Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-146/2020 13.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Bayramov Әmir Novruz oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Әflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə, Həşim Rəşad Әlisahib oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 1978-ci ildə Jdanov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, iki nəfər yetkinlik yaşına çatmayan uşaq atası olan, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki Mayakovski küçəsində fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair 07 noyabr 2019-cu il tarixli, 1(101)-635/2019 saylı hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İ.X.Həsənzadənin sədrliyi ilə, Ә.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) 07 noyabr 2019-cu il tarixli, 1(101)- 635/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.3.3, 153.3 və 234.1.-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CMnin 150.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 153.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2019-cu il tarixdən hesablanmış, ona narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmaqla və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməklə, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Hökmlə həmçinin iş üzrə maddi sübutlar və ekspertiza xərci məsələsi də həll edilmişdir. Birinci instansiya məhkəməsi həmin hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs tərbiyə etmək vəzifəsi daşıdığı on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə sonuncuya qarşı təkrarən seksual xarakterli zorakılıq hərəkətləri və əxlaqsız hərəkətlər etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 2012-ci ildən etibarən müxtəlif ünvanlarda, həmçinin 2018-ci il dekabrın 14-də, axırıncı dəfə isə 2018-ci il dekabrın 21-də təkrarən ünvan 3 ünvanında yerləşən evin qonaq otağında tərbiyə etmək vəzifəsi daşıdığı 2005-ci il 19 yanvar tarixli təvəllüdlü doğma övladı Zərərçəkmiş şəxs on dörd yaşına çatmamasını, əqli və yaş xüsusiyyətlərinə görə öz hərəkətlərini, özünə qarşı edilən hərəkətlərin sosial mahiyyətini və ola biləcək nəticələri tam olaraq dərk etmək, proqnozlaşdırmaq qabiliyyətinə malik olmamasını bildiyi halda edəcəyi hərəkətlər barəsində qızına həqiqətə uyğun olmayan, təhrikedici, maraq oyatmaq məqsədi daşıyan fikirlər deyib razı salmaqla cinsiyyət orqanını Zərərçəkmiş şəxs bədəninə toxunduraraq ağız boşluğuna salmış, eləcə də zor tətbiq etmədən öz cinsiyyət orqanını nümayiş etdirib pornoqrafik video görüntülər göstərməklə, sonuncunun cinsi orqanlarına toxunmaqla öz cinsi ehtirasını pozğun formada təmin edərkən onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri və əxlaqsız hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tiryəkdən kustar üsulla hazırlanan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq, yəni 1,200 qram miqdarda əldə edib üzərində saxlamaqla daşımış və 2019-cu il yanvarın 17-də saat 00:10 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsində yerləşən nömrəsiz yeni tikilinin yaxınlığında saxlanaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirildikdən sonra orada üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülü halda həmin çəkidə göstərilən növ narkotik vasitə aşkar edilib götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə 07 noyabr 2019-cu il tarixli, 1(101)- 635/2019 saylı hökmündən məhkumun müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti verərək, həmin hökmün ləğv edilib, Təqsirləndirilən şəxs barəsində əməli sübuta yetirilmədiyindən bəraət hökmü elan edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs əməli sübuta yetirilmədiyindən, məhkəmənin hökmü ədalətsizdir və məhkumun hüquqlarının pozulmasına səbəb olmuşdur. Birinci instasiya məhkəməsində məhkəmə istintaqı aparılan zaman Təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bidirmişdir ki, doğma övladına qarşı heç zaman bele əxlaqsız və qanunsuz hərəkətlər etməzdir, arvadı olan Qanuni nümayəndə təsiri və təziqi nəticəsində övladları ona qarşı böhtan xarakterli ifadələr vermiş və bu işdə onlara məktəbin müəllimi Şahid3 dəstək olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə məhkəmədə bildirmişdir ki, arvadı ilə uzun müddət idi ki münasibətləri pis olmuş, sonuncu gecələr evə gəlməyərək spirtli içkilər qəbul etmiş və aralarında tez tez dava-dalaş olmuşdur. Qanuni nümayəndə daim onu şərləyərək tutduracağı ilə hədələyirmiş və bu yolla nəhayət istəyinə nail olmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsində və ibtidai istintaq zamanı verdiyi ifadələrinin hamısı təsir altında alınmışdır. Narkotik vasitə ilə əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi vəzifəsində işləyən polis polkovnik-leytenantı X6 mənəvi təsiri nəticəsində və onun dediyinə görə guya işin artıq polis şöbəsində baxılması səbəbindən hər hansı bir maddə ilə geci-tezi məhkum olunacağını düşünərək, Әliyar siqaret belə çəkmədiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 maddələri ilə təqsirli bilinməsindənsə narkotik vasitə ilə məhkum olunması təklifini qəbul etmiş və onun vədlərinə aldanmışdır. Halbuki, irəli sürülmüş ittihamların heç birində Təqsirləndirilən şəxs təqsiri olmamış və o, böhtan ilə üzüzə qalmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs cinayət işinin araşdırılmasına kifayət gədər vaxt ayırmışdı və məhkəmə gedişatı zamanı zərərçəkmiş şəxsin anasından asılı vəziyyətdə olması açıq aşkar hiss olunurdu. Məhkum Təqsirləndirilən şəxs məhkəmədə dəfələrlə bildirmişdir ki, öz doğma övladına qarşı belə hərəkətlər etmiş olsaydı həmin uşaqlar göstərilən tarixdən sonra heç vaxt onun qapısını döyməzdilər belə, amma həqiqətdə isə qızları bu şikayətlərdən sonra da onun yanına gəlib getmişlər, yaşadığı evdə qalmışlar və ata qayğısını görmüşlər. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə qızlarının tərbiyəsiz davranışı ilə əlaqədar tez-tez onlara irad tutduğunu bildirmiş və onların davranışı oxuduğu məktəblərdə də narazılıq yaratmışdır. O, qızlarının şəri nəticəsində hətta bir neçə il əvvəl, adını xatırlamadığı müəllimin məktəbdən işdən azad olunmasını da məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəməyə əlavə şahid qismində dəvət olunaraq dindirilmiş, X1 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun evində ailəsi ilə yaşayan müddətdə, övladlarına qarşı qayğıkeş olmuş, uşaqları narahat uşaqlar olduğundan onları düz davranışa dəvət etmiş və bununla əlaqədar daim arvadı ilə mübahisə etmişdir. Azərbayan Respublikası CM-nin 150.3.3, 150.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs tərəfindən törədildiyi əməl məhkəmə iclaslarında belə sübuta yetirilməmişdir və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə 07 noyabr 2019-cu il tarixli, 1(101)- 635/2019 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək hökmün əsassız və qanunsuz olduğunu bildirərək ləğv edilib işinə yenidən baxılmasını xahiş etmişdir. Lakin verilmiş apellyasiya şikayətləri üzrə ilkin məhkəmə baxışı zamanı məhkum Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına hüquqlarını müdafiə edən müdafiəçisi Müdafiəçi ilə birgə imzaladığı ərizə verərək, özü tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etmədiyini və öz apellyasiya şikayətindən imtina etdiyini, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etdiyini göstərərək, özü tərəfindən verilmiş apelyasiya şikayətinin baxışına xitam verilməsini və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmə baxışına təyin edilərək baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 dekabr 2019-cu il tarixli, 1(103)-1728/2019 saylı ilkin baxış qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs haqqında iş üzrə 07 noyabr 2019-cu il tarixli, 1(101)-635/2019 saylı hökmündən məhkum özü tərəfindən verilmiş apelyasiya şikayətindən imtina etdiyindən onun apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Hökmdən zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi apelyasiya şikayəti, dövlət ittihamçısı isə apelyasiya protesti verməmişlər. Qanunla nəzərdə tutulmuş qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, zərərəçəkmiş şəxs və onun qanuni nümayəndəsi heç bir məlumat vermədən məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə müraciət etməmişlər. Məhkəmə kollegiyası zərərəçəkmiş şəxs və onun qanuni nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi sonuncu tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək həmin şikayətdə göstərilən əsaslarla hökmün ləğv edilib, Təqsirləndirilən şəxs barəsində əməli sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmasını xahiş etdilər. Apelyasiya baxışı zamanı dövlət ittihamçısı X13 birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 150.3 və 234.1-ci maddələri ilə törətdiyi cinayət əməllərinin kifayət qədər sübuta yetirilməklə düzgün tövsif olunduğunu və törətdiyi əmələ uyğun olaraq ədalətli cəza təyin edildiyini, iş üzrə qanuni, əsaslı və ədalətli hökm çıxarıldığını, verilmiş apelyasiya şikayətinin əsassız olduğunu göstərərək, apellyasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən hökmün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkumun müdafiəçisi Müdafiəçi apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbayan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 150.3 və 234.1-ci maddələri ilə məhkum olunmasında dair 07 noyabr 2019-cu il tarixli, 1(101)-635/2019 saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan verilmiş həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələri ilə bəraət verilməsi barədə müdafiəçisinin apelyasiya şikayətinin dəlillərini aşağdakılara əsasən əsassız hesab edir. Belə ki, hazırda apelyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, doğma qızı olan Laləyə qarşı hər hansı əxlaqsız hərəkət etməmişdir. Arvadı Xatirənin 155 saylı orta məktəbdə, yəni qızı Lalənin oxuduğu məktəbdə müəllim işləyən Mehman adlı şəxslə gizli şəxsi münasibətləri vardır və arvadı Xatirə ilə Mehman birlikdə bu planı quraraq onu tutdurmaq məqsədilə doğma qızı Lalənin ona qarşı şikayət və ifadə verməsini təşkil etmişlər. O, doğma qızına qarşı heç bir əxlaqsız hərəkət etməmişdir. İbtidai istintaq zamanı müstəntiq onu aldadaraq qızı Laləyə qarşı etmədiyi əməli etiraf edəcəyi halda, ona qarşı yalnız narkotik maddə ilə ittiham verəcəyini bildirmiş və bu səbəbdən o, ibtidai istintaq zamanı qızı Laləyə qarşı etmədiyi əxlaqsız hərəkətləri etiraf etmişdir. Әslində onun üzərində narkotik vasitə də aşkar olunmamışdır. O, heç vaxt narkotik vasitə qəbul etməmiş, hətta heç siqaret də çəkməmişdir. Odur ki, ona elan olunmuş ittiham özünü təqsirli bilmir və ona bəraət verilməsini xahiş edir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısının vəsatətinə əsasən, Təqsirləndirilən şəxs ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə istintaq hərəkətinin qeydə alındığı, üzləşdirmədən sonra Təqsirləndirilən şəxs və zərəçəkmiş Zərərçəkmiş şəxs verdikləri ifadələrinin qeydə alındığı video görüntülər olan SD disklərə baxış keçirilmişdir. Üzləşdirmə istintaq hərəkətinin qeydə alındığı video görüntülərə baxış keçirilərkən müəyyən olundu ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, ilk dəfə 7 yaşında yaşadıqları evdə atası Təqsirləndirilən şəxsla təklikdə olarkən atasının tələbinə əsasən şalvarını aşağı çəkdiyini, atası Әliyar öz cinsiyyət orqanını onun arxa oturacaq hissəsinə və ayaqlarının arasına, eləcə də qabaq tərəfdən sürtdüyünü və cinsiyyət orqanından gələn ifrazatı yerə boşaltıdğını, 10 yaşına çatanadək təxminən 3 il ərzində atası evdə heç kim olmayanda həmin hərəkətləri davam etdirdiyini, öz telefonunda olan pornoqrafik videoları ona göstərdiyini, bunun yaxşı şey olduğunu və bunu bütün ataların qızları ilə etdiyini dediyini, bunu heç kimə deməməsinin tapşırdığını, 10 yaşından sonra atası həmin hərəkətləri təkrar edərkən öz cinsiyyət orqanını zorla onun ağzına saldığını və ondan cinsiyyət orqanını ağzına salıb-çıxarmağı tələb etdiyini, bir dəfə həmin ifrazatdan bir damcı onun ağzına düşdüyünü, 14 dekabr 2018-ci il tarixdə atası öz cinsiyyət orqanını onun arxasına itələməyə çalışdığını, lakin ağrı hiss etdiyindən bunu etmədiyini, atası təklikdə olanda onu “balaca qəhbəm” deyə çağırdığını, atası Təqsirləndirilən şəxs üzünə qarşı ağlayaraq bir daha deyərək təsdiq etmiş, Təqsirləndirilən şəxs həmin halların baş vermədiyini bildirdikdə Zərərçəkmiş şəxs üzünü atası Təqsirləndirilən şəxs tərəf tutub ağlayaraq “bir şeyi də boynuna alsan nolar ee” deyə müraciət etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin qeydə alındığı video görüntülərə baxış keçirilərkən o, atası Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməklə əxlaqsız hərəkətlər etdiyini bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzləşdirmədən sonra verdiyi ifadəsinin qeydə alındığı video görüntülərə baxış keçirilərkən o, qızı Zərərçəkmiş şəxs qarşı etdiyi əxlaqsız hərəkətləri etiraf etmişdir. Apellyasiya baxışı zamanı həmin video görüntülərə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı üzləşmə zamanı göstərdiklərinə münasibətdə ilk öncə başını aşağı əyərək susmuş, daha sonra isə qızı Zərərçəkmiş şəxs üzləşmə zamanı göstərdiklərinin etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, bir neçə aydır ki narkotik vasitələrin istifadəçisidir. İnyeksiya yolu ilə narkotik vasitə qəbul edir. Daha çox narkotik vasilə kimi heroinə üstünlük verir. 16 yanvar 2019-cu il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Xətai rayonu ərazisinə getmişdir. Orada təsadüfən köhnə tanışı olan, lakin adını xatırlamadığı şəxsi görmüşdür. Onunla hal-əhval tutaraq söhbət edərkən narkotik vasitə istifadə etdiyini demişdir. Bundan sonra həmin şəxs ona ucuz qiymətə heroin təşkil edə biləcəyini bildirmişdir. Onun narkotik vasitəyə ehtiyacı olacağı üçün narkotik vasitəni almağı qərara almışdır. Narkotik vasitə heroinin bir bükümünün qiymətini 80 manata razılaşmışlar və həmin pulu verib siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitəni alıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Sonra yaşadığı Sabunçu qəsəbəsi, Mayakovski küçəsi yeni tikili evə gəlmişdir. Bir qədər istirahət etdikdən sonra təxminən saat 00:10 radələrində siqaret almaq üçün evdən çıxmışdır. Evin yaxınlığında bir neçə nəfər şəxs mülki geyimdə ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatının olmasını deyərək 12-ci PŞ-yə getməli olduğunu bildirmişlər. Razılaşaraq həmin şəxslərlə birlikdə 12-ci PŞ-nin inzibati binasına getmişlər. Orada inzibati otaqların birində bölməyə gətirən polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçiriləcəyini və prosesinin video görüntüsünün çəkiləcəyini bildirmişlər. O, etiraz etməmişdir. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşmuşlar və varsa təqdim etməyi tələb etmişlər. Bundan sonra o, əynində olan cins şalvarın sağ yan cibində olan gümüşü rəngli siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin bağlamaya onun iştirakı ilə baxış keçirilərkən qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin maddənin narkotik vasitə heroin olmasını, ona məxsus olmasını bildirmişdir. Sonra həmin bağlama qablaşdırılmışdır. Baxışla əlaqədar tərtib edilmiş protokolla tanış olduqdan sonra digər iştirakçılar kimi o da imza edərək doğruluğunu təsdiq etmişdir. Üzərinə baxış zamanı siqaret və pul özünə qaytarılmışdır. Әlavə olaraq bildirmişdir ki, o, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə edərək saxlamışdır. Üzərindən aşkar olunaraq götürülmüş nakotik vasitəni Xətai rayonu "Ağ şəhər" adlanan ərazisində adını xatırlamadığı şəxsdən 80 manata almışdır. Aşkar edilmiş narkotik vasitədən başqa narkotik vasitə saxlamır. Baxış zamanı təqdim etdiyi narkotik vasitədən başqa üzəridə hər hansı qanunsuz predmet olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs ilə üzləşdirmədən sonra 18.01.2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində video çəkiliş aparılmaqla əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, əvvəlki ifadəsində, o cümlədən qızı Lalə ilə üzləşdirmə zamanı ifadəsində qızı Zərərçəkmiş şəxs dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Lakin hazırda qızı Laləyə qarşı əməlini etiraf edir. 2-3 il bundan əvvəl Sabunçu qəsəbəsi Muxtarov küçəsində yerləşən kirayə yaşadığı evdə qızı Lalə ilə təklikdə olarkən sərxoş halda Laləyə əynində olan şalvarı və alt paltarını aşağı çəkməyi tələb etmişdir. Qızı etiraz etməyərək dediyini etmiş və o öz şalvarını aşağı çəkmədən öz cinsiyyət orqanını onun arxa oturacaq nahiyyəsinə sürtmüş və əlləri ilə onun cinsiyyət üzvünü əlləmişdir. Bir müddət bu hərəkətləri davam etdikdən sonra orqazm olmuşdur. Bundan sonra Laləyə baş verənləri heç kimə deməməsini tapşırmışdır. Növbəti dəfə bir neçə ay sonra yenidən həmin ünvanda Lalə ilə tək qalmağından istifadə edərək ondan şalvarını və alt paltarını aşağı çəkməsini istəmiş və özü də şalvarını aşağı çəkərək arxadan qucaqlamaqla öz cinsiyyət orqanını açıq şəkildə onun arxa oturacaq nahiyyəsinə sürtmüş və ayaqlarının arasına sürtərək hərəkət etdirməyə başlamışdır. Bu formada orqazm olaraq spermanı yerə axıtmışdır. Bundan sonra dəfələrlə qızı Laləyə qarşı bu formada hərəkətlər etməyə davam etmişdir. Təxminən 2-3 aydan bir Lalə ilə bu forma hərəkətlər etməyə imkan tapmışdır. Әlavə olaraq bildirmişdir ki, dəqiq vaxtını xatırlamasa da sonuncu dəfə təxminən 1-2 ay bundan öncə Zərərçəkmiş şəxs qarşı bu hərəkətləri etmişdir. Cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyyəsinə toxundurmamışdır. O, Zərərçəkmiş şəxs telefonda pornoqrafik videolar göstərərək orada edilən hərəkətləri öyrənməsini istəmişdir. Zərərçəkmiş şəxs dediyi kimi 14 dekabr 2018-ci il tarixdə öz cinsiyyət orqanını onun arxa keçəcək nahiyyəsinə salmağa cəhd etməmişdir. Sonuncu dəfə 1-2 ay bundan əvvəl kirayə yaşadığı evdə yuxarıda qeyd etdiyi formada hərəkətlər etmiş, yəni öz cinsiyyət orqanını onun cinsiyyət üzvlərinə sürtərək orqazm olmuşdur. Qeyd olunan hərəkətləri edən zaman Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməmişdir. O, 14 dekabr 2018-ci il tarixdə birlikdə olarkən ona şillə ilə vurmamışdır. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs qismində dindirilən 19 yanvar 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, ailələri atası Təqsirləndirilən şəxs, anası Qanuni nümayəndə, bacısı X10, qardaşı X11 və ondan ibarət olmaqla, kirayə yaşadıqları evləri maddi vəziyyətləri aşağı olması ilə əlaqədar tez-tez dəyişmişlər. Hazırda Bakı şəhərinin Sabunçu qəsəbəsində yerləşən 155 saylı orta məktəbin 7-ci sinfində təhsil alır. Təxminən 2012-ci ildən etibarən atası imkan tapan kimi ona söz atmış, ona gözəlləşdiyini, arxa hissəsinin böyüdüyünü qeyd edərək bəhanə edib onun bədəninin yumşaq hissələrini əli ilə sıxmışdır. İlk dəfə 7 yaşı olan vaxt yay aylarında günorta saatlarında kirayə yaşadıqları və ünvanını xatırlamadığı vaqontipli 3 otaqlı evdə tək olarkən qonaq otağında valideyni Әliyar maraqlı bir şey göstərəcəyini, bunun yaxşı bir əlamət olmasını, bütün qızların öz ataları ilə belə işlə gizli məşğul olmasını bildirməklə əynindəki şalvarı aşağı çəkməyini istəmiş, öz şalvarını və alt paltarını da aşağı çəkərək arxa tərəfdən yaxınlaşıb onu qucağına götürmüş və öz bədənini onun arxa oturacaq hissəsinə sürtməyə başlamış, birazdan sonuncunun cinsiyyət orqanı böyümüş və bərkimiş, həmin yerdən gələn ifrazatı atası döşəmədəki paltarın birinə boşaltdıqdan sonra göstərilən orqan kiçilmişdir. Valideyni Әliyar əgər o, bu barədə kiməsə bildirsə, onu döyəcəyini söyləmişdir. Hər dəfə tək qalanda sonuncu onunla eyni hərəkətlər etmiş, cinsiyyət orqanını oynatmaqla əli ilə sürtməyini, mobil telefonundakı pozğun videolar göstərərək təkrarlamağını, təqribən 10 yaşından cinsiyyət orqanını həm onun arxa oturacaq hissəsinə, həm ön hissəsinə sürtüb yalamağını, öpməyini və ağzına salmağını demiş, bəzən yapışqan ifrazatı onun bədəninin üzərinə və hətta bir dəfə ağzına tökmüşdür. Belə hərəkətlər onların kirayədikləri fərqli ünvanlarda mütəmadi davam etmişdir. 2018-ci il dekabrın 14-də valideyni Әliyar yenidən əxlaqsız hərəkətlər etməklə əyilməyini xahiş edərək cinsiyyət orqanını onun arxa dəliyinə itələmiş, o, möhkəm ağrı hiss etdiyindən atası fikrindən yayınmışdır. Axırıncı dəfə valideyni Әliyar bu cür hərəkətləri 2018-ci il dekabrın 21-də etmiş, çünki bacısı Jalə onun davranışından şübhələndiyi üçün o, baş verənləri sonuncuya və anası Xatirəyə, 2019-cu il yanvarın 11-də məktəbin psixoloqu Şahid4 danışmışdır. Nigar xanım onu dinləyib hadisə haqda məktəbin rəhbərliyini məlumatlandırdıqda ondan müvafiq ərizə almışlar. Atası həmin söhbətlərdən sonra evdən çıxmış, onu döyməsi ilə hədələməklə heç bir xəsarət yetirməmişdir. Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsinə onun adından ünvanlanan ərizədə valideyni Әliyarın ona və digər ailə üzvlərinə qarşı yaxşı yanaşmadığı, normal həyat tərzi keçirməməsi barədə sözlər düzgün olsa da, onunla nalayiq hərəkət etməməsinə, böhtan atılmasına dair yazılanlar həqiqəti əks etdirmir. Göstərilən ərizəni yazdığı zaman əmisi Oqtay Әmirov ona təsir edərək, əgər qardaşı etdiyi hərəkətlərə görə məhkum olunsa, cəmiyyətdə biabır olacağını, ləkələnəcəyini, gələcəkdə onunla heç kim ailə qurmayacağını bildirdiyinə görə həmin ərizəni yazmış və bu xususatı birinci instansiya məhkəməsində dövlət ittihamçısının sualına cavabında da bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailələri atası Təqsirləndirilən şəxs, anası Qanuni nümayəndə, o, bacısı X18 və qardaşı X9 ibarət olmaqla 5 nəfərdən ibarətdir. Bundan əvvəl də müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Maddi vəziyyəti aşağı olması ilə əlaqədar tez-tez kirayə yaşadığı evləri dəyişirlər. Hazırda Sabunçu qəsəbəsində yerləşən 155 saylı orta məktəbin 7-ci sinfində təhsil alır. Təxminən 6 il əvvəl atası Təqsirləndirilən şəxs ona qarşı münasibəti dəyişməyə başlamışdır. Həmin ərəfələrdə atası imkan tapan kimi ona söz atmış, ona gözəlləşdiyini, gözəgəlimli olduğunu, arxa hissəsinin böyüdüyünü demiş, bəhanə edib onun bədəninin yumşaq hissələrini əli ilə sıxmışdır. İlk dəfə 7 yaşı olarkən yay aylarında, günorta vaxtı atası və o, evdə tək olarkən həmin vaxt kirayə yaşadığı ünvanını xatırlamadığı vaqon tipli 3 otaqlı evin qonaq otağında atası ona yaxınlaşaraq əynində olan şalvarı aşağı çəkməyini istəmişdir. Bunun səbəbini soruşduqda atası ona maraqlı bir şey göstərəcəyini bildirmişdir. O, atasının bu sözlərindən sonra şalvarını aşağı çəkmişdir. Atası onun alt pallarını da aşağı çəkdikdən sonra öz şalvarını və alt paltarını da aşağı çəkib ona arxa tərəfdən yaxınlaşaraq qucağına götürmüş və öz bədənini onun arxa oturacaq hissəsinə sürtməyə başlamışdır. Bu zaman atasının bədənində bir hissənin böyüdüyünü və möhkəmləndiyini hiss etmişdir. Әliyar daha çox bədəninin həmin hissəsini onun bədəninə sürtərək hərəkətlərinə davam etmişdir. Bir qədər bu hərəkətləri davam etdikdən sonra sonradan cinsiyyət orqanı olmasını öyrəndiyi həmin orqanınından ifrazat gəlmiş və həmin ifrazatı yerdə olan paltarlarından birinə boşaltmışdır. İfrazat gəldikdən sonra onun orqanı kiçilməyə başlamış və atası həmin orqanını yerdə olan paltarı ilə sildikdən sonra şalvarını geyinmişdir. O. atasından bu hərəkətlərin mənasım soruşduqda alası ona bunun yaxşı bir şey olmasını, bütün qızların buna can atdığını, bütün qızların öz ataları ilə belə etdiyini demişdir. Həmçinin ona demişdir ki, bunu gizli saxlamaq lazımdır, hamı bunu gizli edir, bu sirr olmalıdır. Әgər o, bu barədə kimə isə desə onu döyəcəyini bildirmişdir. Hər dəfə tək qalanda atası ondan soyunmağını istəyir, özü də soyunduqdan sonra əli ilə onun bədənin orta hissəsində olan uzunsov formalı orqanını oynatmağını, əlini həmin orqanına sürtməyini istəyir, bu hərəkətləri nəticəsində həmin orqanı böyüyüb bərkidikdən sonra onun bədəninə sürtmüşdür. Bir müddət sonra atası bir neçə dəfə istifadə etdiyi mobil telefonunda ona qızla oğlanın çılpaq olduğu müxtəlif pozğun videolar göstərmişdir. Həmin videolarda da oğlanın orqanı atasında gördüyü kimi böyümüş vəziyyətdə olur və bir müddət sonra həmin orqandan atasında gördüyü kimi ifrazat gəlmişdir. Həmin videoları göstərərkən videolardakı hərəkətlərin necə edildiyini öyrənməyini və onunla birlikdə olarkən təkrar etməyini istəmişdir, təxminən 10 yaşından sonra atası cinsiyyət orqanını həm onun arxa oturacaq hissəsinə, həm ön hissədə olan cinsiyyət orqanına sürtməklə yanaşı öz cinsiyyət orqanını onun ağzına sürtərək ondan həmin orqanını ona göstərdiyi video görüntülərdə olduğu kimi yalamağını, öpməyini və ağzına salmağını istəmişdir. Bu hərəkətlərin onun xoşuna gələcəyini dediyi üçün atasının dediklərini etmişdir. Hər dəfə ondan nə üçün bu hərəkətləri etməyini istədiyini soruşduqda atası bunda qeyri-adi heç bir şey olmadığını, bütün qızların bu hərəkətləri etdiyini, onun üçün təhlükəli bir şey olmadığını demişdir. Bu hallar hər həftə bir neçə dəfə təkrar olunmuşdur. Onlar tez-tez yaşadığı evləri dəyişdiyi üçün bu hərəkətlər fərqli-fərqli ünvanlarda baş vermişdir. Atası bu hərəkətləri təkrarladıqdan sonra cinsiyyət orqanından gələn ifrazatı hər hansı bir paltarının üzərinə boşaltsa da bəzən yapışqan ifrazatını onun bədəninin üzərinə boşaltmışdır. Hətta bir dəfə həmin ifrazat onun ağzına da düşmüşdür. Həmin ifrazat onun ağzına dəydikdə onun ürəyi bulandığı üçün bir daha bu halı təkrarlamamışdır. 14 dekabr 201 8-ci il tarixdə atası yenə də onun arxa oturacaq hissəsinə, həm ön hissədə olan cinsiyyət orqanına sürtdükdən, həm də öz cinsiyyət orqanını onun ağzına salıb-çıxardıqdan sonra əyilməyini istəmişdir. O əyildikdən sonra atası cinsiyyət orqanını onun arxasına yaxınlaşdıraraq irəli itələmişdir. Bu zaman möhkəm ağrı hiss etdiyi üçün bu hərəkətlərinə davam etməmişdir. Sonuncu dəfə 21 dekabr 2018-ci il tarixdə atası Әliyar onun şalvarını və alt paltarını aşağı çəkib yenə də öz orqanını həm onun arxa oturacaq hissəsinə, həm ön hissədə olan cinsiyyət orqanına sürtmüşdür. Bundan sonra o, atasının istəyi ilə videolarda gördüyü kimi atasının bərkimiş və böyümüş orqanını yalamış və ağzına salıb-çıxartmışdır. Bir qədər bu hərəkətləri etdikdən sonra atası cinsiyyət orqanından gələn bulanıq rəngli ürəkbulandıran qoxusu olan maye formalı yapışqan ifrazatı yerdə olan şalvarının üzərinə boşaltmışdır. Bundan sonra aralarında bir daha belə bir hal təkrarlanmamışdır. Belə ki, bacısı onun davranışlarından şübhələndiyi üçün o, baş verənləri bacısı Jalə və anası Xatirəyə danışmışdır. Onlar bu hadisədən xəbər tutduqdan sonra atası Әliyar evdən çıxıb getmişdir. 11 yanvar 2019-cu il tarixdə o, baş verənləri məktəbin psixoloqu Nigar xanıma danışmışdır. Nigar xanım onu dinlədikdən sonra bu barədə məktəbin rəhbərliyinə məlumat vermişdir. O, baş verənləri məktəbin direktoruna da danışdıqdan sonra ondan bu barədə ərizə almışlar. Әlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirilməmişdir. Әliyar ona etdiyi işin yaxşı iş olmasını, bütün qızların bu hərəkətləri etdiyini, heç bir təhlükəsi olmadığını deyərək onu bu hərəkətlərə razı salmışdır. Atasının dedikləri onda maraq oyatdığı üçün etiraz etməmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 2-3 il bundan öncə istifadə etdiyi markasını və modelini tam xatırlamadığı mobil telefonunda həmin videoları ona göstərmişdir. Sonradan həmin telefonunu satdığı üçün bir daha ona elə videoları göstərməmişdir. Atasının ifrazatını üzərinə boşaltdığı paltarları, yataq dəstlərini o iyrəndiyi üçün dərhal yumuşdur. Buna görə də heç bir iz daşıyan paltar və s. qalmamışdır. Təqsirləndirilən şəxs başqa ona qarşı qeyd olunan hərəkətləri edən olmamışdır. Anası Qanuni nümayəndə baş verənlərdən daha öncə məlumatı olmamış, ona bu barədə heç nə deməmişdir. Atası ona anasına deməməyini tapşırmışdır. Ona demişdir ki, anana desən bu işin yaxşı bir iş olduğunu deyəcək, amma bu iş aralarında sirr olmalıdır. Atası Təqsirləndirilən şəxs ona qarşı hərəkətləri barədə yuxarıda qeyd olunan şəxslərdən başqa kimə isə məlumat verməmişdir. Atası Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını açıq-aşkar ona nümayiş etdirmişdir. Təqsirləndirilən şəxsnın ona qarşı qeyd olunan hərəkətləri etdiyi ünvanları tez-tez kirayəуə yaşadığı ünvanları dəyişdikləri üçün ola bilər ki, xatırlaya bilməsin. İbtidai istintaq zamanı aralarında video çəkiliş aparılmaqla keçirilmiş üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları atası Təqsirləndirilən şəxs üzünə qarşı ifadə edərək bir daha təsdiq etmişdir, Təqsirləndirilən şəxs isə Lalənin ona qarşı dediklərinin olmadığını bildirmişdir (i/v 100-104 və CD disk). Birinci instansiya məhkəməsində və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhərinin Sabunçu rayonunundakı Sabunçu qəsəbəsində yerləşən 155 saylı tam orta məktəbin psixoloqu işləməklə Lalə və X16 bacılarını məktəbin şagirdləri kimi tanıyır. 2019-cu il yanvarın 11-də Lalə ona bildirmişdir ki, 7 yaşından etibarən atası Təqsirləndirilən şəxs onunla nalayiq davranır, evdə tək qaldıqları zaman müntəzəm olaraq onun bədəninin yumşaq hissələrini əlləyir, öz bədəninin də naməhrəm hissələrini ona nümayiş etdirib toxundurur, ona öz telefonunda qızla oğlanın cinsi münasibətlərini əks etdirən videolar göstərir, həmin görüntüləri təkrarlamağı tələb edir. Bu haqda məktəbin rəhbərliyinə xəbər vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla nikahdan ikisi qız, biri oğlan olmaqla 3 övladı vardır. Zərərçəkmiş şəxs və Әmirova Jalə onun qızları, Әmirov Sənan isə oğludur. 22 dekabr 2018-ci il tarixdə qızı Lalə ona bildirmişdir ki, təxminin 6 ildir ki, atası Әliyar ona qarşı müxtəlif formalarda əxlaqsız hərəkətlər etmişdir. Bu hal ona məlum olduqdan sonra Әliyara zəng edərək onu evə çağırmışdır. Әliyar evə gələrək deyilənlərlə razı olmadığını demişdir. Lalə onun üzünə qarşı etdiyi əxlaqsızlıqları dedikdə, o deyilənlərin yalan olduğunu deyərək paltarlarını yığıb evdən getmişdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı cinsi xarakterli əxlaqsız hərəkətlər edilməsindən daha əvvəl şübhəsi və məlumatı olmamışdır. Qızı bu barədə ona heç bir söz deməmişdir. Təxminən 7 yaşı olanda onun üzündə qançır və diş izi olması onun diqqətini çəkmiş və qızı Lalə həmin izin atası tərəfindən yetirildiyini demişdir. Lakin Әliyar bildirmişdir ki, o öz qızını əzizləyərkən möhkəm öpmüş və onun üzündə belə bir iz qalmışdır. Әliyar Lalənin doğma atası olduğundan onun ağlına başqa bir pis fikir gəlməmiş və bu hadisənin dərinliyinə getməmişdir. Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs barəsində fikirlərinə inanır. Çünki Әliyarın şəxsiyyəti müsbət xarakterizə oluna bilməz. Әliyar ona da dəfələrlə qeyri-təbii şəkildə, əxlaqsız formada cinsi əlaqədə olmağı təklif etmişdir. Onun cinsi istəkləri, tələbləri anormal olmuşdur. Onun öz qızına qarşı etdiyi hərəkətlər bundan irəli gələ bilər. Әliyar digər qızı Jaləyə qarşı da əxlaqsız hərəkətlər etməyə cəhd etmiş, lakin Jalənin deməsinə əsasən o buna icazə verməmişdir. Qızınının paltarlarında, digər əşyalarda Әliyarın etdiyi hərəkətlərin izlərinə rast gəlməmişdir. Birinci instansiya məhkəməsində və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci il dekabr ayının axırlarında kiçik bacısı Zərərçəkmiş şəxs ataları Təqsirləndirilən şəxs ona qarşı uzun müddətdir seksual xarakterli nalayiq hərəkətlər etdiyini bildirəndə bu məsələni anaları Qanuni nümayəndə danışmış, sonuncu onun əmisi Oqtay Әmirovun iştirakı ilə soruşduqda atası deyilənləri təkzib etmiş və evdən çıxıb getmişdir. Bir ara sonra onlar məktəbdəki psixoloqa hadisə barədə xəbər vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2018-ci il dekabr ayının əvvəllərində Әliyarın arvadı Qanuni nümayəndə zəngi ilə sonuncuların evlərinə gələndə qardaşının övladı Zərərçəkmiş şəxs ağladığını görməklə səbəbi ilə maraqlandıqda Xatirənin əri Әliyarın Laləyə sataşaraq qızına qarşı pozğun hərəkətlər etməsini söyləmişdir. Әliyarı kənara çəkib sorğu-sual edərkən qardaşı ona and içməklə deyilənlərin yalan olduğunu dönə-dönə bildirmişdir. Söhbət uzandığı üçün Әliyar onun təsiri ilə evi tərk etmiş və başqa yerdə kirayədə yaşamağa başlamasına baxmayaraq övladları atasının yanına gəlib-getmişlər. Qardaşının polislər tərəfindən saxlanması 2019- cu il yanvarın 17də ona məlum olmuşdur. Baş verənlərin doğruluğuna əmin olmadığı üçün hadisə barədə polisə məlumat verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildən etibarən Bakı şəhərinin Sabunçu rayonunundakı Sabunçu qəsəbəsində yerləşən 155 saylı orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir. Bir müddət X12 oxuduğu sinfin sinif rəhbəri olmuşdur. Zərərçəkmiş şəxs Jalənin bacısı kimi tanımışdır. 2018-ci il dekabr ayının axırlarında günorta saatlarında tənəffüs vaxtı məktəbdə olarkən təsadüfən məktəbin arxa tərəfində Jalənin atası kimi tanıdığı Təqsirləndirilən şəxs Jalə ilə uca səslə danışdığını, qızın ağlamasını, üzünün qızarmasını görmüş, yaxınlaşmaqla iradını bildirərək məktəbdə belə hərəkətlərin yolverilməz olduğunu deyəndən sonra Әliyar ərazidən uzaqlaşmış, Jalə isə atasının yaxşı adam olmadığını, ona qarşı nalayiq hərəkətlər etdiyini söyləmişdir. Sonradan ona məlum olmuşdur ki, Lalə də atasının onunla pozğun hərəkətlər etməsini məktəbin psixoloqu Şahid4 danışmışdır. Әliyarın onun barəsindəki sözləri cəfəngiyyatdır. Onun bu məsələdə heç bir marağı və ya təsiri olmamışdır. O, bir müəllim kimi lazımi diqqət yetirib aşkarlanan hallara biganə qalmamış və köməklik etməyə çalışmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 2019-cu il yanvarın 17-də Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olan əməliyyat məlumatı əsasında həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul olunmuşdur. Göstərilən tarixdə saat 00:10 radələrində Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki Mayakovski küçəsində xarici görünüşcə Təqsirləndirilən şəxs əlamətlərini xatırladan şəxsə yaxınlaşmaqla özlərini təqdim etmişlər, şəxsiyyətini müəyyənləşdirdikdən sonra sonuncu şöbəyə dəvət olunmuş, keçiriləcək baxışla əlaqədar hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar varsa, həmin predmetləri təqdim etməsi təklif olunduqda göstərilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxardığı bir ədəd gümüşü rəngli siqaret kağız bükülünün içərisindən qəhvəyi rəngdə spesifik iyli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bunun narkotik vasitə heroin olduğunu və 2019-cu il yanvarın 16-da Bakı şəhərinin Xətai rayonundakı «Ağ şəhər» ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar edilən maddə qablaşdırılaraq götürülmüşdür. Bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərtib edilən protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilən polis baş leytenantları Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayətaxtarış üzrə əməliyyat müvəkkili X14 və sahə inspektoru Şahid7 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsində iş üzrə əlavə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, əvvəllər ailəsi ilə birlikdə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtarov küçəsindəki evdə kirayədə yaşamış Təqsirləndirilən şəxs heç bir vaxt uşaqlarına qarşı əxlaqsız hərəkətlərin etməsini müşahidə etməmişdir. Birinci instansiya məhkəməsində iş üzrə əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, polis polkovnik-leytenantı olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs adlı şəxsi döyməmiş və digər təsir göstərməmiş, ümümiyyətlə özü bilavasitə əməliyyat tədbirində iştirak etməmişdir. İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin tərtib etdiyi 2019-cu il 17 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il yanvarın 17-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mayakovski küçəsində yerləşən evinin yanında saxlanaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş, Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah olunandan sonra üzərində video çəkilişlə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, toz şəkilli yığını təqdim etməklə aşkarlanan kütlənin heroin olduğunu, narkotik vasitəni Bakı şəhərinin Xətai rayonundakı ərazisində yerləşən «Ağ şəhər» yaşayış kompleksinin yaxınlığında 2019-cu il yanvarın 16-da üzdən tanıdığı, şəxsiyyəti haqqında məlumatı olmayan şəxsdən 80 manata aldığını bildirmiş, içərisində narkotik vasitə heroinə oxşar maddə olan siqaretin gümüşü kağızına bükülmüş bir ədəd büküm məhkəmə-kimyəvi ekspertizaya göndərilməsi üçün zərfə qoyulub möhürlənərək qablaşdırılmış, videçəkiliş disk şəklində protokola əlavə olunmuşdur (cild 1, i/v 9-11). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin tərtib etdiyi 2019-cu il 17 yanvar tarixli 1/315 nömrəli protokoldan görünür ki, həmin tarixdə saat 450 radələrində keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs heroin qəbul etdiyini demiş, onun sidiyində OPİ (tiryək) aşkar edilmiş, alkoqol qəbulu faktı müəyyən edilməmiş, sərxoşluq əlamətləri aşkara çıxarılmamışdır (cild 1, i/v 18). İş materiallarında olan Azərbaycan Respublikası Әdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 17 yanvar tarixli 1357 nömrəli ekspert rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş və təhqiqata təqdim edilmiş kağız zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 1,200 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; qalıq 1,150 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 97 manat 95 qəpikdir; sxem tərtib olunaraq rəyə əlavə olunmuşdur (cild 1, i/v 21-23). İş materiallarında olan 17 yanvar 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2019-cu il 18 yanvar tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 21 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq təhqiqatdan sonrakı qalıq çəkisi 1,150 qram heroin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, i/v 126). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Narkoloji Yoxlamanın 2019-cu il 20 fevral tarixli 348 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 165-166). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 20 fevral tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs 2019-cu il yanvarın 17-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb polis bölməsinə aparılarkən orada DVD diskinə çəkilən video görüntüdən sonuncunun üstünə baxış keçirildikdə o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızındakı bükümü çıxarıb polisə təqdim edərək içərisindəkinin heroin olmasını və şəxsi istifadəsi üçün aldığını bildirməsi müəyyən edilmişdir (cild 1, i/v 145). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2019-cu il 20 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxışın video görüntüsünü əks etdirən bir ədəd DVD diski cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, i/v 146). İş materiallarında olan Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin 7B sinif şagirdi Zərərçəkmiş şəxs tərəfindən həmin məktəbin direktorunun adına yazılan 11 yanvar 2019-cu il tarixli məlumatdan görünür ki, Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən cinsi zorakılığa və təcavüzə məruz qaldığını bildirməklə köməlik edilməsini xahiş etmişdir (cild 1, i/v 60). İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin direktoru X5 rayon İcra Hakimiyyətinin Başçısının yanında X2 Hüquqlarının Müdafiəsi Komissiyasının sədrinə yazdığı 2019-cu il 14 yanvar tarixli 170 nömrəli məlumatından görünür ki, həmin məktəbin 7 «b» sinfinə Sabunçu rayonu 78 nömrəli tam orta məktəbdən gəlmiş Zərərçəkmiş şəxs davranışındakı aqressiya məktəb psixoloqunun diqqətini çəkmiş və söhbət zamanı şagird onu atası Təqsirləndirilən şəxs tərəfindən təxminən 7 yaşından indiyə qədər (son tarix 2018-ci il dekabrın 21-i) cinsi zorakılığa, təcavüzə məruz qaldığını bildirmiş, məktəb rəhbərliyinə verilən məlumatdan sonra şagirdin anası Qanuni nümayəndə 2019-cu il yanvarın 11-də məktəbə dəvət olunmuş, ona hüquq və vəzifələri bir daha xatırladılmış, ondan azyaşlının hüquqlarının qorunması məqsədilə hüquq-mühafizə orqanlarına müraciət etməsi tələb olunmuş, Qanuni nümayəndə ilə söhbətdən cinayət tərkibli hadisənin bütün ailə üzvləri (uşağın əmisi və dayısı) tərəfindən bilindiyi halda gizlədilməsinə cəhd olunması müşahidə olunmuş, bütün bunları nəzərə alaraq 2005-ci il 19 yanvar təvəllüdlü Zərərçəkmiş şəxs hüquqlarının qorunması, məsələnin araşdırılması, hadisədə cinayət tərkibinin olması sübut edildiyi halda cinayətkarın məsuliyyətə cəlb olunması üçün lazım olan tədbirlərin görülməsinə münasibət bildirilməsi xahiş olunmuşdur (cild 1, i/v 59). İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini, X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Rəna Fərəcova tərəfindən Sabunçu rayon Polis idarəsinə ünvanlanan 1/94 saylı, 16 yanvar 2019-cu il tarixli məktubdan görünür ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi 155 nömrəli tam orta məktəbin direktoru tərəfindən Sabunçu rayon İcra Hakimiyyəti Başçısı yanında X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya yetkinlik yaşına çatmayan 19.01.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs atası tərəfindən cinsi zorakılığa məruz qalması barədə daxil olan 1/94 saylı,, 15.01.2019-cu il tarixli məktub qeyd olunan halların araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Sabunçu rayon Polis idarəsinə göndərilmişdir (cild 1, i/v 58). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 2019-cu il 11 aprel tarixli 585 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar edilmir, yaşına görə əqli inkişaf xüsusiyyətlərini nəzərə alaraq ona qarşı törədilən hərəkətlərin mahiyyətini dərk etməmiş, hüquqi və sosial aspektləri barəsində anlayışı olmamış, keçirilən müayinənin gedişatında onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmadığı üçün öz hərəkətlərini dərk etmək, onları idarə etmək, baş vermişlər barəsində, yəni ona qarşı törədilmiş hərəkətlər barəsində düzgün ifadə vermək iqtidarındadır, tez inanmaq, qıcığa qarşı həssaslıq, tez təsirlənmək, emosionallıq, çılğınlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilməmişdir, yeddi yaşından sonuncu vaxta qədər ona qarşı atası tərəfindən edilən seksual xarakterli hərəkətləri düzgün qavramaq, təsvir etmək və ifadə vermək qabiliyyətinə malikdir, azyaşlı olduğundan ona qarşı yeddi yaşından sonuncu vaxta qədər tərəfindən edilən seksual xarakterli hərəkətlərin, yaranmış şəraitin mahiyyətini, mənasını tam dərk etmək, mahiyyətini anlamaq, ona qarşı edilən hərəkətlərin mümkün nəticələrini görə bilmək, öz hərəkətlərini ölçüb biçmək (imtina etmək, müqavimət göstərmək, kiməsə söyləmək və sair) iqtidarında olmamışdır. Hal-hazırda Zərərçəkmiş şəxs psixi-emosionla vəziyyətində təqsirləndirilən şəxsin ona qarşı etdiyi hərəkətləri nəticəsində yaranmış nevrotik vəziyyət (gərginlik, həyəcan, sıxıntı, əsəbilik və sair) müşahidə edilir (cild 1, i/v 222-225). İş materiallarında olan AZ-İİ seriyalı 908631 nömrəli doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs 2005-ci il yanvarın 19-da Beyləqan rayonunda anadan olmuşdur, yəni cinayət törədilən zaman 14 yaşına çatmamışdır (cild 1, i/v 75). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 18 yanvar tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Təqsirləndirilən şəxs arasında video çəkiliş aparılmaqla keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı etdiyi əxlaqsız hərəkətləri üzünə qarşı demiş, Təqsirləndirilən şəxs isə onun dediklərini təkzib etmiş, video çəkiliş disk şəklində protokola əlavə olunmuşdur (cild 1, i/v 100-104). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair 2019cu il 21 yanvar tarixli 29 nömrəli və 30 nömrəli ekspert rəylərindən görünür ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 2000-ci il təvəllüdlü X12 qızlıq pərdələrinin tamlığı pozulmamışdır, qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir, bədənində hər hansı bir xəsarət və ya xəsarət izi, onlarla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir (cild 1, i/v 160-161,163-164). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X20-Təcrübi və Tədris Birliyinin Bakı şəhər şöbəsinin canlı şəxsin ekspertizasına dair 2019-cu il 11 mart tarixli 104 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmiş, potensiya simptomları müsbət olmuşdur (cild 1, işin 168-169). İş materiallarındakı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2019-cu il 8 aprel tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusiyyətləri hadisə yerində göstərməklə bir daha təsdiq etmiş, atası Təqsirləndirilən şəxs axırıncı dəfə ünvan 6 ünvanının qonaq otağında ona qarşı seksual xarakterli hərəkətlər etməsini, yaşadıqları ünvanları tez-tez dəyişdikləri üçün digər ünvanları xatırlamadığını bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (cild 1, i/v 171- 174). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 2019-cu il 23 aprel tarixli 667 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə və hal-hazırda xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığının və sair psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkəti Azərbaycan Respublikasının CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, onun intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur, eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik və sair kimi xarakterik xüsusiyyətlərə malikdir, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik müəyyən edilmir, lakin özünü müdafiə etmək üçün yalan danışa bilər, baş verənləri düzgün qavrayıb təsvir etmək, ifadə vermək qabiliyyətinə malikdir, ona ittiham elan olunmalı əmələ görə cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamış, cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır (cild 1, i/v 226-228). İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübütların qiymətləndirilməsi haqqında 2019-cu il 24 aprel tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmaqla Azərbaycan Respublikasının CM-nin 150.3.3.-cü, 153.3.-cü və 234.1.-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham edilmiş, əməlində Azərbaycan Respublikasının CM-nin 149.1.3.-cü maddəsinin tərkibi olmadığına görə həmin hissədə barəsində cinayət təqibi rədd edilmiş, Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin əlamətləri üzrə cinayət məsuliyyətindən azad olunmamış, cinayət işindən naməlum mənbə ilə əlaqədar ayrıca icraata Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, X17 və Qanuni nümayəndə barəsində Azərbaycan Respublikasının CM-nin 307.1.-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir (cild 1, i/v 234-245). İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin rəisi, polis polkovniki Eldar İlyasov tərəfindən Bakı Apelyasiya Məhkəməsinə ünvanlanan 05 fevral 2020-ci il tarixli, 156/73/20 saylı məktubdan və həmin məktuba əlavə edilmiş 155 saylı orta məktəbin direktoru Ruhiyyə İbrahimova tərəfindən verilən 19 nömrəli, 04 fevral 2020-ci il tarixli arayışdan görünür ki, həmin məktəbin 8b sinif şagirdi Zərərçəkmiş şəxs 17.12.2019-cu il tarixdən kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 34 saylı evdən köçdüyü üçün dərslərdə iştirak etmir. Hazırki yaşayış yeri məlum deyil. Apellyasiya şikayətinin və müdafiə tərəfinin əsas dəlili odur ki, məhkum Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə ilə münasibətləri pis olduğu üçün sonuncu onu şərləyəcəyini və tutduracağını dəfələrlə ona bildirmiş və Qanuni nümayəndə Lalənin oxuduğu məktəbdə müəllim işləyən yaxın münasibətdə olduğu Şahid3 adlı şəxslə əlbir olub onun tutdurmaq üçün bu işi təşkil etmişlər və bu yolla Qanuni nümayəndə nəyahət öz istəyinə nail olmuşdur. Məhkəmə kollegiyas apellyasiya şikayətinin və müdadiə tərəfinin həmin dəlilini tamamilə əsassız və işin faktiki hallarına uyğun olmayan, məhkumu cinayət məsuliyyətindən yayındımağa müdafiə xarakterli dəlillər kimi qiymətləndirir və inandırıcı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin tarixdə o, şübhəli şəxs qismində tutulmuş, 18 yanvar 2019-cu il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin eyni tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yəni, başqa sözlə, Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə onu şərləyərək tutdurması barədə göstərdiyi xüsusatlar şərti olaraq qəbul olunsa belə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittiham üzrə həbs olunması ilə Qanuni nümayəndə “öz məqsədinə” çatmış hesab olunmalı idi və sonuncunun uşaqlarının doğma atası olan Təqsirləndirilən şəxs əlavə olaraq əxlaqsız və cəmiyyətdə kifayət qədər iyrənc hesab olunan cinayətə görə “şərləməsinə” də zərurət qalmırdı və istintaq zamanı verdikləri şikayət ərizələrindən imtina etmələri və ya izahat və ifadələrində şikayətdə göstərdiklərini təkzib etmələri mümkün idi. Lakin işin faktiki hallarından göründüyü kimi, əksinə, zərəçəkmiş şəxs - 19 yanvar 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs şikayət ərizəsindən sonra verdiyi izahat və ifadələrində, eləcə də atası Təqsirləndirilən şəxsla video çəkiliş aparılmaqla keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şikayət ərizəsində göstərdiyi xususatları davamlı olaraq təkidlə atası Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq edərək ittihamın məzmunu təsdiq etmişdir. Bundan başqa, Әliyar Әliyev özü də video çəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə dindirilməsi zamanı verdiyi ifadəsində qızı Laləyə qarşı törətdiyi əməli etiraf etmişdir. Məsələyə başqa nöqteyinəzərdən də baxılarsa, Qanuni nümayəndə əri Təqsirləndirilən şəxs qızları Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə əxlaqsız hərəkətlər etməsi barədə şərləməsinin başqa zərərli nəticələrinin, yəni 14 yaşında yetkinlik yaşına çatmayan doğma qızı Zərərçəkmiş şəxs cəmiyyətdə, habelə oxuduğu məktəbdə haqqında rüsvayedici söz-söhbətlərin danışılacağı və ümumiyyətlə uşağın ciddi psixoloji travma alacağı ehtimallarının real olması nəzərə alınarsa, bir ana kimi Qanuni nümayəndə münasibətləri pis olduğu əri Təqsirləndirilən şəxs bu yolla tutdurması heç də inandırıcı görünmür. Bundan başqa, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə qəbul etmədiyini göstərsə də, iş üzrə 2019-cu il 20 fevral tarixli 348 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 165-166). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələri ilə bəraət verilə bilməz, ona bəraət verilməsi barədə müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərəçəkmişin, onun qanuni nümayəndəsinin, şahidlərin ifadələri, üzləşdirmələr (video çəkiliş aparılmaqla), ekspert rəyləri, istintaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələri ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha kifayət qədər öz təsdiqini tapdı. Məhkəmə kollegiyası, mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza məsələsini də müzakirə edərək, mübahisələndirilən hökmlə ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə də əsas görmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Әməliyyat və Statistik İnformasiya İdarəsinin 2019-cu il fevralın 18-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 1, i/v 96). Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs mübahisələndirilən hökmlə təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 56.1.3, 58, 59, 61 və 66.3-cü maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələrinin sanksiyaları hüdudlarında və cinayətlərin məcmusu üzrə cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə, onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair 07 noyabr 2019-cu il tarixli, 1(101)-635/2019 saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3, 153.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair 07 noyabr 2019-cu il tarixli, 1(101)-635/2019 saylı hökmü verilmiş həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-146/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-146/2020
13.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver