bildirmiş, ərəb Fatiməni əvvəlcə buraxmamış, bu səbəbdən mübahisə düşmüş, ərəblər özlərini aqressiv aparmış, bir qədər mübahisə etdikdən sonra Fatimə masanın üzərində olan bıçağı öz boğazına apardığından ərəblər qorxaraq ona getməyə imkan vermiş və Fatimə gedəndən sonra o da getmək istəmiş, lakin ərəblər buna imkan verməmişdir. Bu səbəbdən istifadəsində olan mobil telefonla tanışı Məhəmmədə zəng vurub ərəblərin evində olduğunu və onu zorla evdə saxladıqlarını bildirmiş, eyni zamanda o, həmin evin yerləşdiyi ünvanı mobil telefon proqramı vasitəsilə Məhəmmədə göndərmişdir. Daha sonra qapının bağlı olduğunu görüb evin birinci mərtəbəsində yerləşən mətbəxin pəncərəsindən atılıb həyətə keçmiş, çölə çıxaraq evin yaxınlığında onu gözləyən Fatimə ilə birlikdə Məhəmmədgili gözləmişdir.Təxminən yarım saat keçdikdən sonra Məhəmmədin üç nəfər tanışları, yəni Elşən, İsmayıl və Pünhanla birlikdə taksi ilə gəldiklərini görmüş, o, Məhəmmədgilə baş verənləri danışmış, pəncərədən atılarkən hər iki ayaqlarından xəsarət aldığını demiş, bundan sonra Məhəmmədgil qapını döymüş, nisbətən kök olan oğlan qapını açmış, əvvəlcə Məhəmməd və Pünhan içəri daxil olmuş, onların arxalarınca o və İsmayıl evə daxil olmuşdur. Bu zaman ərəblərdən biri əlində bıçaqla ikinci mərtəbədən aşağı düşmüş, sonra Məhəmmədgillə həmin beş nəfər ərəb arasında dava-dalaş olmuş, lakin onlardan konkret kimin kimi vurmasını görməmiş, bir neçə dəqiqə sonra çöldə dayanan Elşən «polis, polis» deyə qışqırmış, bundan sonra onlar həmin evdən çıxıb getmişlər. Məhkəmə iclasında verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o evdən çıxa bilmədiyindən, evin qapısı bağlı olduğundan mətbəxin pəncərəsindən atılaraq çölə çıxmış, Məhəmmədgili hadisə yerinə kömək üçün çağırmış, aldığı xəsarətlər pəncərədən aşağı tullanarkən olmuş, ibtidai araşdırma orqanı bu hərəkətlərinə görə həmin ərəbləri məsuliyyətə cəlb etmək əvəzinə, onun özünü və yardıma gələn tanışlarını tutmuşdur. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış X3 vətəndaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə araşdırması getdiyi dövrdə Azərbaycan Respublikası hüdudlarından kənarda olduqları və iş üzrə məhkəmə araşdırmasında iştirak etmək üçün təşəbbüs göstərməmələri səbəbindən birinci instansiya məhkəməsi işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, hadisənin baş verdiyi ərəfələrdə intim xidmət göstərib pul qazanmış, o zaman Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində olan «Ekstra klub»a getməyə başlamış, klub adamı olduğundan o öz adını gizlətmiş, orada onu «Zeynəb» adı ilə tanımışlar, həmin kluba gələn digər xanımlar da öz adlarını gizlətmiş, o, kluba gələn qızların əksəriyyətini sifətdən tanıyır, Arzu adı ilə tanıdığı və hazırda Aytən olduğunu bildiyi qızı da həmin «Ekstra klub»dan tanıyır, onlar bir-birlərinin mobil telefon nömrələrini bilirmişlər. 11 mart 2020-ci il tarixdə saat 22 radələrində o, «Ekstra klub»a gəlmiş və klubda əyləşmiş ki, az sonra kluba üç nəfər ərəb kişiləri gəlmiş, onlar divanda əyləşmiş və sonra onlardan biri onu, digəri Arzunu, başqası isə başqa qızı çağırmış, onlar üç nəfər qadın ərəblərin masasında əyləşmiş, ərəblərdən o, eynəkli olanı ilə danışmış, 3 saat olmaqla 200 manata razılaşmış, sonra onlar 3 qız və 3 ərəb kişiləri taksi ilə bir yerdə Badamdar qəsəbəsindəki evə gəlmiş, çatanda orada başqa iki nəfər ərəb də olmuş, onlar ərəblərlə bir masada əyləşmiş, ərəblər viski içmiş, o isə spirtli içki içən olmadığından spirtli içki içməmiş, sonra o da öz adamı ilə ikinci mərtəbəyə qalxmış və otaqlardan birinə keçmiş, həmin otaqda onlar təbii yolla cinsi əlaqədə olmaq istəsələr də ərəbin ereksiyası olmadığından cinsi əlaqədə ola bilməmiş, lakin cinsi əlaqələri alınmamışdır ... Birinci instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir və müraciət edən kişilərə intim xidmət göstərir. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Ekstra klub»da əylənir və müraciət edən kişilərə intim xidmət göstərməklə pul qazanır. 11 mart 2020-ci il tarixdə təxminən saat 22:30 radələrində həmin kluba gəlmiş və özünə aid olan masada tək əyləşib müştəri gözləmiş, əyləşdiyi masaya yaxınlıqda olan divanda tanımadığı 3 ərəb və 3 qız əyləşmiş, həmin ərəbləri və qızları əvvəllər görməmiş və onları tanımamış, həmin ərəblərdən bir nəfər gəlib onun yanında əyləşmiş, ərəb dilini bilmədiyindən, həmin ərəb isə onun bildiyi ingilis dilini bilmədiyindən onlar bir-birlərini başa sala bilməmiş, sonra həmin ərəb öz dostunu çağırmış və həmin ərəb ona onunla cinsi əlaqədə olmağı təklif etmiş, 2-3 saat onunla cinsi əlaqədə olmaq müqabilində 200 manata onunla razılaşmış və sonra da onun təklifi ilə gəlib onların əyləşdikləri masada əyləşmiş, təxminən 5-10 dəqiqə onlarla bir masada olandan sonra həmin ərəbin təklifi ilə üç qız və üç ərəb bir taksidə onun tanımadığı Badamdar qəsəbəsinə gəlmiş, onlar üç mərtəbəli evə gəlmiş və onları ora gətirən üç nəfər ərəbdən başqa orada 2 nəfər də onların tanışları olmuş, onlar gələndən sonra ərəblər birinci mərtəbədə oturub özləri viski işmiş, o orada spirtli içki içməmiş, bir qədər sonra o danışdığı ərəbdə ikinci mərtəbəyə qalxıb otaqda həmin ərəblə cinsi əlaqədə olmuş, ... onun orada olduğu müddətdə hər hansı dava, narazılıq olmamış, o cinsi əlaqədə olmağı ilə əlaqədar aldığı 200 manat ... pulu özü üçün xərcləmişdir. Birinci instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, o, Badamdar qəsəbəsi 1-ci massiv 5-ci keçiddə fərdi evdə yaşamır, evin kimə məxsus olmasını bilmir, həmin ərazidə heç bir qohumu və ya tanışı yaşamır, həmin ünvanı sadəcə poçt işçisi olduğu üçün tanıyır, qeydiyyatda olduğu və faktiki yaşadığı mənzil ünvan 4 ünvanında olmaqla 9 mərtəbəli bina evinin birinci mərtəbəsində yerləşir, yaşadığı mənzil ilə hadisənin baş verdiyi yer arasında 10 dəqiqəlik piyada getmək üçün məsafə var. İş materiallarında olan yazılı ifadəsini özü öz xətti ilə yazsa da, həqiqətdə heç bir hadisənin şahidi olmamış, ümumiyyətlə Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində hər hansı bir müstəntiqin otağında ifadə verməmişdir. Faktiki olaraq əlyazma üsulu ilə tərtib edib imzaladığı ifadəsinin alınması şəraiti və məzmunu ilə bağlı verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 2020-ci ilin təxminən may ayının sonu, iyun ayının əvvəlində günorta saatlarında Badamdar qəsəbəsi 1-ci massiv keçid 5 ünvanı tərəfdə xidməti poçt vəzifələrinin icrası ilə əlaqədar olarkən bir neçə ildir tanıdığı sahə müvəkkili Xətai Nəsirov və yanında mülki geyimli digər polis əməkdaşı yaxınlaşıb ondan bir gün öncə gecə saatlarında həmin ərazidə baş vermiş hər hansı bir hadisənin şahidi olub-olmadığını soruşmuşlar, gecə saatlarında işləmədiyini və həmin ərazidə olmadığını deyib heç bir hadisənin şahidi olmamasını bildirdikdə isə tanışı olan həmin sahə müvəkkili Xətai Nəsirov ona baş vermiş hadisəni təsvir etmiş və bununla bağlı yazılı şəkildə ifadə tərtib etməyi xahiş etdiyindən elə küçədə, yolun kənarına çəkilib çantanın üzərinə qoyulmuş ifadə blankını özü əlyazma üsulu ilə dolduraraq sahə müvəkkilinin hadisə ilə bağlı bir qədər öncə ona danışdığını həmin kağızda əks etdirmiş, lakin nə yazdığını hazırda xatırlamır, həmin zaman hansı sənədi tərtib etdiyini və imzaladığını anlamamış, şahid qismində cəlb olunduğunu bilməmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A və Şahid3 tərəfindən Səbail RPİ-yə ünvanlanmış 24.03.2020-ci il tarixli 065-9528kol-3120 daxil olma nömrəli ərizənin məzmunundan görünür ki, .... hazırda cinayət işi üzrə verdikləri ifadələrini tam təsdiq edirlər. Hal-hazırda cinayət işi üzrə şikayətləri və iddiaları yoxdur. X2 Azərbaycan Respublikasının Bakı şəhərinə turist səfərinə gəldiklərindən və hazırda səfər müddətləri başa çatdığından öz vətənlərinə qayıdırlar, ona görə də zərərçəkmiş şəxs kimi iş materialları ilə tanış edilmədən cinayət işinin mahiyyəti üzrə baxılması üçün bu qaydada məhkəməyə göndərilməsinə etiraz etmirlər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 16 mart 2020-ci il tarixli 137 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs2-in bədəni üzərində müəyyən edilmiş xəsarətlər bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı küt əşyanın (əşyaların), sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıq-cızığı iti uclu əşyanın (ələtin) təsirindən törənmişlər, törənmə müddəti 12.03.2020-ci il tarixə uyğun gəlir və hər biri ayrılıqda, eləcədə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X15 S-in bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı stulla vurma, sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıq-cızığı isə iti uclu əşyanın (ola bilsin bıçağın iti ucunun və ya şüşə parçasının iti kənarının) təsiri nəticəsində əmələ gələ bilərdilər. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 03 aprel 2020-ci il tarixli 136 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs1-in bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin, sol baldırın orta-yuxarı 1/3nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti 12.03.2020ci il tarixə uyğun gəlir və hər biri ayrılıqda, eləcədə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs1 Awn S-in bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə əsasən demək olur ki, qeyd olunan xəsarətlər ola bilsin bıçağın iti kənarı ilə və ya sındırılmış şüşə parçaları ilə vurma nəticəsində əmələ gələ bilərdilər. Bundan başqa, məhkəmə-tibbi ekspertizasının 04 iyun 2020-ci il tarixli 212/2020 MTKŞ nömrəli rəyində göstərilmişdir ki: təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir; ekspertiza nəticəsində müəyyən edildi ki, hadisə yerindən götürülüb tədqiqata təqdim olunmuş 01 ədəd qara rəngli qatlanan bıçağın tiyə hissəsində və 03 ədəd pambıq tampon üzərində olan qanabənzər ləkələr insan qanıdır. 01 ədəd qara rəngli qatlanan bıçağın tiyə hissəsində və 01 ədəd pambıq tampon üzərində olan qan nümunəsi kişi cinsindən olan eyni naməlum şəxsə, digər 02 ədəd pambıq tampon üzərində olan qan nümunəsi isə kişi cinsindən olan digər naməlum şəxsə məxsusdur; - tədqiqata təqdim edilmiş digər 01 ədəd «Redbull», 01 ədəd «Bizon» və 03 ədəd «Hell» markalı içki qabları üzərindən götürülmüş tədqiqat nümunələrindən əldə edilmiş DNT profilləri qarışıq tiplidir və müqayisəli tədqiqatın keçirilməsi üçün yararsızdır. Bu səbəbdən həmin obyektlər üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı; bundan əlavə Təqsirləndirilən şəxs1 götürülmüş «yanaq epiteli qaşıntısı» nümunəsindən əldə edilmiş DNT profili deqradasiya əlamətlərini özündə əks etdirir. Bu səbəbdən həmin obyekt üzərində müqayisəli tədqiqatın keçirilməsi mümkün olmadı. Apelyasiya icraatında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edərək bildirdi ki, gecə vaxtı Təqsirləndirilən şəxs4 ona zəng edib onu evdə saxlayıb çölə buraxılmadığını, hədə-qorxuya məruz qaldığını deyərək yardım istəmişdir. O, dostları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 zəng vurub Aytənin dediyi ünvana getmişdir. Həmin ünvana çatanda Aytənin evdən 50 metr aralıda bir qızla birlikdə dayandığını, Aytənin dizləri və əllərinin qan içində olduğunu görmüşdür. Birlikdə geri qayıdaraq qapını döyüb evə daxil olmuşlar. Evdə olan 4-5 nəfər ərəb hamısı sərxoş vəziyyətdə olmuşdur. O, telefondan istifadə edərək «google-translate» tərcümə saytı vasitəsilə fikirlərini tərcümə edərək onlardan Aytəni niyə döydüklərini soruşmuş, lakin həmin şəxslər sualına cavab tapa bilməmişlər. Bu zaman yuxarı mərtəbədən birisi bıçaqla düşüb ona hücum çəkmiş, digərləri də ona qoşulmuşlar. Pünhan araya girib əlini qabağa vermiş və ona atılan bıçaq onun qoluna dəyib deşmişdir. Daha sonra onlar evdən çıxmışlar. Baş verənlər ümumilikdə 1-2 dəqiqə çəkmişdir. Onların məqsədləri kimisə vurmaq, döymək, hədə-qorxu gəlmək, pulunu almaq olmamış, sadəcə olaraq köməyə çağırıldıqları üçün həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq qeyd etdi ki, o, kafe işlədir və Aytən onun yanında işlədiyi üçün köməyə məhz onu çağırmışdır. Aytən 6 ay imiş onun kafesində ofisiant işləyirmiş. Həmin gün Aytən icazə alıb işdən biraz tez çıxmışdır. Aytən tez-tez icazələr almamış, bir dəfə almış, onda da bu hadisə yaşanmışdır. Aytən ona bıçaqla hədə-qorxu gəldiklərini bildirdiyinə görə o, ehtiyat üçün hadisə yerinə tək deyil, Pünhan və İsmayılla birlikdə getmişdir. Onlar oraya dalaşmaq məqsədi ilə deyil, sadəcə məsələni aydınlaşdırmaq, yəni danışmaq üçün getmişlər. Zərərçəkmiş şəxslərdə olan xəsarətlərlə bağlı onu deyə bilər ki, onlara hər hansı xəsarət yetirməmişlər, ola bilər ki, onlar özlərinin istifadə etdiyi içki şüşələrinin qırıntılarının üstünə yıxılıb xəsarət almışlar. O, sonradan Aytəndən dizləri və əllərinin qanlı olmasının səbəbini soruşduqda, o, ona evin ikinci mərtəbəsindən tullandığı üçün yaralandığını demişdir. Birinci instansiya məhkəməsində özünü ona görə qismən təqsirli bilmişdir ki, ailəsi baş verənlərə görə çox üzülmüşdür və özünü onların qarşısında günahkar hesab edir. Hadisə olan ərazidə onlardan başqa heç kim olmamışdır. O, hər hansı xuliqinlıq hərəkətləri etməmiş, ucadan qışqırmamış, nalayiq ifadələr işlətməmiş, kimisə vurmamışdır. Həmin ərazidə yerləşən evlər arasında kifayət qədər məsafə olduğundan digər evlərə səs getməsi mümkün olmamışdır. O, kiməsə zərbə yetirməmiş, sadəcə olaraq özünü müdafiə etmək üçün üzərinə gələn şəxsəri itələşmişdir. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edərək bildirdi ki, həmin gün o, Yasamal rayonu ərazisində olmuşdur. Gecə 2-3 radələrində dostu Məhəmməd zəng vurub ona ehtiyacı olduğunu və Badamdar qəsəbəsi Qurd qapısı deyilən əraziyə getməyini xahiş etmişdir. O, nə baş verdiyini dəqiqləşdirmədən taksiyə oturub Məhəmmədin dediyi yerə getmişdir. Orada Məhəmməd, İsmayıl, Elşən və taksi sürücüsü olmuş, o da Məhəmmədgilin olduğu taksiyə minib hadisənin baş verdiyi yerə getmişlər. Yolda Məhəmməd ona Aytənin ona zəng edərək onu öldürmək istədiklərini, hədə-qorxu gəldiklərini, lakin bunu kimlərin etdiyini bilmədiyini demişdir. Hadisə yerinə çatanda orada ev görmüşlər. Aytən evin yaxınlığında dayanmış və dizləri və əlləri qanlı vəziyyətdə olmuşdur. Onlar Aytənə yaxınlaşanda Aytən ona hədə-qorxu gələnlərin həmin evdə olduqlarını bildirmişdir. Onlar məsələyə aydınlıq gətirmək üçün Aytən göstərdiyi evə getmiş, qapını döyüb normal şəkildə evə daxil olmuş, orada olan şəxslərin ərəb olduqlarını görmüşlər. Məhəmməd onlarla telefondan istifadə edərək «google-translate» tərcümə saytı vasitəsilə danışmışdır. Ərəblər Aytənin də qapının yanında dayandığını görüb onların Aytənə görə gəldiklərini başa düşmüşlər və onlara birinci hücum çəkmişlər. Onlarda bıçaq olmuşdur. O, özlərini müdafiə etmək üçün otaqda olan içki şüşəsini götürüb divara vurmaqla sındırmış və əlində saxlamışdır. Onlardan biri Məhəmmədə bıçaq atanda əlini qabağa vermiş və bıçaq onun əlinə dəyib kəsmişdir. Bıçaq yerə düşdüyü üçün o da əlindəki içki şüşəsini yerə atmış və bundan sonra onlar əlbəyaxa olub itələşməyə başlamışlar. Qarışıqlıq yarandığından kimin kimi vurmasını dəqiq bilməmiş, bir müddət sonra oradan uzaqlaşmağa çalışmışlar. Ərəblər içkili olmuş və onları vurmaq istəmişlər. Bütün hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 həmçinin suallara cavab olaraq bildirdi ki, ərəblər heç bir səbəb olmadan bıçaqla onlara hücum çəkmişlər. O, kiməsə də xəsarət yetirməmiş, eləcə də əlində olan içki şüşəsi ilə kimisə vurmamış, ərəblərdə olan xəsarət şüşə qırıntılarının üzərinə yıxılmaqla əmələ gələ bilərdi. Hadisə vaxtı Aytən qapının yanında durmuş, onu evin içərisində görməmişdir. Həmin evə getməkdə məqsədləri davadalaş etmək olmamışdır. Onlar Elşənin “polis gəlir” sözündən sonra həmin ərazidən uzaqlaşmışlar. Evdən çıxanda ərəblər onlara stol və başqa əşyaları atmağa davam etmişlər. Sözü gedən qarışıqlıq vaxtı Məhəmməd özünü bıçaqdan qorumağa çalışmış, İsmayıl qapıda dayanmış, onun nə etdiyini görməmiş, sadəcə İsmayıla stulun dəyməsini şahidi olmuşdur. Hadisə yerindən birlikdə taksiyə minib getmişlər. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq edərək bildirdi ki, o, həmin gün evdə olmuş, axşam saat 9-10-da dostu Məhəmməd zəng vuraraq ona ehtiyacının olduğunu bildirib öz yanına çağırmış və o, da ona kömək etmək üçün Bakıxanov qəsəbəsində yerləşən kafeyə getmişdir. Onlar kafedə olarkən Məhəmmədə zəng gəlmiş, telefon danışığı zamanı Məhəmmədin üzünün rəngi dəyişmiş və danışdığı şəxsə “konum at, tez gələk” deyib telefon danışığını bitirmişdir. Məhəmməddən nə baş verdiyini soruşduqda o, Aytənlə danışdığını və Aytənin kimlərinsə ona hədə-qorxu gələrək öldürmək istədiklərini, köməyə çağırdığını dediyini bildirmişdir. Bundan sonra, onlar da taksiyə ilə həmin ünvana getmişlər. Deyilən əraziyə çatdıqda Aytənin evin yanında dayandığını və dizlərinin qanlı vəziyyətdə olduğunu görmüşdür. Aytən onlara evdə olan şəxslərin onu bıçaqla öldürmək istədiklərini və bu səbəbdən həmin evdən qaçaraq canını qurtardığını demişdir. Onlar evə daxil olmuş və Məhəmməd məsələni aydınlaşdırmaq üçün evdə olan şəxslərlə telefondan istifadə edərək «google-translate» tərcümə saytı vasitəsilə danışmağa başlamışdır. Məhəmmədin onlarla danışığı heç 1 dəqiqə çəkməmiş və yuxarı mərtəbədən birisi əlində bıçaqla qışqıraraq düşərək onlara hücum çəkməyə başlamışdır. Bu zaman digər şəxslər də onların üstünə gəlmişlər və münaqişə yaranmışdır. Mübahisə vaxtı onun belində stul sındırılmış və o, bunun nəticəsində zədə almışdır. Daha sonra onlar polisin yaxınlaşdığını eşidib evdən çıxıb getmişlər. Evi tərk edəndə evdə olan şəxslər onlara müxtəlif əşyaları atmağa davam etmişlər. Münaqişədə onlar yalnız özlərini müdafiə etmişlər ki, zərbə dəyməsin. Mübahisə vaxtı müqavimət göstərərkən əllərində hər hansı qanunsuz əşya olmamışdır. Aytən Məhəmmədə zəng edəndə məsələnin mahiyyətini bilməmiş, sadəcə köməyə çağırdığı üçün onlar dərhal çağırılan yerə getmiş, belə bir hal ilə üzləşəcəklərini düşünməmiş, bu səbəbdən də polisə məlumat vermək ağıllarına belə gəlməmişdir. Hadisə vaxtı onlar orada olduqları müddətdə qonşulardan kimdənsə səs-küyə gələn olmamışdır. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs4 ifadə verməkdən imtina etmiş, verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, o, Məhəmmədin kafesində 6-7 ay imiş ki ofisiant işləmişdir. Rəfiqəsi Fatimə sevgilisi ilə görüşməli olduğundan və rəqqasəliyi bacardığı səbəbindən onu da gedəcəyi yerə dəvət etmişdir. O, evdə olan şəxsləri əyləndirmək üçün getməyə razılıq vermişdir. Fatimə ilə klubda görüşüb oradan həmin evə birlikdə getmişlər. O, özü ilə rəqs geyimi aparmamış, geyimi Fatimə gətirməli idi. Rəqs etməyinin qarşılığında ona pul ödəniləcəkdir, pulu isə Fatimə verməli idi. Hadisə vaxtı o, hər hansı qanuna zidd hərəkətə yol verməmiş, əksinə, ona xəsarətlər yetirilmişdir. Həmin xəsarətləri evdə olan ərəblər yetirmişlər. Ərəblər onunla cinsi əlaqədə olmaq istədiklərindən və o, buna razı olmadığı üçün xəsarətlər almışdır. O, ərəblərin ona hədəqorxu gəldikləri barədə Məhəmmədə telefon vasitəsilə məlumat vermişdir. Məhəmmədgilin ərəblərin olduqları evə daxil olmaqda məqsədləri sadəcə məsələni aydınlaşdırmaq istəmələri olmuşdur. Çöldə dayanan Elşən “polis gəlir” dedikdən sonra Məhəmmədgil evdən çıxmış və taksiyə oturub ərazidən uzaqlaşmışlar. Hadisə baş verəndə o, evin içərisində yox, çölündə dayanmışdır. İşin faktiki hallarından aşkar göründüyü kimi, təqsirləndirilən şəxslər hadisə baş verən ünvana yollanarkən, yəni hələ yolda olarkən Təqsirləndirilən şəxs4 artıq həmin evi tərk etməsindən xəbərdar olmuşlar, bununla belə hadisə baş verən evin yaxınlığına çatarkən Şahid11 ilə Təqsirləndirilən şəxs4 sağ-salamat olduqlarını görsələr də, eləcə də Təqsirləndirilən şəxs4 dizinin qanlı olmasının, üst-başının pis vəziyyətdə olmasının ərəblər tərəfindən deyil, təqsirləndirilən şəxslərin və şahidlərin də ifadələrindən göründüyü kimi onun hasardan atlanarkən aldığını bilmələrinə baxmayaraq, onlar Səudiyyə Ərəbistanı vətəndaşları ilə “haqq-hesab” etməyə getmişlər. Halbuki, təqsirləndirilən şəxslərin kifayət qədər imkanı olmuşdur ki, bu barədə hüquq mühafizə orqanlarına məlumat versinlər, lakin onlar öz şəxsiyyətlərini başqalarının şəxsiyyəti fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Hadisə yerinə baxış protokolundan və ona əlavə olunmuş fotocədvəldən göründüyü kimi, hadisə vaxtı evdə olan əşyalar zədələnmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs4 saxlandığı yerdən çıxarmaq üçün, yəni ona kömək etmək niyyətilə hadisə baş verən ünvana getmələri bağlı ifadələr yuxarıda qeyd olunan işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs4 artıq həmin evdən qaçdıqdan sonra təqsirləndirilən şəxslərin məsələni aydınlaşdırmaq üçün oraya getmələrini qeyd etmələri özlərini müdafiə kimi qiymətləndirilməlidir. Göründüyü kimi məhkəmə istintaqı zamanı təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslərdən hər hansı biri Səudiyyə Ərəbistanı vətəndaşları ilə ünsiyyət qurmaq üçün nə ərəb, nə də ki, digər xarici dil bilməmişlər, habelə evə daxil olarkən öz şəxsiyyətlərini başqalarının şəxsiyyəti fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozaraq qərəzli hərəkətlər etmişlər, nəticədə özgənin əmlakı zədələnmiş və Təqsirləndirilən şəxs1 üzərində olan silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 vurub onda döş qəfəsinin arxa səthində sağ kürəkaltı nahiyənin kəsilmiş yarası, Zərərçəkmiş şəxs2 vurmaqla isə ona sol əlin ovuc səthində V daraq sümüyünün distal proyeksiyasının sıyrıqcızığı, Təqsirləndirilən şəxs3 taxta parçası ilə Zərərçəkmiş şəxs2 vurub onda bel nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və sol saidin yuxarı 1/3-nin arxa səthinin sıyrığı, Təqsirləndirilən şəxs2 isə şüşə parçası ilə Zərərçəkmiş şəxs1 vurub onda sol baldırın orta-yuxarı 1/3-nin bayır səthinin və sol ayaq pəncəsinin ayaqarxası səthinin bayır yarısının səthi kəsilmiş yaraları kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında göstərilir ki, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qiymətləndirdiyi kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məqsədləri Təqsirləndirilən şəxs4 kömək etmə, onu evdən çıxarmaq olmuş olsaydı, onlar taksi ilə hadisə yerindən bir az aralıda Təqsirləndirilən şəxs4 Şahid11 ilə dayandığını gördükdən sonra onları götürüb Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə qayıtmalı deyil, əksinə oradan uzaqlaşmalı idilər. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində onun da Təqsirləndirilən şəxs1 və tanışları ilə birlikdə hadisə baş verən yerə getdiklərini, hələ yolda olarkən Təqsirləndirilən şəxs4 zəng edib evin pəncərəsindən özünü atıb qaçdığını, həmin evdən uzaqlaşdığını, yanındakı qızla gizləndiklərini bildirdiyini qeyd etmişdir. Eləcə də, Şahid5 ifadəsində naviqatorla Təqsirləndirilən şəxs4 olduğu yeri tapdıqlarını, Təqsirləndirilən şəxs4 dizlərinin qanadığını, sonuncunun dizlərinin pəncərədən tullanıb qaçarkən yaralandığını, evdəki şəxslərin xarici vətəndaşlar olduğunu, evə qayıtmağın pis olacağını onlara dediyini, 2-3 dəfə Təqsirləndirilən şəxs1 həmin ünvana qayıtmamağı xahiş etsə də, Təqsirləndirilən şəxs1 ona qulaq asmadığını, bununla belə Təqsirləndirilən şəxs4 ərəblərin onu saxladıqları evin ünvanını göstərdiyini bildirmişdir. Şahid5 ifadəsində göstərmişdir ki, o, evə girməmiş, küçədə darvazanın çölündə dayanıb gözləmiş, Təqsirləndirilən şəxs1 digərləri ilə bərabər evə yaxınlaşarkən həyətin qapısı açıq olsa da, evin giriş qapısı bağlı olmuşdur. İşin hallarından göründüyü kimi, xuliqanlıq cinayətinin baş verməsi ilə bağlı xüsusatları Şahid6 da ifadəsində təkzib etməmiş və bildirmişdir ki, 2020-ci ilin mart ayının 12-nə keçən gecə saat təxminən 03:30 radələrində «Habibi Travel» turizm şirkətinin işçisi Asim ona zəng edib evdə dava-dalaş baş verdiyini bildirmiş, o tələsik həmin evə getmiş və evə girib polisləri həmin ərəblərlə bir yerdə evdə görmüş, ərəblərdən birinin kürəyində və ayağının baldır hissəsində, ikincisinin isə topuğunda xəsarət olduğunu görmüş, evdə olan stullar qırılmış, birinci mərtəbədə olan əşyalar dağınıq şəkildə olmuş, birinci mərtəbədə olan stolun üstündə olan taxta parçasının üstünə sancılmış bir ədəd qatlanan, bir ədəd isə qatlanmayan bıçaqlar olmuş, evin birinci mərtəbəsində olan stullardan 50 manat dəyərində 02 ədəd stul sındırılmışdır. Mübahisəsizdir ki, təqsirləndirilən şəxslər hadisə baş verən ünvana yollanarkən, Təqsirləndirilən şəxs4 artıq həmin evi tərk etməsindən xəbərdar olmuşlar, bununla belə hadisə baş verən evin yaxınlığına çatarkən Şahid11 ilə Təqsirləndirilən şəxs4 sağ-salamat olduqlarını görsələr də, eləcə də Təqsirləndirilən şəxs4 dizinin qanlı olmasının, üst-başının pis vəziyyətdə olmasının ərəblər tərəfindən deyil, təqsirləndirilən şəxslərin və şahidlərin də ifadələrindən göründüyü kimi hasardan atlanarkən aldığını bilmələrinə baxmayaraq, onlar sözü gedən ünvana məqsədli dönmüşlər. Beləliklə, irəli sürülmüş ittiham üzrə qeyd edilən məkanda və zamanda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsiyyətlərini başqalarının şəxsiyyəti fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrək nəzərə almamışdır ki, yuxarıda şərh olunan cinayətin obyekti ictimai qayda və ictimai təhlükəsizliyi təmin edən ictimai münasibətlərlə yanaşı əlavə obyekt qismində insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İşin faktiki və mübahisəsiz qəbul edilən hallarından aydın müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə bir qrup şəxs halında 12 mart 2020-ci il tarixdə saat 03:30 radələrində X7 vətəndaşları Zərərçəkmiş şəxs1 Avun S, Zərərçəkmiş şəxs2, Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın kirayə yaşadıqları Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngədə yerləşən 308 nömrəli evə gələrək, 11 mart 2020-ci il tarixdə həmin evdə təşkil olunmuş məclisdən sonra Təqsirləndirilən şəxs4 ərəb vətəndaşları tərəfindən həmin evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söyməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək güclərini nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmişlər, daha sonra cinayətkar əməllərini davam etdirib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib silah qismində istifadə edilən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 vurmaqla dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, özgə əmlakının məhv edilməsi ilə müşayiət olunan hərəkətlər nəticəsində otaqda olan 50 manat dəyərində iki ədəd stulu qəsdən sındırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs4 sözü gedən evdə qanunsuz saxlanılaraq intim münasibətə daxil olmağa məcbur edilməsini cüzi səbəb kimi gətirib heç bir əsas olmadan ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək cəmiyyətdə vətəndaşlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına zidd olaraq evdə olan ərəb vətəndaşlarının ünvanına ucadan nalayiq söyüşlər söymüş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib öz gücünü nümayiş etdirmək məqsədi ilə ərəb vətəndaşları ilə mübahisə etmişdir. Məhkəmə kollegiyası işin xüsusiyyətlərini nəzərə almaqla bir daha xatırladır ki, xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motivi olması, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik motivin əsasını təşkil etməsi Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir. Həmin qərara əsasən CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə kollegiyası qeyd edir ki, həm ibtidai istintaq zamanı həm də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin bir qrup şəxslə silah qismində istifadə edilən əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgə əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmələri zərərçəkmiş şəxslərin məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlilləri ilə razılaşaraq belə hesab edir ki, məhkəmə iş üzrə toplanmış sübutları düzgün təhlil etməməklə, qeyri-düzgün qiymətləndirməklə təqsirləndirilən şəxslərin əməlini Azərbaycan Respublikası CM-nin 221ci maddəsi üzrə cinayət hadisəsi olmaması əsası ilə bəraət hökmü çıxarmaqla, cinayət mühakimə icraatında sübutların qiymətləndirməsi prinsipini, eləcə də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm prinsiplərinə riayət etməmişdir. Birinci instansiya məhkəməsi hökmündə iş üzrə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini aşkar qaydada göstərməmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları müqayisəli tədqiq etməmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun gəlməyərək ziddiyyətli və birtərəfli qaydada qiymətləndirilən sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsində tədqiq edilmiş görüntülərlə bağlı məhkəmə iclasında verilmiş sualları cavablandıran təqsirləndirilən şəxslərin ifadələrinə münasibətdə qeyd edir, görüntülərdə olan Təqsirləndirilən şəxs4, digərləri isə Təqsirləndirilən şəxs1, İsmayıl Qədirli, Təqsirləndirilən şəxs2 və Şahid5 olması, Şahid11 isə avtomaşında əyləşib onları gözləməsi, həmin vaxt qaçmalarını isə sərxoş vəziyyətdə olan ərəblərin onlara stul, bıçaq və sair alətlərlə hücum edib döymələri ilə izah etməsi bir müdafiə taktikasıdır və bu hallar istintaq orqanı tərəfindən təqdim edilən ittihamedici subutların həqiqiliyini və əsaslılığını şübhə altına almır. Məhkəmə kollegiyası verilmiş ittiham üzrə təqsirləndirilən şəxslərin ibtidai istintaq mərhələsində özlərini təqsirli bilmələrini, burada hər hansı bir təziqə və ya qeyri-insani rəftara məruz qalmadıqlarını, bunun mübahisəsiz olduğunu nəzərə alır, bununla da məhkəmədə verdiyi ifadələrinin məzmununa tənqidi yanaşır, bir müdafiə üsulu olduğunu qəbul edir və həmin ifadələri cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən baş vermiş hadisənin səbəbləri, hadisənin baş vermə yeri, şəraiti və mexanizmi, habelə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin davranışlarının müəyyən olunması üzrə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək məqsədilə əhəmiyyətli halların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmə aparmamış, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsinə yalnış olaraq hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 11 iyun 2020-ci il tarixli qərarla Şahid2, Şahid1 Mesfer A, Şahid3-nın iş üzrə zərərçəkmiş şəxs statuslarına xitam verilməsi və istintaqın növbəti mərhələlərində şahid qismində iştiraklarının təmin edilməsi qərara alınaraq tərtib olunmuş ittiham aktında şahid siyahısına əlavə edilməsini yekun aktında vurğulasa da, onları şahid qismində dindirilməməsini göstərsə də nə ilkin mərhələdə bunun aradan qaldırılması istiqamətində verilmiş geniş prosessual imkandan, nə də ki məhkəmə baxışı mərhələsində malik olan səlahiyyətindən istifadə etməyərək zəruri prosessual hərəkətlərdən çəkinmişdir. Bununla yanaşı, şahidlər X5 və Şahid11 təqsirləndirilən Təqsirləndirilən şəxs4 ilə tanışlıq münasibətlərində olmaları, habelə Şahid5 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dostluq münasibətlərində olması səbəbindən Şahid10, Şahid11 və Şahid5 müdafiə tərəfinin şahidlərinə aid edilə bilməsi ilə bağlı məhkəmənin mövqeyi nümayış edilmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinin tələbi baxımından zərər çəkmiş şəxsin və şahidlərin ifadələri təqsirləndirilən şəxsin ifadəsi, ekspertin rəyi, maddi sübut, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlərlə bərabər sübut kimi qəbul olunur. Eyni Məcəllənin 125-ci maddəsinə əsasən isə məlumatların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilməsi mümkün sayılır. Lakin şahidlərin ittiham və ya müdafiə tərəfinə aidiyyatı onların vermiş olduqları ifadələrinin sübut kimi qəbul edib sübutetmə prosesində istifadə edilməsinin qeyri-mümkünlüyünə dəlalət etmir. Sübutlar isə qeyri mümkün sayıldıqda yanaşma əsaslı olmalı və mübahisəli sübutlar sübutlar siyahısından xaric edilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsində Şahid12 şahid qismində dindirilərkən məlum olmuşdur ki, ... qeydiyyatda olduğu və faktiki yaşadığı mənzil ünvan 4 ünvanında olmaqla 9 mərtəbəli bina evinin 1-ci mərtəbəsində yerləşir, ... iş materiallarında olan yazılı ifadəsini özü öz xətti ilə yazsa da, həqiqətdə heç bir hadisənin şahidi olmamış, ... sahə müvəkkili Xətai Nəsirov ona baş vermiş hadisəni təsvir etmiş və bununla bağlı yazılı şəkildə ifadə tərtib etməyi xahiş etdiyindən elə küçədə, yolun kənarına çəkilib çantanın üzərinə qoyulmuş kağız formasını özü əlyazma üsulu ilə doldurmuş, ... nə yazdığını hazırda xatırlamır, ... şahid qismində cəlb olunduğunu bilməmişdir. Göründüyü kimi, cinayət işinin materiallarında sübut kimi təqdim edilən şahid ifadəsi Şahid12 tərəfindən məhkəmədə təkzib edilməsi nəzərə alınıb, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsinin tələbi baxımdan həmin ifadə sübutlar siyahısından xaric edilməli və Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən qiymət verilməsindən imtina edilməlidir. Lakin şahid ifadəsinin sübutlar siyahısından xaric edilməsi, iş materiallarında olan və iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün digər sübutların əhəmiyyətinə və mötəbərliyinə xələl gətirmir. Azərbaycan Respublikası CPM-nin 126.2-cı maddəsinə görə hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış ifadələr sübut hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 126.5-ci maddəsi isə şahid qismində dindirilməli olmayan şəxslərin məlumatlarından sübut kimi istifadə olunmasına qadağa qoymuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından aydın olur ki, sübutların mümkünlüyü qiymtələndirilərkən proses iştirakçılarından birinin digəri ilə tanış olması, hətta dostluq münasibətlərində olması faktı cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması kimi qəbul edilə bilməz və sözü gedən sübut növləri sübuti əhəmiyyətini itirmir. Bununla yanaşı məhkəmə şahidlər Şahid6 və Şahid12 münasibətdə hadisənin baş veribverməməsinə hüquqi qiymətin verilməli olması baxımından qeyd olunan şəxslərin ifadələrinin əhəmiyyət kəsb etməsini göstərsə də, Şahid6 ifadələrinin zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin şəxsiyyətinə münasibətdə, Şahid12 ifadəsi isə ibtidai araşdırmanı aparmış müstəntiqin qərəzli davranışına münasibətdə qiymətləndirilməsi üçün önəm daşımasını vurğulamış, lakin belə vəziyyətdə, şahid ifadələrinin sübut kimi istifadə edilməsinin mümkünlüyünə və ya qeyri-mümkün hesab olunması ilə bağlı nəticəyə gəlinməmişdir. Göründüyü kimi, ibtidai araşdırmanı aparmış müstəntiqin davranışının qərəzli olması hökmdə göstərilməklə həmin halların nə ilə ifadə olunduğu aşkar əks olunmamış, məhkəməyədək icraat üzrə bu Məcəllənin tələblərinin pozulmasına yol verildiyinə istinad edilsə də işə mahiyyəti üzrə baxılarkən hər hansı bir reaksiya verilməmiş, məhkəmə baxışının nəticələrinə dair prosessual qərar qəbul olunmamışdır. Həmçinin, ibtidai araşdırma materialları və məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların tədqiqi nəticəsində baş vermiş hadisə bir neçə mərhələyə bölündüyü halda hadisəyə obyektiv hüquqi qiymətin verilməsinə səthi yanaşılmış, hökmdə təqdim edilən materialların mötəbərliyinə, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olması bildirilsə də prosessual cəhətdən baş vermiş hadisəyə lazımı qiymət verilməmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi 12 mart 2020-ci il tarixdə baş vermiş hadisə üzrə mübahisənin hər iki tərəfdən iştirakçılarının dərəcəsi təyin edilməyən xəsarətlər alması ilə nəticələndiyini qəbul edir, mübahisənin məhz təqsirləndirilən şəxslərin təşəbbüsü ilə yəni aldıqları xəsarətlərdən sonra evi tərk edib qaçmaqları ilə bitdiyini aşkar qaydada nümayiş edir və yekunda mübahisə zamanı hər hansı bir ictimai asayişin pozulması halı baş vermədiyi qənaətinə gəlinir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikasının CM-nin 8-ci və 58.3-cü maddələrinin tələblərinə uyğun olaraq onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, o cümlədən onları səciyyələndirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan məqsədləri, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs4 himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onuların şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu müddət hazırkı hökmlə onlara təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 401.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya protesti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2(iki) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu 12.03.2020-ci il tarixdən 19.05.2021-cı il tarixədək olan 1(bir) il 02 (iki) ay 07 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1(bir) il 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu 12.03.2020-ci il tarixdən 19.05.2021-cı il tarixədək olan 1(bir) il 02 (iki) ay 07 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 09(doqquz) ay 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu 12.03.2020-ci il tarixdən 19.05.2021-cı il tarixədək olan 1(bir) il 02 (iki) ay 07 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 09(doqquz) ay 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmalı və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdrılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat dövründə tutulduğu 12.03.2020-ci il tarixdən 14.03.2020-ci il tarixədək olan müddət azadlığın məhdudlaşıdırılması növündə cəzanın müddətinə bir günə iki gün olması nəzərə alınıb ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1(bir) il 11(on bir ay) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşıdırılması saxlanılmalı, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Ağdam rayonunun İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CPM-in 344, 346, 353, 398.1.2, 399.1.1, 399.1.2, 399.1.3, 401.1.2, 407-409-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası HÖKM ETDİ : Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli 1(009)-15/2021 saylı hökmü apelyasiya protestinə münasibətdə ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu 12.03.2020-ci il tarixdən 19.05.2021-cı il tarixədək olan 1 (bir) il 02 (iki) ay 07 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu 12.03.2020-ci il tarixdən 19.05.2021-cı il tarixədək olan 1(bir) il 02 (iki) ay 07 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə tutulduğu, həbsdə saxlanıldığı, ev dustaqlığında olduğu 12.03.2020-ci il tarixdən 19.05.2021-cı il tarixədək olan 1 (bir) il 02 (iki) ay 07 (yeddi) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 09 (doqquz) ay 23 (iyirmi üç) gün müddət azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzaçəkməsinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat dövründə tutulduğu 12.03.2020-ci il tarixdən 14.03.2020-ci il tarixədək olan müddət azadlığın məhdudlaşıdırılması növündə cəzanın müddətinə bir günə iki gün olması nəzərə alınıb ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 1 (bir) il 11 (on bir ay) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşıdırılması saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan evini hər gün saat 21:00-dan 7:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdam rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəzasının icrası müddəti Ağdam rayonunun İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-1458/2021
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-1458/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver