Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1491/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 İbrahimovun sədrliyi və məruzəsi ilə, X1 və Ramin Afad oğlu Qaraqurbanlıdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli,1(101)-555/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(101)-555/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi,Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablanması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi,iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 188 (bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməsi, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmaqla, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 60,656 qram narkotik vasitə heroinin, 56,021 qram psixotrop maddə metamfetaminin, 60,508 qram narkotik vasitə qurudulmuş marixuananın və 2 ədəd elektron tərəzinin məhv edilməsi, şəxsi axtarış və götürmə, evə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(101)-555/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024cü il tarixli, 1(101)-555/2024 saylı hökmününün dəyişdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-1491/2024 saylı, 20 iyun 2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(101)-555/2024 saylı hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti hərəkətsiz saxlanılmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386-388-ci maddələrin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin olunmaqla və cinayət işinin materialları prosessual müddətlərə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2024-cü il tarixli məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs apellyasiya qaydasında şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi ilə bağlı birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırmaq hüququndan istifadə etməmiş və vəsatət verməmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, belə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(101)-555/2024 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4-cü maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qeyd olunan Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.1-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 391.4-cü maddəsinə əsasən bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır. Göründüyü kimi, qanunvericliyin tələbindən irəli gəldiyi üçün təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədiyindən, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilməli və baxılmamış saxlanılmalıdır, cinayət işi isə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə görə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.4 və 391.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALİR: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(101)-555/2024 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təqdim edilmədiyindən, verilmiş apellyasiya şikayəti verilməmiş hesab edilsin və baxılmamış saxlanılsın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 1(101)-555/2024 saylı hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkum edilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Anar İbrahimov Hakimlər Mirzəli Abbasov Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №1(103)-1491/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1491/2024
23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver