Məhkəmə qərarları › İş №1(103)-148/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-148/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-148/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (X9 Heydər oğlunun sədrliyi) 06 oktyabr 2022-ci il tarixli hökmü ilə xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Ə.Əkbərov küçəsi, fərdi tikilidə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, iş üzrə mülki iddianın tam təmin edilməsi və vurulmuş maddi zərərə görə 7.000 (yeddi min) manat məbləğində pul vəsaitinin mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 avqust 2020-ci il tarixdə ona Zərərçəkmiş şəxs üçün qızıl-zinət əşyalarının alınması ilə bağlı müraciət etmiş Şahid1 7000 manat müqabilində qızıl-zinət əşyaları təşkil edəcəyinə inandıraraq, aldadıb, bununla bağlı yalan vədlər verərək, 9 avqust 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 2 ünvanında Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları alınması ilə bağlı 7000 manat pulu götürüb, sonuncunu və Şahid1 yaşadığı evdən yola saldıqdan sonra verilən pulun geri qaytarılması ilə əlaqədar yanına gələn Şahid1 özündə olan dəftərdə özünə olan 7000 manat borcu ödəməsi ilə bağlı qeydlər yazdırmaqla, növbəti gün qızıl-zinət əşyaları verəcəyinə dair yalan vədlər verib, vədinə əməl etməyərək zərər çekmiş Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən həmçinin Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır. İbtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb etmiş və birinci instansiya məhkəməsi iş üzrə mötəbər sübutlar olmadan onu yuxarıda qeyd olunan maddə ilə təqsirli bilərək ona ağır bir cəza təyin etmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə ibtidai istintaq çox səthi və birtərəfli qaydada aparılmışdır. İş materiallarından, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham yalnız zərərçəkmiş şəxsin və Şahid1 ifadələrinin üzərində qurulmuşdur. Eyni hüquqi mövqedə ibtidai istintaqa nəzarət edən rayon prokuroru da olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 12 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Nəsimi rayon prokurorluğunda öyrənilərkən müəyyən olunmuşdur ki, istintaq səthi və keyfiyyətsiz aparılmış, araşdırılması zəruri olan bir sıra xüsusatlar yoxlanılmamışdır. Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsi tam sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs niyyətinin nə vaxt əmələ gəlməsi aydınlaşdırılmamışdır. Bu səbəbdən cinayət işi üzrə tərtib olunmuş ittiham aktı təsdiq olunmamış və əlavə ibtidai istintaq aparılması üçün müstəntiqə qaytarılmışdır. Bütün bunlara baxmayaraq bir üzləşdirmə istintaq hərəkəti keçirilməklə cinayəti işi yenidən məhkəməyə göndərilmişdir. Məlumat üçün qeyd olunmalıdır ki, baxılan cinayət işi üzrə Zərərçəkmiş şəxs 7000 manat pulunun ələ keçirilməsi ilə bağlı əvvəlcə hazırki işdə şahid olan Şahid1 təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində istintaq aparılmışdır. İstintaq dövründə Şahid1 törətdiyi əməli etiraf etməklə, hətta Zərərçəkmiş şəxs vurulmuş ziyandan 2150 manat pul da ödəmişdir. Bu səbəbdən hazırki işdə şahid qismində keçən Şahid1 tutduğu mövqeyi, yəni Təqsirləndirilən şəxs qarşı ifadənin verilməsi anlaşılandı. Bununla yanaşı qeyd olunmalıdır ki, nə ibtidai istintaq dövründə, nə də ki məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirliyini təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. İbtidai istintaq orqanının və məhkəmənin gəldiyi nəticə yalnız şübhələr və ehtimallardan ibarət olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatlar ibtidai istintaq dövründə toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdaki sübutlarla öz təsdiqi tapır. Belə ki, iş materiallarına əlavə edilmiş əlyazmalardan görünür ki, Şahid1 qızıl-ziyət əşyalarının alışverişi ilə bağlı Təqsirləndirilən şəxs 7000 manat borcu olmuş və xx.xx.2020-ci il tarixdə Şahid1 həmin borcu “köhnə borcumu bağladım" yazı yazmaqla və imzası ilə təsdiq etmişdir. Məhkəmə belə qənaətinə gəlmişdir ki, Təqsirləndirilən şəxs ona ödənilmiş 7.000 manat pulun məhz Zərərçəkmiş şəxs aid olmasından məlumatlı olmuşdur. Hətta videofaylda olan görüntülərlə bağlı məhkəmə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs öz lehinə olan danışıqları gizli çəkilişlə telefon vasitəsi ilə qeydə alsa da, Yeganə ilə olan bütün danışıqlarını qeydə almasını təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə artıq videoda olmayan halı özünə sərf etdiyi tərzdə ehtimal edir. Bu isə cinayət qanunvericiliyinə görə yol verilməz haldır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış və ilk dəfə onu xx.xx.2020-ci il tarixdə Şahid1 ilə birlikdə onun yaşadığı ünvanına gələndə görmüşdür. Onun Aybənizlə evdə qızıl barədə söhbəti olmamış və yalnız sonradan Aybəniz ona mobil telefonla zəng vurduqdan sonra ona məlum olmuşdur ki, 7000 manat sonuncuya məxsusdur. Pulu da ona Yeganə vermiş, bir gün əvvəlcədən də demişdir ki, ona olan 7000 manat borcunu qaytaracaq. Belə olan halda ilk dəfə gördüyü insana və əsas da alacağı qızıl-zinət əşyaları görmədən, onların çəkilərini və əyarlarını bilmədən alıcının əvvəlcədən 7000 manat pulun satıcıya verilməsi inandırıcı deyil. Halbuki Bakı şəhərinin müxtəlif qızıl-zinət əşyalarının satış nöqtələrində həmin qızıl məmulatlarının qıtlığı yoxdur ki, alıcı qabaqcadan pul ödəsin. İş materiallarından göründüyü kimi, Şahid1 Təqsirləndirilən şəxs 7000 manat borcunun olması mübahisələndirilməyən haldır. Belə olan halda Təqsirləndirilən şəxs alış-verişə görə yarandığı borcu elə borclu şəxsin özündən geri alması heç bir halda dələduzluq kimi qiymətləndirilə bilməz. Bundan əlavə istintaq orqanı və məhkəmə iş materiallarına əlavə edilmiş Şahid1 qızıl-zinət əşyalarının alış-verişi ilə bağlı olan “köhnə borcumu bağladım” yazı yazmaqla və imzası ilə təsdiq edilmiş əlyazmaya qiymət verməmişdir. Belə çıxır ki, Təqsirləndirilən şəxs bir tərəfdən cinayət məsuliyyətinə cəlb olunur, digər tərəfdən Şahid1 ona olan 7000 manat borcundan məhrum olunur. Müdafiəçi hesab edir ki, eyni əməllərə görə məhkum olunan Şahid1 Zərərçəkmiş şəxs ilə birləşərək Təqsirləndirilən şəxs qarşı çıxmasının yeganə məqsədi borcundan azad olunması olmuşdur. Bunun bariz nümunəsi də məhkəmədə Şahid1 zərərçəkmiş şəxsin əvəzinə canfəşanlığın edilməsi olmuşdur. Müdafiəçi2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi qanunsuz və əsassız olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs 7000 manat pulunun ələ keçirilməsilə bağlı, hazırki işdə şahid olan Şahid1 təqsirləndirilən şəxs qisimində cəlb edilməsi ilə istintaq aparılmışdır. İstintaq dövründə Şahid1 törətdiyi əməli etiraf etmiş, həmçinin Zərərçəkmiş şəxs vurulmuş ziyandan 2150 manat pul ödəmişdir. İlkin təhlildən belə nəticə alınır ki, Zərərçəkmiş şəxs münasibətdə Şahid1 minumum mülki məsuliyyəti vardır. Qeyd edilən əməldə Təqsirləndirilən şəxs təqsirliliyini sübut edən hər hansı bir mötəbər sübut iş materiallarında yoxdur. Həm ittiham aktında, həm məhkəmə hökmündə, həmçinin iş materiallarında olan təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməmiş, qızılzinət əşyalarının alış-verişi nəticəsində Şahid1 ona 7000 manat borcu olduğunu bildirmişdir. Bu səbəbdən Yeganədən borclu olduğu 7000 manat pulunu istədiyini bildirmişdir. 08 avqust 2020-ci il tarixdə Yeganənin ona mobil telefonla zəng edərək 7000 manat borcunu bağlayacağını və yenidən qızıl əşyaları götürəcəyini bildirmişdir. 09 avqust 2020-ci il tarixdə Şəhlanın ilk dəfə orada gördüyü bir xanımla Yeganə onun evinə gələrək borclu olduğu 7000 manat pulu Şəhlaya vermiş bu barədə dəftərçədə yazılı qeyd aparmış, şəxsi imzasını qoyaraq “borcumu bağladım” sözlərini yazmışdır. Bu vaxt Yeganədən adını bildiyi Aybəniz xanım da bu söhbətin şahidi olmuşdur. Bundan sonra Yeganə Şəhladan 13- 15 min manatlıq qızıl-zinət əşyaları satış üçün götürməyi sifariş etmişdir. Şəhla da öz növbəsində Yeganəyə mümkün olduğu halda sifariş etdiyi qızılları hazırladığı halda verəcəyini bildirmişdir. Yeganə və Aybəniz mənzildən çıxıb-getmişlər. Sonradan Aybəniz mobil telefonla Şəhlaya zəng edərək bildirmişdir ki, Yeganənin Şəhlaya verdiyi pul onun olmuşdur. Şəhla da telefonla cavabında bildirmişdir ki, Yeganə 7000 manatı borcunu ödəmək üçün vermiş və həmin pulun Yeganənin Aybənizdən aldığını bilməmişdir. Onların arasında olan pul sövdələşməsindən də xəbəri olmamışdır. X2 ilə qızıl alveri barədə heç bir söhbəti olmamışdır. Təqsirləndirilən şəxs cinayət işində olan ifadəsində, həm məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi bu əhəmiyyətli dəlillər işə əlavə edilmiş, xx.xx.2020-ci il tarixdə Yeganənin "köhnə borcumu bağladım" qeydləri yazması və şəxsi imzası ilə təsdiq etməsi faktı ilə təsdiq olunur. Bundan başqa iş materiallarında olan video faylda Şəhla və Yeganə arasında Yeganədən xəbərsiz gizli çəkiliş və söhbətdən Yeganənin Şəhlaya 7000 manat borcunun ödəməsi barədə sübut mövcuddur. Həmin video görüntüdə ittiham aktında şahid qismində göstərilmiş Yeganə Züİfüqarova və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirak etmişdir. Video görüntüdə olan bu söhbət zamanı Yeganənin öz borcuna görə 7000 manatı Təqsirləndirilən şəxs verməsi aşkar faktdır. Bu əhəmiyyətli hüquqi faktlara baxmayaraq məhkəmə belə qənaət edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Şahid1 ona ödədiyi 7000 manat pulun zərərçəkmış Zərərçəkmiş şəxs məxsus olmasından məlumatı olmuşdur. Yeganə ilə bağlı çəkilmiş video görüntü, bütün danışıqlar görünmür. Müdafiəçi hesab edir ki, məhkəmənin istinad etdiyi bu ehtimal ədalət mühakimə məntiqinə zidd mövqe kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu xx.xx.2020-ci il tarixdə Şahid1 ilə ünvanına gələndə görmüşdür. Aybənizlə qızıl barədə evdə söhbəti olmamış və 7000 manat pulu isə Şahid1 borcunun əvəzi şəxsən ödəmişdir. İşdə olan bu dəlillər Azərbaycan Respublikası CPM-in 124-126-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən və bu əməldə isə cinayət tərkibinin olmadığını müəyyən edən mötəbər sübutlardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən iş materiallarında Şahid1 qızıl alış-verişinə görə 7000 manat mübahisələndirməyən borcunun olması və həmin borcunu tələb edərək şəxsən Yeganədən alınması dələduzluq əməli kimi qiymətləndirilə bilməz. Belə ki, Şahid1 alışveriş nəticəsində ödəməli olduğu və borcu qaldığı 7000 manat pulun özünə aid yaranmış borc öhdəliklərinin yerinə yetirilməsi hərəkətlərini ifadə edir. Eyni zamanda bu borc öhdəlikləri Yeganə Zülfüqarovla təqsirləndirilən Təqsirləndirilən şəxs arasında borcun ödənildiyi xx.xx.2020-ci il tarixədək yaranmış borc öhdəliyidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinin yaranması o vaxt baş verə bilərdi ki, təqsirləndirilən şəxs aldatma və ya etibardan suiistifadə yolu ilə başqasına məxsus əmlakı əvəzsiz olaraq mənimsəmək və ya öz mülkiyyətinə keçirtmək niyyətində olsun. Halbuki, iş materiallarında olan dəlillərlə tam təsdiqini tapır ki, Təqsirləndirilən şəxs 7000 manat pul borcunu xx.xx.2020-ci il tarixə ödəmiş, bu barədə şəxsi imzasıyla qeyd kitabçasında “borcumu bağladım” qeyd etmiş və imzasını etmişdir. Yalnız həmin vəziyyətdən 3 gün sonra Aybəniz tərəfindən telefon danışığında bildirir ki, Şahid1 sənə ödədiyi pul onun pulu olmuşdur. Bu məntiqdən yanaşılsa belə alınır ki Zərərçəkmiş şəxs ilə Şahid1 birləşərək Təqsirləndirilən şəxs qarşı əsassız tələblər irəli sürmüşdür. Ehtimal edilsə ki, Şahid1 Təqsirləndirilən şəxs borcunun əvəzi olaraq 7000 manat Zərərçəkmiş şəxs götrülmüş vəsait olduğu halda Zərərçəkmiş şəxs hesabına Yeganənin öz borcunu bağlaması münasibətlərində Şahid1 mülki hüquqlarına sui-istifadə etməsi mövqeyi ilə qarşılaşır. Zərərçəkmiş şəxs ilə birləşməsi və həqiqəti təhrif edən şahid ifadəsi verməsi, 7000 manat borcunun ört basdır edilməsi və bu borcdan yayınması məqsədi daşıyır. Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi tamamilə qanunidir. Lakin tətbiq edilmiş cəzanın yüngül olması əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun prinsip və müddəalarına düzgün riayət etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən vurulmuş ziyandan heç bir məbləğ ödənilməməsini, vurulmuş zərərin məbləğini nəzərə almamış, Təqsirləndirilən şəxs islah edilməsinə deyil, onun yenidən cəmiyyətdə bu tip əməllərini davam etdirmsinə şərait yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs əlində elektron bilərzik gəzdirməklə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməllərini asanlıqla davam etdirə bilər. Buna görə də apellyasiya qaydasında işə baxılarkən ona verilən cəza ağırlaşdırılmalıdır Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Cəfərov X4 Şəhla Faiq qızının əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində bəraət hökmü çıxarılmasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən heç bir pul almadığını, zərərçəkmiş şəxsin əslində Təqsirləndirilən şəxs olduğunu, müdafiə tərəfinin vermiş olduğu apellyasiya şikayətlərinin təmin edilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs öz çıxışında müdafiəçilərinin fikri ilə razı olduğunu bildirib, müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 təqsirləndirilən şəxsin müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçiləri və zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərindən görünür ki, təqsirləndirilən şəxsin müdafiəçiləri Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildiməsi cinayət məsuliyyətini nəzərdə tutur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə kollegiyası iş materiallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək qeyd edir ki, hazırki cinayət işi üzrə dələduzluq cinayətinin mahiyyəti ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 08 avqust 2020-ci il tarixdə ona Zərərçəkmiş şəxs üçün qızıl-zinət əşyalarının alınması ilə bağlı müraciət etmiş Şahid1 7000 manat müqabilində qızıl-zinət əşyaları təşkil edəcəyi adı ilə zərərçəkmiş şəxsin etibarını qazanmış və yekun nəticədə həmin etibardan sui-istifadə edilməklə yuxarıda qeyd edilən cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» metro stansiyasının yaxınlığında yerləşən «Moskva Univermağın»da satıcı işləmişdir. Şahid1 isə təxminən hadisədən təxminən 4-5 ay əvvəl tanımışdır. Belə ki, Yeganə «Moskva Univermağı»na gələrək ayrı-ayrı satıcılardan nisyə qızıl alaraq başqa şəxslərə satıb özü qazanc əldə etmiş, sonra da gətirib pulu qaytarmışdır. Hadisədən təxminən 2-3 ay əvvəldən başlayaraq Şahid1 müxtəlif vaxtlarda ondan 2000-3000 manat dəyərində qızılzinət əşyaları alaraq bəzən pulunu qaytarmış, bəzi aldıqlarını isə yox. Beləliklə, nəticədə Şahid1 ona 7000 manat borcu yaranmışdır. O, isə tez-tez Yeganədən ona borclu olduğunu və 7000 manat pulunu tələb etmişdir. 08 avqust 2020-ci il tarixdə Yeganə mobil telefon vasitəsi ilə ona zəng vuraraq demişdir ki, səhərisi günü onlara gələrək ona borclu olduğu 7000 manat borcu bağlayıb yenidən qızıl əşyaları götürəcəkdir. O, da Yeganə ilə razılaşmışdır. 09 avqust 2020-ci il tarixdə təxminən saat 12 radələrində Yeganə bir nəfər xanımla onun yaşadığı evə gəlmişdir. Mənzilə daxil olduqdan sonra Yeganə ona demişdir ki, xanımın adı Aybənizdir, onun rəfiqəsidir. Bacısı qızının nişanına gedir, bundan sonra Yeganə ona borclu olduğu 7000 manat pulu vermişdir. Hətta onun qeyd dəftərinə imza edərək «Borcumu bağladım» sözlərini qeyd etmişdir. Həmin vaxt Aybəniz də onların yanlarında olmuş və o, özü də bunun şahidi olmuşdur. Daha sonra Yeganə ona demişdir ki, onun özünə 13-15 min manatlıq qızıl lazımdır. O, da Yeganəyə demişdir ki, o, sabah ona dediyi pul qədər qızıl-zinət əşyası verər. Həmin vaxt tanışı Səadətə də onun 8000 manat borcu olmuşdur. Həmin gün Səadət onlara gəlmiş və o, da 7000 manatı ona vermiş, sonrada Səadət pulu götürərək evdən çıxıb getmişdir. Onlar isə bir saat ərzində gözləmişlər. O, Səadətə zəng vuraraq mağaza üçün qızıl-zinət əşyaları sifariş vermişdir. Səadət də ona qızılları sabah gətirəcəyini demişdir. Daha sonra onlar çıxıb getmişlər. Təxminən 10-15 dəqiqədən sonra Yeganə geri qayıtmış, Yeganə özünü elə aparmışdır ki, guya vəziyyəti pisləşmiş və ona bildirmişdir ki, həmin pulu Aybənizdən borc kimi almış və ondan xahiş etmişdir ki, səhərisi günü ona qızılları gətirsin. O, da Yeganəyə demişdir ki, sabah mütləq qızılları gətirib ona təhvil verəcək. Bundan sonra Yeganə çıxıb getmişdir. Təxminən 20 dəqiqədən sonra Aybəniz adlı xanım ona zəng vuraraq çox mehriban danışmış, ona demişdir ki, 2 ədəd üzük götürəcəkdir, o, Aybənizə problemin olmadığını demiş, hətta Aybəniz ona demişdir ki, səhər ona qızıl verəcək, belə olan halda o, da demişdir ki, Yeganə ona olan borcunu bağlayıb, həmin pulun ona məxsus olduğunu o, bilməmişdir. Ona pulu Yeganə verib, əvvəlcədən Yeganə özü ona zəng vuraraq ona olan borcunu bağlayacağını demişdir. Təxminən 3 gündən sonra Aybəniz ona mobil telefonla zəng vuraraq demişdir ki, həmin 7000 manat pul ona məxsusdur, 7000 manat pulu Yeganə ondan almışdır ki, qızıl alıb-satdıqdan sonra onun pulunu qaytaracaq. O, da Aybənizə demişdir ki, onların arasında olan alış-verişdən onun xəbəri olmamışdır. Bundan sonra onun onlarla heç biri ilə əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsində dedikləri yalandır, pulu ona Yeganə vermiş, bir gün əvvəlcədən də demişdir ki, ona olan 7000 manat borcunu qaytaracaq. Onun Aybənizlə evdə qızıl barədə söhbəti olmamış və yalnız sonradan Aybəniz ona mobil telefonla zəng vurduqdan sonra ona məlum olmuşdur ki, 7000 manat sonuncuya məxsusdur. Həmçinin bildirmişdir ki, Səadət onlara gələn kimi, borcunu alıb çıxmış və bir müddət sonra ona zəng vuraraq qızıl sifarişi vermişdir və başqa heç nə deməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yeganə adlı şəxsi təxminən 2020-ci ilin iyul ayından tanımışdır. Belə ki, o, şirkət rəhbəri olduğundan Yeganə hansısa tanışından onun mobil nömrəsini alaraq ona zəng vurub rəfiqəsinin oğlunu işə düzəltmək üçün ona müraciət etmişdir. O, da Yeganəyə iş üçün hazırda yer olmadığını bildirmişdir. Həmin vaxtı Yeganə ilə mobil telefonla danışdıqda ona demişdir ki, qızıl əşyalarının alqı-satqısı ilə məşğuldur. O, bu yaxınlarda qızını nişanladığından ona 750 əyarlı «Alyans» adlı qız və oğlan üçün və digər qızıl-zinət əşyaları axtarmışdır. O, buna görə də tanışlarına, həmçinin Yeganə adlı xamına müraciət etmişdir. Hadisədən 3-4 gün əvvəl o, mobil telefon vasitəsi ilə Yeganəylə əlaqə saxlamış, Yeganə ona demişdir ki, bir nəfər tanışı var, həmin şəxsin adı Şəhladır, «Moskva Univermağı» deyilən yerdə qızıl alış-satışı ilə məşğuldur. O, qızılı münasib qiymətə satır. Səhərisi günü Yeganə ilə mobil telefon vasitəsi ilə əlaqə saxladıqda ona demişdir ki, o, «Alyans» adlı qız və oğlan üçün qızıl, bilərzik, 1 ədəd komplekt və əlavə qızıl əşyaları götürmək istəyir, buna görə nə qədər pul lazımdır deyə Yeganədən soruşmuş, o, bir qədər keçmiş onunla əlaqə saxlayıb demişdir ki, bunun üçün 7000 manat pul lazımdır, əgər puldan əskik olarsa, sonrakı günlərdə pulun qalanını Şəhlaya verər. 09 avqust 2020-ci il tarixdə o, rayondan gələrkən, üzərində 4000 manat pul olduğu üçün tanışı Kənan adlı şəxsdən xahiş etmişdir ki, ona 3000 manat pul tapsın. Daha sonra da Kənanla birlikdə görüşmüş, 3000 manat pulu Kənandan götürmüş və onunla birlikdə Nəsimi rayonu «Yeganə» şadlıq sarayının yanına gəlmişdir. Saat 11 radələri olardı, həmin yerə çatdıqda Yeganə artıq onları gözləmişdir. Yeganə də Kənanın idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Şəhla adlı xanımın yaşadığı ünvan 3 ünvanına gəlmişlər. Ünvana çatdıqda Yeganə onu Şəhlanın yaşadığı evə qaldırmış, Kənan isə avtomobildə əyləşərək onları gözləmişdir. Evə daxil olduqda ilk dəfə olaraq Şəhlanı görmüşdür. Yeganə Şəhlanı görən zaman ona demişdir ki, həmin adama zəng eləsin və qızılı gətirsin. Daha sonra əyləşib söhbət etmişlər, söhbət zamanı Şəhla Yeganəni tərifləyib bildirmişdir ki, gözəl insandı, bir neçə ildir ki, alış-veriş edirlər. Həmin ərəfədə Şəhla Səadət adlı tanışına zəng vuraraq bildirmişdir ki, müştəri pulu gətirib və deyilən qızılları götürüb ora gəlsin. Sonra da o, çantasında olan 100 manatlıq əskinazlardan ibarət 7000 manat pulu masanın üzərinə qoyub Şəhladan pulu saymağını xahiş etmişdir. Şəhla ona pulun sayılmağına ehtiyac olmadığını bildirsə də o, təkidlə saymağını xahiş etmişdir. Şəhla pulu sayıb düzgün olduğunu bildirmişdir. Təxminən 1 saat ərzində Səadət adlı xanım gəlmişdir. Səadət gəldikdə qızılsız gəlmişdir. O, Şəhladan soruşmuşdur ki, nə səbəbə Səadət qızılları gətirməyib, belə olan halda Şəhla demişdir ki, Səadət qızılları Sumqayıt şəhərindən götürəcək, gərək pulu versin ki, qızılları götürsün. Şəhla ilə Səadət asta-asta bir-birilərinin qulaqlarına pıçıldamağa başlamışlar. O, Şəhlaya demişdir ki, «təklikdə sözünüz varsa biz çıxa bilərik», Şəhla da təsdiq edərək demişdir ki, təklikdə bir-birilərinə sözləri vardır. Yeganə və o, otaqdan bayıra çıxıb digər otağa keçmişlər. Şəhla ilə Səadət təxminən 15 dəqiqə söhbət etmişlər. Əvvəlcə otağa Yeganə, təxminən 5 dəqiqə sonra da o, girmişdir. Lakin onların aralarında nə barədə söhbət getməsi barədə məlumatı olmamışdır. Səadət demişdir ki, iki saata Sumqayıt şəhərinə gedib pulu verib qızılları götürüb gəlir. Bundan sonra Səadət getmişdir. Təxminən iki saat keçdikdən sonra Yeganə Şəhlaya demişdir ki, Səadəti yığsın və soruşsun ki, gəlir ya yox. Şəhla Səadətə yığdıqdan sonra demişdir ki, Səadət deyir bu gün gecdi, səhər tezdən qızılları gətirəcək. O, əvvəlcə Şəhlaya etiraz etsə də sonradan demişdir ki, səhər gəlib qızılları götürər. Bundan sonra o, Yeganə ilə birlikdə mənzili tərk edib aşağı düşmüşlər. Aşağıda Kənana məsləhət etdikdən sonra ona demişdir ki, pulu geri qaytarsın, hər şey ola bilər. O, da Yeganəyə demişdir ki, qalx Şəhladan pulu geri al, qızıl istəmir. Yeganə yuxarı qaldıqdan 15-20 dəqiqə sonra Şəhla ona Yeganənin telefonu ilə zəng vuraraq demişdir ki, Yeganə qalxıb yanına özünü narahat hiss edir, onu sıxmayın, səhərisi günü saat 11-də gəlib qızılları götürər. O, Şəhlagilə qalxmış və Yeganə ilə aşağı düşdükdən sonra onu yaşadığı evə aparmışlar. Yol boyu Yeganə də ona demişdir ki, narahat olmasın, səhərisi günü saat 11:00-da qızılları Şəhladan götürəcək. Həmin günü axşam Yeganədən Şəhlanın mobil nömrəsini alaraq ona zəng edib qızılları nə vaxt götürəcəyini soruşduqda bir daha demişdir ki, ona heç bir qızıl verməyəcək, ona verdiyi 7000 manat pulu Yeganənin borcuna çıxmışdır. O, Yeganəyə zəng vuraraq nə məsələ olduğunu soruşduqda demişdir ki, səhər gəlib qızılları Şəhladan alıb ona verəcəkdir. Şəhla özü üçün danışır. Lakin səhər açıldıqda o, nə Şəhladan nə də Yeganədən pulu və yaxud da qızılları geri ala bilməmişdir. Şəhlaya yığdıqda demişdir ki, pulu Yeganənin borcuna çıxmış, o, da Şəhlaya demişdir ki, onun ona heç bir aidiyyatı yoxdur, o, 7000 manat pulu ona qızıl almaq üçün vermişdir. Sonrakı günlərdə artıq Yeganə ilə əlaqə saxlayıb pulunu və yaxud da qızılları tələb etmişdir. Yeganə özü ona demişdir ki, Şəhlaya 7.000 manat borcu olmuş, o, pulu Şəhlaya verdikdən sonra Şəhla demişdir ki, ona verəcəyi qızılları guya kimdənsə götürüb ona satır, həmin adamdan qızılı Yeganənin adı ilə alacaqdır, Yeganənin də 7.000 manat borcu olduğundan həmin adam qızıl verməyəcəkdir. Şəhla Yeganəni aldatmışdır ki, 7000 manat borcunu bağlaması barədə vərəqə qeyd etsin və yenidən həmin şəxsdən 7000 manatlıq nisyə olaraq qızıl götürüb ona verəcəkdir. Ona görə də Yeganəni aldadıb vərəqə yazdırmışdır ki, 7.000 manat borcu bağlamışdır. Sonra da Yeganə onun alası olduğu qızılı tələb etdikdə Şəhla demişdir ki, həmin pulu Yeganənin borcuna çıxmışdır və yazılı vərəqi də əsas gətirərək sübutu olduğunu bildirmişdir. Dəqiq tarixini xatırlamasa da deyə bilər ki, o, hadisədən sonrakı günlərdə demək olar ki, hər gün Yeganəni yığaraq sonuncudan qızılları və yaxud da pulları tələb etmişdir. Dəqiq tarixini xatırlamasa da deyə bilər ki, təxminən 18-19 avqust 2020-ci il tarixlərdə o, istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə Yeganənin istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə «Whatsapp» proqramı vasitəsi ilə danışıq aparan zaman Yeganə Şəhla ilə aralarında olan «Whatsapp» yazışmalarını çəkərək ona atmışdır. O, həmin yazışmaları xatırlayaraq bu yaxınlarda mobil telefonunda tapmış və A4 kağızında 04 vərəqədə ifadəsinə əlavə edir. Həmin yazışmalardan görünür ki, Şəhla Yeganəni aldadaraq ona qarşı məhz dələduzluq cinayətini törətmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs həmçinin verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun yanında Şahid1 heç bir sənəd imzalamamışdır, həmçinin istər Təqsirləndirilən şəxs istərsə də Şahid1 tərəfindən bu günə qədər ona hər-hansı məbləğdə pul ödənilməmiş, istintaq dövründə verdiyi 2150 manatın alınması ilə bağlı izahatı isə Şahid1 xahişi ilə vermişdir ki, onun barəsində olan digər cinayət işi ilə bağlı ağırlaşdırıcı hal olmasın. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Aybənizi 2020-ci ilin avqust ayının əvvəllərindən tanıyır, sonuncu ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur, onunla tanışlığı təsadüf nəticəsində məhəllədə olmuşdur. Aybənizə demişdir ki, qızıl alverçisidir, qızıl alış-verişi ilə məşğul olur. Elə həmin ərəfədə Aybəniz mobil telefonla ona zəng vuraraq qızı üçün xeyir iş etdiyini, bunun üçün də müxtəlif növdə qızıl əşyalarının lazım olduğunu və ondan tanış qızıl işi ilə məşğul olan adam olub-olmadığını soruşduqda, belə bir adamın olduğunu demişdir. Ona bir neçə qızıl adı dedikdən sonra Şəhlaya mobil telefonla zəng vuraraq Aybənizin istədiyi növdə qızılları Şəhladan soruşduqda demişdir ki, həmin qızılları ona təşkil edə bilər. Belə ki, həmin vaxta qədər onun Şəhlaya 7000 manat borcu vardır, lakin ondan sonra Şəhlaya 2 dəfə müştəri aparmış, onlarda Şəhlaya nəğd şəkildə pul verərək sonuncudan qızıl almışlar, Şəhla da hər dəfə ona 20-30 manat miqdarda pul vermişdir. Şəhla 7000 manat borcunu ondan tələb edərkən demişdir ki, səbirli olsun, pulunu kredit götürərək qaytaracaq. Aybənizlə əlaqə saxlayıb demişdir ki, Şəhla adlı xanım dediyi qızılları təşkil edə bilər. 08 avqust 2020-ci il tarixdə axşam saatlarında istifadəsində olan 055 ***-**-** saylı mobil nömrə ilə Şəhla ilə əlaqə saxladıqda ona demiş, sabah saat 11 radələrində onlarda olsunlar. 09 avqust 2020ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Memar Əcəmi» stansiyasının yaxınlığında Aybənizlə görüşmüş, Aybəniz 1 nəfər oğlanla gəlmişdir. Sonra da Aybənizlə birlikdə Şəhlanın yaşadığı mənzilə qalxmışlar. Oğlan isə aşağıda onları gözləmişdir. Şəhla onları qarşılamış, onların evlərində oturmuşlar, Aybəniz orada qızılları Şəhlaya demiş, Şəhla onların hamısını qeyd etmişdir. Şəhla qızılları qeyd etdikdən sonra Aybəniz onların qiymətini soruşduqda Şəhla demişdir ki, narahat olmasın, öz aralarında razılaşacaqlar. Qızılları Səadət adlı xanım gətirəcək, hazırda sonuncu yoldadır, qızılları gətirib pulu götürəcək. Daha sonra Aybəniz 7000 manat pulu masanın üzərinə qoymuş və Şəhla masada olan 100 manatlıq pul əskinazlarından ibarət pulu götürərək sayıb qəbul etmişdir. Bir qədər keçmiş Şəhlanın tanışı Səadət adlı xanım gəlmiş lakin qızılları gətirməmişdir. Sonuncu bildirmişdir ki, qızılları götürmək üçün pul satıcıya verilməlidir. Şəhla da pulu və qızılların siyahısını Səadətə verdikdən sonra sonuncu getmişdir. Şəhla onlara demişdir ki, Səadət 2 saata qızılları gətirəcəkdir. Təxminən 2 saat orada gözləmişlər. Aybənizin təkidi ilə Şəhla güya Səadətə zəng vurub danışmışdır. Daha sonra onlara demişdir ki, Səadət mağaza bağlı olduğuna görə qızılları götürə bilməmiş, sabah saat 11 radələrində qızılları gəlib götürə bilərlər. Aybəniz Şəhla ilə razılaşmışdır. Bundan sonra Aybənizlə mənzildən çıxmış və avtomobilə əyləşən zaman sonuncu ona demişdir ki, 7000 manat pulu Şəhladan alsın və səhər qızılı götürəndə pulu verər. O, yuxarı qalxmış, qapını döydükdə Şəhla qapını açmış, Şəhlaya demişdir ki, Aybəniz 7000 manat pulu geri istəyir ki, qızılları götürən zaman pulu verər. Şəhla da ona demişdir ki, ayıbdır, bu nə deməkdir, sabah saat 11 radələrində gəlib qızılı götürəcəksiz. Hətta Şəhla ona demişdir ki, müştəri gətirdiyinə görə ona da 50 manat hörmət edəcəkdir. Şəhla həmçinin ona demişdir ki, qeyd kitabçasına özünə olan 7000 manat borcunu bağladığı barədə yazı yazıb imza etsin ki, guya borcunu bağlamışdır. O, Şəhladan soruşmuşdur ki, bunu etməkdə məqsədi nədir, Şəhla da demişdir ki, guya özü də qızılları kimdənsə götürüb satır, həmin adama göstərsin ki, güya o, 7000 manat borcunu bağlamış və yenidən borca qızıl götürmüşdür. Şəhlanın sözünə inanmış və sonuncunun qeyd dəftərinə 7000 manat borcunu bağlamağı barəsində qeyd yazmış, imza etmişdir. Daha sonra da Şəhla ona bildirmişdir ki, “mənim sizə verəcək qızılım yoxdur, həmin 7000 manat pulu onun borcuna silib”. Həmin anda da gərginləşmiş, təzyiqi qalxmış və halı pisləşmişdir. Sonradan Şəhla onun telefonu ilə Aybənizə zəng vuraraq Şəhlanın üzərinə getməməlirini, vəziyyətinin pisləşməsini və mənzilə qalxaraq ona aşağı düşməsinə yardım etməsini xahiş etmişdir. Aybəniz yenidən mənzilə qalxaraq onu aparmışdır. Axşam saatlarında Şəhla Aybənizə zəng vuraraq demişdir ki, verdiyi 7000 manatı Yeganənin borcuna çıxmış, o da qeyd dəftərinə bu barədə imza etmişdir. Aybəniz də ona zəng vuraraq bu barədə məlumat verdikdən sonra gecə saatlarında Şəhlaya zəng vuraraq sonuncudan nə hərəkət etdiyini soruşduqda, onu təhqir edib təkrarən bildirmişdir ki, həmin pulu onun borcuna çıxmışdır. O da Şəhlaya demişdir ki, həmin pul Aybənizin puludur, pulun ona heç bir aidiyyəti yoxdur, onu aldatmışdır ki, guya borcunu bağlamağı barədə qeyd dəftərinə imza etsin ki, qızılları aldığı şəxsə göstərsin ki, guya borcunu bağlamışdır. X8 7000 manat dəyərində qızıl gətirəcəyini bildirmişdir. Bir sözlə Şəhla ona demişdir ki, «get nə istəyirsən et, Aybənizə qızıl verməyəcəm, 7000 manat pulu borcuna çıxmışam». Bundan sonra Şəhla 7000 manat pulu qaytarmamış, nə də ki, Aybənizə qızıl verməmişdir. Aybəniz isə pulunu tələb etməyə başlamışdır. O, dəfələrlə Şəhladan pulu və ya qızılı verməsini tələb etsə də, Şəhla hər dəfə ona pulu borcuna çıxdığını demişdir. Hətta o, Aybənizi inandırmaq üçün Şəhla ilə aralarında «Whatsapp» mobil tətbiqində olan yazışmaları da atmış və həmin yazışmalarda da Şəhla pulun Aybənizin olduğunu bildiyini qeyd edir. 7000 manat pulu Aybənizdən Şəhla özü şəxsən qəbul etmişdir. Məhkəmə iclasında həmçinin verilmiş suallara Şahid1 cavab olaraq bildirmişdir ki, onun məhkəməyədək istintaq dövründə Aybəniz xanıma qarşı törətdiyi dələduzluq cinayətinin etiraf etməsinin səbəbi onun onsuzda Şəhlaya 7000 manat borcunun və verməli olduğunu düşünərək hesab etmiş ki, elə həmin pulu Aybənizə verər, lakin sonradan onun barəsində olan cinayət işi üzrə o, etirafın onun vəziyyətini ağırlaşdığını görüb qərara gəlmiş ki, istintaqa doğruları bildirsin. Həmçinin onun tərəfindən Aybənizə hər-hansı bir məbləğdə ödəniş edilmədiyini və sonuncunun bu barədə ərizə yazmasının səbəbi isə onun barəsində olan cinayət işi üzrə halının ağırlaşdırılmaması ilə əlaqədar olmasıdır. Bundan başqa bildirmişdir ki, ikinci dəfə Şəhlagilə qalxarkən halının pisləşməsinin səbəbi sonuncunun Aybənizdən aldığı pulun onun borcuna sildiyini deməsi olmuşdur. Əlavə olaraq da bildirmişdir ki, Şəhlaya olan borcu zamanı da əvvəllərdə onun yanına iki dəfə müştəri aparmış və Şəhladan qızıl alveri etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəhla İsmayılovanı təxminən 15 ildir ki, tanıyır. O, heç vaxt qızıl alveri ilə məşğul olmamış, hazırda da məşğul olmur və Şəhla ilə sadəcə rəfiqədirlər. Hətta pulları olmayan vaxtı onlar biri-birindən borca pul da almışlar. 2020-ci ilin may ayında Şəhlanın pulu olmadığından ondan borc olaraq 7000 manat pul almışdır. Daha dəqiq aralarında olan qızıl alış-verişi ilə bağlı Şəhlanın ona 7000 manat pul borcu qalmışdır. 08 avqust 2020-ci il tarixdə Şəhla mobil telefon vasitəsi ilə ona zəng vuraraq ona qalmış olduğu pulun ödəyəcəyini demiş və bildirmişdir ki, səhərisi günü onlara gəlsin. xx.xx.2020-ci il tarixdə saat təxminən 12-13 radələrində o, Şəhlanın yaşadığı mənzilə getmiş, həmin vaxt orada 2 nəfər onun tanımadığı qadınları görmüş, o, Şəhla ilə aralarında borcla bağlı söhbət etdikdən sonra, Şəhla ona 7000 manat borcunu vermişdir. Həmin vaxt Şəhla ona bir neçə qızıl sifariş etmişdir. Bundan sonra o, mənzili tərk edərək oradan çıxıb getmişdir. Şəhlagildə olan zaman onun mənzildə olan tanımadığı xanımlarla heç bir ünsiyyəti olmamış və sonrakı hadisələrdən onun xəbəri olmamışdır. Məhkəmə iclasında həmçinin verilmiş suallara Şahid3 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona 7000 manat borcu olmuşdur və heç vaxt qızıl alveri ilə məşğul olmamışdır, Şəhla ona qızıl gətirməyi ilə və ya qızıl sifarişi ilə bağlı zəng vurmamışdır, lakin məhkəməyədək istintaq dövründə izahatında Şəhlanın ona 7000 deyil 8000 manat borcunun olmasını, qızıl alveri ilə məşğul olmasını və uzun müddətdir ki, qızıl alış-veriş etməsini, 09 avqust 2020-ci il tarixdə Şəhlanın mənzilində alış-veriş etdiklərini, həmin evdən çıxdıqdan bir müddət sonra Şəhlanın ona zəng edərək sifariş etdiyi qızılları nə vaxt gətirəcəyini soruşmasını və onunda sabah gələcəyini bildirməsinin səbəbini izah edə bilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildən çoxdur ki, tanıyır. Onunla bir tanış kimi münasibətləri normal olmuşdur. 08 avqust 2020-ci il tarixdə axşam saatlarında Aybənizlə mobil telefonla danışan zaman ona demişdir ki, tanışı Yeganə adlı xanımın vasitəsi ilə Şəhla adlı başqa xanımdan qızının nişan mərasimi üçün qızıl-zinət əşyaları almaq istəyir. Bunun üçün 7.000 manat pul lazımdır, özünün 4.000 manat pulu vardır və bir neçə gün müddətə ondan 3.000 manat borc olaraq pul istəmişdir. O, da Aybənizə heç bir problemin olmadığını demişdir. Aybəniz xanım ona demişdir ki, hazırda rayondadır, səhər bir yerdə görüşərək pulu ondan götürər. Səhər açıldıqda, yəni 09 avqust 2020-ci il tarixdə saat 10 radələrində Aybəniz xanımla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb Bakı şəhəri, Nizami rayonu ərazisində görüşmüşlər və o, 3.000 manat borc olaraq Aybənizə vermişdir. Sonra da Aybəniz avtomobilini saxlamış və onun idarə etdiyi «BMW 740» markalı, ** NG *** dövlət nömrə nişanlı avtomobilə əyləşmişdir. Sonra birlikdə «Yeganə» şadlıq evinin yaxınlığına gəlmişlər. Saat 11 radələrində həmin yerə çatdıqda Yeganə artıq Aybənizi gözləmişdir. Yeganə də idarə etdiyi avtomobilə əyləşmiş və birlikdə Şəhla adlı xanımın yaşadığı ünvan 4 ünvanının qarşısına getmişlər. Şəhlanın yaşadığı evinə gedən yolu Yeganə tanımış və ora yolu Yeganə göstərmişdir. Ünvana çatdıqda Aybəniz və Yeganə Şəhla adlı xanımın yaşadığı evə qalxmışlar, o, isə avtomobildə əyləşmişdir. Bir qədər keçmiş o, Aybənizlə əlaqə saxladıqda ona demişdir ki, qızılı gətirmək üçün Sumqayıt şəhərinə getmişlər və 2 saata qızılları gətirirlər. Sonra da saat 14 radələrinə kimi o, aşağıda avtomobildə gözləmişdir. Daha sonra da Aybənizlə Yeganə adlı xanım aşağı düşüb avtomobilə əyləşmişlər. O, Aybənizdən qızılları götürüb-götürmədiyini soruşduqda ona demişdir ki, qızıllar sabah gətirəcəklər, gec olduğu üçün bugünə çatmadı. Daha sonra Aybəniz ona yuxarıda olan söhbətləri danışdıqda o, ona demişdir ki, verdiyi pulu qaytarsın, qızılları təhvil alan zaman pulu yenidən verər. Belə olan halda Aybəniz Yeganəyə demişdir ki, yuxarı qalxsın pulu Şəhladan alsın, sabah qızılları təhvil alan zaman pulu verər. Yeganə də pulu almaq üçün yuxarı qalxmışdır. Yeganə yuxarı qaldıqdan 15-20 dəqiqə sonra Şəhla Aybənizə zəng vuraraq demişdir ki, Yeganə qalxıb yanına özünü narahat hiss edir, onu sıxmasın, səhərisi günü saat 11-də gəlib qızılları götürər. Bir neçə dəqiqədən sonra Yeganə aşağı düşdükdən sonra onu yaşadığı evə aparmışlar. Yol boyu Yeganə də Aybənizə demişdir ki, narahat olmasın, səhərisi günü saat 11 :00-da qızılları Şəhladan götürər. Bundan sonra o, Aybənizlə birlikdə Yeganəni yaşadığı evə düşürmüşlər. Daha sonra isə o, Aybənizi düşürmüşdür. Səhərisi günü Aybənizlə əlaqə saxladıqda ona demişdir ki, Şəhla və Yeganə ona qızılları verməmiş yə ondan aldığı pulu geri qaytarmamışdır. Daha sonra da Aybəniz bu barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. O, Şəhla adlı şəxsi əvvəldən tanımamış, onu görməmiş, onunla düşməçilik və ədavəti olmamışdır. Yeganəni də əvvəllər tanımamış, onu ilk dəfə 09 avqust 2020-ci il tarixdə görmüş, onunla da əvvəllər düşməçilik və ədavəti olmamışdır. Sonradan Zərərçəkmiş şəxs ondan borc kimi aldığı 3000 manat pulu ona qaytarmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçilərinin apellyasiya şikayətində qeyd etdikləri qızıl-zinət əşyalarının alış-verişi nəticəsində Şahid1 Təqsirləndirilən şəxs 7000 manat borcu olduğunu bildirməsi, bu səbəbdən Yeganədən borclu olduğu 7000 manat pulunu istədiyini bildirməsi, 08 avqust 2020-ci il tarixdə Yeganənin ona mobil telefonla zəng edərək 7000 manat borcunu bağlayacağını və yenidən qızıl əşyaları götürəcəyini bildirməsi, 09 avqust 2020-ci il tarixdə Şəhlanın ilk dəfə orada gördüyü bir xanımla Yeganə onun evinə gələrək borclu olduğu 7000 manat pulu Şəhlaya verməsi, bu barədə dəftərçədə yazılı qeyd aparması, Şəhla və Yeganə arasında Yeganədən xəbərsiz gizli çəkiliş və söhbətdən Yeganənin Şəhlaya 7000 manat borcunun ödəməsi barədə sübut mövcud olması, həmin video görüntüdə ittiham aktında şahid qismində göstərilmiş Yeganə Züİfüqarova və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirak etməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 7000 manat məbləğində pulu Şahid1 deyil, Zərərçəkmiş şəxs almışdır. Təqsirləndirilən şəxs qeyd edilən pul məbləğinin Yeganəyə deyil, Aybənizə məxsus olması barədə məlumatlı olmuş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus 7000 manat pul məbləğini qanunsuz və əvəzsiz olaraq öz nəfinə keçirmişdir. Bu hallar Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs ifadələri ilə öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin təqdim etdiyi və CD diskində olan məlumatlardan görünür ki, 08 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək Şahid1 müxtəlif vaxtlarda istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə qarşılıqlı olaraq telefon danışıqları aparılmışdır. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd 17 saniyəlik videofayl vardır. Videofaylda olan görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Şəhla qarşısında olan Yeganə ilə onun xəbəri olmadan gizli çəkiliş apararaq söhbət edir və söhbət zamanı videogörüntünün Yeganə ona «ərimdən xəbərsiz verirəm sənin nəyinə gərəkdi» sözlərini deyir, Şəhla isə ona «yoxe Yeganə mən sənə ona görə dedim ki, mənim üçün dəxli yoxduye bu kimindi, 7000 xalxın borcun ödədin indi bu gətirib malı versə də verəcək verməsə də mən ona nə deyim» sözlərini deyir, lakin həmin sözləri deyən zaman qarşısında olan Yeganənin nə deməsi başa düşülmür, belə ki, kamera qarşısında olan Şəhlanın səsi daha yüksəkdən çıxır. Bu videogörüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs öz lehinə olan danışıqları gizli çəkilişlə telefon vasitəsi ilə qeydə alsa da, Yeganə ilə olan bütün danışıqlarını qeydə almasını təqdim etməmişdir. İş materiallarında olan whatsapp yazışmalarını əks etdirən sənədlərdən görünür ki, Şahid1 müxtəlif vaxtlarda istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs ilə mesajlaşaraq Şahid1 Təqsirləndirilən şəxs “mən dedim gətirdim sizə pulu verdi” sonuncu isə cavabında “Aldığın borcu bağladın, yazdığını oxu da”, “Mənə də sən borclusan borcunu qaytarırsan”, Şahid1 isə Təqsirləndirilən şəxs “Borc ayrı, mən bununla səndən qızıl almağa gəldim pul axı onundu, sonrasında mənə dediz ki, “yaz borcumu qaytardım sonra qızılı verib borc yazacam” nə oldu? Siz mənə belə eləməzdiz sizə kliyent gətirdim, 7000 aldız ondan borca çıxdız, heç nə də vermədiz” sözlərini yazmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən hallar məhkəmə iclasında və məhkəməyədək istintaq dövründə verilmiş ziddiyyətli ifadələrlə, CD disklərdə olan telefon zəngləri və görüntülərlə, whatsapp yazışmaları ilə tam öz təsdiqini tapdığından cinayət prosessual qanunvericiliyin tələbləri baxımından aparılmış cinayət təqibinin və məhkəmənin hökmünün şübhə altına alınması üçün əsas vermir. Məhkəmə kollegiyası müdafiəçlərin qeyd etdiyi dəlilinə münasibətdə qeyd edir ki, müdafiəçi tərəfindən apellyasiya şikayətində təsvir etdiyi şəraitin iş üzrə toplanmış sübutlara nəzər saldıqda həmin şəraitin həqiqətə uyğun olmadığı müəyyən olunur. Belə ki, whatsapp yazışmaları ilə CD diskdə olan 17 saniyəlik video görüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona ödənilmiş 7.000 manat pulun məhz Zərərçəkmiş şəxs aid olmasından məlumatlı olmuşdur. "xxxx" MMC-nin istintaq orqanına təqdim etdiyi CD-diskidə olan məlumatlardan görünür ki, Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə 08 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək müxtəlif vaxtlarda hazırki cinayət hadisəsi ilə əlaqədar dəfələrlə telefon danışıqları aparmışdır. Cinayət üzrə cinayət hadisəsinin baş verdiyi 09 avqust 2020-ci il tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında həmin gün saat 10-37-də 90 saniyə, 10-39-da 57 saniyə, 10-47-də 80 saniyə, 14-37-də 152 saniyə, 16-29-da 10 saniyə, 16-38-də 45 saniyə, 10 avqust 2020-ci il tarixdə saat 10-33-də 295 saniyə, 10-45-də 172 saniyə, 10-51-də 120 saniyə, 11-03-də 177 saniyə danışıqlar, eyni zamanda 09 avqust 2020-ci il tarixdə Şahid1 ilə Zərərçəkmiş şəxs arasında həmin gün saat 10-49-da 11 saniyə, 13-28-də 06 saniyə, 14-02- də 209 saniyə, 14-18-də 72 saniyə, 14-20-də 42 saniyə, 14-40-da 121 saniyə, 15- 29-da 181 saniyə, 16-05-də 82 saniyə, 16-13-də 51 saniyə, 16-52-də 122 saniyə, 17-22də 20 saniyə, 17-23-də 125 saniyə, 17-58-da 6 saniyə, 18-08-də 123 saniyə, 18-10-da 408 saniyə, 18-22-də 70 saniyə, 18-24-də 22 saniyə, 18-30-da 55 saniyə, 18-31-də 28 saniyə, 19-15-də 14 saniyə, 19-29-da 13 saniyə, 10 avqust 2020-ci il tarixdə saat 08-18-də 370 saniyə, 08-30-da 70 saniyə, 08-49-da 22 saniyə, 13-17-də 108 saniyə, 13-47-də 33 saniyə, 13-48-də 15 saniyə, 15-17-da 35 saniyə və 19-43-də 56 saniyə danışıqlar olmuşdur. Qeyd edilən halları təhlil edərək məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən şəxslərin cinayət hadisəsinin baş verdiyi 09 avqust 2020-ci il tarixdən 11 avqust 2020-ci il tarixədək öz aralarında qarşılıqlı telefon danışıqlarını aparması ona dəlalət edir ki, zərərçəkmiş şəxs aldanıldığını başa düşmüş və pulunun geri qaytarılması ilə bağlı Şahid1 çoxsaylı telefon zəngləri etmiş və danışıqlar aparmış, sonuncu isə həmin məsələ ilə bağlı Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlayaraq və təkidlə 7000 manatı zərərçəkmiş şəxsə qaytarılmasını tələb etməsi, iş üzrə toplanmış sübutlarla da ittihamda qeyd edilən məbləğdə və tarixlərdə pulların verilməsi tam olaraq sübut olunmuşdur. Bu səbəbdən göstərilən hissədə də müdafiəçilərinin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edilən hissə ilə bağlı Təqsirləndirilən şəxs və şahidlərin birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərdiklərinin, həmin dəlillərin apellyasiya şikayətlərində də bir daha əksini tapmasını nəzərə alaraq işin digər müəyyən edilmiş halları ilə qarşılıqlı şəkildə tədqiq edilməsinin zəruri olduğunu qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində məkəmə iclasında tanışı Səadətə 8000 manat borcunun olduğunu, həmin gün, yəni 09 avqust 2020-ci il tarixdə Səadətin onlara gəldiyini və o, da 7000 manatı ona verərək 1000 manat borcu qaldığını, sonrada Səadət pulu götürərək evdən çıxıb getdiyini, iki saat sonra sonuncuya zəng vuraraq mağaza üçün qızıl-zinət əşyaları sifariş etdiyini və Səadət də ona qızılları sabah gətirəcəyini bildirmişdir. Şahid3 məhkəməyədək istintaq dövründə Şəhlanın ona 8000 manat borcunun olmasını, qızıl alveri ilə məşğul olmasını və uzun müddətdir ki, qızıl alış-veriş etməsini, 09 avqust 2020-ci il tarixdə Şəhlanın mənzilində alış-veriş etmələrini, həmin evdən çıxdıqdan bir müddət sonra Şəhlanın ona zəng edərək sifariş etdiyi qızılları nə vaxt gətirəcəyini soruşmasını və onunda sabah gələcəyini deməsini bildirmişdir. Lakin Şahid3 məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında isə Təqsirləndirilən şəxs ona 8000 deyil 7000 manat borcunun olmasını və heç vaxt qızıl alveri ilə məşğul olmamasını, Şəhlanın evindən çixdıqdan sonra ona qızıl gətirməyi ilə və ya qızıl sifarişi ilə bağlı zəng vurmamasını bildirmişdir. Qeyd edilən ziddiyatli ifadələrdən də görünüdüyü kimi müdafiə tərəfinin dəlilləri ilə bağlı iş materiallarında olan sübutlar onların dəlillərini təsdiq etmək üçün mötəbər deyildir və kifayət etmir. Yekun olaraq məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxsə məxsus əmlakın Təqsirləndirilən şəxs tərəfindən Şahid1 ona olan borcundan silinməsi mülki mübahisə kimi deyil, dələduzluq cinayətinin törədilməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif etmişdir və ona bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Zərərçəkmiş şəxsin apellyasiya şikayətindən göründüyü kimi, sonuncu tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi mübahisələndirilməklə, sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasının yuxarı həddində cəzalandırılması xahiş edilmişdir. Verilmiş apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hal kimi qadın olmasını və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların isə olmamasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq. QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Fərid Əyyubov Hakimlər Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar