Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-147/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X10 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-940/2022 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 1(101)-940/2022 saylı hökmü ilə (sədrlik edən X4, hakimlər X7 və X2 ibarət tərkibdə) xx xxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri Xətai rayonu, General Şıxlinski küçəsi, ev 49, mənzil 45-də qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyli küçəsi, ev 1 A-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması, iş üzrə mülki iddianın olmadığının nəzərə alınması, maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,321 qram və 1,803 qram psixotrop maddə metamfetaminin, 0,180 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonra qalıq - 1,733 qram və 0,221 qram psixotrop maddə metamfetaminin, 0,140 qram narkotik vasitə heroinin və 1 ədəd elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış videogörüntüləri özündə əks etdirən 3 ədəd DVD-nin isə iş materiallarında saxlanılması, məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 239 (iki yüz otuz doqquz) manat 90 (doxsan) qəpik pulun X5 dövlət nəfinə tutulması hökm edilmişdir. İşin halları: Hökmə əsasən X8 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 0,321 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 iyul 2021-ci il tarixdə saat 23:30-da Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 11 saylı poliklinikanın yaxınlığında saxlanılıb Sabunçu RPİ-in 13-cü PB-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,070 qram, 0,251 qram ümumi təmiz çəkisi 0,321 qram ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,423 qram narkotik vasitə heroin, 1,803 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında heroinin 0,243 qramını tanışı X3 ünvan 1 ünvanda 15 manata satmış, 2 sentyabr 2021-ci il tarixdə saat 10:30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 ünvan 1 ünvanın qarşısında saxlanılıb 13-cü PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman ayağında olan idman ayaqqabısının içərisində bir ədəd siqaret qutusunun iç kağızına bükülmüş X5 istifadə etmək məqsədi ilə 2 sentyabr 2021-ci il tarixdə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,243 qram narkotik vasitə heroin aşkar edilib götürülmüş və E.Y.Mikayılovanın onda aşkar edilmiş psixotrop maddənin mənbəyinə dair verdiyi məlumat əsasında əməliyyat tədbirləri davam etdirilərək həmin tarixdə saat 11:50-də Sabunçu RPİ-in 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb 13-cü PB-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş tünd göy rəngli idman şalvarının sağ yan cibindən səthində heroinin izləri olan bir ədəd elektron tərəzi, bir ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,180 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,803 qram ağ rəngli kristalik kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya apelyasiya şikayətinin dəlilləri, tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06(altı) il, 06(altı) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzadan narazıdır. Hesab edir ki, məhkəmə lazımi qədər araşdırma aparmadan qeyriqanuni cəza təyin etmişdir. Cinayət işi üzrə özünü narkotik istifadəçisi olaraq, qismən təqsirli bilir. Bunu ibtidai istintaqda və məhkəmə iclaslarında bildirsə də, nəzərə alınmamışdır. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişlər. Apelyasiya icraatında dövlət ittihamçısı hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirmiş, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CMnin 234.4.2-ci maddəsindən həmin Məcəlləin 234.1-ci maddəsinə tövsif edilməsi, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsi barədə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda törədilmiş əməlləri Azərbaycan Respublikası CM-nin müvafiq maddələri üzrə deyil, hər iki əmələ eyni maddə üzrə hüquqi qiymət verməklə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifı törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafıq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsəədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 145.2-ci maddəsinin tələblərinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinin birinci instansiya məhkəməsi tərəfindən düzgün həll edilməməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, təqsirləndiirlən şəxsin əməli müstəqil iki epizod üzrə dəyərləndirilməli, buna müvafiq olaraq əməl tövsif olunmalı və bütün sübutların məcmu ilə təsdiq edilən hər bir əmələ münasibətdə adekvat cəza təyin edilməlidir. Birinci halda, cinayət işinin materiallarından görünür ki, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq təmiz çəkisi 0,321 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 iyul 2021-ci il tarixdə saat 23:30-da Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi 11 saylı poliklinikanın yaxınlığında saxlanılıb Sabunçu RPİ-in 13-cü PB-nə aparılmışdır. Cinayət işinin 100-101 və 122-ci vərəqlərindəki 28 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında və 28 iyul 2021-ci il tarixli DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-in 13-cü PB-nin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirildiyi və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masa üzərinə qoyaraq bükümün içərisində ayrı-ayrılıqda 2 ədəd bükümlər, hər birinin içərisində psixotrop maddə metamfetamin olduğunu, metamfetamini 50 manata şəxsi istifadəsi üçün Bakıxanov qəsəbəsində yerləşən «Kapital Bank»-ın yaxınlığında «Vahid» adlı şəxsdən alıb üzərində saxlayıb daşıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirildikdən sonra aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürüldükdən sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan olunan hər hansı bir digər əşya və predmet aşkar edilməmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 iyul 2021-ci il tarixli 6/3134 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 160» dairəvi möhür əksi olan, «Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə aynayrılıqda təmiz çəkisi 0,070 qram, 0,251 qram ümumi təmiz çəkisi 0,321 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı l) daxildir. (Qeyd: metamfetaminin təmiz çəkisi-0,321 qram, tədqiqata sərf edildi- 0,06 qram, qalıq-0,261 qram). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 6 oktyabr 2021-ci il tarixli 3803 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlar vasitəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə aşkar edilərək götürülmüş iki ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,070 qram, 0,251 qram ümumi təmiz çəkisi 0,321 qram ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin məhz satış məqsədilə əldə etməsi, saxlaması və üzərində daşıması öz təsdiqini tapmamışdır. Həmçinin iş materiallarında olan ekspert rəyindən də göründüyü kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Bu halların müəyyən edilməsi təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Bu səbəbdən də məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddəni əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən şəxsi istehlak miqdarından artıq olan miqdarda 2 (iki) bükümdə narkotik vasitənin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. İlk növbədə qeyd edilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulanadək onun narkotik maddələrin satışı ilə məşğul olması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik maddələrin əldə edilməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs birinci epizodla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İkinci halda, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,423 qram narkotik vasitə heroin, 1,803 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında heroinin 0,243 qramını tanışı X3 ünvan 1 ünvanda 15 manata satmış, 2 sentyabr 2021-ci il tarixdə saat 10:30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X6 ünvan 1 ünvanın qarşısında saxlanılıb 13-cü PB-nə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman ayağında olan idman ayaqqabısının içərisində bir ədəd siqaret qutusunun iç kağızına bükülmüş X5 istifadə etmək məqsədi ilə 2 sentyabr 2021-ci il tarixdə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,243 qram narkotik vasitə heroin aşkar edilib götürülmüş və E.Y.Mikayılovanın onda aşkar edilmiş psixotrop maddənin mənbəyinə dair verdiyi məlumata əsasında əməliyyat tədbirləri davam etdirilərək həmin tarixdə saat 11:50-də Sabunçu RPİ-in 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılıb 13-cü PB-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş tünd göy rəngli idman şalvarının sağ yan cibindən səthində heroinin izləri olan bir ədəd elektron tərəzi, bir ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,180 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,803 qram ağ rəngli kristalik kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə ekspertizasının 3 sentyabr 2021-ci il tarixli 6/3840 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə...» və s. yazılar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,180 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,803 qram ağ rəngli, kristalikşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi...» və s. yazılar olan zərfdəki 1 ədəd qara rəngli elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin ((Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. (Qeyd: heroinin təmiz çəkisi-0,180 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq-0,140 qram. Metamfetaminin təmiz çəkisi-1,803 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,753 qram) Beləliklə, xx.xx.2021-ci il tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni üzərində saxlamaqla daşıması və nəticədə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərkən cinayətlərin təkrarlığının yaranması üçün əvvəlki cinayətə görə hüquqi nəticələrin mövcud olması zərurətini nəzərə almamış, təkrarlığın qanunda anlaşılan mahiyyətinə uyğun olmayan qaydada tövsif edərkən cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli Qərarında təkrarlığa daxil olan cinayətlərin məhz ayrı-ayrılıqda tövsif edilərək təkrarlığa daxil olan hər bir əməlin müstəqil qiymətləndirilməli olduğu vurğulanmışdır. Nəzərə alınmaldır ki, Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Normanın dispozisiyasından da göründüyü kimi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə tövsif olunması üçün təkrar satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib daşıyaraq saxlaması faktı müəyyən olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,321 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması və daha sonra satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,423 qram narkotik vasitə heroin, 1,803 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması və bir müddət sonra, yəni 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında heroinin 0,243 qramını tanışı X3 ünvan 1 ünvanda 15 manata satması qeyd olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Lakin 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,321 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması barədə ittihamın əsasını yalnız şəxsi istehlak miqdarından artıq miqdarda olması təşkil etmiş və həmin epizod üzrə cinayət işində Təqsirləndirilən şəxs digər şəxslə (istehlakçı) əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin özü tərəfindən çəkilib xırda bağlamalara bükülməsi və narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqda nəticəyə gələcək sübutlar aşkar edilməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini əldə etməsi, saxlaması və üzərində daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil əsassız mülahizələrə və ehtimallara istinad etmişdir. Hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddəni əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 2 (iki) bükümdə narkotik vasitənin aşkarlanması özüözlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddəni satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən birinci epizod üzrə məhz satış məqsədi ilə narkotik maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. İkinci epizod üzrə təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,423 qram narkotik vasitə heroin, 1,803 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması və 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında heroinin 0,243 qramını tanışı X3 ünvan 1 ünvanda 15 manata satması sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş təmiz çəkisi 0,321 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədilə əldə edib üzərində saxlamaqla daşıması müəyyən edildiyindən onun həmin epizod üzrə əməlini Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə, digər epizod üzrə təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,423 qram narkotik vasitə heroin, 1,803 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşıması və 2 sentyabr 2021-ci il tarixdə səhər saatlarında heroinin 0,243 qramını tanışı X3 ünvan 1 ünvanda 15 manata satması iş materialları ilə sübuta yetirildiyindən təqsirləndirilən şəxsin həmin epizod üzrə əməlini Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinə tövsif edilməsini qanunauyğun hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 405.1.2 maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyasının qənaətinə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 940/2022 saylı hökmü dəyişdirilməli, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci və 234.2-ci maddələrinə tövsif edilməli, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona 3(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.2, 399.1.4, 403, 405.1.2 və 407-409 maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci və 234.2-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 3(üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-147/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-147/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver