Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-151/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, X7 və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Həsənova Bahar Elxan qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə məhkum edilməsinə dair 28 sentyabr 2022-ci il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 1(006)- 258/2022 saylı hökmü ilə (sədrlik edən B.Ə.Pənahov) xx xxxxxx 1997-ci il tarixdə Dəvəçi rayonunda (Şabran rayonu) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şabran şəhəri, H.Əliyev prospekti, ev 74-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-294/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə müəyyən olunan azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılması və ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 09 dekabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ondan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd "xxxx" KB ASC-nin, 01 ədəd "xxxx" ASC-nin plastik bank kartları, 01 ədəd “Louis Cardy” markalı pul kisəsi, 01 ədəd “Aloe Lipstick” dodaq balzamı, 01 ədəd makiyaj fırçası və 01 ədəd “HTC” markalı mobil telefon müvafiq olaraq zərərçəkmiş şəxslər Dinara Muşailovnanın və Zərərçəkmiş şəxs3 istifadəsində saxlanılması, məhkəmədə hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi1 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X5, X6 və X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 09 yanvar 2020-ci il tarixdə, saat 02 radələrində Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən, Zərərçəkmiş şəxs2 işlətdiyi ərzaq mağazasının qarşısına gəlib aralarında olan vəzifə bölgüsünə əsasən Əliağa İsmayılov və Nurlan Məmmədov kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə Zaman Yarışovla birlikdə mağazanın giriş qapısının kilidini istintaqa məlum olmayan alətlə sındırdıqdan sonra oraya qanunsuz daxil olub mağazanın içərisindən Zərərçəkmiş şəxs2 məxsus, bir qutusunun qiyməti 01 manat 40 qəpik təşkil edən, ümumilikdə 9.100 manat dəyərində 6.500 qutu “Argo” markalı siqaretləri oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmuşlar. Bundan başqa o 01 dekabr 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış, X4 məxsus “Chevrolet Cruze” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan şüşəsinin açıq olmasından istifadə edərək əlini şüşədən içəri salmaqla avtomobilin qapısını açıb salonun müxtəlif yerlərindən içərisində 100 manat nağd pul, bir ədədinin qiyməti 10 manat olmaqla, ümumilikdə 20 manat dəyərində iki ədəd "xxxx" KB ASC-yə məxsus plastik bank kartları olan 05 manat dəyərində “Louis Cardy” markalı pul kisəsini, bir ədədinin qiyməti 100 manat olmaqla ümumilikdə 200 manat dəyərində qadın ətirini, bir ədəd 60 manat dəyərində qadın ətirini, bir ədəd 02 manat dəyərində “Aloe Lipstick” markalı dodaq balzamını, bir ədəd 02 manat dəyərində makiyaj fırçasını, həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları və 250 manat nağd pulu; -əvvəlcədən gizli olaraq taladığı X4 məxsus, identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" KB ASCyə aid 5292-5465-5664-2690 nömrəli bank kartı vasitəsilə ünvan 2 ünvanda yerləşən “Real S” mağazasında 01 dekabr 2021-ci il tarixdə, saat 07:25-də 19 manat, saat 07:35-də 19 manat 70 qəpik, saat 07:36da 19 manat 50 qəpik, saat 08:01-də 19 manat 50 qəpik, saat 08:03-də 37 manat 50 qəpik məbləğində alış-veriş etməklə həmin kartın hesabından ümumilikdə 115 manat 20 qəpik məbləğində pulu; -07 dekabr 2021-ci il tarixdə, saat 04 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs3 məxsus “Hyundai İX35” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının kilidinin açıq olmasından istifadə edərək avtomobilin salonunun müxtəlif yerlərindən 30 manat dəyərində “HTC” markalı, “OP6B640” modelli mobil telefonu, bir ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartını, bir ədəd 10 manat dəyərində enerji aparatını, 550 manat dəyərində “Citizen” markalı qol saatını gizli olaraq talayıb zərər çəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli ,1(006)-258/2022 saylı hökmünün dəyişdirilərək barəsində daha az cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə razı deyil. Əməlindən peşmandır, müharibə iştirakçısıdır. Müharibədən sonra ölkə başçısı tərəfindən təltif olunub. Ailədə tək övladdır, anası onun himayəsindədir. Bu onun ilk məhkumluğudur. Apelyasiya icraatında təqsirləndirilən şəxs və onun müdafiəçisi apelyasiya şikayətini müdafiə edərək, Bakı Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il, 1(006)- 258/2022 saylı hökmünün dəyişdirilərək, barəsində daha az cəza təyin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirərək apelyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il, 1(006)-258/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyi, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuş, təqsirləndirilən X3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar aşkar edilməmişdir. Məhkəmə kollegiyası Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 1(006)-258/2022 saylı hökmünün dəyişdirilərək təqsirləndirilən şəxs barəsində daha yüngül cəza təyin edilməsi barədə təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPMnin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyi və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmasının kifayət qədər sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Bununla yanaşı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilmiş sənədlərdən Təqsirləndirilən şəxs 2016-cı il Aprel döyüşlərində Goranboy və Tərtər rayonu istiqamətində h/h-də “çilingər,quraşdırıcı” vəzifəsində iştirak etdiyi təsdiq edilsə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin zərər çəkmiş Zərərçəkmiş şəxs2 vurulmuş zərərin aradan qaldırılmasının, Zərərçəkmiş şəxs3 ilə isə barışıq əldə olunmasını CM-nin 59.1-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb, onun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməyərək, törətdiyi cinayət əməllərinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində, habelə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ədalətli cəza təyin etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən CMnin 59.1.1, 59.1.14-cü maddələrində göstərilməmiş başqa halların cəzanın yüngülləşdirən hal qismində nəzərə alınması hüquq kimi müəyyən olunduğundan məhkəmə kollegiyasının qənəatinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs 2016-cı il Aprel döyüşlərində Goranboy və Tərtər rayonu istiqamətində h/h-də “çilingər,quraşdırıcı” vəzifəsində bir müddət iştirak etməsi cəza təyin etmənin ümumi əsasları baxımından hazırki iş üzrə yüngülləşdirən hal qismində nəzərə alınması məqbul sayılmamalıdır. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 1(006)- 258/2022 saylı hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Fərid Əyyubov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №1(103)-151/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-151/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver