Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-15/2024 09.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X89 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əilxan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 1(101)-734/2020 saylı hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 1(101)-734/2020 saylı hökmü ilə (hakim Hüseynov Səbuhi Sabir oğlunun sədrliyi ilə, hakimlər X77 və X5 ibarət tərkibdə) 11 mart 1971-ci il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, ali təhsilli, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Hil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3-ci maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6-ci maddələri ilə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214-3.1-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3, 214-3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 02 oktyabr 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs ilə əvvəllər bir sıra xüsusilə ağır cinayətlər törətdiyinə görə axtarışda olan Qusar rayonunun Əvəcuq kənd sakini X30 2002-ci ilin may ayının ortalarında Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhəddinin Dağıstan Respublikası ərazisinin dağlıq hissəsindən qanunsuz keçib Əvəcuq kəndinə gəlib gizli yaşayaraq həmin kəndin sakinləri X134, X40, Şahid1, Qusar şəhər sakinləri Şahid2, X31 və Təqsirləndirilən şəxs ilə birlikdə müəssisələrə, idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmayan silahlı qrup- banda yaratmış və onları silahla, döyüş sursatı və sair ilə təchiz etmişdir. 2002-ci ilin sentyabr ayının əvvəllərində banda başçısı V.V.Muradov banda üzvləri Şahid2 və R.X.Salmanova məktub verib Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı şəxsdən odlu silah, döyüş sursatları və pul alıb gətirməyi tapşırmışdır. R.X.Salmanov Şahid2lə birlikdə öz arvadının qardaşı X13 ilə danışıb cinayət əlaqəsinə girərək onu bandanın cinayət fəaliyyətinə cəlb etmiş və V.V.Muradovun məktubunu ona verib Dağıstan Respublikasının Xasavyurt şəhərinə göndərmişlər. 2002-ci ilin sentyabr ayının əvvəllərində E.H.Məmmədov həmin məktubu Dağıstan Respublikasının Xasavyurt şəhərinə aparıb silahlı qrupun-bandanın Xasavyurt şəhərində yaşayan şəxsiyyəti istintaqa məlum olmayan “İslam” adlı şəxsə çatdırmış və ondan 1.000 ABŞ dolları, 1 ədəd “Samsung” markalı videokamera və 2 ədəd ratsiya alıb Qusar rayonuna gətirib Şahid2 vasitəsilə videokameranı və ratsiyaları V.V.Muradova çatdırmışdır. E.H.Məmmədov ikinci dəfə 19 sentyabr 2002-ci il tarixdə silahlı qrupun-bandanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayan üzvü “İslam” adlı şəxsdən Dağıstan Respublikasının ərazisində istintaqa məlum olmayan mənbədən əldə etdikləri 3 ədəd, 1 ədəd 1984-cü ildə istehsal olunmuş “AKSU-74” markalı 939600 nömrəli 5,45 mm çaplı, 1 ədəd 1984-cü ildə istehsal olunmuş “AK-74” markalı ******* nömrəli 5,45 mm çaplı, 1986-cı ildə istehsal olunmuş “AK-74” markalı ******* nömrəli 5,45 mm çaplı avtomat silahları, həmin avtomat silahlar üçün nəzərdə tutulmuş 16 ədəd sandıqçaları və döyüş sursatı olan 180 ədəd 5,45 mm çaplı patronları özünə məxsus olan “QAZ-3102” markalı “A 524 XT 05/RUS” dövlət nömrə nişanlı avtomaşını ilə daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddinə gətirib avtomaşını “Samur” gömrük nəzarət məntəqəsi yaxınlığında saxlayaraq 10 ədəd boş avtomat silahının sandıqçalarını Azərbaycan Respublikasının gömrük sərhəddindəki gömrük nəzarətindən gizli olaraq sellofan torbada keçirib yaxınlıqdakı kolların arasında gizlətmiş, geri qayıdıb təkrarən 6 ədəd avtomat silahının sandıqçalarını içərisində 180 ədəd 5,45 mm çaplı avtomat patronları ilə birlikdə Azərbaycan Respublikasının gömrük sərhəddindəki gömrük nəzarətindən gizli olaraq keçirmək istəyərkən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən yaxalanmış və onun avtomaşınından qanunsuz olaraq daşıyıb saxladığı 3 ədəd yuxarıda göstərilən avtomat silahlar aşkar edilərək götürülmüşdür. 2002-ci ilin sentyabr ayının axırı oktyabr ayının əvvəllərində V.V.Muradov özündə olan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə edərək saxlayıb gəzdirdiyi 1989-cu ildə istehsal olunmuş “AKSU” markalı 588177 nömrəli 5,45 mm çaplı avtomat silahla və 2 ədəd nömrəsiz “Makarov” tipli tapançalarla banda üzvləri X134, X40 və Şahid1 ilə Qusar rayonunun Xürel kəndi yaxınlığında meşədə təlimlər keçərək həmin təlimləri “Samsung” markalı videokamera ilə çəkmiş və həmin videokameranı, keçdikləri təlimi lentə aldığı videokaseti və 2 ədəd ratsiyaları saxlamaq üçün Şahid1 vasitəsilə ilə banda üzvü Şahid2 vermişdir. Təqsirləndirilən şəxs V.V.Muradovun təşkil etdiyi bandaya üzvlər cəlb edilməsinə və cinayətlərin törədilməsi üçün vasitə olan silah-sursat əldə edilməsinə köməklik etmiş, banda başçısı V.V.Muradova Qusar şəhəri, T.İsmayılov küçəsi 24-də yerləşən Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin “Aygün” firma mağazasına silahlı basqın etməyi məsləhət görmüşdür. 27 noyabr 2002-ci il tarixdə saat 11:00 radələrində X30 banda üzvü Şahid1 Əvəcuq kəndində onları gözləməyi tapşırıb banda üzvləri X134 və X40 ilə birlikdə “AKSU” markalı avtomat silahla, 2 ədəd “Makarov” tipli tapançalarla və həmin silahlara uyğun döyüş sursatı olan patronlarla silahlanmış vəziyyətdə Xaçmaz rayonunun Yalama qəsəbəsində Xaçmaz rayonunun Xudat qəsəbəsinə getmək adı ilə Xudat qəsəbə sakini X16 idarə etdiyi “VAZ-2106” markalı “AZ **-BE-***” dövlət nömrə nişanlı avtomaşına əyləşib bir xeyli getdikdən sonra yolda özlərində olan odlu silahlarla V.V.Qasımova həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edərək onu sükanın arxasından düşürüb əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayaraq avtomaşının arxa yük yerinə uzadıb yük yerinin örtüyünü bağlamaqla onu qanunsuz azadlıqdan məhrum edərək V.V.Muradov avtomaşının sükanı arxasına, M.M.İsayev onun yanında, N.Q.Əhmədov isə avtomaşının arxa oturacağına əyləşib hər üçü birlikdə V.V.Qasımovun idarə etdiyi avtomaşını talama məqsədi olmadan qanunsuz ələ keçirib gizli yollarla təxminən saat 13:00 radələrində Qusar şəhərinə gəlib özgənin əmlakını ələ keçirmək məqsədilə T.İsmayılov küçəsi 24-də yerləşən Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin “Aygün” firma mağazasına silahlı basqın edərək tamah niyyəti ilə qəsdən öldürmək məqsədilə xüsusi amansızlıqla mağazada satıcı kimi işləyən X90 özlərində olan “Makarov” tipli tapançadan 2 dəfə atəş açaraq ona baş beyin toxumasının və sağ ağciyərin toxumasının zədələnməsi ilə müşayiət olunan ağır zərər vurmaqla qətlə yetirib mağazadan külli miqdarda - 171.090.831 manat məbləğində 334 sayıda müxtəlif çeşidli qızıl-zinət əşyalarını ələ keçirib gəldikləri avtomaşına əyləşərək sürüb hadisə yerindən getmiş və həmin avtomaşının arxa yük hissəsində V.V.Qasımovu əlləri, ayaqları və ağzı yapışqanlı lentlə bağlı vəziyyətdə Qusar rayonunun Hil kəndi yaxınlığında meşəlikdə atıb qaçmışlar. Həmin gün axşam saat 21:00 radələrində V.V.Muradov, M.M.İsayev və N.Q.Əhmədov Əvəcuq kəndinə banda üzvü Şahid1 evlərinə gələrək əvvəlcədən razılaşdıqları kimi onu bayıra çağırıb törətdikləri cinayətlər barədə ona bildirərək “Aygün” firma mağazasından ələ keçirdikləri qızıl-zinət əşyalarını əvvəlcə Şahid1 evlərinin həyətyanı sahəsində, sonra isə sonuncunun qardaşı X17 məxsus Əvəcuq kəndinin kənarında heç kimin yaşamadığı evin həyətyanı sahəsində torpağa basdırıb gizlətmişlər. Bundan başqa, o, ağır və xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olub Azərbaycan Respublikasının hüdudlarından kənarda həmin cinayətkar birliyin tərkibində terrorçuluq məqsədi ilə terror aktlarının törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən, qurğulardan, digər ümumi təhlükəli üsullardan istifadə hazırlığı üzrə təlim alıb və eyni məqsədlə belə təlimləri təşkil edib keçirməklə odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar və digər hərəkətləri (terror aktları) təkrarən törətmiş, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin Azərbaycan Respublikasının hüdudlarından kənarda apardığı silahlı münaqişələrdə, ayrı-ayrı müəssisələrə, idarələrə, təşkilatlara və şəxslərə təşkil etdiyi hücumlarda iştirak etmiş, cinayət sayılan bu əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Birləşmiş Millətlər Təşkilatının 16 yanvar 2002-ci il tarixli 1390 saylı qətnaməsi ilə terror təşkilatı kimi tanınmış “Əl-Qaidə” adlı cinayətkar birlikdə (təşkilatda) iştirak etmək məqsədi ilə 2003-cü ilin sonunda Azərbaycan Respublikasının ərazisini tərk edərək Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gəlib həmin cinayət cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Dağıstan” adlı qanunsuz silahlı birləşmənin tərkibinə “X138” dini təxəllüsü ilə daxil olmuş, cinayətkar birliyin üzvlərindən ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktlarının törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən, qurğulardan, digər ümumi təhlükəli üsullardan istifadə hazırlığı üzrə təlim alıb 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sonunadək olan müddət ərzində cinayətkar birliyə daxil olmuş yeni üzvlərə eyni məqsədlə belə təlimləri təşkil edib şəxsən keçirməklə Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətində və Əfqanıstan İslam Respublikasının həmin vilayətlə həmsərhəd bölgələrində müxtəlif vaxtlarda təkrarən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə qəsdən insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayışlar və digər hərəkətlər (terror aktları) törətmiş, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin həmin dövlətlərin ərazilərində apardığı silahlı münaqişələrdə, ayrı-ayrı müəssisələrə, idarələrə, təşkilatlara və şəxslərə təşkil etdiyi hücumlarda, həmin silahlı birləşmələrin partlayıcı qurğularla təchiz edilməsində iştirak etmiş, cinayət əməllərini davam etdirərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya Ərəb Respublikasının ərazisində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2017-ci ilin dekabr ayında Pakistan İslam Respublikasının ərazisini tərk edərkən həmin dövlətin təhlükəsizlik orqanları tərəfindən qanunsuz miqrant qismində saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Məhkəmədə müdafiə tərəfinin heç bir şahidi dindirilməmiş, cinayət işində olan heç bir sənəd məhkəmədə tədqiq edilməmişdir. Məhkəmə öz hökmündə elan etmədiyi və tədqiq etmədiyi sənədləri yanlışlıqla göstərmişdir. Məhkəmə hətta mənə öz ifadələrimi tam həcmdə izah etmək imkanı vermədi ki, bu da prosesin səs yazısı ilə təsdiqini tapır. Mənim barəmdə cinayət təqibi müdafiə hüququmu kobud qanun pozuntuları ilə həyata keçirilmiş, ittiham tamamilə saxtalaşdırılmış, istintaq zamanı sübutların çoxsaylı falsifıkasiyaları, sənədlərin saxtalaşdırılması baş vermiş, istintaq və prossesual hərəkətlər açıq-aşkar qanun pozuntuları ilə aparılmış, mənə bəraət qazandıran sənədlər və maddi subutlar işdən qanunsuz çıxarılmış və gizlədilmiş, Azərbaycan Respublikası CPM-nin 15, 28 və 223-cü maddələrinin tələbləri qəsdən, kobud şəkildə pozulmuşdur. İşdə mənim təqsirimi sübut edən bir dənə də olsun bir başa mümkün subut yoxdur, saxtalaşdırılmış ittihamın əsasını işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində verdiyim həqiqətə uyğun olmayan ifadələrim təşkil edir. Mən işgəncələrdən qurtarmaq üçün uydurma faktlar göstərmişdim, istintaq isə həmin uydurma faktları yoxlamadan ittihamın əsasına salmışdır. Dini etiqada söykənən təzyiq və ayrı-seçkiliyə görə 2003-cu ildə mən ailəmlə birlikdə saxta pasportla Azərbaycandan Pakistan İslam Respublikasına getmiş, Şimalı Vəzirstanın müxtəlif məntəqələrdə yaşayaraq, əkinçilik və kiçik ticarətlə məşğul olmuşam. 2014-cu ilin noyabrında mən Əfqanıstanın Konar bölgəsinə köçüb və orada kənd təsərrüfatı işləri və kiçik ticarətlə məşğul olmuşam, 2017-ci ildə Balajistan əyalətinə qayıdaraq Kyuveta şəhərində yaşamışam. 22 oktyabr 2017-ci ildə rəsmi sənədlərinin olmaması səbəbindən mən Pakistan xüsusi xidmət orqanları tərəfindən tutularaq İslamabada xüsusi həbsxanaya aparılmış və orada terror fəaliyyətində iştirakım barədə hərtərəfli yoxlamalara məruz qalmışam. 22 oktyabr 2017-ci ildən 2019-cu ilin oktyabr ayınadək mən Pakistanda həbsdə saxlanılmış, dəfələrlə dindirilmiş, mənə qarşı digər hərəkətlər edilmiş, o, cümlədən bədənimdə odlu silah, partlayıcı maddələr və digər qurğulardan istifadə əlamətlərini müəyyən etmək üçün ekspertizalar aparılmış, lakin heç bir şey aşkar olunmadı. İki illik yoxlama nəticəsində Pakistanın hüquq-mühafizə orqanları mənim qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmədiyimi, Pakistan, Əfqanıstanda və digər ölkələrdə terror və qanunsuz fəaliyyətlə məşğul olmadığımı, Pakistan və Əfqanıstanda heç bir cinayət törətmədiyimi müəyyən etdi. Göstərilənlərə əsasən, mənim barəmdə cinayət təqibinə xitam verilmiş və 21 avqust 2019-cu il tarixdə X106 Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə mənim qanunsuz miqrant kimi deportasiyam haqqında məlumat vermişdir. Mən Pakistanda və Əfqanıstanda hər hansı digər qanunsuz əməlləri olmadığımdan başqa məlumatlar Pakistanın DİN-dən Azərbaycanın səlahiyyətli orqanlarına daxil olmamışdır. Buna baxmayaraq, terrorizmə qarşı mübarizəni imitasiya etmək və bu istiqamətdəki fəaliyyətlərini suni surətdə şişirtmək məqsədi ilə 18 sentyabr 2019-cu ildə heç bir əsas olmadan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti mənə qarşı Azərbaycan Respublikası CM-nin 12.1,279.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlamaq haqqında qərar qəbul etmiş, məni həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edərək, axtarışımı elan etdilər. Halbuki, iş materiallarında Dövlət Təhlükəsizlik Xidmətinə məlum olan, mənim başqa bir cinayət işimdə təqsirləndiyimi, 2003-cu ildən barəmdə həbsli axtarış olduğuma dair sənədlər olduğundan, mənim barəmdə yeni həbsli axtarış qərarına qanuni ehtiyac yox idi. Üstəlik, 2019-cu ilin avqustunda Pakistanın DİN-dən mənim qanunsuz miqrant kimi deportasiyası haqqında bildirişi olduğundan sonra. Həmçinin, heç bir əsas yox idi ki, məni Pakistanda qanunsuz əməllərimə görə cinayət məsuliyyətinə cəlb etsinlər, çünki, mənim qanunsuz əməllərim barədə hər-hansı bir məlumat olmamışdır. 3 oktyabr 2019-cu il tarixdə mən ağır xəstə vəziyyətində, 8 saat ərzində yuxusuz, istirahətsiz Dövlət Təhlükəsizliyi Xidmətində dindirilmiş, qanunsuz fiziki və psixi zorakılıqlara məruz qalaraq öz-özümü günahlandırmağa məcbur edilmişdim. Beləliklə, DTX-nin əməkdaşları Pakistanın xüsusi xidmət orqanlarının bır neçə ilə əldə edə bilmədikləri məlumatları bir neçə saata əldə etmişlər. İşgəncə və başqa zorakılıqlardan yaxa qurtarmaq üçün mən dindirmə zamanı DTX-nin əməkdaşları tərəfindən məni Pakistan və Əfqanıstanda yaşamağım haqqında verdiyim ifadələrimə onların uydurma əlavələri ilə birləşdirilmiş qondarma ittihamlarını təsdiq etmək məcburiyyətində qalmışdım. Mən, heç bir terror təşkilatlarının üzvü olmamış, heç bir terror aktlarında və təlimlərdə iştirak etməmişdim. Beləliklə, mənə uydurma ittiham elan olunmuşdur ki, guya mən, 2003-cu ildən 2014-cu ilin sentyabr ayınadək "X138 dini təxəllüslə “Əl-Qaidə” terror təşkilatına daxil olan “Dağıstan” adlı qanunsuz hərbi birləşmələrdə Pakistan İslam Respublikasının Şimalı Vəzirstan ərazisində odlu silah-sursat və partlayıcı maddələrdən istifadə etməklə terror törədilməsi təlimlərində iştirak etmişəm, 2014-cu ilin sentyabr axından 2017-ci ilin sonunnadək belə təlimləri özüm keçirmiş və Şimalı Vəzirstan və Əfqanıstanın ona bitişik ərazilərində insanların sağlamlığına ziyan vuran, insanların ölümünə, bina və qurğuların dağıdılmasına və digər ağır nəticələrə səbəb olan terror aktlarında iştirak etmişəm. Qanunun tələblərini pozaraq terror aktlarının konkret tarixləri, onların törədilmə yerləri, cinayətdə iştirakçılar və digər məcburi tövsif edici əlamətlər barədə mənim ittihamımda göstərilməmiş, ancaq CM-nin maddələrinin dispozisyasıda gösntərilənlər sərhədsiz sadalanmışdır. Məhkəməyə qədər icraatda mənim müdafiəm 2003-cu ildən 2017-ci də kimi Pakistan və Əfqanıstan ərazisində törədilən terror aktları barədə rəsmi siyahını təqdim edərək mənim həmin terror aktlarından hansıda iştirak etməsini göstərmələri barədə vəsatət vermişdir. Lakin, həmin vəsatət cavabsız saxlanılmışdır. Pakistandan gətiriləndən sonra mənə 3 oktyabr 2019-cu il tarixdə saat 10.40-da ittiham elan olunmuş, Azərbaycan Respublikası CPM-nin 233-cü maddəsinin tələblərini pozaraq təqsirləndirilən şəxs qismində dindirməsi saat 11.15-də başlamış saat 19.30-dək davam etmiş, halbuki, protokola əsasən saat 12.55-də bitmişdir. Bu da özözümü günahlandırmaq üçün mənə qanunsuz fiziki və psixi təzyiq faktlarının olması barədə göstərdiklərimi subut edir. Mənim ittihamımda Qusar şəhərində “Aygun” zərgərlik mağazasına edilən quldurluq epizodunda da analoji vəziyyətdir. Mənim həmin epizod üzrə təqsirləndirilməyim barədə qərarda əlbir olan bütün banda üzvlərinin əməlləri, odlu silah əldə etmələri, quldur hücumları, satıcı Asif Şərifovu öldürmələri əhatəli təsvir edilmiş, lakin mənim iştirakımın nədən ibarət olması göstərilməmişdir. N.Q. Əhmədovun, V.B. Balabəyovun və s. şəxslər barəsində xx.xx.2003-cü il tarixli hökmdə göstərilmişdir ki, “Aygün” zərgərlik dükanına basqın Şahid2 məsləhəti ilə həyata keçirilmişdir (hökmün 4-cü səhifəsi). Lakin, mənim barəmdə çıxarılmış 01,09.2020-ci il tarixli hökmdə bildirilir ki, “Aygün” zərgərlik dükanına basqın guya mənim məsləhətimə əsasən həyata keçirilmişdir (hökmün 2-ci səhifəsi). Belə çıxır ki, bu iki hökm bir-biri ilə ziddiyyət təşkil edir. Bu cür ittham mənim müdafiə hüququmu pozur, hansı ki, uydurma, fərziyyələr, mücərrəd ehtimallardan müdafiə mümkünsüzdür. 20 oktyabr 2017-ci ildə mən Pakistanda saxlanılmış və həbsdə olmuşam, lakin məhkəmə məlum olmayan səbəblərdən bu müddəti nəzərə almır. İş üzrə zərərçəkmişlər yoxdur. Zərərçəkmişlər olmadan cinayət mümkün olarmı? İş materiallarında xarici dildə tərtib edilmiş sənədlər vardır ki, mən həmin dilləri bilmədiyimdən qanuna uyğun mən tərcüməçi ilə təmin edilməmişəm. Pakistan və Əfqanıstan ərazisində fəaliyyət göstərən “Dağıstan” hərbi birləşmələri haqqında sənədləri iş materiallarına əlavə edilməyilib. Rəsmi məlumatlara görə Pakistan və Əfqanıstan ərazisində belə adda hərbi birləşmə olmamış və fəaliyyəti göstərilməmişdir. Azərbaycan dilinə tərcümədə “Abu İbrahim” “İbrahimin atası” deməkdir. Mənim İbrahim adlı oğlum vardır, bu da onu göstərir ki, ittihamda dini təxəllüs haqqında yazılanlar uydurmadır və ayrı-seçkilikdir. Müayinə zamanı mənim odlu silahdan, partlayıcı maddə və qurğulardan istifadə etməyimə dair izlər bədənimdə və paltarımda aşkar edilməmişdir. Belə izlərin yoxa çıxması mümkünsüzdür və bu mənim heç vaxt odlu silahdan, patlayicı maddə və qurğulardan istifadə etmədiyimi göstərir. Pakistanın DİN-dən mənim Pakistan və Əfqanıstan ərazisində qanunsuz fəaliyyətlə məşğul olmadığım barədə işdə olan materiallar oğurlanmışdır. 19 sentyabr 2019-cu il tarixli 7/4192 №-li məktubla əsasən, 26 vərəqdən ibarət materiallar işdə var idi, lakin sonradan materialların 20 vərəqi işdən yoxa çıxmışdır. Mənə guya odlu silahın və partlayıcı maddələrin tətbiqi ilə Pakistanda və Əfqanıstanda terror aktlarını törətməyimlə bağlı yanlışlıqla Azərbaycan Respublikasının CM-nin 214-cü maddəsi ilə ittiham irəli sürülmüşdür, lakin Azərbaycan Respublikasının CM-in 228-ci maddəsi ilə nəzərdə tutulan ittiham irəli sürülməmişdir, belə ki, bütün bunların yalan olduğunu özləri də bilirlər. CM-nin 279.1 maddəsi ilə mənə beş il, CM 279.2 maddəsi ilə isə altı ay müddətində azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. 279.3 maddəsi ilə cəza təyin edilməmişdir. Bütün bunlar təsdiq edir ki, məhkəmə işə lazımi qaydada baxmamış və öz istəyi ilə qanunla manipulyasiya etmişdir. Hökmdə mənə CM-nin 181.3.1, 181.3.2, 181.3-cü maddələri ilə və 214.2.1, 214.2.2, 214.2.3, 214.2.6 maddələri ilə neçə il cəza kəsildiyi göstərilməmişdir. Bu hal da məhkəmənin peşəkarlıq səviyyəsindən və ədalət mühakiməsinə münasibətində xəbər verir. Hökmdə məhkəmə qohumlarımın ifadələrini sadalamışdır ki, onlar ittihamın təsdiqi ilə bağlı heç nə bildirməmişlər. Lakin, müdafiə tərəfinin vəsatəti ilə heç kim dindirilməmişdir. Hökmdən Müdafiəçi apellyasiya şikayəti verərək Azərbaycan Respublikası CPM-nin 381, 383, 391 maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası CPM-nin 303.3 maddəsinin tələblərinin pozulması ilə əlaqədar, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin birinci instansiyaya məhkəməsinin hazırlıq iclası mərhələsinə göndərilməsini xahiş etmişdir. Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunu eynilik təşkil etmişdir. Əlavə olaraq müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmişdir ki, işin qanuni həlli üçün aşağıdakı kobud qanun pozuntularının aradan qaldırılması zəruridir: 1. Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs konkret cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən cinayətin (terror akt) törədildiyi yeri, vaxtı, törədilmə üsulu, nəticəsi, onun iştirakçılığı, iştirakçılar barədə məlumatlar və sair tövsifedici əlamətlər göstərilməlidir. Bunları etmək mümkün olmadıqda cinayət işi Təqsirləndirilən şəxs barəsində xitam olunmalıdır. 2.Azərbaycan Respublikası CPM-nin 158.2.4 maddəsinə əsasən təqsirləndirilən şəxsin həbs müddəti onun Azərbaycandan kənarda saxlanılması və Azərbaycan Respublikasında cinayət prossesini həyata keşirən orqana təhvil verilmə anından hesablanır. 3.Təqsirləndirilən şəxs 20 oktyabr 2017-ci ildə Pakistanda saxlanılmış, Azərbaycan Respublikasında cinayət prossesini həyata keşirən orqana 2 oktyabr 2019-cu ildə təhvil verilmiş, 23 ay təhvil verilənədək və təhvil veriləndən sonra 7 ay, cəmi 30 ay həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 159-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin həbs müddəti bütün hallarda 19 aydan artıq ola bilməz, Təqsirləndirilən şəxs isə 11 aydan artiq qanunsuz həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən onun qanunsuz həbsdə saxlanılmasına hüquqi qiymət verilməsi xahiş edilmişdir. İş materiallarına əgər vardırsa zərərçəkmiş şəxslərə aid materiallar əlavə edilsin. Zərərçəkmişlər olmadan cinayət olmur. İş materiallarında xarici dillərdə tərtib edilmiş sənədlər vardır ki, Təqsirləndirilən şəxs həmin dilləri bilmədiyindən qanuna uyğun onu tərcüməçi ilə təmin etməmişlər. Pakistan və Əfqanıstan ərazisində fəaliyyət göstərən “Dağıstan” hərbi birləşmələri haqqında sənədləri iş materiallarına əlavə etmək. Rəsmi məlumatlara görə Pakistan və Əfqanıstan ərazisində belə adda hərbi birləşmə olmamış və fəaliyyət göstərməmişdir. Azərbaycan dilinə tərcümədə “Abu İbrahim” “İbrahimin atası” deməkdir. Təqsirləndirilən şəxs İbrahim adlı oğlu vardır, bu da ittihamda dini təxəllüs haqqda yazılanılar qeyri-ciddidir, uydurmadır və əlavə istintaq zamanı bir daha yoxlanılmalıdır. Cinayət işinin ittiham aktında sərhədləri saxta sənədlərlə dəfələrlə qanunsuz keçmə barədə göstərilsə də buna hüquqi qiymət verilmədiyindən müdafiəni suni çətinləşdirir. Təqsirləndirilən şəxs müayinəsi zamanı odlu silahdan, partlayıcı maddə və qurğulardan istifadə etməsinə dair izlər onun bədənində və paltarında aşkar edilməmişdir. Belə izlərin yoxa çıxması mümkünsüzdür və bu B. Güləliyevin heç vaxt odlu silahdan, patlayicı maddə və qurğulardan istifadə etmədiyini göstərir. Pakistanın DİN-dən Təqsirləndirilən şəxs Pakistan və Əfqanıstan ərazisində qanunsuz fəaliyyətlə məşğul olmaması barədə daxil olan materiallar işə əlavə edilsin. Daha sonra müdafiəçi apellyasiya şikayətinə əlavə təqdim edərək B.T,Güləliyevin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün ləğv edilməsini cinayət işi üzrə icraatın xitam olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə şikayətin dəlilləri ilə eyni məzmun təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Təqsirləndirilən şəxs bütün vəsatətləri hər-hansı əsaslandırma olmadan qanunsuz səkildə rədd edilmiş, B. Güləliyevə bəraət verən sənədlər iş materiallarına əlavə edilməmiş, gizlədilmiş, yol verilmiş falsifıkasiyalar barədə şikayətlərin yoxlanılması yeni falsifikasiyalarla icra edilmişdir. İstintaq zamanı və məhkəmədə müdafiə tərəfinin heç bir şahidi dindirilməmiş, cinayət işində olan heç bir sənəd məhkəmədə tədqiq edilməmişdir. Məhkəmə öz hökmündə elan etmədiyi və tədqiq etmədiyi sənədlərə qeyriqanuni olaraq istinad etmişdi. B.T. Güləliyev barəsində məhkəməyədək icraat və birinci instansiya məhkəməsində baxılması əslində həyata keçirilməyib, təqlid edilib və yalnız işgəncə altında ondan bilərəkdən mötəbər olmayan qeyri-qanuni ifadələrin alınması ilə məhdudlaşıb. Özünü ittiham etməyə məcbur etmək məqsədi ilə Təqsirləndirilən şəxs qarşı işgəncələr məhkum olunduqdan sonra və cəzasını çəkdiyi zamanda da davam edirdi. B.T. Güləliyev 40 gün fasiləsiz şəkildə cərimə təcridxanasında saxlanılmışdır, baxmayaraq ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 107.1.3 maddəsinə əsasən məhkum cərimə təcridxanasında 15 günədək müddətdə saxlanıla bilər. B.T. Güləliyevin qanunsuz olaraq cərimə təcridxanasında saxlanılma səbəblərinin məzmunu göstərir ki, bu səbəblər aşkar şəkildə uydurulmuşdur, Cəzaların İcrası Məcəlləsinin 108 maddəsi ilə nəzərdə tutulan cəza icrası qaydalarının kobud pozulması hallarına aid deyillər. B.T. Güləliyevin söylədiklərinə əsasən, 15 saylı cəzaçəkmə müəssisəsinə daxil olduğu andan etibarən ondan bütün ittihamları etiraf etməsi və əməkdaşlıq etməsi istənilib, əks halda övladları və həyat yoldaşının saxlanılacağı, ləyaqətsiz rəftar ediləcəyi, o isə həbsxanaya göndəriləcəyi bildirilmişdir. Onun saxlandığı yerdə hər yoxlama böyrək, mədə və boyun nahiyəsinə bir neçə zərbə endirməklə başlayırdı. Onun ziyarəti, o cümlədən vəkillə, telefon danışıqları, yemək almaq, bağlama almaq, gəzmək qadağan edilib, yemək və içməli su ilə təmin edilməsi azaldılmışdı. Dəfələrlə deyilirdi ki, onun həyat yoldaşı və uşaqları artıq çağırılıb və əməliyyatçılar tərəfindən dindirilir. B.T. Güləliyevin söylədiklərinə əsasən, 15 saylı cəzaçəkmə müəssisəsində olduğu müddət ərzində o cəzanın icrası qaydalarına tam olaraq riayət etmiş, hər-hansı pozuntulara yol verməmiş, administrasiyanın əməkdaşları ilə mübahisə etməmiş, ondan izahat alınmamışdı, lakin məhdudiyyətlərin qanuni olması görüntüsü yaratmaq üçün onu cərimə təcridxanasma və kamera tipli otağa salmışdılar. 6 aprel 2021-ci il tarixində Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisənin rəisi məhkum Təqsirləndirilən şəxs tərəfindən cəzanın icrası qaydalarının kobud şəkildə pozulmasına görə onun üç il müddətinə həbsxanaya keçirilməsinə dair təqdimatla Bakı şəhər Nizami rayon məhkəməsinə müraciət etmişdir. Təqdimatın məzmunu və orada göstərilən “hadisələrin” xronologiyası ifadələrin qəsdən yalan olduğunu, işgəncənin törədildiyini və onların həbsxanada davam etdirilmək niyyətindən xəbər verir. Bakı şəhər Nizami rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə 15 saylı cəzaçəkmə müəssisənin rəisinin təqdimatı qismən təmin edilmiş və Təqsirləndirilən şəxs iki il müddətinə həbsxanaya keçirilməsi barədə qərar qəbul edilmişdir. Lakin B.T. Güləliyevin təkrar ona qarşı işgəncə tətbiq edildiyinə dair ərizələrinin yoxlamaları aparılmayırdı və nəzərə alınmayırdı. Bununla bağlı müdafiə tərəfi BMT-nin İşgəncələrə Qarşı Komitəsinə müraciət edib və o, B.T. Güləliyevin işgəncələr haqqında ərizəsini baxılmaq üçün qəbul edib. Beləliklə Təqsirləndirilən şəxs uydurma ittiham elan olunmuşdur ki, guya o, 2003-cu ildən 2014-cu ilin sentyabr ayınadək “X138” dini təxəllüslə “Əl-Qaidə” terror təşkilatına daxil olan “Dağıstan” adlı qanunsuz hərbi birləşmələrdə Pakistan İslam Respublikasının Şimali Vəzirstan ərazisində odlu silah-sursat və patlayıcı maddələrdən istifadə etməklə terror törədilməsi təlimlərində iştirak etmis, 2014-cu ilin sentyabr ayından 2017-ci ilin sonunadək belə təlimləri özu keçirmiş və Şimali Vəzirstan və Əfqanıstanın ona bitişik ərazilərində insanların sağlamlığına ziyan vuran, insanların ölümünə , bina və qurğuların dağıdılmasına və digər ağır nəticələrə səbəb olan terror aktlarında iştirak etmişdir. Qanunun tələblərini pozaraq terror aktlarının konkret tarixləri, onların törədilmə yerləri, cinayətdə iştirakçılar və digər məcburi tövsif edici əlamətlər barədə Təqsirləndirilən şəxs ittihamında göstərilməmiş, ancaq CM-nin maddələrinin dispozisyasında göstərilənlər sərhədsiz sadalanmışdır. Məhkəməyə qədər icraatda müdafiə tərəfi 2003-cu ildən 2017-ci ilə kimi Pakistan və Əfqanıstan ərazisində törədilən terror aktları barədə rəsmi siyahım təqdim edərək Təqsirləndirilən şəxs həmin terror aktlarından hansıda iştirak etməsini göstərmələri barədə vəsatət vermişdir. Lakin, həmin vəsatət cavabsız saxlanılmışdır. Halbuki, rəsmi məlumatlara əsasən, 2003-2017-ci illər arasında Əfqanıstan və Pakistanda ərazisində ümumilikdə 135 terror aktı törədilib, o cümlədən 128-i “Taliban”, 4-ü İŞİD və 3-ü “Camaat ul-Əhrar” tərəfindən törədilib. Bu müddət ərzində “Əl-Qaidə” tərəfindən Pakistan və Əfqanıstanda bir dənə də olsun terror aktı törədilməyib. BMT və digər qurumların rəsmi məlumatlarına görə, “Əl-Qaidə”, İŞİD, “Taliban” və “Camaat-ül Əhrar” öz aralarında vuruşublar və müstəqil terror təşkilatlarıdır. Qeyd olunanlarla əsasən B.T. Güləliyevin “Əl- Qaidənin” terrorçuluq fəaliyyətlətində iştirakına görə ittihamı və məhkumluğu faktlara, reallığa ziddir və işgəncə və fantaziya ilə uydurulmuşdur. B.T. Güləliyevin işgəncə altında verdiyi qondarma “etiraf’ ifadəsinin təhlili göstərir ki, onlar uydurmadı, əldə etdikləri məlumatlardan və fantaziyalardan istifadə edərək DTX əməkdaşlarının diktəsi ilə tərtib edilib. Təqsirləndirilən şəxs ittihamında Qusar şəhərində 2002-ci ildə “Aygun” zərgərlik mağazasına edilən quldurluq epizodunda da analoji vəziyyətdir. Təqsirləndirilən şəxs həmin epizod üzrə təqsirləndirilməsi qərarında əlbir olan bütun banda üzvlərinin əməlləri, odlu silah əldə etmələri, quldur hücumları, satıcı Asif Şərifovu öldürmələri əhatəli təsvir edilmiş, lakin Təqsirləndirilən şəxs iştirakının nədən ibarət olması göstərilməmişdir Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-112/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə (X107 oğlunun sədrliyi ilə, X18 və X6 ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Təqsirləndirilən şəxs münasibətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilməsini və məsuliyyəti yüngülləşdirən hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-9/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya nin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5,181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3- cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2021-ci il tarixli qərarının ləğv olunması və cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır. Adıçəkilən qərarda qeyd edilmişdir ki, ilkin olaraq məhkəmə kollegiyası məhkumun işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması barədə dəlilləri iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, çoxsaylı müraciətlərə baxmayaraq Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə araşdırmaları (həm birinci instansiya, həm də apellyasiya məhkəməsində) məhkumun qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılmaması ilə aparılmışdır. ... Kassasiya araşdırması zamanı müəyyən olundu ki, müdafiə tərəfi işgəncə faktının araşdırlması və iddia etdikləri halların müəyyən edilməsi üçün çoxsaylı vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini və bu məqsədlə məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsini müvafiq vəsatətində apellyasiya məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2020-ci il tarixli ilkin baxışı iclasının qərarından görünür ki, şikayətdə qeyd edilən pozuntulara dair dəlillərə heç bir münasibət bildirilməmiş və məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən 13 noyabr 2020-ci ilə təyin edilmiş və yekun qərarında Təqsirləndirilən şəxs işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlərə qalmasına dair dəlillər qeyd edilsə də, həmin dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qismən məhkəmə istintaqı aparılmaqla zəruri istintaq hərəkətləri aparıldı və hesab edirəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarındakı göstərişlər yerinə yetirildi. Belə ki, həmin qərarda Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə işgəncəyə məruz qalıb-qalmamasının araşdırılması məsələsi ortaya çıxmışdı və hazırki məhkəmə istintaqı ilə bu məsələyə aydınlıq gətirilməsi üçün sorğular verildi, sənədlər tələb olundu və hesab edirəm ki, Təqsirləndirilən şəxs ifadəsində işgəncələrə məruz qalmasını bildirməsi aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmadı, verilmiş sorğulara alınmış cavablardan da göründüyü kimi, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir işgəncə xarakterli xəsarətlər aşkar edilməmişdir, hətta Bakı İstintaq Təcridxanasından sorğu əsasında alınmış tibb kitabçasından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş və bədənində heç bir xəsarət aşkar edilməmişdir, eyni zamanda Təqsirləndirilən şəxs da bununla bağlı heç bir şikayət və xəsarətinin olmamasını bildirməsi barədə qeydlər var idi. Müdafiə tərəfi yalnız onun Dövlət Təhlükəsizliyi Xidmətinin Tərcridxanasında saxlanan vaxt 4 dəfə istintaqa aparılması və bunlardan yalnız birində istintaq hərəkətinin aparılmasına istinad edir ki, hesab edirəm ki, bu hal onun məhz işgəncəyə məruz qalması ilə bağlı ola bilməzdi, ola bilsin ki, hər hansı istintaq hərəkətinin aparılmasına şərait olmur və ya lüzum olmadığından şəxs geri qaytarılır. Ona görə də, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 1(101)-734/2020 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayəti üzrə apellyasiya baxışı zamanı işdə iştirak edən dövlət ittihamçılarından heç biri sübut təqdim etməmişdir və ittiham tərəfinin sübutlarının tədqiqi üçün vəsatət qaldırmamışdır. 31 avqust 2022-ci il tarixindən 12 avqust 2024-cü il tarixədək apellyasiya baxışı zamanı ittiham tərəfinin sübutlarının mövcud olmadığına görə tədqiq edilməmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə ittiham aktında və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Güləliyevin təqsirinə dair bir dənə də olsun yolverilən sübutu yoxdur. Təqsirləndirilən şəxs təqsirinin sübutu kimi ittiham aktında və hökmdə onun qohumlarının və tanışlarının iş üzrə sübut predmetinə heç bir aidiyyəti olmayan ifadələri göstərilir. İttihamın əsasını Təqsirləndirilən şəxs işgəncələr altında, qeyriqanuni psixi və fiziki zorakılıq nəticəsində alındığı yanlış, həqiqətə uyğun olmayan ifadələri götürülüb. İşdə Təqsirləndirilən şəxs təqsirinə dair başqa sübutlar yoxdur. Təqsirləndirilən şəxs işgəncələrə son qoymaq üçün uydurulmuş faktlar göstərmiş və istintaq onları heç bir yoxlama aparmadan ittihamın əsası kimi göstərmişdir. Məhkəmə icraat zamanı, mövcud sübutlara əsasən müəyyən olunub ki, dini etiqada söykənən təzyiq və ayrı-seçkiliyə görə 2003-cü ildə Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə saxta pasportla Azərbaycandan Pakistan İslam Respublikasına getmiş, Şimali Vəzirstanm müxtəlif yaşayış məntəqələrində yaşamış, orada əkinçilik və kiçik ticarətlə məşğul olmuşdur. 2014-cu ili noyabrında X27 vilayətinə köçür və orada kənd təsərrüfatı işləri və kiçik ticarətlə məşğul olur, 2017-ci ildə Balucistan vilayətinə qayıdaraq Kyuveta şəhərində yaşamışdır. 22 oktyabr 2017-ci ildə rəsmi sənədlərinin olmaması səbəbindən Təqsirləndirilən şəxs Pakistan xüsusi xidmət orqanları tərəfindən tutularaq İslamabad şəhərindəki xüsusi həbsxanaya aparılmış və orada terror fəaliyyətində iştirakı barədə hərtərəfli yoxlamalara məruz qalmışdır. Təqsirləndirilən şəxs 22 oktyabr 2017-ci ildən 2019-cu ilin oktyabr aymadək Pakistanda həbsdə saxlanılmış, dəfələrlə dindirilmiş, ona qarşı digər hərəkətlər edilmiş, o, cümlədən bədənində odlu silah, partlayıcı maddələr və digər qurğulardan istifadə əlamətlərini müəyyən etmək üçün ekspertizalar aparılmış, lakin heç bir şey aşkar olunmamışdır. İki illik yoxlama nəticəsində Pakistanın hüquq-mühafizə orqanları Təqsirləndirilən şəxs qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmədiyini, Pakistan, Əfqanıstanda və digər ölkələrdə terror və başqa qanunsuz fəaliyyətlə məşğul olmadığını, Pakistan və Əfqanıstanda heç bir cinayət törətmədiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilmiş və 21 avqust 2019-cu il tarixdə X106 Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə onun qanunsuz miqrant kimi deportasiyası haqqında məlumat vermişdir. Təqsirləndirilən şəxs Pakistanda və Əfqanıstanda hər hansı digər qanunsuz əməlləri olmadığından başqa məlumatlar Pakistanın DİN-dən Azərbaycanın səlahiyyətli orqanlarma daxil olmamışdır. Buna baxmayaraq, terrorizmə qarşı mübarizəni imitasiya etmək və bu istiqamətdəki fəaliyyətlərini suni surətdə şişirtmək məqsədi ilə 18 sentyabr 2019-cu ildə heç bir əsas olmadan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 12.1,279.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlamaq haqqında qərar qəbul etmiş, onu həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edərək, axtarışını elan edilməklə Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilməsi barədə qərar almışlar. Bu qərarların qanunsuzluğu və uydurma olması açıqaşkardır və aşağıdakı faktlarla təsdiqlənir. İş materiallarında DTX-ya məlum olan, Təqsirləndirilən şəxs başqa bir cinayət işində təqsirləndiyini, 2003-cu ildən barəsində həbsli axtarış olduğu barədə sənədlər olduğundan, onun barəsində yeni həbsli axtarış qərarına qanuni ehtiyac yox idi. Xüsusilə, 2019-cu ilin avqust ayında Pakistanın DİN-dən Təqsirləndirilən şəxs qanunsuz miqrant kimi deportasiyası haqqında bildirişin alındığından sonra. Həmçinin, heç bir əsas yox idi ki, Təqsirləndirilən şəxs Pakistanda qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunsun, çünki, onun qanunsuz əməlləri barədə hər-hansı bir məlumat olmamışdır. 3 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ağır xəstə vəziyyətində olaraq, 8 saat ərzində yuxusuz və istirahətsiz DTX-də dindirilmiş, qanunsuz fiziki və psixi zorakılıqlara, ləyaqəti alçaldan rəftara məruz qalaraq öz-özünü günahlandırmaqa məcbur edilmişdir. Təqsirləndirilən şəxs iddialarına əsasən işgəncə və başqa zorakılıqlardan yaxa qurtarmaq üçün o dindirmə zamanı DTX-nin əməkdaşları tərəfindən onun Pakistan və Əfqanıstanda yaşaması haqqında verdiyi ifadələrinə onların uydurma iddiaları ilə birləşdirilmiş uydurma ittihamlarılarını təsdiq etmək məcburiyyətində qalmışdır, əvvəlcədən hazırlanmış uydurulmuş dindirmə protokollarını imzalamışdır. Təqsirləndirilən şəxs iddialarına görə, o heç bir terror təşkilatlarının üzvu olmamış, heç bir terror aktlarında və təlimlərdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs onun işgəncələrə məruz qalması haqqında dəlilləri aşağıdakı faktlarla təsdiqlənir. Axtarışda olan Təqsirləndirilən şəxs DTX-i tərəfindən yeni axtarış elan edilməsi, cinayət işin qaldırılmasıdan və cinayət məsuliyyətinə cəlb edilməsindən əvvəl ona müdafiəçinin təyin edilməsi ilə bağlı manipulyasiyalar müdafiə tərəfinin DTX-nın qeyri-qanuni onun cinayət təqibində maraqlı olduğu barədə iddialarını təsdiqləyir. Həbs olunan Təqsirləndirilən şəxs şəxsi işində onu 3 oktyabr 2019-cu il tarixində müstəntiq Vüqar Quliyevin yanına dindirmə çağırışı ilə bağlı heç bir sənəd yoxdur. Lakin, 03 oktyabr 2019-cu il tarixli protokola əsasən saat 10:40-da müstəntiq V. Quliyev Təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair 18 sentyabr 2019-cu il tarixli qərarı ilə tanış etmişdir, həmin gün Təqsirləndirilən şəxs saat 11:15-dən 19:30-dək müstəntiq tərəfindən dindirilmişdir. Lakin protokolun özündə qeyd olunur ki, dindirmə videoyazıya baxmaqla birlikdə, saat 15:30-da başa çatmışdır. Saat 15:30-dan 19:30-dək, yəni 4 saat ərzində Təqsirləndirilən şəxs harada olduğunu, bu müddət ərzində onun iştirakı ilə nə baş verməsini müstəntiq Vüqar Quliyev tərəfindən protokolda qeyd edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi işində 03 oktyabr 2019-cu il tarixində dindirməyə çağırışı ilə bağlı sənədlərin olmaması onun 2 oktyabr 2019-cu il saat 23:00-dan 3 oktyabr 2019-cu il saat 10:40-dək işgəncələrə, qeyri-qanuni psixi və fiziki zorakılığa məruz qalması, insan ləyaqətini alçaldan rəftar barədə verdiyi ifadələrini təsdiq edir. Bu qeyri-qanuni hərəkətlər 3 oktyabr 2019-cu il tarixdə saat 15:30-dan 19:30-dək davam etmiş, dindirmə protokolunun saxtalaşdırılması başa çatdıqdan sonra da davam etdirilmişdir. 3 oktyabr 2019-cu il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs dindirməsi və onun 10 sual və 10 cavablara dair 10 maşınla yazılmış vərəqdə nəticəsinin qeyd edilməsi (yazılması) 1 saat 40 dəqiqə (saat ll:15-dən 12:55-dək), lakin dindirmənin videoyazısına baxışı isə 2 saat 35 dəqiqə (12:55-dən 15:30-dək) çəkdi. Belə hal protokolun əvvəlcədən hazırlanması təqdirdə mümkündür. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs ifadəsini təsdiqləyir ki, 03 oktyabr 2019-cu il tarixində onun dindirmə protokolunun böyük hissəsi artıq hazır olmuşdur, hətta dindirmə başlamazdan əvvəl (çap olunmuşdur), məzmunu müstəntiq tərəfindən tərtib edilmişdir və işgəncələrin yenidən başlanması hədə-qorxu ilə, o yazılanları imzalamağa və video çəkilişdə yazılanları təkrar etməyə məcbur edilmişdir. 03 oktyabr 2019-cu il tarixində Təqsirləndirilən şəxs dindirmə zamanı müstəntiq və vəkil Əyyub Ələkbərovdan başqa kimin iştirak etməsi və ya orada olması, 03 oktyabr 2019-cu il tarixində Təqsirləndirilən şəxs dindirməsinin videoyazısını kimin tərəfindən çəkilməsi protokolda qeyd edilməmişdir. Təqsirləndirilən şəxs şəxsi işində sənədlər mövcuddur və onlara əsasən o DTX- nın müstəntiqi Elvin Əlizadə tərəfindən 05 oktyabr 2019-cu il tarixində (iki dəfə), 07 oktyabr 2019-cu ildə saat 15:25-dən 16.45-dək, 08 və 09 oktyabr 2019-cu ildə çağırılmışdır, lakin işdə onunla bağlı istintaq hərəkətlərinin müdafiəçinin iştirakı ilə icraatı zamanı hər hansı prosessual sənədlər yoxdur. Qeyd olunan faktlarda Təqsirləndirilən şəxs 2019-cu il oktyabrın 03-dən sonra da uydurulmuş ifadələrindən əl çəkməmək üçün qeyri-qanuni fiziki və psixi zorakılığa məruz qalması barədə ifadələrini təsdiq edir. Müdafiə tərəfi müəyyən edib ki, DTX-nın əməkdaşı X139 Güləliyevin işgəncələr verilməsində iştirak etmişdir və onun məhkəmədə dindirilməsi barədə vəsatət vermişdir, lakin o, səbəbsiz olaraq rədd edilmişdir. 19 sentyabr 2019-cu il tarixdə ********* saylı cinayət işinin istintaqı zamanı Vüqar Quliyev icraçı qismində olaraq DTX-nın 5-ci Baş İdarəsinə və Beynəlxalq Əməkdaşlıq İdarəsinə X140 Nazirliyidən alınmış 26 vərəqdə olan 7/4192 saylı material göndərmişdi, o cümlədən Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayında Pakistanda saxlanıldığını göstərən sənədlər, iki illik yoxlama və ekspert araşdırması nəticəsində Təqsirləndirilən şəxs terror və digər qanunsuz fəaliyyətlərdə iştirakı aşkar edilməmişdir, o qeyri-qanuni miqrant kimi deportasiya edilir və həmçinin Azərbaycan tərəfindən deportasiya prosesinin sürətləndirilməsi ilə bağlı bir neçə vəsatətlər. Lakin, ********* saylı cinayət işi Baş Prokurorluğa göndərilərkən həmin sənədlər qanunsuz olaraq işdən çıxarılaraq gizlədilmiş və onların əvəzinə 2019-cu ilin sentyabr ayının sonu və oktyabr ayı tarixli sənədlər işə əlavə edilmişdir, yəni xx.xx.2019-cu il tarixindən sonra, bununla da vəzifə saxtakarlığı törədilmişdi. Təqsirləndirilən şəxs ekstradisiya olunmazdan əvvəl DTX-nın əməkdaşlarının Pakistanda ona iki dəfə baş çəkməsi barədə sənədlər işdən qeyri-qanuni olaraq götürülmüşdür. Cinayət qanunvericiliyə əsasən, terror aktlarının mütləq əlaməti qurbanların mövcud olmasıdır. Cinayət-prosessual qanunvericiliyə görə, iş üzrə sübutetmə predmetinə zərərçəkmiş şəxslərin müəyyən edilməsi daxildir. İşdə sübut predmetinin məcburi təfərrüatları, o cümlədən zərərçəkmişlər haqqında məlumatların olmaması Təqsirləndirilən şəxs cinayət təqibinin nəticələrinin legitimliyini istisna edir. Qeyd edilən iddia etməyə əsas verir ki, Təqsirləndirilən şəxs qarşı cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DTXnın əməkdaşları tərəfindən törədilmiş qeyd edilən saxtalaşdırmalar və sui-istifadə halları istintaqın nəticələrinin legitimliyini istisna edən işgəncələrə, fiziki və psixi zorakılığa, qeyriinsani, qəddar və alçaldıcı rəftara əsaslanmışdır. BMT və digər beynəlxalq təşkilatların rəsmi məlumatlarına əsasən, 2014-cü ildən 2017-ci ilədək Pakistan və Əfqanıstanda “Taliban” təşkilatından intiharçı-terroristlər tərəfindən törədilmiş cəmi 4 (dörd) terror aktı qeydə alınıb. 2005-ci ildən “Al-Qaidə” Pakistan və Əfqanıstanda fəaliyyət göstərmirdi, çünki taliblər tərəfindən qovulmuşdu. Lakin, Təqsirləndirilən şəxs, guya ki, 2014-2017-ci illərdə Əfqanıstan və Pakistanda “Əl-Qaidənin” tərkibində terrorist fəaliyyətində iştirak etməyinə görə ittiham edilmişdir. Təqsirləndirilən şəxs iş materialları ilə təsdiq edilmiş ifadələrinə əsasən, 2019-cu ilin 03 və 07 oktyabr tarixlərində işgəncə yolu ilə əvvəlcədən hazırlanmış, məzmunu uydurma və həqiqətə zidd olan dindirmə protokollarını imzalamağa onu məcbur etmişdilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 2019-cu il 03 və 07 oktyabr tarixli protokollarda qeyd edilmiş hallar Azərbaycan Respublikası DTX-nın əməkdaşları tərəfindən müxtəlif vaxtlarda DTX-nın icraatında olmuş cinayət işlərindəki məlumatlar əsas kimi götürülüb saxtalaşdırmaqla uydurulmuşdur. Eyni zamanda, yol verilmiş sui-istifadələrlə bağlı Təqsirləndirilən şəxs iddialarnı təsdiqləyən kobud məntiqi və zaman əlaqəli səhvlərə yol verilmişdir. Belə ki, DTX-nın müstəntiqləri Təqsirləndirilən şəxs uydurulmuş ifadələrində, guya onunla müxtəlif vaxtlarda Azərbaycan, Pakistan və Əfqanıstanda cinayət əlaqələri olan 20 nəfərin məlumatlarını qeyd etmişdilər. Təqsirləndirilən şəxs terrorçuluq fəaliyyətində iştirakçı kimi qeyd edilən 20 nəfərdən onun işi üzrə məhkəməyədək icraatı zamanı yalnız 4 nəfər dindirilmişdir: a) hazırda cəza çəkən, “Abu Hamza” ləqəbli X32; b) Azərbaycan Respublikası CM-nin 12.1,279.1 maddəsi ilə məhkum olunmuş “İsa Azəri” ləqəbli X135; c) Azərbaycan Respublikası CM-nin 214.2.3 və 218.2-ci maddələri ilə cəza çəkən X91 (ləqəbi göstərilməyib) və ç) Azərbaycan Respublikası CM-nin 12.1,279.1 maddəsi ilə məhkum olunmuş “Səlahəddin” ləqəbli Şahid7. Firdovsi Yusifov, Vüqar İsayev və Taleh Soltanov ifadələrində Təqsirləndirilən şəxs tanımadıqlarını, onunla heç vaxt görüşmədiklərini və qanunsuz fəaliyyəti barədə məlumatlarının olmadığını göstərmişdilər. c. 2 i.v. 168-174; 184-190; 192-199. Dindirilən Şahid7 göstərmişdir ki, o, Pakistanda olarkən Təqsirləndirilən şəxs bir neçə dəfə Miranşah kəndinin bazarında görmüş, lakin onunla heç vaxt əlaqə saxlamamışdır və onun işlərindən məlumatı olmamışdır. c. 2i.v. 176-182. Sadalanan şəxslərin heç biri birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs işi üzrə dindirilməmişdir. Bu arada müdafiə tərəfi müəyyən edib ki, Azərbaycan Respublikası DTX-nm müstəntiqləri Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs iştirakçıları kimi uydurulmuş ifadələrdə, əməliyyat tapşırıqlarda və onlara verilən cavablarda müəyyən edilmiş digər şəxsləri dindirmişdilər, lakin onların dindirmə protokolları istintaqın uydurmalarını və saxtakarlıqlarını təsdiq etmədikləri üçün qeyri-qanuni olaraq işdən çıxarılmışdır. Apellyasiya baxışı zamanı müdafiə tərəfi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs uydurulmuş ifadələrində, habelə müstəntiqin bilə-bilə yalan əməliyyat tapşırıqlarında və onlara verdiyi cavablarda onun iştirakçıları qismində adı çəkilən şəxslərin böyük əksəriyyəti hazırda məhkum olunublar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müxtəlif penitensiar müəssisələrində cəza çəkirlər, bəziləri isə cəzasını çəkdikdən sonra qeydiyyatda olduqları yerdə yaşayırlar. Hökmlərə əsasən, göstərilən şəxslər 2003-2017-ci illərdə Əfqanıstan və Pakistanda müxtəlif terrorçu təşkilatlarının üzvləri olublar, orada təlim keçiblər, terror aktlarında iştirak ediblər. Təqsirləndirilən şəxs uydurma ifadələrinə və saxta əməliyyat tapşırıqlarına və onlara verilən cavablara əsasən, Təqsirləndirilən şəxs eyni zamanda Əfqanıstanda və Pakistanda eyni yerlərdə olub, eyni terrorçu təşkilatlarının üzvü olub, həmin təşkilatlarda təlim keçib və onların fəaliyyətində iştirak etmişdir. Deməli, bu şəxslərin hamısı şərti olaraq Təqsirləndirilən şəxs iştirakçısı sayılır, onu yaxşı tanımalı, Əfqanıstan və Pakistandakı fəaliyyətindən tam xəbərdar olmalıdırlar. Xüsusən, Şahid7 2006-2012-ci illərdə iştirakçı qismində DTX-a tərəfindən araşdırılmış və Mahmud Ağalarovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində 4 sentyabr 2015-ci il tarixində baxılmış cinayət işinin materiallarına əsasən, Pakistanda “Tayfatul Mansura” cinayətkar birliyində iştirakçıları kimi X60, X92, X61, X93, X41 və X62 qeyd edilmişdilər. Beləliklə, istintaqın məntiqinə və uydurma materiallara əsasən belə çıxır ki, sadalanan şəxslərin hamısı Təqsirləndirilən şəxs iştirakçılarıdılar və onun terrorçuluq fəaliyyətindən xəbərdar olmalıdırlar, çünki eyni vaxtda və eyni yerdə Təqsirləndirilən şəxs və Şahid7 ilə birlikdə eyni cinayətkar təşkilatın üzvləri olmuş, eyni komandir-əmirlərin eyni cinayət xarakterli göstərişlərini yerinə yetirmişdilər. Həmçinin, 2011-2013-cü illərdə Firdovsi Yusifov və Taleh Soltanovun iştirakçı qismində DTX-a tərəfindən araşdırılmış və Rasim Sadıqovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aprel 2015-ci il tarixində baxılmış cinayət işinin materiallarına əsasən, Pakistanda “Tayfatul Mansura” cinayətkar birliyində iştirakçıları kimi X33, X94, X52, X63, X7, X42, X34, X115, X95, X64, X19, X116, X65, X96, X117, X43, X66, X97, X44, X1, X98 və X53 qeyd olunmuşlar. Beləliklə, istintaqın məntiqinə və uydurulmuş materiallara əsasən belə çıxır ki, sadalanan şəxslərin hamısı Təqsirləndirilən şəxs iştirakçılarıdılar və onun terrorçu fəaliyyətindən xəbərdar olmalıdırlar, çünki eyni vaxtda və eyni yerdə onunla birlikdə Firdovsi Yusifov və Taleh Soltanov eyni cinayətkar təşkilatın üzvləri olmuş, eyni komandir-əmirlərin eyni cinayət xarakterli göstərişlərini yerinə yetirmişdilər. Bundan başqa, DTX tərəfindən araşdırılmış və Azər Orucovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində 17 iyun 2010-cu il tarixində baxılmış cinayət işlərinin materiallarına əsasən, “Həsən” ləqəbli X118 və X2 (“Abu Omar”) iştirakçıları kimi X67, X68, X99, X69, X100, X101, X45, X70, X54, Mustafayev Rəşid, Şıxəliyev Emil, Quliyev Firdovsi, Ömərov Vasif, Fərəcov Elməddin, Cəfərov Faiq, Alazov İbadət, Axundov Teymur, İlyasov Kamran, Xəlilov Amil, Qaziyev Elnur, Əliyev Ceyhun, Əkbərov Zeynal, Abdullayev Mahir, Kərimov Mehdi, Cami Emin, Məmmədov Əlikərəm, Nəbiyev Rəşəd, İsayev Vüsal, Fərzəliyev Ramil, Məmmədov Namiq, Canaqayev Elçin, Abdullayev Vüqar, İbrahimov Arif, Mövsümov Raşad və Mustafayev Etibar qeyd olunurlar. Beləliklə, istintaqın məntiqinə və uydurulmuş materiallara əsasən belə çıxır ki, sadalanan şəxslərin hamısı Təqsirləndirilən şəxs iştirakçılarıdılar və onun terrorçuluq fəaliyyətindən xəbərdar olmalıdırlar, çünki eyni vaxtda və eyni yerdə onunla birlikdə Saleh Adilov və digərləri ilə eyni cinayətkar təşkilatın üzvləri olmuş, eyni komandir-əmirlərin eyni cinayət xarakterli göstərişlərini yerinə yetirmişdilər. Yuxarda qeyd olunan hökmlərə əsasən, 2011- 2013-cü illərdə uzun müddət “Tayfatul Mansura”nin əmiri Firdovsi Yusifov olmuşdur. Lakin məhkəməyədək icraat və məhkəmə araşdırmaları zamanı dindirilən Firdovsi Yusifov, eləcə də sayı onlarla olan məhkumlardan heç biri Təqsirləndirilən şəxs terrorçuluq fəaliyyətində iştirakı barədə heç bir məlumat verməyib, onu tanımadıqlarını və onunla heç bir əlaqələrinin olmadığını bildirimişlər. Sadalanan şəxslərin hamısı hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müxtəlif cəzaçəkmə müəssisələrində cəza çəkirlər və Təqsirləndirilən şəxs işi üzrə dindirilməlidirlər. Lakin, apellyasiya məhkəməsi müdafiə tərəfinin bu barədə vəsatətini əsassız olaraq rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə CPM- nin 392.3-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin dəlillərinin tədqiq edilməsi və Neman Əhmədovun, Şahid2, Şahid1, Elzeka Məmmədovun və başqalarının müdafiə tərəfin şahid qismində dindirilməsi, onların Təqsirləndirilən şəxslə üzləşdirmənin aparılması, N. Əhmədovun, V. Balabəyovun və başqalarının işi üzrə məhkəmə iclaslarının protokollarını işə əlavə edilməsi barədə müdafiə tərəfinin 1 avqust 2022-ci il tarixli 1811 nömrəli vəsatəti təmin edilmişdir. c. 5 i.v. 99-101. Məhkəmə iclaslarının 2 noyabr 2022-ci il və 23 noyabr 2022-ci il tarixli protokollarına əsasən, məhkəmənin 12 oktyabr 2022-ci il tarixli qərarı qismən icra olunub və bu günə qədər qüvvədə qalır, ləğv edilməmiş və ya yenidən baxılmamışdır. Lakin bu günə kimi apellyasiya məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı tam icra olunmayıb ki, bu da müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Müdafiə tərəfinin 1811 saylı vəsatəti və ona dair Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 12 oktyabr tarixli qərarı cinayət təqibi üzrə sübutların axtarışı, toplanması, əlavə edilməsi və tədqiqi məsələlərinə toxunmamışdılar (çünki müdafiə tərəfi cinayət təqibində iştirak etmir) və buna görə də preyudisial qaydada yenidən baxıla bilməzlər (CPM-nin 65-ci maddəsi). Apellyasiya baxışı zamanı CPM-nin 392.3-cü maddəsinin tələbləri pozulmaqla Bəhram Gülalıyevin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərarın Azərbaycan Respublikası CM-nin 223-cü maddəsinin tələblərinə uyğunsuzluğu barədə müdafiə tərəfinin dəlilləri, zərərçəkmişlər, cinayət törədilmiş əməllərin yeri və vaxtı barədə məlumatın olmaması, Təqsirləndirilən şəxs işgəncələr altında əldə etdiyi uydurma ifadələrində göstərilən terror aktlarının faktiki olaraq baş vermədiyi barədə rəsmi məlumatların mövcudluğu. BMT və digər beynəlxalq təşkilatların rəsmi məlumatlarına əsasən, 2014-cü ildən 2017-ci ilədək Pakistan və Əfqanıstanda “Taliban” təşkilatından intiharçı- terroristlər tərəfindən törədilmiş cəmi 4 (dörd) terror aktı qeydə alınıb. 2005-ci ildən “Al-Qaidə” Pakistan və Əfqanıstanda fəaliyyət göstərmirdi, çünki taliblər tərəfindən qovulmuşdu. Lakin, Təqsirləndirilən şəxs, guya ki, 2014-2017-ci illərdə Əfqanıstan və Pakistanda “Əl-Qaidənin” tərkibində terrorist fəaliyyətində iştirak etməyinə görə ittiham edilmişdir. Bundan başqa, CPM-nin 392.3-cü maddəsinin tələblərinə zidd olaraq, Təqsirləndirilən şəxs iki il Pakistanda həbsdə saxlanılması, onun terror fəaliyyətimdə iştirakının olub-olunmasının diqqətlə yoxlanılması, müvafiq ekspertizalarının aparılması və s., lakin təsdiqini tapmaması, Təqsirləndirilən şəxs qanunsuz miqrant kimi deportasiya edilməsi barədə appelyasiya şikayətin dəlilləri tədqiq edilməmişdir. Lakin bununla bağlı materiallar, ekspertiza rəyləri və Pakistandan göndərilən qan nümunələri ilə birlikdə qanunsuz olaraq gizlədilmişdir. Bundan başqa, CPM-nin 392.3-cü maddəsinin tələblərinə zidd olaraq, Təqsirləndirilən şəxs işgəncə ilə bağlı 4117/2022 saylı şikayətinə BMT-nin İnsan Hüquqları Komitəsində baxılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri tədqiq edilməmiş qalıb. c. 6 i.v. 219-220. İttiham tərəfi bu məsələləri təkzib edəcək dəllilərinin olmadığına görə onlara toxunmamışdır. Bu arada, apellyasiya baxışı zamanı qeyd-şərtsiz müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycana gətirilərək DTX-də saxlanılarkən işgəncələrə, fiziki və mənəvi zorakılığa, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalmışdır. Həbsdə olan Təqsirləndirilən şəxs 132/24 saylı şəxsi işinə əsasən, Azərbaycan Respublikası DTX-də saxlanılarkən Təqsirləndirilən şəxs işgəncə, fiziki və mənəvi zorakılıq, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar nəticəsində səhhətinin pisləşməsi ilə bağlı 5 dəfə ərizə ilə müraciət etmişdir. i.v. 20, 43, 46, 66, 70. Lakin, məhkəmənin dəfələrlə müraciətlərindən sonra tədqiq aparılması üçün DTX-dan təqdim edilmiş 132/24 saylı tibbi kitabçasında Təqsirləndirilən şəxs bu ərizələri mövcud deyil. Tibbi kitabça 21 avqust 2019-cu il tarixdə, yəni Təqsirləndirilən şəxs hələ Pakistanda olduğu zaman, DTX tərəfindən saxtalaşdırılmış və daxil edilmiş sənədlərlə uydurulmuşdur. c. 7 i.v. 24-29. Bu, Təqsirləndirilən şəxs DTX-da saxlandığı müddətdə işgəncələrə məruz qalması və tibbi yardımdan məhrum edilməsi barədə iddialarını təsdiqləyir. Bu, həm də müdafiə tərəfinin 2019-cu ilin oktyabr ayında Təqsirləndirilən şəxs Pakistandan deportasiyası zamanı Təqsirləndirilən şəxs terror fəaliyyətində iştirak etmədiyini təsdiq edən sənədlərin və qan nümunələrinin alındığı, lakin DTX əməkdaşlarının uydurma ittihamların hazırlanması üçün göstərilən sənədlərin gizlədilməsi barədə iddilarını təsdiqləyir. CPM-nin 308-ci maddəsinin tələblərinə zidd olaraq, məhkəmə kollegiyasının tərkibində dəyişilməsndən sonra iş üzrə məhkəmə baxışı əvvəldən başlamaq əvəzinə, davam etdirilib. Bu barədə müdafiə tərəfinin verdiyi şikayətlər Bakı Apellyasiya Məhkəməsində gizlədilib. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə, ümumən tanınmış beynəlxalq normalarına zidd olaraq, apellyasiya məhkəməsinin ilkin tərkibi və ittiham tərəfinin müdafiə tərəfinin öz funksional vəzifələrini yerinə yetirməsinə mane olmuş və vəkili məhkəmədə işin materialları ilə tanış olmaq üçün həbs olunan şəxslərin saxlama kabinasında məcbur etmişdilər. 14 noyabr 2023-cü il tarixdə apellyasiya məhkəməsi Təqsirləndirilən şəxs qarşı işgəncələr, qəddar və qeyriinsani rəftar faktını təsdiq edən müəyyən edilmiş hallar üzrə DTX əməkdaşlarının dindirilməsi ilə bağlı 1976 saylı müdafiə tərəfinin vəsatətini təmin edərək, DTX-nın müstəntiqləri X35 və X102 məhkəmə iclasına çağırılması barədə qərar qəbul etmişdir. c. 6 i.v. 170-171. Həmin qərarını icra etmək məqsədilə 20 noyabr 2023-cü il tarixdə apellyasiya məhkəməsi müstəntiqlər Vüqar Quliyev və Elvin Əlizadənin şahid qismində dindirilməsi üçün məhkəmə iclasına çağırılması barədə DTX-nın rəhbərliyinə 1(103)- 59/2023 saylı məktub göndərmişdir. c. 6i.v. 172. Lakin dəfələrlə bildiriş göndərilməsinə baxmayaraq, qanuna açıq-aşkar məhəl qoymayaraq, DTX-nın əməkdaşları uydurma səbəblərdən məhkəməyə gəlməkdən imtina etmişdilər, məhkəmə isə qanunun icrasına və prosessual məcburiyyət tədbirlərinin tətbiqini təmin etməmişdir. c.6i.v. 178 Beləliklə, DTX-nın əməkdaşları Təqsirləndirilən şəxs işgəncələrə məruz qalması ilə bağlı iddialarının əsaslılığnı faktiki olaraq təsdiqləmişdilər. “Aygün” zərgərlik mağazasında baş verən soyğunçuluq və satıcı Asəf Şərifovun qətlinin “epizoduna” gəlincə, işdə Təqsirləndirilən şəxs iştirakı ilə bağlı bir dənə də olsun sübut mövcud deyil. Nə ittiham aktında, nə də hökmdə belə bir sübut yoxdur ki. İttihama və hökmə əsasən, Təqsirləndirilən şəxs zərgərlik mağazasına basqın etmək üçün hər hansı bir hərəkət etməmiş, basqında iştirak etməmiş, oğurlanmış əşyaları almamışdır və s. İşgəncə altında saxtalaşdırılan iddia guya ki, “Aygün” mağazasına basqın təklifinin Təqsirləndirilən şəxs tərəfindən irəli sürülüb, heç bir faktla təsdiqini tapmır, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2003-cü il tarixli hökmü ilə ziddiyyət təşkil edir. Həmin hökmə görə, “Aygün” mağazasına basqın etmə təklifi Təqsirləndirilən şəxs yox, Şahid2 tərəfindən edilmişdir. c. 5 i.v. 115. hökmün 4-cü vərəqi. Qanuna görə, təbiətdə eyni fakt üzrə bir-birinə zidd olan iki hökm ola bilməz. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməsini və ona bütün ittiham epizodlar üzrə bəraət barədə qərar qəbul etməyinizi xahiş edirəm. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yazılı təqdim etdiyi son sözünə uyğun çıxış edərək ona bütün epizodlar üzrə bəraət verilməsini xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili məhkum edilmiş şəxsə bəraət verilməsindən, müdafiəçi dərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavənin əsas dəlili birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və apellyasiya icraatında bildirdiklərindən və şikayətin məzmunundan göründüyü kimi Təqsirləndirilən şəxs bəraət verilməsindən ibarətdir. Məhkəmə kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla, cinayət işinin materiallarını iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 9/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında göstərilənlərlə müqayisəli şəkildə araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini bir daha müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayətləri və əlavə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir: mən dindar ailədə anadan olmuşam, atam da dindar olmuşdur və mənim saqqalım var idi. Mən 1991-ci ildə Nizami Gəncəvinin 850 illik yubileyində Fərhad rolunda oynamışdım, onda da saqqalım var idi. İcra hakimiyyətinin dəvəti əsasında Türkiyənin dəyanət dərnəyindən bizə “Quran” öyrətmək üçün gəlmişdilər, mənə Quranı türklər öyrədib, ərəblərlə heç bir əlaqəm olmayıb. Saqqalıma görə məni tutub döyüblər, təzyiq göstəriblər, ona görə qaçmışam. Qusarda olanda bazarkom məni bir dəfə çağırıb dedi ki, icra hakimiyyətindən tapşırıblar ki, səni qovaq. Mən də dedim ki, mən bazarda işləyirəm. 2001-ci ilin yayında icra hakimiyyəti məscidi bağlayanda namaz qılan şəxslərin şikayəti əsasında ANS telekanalından gəlmişdilər, məndən müsahibə götürüləndə dedim ki, icra hakimiyyəti burada xanlıq qurub, bizi incidirlər. Bir neçə gün sonra bazarda polis məni kənara çəkib hədə-qorxu gəldi. Sonra mən eşitdim ki, məni tutmaq istəyirlər. Mən də arvadımı anamın yanında qoyaraq qanuni şəkildə Moskvaya getdim, 4 ay orada işlədim, Rusiyada nəzarətdə olan bölgədə qalmışam, cümə namazlarına gedirdim amma mənə heç kim maneçilik törətmədi. 2002-ci ilin avqust ayının axırında Qusara qayıtdım, amma eşitdim ki, mənə təzyiqlər davam edir, ona görə də Bakıya gəlməyə qərar verdim. 2002-ci ildə “Aygün” zərgərlik mağazasına basqın olmuşdu, mən də həmin hadisəyə görə çox kədərlənmişdim, ağlıma da gəlməzdi ki, həmin hadisəni namaz qılan kimsə törədə bilər. Moskvaya getməmişdən əvvəl polis məni çağırıb demişdi ki, sən saqqallısan, bizə ərizə yaz ki, biz səni çağırsaq da gəlməmisən, mən də razılaşmadım, mənə dedilər ki, get birinci gün gələrsən, birinci gün gedəndə mənə polislər dedi ki, ərizəni yazmasan biz səni ilişdirəcəyik, həbs edəcəyik, mən də qorxdum ki, hamilə arvadım tək qalar, mənə 7 gün inzibati həbs verdilər, çıxandan sonra mənim nə vaxt saqqalım olsa polislər məni kənara çağırıb təhqir edirdilər. “Aygün” zərgərlik mağazasına basqın olanda həmin şəxslərdən yalnız biri namaz qılan idi, mən bir həftə sonra evə qayıdanda arvadım mənə dedi ki, polislər gəlmişdi ki, Qusardakı bütün namaz qılanları tutacaqlar, mən atama dedim ki, sən bu məsələni həll elə, atam gedib məsləhətləşdi, atam mənə dedi ki, səni burada rahat qoymayacaqlar, çıx get. Mən də çıxıb getdim. Atam mənə dedi ki, səni burada rahat qoymayacaqlar, çıx get. Mən də çıxıb Bakıya getdim, arada atamdan soruşurdum ki, məni niyə axtarırlar? Atam Qusarın rüşvətxor icra hakimi barədə yuxarı orqanlara yazdığı üçün həm atama həm də bizim ailəmizə qarşı ədavət var idi. Atam mənə dedi ki, sən Bakıda qal, mən Heydər Əliyevin qəbuluna gedəcəm. X176 rəhmətə getdi və məsələ həll olunmamış qaldı, atam da mənə dedi ki, indi ara qarışıb, mən sənə kömək edə bilmirəm, həmin cinayəti törədənlər onsuzda tutulub, sən də axtarışda deyilsən, amma biz səni rahat buraxan deyiliks, sən get öz başını dolandır, sonrasına baxarıq. Atam gedib Dağıstandan mənə Dağıstan pasportu gətirdi, mən də həmin pasportla çıxıb İrana getdim, orada 1-2 ay qalandan sonra Türkiyəyə getdim, orada iş tapıb işlədim. Türkiyədə yaşayış baha olduğu üçün Pakistana getdim. Mən heç bir cinayət törətməmişəm, Pakistanda da heç bir qanunsuz əməl törətməmişəm. Mən Pakistanda ev tikintisi və kiçik alverlə məşğul olub pul yığdım, ailəmlə qalmaq üçün yer axtarıb tapdım və bir müddət sonra Azərbaycana gəlib arvadımı və uşaqlarımı da götürüb Pakistana qayıtdım. Mən Pakistanda sakit yerlərdə yaşayırdım. 2014-cü ildə Əfqanıstana köçdüm. Arvadımın xəstəliyi ilə bağlı onu uşaqlarımla birlikdə İrana göndərdim, bir həftə sonra bildim ki, müalicə uzun çəkə bilər, ona görə özüm də ailəmin yanına getməyə qərar verdim, Pakistan sərhədindən İrana keçmək istəyəndə gömrük işçiləri tərəfindən tutuldum. Onlar məndən kim olduğumu soruşdular, mənim öz pasportum yox idi, mən arvadımla uşaqlarımın pasportlarını göstərib vəziyyəti izah etdim, Azərbaycan vətəndaşı olduğumu bildirdim, onlar məni 2 ay saxladılar, dedilər ki, əgər Azərbaycanda heç bir cinayət törətməmisənsə səni cərimə edib buraxarıq, araşdırma aparılanda mənim sənədlərimi Azərbaycan Səfirliyinə verdilər, səfirlikdən cavab gəldi ki, Təqsirləndirilən şəxs 2006-cı ildə Azərbaycanda cinayət törədib, adam öldürüb və qaçıb. Mən onlara izah etdim ki, mənim arvadım 2006-cı ildə rəsmi pasportla Azərbaycandan çıxıb, necə ola bilər ki, mən adam öldürüb qaça bilərəm? Mən başıma gələnləri danışdım və dedim ki, heç bir cinayət törətməmişəm, onlar isə məni hədələdilər ki, sən tez ol, boynuna al, biz səni Azərbaycana təhvil verək. Mən isə hədə-qorxulara baxmayaraq, etmədiyim əməli boynuma almadım. Sonra səfirliyin nümayəndəsi gəlib mənə dedi ki, sənin barəndə Azərbaycanda cinayət işi açılıb, səni 3-4 günə Azərbaycana göndərəciyik, ancaq bu proses 3-4 ay çəkdi. Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da gəlib məni dindirdi, mən boynuma almadım, sonra dedilər ki, bir neçə günə səni Azərbaycana aparacıyıq. Oktyabrın əvvəllərində məni Azərbaycana Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə gətirdilər, mənə orada öz məqsədlərini üçün ağ paltar geyindirdilər, Pakistanda mənə icazə vermədilər ki, saqqalımı qısaldım, mən heç vaxt o qədər uzun saqqal saxlamamışam. Mən istintaq təcridxanasına gətiriləndən sonra 7 gün saqqalımı qırxmağa qoymadılar, 7 gün sonra icazə verdilər. Mənim heç vaxt Taliban, Əl-Qaidə ya da İŞİD ilə əlaqəm olmayıb. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində mənə qeyri-insani hərəkətlər, təhdidlər ediblər və mən məcbur olub etirafedici ifadə vermişəm. DTX-ya gələn kimi mənim başıma qara torba keçirdib bir otağa saldılar, məni dindirməyə başladılar, mən hər şeyi danışsam da, mənə dedilər ki, biz nə desək onu deməlisən. Onlar məni təhqir etdilər, ailəmlə hədələdilər, məni lüt halda döydülər, ailə üzvlərimin onların əlində olduğunu biləndə dedim ki, nə istəsəniz deyəcəm. Dövlət ittihamçısının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: “Sizi aeroportdan götürüb birbaşa Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə gətirdilər? Bəli.” “Sizi neçənci mərtəbəyə qaldırdılar? Bilmirəm, gözlərimi bağladılar və məni liftlə qaldırdılar.” “Sizə təzyiq göstərənlər neçə nəfər idi? 5 nəfər idi.” “Sizə təzyiq göstərənlərin kim olduğunu bilirsiniz? Xeyr.” “Sizi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasında saxladılar? Bəli, 7-8 ay.” “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasına aparanda sizdə xəsarət olubolmamasını yoxladılar? Bəli.” “Xəsarətiniz var idi? Xeyr, yox idi, mənə psixi təzyiq göstərmişdilər, döysələr də xəsarət izi yox idi.” “İstintaqın sonrakı gedişində siz müstəntiqə dediniz ki, sizi döyüblər? Mən deyə bilməzdim.” “Bakı İstintaq Təcridxanasına gedəndə bu barədə harasa müraciət etdiniz? Xeyr, qorxurdum.” “Həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılanda sizi döydüklərini hakimə dediniz? Xeyr, heç soruşmadılar, amma 15 saylı cəzaçəkmə müəssisəsində mən dedim ki, heç bir cinayət törətməmişəm, müəssisənin rəisi mənim burnumu qırdı, məni döydü, ondan sonra canımı qorumaq üçün deyirdim ki, mən eləmişəm.” Müdafiəçi suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir: “X182, Şahid2, Şahid1, Məmmədov Elzeka, Fətullayev Malik, Qədimov Hikmət, Musayev Aydın və Muradov Valeh adlı şəxsləri tanıyırsınız? Musayev Aydını tanıyıram, onu da məhkəmədə görmüşəm, digərlərini tanımıram.” ““Aygün” zərgərlik mağazasına basqın olanda siz harada idiniz? Mən basqın edən heç kimi tanımıram, onlardan sadəcə biri namaz qılan olub amma mən heç birini tanımıram.” “Siz videokameranı necə əldə etmisiniz? Mən məsciddən qayıdanda uzaq qonşu mənə dedi ki, mən harasa gedirəm, bu videokamera qalsın səndə. Həmin videokamera ilə toy çəkilirdi amma mənim deyil, heç kameranı açmamışam da. Sonra mən evdən köçdüm amma kamera evdə qaldı, ondan sonra oğurluq olub, evdən mən getmişəm, videokameranı da deyiblər ki, qaytar, qaytarmışam.” “Kamera göstərirdi? Bəli, həmin kamera ilə məclisləri çəkirdilər.” “Siz kimsə çıxış edəndə çəkirdiniz? Xeyr, çıxış olmurdu.” “Sizə kimsə silah ya da patron vermişdi? Xeyr.” “Sizdə silah ya da patron tapılıb? Xeyr.” “Siz basqınla bağlı kimləsə məsləhətləşmisiniz? Xeyr.” “Sizi sərhəddə tutulandan sonra hara apardılar? Pakistan sərhədində tutandan sonra əvvəlcə Balucustan vilayətinə, 1 ay sonra İslamabadda müvəqqəti saxlama yerinə apardılar.” “Sizi orada nə qədər saxlayıblar? İki il.” “İki il ərzində sizi dindiriblər, yoxlama aparıblar? Əl izlərimi yoxlayıblar, qan analizi aparıblar, qanda partlayıcı izlərini yoxlayıblar, ekspertizalar keçirilib, axırda özləri dedi ki, səni qəsdən Azərbaycana aparmırlar.” “Abıyev Rəhim nə deməkdir? Abıyev Rəhim mənə Hil kəndində dedikləri addır.” “Sizi Bakıya gətirəndə özünüzü necə hiss edirdiniz? Onlar məni xüsusilə belə hala salıb gətirmişdilər, mən həbsdə olanda psixi cəhətdən xəstələnmişəm.” “Sizi aeroportdan götürüb haraya gətiriblər? DTX-ya.” “Sizi orada nə qədər saxladılar? Oraya girən kimi başıma qara torba keçirtdilər, bir otağa apardılar, döydülər, 1 il məni saxlayıblar. 02 apreldə məni gətiriblər, 03 apreldə DTX-da olmuşam, ayın dördündə artıq yazmağa başlayıblar.” “Siz ifadənizdə bildirmisiniz ki, DTX-da sizi zorlamaqla hədələyiblər, bu barədə nə deyə bilərsiniz? Bəli, məni ailəmlə hədələdilər, dedilər ki, arvadını və qızlarını zorlayacayıq.” “Həmin vaxt sizin ailəniz heç Bakıda olmayıb, bu barədə nə deyə bilərsiniz? Mən İrana gedəndə ailəmə demişdim ki, mənim sənədlərim yoxdur, əgər başıma bir iş gəlsə, Azərbaycan səfirliyinə gedin, Azərbaycana qayıdın, ona görə onların dediklərinə inandım, elə bildim ki, səfirlik ailəmi DTX-ya verib.” “Müstəntiq də sizə işgəncə verib? Xeyr.” “Siz şikayət etmisiniz ki, sizi incidiblər, işgəncə ediblər? Müstəntiq ifadə alanda deməmişdim.” “Axıra kimi eyni kamerada qalmısınız? Xeyr, 1-2 dəfə kamera dəyişmişəm, əvvəl tək qalırdım, sonra başqa adamlarla qaldım.” “ Özünüz xahiş etmişdiniz? Xeyr, özləri dəyişmişdi.” “DTX-da hansı mərtəbədə idiniz? Deyəsən 6-cı mərtəbədə.” “Sizə işgəncələri eyni otaqda verirdilər? Xeyr, isgəncəni başqa otaqda verirdilər, mən razılaşandan sonra gözlərimi bağladılar, liftə mindirib başqa otağa apardılar.” “Həmin qara torbanı çıxartmırdılar heç? Axırda razılaşanda çıxartdılar.” “Sizi bir müstəntiq dindirib? Əvvəlcə biri dindirib, fevral ayında müdafiəçim olmadan başqa bir müstəntiq dindirib.” “Mən sizin müdafiəçiniz olduqdan sonra zorakılıq ilə bağlı ərizə yazmısınız? Bəli, məhkəmədə də demişəm.” “Siz kamerada tək saxlanırdınız yoxsa yanınızda başqa kimsə var idi? Əvvəl tək saxlanırdım, daha sonra Fərid Xudatov adlı şəxslə birlikdə saxlanmışam.” “İndi göstərsələr sizə işgəncə edən şəxsləri tanıyarsınız? Bəli, tanıyaram.” “Sizi DTX-ya gətirəndən sonra orada saxlayanda nə oldu? Gələn kimi mənim başıma qara torba keçirtdilər, nalayiq sözlər deyərək itələyəitələyə bir otağa saldılar, mənə dedilər ki, biz dediklərimizi deyərsən, mən razılaşmadığım üçün məni döydülər.” “Siz ifadənizdə qeyd etmisiniz ki, sizin əlinizi boruya qandallayıblar, tumanınızı çəkib çıxartmaq istəyiblər, bu barədə nə deyə bilərsiniz? Mənə dərman içirtdilər, hədələdilər ki, bizim dediklərimizi deməsən səni zorlayacayıq, videoya çəkəcəyik.” “Sizi vurublar? Bəli, lakin iz qalmamışdı, barmaqla çiynimdən basıb oturtdurdular.” “Siz orada yaşayanda azərbaycanlı kimsə yanınızda yaşayıb? Hərdən arvadım xəstələnəndə ya da ailəmlə danışanda şəhərin mərkəzinə gedirdim, orada azərbaycanlılar çoxalmışdı, bir dəfə bir azərbaycanlı gördüm, sevindim, adı Şahid7 idi, həmin şəxsi məhkəməyə çağırmışdılar, o da dedi ki, Bəhramda silah görməmişəm.” “Siz Azərbaycandan necə çıxmısınız? Atam mənə Dağıstandan sənəd gətirdi, mənə başqa adla Dağıstan pasportu gətirdi, saxta pasport idi, sonra o sənədi də itirdim. Mənim öz pasportum arvadımın əl çantasından oğurlanmışdı, ona görə saxta pasportla çıxdım.” “Siz niyə sonra Azərbaycana necə qayıtdınız? Gedəndən 1 il yarımdan sonra ailəmi aparmağa gəldim.” “Sizi buraya qayıdanda sizi axtarmırdılar? Həmin pasportla qayıtdım.” “Sizi kənddə görürdülər? Bəli.” “Kənddə polis yox idi? Bilmirəm.” “DTX-da sizə 03 apreldə sizi dindirib işgəncə edəndən sonra da sizi çağırıb yenə isgəncə ediblər? Xeyr, arada bəzi məsələləri soruşmaq üçün çağırırdılar. Mən ifadəmi dəyişəndən sonra istintaq təcridxanasının rəisi mənə hədə-qorxu gəlib.” “Bakı İstintaq Təcridxanasında da sizi döyüblər? Xeyr.” “Bakı İstintaq Təcridxanasına kimsə gəlirdi? Xeyr.” Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqləri X71 və X136 məhkəmə iclasına şahid qismində çağırılması qərara alınmış lakin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən məhkəməyə məktub ünvanlanaraq bildirilmişdir ki, İstintaq Baş İdarəsində iş yükünün çox olması səbəbi ilə qeyd olunan əməkdaşların məhkəmə iclasında iştirakını təmin etmək mümkün deyildir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı iş materiallarında olan 23 oktyabr 2019-cu tarixli ekspertiza rəyi elan edilmiş və həmin rəyə əsasən müəyyən edilmişdir ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 3, iş vərəqə 150-151). Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Bakı İstintaq Təcridxanasına təqsirləndirilən Təqsirləndirilən şəxs tibbi kitabçası məhkəməyə göndərilmiş və məhkəmə iclasında tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tibbi kitabçasının tədqiqi zamanı iş üçün əhəmiyyətli hallar müəyyən edilməmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs şəxsi işi tədqiq edilmiş və iş üçün əhəmiyyətli hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakı Apellyasiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, 18 sentyabr 2019-cu il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və şöbə rəisi ədliyyə polkovnik-leytenantı Vüqar Quliyev tərəfindən icraata qəbul edilərək istintaq aparılmışdır. 05 noyabr 2019-cu il tarixdə cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs 02 oktyabr 2019-cu il tarixdən 16 iyun 2020-ci il tarixədək DTX Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanıldığı müddətdə onun istintaq orqanının və ya Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasının məsul əməkdaşları tərəfindən işgəncə, fiziki və psixi təsirlərə məruz qalması ilə bağlı özü və ya müdafiəçiləri tərəfindən DTX-yə hər-hansı şikayət daxil olmamışdır. DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılmış Təqsirləndirilən şəxs barəsində bütün məlumatlar onun şəxsi işinə əlavə olunmuş və 19 iyun 2020-ci il tarixdə şəxsi işi ilə birlikdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına köçürülmüşdür. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə əkinçiliklə məşğul olmaq üçün Pakistan İslam Respublikasına getmişdir. 2006-cı ildə isə həyat yoldaşını Pakistana aparmış və 2014-cü ilə qədər orada yaşamışlar. 2014-cü ildə həyat yoldaşı ilə Əfqanıstana getmiş və 2017-ci ilə qədər də orada yaşamışlar. 2017-ci ildə həyat yoldaşı xəstələndiyindən onu Türkiyəyə aparıb müalicə etdirmək istəmişdir. Ancaq Pakistan ilə İran sərhəddində heç bir günahı olmadığı halda onu tutmuşlar. O, Pakistana və Əfqanıstana yalnız ticarətlə məşğul olmaq və pul qazanmaq üçün getmiş, Pakistana getdikdən 2 il sonra həyat yoldaşını da Pakistana aparmışdır. Heç bir cinayət törətməmişdir. O, Ləzgi, Azərbaycan və Rus dillərini bilir. Onu 2 il Pakistanda saxladıqdan sonra Azərbaycana təhvil vermişlər. Pakistanda onun barəsində araşdırılma aparılmış və günahsız olduğu sübut olunmuşdur. O, heç kəsi öldürməmişdir. “Abu İbrahim” onun ləqəbi olmuşdur. Onun İbrahim adlı oğlu var və “Abu İbrahim” İbrahimin atası deməkdir. O, Pakistan və Əfqanıstanda heç bir terror təşkilatının tərkibində olmamışdır. Pakistanda olan zaman ailəsi ona pul göndərmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1994-cü ildə Türkiyə Respublikasına aid “Gəncliyə yardım fondu” adlı təşkilatdan onların kəndinə islam dinini təbliğ edən şəxslər gəlmiş və quran dərsləri keçib din təbliğatı ilə məşğul olmağa başlamışlar. Həmin şəxslərin adı Mehmet Sərt və Yaqub idi. Hazırda həmin şəxslərin harada olması ona məlum deyildir. X111 Qusar rayonunun Hil kəndinin baş mollası olduğundan bu şəxslər kənddəki evlərində yerləşib təxminən 2 aya yaxın onlarda qalmışlar. Məhz həmin tarixdən də, yəni 1994-cü ildən o, İslam dininin sünni qolunun şafi məzhəbinə uyğun olaraq ibadət etməyə başlamışdır. O vaxtlar yaşadığı kənddə ibadət edən şəxs çox az olmuş və sakinlərin çoxu onu düzgün başa düşməmiş, molla adlandırmışlar. Birgə ibadət etdiyi şəxslər arasında atası və bir neçə nəfər yaşlı kənd sakini olmuşdur. 1995-ci ildə atasının əvəzinə kəndin baş mollası kimi sakinlər Beybut adlı həmkəndlilərini seçmişlər. O, baş molla olduqdan sona kənddə cümə namazları dayandırılmışdır. Belə ki, məscidin açarları onda olmuş, molla isə cümə namazının vaxtı kənd ərazisində keçirilən hüzn mərasimlərində iştirak etdiyi üçün məscidin qapılarını aça bilməmişdir. Ona görə də cümə namazlarını məsciddə qılmaq üçün 1995-ci ildən başlayaraq kəndlərindən təxminən 8 km aralıda yerləşən Köhnə Xudat kəndinə getməyə başlamışdır. Cümə namazları zamanı orada həmin kənd sakini Mehman adlı şəxslə tanış olmuşdur. Bildiyinə görə ondan 9 yaş kiçik idi. Mehman alçaq boylu, kök bədən quruluşlu şəxs olmuşdur. Onun soyadı və ata adı ona məlum deyildir. Eşitdiyinə görə anası kənddən rayon mərkəzinə satmaq üçün meyvə gətirmişdir. Namaz yoldaşı kimi onlar arabir görüşüb dini mövzularda söhbət etmişlər. Ailə qurduqdan sonra 1998-ci ildə o, Qusar şəhərinə köçüb həyat yoldaşı ilə birlikdə kirayədə yaşamağa başlayıb bazarda meyvə-tərəvəz alveri ilə məşğul olub ailəsini dolandırmışdır. Bazarda işlədiyi müddətdə saqqal saxlamış və buna görə də çox adamdan fərqlənmiş və tez-tez qınanmışdır. Bazarda işlədiyi dövrdə ünsiyyətdə olduğu şəxslər onun kimi ibadət edənlər olmuşdur. Onlardan Əli, Abdurrahman, Abdulqafur, Abdurrəhim, Abduləziz və digərlərinin adlarını çəkə bilər. O, tez-tez eşitmişdir ki, polis və digər dövlət orqanları adını çəkdiyi şəxsləri və digər namaz qılıb saqqal saxlayanları müxtəlif bəhanələr gətirərək sıxışdırmışlar. 2001-ci ilin təxminən avqust ayında onu Qusar rayon Polis Şöbəsinə çağırmışlar. Orada adını xatırlamadığı polis əməkdaşı irad bildirmişdir ki, guya o, polis əməkdaşlarına müqavimət göstərmiş və rayon ərazisində saqqallı gəzərək rayon sakinlərinə dini ədəbiyyat paylamışdır. Sonra polis əməkdaşı qarşısına kağız qoyub onu imzalamağını tələb etmişdir. Polis əməkdaşının dediyinə görə orada yazılmışdır ki, guya o, Polis Şöbəsinə çağırılarkən hər hansı polis əməkdaşına müqavimət göstərmişdir. Lakin o, heç bir müqavimət göstərməmiş, buna baxmayaraq o, sənədə qol çəkmişdir. Çünki, polis ona demişdir ki, qol çəkməyəcəyi təqdirdə həbs cəzası alacaq, belə isə yüngül cərimə cəzası ilə canını qurtara bilər. Onu məhkəməyə apardıqdan sonra isə gözlədiyinin əksinə ona 7 gün inzibati həbs cəzası vermişlər. Həbsdən çıxdıqdan sonra onu Polis Şöbəsində rəis müavinin yanına aparmış və saqqalını qırxmağını tələb etmişlər. Lakin orada olduğu müddət ərzində heç kim ona qarşı zor tətbiq etməmişdir. Bununla belə o, artıq düşünmürdür ki, Qusarı tərk edib yaşamaq üçün Bakıya, qardaşının yanına Moskvaya və yaxud müsəlman ölkələrinin birinə köçər. Qusardakı bazarda işləyərkən o, meyvə-tərəvəzin topdan satış ticarəti ilə bağlı arabir Bakı şəhərinə gəlmiş və bir neçə gün orada qalmışdır. Bakı şəhərində olduğu zaman ibadətinə davam etmiş, o cümlədən, “Abu Bəkr” məscidi kimi tanınan məscidə gedib namaz qılmışdır. Moskvaya getməkdə əsas məqsədi isə ailəsini köçürüb orada daimi yaşamağın mümkün olub-olmayacağını müəyyən etmək olmuşdur. Lakin ailəvi yaşamaq üçün ora çox baha olmuş, yenidən Qusara qayıtmış, bir müddət sonra Elzəka adlı Qusar şəhər sakininin tutulması barədə xəbər eşitmişdir. Elzəkanı Qusar şəhərinə köçdükdən sonra tanımış, onlar tez-tez birlikdə cümə namazı qılmışlar. Eşitdiyinə görə X57 silah keçirərkən tutulmuşdur. O, qorxmuşdur ki, polis onu da tutar. Ehtiyat etmişdir ki, birgə namaz qıldığı şəxslər nəsə bir cinayət törədər və onlarla dini baxışları eyni olan bir şəxs kimi polis ondan da şübhələnər. O ərəfədə Qusar rayonunun Köhnə Xudat kənd sakini Mehmanla görüşmüş və narahatlığını ona danışıb məsləhət istəmişdir. Mehman bildirmişdir ki, o, İran İslam Respublikasına getməyə hazırlaşır. Belə ki, orada Zahidan adlı şəhərdə dini təlim almaq fikrindədir. Orada qalan şəxslərə mədrəsənin rəhbərliyi dini təhsil aldığı müddətlərdə maddi yardım göstərir, həmçinin ailələri ilə birlikdə yaşamaları üçün şərait yaradır. Ona da İran İslam Respublikasına getməyi təklif etmişdir. Mehman onu İbrahim və Abdullah adlı şəxslərlə tanış edəcəyini və İrana getmək niyyəti olarsa həmin şəxslərin ona kömək edəcəklərini demişdir. Mehman həmin şəxsləri ona dağıstanlı kimi təqdim etmişdir. Bir neçə gündən sonra Mehman onu Bakı şəhərində “Abu Bəkr” məscidində həmin şəxslərlə tanış etmişdir. Onlar Dağıstandakı “camaat” üzvlərinə İran və Pakistandakı dini təlim mərkəzlərinə getmələrinə köməklik göstərmişlər. Onlar ona öz mobil telefon nömrələrini verərək İrana getmək istədiyi halda onlarla əlaqə saxlaya biləcəyini bildirmişlər. Həmin ilin payız aylarında Mehman İrana getmişdir. Bir neçə aydan sonra xəbər tutmuşdur ki, Qusar şəhərində qızıl mağazasına silahlı basqın olmuş, sonradan isə xəbər yayılmışdır ki, həmin hadisəni törədən şəxslər Qusar rayonunun Əvəcuq kənd sakinləri Valeh, digəri ikisi isə adlarını xatırlamadığı şəxslərdir. Bildiyinə görə Valeh Çeçenistanda hərbi döyüşlərdə iştirak etmiş, sonradan isə rayona qayıtmışdır. Eşitmişdir ki, həmin basqınla bağlı rayonda bir çox adamları, o cümlədən, saqqal saxlayıb ibadət edən adamları tutmuşlar. Bir neçə gün sonra isə Qusar şəhərində polis əməkdaşları kirayədə yaşadığı evə gələrək onun polisə çağırıldığını həyat yoldaşına bildirmiş və ona çağırış vərəqəsi vermişlər. Polisə çağırılmağı ona məlum olduqdan sonra çox narahat olduğundan ölkəni tərk etmək qərarına gəlmişdir. O, telefonla Abdullah və İbrahimlə əlaqə saxlayıb Bakıya onların yanına getmişdir. Onlara mövcud vəziyyəti danışdıqdan sonra həmin şəxslər ona İrana getmək üçün ümumvətəndaş pasportunun lazım olacağını bildirmişlər. Polis tərəfindən tutulacağından qorxduğu üçün oraya qayıda bilməmiş və 5 ay İbrahimgilin Bakı şəhərindəki evlərində qalmışdır. Sonra isə Qusarın Hil kəndindəki ata evinə getmişdir. Həmin vaxt həyat yoldaşı və övladları da kirayədən çıxıb atasının yanına qayıtmışlar. Lakin pasportunu yoldaşı tapa bilməmişdir. Kirayədəki evdən köçüb gələrkən o, pasportunu itirmişdir. Şəxsiyyət vəsiqəni isə polis əməkdaşları gəlib yoldaşından götürmüşlər. Bir neçə gündən sonra o, yenidən Bakıya İbrahimgilin yanına qayıdıb pasportunu itirdiyini onlara demiş, İbrahim ilə Abdullah ona pasport əldə etməyə kömək edə biləcəklərini, bunun üçün 200 ABŞ dolları pul və 2 ədəd fotoşəkil lazım olduğunu bildirmişlər. Həmin məbləğdə pulu və fotoşəkillərini verdikdən sonra İbrahim təxminən 1 aydan sonra pasportunun hazır olacağını demişdir. Dağıstanda hansısa tanışları olduğunu və pasportunun orada hazırlanıb Bakıya gətiriləcəyini demişlər. Onlar əvvəldən məsləhət görmüşdülər ki, yeni pasportda öz ad və soyadı tam başqa olsun. Artıq ona aydın olmuşdur ki, pasport saxta yollarla hazırlanacaqdır. Pasportu ona Abdullah vermişdir. Bildiyinə görə həmin pasportu Dağıstandan Abdullahın tanışları gətirmişdir. Həmin pasport Rusiya Federasiyası vətəndaşının pasportu olmuşdur. Orada adı Hacıali kimi, ata adı Ferhadoviç kimi qeyd olunmuş, soyadı isə yadında qalmamışdır. Bu müddət ərzində Abdullah İbrahim və Mehmanla əlaqə saxlamağa çalışmış, lakin məlum olmuşdur ki, onları İran ərazisini tərk edib Pakistana getmişlər. Bundan sonra ona da təklif etmişdir ki, o, İrandan keçib Pakistanın Vəziristan əyalətinə getsin. Çünki, Mehman ilə İbrahim də orada idilər. Bundan başqa Abdullahın deməsinə görə o, həmin yerə sonradan ailəsini də apara bilər. Təxminən 1 aydan sonra Abdullah İrana getmişdir. Zahidanda tacik milliyətindən olan Umar adlı şəxslə görüşməli olmuş, 2003-cü ilin dekabr ayının əvvəllərində o, Azərbaycan Respublikasından İrana yola düşmüşdür. Orada soraqlaşaraq Umarı tapmış və onu Abdullahın göndərdiyini bildirib Pakistana keçməyə köməklik etməsini xahiş etmişdir. Umar cavab vermişdir ki, onun barəsində məlumatlıdır, Abdullah ona demişdir. Zahidandan 1 nəfər bələdçi onu həmin şəhərə kimi aparmalı, həmin şəhərdə isə başqa bir bələdçi onu Vəziristan əyalətinin Vanah qəsəbəsinə keçirməli idi. 2004-cü ilin yanvar ayının əvvəllərində o, İrandan Pakistana yola düşmüş, Abdullah adlı iranlı bələdçilik edərək onu dövlət sərhədindən kənar İrandan çıxarıb Pakistanın Dari-İsmayılxan şəhərinə gətirmişdir. Orada isə Həmzə adlı uyğur millətindən olan Qazaxıstan vətəndaşı “pikap” tipli avtomobillə Vəziristan əyalətinin Vanah qəsəbəsinə gətirmişdir. Ertəsi gün Həmzə onu tanımadığı yerli adam olan bir şəxsin avtomobili ilə Şikay qəsəbəsinə yola salmışdır. Həmzə ona əvvəlcədən izah etmişdir ki, orada onu bir mədrəsədə düşürəcəklər. Həmin mədrəsədən isə tanışı dağıstanlı Abdullah gəlib onu öz yanına, dağıstanlıların yaşadığı əraziyə aparacaq. Hələ Bakıda olarkən Abdullah ona Pakistanda nə işlə məşğul olacağını açıqcasına bildirmiş və o, buna razılıq vermişdir. Belə ki, o, bilmişdir ki, gedəcəyi ərazidə “Taliban” deyilən təşkilatın döyüşçüləri yaşayır. Buna kimi onun “Taliban” barədə məlumatı yalnız kütləvi informasiya vasitələrindən olmuşdur. Həmin torpaqlarda döyüşmək onun dini əqidəsi ilə üst-üstə düşmüşdür. Bir müsəlman kimi islam torpaqlarını işğal etmiş xarici qüvvələrə qarşı mübarizə aparmalı və özünə bunu borc bilimişdir. Pakistana gəldikdən sonra döyüşlərdə iştirak etmək üçün döyüş təlimi keçməlidir. Vəziristanda o, “Abdullah Dağıstani” adlanan qrupun üzvü olmuşdur. Ona “Abu İbrahim” dini ləqəb verilmişdir. Həmin qrupa tanışları İbrahim və Abdullah rəhbərlik etmişlər. Qrupda təxminən 13 şəxs olmuşdur. Onlardan Abdullah, İbrahim, Xalid, Muhammad, Abdurrahman, sonuncunun oğulları Zeyd və Abdurrahim dağıstanlı, Abulqafur və Abubakr qaraçaylı, Yusuf və Həmzə uyğur, qonşu kənddən olan adını yuxarıda qeyd etdiyi Mehmanla o isə azərbaycanlı imişlər. 2004-cü ilin aprel ayında onu döyüş təlimlərinə cəlb etmişlər. Həmin təlimlər yaşadığı Şikay şəhərindəki evlərdə və tikililərdə keçirilmişdir. Təlimlərdə adətən 8-10 nəfər olmaqla “Taliban” adı altında birləşən digər qrupun üzvləri də iştirak etmişlər. Təlimlərdə olmuş silahlar - tapança, avtomat, pulemyot, qrantamyot, BM-1 və s. silahlardan istifadə və döyüş zamanı onların tətbiqi qaydaları onlara izah olunmuşdur. Eyni zamanda partlayıcı maddələrin hazırlanması, bombaların və minaların hazırlanması da öyrədilmişdir. 2005-ci ilin sonlarına kimi Vəziristan əyalətinin müxtəlif bölgələrində olmuşdur. Olduğu müddətdə növbəli qaydada avtomat tipli silahlarla silahlanaraq yaşadığı ərazinin mühafizəsində iştirak etmişdir. Orada qalmağının əsas məqsədi müvafiq təlim keçib imkan düşən kimi Əfqanıstan ərazisinə keçib islam torpaqlarını işğal etmiş “NATO” qüvvələrini məhv edib oradan çıxmalarına nail olmaq olmuşdur. 2005-ci ilin sonuna qədər o, 2 dəfə BM əməliyyatında, yəni “BM-1” markalı minaatandan istifadə etməklə gedən döyüşlərdə, 2 dəfə isə açıq döyüşə girmək üçün avtomat silahı ilə silahlanaraq pusqu əməliyyatında iştirak etmişdir. Atdığı atəş nəticəsində ölənlərin olması barədə məlumatı olmamışdır. 2005-ci ilin sonlarında Azərbaycana qayıdıb ailə üzvlərini, yəni arvadını və uşaqlarını oradan Pakistana öz yanına gətirməyi qərara almışdır. Bu məqsədlə Təhrib adlanan yolla Pakistanla İran sərhədini qanunsuz keçərək Zahidana, oradan isə Tehrana gəlmiş, Tehrandan avtobusla Astaraya gələrək saxta pasportu ilə Azərbaycan sərhədini nəzarət buraxılış məntəqəsindən keçib Bakıya yola düşmüş, Bakıdan isə tanımadığı taksi ilə Qusar rayonunun Hil kəndində yerləşən ata evinə getmişdir. Pakistanda olduğu müddətdə o, ailəsi ilə telefon və ya hər hansı digər formada əlaqə saxlaya bilməmiş, çünki buna icazə verilməmişdir. Qusarda qaldığı 15 gün ərzində o, arvadını onunla birlikdə ölkədən çıxaraq Pakistana getməyə razı salmışdır. Arvadı onun Pakistana cihada getdiyini, ibadət edən şəxs kimi onun fikirlərini və mövqeyini dəstəkləyərək onunla birlikdə olmaq istədiyini bildirmişdir. Arvadı ümumvətəndaş pasportunu əldə etdikdən sonra o, saxta pasport əsasında İranın Zahidan şəhərinə gedib ailəsinin gəlməsini gözləmişdir. Təxminən 1 aya yaxın Zahidandakı mədrəsədə qalıb onları gözləməli olmuş və bu müddət ərzində mütəmadi olaraq arvadı ilə əlaqə saxlamışdır. Bir aydan sonra isə ailə üzvlərini İranın Astara şəhərində qarşılayaraq özü ilə birlikdə Zahidana aparmışdır. Arvadı və uşaqları Azərbaycan Respublikasının dövlət sərhəddini qanuni şəkildə keçmişlər. İrandan Pakistana qanunsuz keçdikləri üçün bələdçilər tərəfindən hər dəfə yeni yollar seçilmişdir. Ona görə də onlar təxminən 3 həftə gözləməli olmuş, sonra isə sərhədi keçib Vəziristan əyalətinin Mirali qəsəbəsinə gəlmişlər. Onlar həmin yerə çatanda 2006-cı ilin təxminən yanvar ayının sonu fevral ayının əvvəlləri olmuşdur. Qayıdandan sonra ona məlum olmuşdur ki, tanışı dağıstanlı Abdullah ailəsini gətirmək üçün Türkiyəyə getmişdir. Lakin həmin vaxtdan sonra onu bir daha görməmiş və bu günədək onun taleyi barədə onda heç bir məlumat yoxdur. Digər tanışları, yəni qrupun üzvləri İbrahim 2004-cü ildə, Zeyd 2005-ci ildə, Mehman isə 2008-ci ildə Əfqanıstan ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. 2006-cı ilin payız aylarına kimi Mirəlidə yaşamış və bu müddət ərzində o, heç bir döyüşdə iştirak etməmiş, lakin döyüş yoldaşları ilə mütəmadi olaraq əlaqə saxlayıb görüşmüşdür. 2006-cı ilin payız ayında isə Hacı Sabir adlı ərəb mənşəli şəxsin göstərişinə əsasən ailəsini götürərək Vanah qəsəbəsinə getmişlər. X193 “Əl-Qaidə” təşkilatının üzvü olmaqla ailəli yaşayan mühacirlərə maddi yardım göstərmişdir. Ailəsini gətirənədək ona yalnız gündəlik yemək verilmiş, ailəsini gətirdikdən sonra isə əvvəllər 4.000 Pakistan rupisi, sonradan uşaqların sayı çoxaldıqca və inflyasiya artdıqca 22.000-ə kimi məbləğ artmışdır. O, həmin pulun onlara “Əl-Qaidə” təşkilatı tərəfindən verildiyini bilmişdir. Hacı Sabir ailə məsələlərində məsul şəxs kimi tanınmış, yəni yaşadığı ərazidə bütün ailəli mücahitlərə maddi yardım onun tərəfindən verilmişdir. 2008-ci ildə həmin şəxs şəhid olandan sonra isə onu Hacı Muhamməd adlı ərəb, 2011-ci ildə həmin şəxs şəhid olandan sonra isə onu Abdulvahid adlı ərəb əvəz etmişdir. 2014-cü ilin sonlarına kimi ailəsi ilə birlikdə Vəziristanda yaşamış, bu müddət ərzində onun daha 2 övladı dünyaya gəlmişdir. Hər 3-4 aydan bir onlar Vəziristan ərazisində yaşayış yerini dəyişmişdir. Buna səbəb isə onalara kirayə ev verən şəxslərin onlardan çəkinmələri, yaşadığı bölgədə Pakistan silahlı qüvvələri tərəfindən mücahitlərə qarşı hərbi təmizləmə əməliyyatlarının keçirilməsi olmuşdur. 2008ci ilə qədər Şeyx Habbab adlı ərəbin yanında köməkçi işləyərək partlayıcı maddələrin hazırlanması işini öyrənmişdir. Şeyx Habbab bu sahədə “Əl-Qaidə” təşkilatının ən aparıcı mütəxəssislərindən biri olmuşdur. 2008-ci ilin sonunda Vannah qəsəbəsində NATO ordusunun bombardımanı zamanı Şeyx Habbab həlak olmuşdur. O, ailəsi gələnə qədər Abdullah Dağıstanlının rəhbərlik etdiyi qrupun tabeliyində olmuş, sonradan Abdullah Türkiyədən qayıtmadıqda isə o, Şeyx Habbabın təlim qrupuna keçmişdir. Təlimlər adətən hər ilin qış aylarında təxminən hər biri 10-12 nəfərdən ibarət olan 3-4 qrupda keçirilmiş, təlimin müddəti isə 15-20 gün davam etmişdir. O, partlayıcı maddələr üzrə ixtisaslaşdığından bu sahə üzrə təlim keçmişdir. Partlayıcı maddələrin hazırlanmasında məqsədindən asılı olaraq əsasən potasium-xlorad, selitra (ammonium-nitrat), yuriya, hidrogen-peroksid və digər maddələrdən istifadə olunmuşdur. Həmin partlayıcı maddə və qurğuların bir qayda olaraq məsafədən idarə olunması nəzərdə tutulmuşdur. Ailəsi qayıdandan sonra birbaşa əməliyyatlarda cəmi 2 dəfə iştirak etmiş, həmin əməliyyatlar da “BM-1” silahının tətbiqi ilə bağlı olmuşdur. Həmin əməliyyatlar zamanı “BM-1”-dən atılan mərmilər Pakistanla Əfqanıstanla olan sərhəd bölgəsində Anqora adlı ərazidən Əfqanıstan ərazisində yerləşən ABŞ silahlı qüvvələrinin hərbi düşərgələrinə istiqamətlənmişdir. Əməliyyatın birincisi 2007-ci ilin yaz aylarında, ikincisi isə 2008-ci ilin payız aylarında baş tutmuşdur. 2014-cü ilin sentyabr ayında onlar Vəziristanı tərk etmək məcburiyyətində qalmış, çünki Pakistan dövlətinin silahlı qüvvələri həmin bölgədə hərbi əməliyyatlar keçirərək oranı tamamilə öz nəzarəti altına almışdır. “Əl-Qaidə” təşkilatının üzvü olan Həmzə adlı ərəb ona Əfqanıstan talibanları onların Pakistanı tərk edib Suriya ərazisinə köçməklərini tələb etdiklərini bildirmişdir. 2014-cü ilin sentyabr ayında o, ailə üzvləri ilə birlikdə Pakistanı tərk edib Əfqanıstanın Nangarhar vilayətinə gəlmişlər. 2017-ci ilin avqust ayınadək o, Əfqanıstanın müxtəlif bölgələrində yaşamış, maddi dəstəyi ona Vəziristandan tanıdığı “Əl-Qaidə” təşkilatının üzvü olan və əmir kimi hesab etdiyi Fərrux adlı ərəb göstərmişdir. O, NATO və koalisiya qüvvələrinin Əfqanıstan ərazisini tezliklə tərk edəcəklərini, ona görə də ailə üzvləri ilə birlikdə burada məskunlaşıb yaşamaq barədə fikirləşmişdir. NATO qüvvələrinə qarşı hərbi əməliyyatları keçirməyi isə Əfqan talibanları onlara icazə verməmişlər. 2016-cı ilin sonlarında yaşadığı ərazi NATO qüvvələri tərəfindən atəşə tutulmuş və bir neçə kiçik qrupun əmirləri şəhid olmuşdur. Ona görə onlar Əfqanıstanı tərk etmək məcburiyyətində qalmışlar. Həmin dövrdə onun qızlarından ikisi ən böyükləri misirli və Küveytdən olan mücahitlərlə ailə həyatı qurmuşlar. Misirlinin adı Abubəkr, Küveytdən olan şəxsin adı isə Səid olmuşdur. 2017-ci ilin təxminən sentyabr ayında ailəli olan qızları ərləri ilə birlikdə Suriyaya getmək qərarına gəlmişlər. Suriyaya getmək üçün isə onlar Pakistana, oradan isə İran ərazisinə daxil olmalı imişlər. O isə arvadı və digər övladları ilə birlikdə Türkiyəyə getmək istəmişlər. İrana kimi yolları bir olduğu üçün arvadı və uşaqları da kürəkənləri ilə birlikdə yola düşmüşlər, lakin onlarla birlikdə gedə bilməmişdir. Çünki, onlar yoxlanış məntəqələri olan əsas yolla Kabilə gedib, oradan Hilman vilayətinin Baramşah qəsəbəsinə, oradan Pakistana, Pakistandan da İrana getməli imişlər. Həmin yolda qadınları ciddi yoxlamamışlar, ona görə də onların keçməsi mümkündür. Bu yol daha qısa və daha təhlükəsizdir. Baramşaha çatdıqda onları yola salan Pakistan talibanları qayıdaraq ona ailəsinin artıq Baramşahda olduqları barədə məlumat vermişlər. Bundan sonra o da İrana getmək üçün yola düşmüş, lakin onun səfəri dağ yollarından keçdiyinə görə daha uzun və mürəkkəb olmuşdur. O, Əfqanıstanın 5 vilayətini keçdikdən sonra Baramşaha gəlmiş, ailəsigil həmin yola 2 gün sərf etmişdilərsə, o, 3 ay sərf etmişdir. Ona görə də kürəkənləri və arvadı onu gözləmədən İrana keçmişlər. Baramşahda “Taliban”-nın bələdçilik işlərinə nəzarət edən Abdurrəhim adlı iranlı şəxs ailə üzvlərinin İrana çatması barədə ona məlumat vermişdir. Baramşahda 2 həftə gözlədikdən sonra bələdçi onu və dağıstanlı X12 vilayətinin Küvetta şəhərinin ətrafında səhra ərazisi ilə apardığı zaman Pakistan Respublikasının Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və heç bir sənəd olmadan onların dövlət sərhədini qanunsuz olaraq keçdiyi ona məlum olmuşdur. O, Azərbaycandan gələn mücahitlərdən Qusar rayonunun Köhnə Xudat kənd sakini Mehman adlı şəxsin 2008-ci ilin sonlarında NATO qüvvələri tərəfindən Əfqanıstanda aparılan döyüşlərdə həlak olduğunu, Vəziristanda tanış olduğu Qusarlı Mayil adlı şəxsin isə 2013-cü ildə təlim zamanı bomba partlaması nəticəsində öldüyünü bildirmişdir. O, ölkə ərazisini tərk edərək Əfqanıstan və Pakistan ərazisində gedən döyüşlərdə iştirak etmək təklifini dağıstanlı İbrahim və Abdullah adlı şəxslər etmişlər. Həmin şəxslərlə onu Mehman tanış etmiş, silahlı qruplaşmalara qoşularaq orada gedən döyüşlərdə iştirak etməyi bilavasitə İbrahim və Abdullah təşkil etmişlər. Həmin şəxslər ona Əfqanıstan ərazisinin “NATO” və koalisiya qüvvələrinin işğalı altında olduğunu, həmin torpaqların müsəlman torpaqları olduğunu, ona görə də oraya gedib döyüşərək həmin işğalçılardan müsəlman torpağını azad etməli olduqlarını bildirmişlər. Bu müharibə cihad adlanmış, o, cavan yaşlarından ibadət etmiş, ona görə də həmin döyüşlərdə iştirak etmək bir müsəlman kimi onun borcu olmuşdur. Ona görə də təklif edilən kimi o, könüllü olaraq razılaşmış və Abdullahgilin vasitəsilə saxta pasport əldə edərək başqa ad altında ölkəni tərk edib İrana, oradan isə Pakistanın Vəziristan əyalətinə, daha sonra isə Əfqanıstan ərazisinə daxil olmuşdur. Bütün qruplaşmalara Əfqanıstan talibanları rəhbərlik etmiş, rəhbəri isə Molla Ömər olmaqla kənar dövlətlərdən gəlmə mücahitlər əsasən Pakistanın Vəziristan əyalətində yaşamışlar. Mücahitlər qruplara bölünmüş və həmin qruplara onların rəhbərləri tərəfindən yalnız inanılan və etibar olunan şəxslər qəbul edilmiş, qrup rəhbərləri isə əmir adlandırılmışdır. Hər bir məntəqədəki qruplar yerləşdiyi ərazinin ümumi əmirinə, Vannah şəhərində olanda oradakı qrupların hamısı Nazer adlı yerli talibanların əmirinə tabe olmuşdur. Yaşadığı Pakistan və Əfqanıstan ərazisindəki şəhər və qəsəbələrdəki şəxslərin bir çox hissəsi islam dininin hənəfi məzhəbinə uyğun ibadət etmiş, yerdə qalan digər bir hissəsi sələfi, hənbəli və şafi məzhəbinə uyğun, özü isə islam dininin sünni qolunun şafi məzhəbinə uyğun ibadət etmişdir. Arvadı, övladları, eləcə də, kürəkənlərinin İran İslam Respublikasının ərazisinə daxil olduqları dövrdən, yəni 2017-ci ilin sentyabr ayından etibarən harada olmaları barədə heç bir məlumatı yoxdur (cild 2, iş vərəqə 96- 105; 108-111). Birinci instansiya məhkməsində məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2007-ci ildə hicrət məqsədi ilə Pakistan İslam Respublikasına getmiş və 2010-cu ilədək Vəziristan əyalətinin Miranşah qəsəbəsində yaşamışdır. Orada olduğu müddətdə dini ləqəbi “Səlahəddin” olmuşdur. 2011-ci il tarixdə Pakistandan Türkiyəyə gedərək 2015-ci il tarixədək orada yaşamışdır. 2015-ci ildə Azərbaycan Respublikasına qayıtdığı zaman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Dini ləqəbi “X138” olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah qəsəbəsində yaşadığı zaman bir neçə dəfə görmüş, onu bir azərbaycanlı dindar kimi tanımışdır. O, Miranşah qəsəbəsində yaşadığı müddətdə Adil, Laçın (dini ləqəbi “Seyfulla”) və Yəhya adlı azərbaycanlıları tanımış, onlardan Adil adlı şəxs Azərbaycana qayıtdıqdan sonra onun kimi cinayət məsuliyyətinə cəlb edilmiş, Laçın və Yəhya adlı şəxslərdən isə xəbəri olmamışdır. O, Pakistanı tərk edən zaman həmin şəxslər orada yaşamışlar. O, Təqsirləndirilən şəxs heç vaxt silahla görməmiş, onun hər hansı bir terror təşkilatınının tərkibində olduğunu eşitməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid qismində ifadə verməkdən imtina etdiyinə görə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, onun 4 qardaşı və 1 bacısı vardır. Belə ki, qardaşlarından Ülfət Güləliyev və Tehran Güləliyev hal-hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır, kiçik qardaşı Şahid6 Qusar rayonun Hil kəndində yaşayır, bacısı Cəmilə Güləliyeva isə evlidir, hal-hazırda Qusar rayonunun Cağarpalasa kəndində yaşayır. O, 1992-ci ildə işləmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə böyük qardaşı Ülfətin yanına getmiş, orada 2011-ci ilin sonunadək işləyib yenidən Qusar şəhərinə qayıtmışdır. Orada o, tikinti sahəsində çalışmışdır. 1998-1999-cu illərdə atası ona zəng edərək ortancıl qardaşı Təqsirləndirilən şəxs xəstə olduğunu, bu səbəbdən də qardaşları ilə birlikdə Qusar rayonunun Hil kəndinə qayıtmalarını xahiş etmişdir. O, qardaşları Ülfət və Tehranla birlikdə Qusar rayonunun Hil kəndinə qayıtmış, həmin vaxt Bəhram artıq təhsil aldığı Neft İnstitutunu bitirmiş, Bakı şəhərində neft daşlarında çalışırdı. Onlar Qusara qayıtdıqdan sonra Bəhramı bir neçə dəfə müalicə məqsədilə həkim yanına, daha sonra isə ziyarətgahlara aparmışlar. Bir müddət keçdikdən sonra Bəhramın vəziyyəti yaxşılaşmış və o, qardaşları ilə birlikdə yenidən Rusiya Federasiyasına qayıtmışlar. Təxminən 2003-cü ildə Bəhram böyük qardaşı Ülfətə zəng edərək Pakistan İslam Respublikasında olduğunu deməsinə baxmayaraq, hansı səbəbdən getdiyini deməmişdir. Bəhram getdikdən sonra arvadı Pərvanə və 3 övladı Qusar rayonunun Hil kəndində kirayədə yaşamış, lakin onların kirayədə yaşamasına razı olmadıqları üçün həmin kənddən ev alaraq oraya köçürtmüşlər. Bir müddət keçdikdən sonra Bəhramın arvadı Pərvanə və 3 övladı da Pakistan İslam Respublikasına Bəhramın yanına getmələri barədə xəbər tutmuşlar. Bəhram orada olduğu müddət ərzində böyük qardaşı Ülfətlə gec-gec də olsa əlaqə saxlayaraq ümumi şəraitləri, ailə vəziyyətləri barədə maraqlanmış, lakin orada nə məqsədlə qalması barədə heç bir söz deməmişdir. Sonuncu dəfə Bəhram qardaşı Ülfətlə təxminən 2013-2014-cü illərdə danışmış və ailə-məişət zəminində söhbət aparmışlar. Bu ilin oktyabr ayında da Bəhramın müdafiəçisi onlarla əlaqə saxlayaraq X112 Respublikasından Azərbaycan Respublikasına ekstradisiya olunduğunu və hal-hazırda isə Dövlət Təhlükəsizliyi Xidmətində saxlanıldığını bildirmişdir (cild 2, iş vərəqə 146-148). Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, təxminən 2002-ci ilin oktyabr ayının axırlarında o, Arazın evində olarkən Arazın azyaşlı oğlu ona 2 nəfərin onun evinə gəlib onu axtardığını demiş, o, evə gələndə Qusar rayonunda yaşayan Əsəd və Bəhramın onlara gəldiyini görmüşdür. Bir az sonra o, Arazın evinə gedib X46ra gəldiyini demişdir. Valeh videokameranı, meşədə çəkdikləri videokaseti və ratsiyaları sellofan torbaya qoyub ona verərək aparıb Əsədə verməsini, sonra isə Əsəddən götürəcəyini demişdir. O da həmin sellofan torbanı ondan götürərək gətirib Əsədə verib ona Valehin həmin torbanı saxlaması üçün verdiyini, sonra isə ondan götürəcəklərini bildirmişdir. Əsəd ondan Valehi soruşduqda, o, X158 evində olduğunu, lakin yanına kimsənin gəlməsini istədiyini bildirmişdir. Əsədlə Bəhram göy rəngli “Moskviç” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşınla gəlmişlər. Əsəd sellofan torbada videokamaranı, meşədə çəkdikləri videokaseti və 2 ədəd ratsiyaları Bəhramla birlikdə götürüb aparmışlar. Bundan sonra Neman da bir neçə dəfə Valehin yanına gəlibgetmişdir. 2002-ci ilin noyabr ayının əvvəllərində Arazın evində Valeh, Nizam və Nemanla olanda Valeh Qusar rayonunda qızıl mağazasına silahlı basqın edib qızıl-zinət əşyalarını götürüb aparmaq lazım olduğunu bildirmişdir. Nizam 1-2 dəfə Qusara gedib qızıl mağazasına baxıb gəlmiş, sonra Valehin təklifinə əsasən onun özü, Nizam və Neman Yalamadan taksi götürüb taksi sürücüsünü silahla qorxudub maşının yük yerinə qoyub, sonra isə Qusarda qızıl mağazasına silahla basqın edib mağazadan qızıl-zinət əşyaları götürüb aradan çıxmaq qərarına gəlmişlər. 27 noyabr 2002-ci il tarixdə təxminən saat 21:00 radələrində evdə yatmış, Valeh gedəndə ona qızıl mağazasını aparandan sonra gəlib onun evinin pilləkənini 3 dəfə döyəcəyini, onda evdən çıxmasını demişdir. Həmin gün saat 21:00 radələrində evdə olarkən evinin pilləkəninin 3 dəfə döyüldüyünü eşidib çölə çıxarkən Valeh, Nizam və Nemanın gəldiyini görmüşdür. Onlar artıq Qusarda qızıl mağazasına silahlı basqın edərək satıcını öldürüb qızıl-zinət əşyalarını götürmüşdülər (cild 1, iş vərəqə 3-10). Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 13-25; 30-33; 89-92). Birinci instansiya məhkəməsində məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, ögey oğlu Təqsirləndirilən şəxs 1988-ci ildə Qusar rayonunun Hil kənd orta məktəbini bitirib həmin ildə də Bakı şəhərində yeləşən Neft-kimya İnstitutunun kimyatexnologiya fakültəsinə daxil olmuş, 1994-cü ildə həmin ali təhsil müəssisəsini bitirərək yaşadığı Qusar rayonunun Hil kəndinə qayıdıb 1998-ci ilə qədər orada yaşamışdır. Bəhram Qusar rayonunun Hil kəndində yaşadığı müddətdə 1997-ci ildə Qusar rayonunun Əvəcuq kənd sakini X20 ilə ailə həyatı qurmuş, həmin nikahdan İbrahim, Fatimə və Xədicə adlı övladları anadan olmuşdur. Onun əri Qusar rayonunun Hil kənd məscidinin baş mollası olmuş, buna baxmayaraq kənddə çox az adam namaz qılmışdır. Lakin övladlarından heç biri də namaz qılmamışdır. 1994-cü ildə Türkiyə Respublikası vətəndaşlarından 2-3 müəllim onların kəndinə gələrək camaat arasında islam dininin təbliğatı ilə məşğul olmuşlar. Bu hal kənd camaatı tərəfindən xoş qarşılanmamış lakin əri Tağıbəy molla olduğu üçün islam dininin türklər tərəfindən təbliğat edilməsində heç bir problem görməmiş və həmin şəxslərin onların evdə qalmalarına şərait yaratmışdır. Həmin türklər təxminən 2-3 ay onların evində qalmışdır. Onlar qaldığı müddətdə oğlu Bəhram namaz qılaraq ibadət etməyə başlamışdır. O vaxt oğlu Bəhramın onun əri Tağıbəy ilə aralarında ailə-məişət zəminində mübahisə olduğuna görə Bəhram onlardan küsmüş və Qusar rayonunun Hil kəndində əmisi Əlibəy Güləliyevin evində qalmağa başlamışdır. Əlibəy 2015-ci ildə vəfat etmiş, Bəhram Əlibəyin evində qaldığı müddət ərzində Əlibəy onu evləndirmişdir. O, 1998-ci ildə isə ailəsi ilə birlikdə Qusar şəhərinə köçmüşdür. Sonradan Bəhramın arvadı Pərvanə 3 övladı ilə birlikdə 2003-cü ildə Qusar rayonunun Hil kəndinə qayıtmış və oğlu Sahibə çarəsiz olduğunu, qalmağa yerinin olmadığını bildirmişdir. Sahib isə ona və əri Tağıbəyə Pərvanənin övladları ilə birlikdə gəldiyini, qalacaq yerinin olmadığını demişdir. Bundan sonra əri Tağıbəy onları qaldıqları evə çağırmış, söhbət zamanı Pərvanə onlara Bəhramın evdən getdiyini demişdir. Onlar Bəhramın hara getməsi barədə maraqlanmış, lakin Pərvanə Bəhramın da ona heç bir şey demədiyini, sadəcə evdən getdiyini bildirmişdir. Pərvanə bir müddət onlarla qaldıqdan sonra onlar Qusar rayonunun Hil kəndində Pərvanənin yaşaması üçün ev almış və Pərvanəgil orada yaşamağa başlamışlar. 2006-cı ildə isə qohum-qonşu onlara Pərvanə və övladlarının evdə olmadığını bildirmişdir. Onlar da həmin evə getdikdə həqiqətən də Pərvanə və uşaqlarının orada olmadığını görmüşlər. Pərvanəgil barədə qohum-qonşudan maraqlandıqda isə cavab olaraq haraya getmələri barədə məlumatlarının olmadıqlarını bildirmişlər. Kənd camaatı arasında isə onların kəndindən Suriya Ərəb Respublikasına gedən bir neçə şəxs olduğuna görə Bəhramın da oraya getməsi barədə şübhələr yaranmış, lakin X112 Respublikasında olmasını isə sonuncu tutulduqdan sonra eşitmişlər. O vaxta qədər isə nə Bəhramın, nə Pərvanənin, nə də ki onların övladlarının harada olması barədə heç bir məlumatı olmamışdır (cild 2, iş vərəqə 157-158). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid Əhmədova (Güləliyeva) Cəmilə Tağıbəy qızının və Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər (cild 2, iş vərəqə 161- 162; 164-165). Cinayət işinin materiallarında olan 31 oktyabr 2019-cu il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid7 şərti olaraq 1-dən 4-ə qədər nömrələnərək təqdim edilmiş fotoşəkillərdəki şəxsləri tanıyıb-tanımaması, müsbət halda həmin şəxslərlə nə vaxt, harada və hansı şəraitdə tanış olmağının halları barədə suala cavab olaraq ona təqdim edilmiş fotocədvəldəki 1 nömrə ilə işarələnmiş fotoşəkildə əks olunan şəxsi tanıdığını, həmin şəxsin dini ləqəbi “X138” olan Bəhram adlı şəxs olduğunu, onu Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah qəsəbəsində yaşayan zaman bir neçə dəfə həmin qəsəbədə gördüyünü bildirərək fotocədvəldəki digər şəxsləri tanımamışdır (cild 2, iş vərəqə 180-183). Cinayət işinin materiallarında olan 15 dekabr 2002-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 3 ünvanında axtarış zamanı 1 ədəd kiçik ölçülü “Samsung” markalı videokamera aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 12). Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qusar rayon Şöbəsinin 18 dekabr 2002-ci il tarixli 678 m nömrəli məktubundan görünür ki, daxil olmuş əməliyyat məlumatlarına əsasən 27 noyabr 2002-ci ildə Qusar şəhərindəki qızıl mağazasına edilmiş basqınla bağlı axtarışda olan Təqsirləndirilən şəxs bir neçə ay bundan əvvəl Qusar rayonunun Əvəcuq kəndində yerləşən piri dağıdan şəxslərdən biri olmuşdur (cild 1, iş vərəqə 29). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 27 dekabr 2010-cu il tarixli 7569 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci ildə Qusar rayonunun Hil kəndində anadan olmuş Təqsirləndirilən şəxs 2002-ci ilin avqust ayından başlayaraq Qusar rayonunun Əvəcuq kənd sakini X8 rəhbərliyi altında təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış, Əvəcuq kənd sakinləri X134, X40 və Şahid1 ibarət sabit silahlı qrupa-bandaya üzvlər cəlb edilməsinə, cinayətlərin törədilməsi üçün vasitə olan silah-sursatın əldə edilməsinə köməklik etmiş, həmin bandanın 27 noyabr 2002-ci il tarixdə saat 13 radələrində Qusar şəhəri, T.İsmayılov küşəsi 24-də yerləşən Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin “Aygün” firma mağazasına basqın etməyə hazırlıq işlərində məsləhət və tövsiyələr verməklə iştirak etmişdir. Faktla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə 39635 nömrəli cinayət işi başlanmış və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 23 dekabr 2002-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş və Qusar RPŞ-də isə barəsində 1 yanvar 2003-cü il tarixdə 26379 nömrəli axtarış işi açılaraq dövlətlərarası axtarışa verilmişdir. Əldə olunmuş rəsmi məlumatdan aydın olur ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 28 yanvar 1980-cı ildə Qusar rayonun Əvəcuq kəndində anadan olmuş, milliyyətcə ləzgi, həmin kənd sakini X20 (xx.xx.2005-ci ildə P1514611 saylı ümumvətəndaş pasportu almışdır), baxmayaraq ki, onun İran və digər ərəb ölkələrində heç bir qohumluq əlaqəsi yoxdur, DİN BƏSİİ-nin “sərhəd nəzarəti və giriş-çıxışın məhdudlaşdırılması” İAMAS-in məlumatına görə 3 azyşalı uşaqları (oğlu - xx.xx.1998-ci il təvəllüdlü X21, qızı - xx.xx.2001-ci il təvəllüdlü X22, qızı xx.xx.2003-cü il təvəllüdlü X23) ilə 17 yanvar 2006-cı il tarixdə Astara sərhəd-nəzarət məntəqəsindən İran ərazisinə keçmiş və tanışlarının sözlərinə görə Pərvanə Muradova azyaşlı uşaqları ilə birlikdə həyat yoldaşı, axtarışda olan Təqsirləndirilən şəxslə görüşmək və daimi yaşamaq məqsədilə İran ərazisinə keçmiş, ancaq konkret olaraq onun hansı ölkəyə getməsini müəyyən etmək mümkün olmamışdır. Hal-hazırki vaxta kimi onlar Azərbaycan Respublikasına qayıtmamışlar (cild 1, iş vərəqə 148-149). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 14 fevral 2018-ci il tarixli 149-2495-1218 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin icraatında olan 76649 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə təqsirləndirilən barəsində həbs qətimkan tədbiri seçilməklə 1 yanvar 2003-cü ildən Qusar RPŞ-si tərəfindən 26379 saylı axtarış işi üzrə axtarılan xx.xx.1971-ci il təvəllüdlü Qusar rayonunun Hil kənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 2017-ci ilin sonlarında Pakistan İslam Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “İŞİD” terror təşkilatının üzvü kimi saxlanılması barədə 13 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikası DİN BCAİ-dən məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 198-205). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Baş İdarəsinin 7 mart 2018-ci il tarixli 8/1849 NQ nömrəli və 12 mart 2018-ci il tarixli 08/2009 Ş.İ. nömrəli məktublarından görünür ki, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində xx.xx.1971-ci il təvəllüdlü Qusar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 208; 210). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və X38 Baş İdarəsinin 18 sentyabr 2019cu il tarixli 5/5236 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə 2003-cü il tarixdə qaçaq yolla Azərbaycanı tərk edərək İrana, oradan isə Pakistana getmişdir. X28 əyalətinə çatdıqdan sonra o, “Əl-Qaidə”-nin “Dağıstan” qrupuna qoşulmuş, sıravi döyüşçü olmuş və həmin qrup tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlim keçmişdir. Təqsirləndirilən şəxs özünə “X138” ləqəbini seçmiş, ətrafına əslən Dağıstandan olduğunu bildirmiş və Azərbaycandan gəldiyini gizlətmişdir. 2014-cü ildə X50 ordusunun nəzarəti altına keçmiş və Təqsirləndirilən şəxs “Əl-Qaidə”-nin digər üzvləri ilə birlikdə Əfqanıstan ərazisinə getmişdir. Lakin 2017-ci ildə “Taliban” hərəkatı bütün əcnəbi döyüşçülərə Əfqanıstanı tərk etməyə çağırmış və bundan sonra onun 2 ərəb kürəkəni İŞİD-ə qoşulmaq niyyəti ilə Suriyaya getmək üçün İrana getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs də Suriyaya getmək qərarına gəlmiş, lakin Pakistan ərazisinə keçdikdən sonra həmin ölkənin təhlükəsizlik orqanları tərəfindən həbs olunmuşdur. Təqsirləndirilən şəxs 2 qızının həyat yoldaşları “ƏlQaidə”-nin məsul üzvləridir, hazırda ehtimal ki, Suriyada və ya İranda fəaliyyətlərini davam etdirirlər (cild 2, iş vərəqə 17-18). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və X38 Baş İdarəsinin 18 sentyabr 2019cu il tarixli 5/5245 180919 nömrəli məktubundan görünür ki, Səbail rayon məhkəməsinin qərarı ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs kimi barəsində həbs qətimkan tədbiri seçilmiş xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonunun Hil kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi ilə əlaqədar tərəfdaşlarla aparılmış soraqlaşma tədbiri zamanı onun Pakitan İslam Respublikası ərazisində qanunsuz miqrant kimi yaşadığı təsbit edilmiş və yerli hüquq-mühafizə orqanları tərəfindən 18 sentyabr 2019-cu ildə həbs qətimkan tədbiri üzrə təhvil verilənədək saxlanılması təmin edilmişdir (cild 2, iş vərəqə 43). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və X38 Baş İdarəsinin 21 oktyabr 2019cu il tarixli 5/5944 nömrəli məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə cinayət işi açılaraq barəsində axtarış elan olunmuş “Əl-Qaidə” terrorçu təşkilatının üzvü sünni ekstremisti, xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonunun Hil kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 02 oktyabr 2019-cu il tarixdə Pakistandan Azərbaycana gətirilməsi təmin olunmuşdur. Təqsirləndirilən şəxs 2002-ci ildə 1974-cü il təvəllüdlü X8 (hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərdiyi üçün 2003-cü ildə öldürülmüşdür) yaratdığı silahlı qruplaşmaya qoşularaq Azərbaycan Respublikası ərazisində terror aksiyaları törətmək niyyətində olmuşdur. Sonradan qruplaşmanın üzvləri -xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 4 ünvanında qeydiyyatda olan Şahid2;xx.xx.1974-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 6 ünvanında qeydiyyatda olan X119;xx.xx.1975-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 7 ünvanında qeydiyyatda olan X36 həbs edilmiş, lakin Təqsirləndirilən şəxs 2003-cü ildə Azərbaycan Respublikasını qeyri-leqal yollarla tərk etmiş və barəsində Qusar rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə (banditizm) cinayət işi açılmış, 0 1 yanvar 2003-cü il tarixdə ölkədaxili, 12 iyun 2005-ci il tarixdə dövlətlərarası və 1 oktyabr 2006-cı il tarixdə isə “İNTERPOL” xətti üzrə beynəlxalq axtarış elan olunmuşdur. Onun həyat yoldaşı - xx.xx.1980-cı il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Qusar rayonunun Hil kəndində qeydiyyatda olan X24 xx.xx.2006-cı il tarixdə 3 övladı - 10.11 1998-ci il təvəllüdlü X21; xx.xx.2001-ci il təvəllüdlü X25; xx.xx.2003-cü il təvəllüdlü X9r. 17 yanvar 2007-ci il tarixdə Astara NBMdən İran İslam Respublikasına getmiş və bu günədək geri qayıtmamışlar. Onların hazırda Suriya və ya İraq ərazisindəki qanunsuz silahlı birləşmələrin nəzarətində olan ərazilərdə məskunlaşdıqları ehtimal edilir. Təqsirləndirilən şəxs Vəziristanda olduğu müddətdə görüşdüyü azərbaycanlı ekstremistlərin olduqları “Tayfatul Mansura”, “Abu Hamza camaatı” və “Əli Azəri camaatı” adlı qruplaşmaların aşağıdakı üzvləri müəyyən edilmişlər. “Tayfatul Mansura” adlı qruplaşmanın üzvləri: “Abu Omar” - xx.xx.1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9 D, mənzil 8-də qeydiyyatda olan X10 (Əfqanıstanda həlak olmuşdur); “Abu Hamza” - xx.xx.1966-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuş və orada qeydiyyatda olan X32 (hazırda həbsdədir); “Səlahəddin” - xx.xx.1984-cü ildə Qubadlı rayonunda anadan olmuş, məcburi köçkün, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 89/1 məskunlaşmış Şahid7 (hazırda Bakı şəhərində yaşayır); “Davud” - xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Xarici Dairəvi küçəsi, yataqxana 4-də qeydiyyatda olan X120 (Pakistan və ya Əfqanıstanda həlak olduğu güman edilir); “Abu Ayka” - 4.06.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 33, mənzil 65-də qeydiyyatda olan X72 (Pakistan və ya Əfqanıstanda həlak olduğu güman edilir); “Uzun Adil” - müəyyənləşdirilir; “Abu Tahir” xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 69, mənzil 103-də qeydiyyatda olan X144 (Qubad) oğlu (Onun hazırda Suriya və ya İraqda olduğu güman edilir); “Zübeyir” - 1.12.1978-ci ildə Abşeron rayonunun Sitalçay kəndində anadan olmuş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27, mənzil 51-də qeydiyyatda olan X73 (Suriyada həlak olduğu güman edilir); “Məhəmməd” - xx.xx.1980-ci ildə Ermənistanda anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, S.Mustafayev-2 küçəsi, ev 227-də qeydiyyatda olan X121 (Pakistan və ya Əfqanıstanda həlak olduğu güman edilir). “Abu Hamza camaatı” adlı qruplaşmanın üzvləri: “Abu Həmzə” - xx.xx.1981-ci ildə Ukraynanın Donetsk şəhərində anadan olmuş, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, ev 2 a, mənzil 86-da qeydiyyatda olan X51 (hazırda həbsdədir); “Abdurrəhim” - xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, ev 16, mənzil 10-da qeydiyyatda olan X103 (Suriyada həlak olduğu güman edilir); “Seyfullah” - xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 23, mənzil 79-da qeydiyyatda olan X122 (İraqda həlak olduğu güman edilir); “Həmzə” - xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, Yataqxana 21 a-da qeydiyyatda olan X55 (hazırda Suriya və ya İraqda olduğu güman edilir). “Əli Azəri camaatı” adlı qruplaşmanın üzvləri: “Əli Azəri” - xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 14, mənzil 69-da qeydiyyatda olan X74 (Əfqanıstanda həlak olmuşdur); “Mahmud”- 8.11.1985-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Mahir Xasiyev (hazırda Suriyadadır).Əfqanıstan-Pakistan bölgəsində müstəqil fəaliyyət göstərmiş ekstremistlər: “İsa Azəri” - xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 11, mənzil 15-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, keçid 1410, məhəllə 3815, ev 15/2, mənzil 73-də yaşayan X135 (hazırda Bakı şəhərində yaşayır); Həsən xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbalayev küçəsi, ev 18, mənzil 65-də qeydiyyatda olan X118 (hazırda İranda olduğu güman edilir). Pakistan əsgərlərinə qarşı mina yerləşdirmə işi ilə məşğul olan “Abdulməcid” - 2.05.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenlı küçəsi, ev 47-də qeydiyyatda olan X75 (hazırda Suriya və ya İraqda olduğu güman edilir). Pakistan ərazisində çeçenlər tərəfindən yaradılmış “Abdullah Azzam” adlı qruplaşmadakı “Səlahəddin”, “Şəhidullah” dini ləqəbli şəxsləri müəyyənləşdirmək mümkün olmamışdır. Əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs qanunsuz fəaliyyətinə görə Pakistan İslam Respublikasında məhkum olunmamışdır (cild 2, iş vərəqə 150-153). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına olan 2 oktyabr 2019-cu il tarixli elektron biletdən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 02 oktyabr 2019-cu il tarixdə saat 9:30-da TK-711 saylı İslamabad-İstanbul aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərinə gəlmiş, həmin tarixdə saat 21:05-də TK-334 saylı İstanbul-Bakı aviareysi ilə X87 Aeroportuna gəlmişdir (cild 2, iş vərəqə 77-78). Cinayət işinin materiallarında olan 02 oktyabr 2019-cu il saat 21:35-də tərtib olunmuş 1360 nömrəli təhvil-təslim aktından görünür ki, X87 X58 Şöbəsinin sərnişin SNB-nin əməkdaşı X47 2 oktyabr 2019-cu il tarixdə 334 saylı İstanbul-Bakı reysində İAMAS-da “Saxla” statusu ilə nəzarətə qoyulmuş Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1971ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində olan sənəd və əşyaları ilə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşına təhvil verilmişdir (cild 2, iş vərəqə 83). Cinayət işinin materiallarında olan “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemində 18 oktyabr 2019-cu il tarixdə əldə olunmuş hesabatlardan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına 850747 nömrəli pasport olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 09 noyabr 2002-ci il tarixdə saat 11:03- də P0850747 nömrəli pasportla Samur sərhəd nəzarət məntəqəsindən Azərbaycan Respublikasının ərazisini tərk etmiş, həmin gün saat 16:54-də eyni pasportla həmin məntəqədən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs 02 oktyabr 2019-cu il tarixdə saat 21:50-də AA0075543 nömrəli qayıdış şəhadətnaməsi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Azərbaycan Respublikasının ərazisinə daxil olaraq 1360 nömrəli aktla DTX əməkdaşlarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs 18 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, 02 oktyabr 2019-cu il tarixdə isə tutulmuşdur (cild 1, iş vərəqə 242-246). Cinayət işinin materiallarında olan “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə 08 oktyabr 2019-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs arvadı - xx.xx.1980-cı il təvəllüdlü X20 xx.xx.2006-cı il tarixdə saat 10:06:28 dəqiqədə övladları - xx.xx.1998-ci il təvəllüdlü X21, xx.xx.2001-ci il təvəllüdlü X25 və xx.xx.2003-cü il təvəllüdlü X26 ilə birlikdə Astara sərhəd nəzarəti məntəqəsindən keçərək Azərbaycan Respublikasının ərazisini tərk etmişlər (cild 2, iş vərəqə 117-120). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 18 fevral 2020-ci il tarixli 4/15-1102/15/20 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin 6 fevral 2020-ci il tarixli SİSL/1/045/20 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Güləliyev X11 məhkum olunmamış və qanunsuz miqrasiyaya görə Pakistandan Azərbaycana deportasiya olunmuşdur (cild 3, iş vərəqə 173-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X29 Məhkəmə Psixiatrik Ekspertizasının 16 oktyabr 2019-cu il tarixli 2080 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 96- 97). Cinayət işinin materiallarında olan Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 sentyabr 2003-cü il tarixli A-0757/2003 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu müəssisələrə, idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmayan silahlı qrup-banda yaratma, onları silahla, döyüş sursatı və sair ilə təchiz etmə və digər cinayət əməllərinin törədilməsinin iştirakçıları X40 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.3, 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.1, 181.3.3, 185.3.1, 185.3.3, 145.2.4, 145.2.6 və 228.3-cü maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 206.4, 126.3, 168.1, 228.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3 və 228.3-cü maddələri ilə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 206.4, 228.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X119 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 168.1, 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 168.1 və 315.1-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X76 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 168.1-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 168.1-ci maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 3, iş vərəqə 6-37) Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyul 2011-ci il tarixli 1(101)-565/11 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu müəssisələrə, idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə məqsədilə Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmayan silahlı qrupbanda yaratma, onları silahla, döyüş sursatı və sair ilə təchiz etmə və digər cinayət əməllərinin törədilməsinin iştirakçısı X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 228.3, 279.1, 217.2, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 32.5, 206.4, 29, 32.5, 206.4-cü maddələri ilə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 268- 276) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması iş üzrə araşdırılmış sübutlarla düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmişdir və həmin hal cinayət işinin materialları ilə hazırda işin apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha kifayət qədər öz təsdiqini tapdı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-nin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətləri və eləcə də işdə olan digər sübutlarla kifayət qədər təsdiq edilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətini cinayət işi materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin və ona əlavənin dəlilləri ilə razılaşmayaraq, müdafiə tərəfindən verilmiş şikayətlərinin və əlavənin əsasları və dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətində məhkuma istinad edilən cinayətlərdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktik halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində məhkumun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi barədə qeyd edilənlərlə əlaqədar olaraq bildirir ki, iş materialları ilə qeyd edilən hallar təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs təzyiqlərə məruz qalması ilə bağlı ibtidai istintaq zamanı hər hansı bir orqana müraciət etməmiş, həmçinin apellyasiya icraatı zamanı ifadə verərəkən Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istər Bakı İstintaq Təcridxanasına daxil olarkən, istərsə də Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçərkən məhkəmədə, eləcə də cəzaçəkmə müəssisəsində fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə heç bir müraciət etmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsi işi və tibb kitabçası tələb edilmiş və onun barəsində qəddar, qeyri-insani, zorakı hərəkət tətbiq edilməsi ilə bağlı hər hansı əhəmiyyətli hal aşkar edilməmişdir. Bundan başqa apellyasiya şikayətində şəxsin təqsirliliyinə dair heç bir sübutun olmadığı qeyd edilsə də, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ətraflı və təfsilatlı ifadəsindən, iş materiallarında olan şahid ifadələrindən, digər sənədlərdən (Şahid7 şərti olaraq 1-dən 4-ə qədər nömrələnərək təqdim edilmiş fotoşəkillərdəki şəxslərdən 1№li şəkildəki Bəhram adlı şəxsi Pakistan Respublikasında yaşayan zaman bir neçə dəfə gördüyünü bildirməsi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Konstitusiya Quruluşunun Mühafizəsi və X38 Baş İdarəsinin 18 sentyabr 2019-cu il tarixli 5/5236 nömrəli məktubuna əsasən B. Güləliyevin qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə 2003-cü il tarixdə qaçaq yolla Azərbaycanı tərk edərək İrana, oradan isə Pakistana getməsi, X28 əyalətinə çatdıqdan sonra onun, “Əl-Qaidə”-nin “Dağıstan” qrupuna qoşulması, sıravi döyüşçü olması və həmin qrup tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlim keçməsi barədə məlumat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qusar rayon Polis Şöbəsinin 27 dekabr 2010-cu il tarixli 7569 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs 2002-ci ilin avqust ayından başlayaraq Qusar rayonunun Əvəcuq kənd sakini X8 rəhbərliyi altında təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış, Əvəcuq kənd sakinləri X134, X40 və Şahid1 ibarət sabit silahlı qrupa-bandaya üzvlər cəlb edilməsinə, cinayətlərin törədilməsi üçün vasitə olan silah-sursatın əldə edilməsinə köməklik etməsi, həmin bandanın 27 noyabr 2002-ci il tarixdə saat 13 radələrində Qusar şəhəri, T.İsmayılov küşəsi 24-də yerləşən Azərbaycan “Zərgərsənaye” İstehsalat Birliyinin “Aygün” firma mağazasına basqın etməyə hazırlıq işlərində məsləhət və tövsiyələr verməklə iştirak etməsi, faktla əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə 39635 nömrəli cinayət işi başlanması və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 23 dekabr 2002-ci il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilməsi və Qusar RPŞ-də isə barəsində 1 yanvar 2003-cü il tarixdə 26379 nömrəli axtarış işi açılaraq dövlətlərarası axtarışa verilməsi barədə məlumat və s.) görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin apelyasiya şikayətində onun təqsirsizli barədə göstərdiyi dəlillər təkzib edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətində və apellyasiya icraatına özünü təqsirli bilməməsinə dair bildirdiklərini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək həmin ifadəsini və dəlillərini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs müdafiəçisinin kassasiya şikayəti qismən təmin olunaraq, apelyasiya məhkəməsinə təkrar məhkəmə baxışı mərhələsinə göndərilərkən işin hüquqi halları yoxlanılmış, onun barəsində yalnız ibtidai istintaq zamanı zorakı, qəddar, qeyriinsani və ləyaqəti alçaldan rəftara məruz qalması hallarının araşdırılması qeyd edilmişdir. Təkrar apelyasiya baxışı zamanı qeyd olunan fakt dəfələrlə araşdırılmış, lakin həmin fakt öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası vurğulayır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadəsi DTX-nin və DİN-nin məktubunda qeyd edilmiş hallara uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təqsiriləndirilən şəxs qismində 30 ay həbsdə saxlanılmışdır” dəlilin münasibətdə qeyd edir ki, iş materialarından da görünür ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 18 fevral 2020-ci il tarixli 4/15-1102/15/20 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyinin 6 fevral 2020-ci il tarixli SİSL/1/045/20 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Güləliyev X11 məhkum olunmamış və qanunsuz miqrasiyaya görə Pakistandan Azərbaycana deportasiya olunmuşdur. Yəni, hazırkı hökm üzrə cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2019-cu il tarixdən hesablanması qanuni və əsaslı olmuş, apelyasiya şikayətinin həmin dəlili də öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənədlər və iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya icratı zamanı verdiyi ifadəsini özlərinimüdafiə xarakter daşıması, törətdiyi cinayət əməllərinə münasibətdə məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə olması qənaətinə gəlməklə həmin ifadəyə tənqidi yanaşır, həmin hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, iş materialları ilə təkzib edildiyini qeyd edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214- 3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkumun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283- 1.3-ci maddələri ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələbləri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs əməllərində Azərbyacan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən etməyərək ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində, qanuni və ədalətli cəza təyin edilmişdir. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun əməlinin ona bəraət verilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasına dair dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərfindən verilmiş apellyasiya şikayətləri və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 1(101)-734/2020 saylı hökmü apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs X4 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 217.2, 279.1, 32.5, 181.3.1, 32.5, 181.3.2, 32.5, 181.3.3, 228.3, 12.1, 218.2, 12.3, 214.2.1, 12.3, 214.2.2, 12.3, 214.2.3, 12.3, 214.2.6, 12.3, 214-3.1, 12.3, 214-3.2, 12.1, 279.2 və 283-1.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(101)-734/2020 saylı hökmü verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-15/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-15/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver