Məhkəmə qərarları › İş №1(103)-1474/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1474/2025

28.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1474/2025 28.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, İbrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər X5 və X6 ibarət tərkibdə) 29 may 2025-ci il tarixli 1(101)-242/2025 saylı hökmü ilə xx xxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 02 (iki) yetkinlik yaşına çatmayan və 01 (bir) azyaşlı uşağı olan, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən təmin olunması, cinayət nəticəsində vurulmuş maddi zərərə görə 163800 (bir yüz altmış üç min səkkiz yüz) manat və mənəvi zərərə görə 5000 (beş min) manat olmaqla, ümumilikdə 168800 (bir yüz altmış səkkiz min səkkiz yüz) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki qaydada iddia vermək hüququ izah edilməsi hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may-iyun aylarında Bakı şəhərində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyasında xətt polis şöbəsinin müvəqqəti saxlama yerinin polis nəfəri vəzifəsində işləməklə yanaşı ev alğı-satqısı fəaliyyəti ilə də məşğul olarkən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 82.5 kv/m sahəyə malik 6 nömrəli mənzilini satmaqda köməklik etməsi üçün 2021-ci ilin may ayında ona müraciət etmiş Şahid2 ilə birlikdə qeyd edilən mənzilə baxış keçirərkən həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik hüquqi şəxsinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə sonuncunun arvadı Zərərçəkmiş şəxs1 məxsus olması, Zərərçəkmiş şəxs1 Şahid2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etməsi və bu səbəbdən birgə nikah dövründə əldə etdikləri həmin mənzili satıb dəyərini aralarında bölüşməklə bağlı əvvəlcədən razılaşmalarının olması barədə məlumat əldə etdikdən sonra tamah məqsədi ilə qanunsuz yolla maddi gəlir əldə etməkdən ötrü Zərərçəkmiş şəxs1 külli miqdarda əmlaklarını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirmək qərarına gələrək, həmin cinayətkar niyyətini həyata keçirmək üçün Şahid2 xəbərsiz Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncuya guya əri Şahid2 onu aldatmaqla mənzilini, eləcə də sonuncunun xüsusi mülkiyyətində olan **-TX-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, “Hyundai İX-35” markalı minik avtomobilini ələ keçirmək niyyətində olması, bu işdə köməklik etmək üçün hətta ona pul təklif etməsi, lakin həmin təklifi rədd etməsi barədə yalan məlumat verib aldadaraq polis əməkdaşı olduğu üçün ona köməklik edəcəyini bildirib tutduğu vəzifəyə görə öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 onun vermiş olduğu yalan məlumatlara inanıb əmlaklarını qorumaq məqsədi ilə köməklik etməsi üçün müraciət etdikdə qeyd olunan mənzilin və nəqliyyat vasitəsinin məhkəmə qərarı ilə ər-arvad arasında bölünməməsi üçün formal alğı-satqı müqaviləsi ilə müvəqqəti olaraq başqa şəxslərin adına keçirməyi təklif edib məhkəmənin yekun qərarı qüvvəyə mindikdən sonra isə yenidən onun mülkiyyətinə qaytaracağına dair yalan vəd vermiş, Zərərçəkmiş şəxs1 onun yalan vədlərinə inanaraq təkliflə razılaşdığı üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanılmış ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən həmin mənzilin onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid6 adına rəsmiləşdirilməsinə nail olmuş, bundan sonra öz cinayətkar məqsədinə çatmaq üçün qanuna zidd əməllərini davam etdirib xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məlumat vermədən Bakı şəhəri 51 saylı notariat ofisində bağlanılmış ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nə əsasən qeyd olunan mənzilin Şahid6 tərəfindən tanışları vasitəsilə tapdığı alıcı Şahid10 100000 (yüz min) manat məbləğində pula satılmasını təşkil edərək həmin məbləği ələ keçirib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 məxsus, xx.xx.2022-ci il tarixə uyğun orta bazar qiyməti 128000 (yüz iyirmi səkkiz min) manat dəyərində olmuş Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 6 nömrəli mənzilini ələ keçirib özgəninkiləşdirərək sonuncuya 128000 (yüz iyirmi səkkiz min) manat məbləğində, eyni zamanda vahid qəsdlə hərəkət edərək **-TX-*** dövlət qeydiyyat nişanlı, “Hyundai İX35” markalı minik avtomobilinin üzərinə həbs qoyularaq duracağa aparılmaması üçün həmin avtomobili özünə məxsus bağ evi kimi təqdim etdiyi, lakin qeyrirəsmi yaxın münasibətdə olduğu X7 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağları, 1498 saylı fərdi yaşayış evinin həyətində saxlamış, xx.xx.2021-ci il tarixdə formal olaraq bağlanılmış “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”nə əsasən həmin avtomobili əvvəlcə Zərərçəkmiş şəxs1 bacısı Şahid1 adına rəsmiləşdirilməsini təşkil etmiş, xx.xx.2021-ci il tarixdə isə Şahid1 doğma bacısı olduğu üçün məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab olunması ilə bağlı qərar qəbul ediləcəyi barədə yalan məlumat verib Şahid1 avtomobillə bağlı həmin fərdi yaşayış evində gözətçi işləyən tanışı Şahid12 özünün məlumatı olmadan sərəncam vermək hüququ da daxil olmaqla digər səlahiyyətləri özündə əks etdirən 800189 nömrəli etibarnamə verməsinə nail olaraq, həmin tarixdə də avtomobili digər tanışı Şahid11 satıb eyni tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi”nə əsasən avtomobilin onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid12 vasitəsilə Şahid11 anası X8 guya 8000 (səkkiz min) manata satılmasına dair rəsmiləşdirilməni təşkil edərək Zərərçəkmiş şəxs1 məxsus olmuş, xx.xx.2021-ci il tarixə uyğun orta bazar qiyməti 26000 (iyirmi altı min) manat dəyərində olan “Hyundai İX-35” markalı minik avtomobilini ələ keçirib özgəninkiləşdirməklə həmin avtomobilin satışından əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək sonuncuya 26000 (iyirmi altı min) manat məbləğində, həmçinin qeyd olunan mənzil və nəqliyyat vasitələrini qeyri-qanuni yollarla ələ keçirərkən cinayətkar niyyətini davam etdirərək xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 6 nömrəli mənzilinin başqa bir şəxsin adına keçirilməsinə dair rəsmiləşdirmələr aparmaqda köməklik göstərməsindən ötrü notariusa vermək adı ilə aldadaraq arvadı X2 adına olan “Kapital Bank”a məxsus 4****8321 hesab nömrəli karta 800 (səkkiz yüz) manat məbləğində pul göndərməsini istəmiş, Zərərçəkmiş şəxs1 xahişinə əsasən bacısı Şahid1 qeyd edilən tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Bolmart” marketdə “MilliÖn" ödəniş terminalı vasitəsilə həmin kart hesabına 800 (səkkiz yüz) manat məbləğində pul göndərməsinə nail olduqdan təxminən bir həftə sonra 2021-ci ilin may ayında məhkəmənin yekun qərarı qüvvəyə mindikdən sonra qeyd edilən mənzilin yenidən onun mülkiyyətinə qaytarılması məsələsinin həllinə köməklik göstərməsinə görə notariusa vermək adı ilə aldadaraq əlavə 2000 (iki min) manat məbləğində pul istəyərək həmin pulu Bakı şəhəri, Xətai rayonu ərazisində Zərərçəkmiş şəxs1 Şahid1 vasitəsilə almış, 2021-ci ilin yay aylarında Şahid2 Zərərçəkmiş şəxs1 və digərlərinə qarşı “bağışlama, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququnun tanınması, mənzilin sahibliyə, istifadəyə verilməsi və pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Zərərçəkmiş şəxs1 lehinə yekun qətnamə çıxarmasından ötrü sonuncudan bu məsələnin həllində köməklik göstərəcək həmin məhkəmənin vəzifəli şəxslərinə vermək adı ilə aldadaraq əvvəlcə 5000 (beş min) manat məbləğində pul istəyərək həmin pulu Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 191 ünvanında yerləşən “Ziraat Bank”ın baş ofisinin qarşısında Zərərçəkmiş şəxs1 müraciəti əsasında Şahid1 almış, bundan təxminən bir həftə sonra isə eyni adla əlavə 2000 (iki min) manat məbləğində pul istəyərək həmin pulun Zərərçəkmiş şəxs1 göndərdiyi kart hesabına köçürülməsinə nail olmaqla verdiyi vədlərə əməl etməyib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək cəmi 9800 (doqquz min səkkiz yüz) manat məbləğində olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 163800 (yüz altmış üç min səkkiz yüz) manat məbləğində külli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək dələduzluq etmişdir. -Həmçinin, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Kirman Cəfərov tanışı X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, VÖXR 16 ünvanında yerləşən 1200 kv.metr əraziyə malik torpaq sahəsinə çıxarış alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla bağlı hər hansı səlahiyyətlərə malik olmadığı halda Zərərçəkmiş şəxs2 qeyd edilən məsələdə köməklik göstərəcəyinə dair yalan vəd verib guya çıxarışı əldə etməkdə köməklik göstərəcək vəzifəli şəxslərə vermək adı ilə aldadaraq Kirman Cəfərovdan 22 iyul 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən “Kapital Bank”-ın Sabunçu filialının qarşısında 4500 (dörd min beş yüz) manat, təxminən 2-3 gün sonra isə ünvan 7 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-nin Xırdalan filialının qarşısında 500 (beş yüz) manat məbləğində pul alaraq vədinə əməl etməyib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək X3 ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X12 Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə55ş/h- 209-22 nömrəli əmri ilə həmin tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə’’nin 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə xidmətdən xaric edilməsinə baxmayaraq, 2022-ci ilin avqust ayında tanış olduğu Zərərçəkmiş şəxs3 özünü polis əməkdaşı kimi təqdim etməklə tutduğu vəzifəyə görə onun inam və etibarını qazanıb Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində işləyən tanıdığı vəzifəli şəxslər vasitəsilə qızı Şahid13 Nazirliyin “102” Xidmətinə operator vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib, qeyd edilən məsələnin həllində köməklik göstərəcək vəzifəli şəxslərə vermək adı ilə aldadaraq Zərərçəkmiş şəxs3 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən "Nargilə” kafesinin yaxınlığında 2000 (iki min) manat məbləğində pul alaraq vədinə əməl etməyib əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X3 ilkin ödəniş qismində 1800 (min səkkiz yüz) manat, 29 ay müddətinə isə aylıq 340 (üç yüz qırx) manat ödəmək şərti ilə ona “AzSamand” markalı maşın satmaq adı ilə yalandan vəd verib aldadaraq, 2022-ci ilin oktyabr ayında ünvan 8 ünvanının qarşısında Kirman Cəfərovdan ilkin ödəniş qismində aldığı 1800 (min səkkiz yüz) manat məbləğində pulu öz şəxsi ehtiyaclarına sərf edərək X3 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək məhkuma təqsirləndiyi maddənin sanksiyasının yuxarı həddində daha ağır cəza təyin edilməsi və mülki iddanın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs və mülki cavabdeh tərəfindən apellyasiya şikayəti əsaslandırılmamışdır. zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ittiham və müdafiə tərəfindən məhkəmə baxışına təqdim edilmiş bütün sübutları məhkəmə iclasında tədqiq etməklə məhkəmə istintaqını yekunlaşdırmış və bununla da CPM-nin 338.1-ci maddəsinin tələblərinə əməl etmiş, məhkəmə istintaqı zamanı sübutları CPM-nin 125-ci, 144-145-ci maddələrində nəzərdə tutulmuş qaydada yoxlayıb, qiymətləndirmiş, CPM-nin 338.1.2.- 338.2-ci maddələrinin tələblərinə əməl etmiş, gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları cinayət prosessual məcəlləsində nəzərdə tutulmuş qaydada araşdırmış, eyni zamanda “ Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında “Azərbaycan Respublikası Alı Məhkəməsinin 11 iyun 2015-ci il tnrWli 7 nömrəli Qərarının tələblərinə əməl etmiş, ittiham hökmü çıxararkən CPM-nin 349.3- 349.5.3-cü maddələrinin tələblərinə əməl etmiş, hökmünün əsasını CPM-nin 351.3.3.-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlar , ibtidai istintaqda toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlar təşkil etmiş, hökmünü sübutu əhəmiyyəti olan dəlillərlə əsaslandırmışdır.Lakin, zərərçəkmiş tərəf hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 178.3.2- ci maddəsi ilə cəza təyin edərkən ancaq cəzanı yüngülləşdirən halları nəzərə almış, cəzanı ağırlaşdan halları nəzərə almamış təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir, törədilmiş cinayətin zərərçəkmiş şəxs üçün ağır nəticələrə səbəb olduğundan yüngül cəzadır. Belə ki,təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 2021-ci ilin may-iyun aylarında Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş polis İdarəsinin Biləcəri stansiyasında xətt polis şöbəsinin müvəqəti saxlama yerinin polis nəfəri vəzifəsində işləməklə yanaşı ev alqı-satqısı fəaliyyəti ilə də məşğul olarkən Şahid2 dəvəti ilə mənzilinə gəlmiş və onun arvadı Zərərçəkmiş şəxs1 paylı mülküyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3166-cı məhəllədə yerləşən 33 saylı binanın 82,5 kv.m sahəyə malik 6 nömrəli mənzilini, “ Hundai ix-35 ”, markalı, 99 TX-287 dövlət qeydiyyat nişanlı_, 2012-ci il buraxılış, ağ rəngli, mühərrik G4KDCU751610, ban KMHJT81BBCU515861 avtomaşınını və 10.000 manat pulunu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Nairə Qədinovaya 163.800 manat məbləğində küllü məbləğdə maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə cəza təyin edərkən cəzanı ağırlaşdıran halları olan və CM-nin 61.1.1-ci maddəsində göstərilən “ cinayətlərin təkrar törədilməsini ", bu Məcəllənin 61.1.2-ci maddəsində göstərilən " cinayətin ağır nəticələrə səbəb olması ", həmin Məcəllənin 61.1.12-ci maddəsində göstərilən " cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimindən və ya sənədlərindən istifadə etməklə törətməsini ", yenə bu Məcəllənin 61.1.13-cü maddəsində göstərilən " cinayətin qulluq mövqeyinə və ya təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsini " və cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsini və hətta buna cəhd edilməməsini nəzərə almamışdır. Belə ki, verilmiş ittihamdan görünür ki, məhkum-Təqsirləndirilən şəxs , təkcə Zərərçəkmiş şəxs1 qarşı deyil, eyni zamanda təkrarən aldatma və etibardan suiistifadə etmə yolu ilə X1 5.000 manat məbləğində pulunu və Zərərçəkmiş şəxs3 2.000 manat pulunu dələduzluqla ələ keçirmişdir.2) məhkum-Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı törətdiyi cinayət ağır nəticələrə səbəb olmuşdur. Zərərçəkmiş şəxs1 yeganə mənzilindən, avtomobilindən və borc götürdüyü 10.000 manat pulundan məhrum olmuş.Nairə azyaşlı uşağı ilə onun bunun mənzilində yaşamağa məcbur olmuşdur. Məhkum-Təqsirləndirilən şəxs cinayəti hakimiyyət nümayəndəsinin xüsusi geyimindən və ya sənədlərindən istifadə etməklə törətmişdir. O, Nairəni inandırmaq üçün polis formasında onun yanına gəlmiş və xidməti vəsiqəsini ona göstərmişdir. Məhz bundan sonra Zərərçəkmiş şəxs1 məhkuma inanmış və ona etibar etmişdir. Məhkum polis formasında olmasaydı Zərərçəkmiş şəxs1 ikinci dəfə gördüyü və əvvəllər tanımadığı şəxsə inanmazdı və ona etibar etməzdi. 4) Zərərçəkmiş şəxs1 məhkum-Təqsirləndirilən şəxs polis olduğundan ona etimad etmiş, məhkum isə ona göstərilən etimaddan istifadə etməklə Cinayəti törətmişdir. Möhtərəm hakimlər, fakt odur ki, məhkum polis nəfəri olduğu halda cinayəti himayəsində azyaşlı uşağı olan, tək uşaqlı anaya qarşı törətmişdir. 5) Eyni zamanda Nairənin əri -Şahid2 dələduzluqla ələ keçirilən əmlakın yarı dəyərini əmlakı ələ keçirən təqsirləndirilən şəxsdən deyil, Nairədən məhkəmə qətnaməsi ilə tələb etmiş, məhkəmələr isə Nairənin cinayət işində zərərçəkmiş olduğuna və talan edilmiş əmlakın birgə əmlak olmasına əhəmiyyət vermədən əmlakın yarı dəyərinin Nairədən alınıb E. Qurbanova verilməsi barədə qətnamə çıxarır, Ali Məhkəmə isə bu qanunsuz qətnamə və qərarı təsdiq etmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 illərlə məhkəmələrdə cavabdeh kimi iştirak etmiş,vəkillə müqavilə bağlayıb pul ödəmiş, bir sözlə sıxıntı və sarsıntı keçirməklə mənəvi əzab çəkmiş, habelə kirayədə qalmaqla xeyli miqdarda maddi itkiyə məruz qalmışdır. Fakt odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5493/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 105)- 685/2023 saylı, 01 may 2023-cü il tarixli qətnamələri ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3168/2023-cü il tarixli Qərarı ilə qət olunmuşdur ki, Qurbanova ( Qədimova ) Nairə Rasim qızının və Şahid2 ümumi birgə mülküyyətlərində olan və Təqsirləndirilən şəxs tərəfindən dələduzluqla ələ keçirdiyi mənzil və avtomaşın yarı dəyəri olan 86.500 manat pul Qurbanova ( Qədimova ) Nairə Rasim qızından alınıb, iddiaçı- Şahid2 verilmişdir. Göründüyü kimi Şahid2 bu cinayət işi üzrə vaxtında zərərçəkmiş şəxs kimi tanınmaması Nairənin qanunla qorunan hüquq və maraqlarımı pozmuşdur. Bir tərəfdən ,birgə mülküyyətdə olan mənzilin satışından əldə edilmiş 163.800 manat pulun Təqsirləndirilən şəxs olduğu sübuta yetir və həmin şəxsə ittiham verilir, digər tərəfdən isə bu vəsaitin yarısı, yəni 84.600 manatını T.Təqsirləndirilən şəxs deyil, Nairə Şahid2 ödəməlidir. Şərh olunan məhkəmə qətnamə və qərarları qanunu qüvvəsini almış və icraya yönəlmişdir. Məhkəmə qətnaməsini icra etmədiyinə görə Zərərçəkmiş şəxs1 hətta Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, ölkə hüdudlarından kənara çıxmağı məhdudlaşdırılmışdır. Təkzib edilməz fakt odur ki, məhkum-Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əmlaklarını onun etibarından sui-istifadə etməklə və aldatmaqla ələ keçirməsəydi, ər-arvad arasında əmlaklar məhkəmə qaydasında bərabər bölünərdi və hər iki şəxsin yaşamağa , evi, istifadə etməyə avtomobili olardı. N. Qədimovanın daimi iş yeri və stabil gəliri yoxdur. Vurulmuş zərərin ödənilməməsi onu mənzildən, avtomobildən və borc götürdüyü pulların qaytarılmasından məhrum edəcəkdir. Daha sonra dələduzluqla ələ keçirilən əmlakların yarı dəyəri məhkəmə qətnaməsi ilə Zərərçəkmiş şəxs1 alınıb sabiq ərinə verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri icraya yönəldilmiş və Zərərçəkmiş şəxs1 məhkəmə qətnaməsini icra etməməyə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Beləliklə, zərərçəkmiş tərəf hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü CPMnin 399.1.5.-ci maddəsinin tələblərinə uyğun olaraq dəyişdirilməli , məhkum- Təqsirləndirilən şəxs təqsirləndiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddində cəza təyin edilməli və mülki iddia tam təmin olunmalıdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin məzmununa uyğun çıxış edərək tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, təqsirləndirilən şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs barəsində daha ağır cəza tətbiq edilməsini və mülki iddianın tam təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı zərərçəkmiş şəxs və mülki iddiaçının apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini və təqsirləndirilən şəxsə birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının təklif etdiyi həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, mülki iddia hissəsində şikayətin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Apellyasiya şikayətlərində müdafiə tərəfi məhkəmənin təyin edilmiş cəzanın cinayətin ağırlığına və şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələblərini Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Eyni zamanda zərərçəkmiş şəxs də apellyasiya şikayətində təyin edilmiş cəzanın ağırlaşdırılmasını və mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün istintaq zamanı etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspet rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Təqsirləndirilən şəxs apellyasiya şikayətində ona yüngül cəza təyin edilməsini xahiş edir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1- 59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayəthüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 178.3.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayəti cəzanın ağırlaşdırılması ilə bağlı olmuşdur. Zərərçəkmiş şəxs apellyasiya şikayətində zərərin tam ödənilmədiyi halda məhkəmənin təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini, cəzanın onun şəxsiyyətinə, törətdiyi cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamasını göstərmişlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 1 azyaşlı uşağının olmasını, ibtidai istintaq dövründə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsi və azaldılmasını, Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olması, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi, əməlini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi əməlin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin məqsədi və motivi, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin etmişdir. Təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin edilməsi cəza təyininin ümumi məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etməməklə yanaşı məhkumda törətmiş olduğu ictimai təhlükəli əmələ laqeydlik hissinin formalaşmasına xidmət edə bilər. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bundan əlavə zərərçəkmiş şəxs və mülki iddiaçı apellyasiya şikayətində mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçıya vurulmuş maddi ziyan əvəzi olaraq 163800 (bir yüz altmış üç min səkkiz yüz) manat 163800 (bir yüz altmış üç min səkkiz yüz) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 300000 (üç yüz min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 163800 (bir yüz altmış üç min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manat olmaqla, cəmi 168800 (bir yüz altmış səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsini, mülki iddianın qalan hissədə baxılmamış saxlanılmasını hökm etmişdir. Məhkəmə kollegiyası mülki iddianın mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan nəticəsində sonuncuda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. Beləliklə, iddiaçı mənəvi sarsıntılar keçirmiş, bunlar mülki cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqə olmuş və zərərvuran şəxslərin təqsiri hazırkı hökmlə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi sarsıntı və iztirab keçirmiş mülki iddiaçı mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə 5000 manat məbləğininin müəyyən edilməsini məhkəmə kollegiyası ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 29 may 2025-ci il tarixli 1(101)-242/2025 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən və təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 29 may 2025-ci il tarixli 1(101)-242/2025 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar