Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-146/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi–X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apell- yasiya instansiya məhkəməsində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri, 27 saylı Vəkil bürosunun vəkili X5 iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Samir Əliyev) xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 05 oktyabr 2022-ci il tarixli hökmündən təqsrləndirilən Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzasının əvvəlinin 15 aprel 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci mad- dəsinə əsasən, ona narkomaniya xəstəliyindən məcburi müalicə tədbiri təyin edilmişdir. Məhkəmə hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən onlayn qaydada külli miqdarda təmiz çəkisi 13,088 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2,518 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış və 15 aprel 2022-ci ildə saat 17:00-də Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün, Bakı şəhəri Suraxanı rayonu Hovsan qəsəbəsi E.Qasımov küçəsi ev 15V ünvanında olan binanın həyətində saxlanılaraq, ünvan 2 ünvanında olan Bakı şəhəri Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram, 0,173 qram və 0,186 qram, ümumi təmiz çəkisi 0,530 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,151 qram, 0,583 qram, 0,563 qram və 0,221 qram olmaqla, ümumi təmiz çəkisi 2,518 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilib götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı ünvan 4 ünvanında olan mənzilinə baxış keçirilərkən, yataq otağında olan yataq dəstinin altından 02 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 5,682 qram və 6,876 qram, ümumi təmiz çəkisi 12,558 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında və üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən və kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Məhkəmənin hökmündən narazı qalan təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, məhkəmə hökmündən narazı olduğunu, məhkəmə tərəfindən işə baxılarkən, ilk məhkumluğunun olmasını, sübutların kifayət qədər olmamasının və əməlinin düzgün tövsif olunmadığını göstərməklə, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası işin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçıların fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilməlidir. Cinayət işinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə qismən təqsirli bilməklə, faktiki ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici ifadələri ilə yanaşı; ibtidai istintaqda və məhkəmədə dindirilmiş şahidlər-Şahid1, Şahid2 və qeyrilərinin ifadələri ilə; Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrinin əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatının daxil olması və əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin hazırlanması və keçirilməsinə dair toplanmış ilkin sənədlərlə; şəxsi axtarış zamanı onun əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,171 qram, 0,173 qram, 0,186 qram, ümumi təmiz çəkisi 0,530 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,151 qram, 0,583 qram, 0,563 qram, 0,221 qram olan ümumi təmiz çəkisi 2,518 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin aşkar olunaraq götürülməsi və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 4 ünvanında olan mənzilinə baxış keçirilərkən, yataq otağında olan yataq dəstinin altından 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,682 qram və 6,876 qram, ümumi təmiz çəkisi 12,558 qram olan qəhvəyi rəngli tozşəkilli maddənin aşkar olunaraq götürülməsinə dair şəxsi axtarış və götürmə aparılması barədə protokollarla; onun üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülməsi barədə narkotik vasitələrin heroin və tiryək olmaları barədə keçirilmiş məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə; Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması barədə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə; üzərində və evində şəxsi axtarış və götürmənin aparılması barədə tədbirlərin videogörüntü ilə öz əksini tapmasına dair videodisklərlə; ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin və tiryəkin maddi sübut kimi tanımaqla iş materiallarına əlavə edilməsi barədə qərarla; təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş narkotik vasitələri satmış şəxslərin müəyyən olunaraq cəlb edilməsi və satış faktına görə hazırki cinayət işindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul olunması barədə qərarla; hadisə yerlərinə baxış keçirilməsi barədə protokollarla; digər baxış və axtarış, götürmə, müayinə və başqa istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir və heç vaxt satışla məşğul olmamışdır. Hadisə günü gecə saat 01 radələrində evində olan zaman polis əməkdaşları evinə basqın edib onu götürmüşlər. Həmin vaxt evində 05 qram heroin və 2 qram tiryək olmuş, üzərində isə heçnə olmamışdır. Xəstə anasının gözü qarşısında onu dəmir dəyənəklə döyə-döyə evdən çıxarmaqla polis bölməsinə aparmışlar. Polis bölməsində onu döymüşlər, cibində narkotik vasitə olmamış, yalnız evində olmuşdur. Özünü istifadəyə görə təqsirli bilir, ancaq satışla yox. Heroinlə tiryəki onlayn yolla, Whatsapp vasitəsilə tanımadığı şəxsdən əldə etmiş, həmin şəxsin nömrəsi yadında deyildir. Polis bölməsində baxış və axtarış videoçəkilişlə aparılmış, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunduğundan çəkiliş zamanı fərqli ifadələr vermişdir. Narkotik vasitədən istifadə etdiyinə görə əməlindən peşmandır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanununun izah və tələbləri baxımından əsaslıdır. Belə ki, həmin Qanunun tələbinə görə, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub narkotİk vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla şəxsin tabeçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop laddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrinin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi və tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd olunan Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrinin və psixotrop maddələrinin saxlanılması, həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Plenum qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, onun istehlakçı ilə əvvəldən razılıq əldə edilməsi, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələr və eyni ilə psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən, narkotik vasitə heroinin 0,15 qramdan artıq hissəsi cinayət məsuliyyəti yaradır və narkotik vasitə heroinin 02 qramdan yuxarı olması isə külli miqdar hesab edilir. narkotik vasitə tiryəkin xalis çəkisinin 50 qram təşkil edən və daha artıq narkotik vasitə olan tiryək təşkil etməsi külli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və həmin sübutlar bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əməli törətməkdə təqsirli olması toplanmış və tədqiq edilmiş mötəbər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirməklə, toplanmış sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab etmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə təqsirli olması onun özünü ibtidai istintaqda və məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, faktiki olaraq həmin ifadələrində narkotik vasitələri yalnız satış məqsədi ilə əldə etməsi barədə hadisənin baş vermə yeri, vaxtı və mexanizmi ilə bağlı iş materiaları ilə uzlaşan ifadələri və faktiki olaraq həmin ifadələrinin məzmunu ilə; eyni zamanda narkotik vasitələri məhz İran İslam Respublikası vətəndaşından alması, lakin həmin İran vətəndaşı barədə dəqiq və lazımi məlumatın verməməsi ilə; tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ibtidai istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, keçirilmiş çoxsaylı məhkəmə ekspertizalarının rəyləri ilə, onların üzərinə şəxsi axtarış keçirilməsi barədə “şəxsi axtarış və götürmə haqqında” protokollarla; həmin istintaq hərəkətlərini əks etdirən videogörüntülərlə; aşkar edilmiş maddi sübutlarla və məhkəmədə tədqiq olunmuş digər çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs özünü məhkəmədə cinayətin törədilməsində qismən təqsirli bilməsi barədə dəlillər irəli sürməklə, onun məqsədinin əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib yüngül cəza təyin edilməsi barədə öz ifadələrində irəli sürdüyü dəlillərə tənqidi yanaşaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsin tövsiflə bağlı ifadələrində irəli sürdüyü dəlillər işin faktiki hallarına uygun olmadığından və sübutlarla təkzib edildiyindən, həmin ifadələrində irəli sürdüyü dəlillər yalnız məsuliyyətinin yüngülləşdirilməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materialında olan sənədlərə əsasən, ibtidai istintaqın sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə müdafiəçisi ilə birlikdə tanış olduqdan sonra tanış etmə protokolunda bu barədə müdafiəçisi ilə birlikdə irad, etiraz, şikayət və narazılıqları olmadığını bildirməklə, iş materialları ilə tanış etmə barədə protokolu imzalamışlar. Eləcə də, istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının pozulması və ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya digər dövlət qurumuna şikayətlərlə müraciət etməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs özünü narkotik vasitələri satış məqsədilə əldə etməməsi və polis əməkdaşları tərəfindən təziqlərə məruz qalmasına dair verdiyi ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin işin faktiki hallarına uyğun verdikləri ifadələri ilə, daxil olmuş əməliyyat məlumatları ilə və iş materiallarında olan sübütlarla təkzib olunduğundan təqsirləndirilən şəxsin məhkəmə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun ifadəsini özünü müdafiə etməsi kimi qiymətləndirmişdir. İş materiallarında olan və tədqiq edilmiş Bakı şəhəri Suraxanı rayon prokurorluğundan daxil olmuş 184-C-22 saylı materialdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər məhkəmə-tibbi ekspertizasının rəyi ilə baş vermiş hadisədən 1-2 həftə əvvələ uyğun gəlmiş və bu səbəblərdən rayon prokurorluğunun müstəntiqi Murad Əlişanovun 17 may 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin hadisə zamanı polis əməkdaşları tərəfindən döyülməsi öz təsdiqini tapmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Digər tərəfdən ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs öz çıxışında və məhkəmədə ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı vəsatətlərlə müraciət etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs və yaxud onun müdafiəçisi və ya Dövlət ittihamçısı tərəfindən onun əməlinin tövsifi və ya bəraət verilməsi ilə bağlı apellyasiya şikayəti və yaxud apellyasiya protesti verilməmiş, onun özü tərəfindən verilmiş apellyasiya şikayəti isə yalnız təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cəzasının yüngülləşdirilməsinə dair xahişi olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan tövsiyyələrini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə və məhkəmədə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan, özünün ibtidai istintaqda və məhkəmədə faktiki verdiyi ifadələrinin məzmunu ilə yanaşı; keçirilmiş şəxsi axtarış zamanı videgörüntülərdən istifadə olunmaqla, həmin videogörüntülərə baxış keçirilməsi barədə protokollarla; toplanmış və tədqiq edilmiş digər mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq və təhlil edib hesab etmişdir ki, onun elan edilmiş ittiham üzrə cinayət əməli törətməsi, eləcə də polis əməkdaşlarının qanunsuz hərəkətlər törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş, onun məhkəmədə heç bir mötəbər sübutlara əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz və bunun təsdiqi kimi verdiyi apellyasiya şikayətində əməlin tövsifi məsələsi qaldırılmamışdır. Beləliklə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etməsi yalnız cinayət məsuliyyətindən yayınmağa və cəzasının yüngülləşdirilməsi məqsədi ilə cəhdi kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə öz ifadəsində irəli sürdüyü dəlilləri mötəbər sübutlarla müqayisəli qaydada tədqiq etməklə, narkotik vasitələri satış məqsədi olmadan əldə etməsi və ondan aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi barədə məhkəmədə verdiyi ifadəsində irəli sürdüyü dəlillərin toplanmış və tədqiq edilmiş sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq hesab edir ki, onun həmin hissədə verdiyi ifadəsində göstərdikləri yalnız məsuliyyətini yüngülləşdirmək məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirilməlidir. Beləliklə də, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirməklə, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab etmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə təqsirli olması özünün ibtidai istintaqda və məhkəmədə verdiyi qismən etirafedici ifadələrində hadisənin baş vermə yeri, vaxtı və mexanizmi ilə bağlı iş materiaları ilə uzlaşan həmin ifadələri və faktiki olaraq həmin ifadələrinin məzmunu ilə yanaşı; məhkəmədə tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, onun üzərinə şəxsi axtarış keçirilməsi barədə “şəxsi axtarış və götürmə barədə” protokollarla, həmin istintaq hərəkətlərini əyani əks etdirən videogörüntülərlə; aşkar edilmiş maddi sübutlarla və məhkəmə baxış iclasında elan olunaraq tədqiq olunmuş digər çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini qiymətləndirərkən, qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs yalnız narkotik vasitənin istifadəçisi olması, yəni mütamadi olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olmaması barədə daxil olmuş əməliyyat tədbiri ilə bağlı məlumatlarla; aşkar olunaraq götürülmüş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların fərqli və müxtəlif növlərə aid olması, eyni zamanda xırda bükümlərə bükülməsi hallarını əlaqəli şəkildə təhlil edərək bir-biri ilə müqayisəli şəkildə qiymətləndirməklə hesab edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələr onun tərəfindən məhz satış məqsədilə əldə edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həllinə əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq edilmiş və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, toplanmış və tədqiq edilmiş digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə əsasən, yoxlamaqla və həmin sübutların ittihamın qiymətləndirilməsinə kifayət etdiyini nəzərə alaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin bütün tərkib əlamətləri mövcud olduğundan, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü əməlin tövsifi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, birinci instansiya məhkəməsi cinayət işi üzrə maddi sübutlar və digər məsələləri həll edərkən hesab etmişdir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon polis idarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunaraq götürülmüş və keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 12,798 qram təşkil edən narkotik vasitələr - heroin və qalıq təmiz çəkisi 2,318 qram təşkil edən tiryək məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; Təqsirləndirilən şəxs üzərində keçirilmiş “şəxsi axtarış və götürmə” və onun evində baxış keçirilməsinin öz üzərində əks etdirən 02 ədəd DVD disk cinayət işinin materialında saxlanılması nəzərə alınmalı və 228 manat təşkil edən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş materialında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, subaydır və Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onun cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı; cinayəti qismən etiraf edib səmimi peşman olmasını-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və məhkumluğunun olmamasını, o cümlədən ondan aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin miqdarını və bu səbəbdən təyin olunacaq cəzanın islah olunması və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almadan, ədalət və humanizm prinsiplərinə uyğun olmayan cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına aid edildiyini, törətdiyi və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini nəzərə almaqla hesab edir ki, birinci instansiya məhkəməsi ona maddənin sanksiyası ilə ağır cəza təyin etməklə, ədalət prinsipinə əməl etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən, məhkəmələr, şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqları və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ədalətli və humanizm prinsiplərinə uyğun cəza təyin edilmədiyindən, həmin cəza ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəmənin hökmü ilə təyin edilmiş 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası müddəti bir il müddətinə endirilməklə, ədalət və hümanizm prinsiplərinə uyğun hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü isə cəza hissəsində ədalətlsiz olduğundan dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinin tələblərinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə və həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab olunmaqla cəza yüngülləşdirildiyi hallarda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda, apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakıları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs sərt cəza təyin edildiyindən dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayət Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs münasibətdə cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il endirilməklə, onun üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 27 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs Cümüd oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, işlə tanışlıqla bağlı, prosessual sənədlərin tərtib edilməsi ilə və məhkmə iclaslarında iştirakı ilə bağlı sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ümumilikdə 20 saat üçün cəmi 120 ( yüz iyirmi ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Qədim Babayev
3. Anar Tanrıverdiyev