Məhkəmə qərarları › İş №1(103)-1462/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1462/2019

13.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1462/2019 13.11.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Bayramov Əmir Novruz oğlundan ibarət tərkibində, Məkəmə iclas katibi Rzabəyli Rüfanə Oruc qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X5 İdarəsinin prokuroru X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 04 saylı Hüquq Məsləhətxanasının vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3,2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-904/2019 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-904/2019 saylı hökmü ilə (hakim X14 Ağa oğlunun sədrliyi, hakimlər X6 və X1 ibarət tərkibdə) xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər «BakıTrans» Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibi vəzifəsində işləmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2015-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin qərarı ilə 05 ay 26 gün vaxtından əvvəl şərti azad olunmuş və xx xxxxxx 2016cı il tarixdə cəzasını çəkdiyi üçün qeydiyyatdan çıxarılmış, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 592-ci məhəllə, ev 59, mənzil 47-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2.-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilərək cəzasını cidi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli xx xxxxxx 2018-ci ildən hesablanmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmlə eyni zamanda Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməmiş, iş üzrə maddi sübut kimi tanınmış “BakıTrans” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20873 №-li, xx xxxx 2017-ci il tarixli kassa qəbzləri ibtidai araşdırma zamanı işə əlavə olunduğundan cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 156 (yüz əlli altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilmiş, zərərçəkmiş– hüquqi şəxs “BakıTrans” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi- mülki iddiaçı Nümayəndə mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs 74.724,99 manat tutularaq zərərçəkmiş-hüquqi şəxs “BakıTrans” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəyərək talamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı ildən xx xxxx 2017-ci il tarixədək hüquqi ünvanı ünvan 1 yerləşən “BAKİTRANS” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibar edilmiş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunu, eləcə də cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında xx xxxx 2016 və xx xxxxxx 2016-cı il tarixli müqavilələrə əsasən pul vəsaitlərinin götürülməsi, saxlanması, cəmiyyətə təhvil verilməsi və digər səlahiyyətlərə malik məsul şəxs kimi, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, niyyətinə nail olmaq üçün, səlahiyyətlərinə görə aviabiletlərin satışı hüququ olmadığı halda, bağlanmış müqavilələrə əsasən cəmiyyətin “Bakı-Dubay” xətti üzrə sərnişin və yük uçuşlarının həyata keçirilməsi üçün bilet satışlarının həvalə edildiyi ayrı-ayrı özəl qurumların müvaifq əməkdaşlarına, cəmiyyət tərəfindən “Fly Dubai” aviakompaniyasının uçuşlar üzrə satış portalında nəzərdə tutulan qiymətlərdən daha ucuz qiymətə bilet satışının aparılmasını təklif edib, bununla da sərnişinlərin maraqlarını özünə cəlb etməklə, həmin özəl qurumların əməkdaşları tərəfindən sifariş verilməklə biletlərin satışı üzrə ödənilmiş məbləği və komissiya haqqını qeyd olunan cəmiyyətin faktiki fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 69f-də yerləşən ofisində götürərək, o cümlədən “Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli C13XV4 №-li avaibiletin dəyəri kimi 166.63 manat məbləğdən 24,63 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxxxx 2016 tarixli Y9U6İE №-li aviabiletin dəyəri kimi 68.86 manat məbləğdən 23,86 manat, "Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-ci il tarixli RTSXFG №-li aviabiletin dəyəri kimi 193.12 manat məbləğdən 25,12 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli NT8K7D №-li aviabiletin dəyəri kimi 1.049.03 manat məbləğdən 176,03 manat, "Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli HBUNXP №-li aviabiletin dəyəri kimi 423.13 manat məbləğdən 59,13 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli 6RW8MA №-li aviabiletin dəyəri kimi 1107.89 manat məbləğdən 101,89 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli PFFMRH №-li aviabileti dəyəri kimi 755.62 manat məbləğdən 19,62 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli BTSZQY №-li aviabiletin dəyəri kimi 173.94 manat məbləğdən 24,94 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli WKOQ0C №-li aviabiletin dəyəri kimi 173.94 manat məbləğdən 24,94 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli İ8MO9X №-li aviabiletin dəyəri kimi 425.03 manat məbləğdən 8,03 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxxxx 2016–cı il tarixli OHV2Y9 №-li aviabiletin dəyəri kimi 364.42 manat məbləğdən 60,42 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxxxx 2016–cı il tarixli CP9CZE №-li aviabiletin dəyəri kimi 730.03 manat məbləğdən 122,03 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxxxx 2016–cı il tarixli 0NZ3KP №li aviabiletin dəyəri kimi 389.52 manat məbləğdən 60,52 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli 7SGGOW №-li aviabiletin dəyəri kimi 460.95 manat məbləğdən 121,95 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli RF4DTL №-li aviabiletin dəyəri kimi 2 995.52 manat məbləğdən 605,52 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli BRZNEU №-li aviabiletin dəyəri kimi 1 693.84 manat məbləğdən 254,84 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 4İVQZ3 №-li aviabiletin dəyəri kimi 1 871.60 manat məbləğdən 290,6 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli P3MYOG №-li aviabiletin dəyəri kimi 1 871.60 manat məbləğdən 290,60 manat, “Bakı-Dubay- Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli R9XRBM №-li aviabiletin dəyəri kimi 367.30 manat məbləğdən 64,3 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli D33İ7L №-li aviabiletin dəyəri kimi 1 468.90 manat məbləğdən 258,9 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli R8UEG5 №-li aviabiletin dəyəri kimi 1 532.78 manat məbləğdən 269,78 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli Y40Q1B №-li aviabiletin dəyəri kimi 672.14 manat məbləğdən 102,14 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli 71JİCR №-li aviabiletin dəyəri kimi 1 301.26 manat məbləğdən 73,26 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxx 2017–cı il tarixli NR2PLL №-li aviabiletin dəyəri kimi 398.21 manat məbləğdən 223,21 manat, “Dubay-Bakı” reysi üzrə xx xxxxx 2017-ci il tarixli ECT2RS №-li aviabiletin dəyəri kimi 922.10 manat məbləğdən 581,1 manat, “Dubay-Buxarest-Dubay” reysi üzrə xx xxxxx 2017-ci il tarixli 71T4HR №-li aviabiletin dəyəri kimi 1664.28 manat məbləğdən 364,28 manat, “Dubay- Bakı” reysi üzrə xx xxx 2017-ci il tarixli 7EKOEP №-li aviabiletin dəyəri kimi 318.66 manat məbləğdən 168,66 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017-ci il tarixli OWY1AN №-li aviabiletin dəyəri kimi 517.88 manat məbləğdən 317,88 manat, “BAKU-Trivandrum” reysi üzrə xx xxxx 2017-ci il tarixli XJHUD2 №-li aviabiletin dəyəri kimi 652.74 manat məbləğdən 390,74 manat və “Dubay-Qəbələ” reysi üzrə xx xxxx 2017-ci il tarixli 599P7N №-li aviabiletin dəyəri kimi 1.657.48 manat məbləğdən 657,48 manat olmaqla, yəni satılmış 30 bilet üzrə 26.488,38 manat məbləğdən cəmi 5766,39 manat komissiya haqqını, eləcə də, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli 9LK4GC №-li aviabiletin dəyəri kimi 709.85 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli QV7CFF №-li aviabiletin dəyəri kimi 391.91 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli 1JHGFT №-li aviabiletin dəyəri kimi 361.44 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli Q46İTA №-li aviabiletin dəyəri kimi 1 000.51 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli 8TİHTW №-li aviabiletin dəyəri kimi 1 440.86 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli H3V2MS №-li aviabiletin dəyəri kimi 196.36 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə 24 noyabr .2016–cı il tarixli W6J4T6 №-li aviabiletin dəyəri kimi 312.34 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli 3PİMUS №-li aviabiletin dəyəri kimi 198.83 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli SZDV41 №-li aviabiletin dəyəri kimi 1238.27 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli AEWİOA №-li aviabiletin dəyəri kimi 378.17 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli İHH7WJ №-li aviabiletin dəyəri kimi 337.82 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli UWTSHV №-li aviabiletin dəyəri kimi 337.82 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli 199GXJ №-li aviabiletin dəyəri kimi 337.98 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli OAOMZM №-li aviabiletin dəyəri kimi 202.16 manat, “Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli FCR9Z1 №-li aviabiletin dəyəri kimi 202.67 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli LMQE0L №-li aviabiletin dəyəri kimi 343.71 manat, “Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli F29DİF №-li aviabiletin dəyəri kimi 279.11 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli K8U9MF №-li aviabiletin dəyəri kimi 688.87 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2016–cı il tarixli KRXQJG №-li aviabiletin dəyəri kimi 636.79 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli LN8EDB №-li aviabiletin dəyəri kimi 344.43 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli LMQE0L №-li aviabiletin dəyəri kimi 48.75 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2016–cı il tarixli O2B2WJ №-li aviabiletin dəyəri kimi 1 377.59 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016–cı il tarixli H1COWC №-li aviabiletin dəyəri kimi 686.30 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2016-cı il tarixli KNFG4U №-li aviabiletin dəyəri kimi 929.59 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017ci il tarixli X6UD8X №-li aviabiletin dəyəri kimi 430.22 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017–cı il tarixli A7S6JY №-li aviabiletin dəyəri kimi 626.34 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 13C4Wİ №-li aviabiletin dəyəri kimi 721.05 manat, “Bakı-Dubay- Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli UJ5O7Y №-li aviabiletin dəyəri kimi 721.05 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017-ci il tarixli R4YK6U №-li aviabiletin dəyəri kimi 858.69 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli QZ9LV4 №-li aviabiletin dəyəri kimi 360.52 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə 07yanar 2017-ci il tarixli J5YA2T №-li aviabiletin dəyəri kimi 421.05 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017-ci il tarixli M0N7NU №-li aviabiletin dəyəri kimi 510.33 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli X6UD8X №-li aviabiletin dəyəri kimi 458.12 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017ci il tarixli 12HVKH №-li aviabiletin dəyəri kimi 461.93 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə 10yanvar 2017–cı il tarixli İQG0İP №-li aviabiletin dəyəri kimi 1 095.63 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə 12yanvar 2017-ci il tarixli CEHE1S №-li aviabiletin dəyəri kimi 782.50 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə 14yanvar 2017-ci il tarixli 12HVKH №-li aviabiletin dəyəri kimi 26.04 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli 8MOK4W №-li aviabiletin dəyəri kimi 732.06 manat, “Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli KQZMA3 №-li aviabiletin dəyəri kimi 291.89 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli GHUW5Z №-li aviabiletin dəyəri kimi 366.03 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli 0S9FVD №-li aviabiletin dəyəri kimi 732.06 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017-ci il tarixli 6NF7NK №-li aviabiletin dəyəri kimi 732.06 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli 0S9FVD №-li aviabiletin dəyəri kimi 148.20 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017-ci il tarixli HDC42O №-li aviabiletin dəyəri kimi 801.50 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-ci il tarixli MM28U5 №-li aviabiletin dəyəri kimi 1 202.24 manat, “Dubay- Koçi-Dubay” reysi üzrə 17yanvar 2017–cı il tarixli O0VJ7D №-li aviabiletin dəyəri kimi 685.27 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli PPKF5L №-li aviabiletin dəyəri kimi 395.05 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017-cı il tarixli VW0Y2A №-li aviabiletin dəyəri kimi 400.75 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 2DUHKV №-li aviabiletin dəyəri kimi 26.60 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017–cı il tarixli İQG0İP №-li aviabiletin dəyəri kimi 26.60 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli KDYL5L №-li aviabiletin dəyəri kimi 444.07 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli RC75SV №-li aviabiletin dəyəri kimi 451.67 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 2DUHKV №-li aviabiletin dəyəri kimi 53.20 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli İQG0İP №-li aviabiletin dəyəri kimi 53.20 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 46SİBX №-li aviabiletin dəyəri kimi 1 120.05 manat, “Bakı-Dubay” reysi üzrə 21yanvar 2017–cı il tarixli XBE9ZJ №-li aviabiletin dəyəri kimi 355.53 manat, “Bəhreyn-Dubay-Bəhreyn” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 23TR9K №-li aviabiletin dəyəri kimi 312.19 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə 21yanvar 2017– cı il tarixli İPO2VC №-li aviabiletin dəyəri kimi 802.26 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli EBZİ7N №-li aviabiletin dəyəri kimi 1 343.76 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli RR4RFE №-li aviabiletin dəyəri kimi 401.28 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli YF1S3C №-li aviabiletin dəyəri kimi 1203.84 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 7685P3 №-li aviabiletin dəyəri kimi 1 203.84 manat, “Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli W68RRV №-li aviabiletin dəyəri kimi 267.32 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli XBE9ZJ №-li aviabiletin dəyəri kimi 109.65 manat, “Bəhreyn-Dubay-Bəhreyn” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 23TR9K №-li aviabiletin dəyəri kimi 85.18 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli İZ2Wİ9 №-li aviabiletin dəyəri kimi 395.25 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli Wİ6İCM №-li aviabiletin dəyəri kimi 1 812.88 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli Wİ6İCM №-li aviabiletin dəyəri kimi 123.76 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli YRKYJ9 №-li aviabiletin dəyəri kimi 1 168.88 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli K6SCYG №-li aviabiletin dəyəri kimi 717.37 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli K6SCYG №-li aviabiletin dəyəri kimi 62.90 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 6PA4BO №-li aviabiletin dəyəri kimi 569.17 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx.xx.2017–cı il tarixli CMAYİ1 №-li aviabiletin dəyəri kimi 788.10 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxxx 2017–cı il tarixli RHF8PT №-li aviabiletin dəyəri kimi 428.76 manat, “Bakı-Dubay-Bakı”reysi üzrə xx xxxxxx 2017–cı il tarixli 4İVQZ3 №-li aviabiletin dəyəri kimi 99.90 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli H1K3DY №-li aviabileti dəyəri kimi 727.38 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli R8UEG5 №-li aviabiletin dəyəri kimi 571.65 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə 04 mart2017–cı il tarixli R1P8N5 №-li aviabiletin dəyəri kimi 31.45 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli 2ODDOZ №-li aviabiletin dəyəri kimi 389.07 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017-ci il tarixli HJHN31 №-li aviabiletin dəyəri kimi 363.17 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli Y40Q1B №-li aviabiletin dəyəri kimi 247.90 manat, “Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli W9F2Y7 №-li aviabiletin dəyəri kimi 372.68 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli 0266X1 №-li aviabiletin dəyəri kimi 361.80 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli HJHN31 №-li aviabiletin dəyəri kimi 31.45 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli BZ3VZL №-li aviabiletin dəyəri kimi 1 307.45 manat, “Dubay- Tbilisi” reysi üzrə xx xxxx 2017–cı il tarixli 3KENWL №-li aviabiletin kimi dəyəri 559.00 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli 0YHHW6 №-li aviabiletin dəyəri kimi 931.44 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxx 2017–cı il tarixli 6İDİQ8 №-li aviabiletin dəyəri kimi 431.86 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxx 2017–cı il tarixli İDXRY6 №-li aviabiletin dəyəri kimi 415.93 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxx 2017–cı il tarixli JZ2NDD №-li aviabiletin dəyəri kimi 472.57 manat, “Dubay-Buxarest-Dubay” reysi üzrə xx xxxxx 2017–cı il tarixli 6QRGP3 №-li aviabiletin dəyəri kimi 846.52 manat, “Tbilisi -Dubay” reysi üzrə xx xxxxx 2017–cı il tarixli 5HSZY6 №-li aviabiletin dəyəri kimi 540.35 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxxx 2017–cı il tarixli LKPCHQ №-li aviabiletin dəyəri kimi 943.95 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxx 2017–cı il tarixli 9QGAOY №-li aviabiletin dəyəri kimi 901.32 manat, “Dubay-Bakı” reysi üzrə xx xxx 2017–cı il tarixli 7EKOEP №-li aviabiletin dəyəri kimi 1.50 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxx 2017–cı il tarixli LP1Tİ7 №-li aviabiletin dəyəri kimi 983.10 manat, “Bakı-Dubay- Bakı” reysi üzrə xx xxx 2017–cı il tarixli O9H6X5 №-li aviabiletin dəyəri kimi 543.75 manat, “Bakı- Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli GKWLJ1 №-li aviabiletin dəyəri kimi 314.26 manat, “Bakı-Dubay-Bakı” reysi üzrə xx xxxx 2017–cı il tarixli FNSTCP №-li aviabiletin dəyəri kimi 352.85 manat, “Bakı-Dubay” reysi üzrə xx xxxx 2017-cı il tarixli 6WHXYP №-li aviabiletin dəyəri 640.18 manat olan və “Batumi-Dubay” reysi üzrə xx xxxx 2017–cı il tarixli HQ2MGS №-li aviabiletin dəyəri kimi 449.38 manat olmaqla, 101 ədəd aviabiletin satışından əldə etdiyi cəmi 55101,9 manat və “Falcon Travel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satışı həyata keçirilmiş aviabiletlər üzrə qalıq qalan borca görə ödənilmiş 8151 ABŞ dollarını və ya həmin dövrün məzənnəsinə uyğun olaraq 13856,7 manat olmaqla, ümumilikdə 74.724,99 (yetmiş dörd min yeddi yüz iyirmi dörd manat 99 qəpik) manat pulu “BAKİTRANS” Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə ödəməyib, həmin məbləği özünün şəxsi ehtiyaclarına xərcləməklə, ona etibar edilmiş külli miqdarda əmlakı mənimsəməklə talamış və törətmiş olduğu cinayəti gizlətmək məqsədi ilə “BAKİTRANS” Məhdud Məsuliyyətli Cəmiyyətində hesabatların hazırlanması üçün istifadə etdiyi “COMMON-TİCKETS-2017.XLSX” adlı “Excel” hesabatında digər biletlərin maya dəyərini taladığı məbləğə uyğunlaşdırmaqla, yəni sərnişinlərin sayını azaltmaqla, eyni zamanda bəzi aviabiletləri ümumilikdə hesabatlardan silməklə, informasiya resurslarına yalan məlumatların daxil edilməsi ilə onların həqiqi məzmununu təhrif edən düzəlişlər aparmışdır. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ilkin istintaq dövründən cinayətini qismən etirafetdiyini və dəymiş ziyanı ödəyəcəyinə söz verdiyini, əməlindən peşiman olduğunu və ali təhsilli olmaqla iki azyaşlı uşaqlarının olduğunu göstərib Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-904/2019 saylı hökmünün ləğv edilərək cəzasının yüngüləşdirilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmiş, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə etirazlar daxil olmamışdır. Apellyasiya icraatı zamanı məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunması, Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzanın ağır olduğu üçün dəyişdirilərək daha yüngül cəza ilə əvəz olunmasını və ya onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunaraq təyin olunmuş cəzanın şərti tətbiq olunmasını xahiş etdilər. Apellyasiya icraatı zamanı dövlət ittihamçısı X7 apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək onun təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-904/2019 saylı hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-904/2019 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarından və hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilərkən məhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş məhkum edilmiş şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı Nümayəndə və şahidlərin ifadələrinə, Auditor rəylərinə və cinayət işinin digər materiallarına əsaslanmış, həmin sübutların mötəbər və qanuni yolla əldə olunmasına şübhə olmaması qənaətinə gələrək ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın təsdiqi üçün bu sübutları kifayət hesab etmişdir. Apellyasiya icraatı qaydasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu qənaət qanuni və əsaslıdır və məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla işin faktiki halları düzgün müəyyən edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş külli miqdarda özgə əmlakını-74.724,99 (yetmiş dörd min yeddi yüz iyirmi dörd manat 99 qəpik) manat məbləğində pulu talamaq yolu ilə zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla mənimsəməsindən ibarət cinayət əməlini törətməsi məhkumun özünün qismən etirafları ilə yanaşı, zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, mülki iddiaçı Nümayəndə, şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid6, Şahid7, Şahid8, Şahid1, Şahid9, Şahid11, Şahid12, Şahid5 və Şahid10 ifadələri, Azərbaycan Respublikası Auditorlar Palatasının xx xxxxxxxx 2017-ci il tarixli auditor rəyi və auditor aktı, “BakıTrans” Məhdud Məsuliyyətli Cəmiyyətində xx xxxxxxxx 2017-ci il tarixdə 10 №-li Əmr ilə yaradılmış Komissiya üzvləri- Komissiyanın sədri, “BakıTrans” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid10, Komissiya sədrinin müavini, “BakıTrans” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mühasibi Şahid1 və “BakıTrans” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə mütəxəssisi Şahid7 tərtib etdikləri xx xxxxxxxx 2017-ci il tarixli Aktdan və akta əlavə edilmiş cədvəl, iş üzrə tərtib olunmuş istintaq hərəkətlərinin protokolları, həmçinin iş üzrə toplanmış və bilavasitə məhkəmə iclasında tədqiq olunaraq sübut kimi qəbul olunmuş işin digər halları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası işin məhkəmə tərəfindən müəyyən olunan hallarını tətbiq edilməli maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qiymətləndirib bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146cı maddələrinin tələblərinə əməl edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İbtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin istintaqında Təqsirləndirilən şəxs müdafiə hüquqları, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində, o cümlədən Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən və müdafiə tərəfinin apellyasiya baxışı zamanı xahişindən də göründüyü kimi, müdafiə tərəfi törədilmiş cinayətin sübuta yetirilib-yetirilməməsi və bu cinayətin hüquqi tövsifini deyil, məhkumun barəsində təyin edilən cəzanı mübahisələndirmiş və həmin cəzanın yüngülləşdirilməsini və ya təyin olunmuş cəzanın şərti tətbiq olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirləndirilən şəxsin törədilmiş cinayətdə iştirak etmə dərəcəsini, onun cəzasını yüngülləşdirən halları nəzərə alıb barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsini 179.3.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən və məhkumun və onun müdafiəçisinin apellyasiya baxışı zamanı çıxışlarından da göründüyü kimi, müdafiə tərəfi törədilmiş cinayətin sübuta yetirilib-yetirilməməsini və bu cinayətin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız təyin olunmuş cəzanın yüngülləşdirilərək məhkumun həbsdən azad olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 46.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, yəni Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxsə vurulmuş ziyanın bir qisminin ödənilməsini cəzanı yüngüləşdirən hallar, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini cəzanı ağırlaşdıran hallar kimi kifayət qədər nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmaması və buna görə də ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olması qənaətinə gələrək onun barəsində həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinə məhkəmə baxışı zamanı Vahid X4 cəzasını yüngülləşdirən hər hansı bir əlavə hal müəyyən edilmədiyindən cəzanın yüngülləşdirilməsi və məhkum barəsində təyin olunmuş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti tətbiq olunması üçün heç bir əsas yoxdur. Bu səbəbdən və eləcə də yuxarıda şərh olunanlara əsasən məhkum Təqsirləndirilən şəxs barəsində hökmlə təyin olunmuş cəzanın yüngülləşdirilməsi və onun həbsdən azad olunması üçün əsas tapmayan məhkəmə kollegiyası apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib belə qənaətə gəlir ki, buna əsaslar olmadığı üçün məhkum edilmiş şəxsin apellyasiya şikayəti təmin edilmədən, Təqsirləndirilən şəxs haqqında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-904/2019 saylı hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 392, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(101)-904/2019 saylı hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakim: Namiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar