Məhkəmə qərarları › İş №1(103)-149/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-149/2020

17.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-149/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, hakimlər Məmmədov Namiq Eyyub oğlunun sədrliyi və məruzəsi ilə, Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qurbanov İbrahim Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X11 oğlunun, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs2, onların müdafiəçiləri Bakışəhəri 04 saylı Vəkil Bürosunun vəkilləri X2 və X3, Bakışəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 vəTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-796/2019 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-796/2019 saylı hökmü ilə(sədrlik edən hakim X1, hakimlər X4 və X5 ibarət tərkibdə) 01 dekabr1993-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, Biləsuvar rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən nömrəsiz evdə yaşayan, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylıİstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməklə və cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmaqla 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədənsaxlanılmışdır. Həmçinin həmin hökmlə xx xxx 1984-cü ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Vita” apteklər şəbəkəsindəəczaçı işləyən, ünvan 3 ünvanında pasport qeydiyyatında olan, ünvan 4 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin 6 saylı yataqxanasının 202 nömrəli otağında kirayədə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylıİstintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməklə və cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmaqla 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. xx xxxxxx 1991-ci ildə ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-texniki təhsilli, əvvəllər məhkum olunmamış, “Vita” apteklər şəbəkəsindəəczaçı işləyən, Biləsuvar rayonu, Əsgərabad kəndində pasport qeydiyyatında olan, ünvan 5 ünvanında kirayədə yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylıİstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməkləvə cəzaçəkmə müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablan 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədənsaxlanılmışdır. Habelə, həmin hökmlə zərərçəkmiş hüquqi şəxs olan “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın qaytarılmayan hissəsi ilə bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilmiş, işüzrə maddi sübut kimi tanınmış 39902 (otuz doqquz min doqquz yüz iki) manat məbləğində pulların zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmış, işüzrə cinayət nəticəsindəələ keçirilmiş pul vəsaiti hesabına alınmış maddi sübut olan, Bakışəhəri, Nərimanov Rayon Polis idarəsinin saxlanc anbarında saxlanılan vəüzərində“VMF X7 1997” sözləri yazılmış bir ədəd kişi qol saatı və“Emporio Armani” markalıətir xüsusi müsadirə olunsun və zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi, işüzrə maddi sübut olan, Bakışəhəri, Nərimanov Rayon Polis idarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs3 istifadəsində olmuş“Xiaomi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs3 yaxın qohumlarından birinə qaytarılması. işüzrə maddi sübut olan, Bakışəhəri, Nərimanov Rayon Polis idarəsinin saxlanc anbarında saxlanılan hadisə yerinin müayinəsi zamanı aşkar edilərək götürülmüş bir ədəd laqonda aparatı, iki ədəd laqonda aparatının kəsici daşları, bir ədəd mismarçıxaran alət dövlət nəfinə müsadirə olunması, işüzrə maddi sübut olan, Bakışəhəri, Nərimanov Rayon Polis idarəsinin saxlanc anbarında saxlanılan hadisə yerinin müayinəsi zamanı aşkar edilərək götürülmüş iki ədəd sındırılmış qıfılların, iki ədəd “Davidoff” ticarət markalı siqaret kötüklərinin, iki ədəd narıncı rəngli təsərrüfat əlcəklərin, iki ədəd qırmızı rəngli təsərrüfat əlcəklərin vəüçədəd qara rəngli tibbi maskaların hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, işüzrə maddi sübut olan ünvan 6 ünvanında yerləşən “Elnur” aptekdə quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülər olan 01 ədəd DVD disk, “Azercell” Məhdud Məsuliyyətli Cəmiyyətindən 12732 saylı, xx xxx 2019-cu il tarixli məktubla və“Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən AZF/LGL- 9380/19 saylı, xx xxx 2019- cu il tarixli məktubla daxil olmuş 02 ədəd CD disklərin və“Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Elnur” aptekdən götürülmüşəlbarmaq izlərinin isə cinayət işinin materiallarında saxlanılması, işüzrə məhkəmə-trasoloji ekspertizasının xərci olan 65 (altmış beş) manat pul vəsaitinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinəödənilməsi qərara alınmışdır. Məhkəmənin hökmünəəsasən, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi iləəvvəllər “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Elnur” aptekdəəczaçı işləyən tanışıTəqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək, Təqsirləndirilən şəxs2 aptekə daxil ola biləcəyi yerlər, mühafizə siqnalizasiya sisteminin yerləşdiyi yer, aptekin sxemi, pulların harada yerləşməsi və digər əhəmiyyətli hallar barədə məlumat alaraq, sonuncu ilə birlikdə, 2017-ci ilin iyul ayının əvvəllərində saat 03:00 radələrində ünvan 6 ünvanında yerləşən “Elnur” aptekin qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs2 kənar şəxslərin və mühafizə polisinin əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə aptekin yaxınlığında dayanıb ətrafa nəzarət etmiş, bundan sonra o, qabaqcadan özü ilə gətirdiyi dəmirkəsən mişar və digər bu kimi alətlərdən istifadə etməklə aptekin arxasındakı anbarın dam örtüyündən anbara, oradan isə aptekin içərisinə qanunsuz daxil olaraq saxlanc yeri olan kassa aparatından 2800 (iki min səkkiz yüz) manat məbləğində nağd pulları gizli talayıb zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 2800 (iki min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi iləəvvəllər “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Elnur” aptekdəəczaçı işləyən tanışıTəqsirləndirilən şəxs2 ilə və sonuncunun vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək, aptekə daxil ola biləcəyi yerlər, mühafizə siqnalizasiya sisteminin yerləşdiyi yer, aptekin sxemi, pulların harada yerləşməsi və digər əhəmiyyətli hallar barədə məlumat aldıqdan sonra xx xxxxx 2019-cu il tarixdə saat 03:30 radələrindəTəqsirləndirilən şəxs3lə birlikdə ünvan 6 ünvanında yerləşən “Elnur” aptekin qarşısına gələrək, Təqsirləndirilən şəxs3 kənar şəxslərin və mühafizə polisinin əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə aptekin yaxınlığında dayanıb ətrafa nəzarət etmiş, bundan sonra o, qabaqcadan özü ilə gətirdiyi dəmirkəsən mişar və digər bu kimi alətlərdən istifadə etməklə aptekin arxasındakı anbarın dam örtüyündən anbara, oradan isə aptekin içərisinə qanunsuz daxil olaraq, özü ilə gətirdiyi mismarçıxaranla aptekin zirzəmisində olan saxlanc yeri olan seyflərdən birinin qıfıllarını qıraraq və laqonda aparatı ilə ikinci seyfin qapısının kilidini kəsərək həmin seyflərin içərisindən ümumilikdə 60000 (altmış min) manat məbləğində nağd pulları gizli talayıb zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 60000 (altmış min) manat məbləğində, külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi iləəvvəllər əczaçı işlədiyi, “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Elnur” aptekdən oğurluq etmək niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub birqrup şəxs tərkibində birləşərək, aptekə daxil ola biləcəyi yerlər, mühafizə siqnalizasiya sisteminin yerləşdiyi yer, aptekin sxemi, pulların harada yerləşməsi və digər əhəmiyyətli hallar barədə Təqsirləndirilən şəxs1 məlumat verərək birlikdə, 2017-ci ilin iyul ayının əvvəllərində saat 03:00 radələrində ünvan 6 ünvanında yerləşən “Elnur” aptekin qarşısına gəldikdən sonra o, kənar şəxslərin və mühafizə polisinin əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə aptekin yaxınlığında dayanıb ətrafa nəzarət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 qabaqcadan özü ilə gətirdiyi dəmirkəsən mişar və digər bu kimi alətlərdən istifadə etməklə aptekin arxasındakı anbarın dam örtüyündən anbara, oradan isə aptekin içərisinə qanunsuz daxil olaraq saxlanc yeri olan kassa aparatından 2.800 manat məbləğində nağd pulları gizli talayıb zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 2800 (iki min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi iləəvvəllər əczaçı işlədiyi “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Elnur” aptekdən oğurluq etmək niyyəti ilə 2019-cu ilin yanvar ayında iş yoldaşı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 ilə tanış edib görüşdürərək həmin aptekdən oğurluq etmək üçün qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək, yenidən Təqsirləndirilən şəxs1, aptekə daxil ola biləcəyi yerlər, mühafizə siqnalizasiya sisteminin yerləşdiyi yer, aptekin sxemi, pulların harada yerləşməsi və digər əhəmiyyətli hallar barədə məlumat verdikdən sonra xx xxxxx 2019-cu il tarixdə saat 03:30 radələrində Təqsirləndirilən şəxs1 vəTəqsirləndirilən şəxs3 ünvan 6 ünvanında yerləşən “Elnur” aptekin qarşısına gələrək, Təqsirləndirilən şəxs3 kənar şəxslərin və mühafizə polisinin əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə aptekin yaxınlığında dayanıb ətrafa nəzarət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 qabaqcadan özü ilə gətirdiyi dəmirkəsən mişar və digər bu kimi alətlərdən istifadə etməklə aptekin arxasındakı anbarın dam örtüyündən anbara, oradan isə aptekin içərisinə qanunsuz daxil olaraq, özü ilə gətirdiyi mismar çıxaranla aptekin zirzəmisində olan saxlanc yeri olan seyflərdən birinin qıfıllarını qıraraq və laqonda aparatı ilə ikinci seyfin qapısının kilidini kəsərək həmin seyflərin içərisindən ümumilikdə 60000 (altmış min) manat məbləğində nağd pulları gizli talayıb zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 60000 (altmış min) manat məbləğində, külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi iləəvvəllər əczaçı işlədiyi “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Elnur” aptekdən oğurluq etmək niyyəti ilə 2019-cu ilin yanvar ayında iş yoldaşıTəqsirləndirilən şəxs2 və sonuncunun onu tanış etdiyi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək, Təqsirləndirilən şəxs1, aptekə daxil ola biləcəyi yerlər, mühafizə siqnalizasiya sisteminin yerləşdiyi yer, aptekin sxemi, pulların harada yerləşməsi və digər əhəmiyyətli hallar barədə məlumat verdikdən sonra xx xxxxx 2019-cu il tarixdə saat 03:30 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 6 ünvanında yerləşən “Elnur” aptekin qarşısına gələrək, o, kənar şəxslərin və mühafizə polisinin əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə aptekin yaxınlığında dayanıb ətrafa nəzarət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 qabaqcadan özü ilə gətirdiyi dəmirkəsən mişar və digər bu kimi alətlərdən istifadə etməklə aptekin arxasındakı anbarın dam örtüyündən anbara, oradan isə aptekin içərisinə qanunsuz daxil olaraq, özü ilə gətirdiyi mismarçıxaranla aptekin zirzəmisində olan saxlanc yeri olan seyflərdən birinin qıfıllarını qıraraq və laqonda aparatı ilə ikinci seyfin qapısının kilidini kəsərək həmin seyflərin içərisindən ümumilikdə 60000 (altmış min) manat məbləğində nağd pulları gizli talayıb zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 60000 (altmış min) manat məbləğində, külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs1 apelyasiya şikayəti və məhkəmə baxışında apelyasiya şikayətinəəlavə verərək cinayət əməli nəticəsində vurulmuş ziyanın çox hissəsinin ödənilməsini, cavan olmaqla əvəllər məhkum olunmamasını və barəsində ağır cəza təyin olunduğu üçün hökmlə razı olmadığını göstərib təyin olunmuş cəzanın yünüləşdirilməsini xahiş etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs3 da apelyasiya şikayəti və müdafiəçisi ilə birlikdə apelyasiya şikayətinəəlavə verərək himayəsində xəstə valideynlərinin olduğunu, törətdiyi əməldən peşiman olaraq xəcalət hissi keçirdiyini, vurulmuş ziyanın çox hissəsinin faktiki olaraq zərərçəkmişə qaytarıldığını və 2800 manat pulun oğurlanmasının ona heç bir aidiyyətinin olmadığını göstərib hökmü ona aid hissədə dəyişdirərək Cinayət Məcələsinin 62 və 70-ci maddələrinin tətbiq olunmaqla barəsində daha yüngül cəza təyin edilməklə təyin olunmuş cəzanın şərti tətbiq olunmasını xahiş etmişdir. Hökmdən eləcə də, məhkum məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayəti verərək Əliİsmailovun cinayət törətmək məqsədinin olmadığını, uşaq vaxtı ana qayğısından məhrum olduğunu və anasının o, hələ uşaq ikən onu yataq xəstəsi olan atası ilə birlikdə qoyub onları tərk etdiyini, oğurladığı pulu yataq xəstəsi olan atasnın müalicəsinə sərf etmək niyyətində olduğunu göstərib Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-796/2019 saylı hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs2 barəsində daha yüngül cəza təyin olunmasını xahiş etmişdir. Lakin məhkəmə baxışının gedişində məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2ilə birlikdə apelyasiya şikayətinə yazılıəlavə verərək oğurluq cinayətinin törədilməsində iştirak etmədiyini vəözünün yalnız oğurluq cinayətinin törədilməsini bilib bu barədə səlahiyyətli orqanlara məlumat vermədiyini göstərib əməlinin Cinayət Məcələsinin 307.1-ci maddəsi ilə tövsif edilərək həmin maddə ilə cəzalandırılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək vurulmuş ziyanın 39200 manat hisəsinin zərərçəkmişşəxsə qaytarılmasının və onun ilk dəfə cinayət əməli törətməkləəməlindən peşiman olmasının nəzərə alınaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-796/2019 saylı hökmü ilə barəsində təyin olunmuş cəzanın yüngüləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmişşəxs Təqsirləndirilən şəxs3 da himayəsində xəstə valideynlərinin olduğunu, törətdiyi əməldən peşiman olaraq xəcalət hissi keçirdiyini,vurulmuş ziyanın çox hissəsinin faktiki olaraq zərərçəkmişə qaytarıldığını və 2800 manat pulun oğurlanmasının ona heç bir aidiyyətinin olmadığını göstərib hökmü ona aid hissədə dəyişdirərək Cinayət Məcələsinin 62 və 70-ci maddələrinin tətbiq olunmaqla barəsində daha yüngül cəza təyin edilməklə təyin olunmuş cəzanın şərti tətbiq olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum Təqsirləndirilən şəxs2 oğurluq cinayətinin törədilməsində iştirak etmədiyini vəözünün yalnız oğurluq cinayətinin törədilməsini bilib bu barədə səlahiyyətli orqanlara məlumat vermədiyini göstərib əməlinin Cinayət Məcələsinin 307.1-ci maddəsi ilə tövsif edərək həmin maddə ilə cəzalandırılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apelyasiya şikayətlərinin təmin edilməsi üçün heçəsasın olmadığını, məhkum edilmişşəxslərin qeyd edilən cinayət əməllərini törətmələrinin cinayət işinin materiallarında olan sübutlarla tam təsdiq edildiyini göstərib, apelyasiya şikayətlərinin təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-796/2019 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apelyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakıəsaslara görə apelyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar tapmır. Belə ki, cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Habil oğlu və Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, binaya, anbara və başqa saxlanc yerlərinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərərçəkmişşəxsə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmələri, Təqsirləndirilən şəxs3 oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, binaya, anbara və başqa saxlanc yerlərinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərərçəkmişşəxs olan “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətməsi məhkəmə baxışında kifayət qədər tədqiq edilmiş təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, onların arasında keçirilmişüzləşdirmə protokolları, ifadələrinin yerində yoxlanılması protokolları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatları, şahid ifadələri, maddi sübutlar, baxış protokolları, hadisə yerindən götürülmüşəl-barmaq izləri, hadisə yerindən götürülmüş videogörüntülərə baxış protokolu, “Azercell” Məhdud Məsuliyyətli Cəmiyyəti və“Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş CD disklərə baxış protokolu, məhkəmə-trasoloji ekspertizasının, məhkəmə tibbi-genetik ekspertizasının və məhkəmə-daktiloskopik ekspertizasının rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir və məhkəmə kollegiyasının qənaətincə onların hər birinin əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinəəsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189.1-ci maddələrində“xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdəəlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinəəsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxx 2005-ci il tarixli Qərarına əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdəəmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmışəmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmışəmlakıöz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd).Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgəəmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin(11-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinəəsasən oğurluq-küllimiqdardaziyanvurmaqla törədildikdə– beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinəəsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamaqla cinayət təqibi üzrə toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə edərək, həmin Məcəllənin 145.1-ci maddəsini rəhbər tutmaqla əldə olunan hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməkləhesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmışcinayət işinin materiallarında olan biri-digərini tamamlayan mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi işüçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs2 Habil oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları cinayət əməllərini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onlarınhərbirinin həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi apelyasiya şikayətinəəlavədə və məhkəmə iclasında onun cinayət əməlinin törədilməsində bilavasitə iştirak etmədiyini və törədilmiş cinayət barədə məlumatlı olmasına baxmayaraq hüquq mühafizə orqanlarına məlumat vermədiyini göstərib əməlinin Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə tövsif olunmasını xahiş etsələr də, məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlili ilə razılaşmır və Təqsirləndirilən şəxs3 özgənin əmlakını gizli olaraq talamaq məqsədi iləəvvəllər əczaçı işlədiyi, “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Elnur” aptekdən oğurluq etmək niyyəti ilə 2019-cu ilin yanvar ayında iş yoldaşıTəqsirləndirilən şəxs2 və sonuncunun onu tanış etdiyi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərkibində birləşərək, Təqsirləndirilən şəxs1, aptekə daxil ola biləcəyi yerlər, mühafizə siqnalizasiya sisteminin yerləşdiyi yer, aptekin sxemi, pulların harada yerləşməsi və digər əhəmiyyətli hallar barədə məlumat verdikdən sonra xx xxxxx 2019-cu il tarixdə saat 03:30 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 6 ünvanında yerləşən “Elnur” aptekin qarşısına gələrək, o, kənar şəxslərin və mühafizə polisinin əməkdaşlarının gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə aptekin yaxınlığında dayanıb ətrafa nəzarət etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 qabaqcadan özü ilə gətirdiyi dəmirkəsən mişar və digər bu kimi alətlərdən istifadə etməklə aptekin arxasındakı anbarın dam örtüyündən anbara, oradan isə aptekin içərisinə qanunsuz daxil olaraq, özü ilə gətirdiyi mismarçıxaranla aptekin zirzəmisində olan saxlanc yeri olan seyflərdən birinin qıfıllarını qıraraq və laqonda aparatı ilə ikinci seyfin qapısının kilidini kəsərək həmin seyflərin içərisindən ümumilikdə 60000 (altmış min) manat məbləğində nağd pulları gizli talayıb zərərçəkmiş hüquqi şəxs “Murad Farm” Məhdud Məsuliyyətli Cəmiyyətinə cəmi 60000 (altmış min) manat məbləğində, külli miqdarda ziyan vurmaqla oğurluq etməsindən ibarət cinayət əməlini törətməsinin ona sübut olunması nəticəsinə gələrək şikayətin dəlillərini əsassız sayır. Məhkum edilmişşəxslər barəsində təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumların şəxsiyyətini səciyyələndirən və cəzanı yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı qismən ödəmələri, cavan olmaları, müsbət xarakterizə olunmaları, törətdikləri əməldən peşman olmalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü və 59.2-ci maddələrinəəsasən kifayət qədər nəzərə almış, hər üçşəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinəəsasən cəzasını ağırlaşdıran halların aşkar edilmədiyini əsas götürməklə, həm törədilən cinayətin ağırlığına, həm də onların şəxsiyyətinə uyğun olan təqsirli bilindikləri maddənin sanksiyasının minimumu həddinə yaxın qanuni vəədalətli cəza təyin etmişdir. Apelyasiya şikayətləri və eləcə də bilavasitə apelyasiya baxışında müdafiəçilər və məhkumların özləri barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddəsinin tətbiq edilməsi xahiş etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinəəsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayət Məcəlləsinin 70.1-ci və 70.2-ci madələrinəəsasən bslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəməşərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.Lakin məhkəmə kollegiyası cinayət işinin materiallarını və işüzrə müəyyən olunmuş halları qarşılıqlı araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir. Məhkəmə kollegiyası hazırkı işüzrə epizodların sayınıvəziyanınməbləğini nəzərə alaraq məhkum olunmuşşəxslərə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin tətbiqini məqsədəmüvafiq saymır. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 392.3-cü maddəsinə uyğun olaraq apelyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməməli. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vəli oğlu vəTəqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)-796/2019 saylı hökmü məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanıalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 392, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vəli oğlu vəTəqsirləndirilən şəxs2,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(101)- 796/2019 saylı hökmü məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Vəli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar “ əsli ilə düzdür ” Sədrlik edən: Namiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar