Məhkəmə qərarları › İş №1(103)-15/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-15/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-15/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əkbərovun sədrliyi və məruzəsilə, Faiq Adil oğlu Qasımov və Elmar Eldar oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı X2, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 iştirakı ilə 24 aprel 2958-ci il tarixdə Füzuli rayonunun Mollaməhərrəməli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs AR CM-nin 192.2.2 və 213..2.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmündən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Samir Məmmədov) 19 mart 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.2.2 və 213..2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək AR CMnin 192.2.2-ci maddəsi ilə 02 il müddətə, həmin Məcəllənin 213.2.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun 12 noyabr 2015-ci il tarixdən 13 noyabr 2015-ci il tarixədək həbsdə olduöu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, AR CM-nin 70-ci maddəsinə əsasən həmin cəza şərti tətbiq edilməklə 01 il 06 müddətə sınaq müddəti müəyyən edilmiş, mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin mülki iddiası qismən təmin edilmiş, ödənilməmiş vergilərə görə 14426,64 manat məbləğin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Hökmdən mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti verib Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmünün mülki iddiaya dair hissədə ləğv edilməsini, verilmiş mülki iddianın tam təmin edilməsini, Təqsirləndirilən şəxs 199359,39 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayınması nəticəsində vurulmuş həmin məbləğdə ziyanın (verginin) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən, həmçinin, dövlət ittihamçısı apellyasiya protesti verib Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs AR CM-nin 213.2.2 və 192.2.2-ci maddələri ilə 464.359,29 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və qanunsuz sahibkarlıqla məşğul olaraq külli miqdar təşkil edən 362.180,45 manat məbləğində gəlir əldə etməkdə təqsirli bilinərək onun barəsində tətbiq edilmiş AR CM-nin 70-ci maddəsinə əsasən şərti məhkum etməyə dair müddəaların hökmdən xaric edilməsi və ona cinayətlərin məcmusu ilə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə baxışı gedişində məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ölməsini, AR CPM-nin 39.1.5 və 43.3-1ci maddəsinə əsasən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan, məhkum edilmiş şəxsin ölməsi ilə əlaqədar xitam verilməsinə dair müdafiəçinin razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə öldüyündən Təqsirləndirilən şəxs AR CM-nin 192.2.2 və 213..2.2-ci maddələri ilə təqsirli olmasına dair başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə “ürəyin kəskin işümik xəstəliyinin digər formaları” səbəbindən ölmüşdür. AR CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. İş materiallarında olan məktubdan və reyestrdən görünür ki, Təqsirləndirilən şəxs ailəsinə AR CPM-nin 106-1.3-cü maddəsinin tələblərinə əsasən bildiriş göndərilərək şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi, hüquqi varis qismində tanınmaq və cinayət təqibini davam etdirmək hüquqlarına malik olmaları barədə məlumat verilmiş, lakin 1 ay müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs qohumlarından hər hansı biri hüquqi varis qismində tanınmaq barədə istəyini bildirməmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılmasına razılıq verdiyini bildirərək hökmün ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2 və 213..2.2-ci maddələri ilə düzgün tövsif etmişdir və Təqsirləndirilən şəxs bəraət verilməsi üçün AR CPM-nin 42ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. AR CPM-nin 398.1.3-cü Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək hüququna malikdir. Verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə icraata Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar xitam verildiyindən apellyasiya şikayətinə və protestinə baxılması zərurəti aradan qalxır. Odur ki, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməməli, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə öldüyündən Təqsirləndirilən şəxs AR CM-nin 192.2.2 və 213..2.2ci maddələri ilə təqsirli olmasına dair başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə öldüyündən Təqsirləndirilən şəxs AR CMnin 192.2.2 və 213..2.2-ci maddələri ilə təqsirli olmasına dair başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Kamran Əkbərov, hakimlər: Faiq Qasımov, Elmar Rəhimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar