Məhkəmə qərarları › İş №1(103)-1497/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1497/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1497/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı, Bakı Apellyasiya Məhkəməsinə ezam edilmiş, Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9 oğlu, Məhkum X5 və müdafiəçisi Müdafiəçi30, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2, Mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4, Mülki iddiaçı-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 193-1.3.1,191-1.3.2, 213.2.1, 213.2.2, 308.2, 309.2 və 313-cü maddələri ilə və qeyrilərinin məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs3 və mülki iddiaçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini İlham Əmirəliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən cinayət işinə mülki iddiaya aid hissədə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.A.Xankişiyev və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 05.09.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1ci maddələrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.08.2018-ci il tarixli qərarı ilə qəti olaraq 5 (beş) ilə endirilmiş azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzanı əsas cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilmiş, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının çəkilməsinin başlanğıcı 05.06.2015-ci il tarixdən hesablanmıdır; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci, 179.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 213.2.1-ci, 213.2.2-ci, 308.2-ci, 309.2-ci və 313-cü maddələri təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə 1 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.1-ci və 193-1.3.2-ci maddələri ilə 1(bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1-ci və 213.2.2-ci maddələri ilə 1 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları əsas cəzalar ilə, əlavə cəzaları əlavə cəzalarla qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-cı il tarixli 1(101)-975/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının,hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəzalar ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilmiş, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcının 04.12.2015-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs13, Təqsirləndirilən şəxs14, X11, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs17, X17, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs20, Təqsirləndirilən şəxs21, Təqsirləndirilən şəxs22 təqsirli bilinərək məhkum edilmişlər. Hökmlə həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının mülki iddiası təmin olunaraq хarici ölkələrdə qeydiyyatdan keçmiş 69 müəssisə üzrə verilmiş kreditlər və veksəllər üzrə ayrı-ayrı məbləğdə pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi, eləcə də ayrı-ayrı müəssiələrə verilmiş kreditlər üzrə vurulmuş ayrıayrı məbləğlərdə ziyanların müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi, "xxxx" MMC-yə verilmiş kreditlər üzrə 7.632.704 (yeddi milyon altı yüz otuz iki min yeddi yüz dörd) manat 07 qəpik məbləğində vurulmuş ziyanın müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına verilməsi hökm edilmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Təqsirləndirilən şəxs1 qarşı verdiyi mülki iddiası təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3, məhkum X5 və mülki iddiaçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini İlham Əmirəliyev ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10.02.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli hökmü qismən dəyişdirilmiş, 01.12.2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20.10.2017-ci il tarixli Qanununa əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.12.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə təyin edilmiş 11(on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 10 ilə endirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.12.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qəti olaraq təyin edilmiş 03(üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, məhkum Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14.10.2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü ilə təyin olunmuş 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları əlavə cəzalar ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 16 (on altı) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10.02.2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs3 və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini X6 tərəfindən kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ə.C.Seyidovun sədrliyi ilə, Ə.Ə.Novruzov və İ.Ə.Rəcəbovdan ibarət tərkibdə) 16.06.2021ci tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayəti qismən, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti tam təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 10.02.2020-ci il tarixli qərarı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Təqsirləndirilən şəxs1 qarşı mülki iddiasının təmin edilməməsinə dair hissədə mülki iddiaçının kassasiya şikayətinə münasibətdə və məhkum Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş mülki iddianın təmin edilməsinə dair hissədə məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş həmin hissələrdə yeni apellyasiya baxışına təyin edilmişdir. Göründüyü kimi cinayət işi üzrə hazırki apellyasiya baxışının hədlərini məhkum Təqsirləndirilən şəxs3 və mülki iddiaçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini İlham Əmirəliyev tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən yalnız mülki iddiaya aid hissələrinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini İlham Əmirəliyev apellyasiya şikayətində iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli, 1(101)-288/2019 saylı hökmünün qismən-Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin X8 qarşı mülki iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin Departament tərəfindən verilmiş mülki iddanın təmin edilərək 1.752.359,39 manatın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iddia ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2-ci və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə vergi orqanının eyni iddiasına baxılmış yə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.07.2017-ci il larixli, 1(101)-454/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 qarşı verilmiş həmin mülki iddia təmin edilmiş və 1.752.359,39 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyinə görə qeyd olunan məbləğlə bağlı mülki iddiaçının başqa bir şəxsə - Cahagir Hacıyevə qarşı tələbinə artıq baxılaraq mahiyyəti üzrə həll edilmişdir və bu səbəbdən eyni məbləğlə bağlı ona qarşı iddia tələbi təmin olunmamalıdır. Təqsirləndirilən şəxs1 və digərlərinin təqsirləndirilməsinə dair hökmə əsasən o, "xxxx" MMC-nin fəaliyyətinə Təqsirləndirilən şəxs2la birlikdə faktiki rəhbərlik edərək 01.08.2011-01.08.2014-cü illər üzrə ümumilikdə külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri mütəşəkkil dəstə halında dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs1 vergidən yayınma əməlini tək deyil, Təqsirləndirilən şəxs2la birgə törətmişdir. Cinayət və cinayət prosessual qanunvericiliyə əsasən cinayət nəticəsində vurulmuş ziyan cinayəti törətmiş şəxslər tərəfindən müştərək qaydada ödənilməlidir. Məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətində iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli, 1(101)-288/2019 saylı hökmünün mülki iddianın ona dair təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayətinin mülki iddiaya aid hissəsi onunla əsaslandırılmışdır ki, hökmdə onun ittiham edildiyi cinayətlərlə analoji cinayətlərdə ittiham olunan digər təqsirləndirilən şəxslərə cəza təyin edilsə də, onların barəsində verilmiş mülki iddia təmin edilməmişdir. Halbuki zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia hər bir şəxsə ayrılıqda deyil, vahid şəkildə bütün təqsirləndirilən şəxslərə qarşı verilmişdir. Belə ki, "xxxx" MTK-nm direktoru olmuş Təqsirləndirilən şəxs10, "xxxx" MMC-nin direktoru olmuş Təqsirləndirilən şəxs18 və "xxxx" Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinsələr də, onların barəsində olan mülki iddia təmin edilməmişdir. Hər üç halda ittiham tikinti işlərinin görülməsi zamanı qiymətlərin şişirdilməsi yolu ilə kredit vəsaitlərinin mənimsəmə və ya israf etmə yolu ilə talanmasından söhbət gedir.Belə olan halda, ona dair olan mülki iddianın təmin edilməsini özünə qarşı qeyri-bərabər münasibət hesab edir. Ona görə də onun barəsində olan mülki iddia rədd edilməlidir. Hazırkı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X3 məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16.06.2021-ci tarixli qərarı nəzərə alınaraq mülki iddia üzrə qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum X5 və onun müdafiəçisi Müdafiəçi30 hökmün dəyişdirilməsini və "xxxx" MMC-yə verilmiş kreditlər üzrə ziyanın tutulması barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülki iddiasının X2 münasibətdə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X4 məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki iddiaya aid hissədə təmin edilməməsini xahiş etmişdir. Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödəməkdən yayındırılmış 1.752.359,39 manat məbləğində vergilərin müştərək qaydada həm də Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs3 və mülki iddiaçinın apellyasiya şikayətlərində təsvir edilmiş mülki iddia ilə bağlı dəlilləri cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, sübutlar toplusuna məcmu halında qiymət verərək, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında verilən göstərişləri rəhbər tutaraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti mülki iddiaya aid hissədə qismən təmin olunmalı, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini İlham Əmirəliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli hökmü mülki iddiaya aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası baxılan cinayət işi üzrə elan olunmuş ittihamın mürəkkəbliyini və iri həcmli olmasını nəzərə alaraq ittihamın hazırki apellyasiya baxışına aid olmayan hissəsinin təsvir edilməsinə lüzum görmür və ittihamın yalnız hazırda baxılan mülki iddiaya aid olan hissəsini təsvir edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs3 "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru vəzifəsində işləyərkən 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi olan dövr ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləmiş qohumu Təqsirləndirilən şəxs1 bir neçə cinayətin törədilməsi üçün bir neçə cinayətin törədilməsi üçün yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Şahid1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs14, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs17, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Təqsirləndirilən şəxs6, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs19, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorları Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs22, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs12, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs21, "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Təqsirləndirilən şəxs10, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs11, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X13, sonuncu Cəmiyyətin direktorunun vəzifə və səlahiyyətlərini kənar idarə etmə müqaviləsi əsasında məsləhətçi qismində həyata keçirən Təqsirləndirilən şəxs8, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs20, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs15, qohumu-"xxxx" Açıq Səhimdar Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs7, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs9, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs16 və qeyriləri ilə qabaqcadan birləşib yaratdığı və rəhbərlik etdiyi sabit cinayətkar qrup - mütəşəkkil dəstənin tərkibinə daxil olmaqla öz qulluq mövqeyindən istifadə edib etibar edilmiş külli miqdarda özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurmuş, eləcə də sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı etmişdir. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs1 27.03.2001-ci il tarixdən 02.04.2015-ci il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi müddətdə bir neçə cinayətin törədilməsi üçün yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Şahid1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs14, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs17, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Təqsirləndirilən şəxs6, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs19, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorları Təqsirləndirilən şəxs13 və Təqsirləndirilən şəxs22, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs12, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs21, "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Təqsirləndirilən şəxs10, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs11, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun vəzifə və səlahiyyətlərini kənar idarə etmə müqaviləsi əsasında məsləhətçi qismində həyata keçirən Təqsirləndirilən şəxs8, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs20, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs5, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs15, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs4, "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktoru Təqsirləndirilən şəxs3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs7, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs9, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Təqsirləndirilən şəxs16 və qeyriləri ilə qabaqcadan birləşib sabit cinayətkar qrup mütəşəkkil dəstə yaradaraq həmin dəstəyə rəhbərlik etmiş, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun, həmin Qanunun tələblərindən irəli gələn Azərbaycan Respublikası Mərkəzi X16 03.11.2004-cü il tarixli, 19 saylı protokolu ilə təsdiq olunmuş «Banklarda korporativ idarəetmə standartları»nın tətbiqinin, Azərbaycan Respublikası Mərkəzi X16 05.12.2007-ci il tarixli, 38 saylı protokolu ilə təsdiq olunmuş «Kredit təşkilatlarında veksellərin uçotunun aparılması», Azərbaycan Respublikası Mərkəzi X21 tərəfindən 18.11.2008-ci il tarixdə təsdiq edilərək 10.12.2008-ci il tarixdə müvafiq qaydada dövlət qeydiyyatına alınmış «Banklarda kreditlərin verilməsi» və «Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərinin inkassasiyasının təşkili», Azərbaycan Respublikası Mərkəzi X16 20.11.2009-cu il tarixli, 33 saylı protokolu ilə təsdiq olunmuş «Bankların likvidliyinin idarə olunması» Qaydalarının, habelə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 27.05.2009-cu il tarixli, 51 №-li protokolunun 2 №-li qərarı ilə təsdiq edilmiş «Bankın kredit siyasəti»nin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin, eləcə də İdarə Heyətinin, Aktiv və Passivləri İdarəetmə Komitəsinin, Problemli Kreditlərlə İş və Kredit Departamentlərinin Əsasnamələrinin tələblərinə əməl etməyərək, eləcə də 1.500.000 manat və ondan yuxarı məbləğdə verilən kreditlərin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarına əsasən rəsmiləşdirilməsini nəzərdə tutan həmin Şuranın 23.10.2009-cu il tarixli, 52 №-li protokolun 2 №-li qərarının tələblərini pozaraq öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən talayaraq mənimsəyib israf etməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyli və külli miqdarlarda ziyan vurmuş, tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etmiş, mənimsəyib israf etdiyi pulların cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə edərək pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə belə pul vəsaitlərini ABŞ dolları, avro şəklində və ya başqa valyutalara konversiya olunmuş halda müxtəlif ölkələrdəki bir sıra layihələrə və digər xərclərə nağd qaydada və köçürmə yolu ilə sərf edib istifadə etməklə külli miqdarda pullarla bağlı qanunsuz maliyyə əməliyyatlarını həyata keçirərək cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini mütəşəkkil dəstə halında vahid niyyətlə əhatə olunan qəsdlə və təkrarən leqallaşdırmış, bundan başqa xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və xidməti səlahiyyətlərin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edib vəzifə səlahiyyətlərini aşmaqla hüquqi şəxs kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmuş, bundan əlavə külli miqdar təşkil edən vergiləri mütəşəkkil dəstə halında dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16.06.2021ci tarixli qərarında qeyd edilmişdir ki, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı Təqsirləndirilən şəxs3 qarşı yalnız "xxxx" MMC-yə verilmiş kreditlərlə əlaqədar mülki iddia irəli sürdüyü vəziyyətdə birinci instansiya məhkəməsinin "xxxx" QSC-nin "xxxx" MMC-yə verilmiş kreditlər üzrə 85.024.106 manat 76 qəpik ziyanın Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutulmasına dair mülki iddiasını qismən təmin etməklə "xxxx" MMCyə verilmiş kreditlər üzrə 7.632.704 manat 07 qəpik məbləğində ziyanın müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tutulub "xxxx" QSC-yə verilməsi barədə qərar çıxarması işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamışdır. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs1 qarşı qeyd olunan epizod üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 1.752.359,39 manat məbləğində vergilərin müştərək qaydada Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tutulmasına dair mülki iddası təmin edilməmişdir. Halbuki birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cinayət-prosessual qanuna əsasən cinayət nəticəsində vurulmuş ziyan cinayəti törətmiş şəxslər tərəfindən ödənilməlidir. Beləliklə məhkəmə kollegiyası iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 16.06.2021-ci tarixli qərarında göstərilənləri də nəzərə alaraq qeyd edir ki, cinayət işi üzrə mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı iddia ərizəsində digər iddia tələbləri ilə bərabər, həm də "xxxx" MMC-yə verilmiş kreditlər üzrə 85.024.106 (səksən beş milyon iyirmi dörd min bir yüz altı) manat 76 qəpik vurulmuş ziyanın Təqsirləndirilən şəxs1 və Hidayət-zadə İsmayil Timuçinoviçdən həmin Kredit Təşkilatının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı məhkumlar Təqsirləndirilən şəxs1 və Hidayət-zadə İsmayil Timuçinoviçin hər ikisinə qarşı iddia vermiş olsa da, hökmlə mülki iddianın müştərək qaydada həm də məhkum Hidayət-zadə İsmayil Timuçinoviçdən tutulması ədalətli və işin həqiqi hallarına uyğun olan yanaşma hesab oluna bilməz. Belə ki, məhkəmə kollegiyası Hidayət-zadə İsmayil Timuçinoviçə qarşı verilmiş mülki iddia tələbinin əsaslı olub-olmaması ilə bağlı nəticəyə gələrkən, onların vurulmuş maddi ziyana münasibətini, törətdikləri əməllərin hansı münasibətlər çərçivəsində verilmiş tapşırıqların icrası ilə bağlı törədilməsini, dövlət ittihamçısı tərəfindən ona təyin olunacaq cəzaların şərti hesab edilməsi ilə bağlı əsaslandığı hüquqi mövqeyi və digər diqqətəlayiq məqamların nəzərə alınmasını zəruri hesab edir. Belə ki, hazırki apellyasiya baxışı zamanı Hidayət-zadə İsmayil Timuçinoviçin ittiham olunduğu cinayət əməllərinin törədilmə hallarına qiymət verilərkən müəyyən olunmuşdur ki, törədilmiş cinayətlərdə onun rolu tam əksər hallarda həlledici olmamış, araşdırılan cinayət əməllərinin əsas hissəsinin birbaşa obyekti qismində çıxış edən mülkiyyət münasibətlərinə qəsddə fəal hərəkətlər etməmiş, bütövlükdə cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etməsi müəyyən edilməmiş, əldə olunan gəlir bölgüsündə onun iştirakı yalnız formal tutduğu vəzifələrə görə maaşına əlavə edilməklə ödənilən aylıq kiçik məbləğləri almasından ibarət olmuş, vurulmuş ümumi maddi ziyanla müqayisədə bu və ya digər şəraitdə həmin kiçik maddi gəliri əldə etməklə ittiham olunduğu əməllərə yol vermişdir. İşin faktiki hallarından göründüyü kimi, mütəşəkkil dəstənin əsas təşkilatçılarından biri olan Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi, qeyri-rəsmi şəkildə mövcud olmuş holdinqin tərkibində digər müəssisələrlə bərabər fəaliyyət göstərmiş "xxxx" MMC-nin rəhbər vəzifəli şəxsi olmuş Hidayət-zadə İsmayil Timuçinoviç mərkəzləşdirilmiş tabeçilik münasibətlərinə əsaslanan fəaliyyətin gedişində yalnız Təqsirləndirilən şəxs1 verdiyi göstərişlər əsasında hərəkət etmiş və maliyyə əməliyyatları keçirilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən yaradılmış fəaliyyət mühitinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş ümumi əmlaka pula münasibətdə kiçik maddi gəlir müqabilində edilən hərəkətlərin bu ya digər nəticələri ilə bağlı Təqsirləndirilən şəxs1 məsuliyyət daşıdığını, yarana biləcək hər hansı problemin məhz Təqsirləndirilən şəxs1 tərəfindən həll ediləcəyinə dair qənaətlərinə əsaslanaraq həmin əməlləri törətmişdir. Mötəbər sübutlar və işin faktiki halları ilə də mübahisəsiz şəkildə müəyyən olunur ki, böyük həcmli və çoxsaylı maliyyə əməliyyatlarının aparılması və digər proseslərin heç biri digər şirkətlərin rəhbərləri kimi Hidayət-zadə İsmayil Timuçinoviçin təşəbbüsü ilə baş verməmiş, tam əksər hallarda onun həlledici rolu olmamış, bütün proseslər yalnız Təqsirləndirilən şəxs1 təşəbbüsü, iradəsi, göstərişləri əsasında həyata keçirilmişdir. Maliyyə əməliyyatlarında Hidayət-zadə İsmayil Timuçinoviç müstəqil şəkildə qərarlar qəbul etmək səlahiyyətlərinə malik olmamış, araşdırılan cinayət əməllərinin əsas hissəsinin birbaşa obyekti qismində çıxış edən mülkiyyət münasibətlərinə qəsddə fəal hərəkətlər etməmiş, bütövlükdə cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etməsi müəyyən edilməmiş, əldə olunan gəlir bölgüsündə iştirakı yalnız formal tutduğu vəzifəyə görə maaşına əlavə edilməklə ödənilən aylıq kiçik məbləği almasından ibarət olmuş, vurulmuş ümumi maddi ziyanla müqayisədə bu və ya digər şəraitdə həmin kiçik maddi gəliri əldə etməklə ittiham olunduğu əmələ yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının "xxxx" MMC ilə bağlı əməliyyatlar üzrə vurulmuş ziyanlarla bağlı mülki iddia üzrə vurulmuş ziyan məhz Təqsirləndirilən şəxs1 tutulmalı, birinci instansiya məhkəməsi həmin ziyanı müştərək qaydada həm də Təqsirləndirilən şəxs3 tutulması qənaətinə gəlməklə əsassız nəticəyə gəldiyindən Təqsirləndirilən şəxs3 münasibətdə iddia təmin edilməməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 göstərişi ilə yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs2 tərəfindən yaradılan, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 2d Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) fəaliyyətinə Təqsirləndirilən şəxs2la birlikdə faktiki rəhbərlik edərək, cəmiyyətin əmlakının maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 92, 98.1, 125, 169, 180.1 və 192.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyənnanmələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyənnamə təqdim etməməklə 01.08.2011-ci il tarixdən 01.08.2014-cü il tarixədək olan dövr üzrə ümumilikdə külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 faktiki rəhbəri olduqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından müəssisənin qeydiyyatda olduğu Bakı Vergilər Departamentinə təqdim etdiyi 2011-ci ilin oktyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 926.928,49 manat, əvəzləşdirilən ƏDV olmadığı, ödənilməli ƏDV 166.847,1 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyənnaməsində dövriyyənin və ödənilməli ƏDV-nin olmadığını göstərərək, 166.847,13 manat, 2012-ci ilin may ayı üzrə ƏDV tutulan dövriyyəsi 3.536.870,33 manat, əvəzləşdirilən ƏDV 228,26 manat, ödənilməli ƏDV 636.408,40 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyənin olmadığını, əvəzləşdirilən ƏDVnin 228,26 manat olduğunu göstərərək 636.636,66 manat, 2013-cü ilin yanvar ayı üzrə ƏDV tutulan dövriyyəsi 869.465,00 manat, əvəzləşdirilən ƏDV olmadığı, ödənilməli ƏDV 156.503,70 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyənin əvəzləşdirilən ƏDV-nin olmadığını göstərərək, 156.503,70 manat, həmin ilin aprel ayı üzrə ƏDV tutulan dövriyyəsi 1.438.641,75 manat, əvəzləşdirilən ƏDV 408,60 manat, ödənilməli ƏDV 258.546, 83 manat olduğu halda, həmin ay üzrə təqdim etdiyi ƏDV bəyannaməsində dövriyyənin olmadığını, əvəzləşdirilən ƏDV-nin 408,69 manat olduğunu göstərərək 258.955,52 manat, cəmi 1.218.943,01 manat ƏDV-ni, həmçinin ödəmə mənbəyindən tutulan vergi bəyənnamələrində cəmiyyətin vergi tutulan dövriyyəsinin olmadığını göstərərək, 2011-ci ilin 4-cü rübü üzrə 92.692,85 manat, 2012-ci ilin 2-ci rübü üzrə 353.687,03 manat, 2013-cü ilin 1-ci rübü üzrə 86.946,50 manat, cəmi 533.326,38 manat ödəmə mənbəyində tutulan vergini, eləcə də 2014-cü ilin yanvar ayı üzrə cəmiyyətdə işçilərə ödənilmiş 125.122,10 manat əmək haqqından 17.504,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini göstərərək ödəməli olduğu halda, həmin ay üzrə vergi orqanına təqdim etdiyi bəyənnamədə işçilərə verdiyi 125.122,10 manat əmək haqqından 17.414,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödənilməli olduğunu göstərərək, 90 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, ümumilikdə isə külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri mütəşəkkil dəstə halında dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Lakin, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2-ci maddələri ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs1 qarşı qeyd olunan epizod üzrə mülki iddiaçının (vergi xidməti) 1.752.359,39 manat məbləğində vergilərin müştərək qaydada Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tutulmasına dair mülki iddası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.07.2017-ci il tarixli, 1(101)-454/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 qarşı verilmiş həmin mülki iddia təmin edilmiş və 1.752.359,39 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyinə görə qeyd olunan məbləğlə bağlı mülki iddiaçının başqa bir şəxsə (Təqsirləndirilən şəxs2) qarşı tələbinə artıq baxılaraq mahiyyət üzrə həll edilmişdir və bu səbəbdən eyni məbləğlə bağlı Təqsirləndirilən şəxs1a qarşı iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə müəyyən edilmiş işin faktiki hallarına, eləcə də ittihamın təsvirinə əsasən külli miqdar təşkil edən 1.752.359,39 manat məbləğində vergiləri mütəşəkkil dəstə halında dövlət büdcəsinə ödəməkdən yayındırılması cinayəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mütəşəkkil dəstə halında törətmişlər və belə olan halda həmin epizod üzrə ziyanın yalnız Təqsirləndirilən şəxs2 tutulması, Təqsirləndirilən şəxs1 münasibətdə isə mülki iddianın təmin olunmaması düzgün və ədalətli nəticə kimi qəbul oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin norma, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “Cinayət mühakimə icraatında mülki iddia” üzrə məsələlərin tənzimlənməsinə həsr olunmuş XİX fəsilinin heç bir müddəası, habelə mülki qanunvericilik eyni məzmunlu ittiham üzrə cinayət əməlini birgə törətmiş şəxslərdən birinə qarşı mülki iddianın ayrıca icraatda təmin edilməsini digər təqsirləndirilən şəxsə qarşı eyni mülki iddianın irəli sürülməsini və təmin edilməsini istisna etmir, həmin şəxsi digər cavabdeh şəxs olaraq ziyanı ödəmək öhdəliyindən azad etmir. Məsələyə başqa prizmadan da baxılarsa qeyd edilməlidir ki, bir əməl üzrə birgə məsuliyyət daşıyan iki cavabdeh olduğu halda ziyanın yalnız bir cavabdehdən tutulması digər cavabdehin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına da səbəb olur. Ziyanın müştərək qaydada tutulması isə müxtəlif icraatlarda qəbul edilmiş həmin qərarlar arasında ziddiyətin yaranmasını və icra zamanı çətinliklərin meydana gəlməsini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə görə, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödəməkdən yayındırılmış 1.752.359,39 manat məbləğində vergilərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.07.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 tutulması da nəzərə alınaraq, mülki iddia üzrə həmin 1.752.359,39 (bir milyon yeddi yüz əlli iki min üç yüz əlli doqquz manat otuz doqquz qəpik) manat məbləğində vergilər müştərək qaydada həm də Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13.01.2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27.09.2001-ci il, “X14rşı” 09.12.1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tutulmalı olan məbləğləri azaltdıqda və ya həmin məbləğləri artırdıqda, belə artırma ittihamın həcminə və cinayətin tövsifinə təsir göstərmədiyi halda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 405.1.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti qismən, yəni mülki iddiaya aid hissədə təmin edilsin. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.09.2019-cu il tarixli hökmü - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülki iddiası üzrə "xxxx" MMC-yə verilmiş kreditlər üzrə 7.632.704 (yeddi milyon altı yüz otuz iki min yeddi yüz dörd) manat 07 qəpik məbləğində vurulmuş ziyanın müştərək qaydada Təqsirləndirilən şəxs1 və X1 tutulmasına dair və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin mülki iddiasının Təqsirləndirilən şəxs1 münasibətdə təmin edilməməsinə dair hissələrdə dəyişdirilsin. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" MMC-yə verilmiş kreditlər üzrə ziyanın tutulması barədə mülki iddiası Təqsirləndirilən şəxs3 münasibətdə təmin edilməsin və "xxxx" MMC-yə verilmiş kreditlər üzrə 7.632.704 (yeddi milyon altı yüz otuz iki min yeddi yüz dörd) manat 07 qəpik məbləğində vurulmuş ziyan məhkum (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı verdiyi mülki iddiası təmin edilsin və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödəməkdən yayındırılmış 1.752.359,39 manat məbləğində vergilərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.07.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 tutulması da nəzərə alınaraq, mülki iddia üzrə həmin 1.752.359,39 (bir milyon yeddi yüz əlli iki min üç yüz əlli doqquz manat otuz doqquz qəpik) manat məbləğində vergilər müştərək qaydada həm də Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar