Məhkəmə qərarları › İş №1(103)-1516/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1516/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1516/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamın müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş və mülki iddiaçılar: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6; Zərərçəkmiş şəxs3; məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri –Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi5 və Bakı şəhəri 03 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Zeynal Ağayev) xx xxxx 1966-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində rəhbər və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kommersiya direktoru işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi ev 2 mənzil 58-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 18 iyun 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə və ona edilmiş əlavələri; zərərçəkmiş şəxslər və mülki iddiaçılar: Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli 18 iyun 2019-cu il tarixdən hesablanmaqla, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı -Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib Şamaxı rayonu Kirovka kəndində şərikli istirahət mərkəzi tikib daha baha qiymətə satmaqla gəlir əldə edərək yarı böləcəkləri barədə yalan vəd verib aldadaraq 2006-cı ilin yanvar ayından həmin ilin sentyabr ayına kimi müddət ərzində Şamaxı rayonu və Bakı şəhərinin müxtəlif ünvanlarında hissəhissə, həmin dövrün məzənnəsi ilə 29.155 manat 53 qəpik təşkil edən 31.746 ABŞ dolları pulunu vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs5 ümumilikdə 29.155 manat 53 qəpik xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə tanışı -Zərərçəkmiş şəxs6 etibarından sui- istifadə edib Quba rayonu Digah kəndində şərikli üç ədəd taxta ev tikib satmaqla gəlir əldə edib yarı böləcəkləri barədə yalan vəd verməklə aldadaraq 2008-ci ilin oktyabr-noyabr aylarında Bakı şəhəri Binəqədi rayonu «Dərnəgül Bazarı»nda 20.000 manatını ələ keçirib vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 cəmi 20.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrar özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı -Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib altı aya pulunu ödəyəcəyinə yalan vəd verib aldadaraq 2011-ci ilin iyun ayının sonlarında Bakı şəhəri Yasamal rayonu «Nizami» metrostansiyasının yaxınlığında bir dəfəyə həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində ümumi çəkisi 84 qram boyunbağı, sırğa, üzük, qolbaqdan ibarət briliyant qaşlı dəsti ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 12.600 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təkrar özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Xaçmaz rayonu Palçıqoba kəndində yerləşən, ucuz qiymətə satılan modern tipli avtomatlaşdırılmış fındıq zavodunu adına alıb özəlləşdirəcəyi və şərikli işlədərək qazanc əldə edəcəklərinə dair yalan vəd verib aldadaraq, zavodun alınması adı ilə 13 sentyabr 2011-ci ildə Bakı şəhəri Yasamal rayonu «Nizami» metrosu yaxınlığında həmin dövrün məzənnəsi ilə 46.724 manat 04 qəpik təşkil edən 59.400 ABŞ dollarını və zavodun özəlləşdirilməsi adı ilə 2011-ci ilin noyabr-dekabr aylarında Bakı şəhəri Xətai rayonu Yusif Səfərov küçəsində olan «Əmlak Məsələləri Dövlət Komitəsi»-nin qarşısında 80000 manatını vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 cəmi 126.724,04 manat külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı -Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Quba rayonu Amsar kəndində torpaq sahəsi almaq üçün 5.000 manat pulunun çatmadığını deyərək iki-üç aya qaytaracağı barədə yalan vəd verib aldadaraq 06 may 2014-cü il tarixdə Quba şəhərində yerləşən notariat kontorunun qarşısında bir dəfəyə 5.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs3 cəmi 5.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı +Zərərçəkmiş şəxs4 etibarından suiistifadə edib 2014-cü ilin sonuna qədər dəyərini ödəyəcəyi barədə yalan vəd verib aldadaraq 17 iyul 2014-cü ildən başlayaraq 29 avqust 2014-cü il tarixədək olan dövr ərzində, Quba şəhəri Heydər Əliyev küçəsində yerləşən «Tikinti materiallarının satışı mağazası»ndan 17.000 manat dəyərində müxtəlif tikinti materiallarını vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 17.000 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə tanışı +Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Şahid1 aparıcısı olduğu «Sport Maqazin» verilişinin çəkilişinə pul lazım olmasını deyib 2014-cü ilin sonuna qədər pulu qaytaracağına yalan vəd verib aldadaraq, 2014-cü ilin oktyabr ayında Bakı şəhəri Nəsimi rayonu «Koala park»ın yaxınlığında bir dəfəyə 20.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs1ə cəmi 20.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1in etibarından suiistifadə etməklə ünvan 3 ünvanında olan üçotaqlı 512 saylı mənzilin ucuz qiymətə satıldığını, həmin mənzili alıb daha baha qiymətə satmaqla qazanc əldə edəcəkləri barədə yalan vəd verib aldadaraq 2014-cü ilin noyabr ayında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Koala park»ın yaxınlığında bir dəfəyə həmin dövrün məzənnəsi ilə 125.520 manat təşkil edən 160.000 ABŞ dollarını ələ keçirməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1ə 125.520 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Digər tərəfdən, məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 (mülki iddiaçı), Zərərçəkmiş şəxs2 (birinci epіzod üzrə-2011-ci ilin iyun ayının sonlarında Bakı şəhəri Yasamal rayonu «Nizami» metrosu yaxınlığında həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində, ümumi çəkisi 84 qram olan boyunbağı, sırğa, üzük və qolbaqdan ibarət briliyant qaşlı dəsti ələ keçirməklə, vədinə əməl etməyərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi hissədə) və Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlar üzrə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, ona cəza təyin edilməmişdir. Məhkəmənin hökmündən narazı qalan Zərərçəkmiş şəxs6 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib aldatma yolu ilə 2008-ci ilin oktyabr-noyabr aylarında onun 20.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə maddi ziyan vurduğunu, lakin nə ibtidai istintaq zamanı və nə də məhkəmədə ona və digər zərərçəkmiş şəxslərə vurduğu ziyanın aradan qaldırılmasına dair heç bir cəhd etmədiyini, üstəlik hədə-qorxu gələrək, onu və digər zərərçəkmiş şəxsləri həbs etdirəcəyini bildirdiyini qeyd etməklə, məhkəmənin hökmünün Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilməsini və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddində, yəni ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş etmişdir. Məhkəmənin hökmü ilə razılaşmayan Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib aldatma yolu ilə 2014-ci il ərzində onun 20000 manat və 125520 manat təşkil edən 160000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməklə, ona xeyli və külli miqdarda maddi ziyan vurduğunu, lakin nə ibtidai istintaq zamanı və nə də məhkəmədə ona və digər zərərçəkmiş şəxslərə vurduğu ziyanın aradan qaldırılmasına heç bir cəhd etmədiyini, əksinə ona və digər zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək, onları həbs etdirəcəyini bildirdiyini qeyd etməklə, məhkəmənin hökmünün Təqsirləndirilən şəxs təyin edilmiş cəza hissəsində dəyişdirilməsini və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddində ona cəza, yəni 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, verilmiş ittiham üzrə iş üzrə keçən zərərçəkmiş şəxslərin hər hansı birinə qarşı, onların etibarından mui-istifadə etməklə və ya onları aldatmaqla dələduzluq cinayətini etmədiyini və zərərçəkmiş şəxslərə qarşı hər hansı qanunsuz hərəkətlərə yol vermədiyini, onların pullarını dələduzluq yolu ilə ələ keçirmədiyini və mənimsəmədiyini, bunların ona qarşı qanunsuz olaraq təşkil olunduğunu, ibtidai istintaq zamanı və məhkəmədə ona qarşı çoxsaylı qanunsuzluqlara yol verildiyini, müdafiə hüququnun həyata keçirilməsi zamanı kobud pozuntulara yol verilməklə, onun hüquqularının pozulduğunu, ona verilmiş dələduzluq ittihamları məhkəmədə öz təsdiqini tapmadığını və ümumiyyə cinayət işinin materialında onun həmin cinayətləri törətməkdə təqsirli olmasını təsdi edən sübutların toplanılmadığını göstərməklə, məhkəmənin barəsində çıxarılmış həmin ittiham hökmünün ləğv olunmasını və ona bəraət verilməsini xahiş etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs irəli sürdüyü eyni dəlillərə əsaslanmaqla öz apellyasiya şikayətinə əlavə verərək birinci instansiya məhkəməsinin ona qarşı qərəzli, qisasçı sürundürməçi və ədalətsiz mövqeyində olduğunu, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini göstərməklə məhkəmənin sədrlik edən hakimi Zeynal Ağayevin ona qarşı törətdiyi kobud qanun pozuntularına hüquqi qiymət verilməsi üçün, zəruri tədbirlərin təmin edilməsini, məhkəmə baxış iclasının katibi M.Kazımovun məhkəmə iclas protokollarını saxtalaşdırmasına və təhrif etməsinə hüquqi qiymətin verilməsinin təmin edilməsini, müdafiəsini təşkil etmək üçün iş materialı ilə tanış olmasını və bəzi sənədlərin sürətlərinin ona verilməsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək, məhkəmənin hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, məlikəmə işə baxarkən istintaq orqanı tərəfindən yol verilmiş nöqsanları nəzərə almamış, bu pozuntuların aradan qaldırılması üçün heç bir addım atmamış və hətta iş məhkəmədə olarkən belə təqsirləndirilən şəxsin hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən digər pozuntularla yanaşı təqsirləndirilən şəxsin müdafiə hüququ, tərəflərin bərabərlik hüquqları, məhkəmə çəkişməsi kimi fundamental prinsipləri pozulmuşdur. Ona görə hökm ləğv edilməli və ləğv edilməsi üçün əsaslar: Müdafiə etdiyi şəxsə verilmiş ittihamların heç biri istintaq zamanı və məhkəmədə sübuta yetirilməmişdir. Hökmdə təqsirləndirilən şəxsin hərəkətlərində cinayətin əlamətlərinə və cinayətin baş verməsinə dair əsaslandırma yer almamışdır. Məhkəmə təqsirləndirilən şəxsin Konstitusiya ilə qorunan hüquqlarını pozmuş, nəticədə Cinayət Prosessual Məcəlləsinin 8, 8.0.5, 10, 12, 351, 346.1.1-346.1.6-cı maddələrinin tələblərinə əməl etməmişdir. Müdafiə etdiyi şəxsin ittiham olunduğu CM-nin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi, heç kimin pulunu ələ keçirməməsi, zərərçəkmiş şəxslərin ona qarşı yalan ifadə vermələri barədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun ifadələri işin faktiki hallarına uyğun deyil və mötəbər sübutlarla təkzib edilir. Onun ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş yalan ifadələr kimi qiymətləndirmişdir. Bu sübutların nədən ibarət olması və təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşmasının səbəbi ümumiyyətlə hökmdə əsaslandırılmamışdır. Ən son pozuntulardan biri təqsirləndirilən şəxsə son sözün verilməməsidir. Belə ki, təqsirləndirilən şəxs son sözünə hazırlaşması üçün məhkəmədən ona vaxt verilməsini xahiş etmiş, məhkəmə heç bir hüquqi əsas olmadan vaxtın verilməsindən imtina etmiş, təqsirləndirilən şəxsin son sözü deməkdən imtina etməsini qəbul etmişdir. Eyni ilə digər epizodlarla bağlı da təqsirləndirilən şəxsə elan edilmiş ittiham təsdiqini tapmamışdır. Buna baxmayaraq, məhkəmə bu epizodlar üzrə təqsirləmdirilən şəxsi təqsirli bilmişdir. Məhkəmənin hökmü həmin hissələrdə ləğv edilməli və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Eyni ilə məhkəmənin hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayətinə əlavə verərək, 12 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxsin məhkəmənin bütün müddətinə məhkəmə iclas zalından kənarlaşdırılması və məhkəmə iclaslarının onun iştrakı olmadan davam etdirilməsinə dair qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, 12 oktyabr 2020-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmənin bütün müddətinə məhkəmə iclas zalından kənarlaşdırıİması, məhkəmə iclaslarının onun iştrakı olmadan davam etdirilməsinə dair qərar çıxarmışdır. Qərar onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs məhkəmə prosesinin gedişatını pozur, sədirlik edənin göstərişlərinə tabe olmur. Məhkəmə iclas protokolunda xəbərdarlıq edildiyi və onun xəbərdarlıqlara riayət etmədiyi göstərilir. Lakin, təqsirləndirilən şəxs məhkəmə prosesinin gvedişatına mane olmadığını, suallar vermək istədiyini, buna imkan yaradılmadığını və prosesinin gedişatını pozmadığını bildirmişdir. Hətta protokolda qeyd edilənlər həqiqət olsa belə, Təqsirləndirilən şəxs bütün məhkəmə iclaslarından kənarlaşdırılması qanunsuzdur. Belə ki, ona ilkin xəbərdarlıq edilməli, bu təsir etməsə məhkəmə iclasından kənarlaşdırıla bilər, lakin onun bütün məhkəmə iclaslarından kənarlaşdırılmasını heç bir halda əsaslandırmaq mümkün deyildir. Təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X8, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadələr vermişlər. İfadələrlə tanış olarkən müəyyən etmək mümkündür ki, zərərçəkmiş şəxslərin istintaq dövründə verdikləri ifadələri ilə məhkəmə istintaqı dövründə verdikləri ifadələr arasında ciddi ziddiyətlər vardır. Bu ziddiyətlərin aydınlaşdırılması iş üzrə obyektiv araşdırmanın aparılması və ədalətli qərarın qəbul edilməsi üçün olduqca əhəmiyyətlidir. Eyni ilə, zərərçəkmiş şəxslərin ifadələri təqsirləndirilən şəxsin iştrakı olmadan alınmış, lakin onun vəkli məhkəmədə iştrak etmişdir. Müdafiəçi həmin ifadələrə yalnız hüquqi münasibət bildirmək imkandadır. Təqsirləndirilən şəxs isə faktiki hallardan məlumatlıdır və ifadələrin verilməsindən sonra ifadənin həqiqəti əks etdirib etdirmədiyini aydınlaşdırmaq üçün suallar vermək imkanına malik olmalıdır. İş üzrə isə təqsirləndirilən şəxs belə imkana malik olmamış, bunlar isə ifadələrdə olan ziddiyətlərin aradan qaldırılmasına mane olur. Bu arqumentlər məhkəmədə səsləndirilmiş və təqsirləndirilən şəxsin iclaslarında iştrakının təmin olunması xahiş edilməsinə baxmayaraq, məhkəmə bu arqumentləri nəzərə almamışdır. AR CPM-nin 310.6 və 310.6.3-cü maddələrinə əsasən, məhkəmə iclasında qaydanı kobud pozan cinayət prosesinin iştirakçısı məhkəmə baxışının bütün müddətinə və ya həmin müddətinin bir hissəsinə məhkəmənin iclas zalından xaric edilə bilər. Məhkəmənin qərarı ilə məhkəmə baxış iclasına yenidən buraxılmış cinayəf prosesinin iştirakçısı onun olmadığı dövr ərzində aparılmış prosessual hərəkətlərlə tanış olmaq hüququna malikdir. Həmin maddələrin də tələbindən görünür ki, məhkəmənin qərarı əsaslandırılmalıdır. Maddəyə əsasən, Təqsirləndirilən şəxs barəsində məhkəmə iclaslarının bir hissəsindən xaric etmək imkanı var. Amma Təqsirləndirilən şəxs bütün iclaslardan kənarlaşdırılması əsaslandırılmamışdır. Bu hallar nəzərə alınmalıdır. Məhkəmə hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, məhkəmənin hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, əvvəlcə ibtidai istintaq orqanı və onun ardınca birinci instansiya məhkəməsi tərəfindən təqsirsizlik prezumpsiyasının tələbləri kobud şəkildə pozularaq, subyektiv şübhə və ehtimallar üzərində qurulmuş qərarlar qəbul edilərək Təqsirləndirilən şəxs qarşı son dərəcə qərəzli mövqe nümayiş etdirilmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini törətməsi barədə heç bir mötəbər sübut müəyyən edilmədiyi halda, onun barəsində çıxarılmış məhkəmə hökmü işin faktiki hallarına uyğun olmadığından və sübuta yetirilmədiyinə görə qanunsuzdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamdaə özünü təqsirli bilməmiş, öz ifadələrində zərərçəkmiş şəxslərə qarşı dələduzluq etmədiyini bildirmişdir. Bu xüsusatlara dair cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə Təqsirləndirilən şəxs və müdafiəçiləri tərəfindən ibtidai istintaq zamanı və məhkəmədə vəsatətlər verilsə də, əsassız olaraq rədd edilmişdir. Nəticədə, CPM-nin 323.5.1 və 323.5.2-ci maddələrinin tələbləri pozulmuşdur. CPMin 121.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət təqibi ilə bağlı bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçıların və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqları və qanuni mənafelərin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Məhkəmə isə məhkəmə baxışının böyük süründürməçiliklə davam etdiyi bütün müddətdə müdafiə tərəfinə son dərəcə qərəzli mövqe nümayiş etdirməklə birmənalı şəkildə ittiham tərəfinin maraqlarına xidmət etmişdir. CPM-nin 19.4.5ci maddəsinə görə, cinayət prosesi həyata keçirən orqan təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidləri məhkəmədə dindirmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən, Azərbaycanda cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir. Lakin, məhkəmənin müdafiə tərəfinə olan qərəzli mövqeyinin təzahürü zərərçəkmiş Zərərçəkmiş şəxs6 əsassız mülki iddiaçı kimi tanınıb xeyrinə 20000 manatın tutulmasına dair mülki iddianın təmin olunması faktıdır. Nəticədə, məhkəmədə işə baxılarkən, CPM-nin 3, 33.2, 139, 125, 144-146, 349.3, 349.5 və 353.2.2-ci maddələrin tələblərinə əməl edilməmişdir. Məhkəmə, hökmün təsviri-əsaslandırıcı hissəsində tədqiq olunmuş sübutları təsvir etdikdən sonra, onların məcmusunun Təqsirləndirilən şəxs ittiham aktında göstərilən əməlində CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilmək üçün əsas verməsi və əməlində maddənin nəzərdə tutduğu cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərdən və şahidlərdən alınmış ifadələri, digər sübutları ittihamda göstərilən dələduzluğu təşkil edən epizodlar üzrə müəyyən edilmiş sayılan hallar və talama cinayətlərini xarakterizə edən obyektiv və subyektiv əlamətləri onun təqsirli bilindiyi maddənin dispozisiyası ilə müqayisə etdikdə həmin sübutların və işin faktiki hallarının həmin epizodlarda dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması barədə nəticə ilə uzlaşmadığı aydın olur. Talama cinayəti kimi dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmiş, bu müddəaya və talama cinayətlərin ümumi əlamələrini xarakterizə edən əlamətlərə görə aldatmadan və etibardan istifadə edən edən şəxsin qəsdi birbaşa məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə edildikdə, dələduzluq cinayətin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinə kimi mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli əməl kimi təsbit edildiyindən, əməl özgə əmlakın aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitir. Bu səbəbdən, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə görə) şəxsdə belə (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinliyi, iflasa uğrama kimi səbəblərlə bağlı mülkiyyətçiyə qaytarılmadıqda və ya şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməməklə, əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyinin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hallar şəxsi mülki-hüquq münasibətinin subyektindən dələduza çevirmir. Mülki münasibətdən irəli gələn (məsələn, qanuna müvafiq bağlanmış borc, kredit, sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi, yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgə əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda, belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Baxılan işin faktiki hallarına əsasən, Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arasında uzun müddət davam etmiş birgə iş görmək, qazanc götürmək və bu qazancı aralarında bölüşdürmək barədə razılaşmadan başqa, həmçinin faktiki borc müqavilələri bağlanmışdır. Digər Zərərçəkmiş şəxs4, habelə atası Ənvərlə Təqsirləndirilən şəxs arasında sement məmulatların nisyə alış-verişi ilə bağlı uzun illər kommersiya əlaqələri mövcud olmuşdur. Belə olan halda, məhkəmə tərəfindən dələduzluq cinayətinin tərkibinin subyektiv və obyektiv cəhətlərinə aid əlamətlərin mötəbərliklə müəyyən edilməsinə dair nəticə çıxarmaq mümkün olmadığından, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsinə dair nəticə mötəbər və inandırıcı qiymətləndirilə bilməz. Bununla da, 55 yaşlı, ali təhsilli, uzun müddət rəhbər vəzifədə çalışmış, məhkum olunmamış, ağır şəkər, təziq və böyrək xəstəliklərindən əziyyət çəkən, həbsdə olduğu dövrdə iki vacib cərahiyyə əməliyyatı keçirmiş, 01.11.2019-cu ildən daimi həkim nəzarətində olan0 3 övlad atası Təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmədiyinə və əməllərində cinayət təkibi olmadığına baxmayaraq ağır cinayətə görə məsuliyyətə cəlb olunaraq artıq iki ildir insanın ən ali arzusu və ən ülvi istəklərindən olan azadıqdan məhrum olduğu görünür. Məhkəmə isə Təqsirləndirilən şəxs qarşı CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə yekun nəticəyə gələrkən, sübutların tədiqiqinə və qiymətləndirilməsinə dair CPM-nin 144-146-cı maddələrinin tələblərinə əməl etməmiş və cinayət işi üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, onun şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəza təyin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkum və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə edimiş əlavələrin dəlillərini; habelə zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayətləri və edilmiş əlavələr təmin edilməməli və məhkəmənin 18 iyun 2021-ci il tarixli hökmü nəticə etibarı ilə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən və məhkəmə iclasının protokollarından göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə özünü təqsirli bilməməklə yanaşı, onun tərəfindən həmin cinayətlərin törədilməsi faktiki olaraq özünün ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələrinin məzmunu ilə; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; üzləşdirmə protokolları ilə; məhkəmədə zərər çəkmiş şəxslərlə məhkumların arasında keçirilmiş çarpaz dindirmələrlə; baxış, axtarış, müayinə, götürmə vədigər istintaq hərəkətlərin protokolları ilə; ödəniş qəbzləri və arayışlarla; toplanmış və məhkəmədə tədqiq olunmuş çoxsaylı başqa mötəbər subutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tələbə yoldaşı İlqar Bədəlovun bacısının sinif yoldaşı olmuş və həmin vaxtlar onun müalicə həkimi Gülşən xanımın vasitəsilə 2007-ci ilin yayında ilk dəfə «Pin House» restoranında tanış olmuşlar. Həmin vaxtlar Səadət həbsdən yeni azad olunmuş, Gülşən xanımın təşəbbüsü ilə azadlığa çıxmasını qeyd etmişlər. Səadətlə ünsiyyəti yaranmış, sonuncu ona uzun müddət Almaniya və Fransada kürü satışı, sonra Dubay və Türkiyədən zinət əşyaları gətirib Bakıda satması və qaçaqmalçılığa görə həbs olunması barədə danışmış, onun işləri ilə maraqlanmış, bir-birinin telefon nömrələrini götürmüşlər. Növbəti görüşlərin birində Səadət təklif etmişdir ki, onu kotec tikintisində özünə şərik etsə, Türkiyədən perefabrik evlər gətirdər və kotec tikintisi ilə yanaşı, evlərin satışı ilə birgə məşğul olarlar. Lakin, həmin perefabrik evlərin gömrük rüsumu və daşınma xərcləri yüksək olduğundan bu iş baş tutmamışdır. Səadət bir qadınla Həsən Əliyev küçəsində şərikli özəlləşdirdiyi tikiş fabrikin yerində yüksəkmərtəbəli yaşayış binası tikməyi təklif etmiş, razılaşsa da, Səadətin fabrik sahibi ilə yaranan mübahisəsi ucbatından bu iş alınmamışdır. Növbəti görüşlərində Səadət əvvəllər özü məşğul olduğu şuba, dəri emalı, gəlinlik paltarlarının tikişi sexi qurmağı təklif etdikdə, onunla razılaşmamışdır. Həmin ərəfədə kirayəçisi olduğu Bakı Yeni Elektrik Mühərrikləri zavodunun termo-plast sexini icarəyə götürmək istəməsi barədə bilən Səadət onu bu işdə özünə şərik etməyi xahiş etikdə razılaşmışlar. Bu iş üçün lazım olan 200.000 ABŞ dolları dəyərindəki qəlibləri Türkiyədən gətirtməyi Səadət, Dubaydan 200.000 ABŞ dolları dəyərində xammalı gətirməyi öz üzərinə götürmüş, mövcud makinalarla istehsalını planlaşdırdıqları çeşidlərlə rəqabətə tab gətirə bilməyəcəklərini görüb işdən çəkilmişlər. Həmin ərəfədə Səadət Xaçmaz rayonunda 150 hektar torpaq alaraq fındıq bağları salmağı təklif etmiş, birlikdə Xaçmaza gedib Xaçmazlı və Qubalı tanışlarının köməyi ilə torpaq sahələri tapmış, lakin torpaqların qiyməti baha olduğundan işi alınmamışdır. Həmin ərəfədə Qazaxıstan vətəndaşları ilə tanış olmuş, onun Quba və Qusarda quraşdırdığı kotecləri görüb bəyənmiş və Qazaxıstanın Aktau şəhərində 120 ədəd ikimərtəbəli kotec sifariş etmək istədiklərini bildirmişlər. Bununla bağlı 2007-ci ilin yayında Aktau şəhərinə getmiş, orada taxta materialları, işçi qüvvəsi və digər tikinti materialları çox yüksək qiymətə olduğundan bu işi alınmamışdır. Sifarişçilərdən biri «Aktau-Siti» layihəsinin baş podoratçısı ona müştərək beton zavodu qurmağı təklif etdikdə, təklifi qəbul etmiş və həmin ilin payızında Aktau şəhərində "xxxx" MMC-ni təsis etmiş, beş illik müqavilə ilə Ənvər adlı azərbaycanlıdan 1850 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini icarəyə götürmüş, tələbə yoldaşı İlqar Bədəlovun təklifi ilə binanın həyətində 300 kv.metr sahəsi olan Bakıda öz sexində taxta materialından istehsal etdiyi restoran-pub quraşdırmışdır. Əsas məqsədi «Aktau-Siti» layihəsində tikinti ilə məşğul olmaq idi. Qazaxıstandakı planlarından Səadətin xəbəri olmuş, 2007-ci ilin sonu və ya 2008-ci ilin Novruz bayramı ərəfəsində Qazaxıstana gedərkən Səadət də onunla gedib şərikli iş qurmaq istədiyini deyib birlikdə Akatu şəhərinə getmişlər. Həmin ərəfədə iqtisadi böhran başladığından «Aktau-Siti» layihəsi təxirə salınmış, Səadət bacısı Sevinc, onun oğlu Toğrul, qardaşları Kamran və İlham, rəfiqəsi Sevinc Babayeva və Elnarə ilə tanış etmiş, bir neçə biznes layihələri, o cümlədən geyim mağazası açmağı, «Almalı» super marketlər şəbəkəsi bağlanarkən həmin şəbəkənin 8-ci mikrorayonda olan mağazasını icarəyə götürməyi təklif etmiş, lakin təkliflərini qəbul etməmiş, 2009-cu ilin əvvəlində Səadət zəng edib Mərkəzi Univermaqda işləyən bir nəfərdən qızıllarının pullarını ala bilmədiyini deyib bu işdə kömək etməyi xahiş etmiş, onu prokurorluqda işləyən qohumu ilə tanış etmiş və həmin adamın köməyi ilə Səadət pullarını geri almışdır. 2010-cu ilin aprel ayında Səadət onunla Dubayda iş gördüyü qızılçı tanışları ilə sərfəli iş qurmağı razılaşmış, amma "xxxx"ın Bakı filialına faizə verdiyi pulları geri ala bilmədiyindən, bu işi qura bilməmiş, ona 250.000 ABŞ dolları pul versə götürəcəyi xeyrin 50%-nə şərik edəcəyini Səadətə demişdir. Səadət bildirmişdir ki, rəfiqəsi Sevinc 110.000 ABŞ dolları borcludur, amma söz verdiyi vaxt ötsə də, pulunu qaytarmır, Sevincin başqa adamlara da borcu var, ona görə həmin borcu rəsmiləşdirmək istəyir, Sevinc "xxxx"la yaranmış problemini həll etməyi ona söz vermiş, buna görə onunla münasibətlərini korlamaq istəmir və ondan xahiş etmişdir ki, formal onunla 50.000 manata dair borc müqaviləsi bağlasın və müqaviləni Sevincə göstərib onunla borc müqaviləsi bağlasın. Səadətə etibar etdiyi və ona sərfəli biznes təklif etdiyi üçün sözünü yerə salmamış, borc müqaviləsi bağlamağa razılıq vermiş, Xocalı prospektindəki notariat kontorunda aralarında 20.000 manata dair saxta borc müqaviləsi bağlanmış, bundan iki-üç həftə sonra, 01 may 2010-cu ildə Badamdar qəsəbəsindəki 36 sot (faktiki 54 sot) torpaq sahəni sabiq Müdafiə sənayesi naziri rəhmətlik Yavər Camalova ******* ABŞ dollarına satmış, lakin alıcının xahişi ilə pulun hamısı rəsmiləşdirilməmiş, 9 may 2010-cu ildə Səadətlə görüşmüş, sonuncu kredit götürməsinə kömək etmək üçün ondan 25.000 ABŞ dolları borc istəmiş, həmin məbləğdə, əlavə lom qızıl alması üçün əlavə 20.000 ABŞ dolları ona vermiş, sonrakı günlərdə 13 may 2010-cu ildə Səadət ondan lom qızıl alması üçün 60.500 ABŞ dolları, 05 iyun 2010-cu ildə 30.000 ABŞ dolları, 07 və 30 iyun 2010-cu il tarixlərdə qardaşı Kamranın vasitəsi ilə 25.000 və 1.000 ABŞ dolları, 08 iyun 2010-cu ildə isə 80.000 ABŞ dolları olmaqla 09 may 2010-08 iyun 2010-cu il ərzində 261.500 ABŞ dolları almışdır. 2010-cu ilin sentyabrında Ukraynadakı biznesi ilə bağlı Səadətdən pullarını geri istəmiş, lakin sonuncu pulun bir qismini qaytarsa da, hamısını qaytarmamışdır. 2011-ci ilin mart ayında Səadət ona bildirmişdir ki, qızılla bağlı çox sərfəli yeni variantı var, üç banka hər ay on kiloqram qızıl 100 qramlıq külçələr satmağı razılaşıb, bu işdə 50%-ə şərik olmağı üçün 200.000 ABŞ dolları yatırtması lazımdır. 07 aprel 2011-ci ildə Səadətin qızıl külçələr təklifinə görə 63.000 ABŞ dollarını Bakıda evinin qarşısında və ya aeroportda ona vermiş, İstanbula getmişlər. Səadətin saxta külçə işi ilə məşğul olduğunu müəyyən etmiş, Səadət özü bunu etiraf etmişdir. Bunun cinayət olduğunu deyib verdiyi pulları geri istəmiş, çox çətinliklə 33.000 ABŞ dollarını geri almışdır. Səadət bundan sonra saxta qızıl işlərinə girməyəcəyinə dair söz verdiyindən, Bakıya qayıtdıqdan sonra ona qızıl biznesi üçün 29 aprel 2011-ci ildə 70.000 ABŞ dolları, 23 may 2011-ci ildə isə 10000 ABŞ dolları vermişdir. Daha sonra Səadətin təkidi ilə birlikdə fındıq biznesinə başlamışlar. Bu məqsədlə Xaçmaz rayonu Palçıqoba kəndində 200.000 manata satışa çıxarılmış fındıq zavodunu 180.000 və ya 185.000 manata almışlar. Bu işbirlikləri nəticəsində Səadətin ona 30.560 ABŞ dolları qızıl biznesindən və 25.000 manat zavodu almaq üçün verdiyi behdən, 10.000 manatdan artıq zavoda aldığı makinalara və təmirə görə, 140.000 manatdan artıq xam fındığın alınmasına məsrəf etdiyi puldan borcu olmuşdur. Səadət həbsinin dönəmində ondan kömək istəmiş, tələbə yoldaşı Tərlan Hüseynovun vasitəsilə kömək etmişdir. Səadətin onunla birlikdə fındıq biznesinə yatıracağı pulların, götürəcəyi kreditlərin alınmaması ucbatından 105.000 manat ziyana düşmüşdür. Səadətin verdiyi vədlər boş çıxdığından, məcbur olaraq fındıq biznesini dayandıraraq zavodun sahibinə verdiyi 50.000 manatın (10.000 manat və 40.000 manatlıq fındıq ləpəsi) 40.000 manatını geri istəmiş, buna görə Zərərçəkmiş şəxs1 «razborka» qurmuş, lakin pulları geri qaytarılmamışdır. İlyas gələcək qayınatası Nurəli Məmmədovun həmin fındıq zavodunu almaq istədiyini, buna görə zavodun sənədləri ilə tanış olmaq, zavoda baxmaq istəməsini demiş, bu səbəbdən özündə olan sənədləri, zavodun sahibi ilə bağladığı müqaviləni İlyasa vermişdir. Hansı ki, həmin sənədləri İlyas Səadətə vermiş, bu yolla sonuncunun vasitəsilə ona torba tikir. Səadətə ancaq beh müqaviləsi vermişdir. Səadətin onu aldatdığından və borclu olmasından İlyasın da məlumatı olmuşdur. Belə ki, 2012-ci ilin oktyabrnoyabr aylarında İlyas nişanlısına toy qızılı almaq üçün ondan 10.000 manat borc istəmiş, Səadətin ona borc əvəzi verdiyi qızıl komplekti toydan sonra pulunu ödəmək şərti ilə İlyasa vermiş, İlyas qızılları Mərkəzi Univermaqda yoxlatdığını, həmin qızılların maksimum 4.000-5.000 ABŞ dolları dəyəri olduğunu ona söylədiklərini bildirmiş, özü də qızılları bir neçə zərgərə göstərmiş və məlum olmuşdur ki, Səadətin 14.500 ABŞ dolları borcun əvəzində verdiyi qızıl komplekti 4.000-5.000 ABŞ dollara qiymətləndirilir. Səadətin fırıldaqçılığından əsəbləşib qardaşı Kamrana demiş, lakin Səadəti tapa bilməmişdir. İlyas məsləhət etmişdir ki, Səadət barədə «bandotdelə» şikayət etsin, lakin onunla razılaşmamış, Səadətin Bakıya qayıdacağını gözləyəcəyini bildirmişdir. 2015-cil ilin sonları və ya 2016-cı ilin əvvəlində X5 yanında qarşılaşmış, Səadət demişdir ki, Türkiyədən yeni qayıdıb pulu olmadığı üçün utandığından ona zəng etməmiş, bu illər ərzində başına oyunlar gəlmiş, 110.000 ABŞ dolları və 05 kq qızılı rəfiqəsi Sevincdə (sabiq millət vəkili Gülər Əhmədovanın işində adı keçən Sevinc Babayeva) batıb və sair. Həmin vaxt Səadət ona borclu olduğu pullara görə barəsində «bandotdelə» şikayət etmək istəməsi barədə İlyasdan eşitdiyindən, ondan incidiyini bildirmişdir. Səadətə heç vaxt bu fikrə düşmədiyini bildirib əksinə İlyasın ona böhtan atması barədə danışmışdır. Söhbət zamanı Səadət ona qızıl komplekti maya dəyərinə verdiyini, İlyasın həmin qızılları ondan ucuz qiymətə almağa çalışdığını demiş, onun bu yalanından əsəbləşdiyindən aralarında mübahisə yaranmış, Səadət səsini ucaltmış, polis nəfəri onlara yaxınlaşaraq Səadəti şər-böhtançı kimi çoxdan tanıdıqlarını deyib ona ərazini tərk etməyi məsləhət görmüşlər. Səadətin bu yolla onu şərləyəcəyindən ehtiyat edib oranı tərk edib qardaşı Kamranın işlətdiyi ət dükanına gedib Səadətin hərəkətləri barədə ona danışaraq xahiş etmişdir ki, Səadətin ona olan borcunu və vurduğu ziyanın geri qaytarılmasına kömək etsin. Kamran ev bölgüsündə Səadətin ona, qardaşı və bacısına qarşı haqsızlıq edib ata mülkü öz adına keçirdiyi üçün onunla küsülü olduqlarını, lakin bacısı Sevinc vasitəsilə ona kömək etməyə çalışacağını bildirmişdir. Bundan sonra bir neçə dəfə Kamranla görüşmüş, lakin heç bir nəticə verməmişdir. Həmin vaxtdan Səadətlə düşmən münasibətləri başlamış, səbəb Səadətin iti nəfsi, yalan vədləri, ona qarşı qeyri-səmimi münasibəti, onu dəfələrlə aldatması və son şərləmək cəhdi olaraq bunu da artıq etmişdir. Zərərçəkmiş şəxs5 epizodu ilə bildirmişdir ki, 2010-2015-ci illərdə ona qarşı külli miqdarda dələduzluq etmiş Zərərçəkmiş şəxs1in öyrətməsi və təşkilatçılığı ilə barəsində yalan ərizə yazmış Ruslanla da 2015ci ilin yay aylarından düşmən münasibətindədir, səbəb Ruslanın ona borclu olduğu pulları qaytarmaması, 2004-2005-ci illərdə yalan vədlər verməsi nəticəsində külli miqdarda ziyan çəkməsi olmuşdur. Ruslanla eyni məktəbdə oxusalar da, məktəb dövründə heç bir əlaqə və ünsiyyətləri olmamış, ilk dəfə 1991-1992-ci illərdə Ruslanın bibisi oğlu, özünün isə həmin vaxtlar işçisi olmuş Azər Xıdırovun vasitəsilə Bakı şəhərində iş yerində tanış olmuşlar. Bir neçə ay sonra Azərin təklifi ilə Ruslana 20.000 ABŞ dolları verib Moskvaya göndərmiş, Ruslan həmin pullarla Moskvadan bir neçə şokolad məhsulları- snickers, mars, bounty, sair alıb qatarla Bakıya göndərmiş, Azər həmin malları Bakıda qəbul edib ona və qardaşlarına məxsus komisyon mağazalarda və «20 yanvar» dairəsi yaxınlığındakı topdan satış bazasında satdırıb pullarını ona verir, o da həmin pulları təkrar Ruslana göndərirmiş, bu qayda ilə Ruslanla bir ilə yaxın ticarət əlaqəsi olmuş, sonra Bakı-Moskva qatarı işləmədiyindən işləri dayanmışdır. Ruslan ona kafe işində şəriklilik təklif etmiş, lakin razılışmamışdır. 2004-cü ilin mart ayında Ruslan onun işlədiyi «Azərkəndsutəhcizat» istehsalat birliyinə gəlib uzun müddət mebel satışı ilə məşğul olan tanışı Rəfael Cəfərovla həyata keçirməyi planlaşdırdığı mebel işinə şərikliyi təklif etdikdə, qəbul etmişdir. Rəfaelin adına 5 illik icarə müqaviləsi bağlanmış, həmin işə görə Ruslana cəmi 86.100 ABŞ dolları vermişdir. 2005-ci ilin əvvəlində Şamaxı rayonu Nağaraxana bələdiyyəsi ərazisində torpaq sahəsini 350.000 ABŞ dolarına sabiq millət vəkili Rəfael Cəbrayılova satmağı razılaşmış, Rəfael torpağının əvəzində ona «Şərq» bazarı yanında inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasından 350 kv.m mənzil sahəsi və 175.000 ABŞ dolları pul təklif etmiş, bu barədə Ruslanla danışaraq birlikdə gedib mənzil seçməyi xahiş etmiş, həmin vaxt Ruslan demişdir ki, torpağını satmasın, tezliklə götürəcəyi 500.000 ABŞ dolları kreditin 100.000 ABŞ dolları mebel biznesinə qoyub, 350.000 ABŞ dollarını isə torpağında istirahət mərkəzi tikdirib onunla birlikdə 50% şərik olub özü və qayınatası Ələsgərlə obyekti işlədəcəklər. Ruslanın təklifini qəbul etmişdir. 2005-ci ilin mart-aprel aylarında «Bakı Elektrik Mühərrikləri zavodu»nun ərazisində mebel istehsalı sexi qurmuş, Ruslan özünün xahişi ilə həmin sexə şərik olmuş, bu işə alacağı kreditdən 50.000 ABŞ dolları yatıracağına söz vermiş, lakin bir aydan sonra sexin baş ustası Rüfətlə dava salmış və həmin gündən onunla sexə şərikliyini dayandırmışdır. Ruslan sexin qurulmasına və dövriyyəsinə bir manat olsun pul yatırmamış, ümidlərini ancaq götürəcəyi kreditə bağlamış, 2005-ci ilin may ayının sonlarında tələbə yoldaşlarının dəvəti ilə məzunların görüş tədbirində iştirak etmək üçün Kiyev şəhərinə getmiş, buna kimi aprel ayının sonlarında Ruslan və həmin vaxtlar evində təmir aparan Asif adlı mühəndislə Şamaxı rayonuna gedib Nağaraxana bələdiyyəsi ərazisində olan torpağına baxış keçirərək tikintiyə başlamaq üçün lazım olan təmizlik və başqa görüləcək işləri müəyyənləşdirmiş, usta və fəhlələrin yaşaması üçün Nağaraxana kəndində ev kirayələmişlər. Növbəti günlərdə Ruslan Asifi və onun onon iki nəfər işçisini götürüb Şamaxıya gedərək ona tapşırdığı işlərə başlamışdır. Kiyevdə olarkən, tələbə yoldaşı Viktor Makedonun kotec tikintisi ilə məşğul olduğunu bilib quraşdırdığı koteclərə baxıb ondan tikintinin texnologiyasını öyrənmişdir. Şamaxıdakı işlərinin ucuz başa gəlməsi üçün iki ədəd «Kamaz» markalı özüboşaldan avtomobil alıb Bakıya gətirmək üçün tələbə yoldaşı Sergeydən kömək istəmiş, Bakıya qayıdandan sonra X6 göndərib maşınları Bakıya gətirtmişdir. Ruslanın kredit məsələsi uzandığı üçün təklif etmişdir ki, Şamaxıdakı işlərin ləngiməməsi üçün razılıq versin ki, mebel satışından daxil olan pullarından götürüb Şamaxıda olan işləri gördürsün, kredit alan kimi onun pullarını özünə ödəyər. Bu fakt Ruslan tərəfindən istintaqa sübut kimi təqdim olunmuş 07 fevral 2007-ci ildə hər ikisinin xətti ilə yazılmış qeydlərdə öz təsdiqini tapır. Müstəntiq bu qeydlərini iş materiallarına mötəbər sübut kimi əlavə edib ki, bu onun tərəfindən borcun etirafını təsdiq edən qəbzdir və 2011-ci ildə yazılıb, amma əfsuslar olsun ki, bu qeydlərin 2011-ci il deyil, 2007-ci ildə yazıldığına diqqət yetirilməmişdir. Kiyevdən qayıtdıqdan 10-12 gün sonra «BYEMZ» ərazisində mebel sexinin qarşısında nümunə və sınaq üçün bir ədəd ikiotaqlı xol, sanitar qovşaq, eyvandan ibarət taxta kotec quraşdırmış, Ruslan koteci görəndə təklif etmişdir ki, Şamaxıda tikəcəkləri istirahət mərkəzində də bu tip koteclər quraşdırsınlar. Ruslanla birlikdə 2005-ci ilin iyul ayında iki ədəd kotec quraşdırmış, Ruslan onu kreditin bu gün-səhər düzələcəyinə inandırmış, o da işlərin gecikməməsi üçün növbəti ay 6 kotec hazırlatmış, Ruslanın obyektə işıq xətti çəkdirməməsi səbəbindən kotecləri quraşdıra bilməmiş, işıq xəttinin çəkilişini gözləmiş, Ruslan mebel satışdan daxil pullarla bir sıra qara işləri gördürmüşdür. 2005-ci ilin oktyabr ayında İsmayıl Mənsimov həbs olunduğundan Ruslanın kredit məsələsi baş tutmamış, sonuncu da başqa yolu olmadığını, Şamaxıdakı tikinti işlərini davam etdirmək üçün kafesini satışa çıxaracağını demiş, Ruslanın kredit məsələsi alınmadığından mebel salonunda çeşid azlığından bu iş də effektsiz olmuşdur. Həmin vaxt Ruslan Kərim adlı mebellərin istehsalı ilə məşğul olan həmyerlilərini şərikliyə dəvət etmiş, lakin mebelə yatırmağa pulu olmadığı üçün Kərim onun təklifini rədd etmiş, o da məcbur olub mağazanı sahibinə geri qaytarmışdır. Mağazanı geri qaytarmamışdan əvvəl Ruslan ona söz vermişdir ki, mebellə bağlı təklifinə görə onun 100.000 ABŞ dollarına yaxın pulunu mənasız yerə dövriyyədən çıxarıb, vurduğu ziyanı kompensasiya etməsi üçün kafesini satanda ona bir il yarım müddətinə 100.000 ABŞ dollarını faizsiz borc verəcək ki, onun yalan vədlərinə görə etdiyi ziyanları bu pulun qazancı ilə əvəzləşdirsin. 2005-ci ilin noyabr-dekabr aylarında Ruslan ona zəng edib demişdir ki, tələbə yoldaşı Zamanın qardaşı Rəhman Şamaxıda quraşdırdığı kotecləri görüb bəyənib, o da öz obyektinə bu tip koteclər və öz torpaq sahəsində yaşayış üçün bağ evi sifariş etmək istəyir. Lakin məsafə uzaq olduğu və qarşıdan qış gəldiyi üçün, onun bu sifarişini əvvəlcə qəbul etməmiş, sonra Ruslanın israrı ilə razılaşmış və Rəhmanla üçlükdə görüşmüşlər. Rəhmanın sözündən məlum olmuşdur ki, sifarişçi «Şərur İnşaat» firmasının sahibi İsfəndiyardır. İsfəndiyar Göygöl rayonunda «Cənnət Məkan» istirahət mərkəzində 40 ədəd 50 m\kvadratlıq iki otaqlı kotec sifariş vermiş və şərt qoymuşdur ki, koteclər 01 iyul 2006-cı ilə kimi hazır olmalıdır. Qiymət razılaşdıqdan sonra qış olduğundan, həmin tarixədək yalnız 20 ədəd kotec istehsal edib quraşdıra biləcəyini demiş, sifarişçi ödəniləcək məbləğin yarısını nağd, yarısını isə Xarici İşlər Nazirliyi arxasında və ya Babək prospektində, ATS-in yaxınlığında inşa etdiyi hündürmərtəbəli binalardan mənzil verməklə əvəzləşdirəcəyini bildirmişdir, razılaşmışlar. Həmin gün İsfəndiyar məbləğin yarısını ona nağd şəkildə ödəmiş, digər yarısına görə isə üç-dörd aydan sonra Babək prospektindəki binadan bir ədəd üçotaqlı mənzil verməsi üçün müqavilə bağlamışlar. Şəxsiyyət vəsiqəsi almadığı üçün mənzilin müqaviləsini Ruslanın adına bağlamışlar. Ruslanla razılıqları belə olmuşdur ki, bu sifarişi götürsə icra zamanı tapşırıqlarını yerinə yetirəcəyi halda onu 30% xeyirə şərik edəcəkdir və Ruslan razılaşmışdır. Bu faktı 2005-2006-cı illərdə bloknotuna yazdığı, surətlərini ifadəsinə əlavə etdiyi qeydləri təsdiq edir. Lazım olsa həmin vaxt işçiləri olmuş şəxslər məhkəməyə gəlib bu faktı öz ifadələri ilə təsdiq edə bilərlər. Sonradan İsfəndiyarın ona pul əvəzi verdiyi üç otaqlı mənzili Ruslanın xahişi ilə tanışı Gülnarəyə satmış və bu zaman Ruslanın ona bununla bağlı 22.000 ABŞ dolları borcu qalmışdır. 2007-ci ilin əvvəllərində Ruslan kafesi plana düşdüyü üçün sata bilmədiyini söyləmiş, həmin ərəflərdə Şamaxı RPŞ-dən Yadulla adlı sahə inspektoru zəng edib, koteclərin qapı-pəncərələrinin, döşəmə və sair oğurlandığını demişdir. Bu barədə Ruslan «nalamıxa» vurub konkret söz deməmiş və Şamaxıda iş görmək fikri olmadığını başa düşüb nahaqdan pullarını Şamaxının çöllərinə səpdiyini düşünmüşdür. Ruslanla hesabat etmiş və sonuncu bildirmişdir ki, özündən 4.000 ABŞ dolları Şamaxıdakı işlərə pul sərf etmiş, amma pulu nə vaxt və nəyə xərclədiyini deyə bilməmiş, Ruslanla əlaqəsi kəsilmişdir. Son dəfə Ruslanla 2007-ci ilin yayında onun yaşadığı evin həyətində görüşmüş, ondan pullarını istəmiş, Ruslan kafesinin söküldüyünü və dövlət tərəfindən ona torpaq verildiyini, pulu olmadığını demiş, təsadüfən gördüyü Ruslanın bibisi oğlu demişdir ki, Ruslan kafeyə görə 1.000.500 manat və ya dollar kompensasiya almış, Ruslana zəng edib kotec işindən (mənzilin satışından) borclu qaldığı pulu istəmiş, Ruslan kafenin əvəzində kompensasiya kimi «rus qəbiristanlığı» ərazisində verilən torpağı satan kimi borclu olduğu pulu qaytaracağını, 100.000 dollar iki illik faizsiz pul verəcəyinə söz vermişdir ki, mebel satışında etdiyi ziyanı 100.000 dollarla qazanacağı pulla əvəzləşdirsin. Ruslanla yenidən əlaqəsi kəsilmiş, onun qardaşına zəng etmiş, sonuncu bildirmişdir ki, Ruslan boşanmış və Almaniyaya qaçmışdır. Zərərçəkmiş şəxs1 ilə münasibəti yaranandan sonra Ruslanın borcu barədə ona danışmış və onun vasitəsilə Ruslanla telefon əlaqəsi yarada bilmiş, bu əlaqə zamanı aralarında mübahisə yaranmışdır. Müəyyən səbəblərdən Ruslandan şikayətçi olmamış, Ruslan İlyasın sözü ilə ona qarşı şikayətçi olmuş, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rüslan şikayət etməmişdən xeyli əvvəl İlyas bu barədə oğluna demiş, İlyas öz «işinin» xatirinə Ruslanla qardaşlıq edir. Bütün bu hallar təsdiq edir ki, İlyas öz böhtanlarına ağlabatan don geyindirmək, istintaq və məhkəmədə onun barsində pis fikir formalaşdırmaq istəyir və buna istintaqda nail olmuşdur Ruslanın barəsində ittihamı həqiqəti əks etdirmir, yalan və quramadır, İlyasın növbəti oyunudur. Zərərçəkmiş şəxs1in epizodu üzrə bildirir ki, İlyas onun sürücüsü olmuşdur. İlyasa heç bir məbləğdə pul borcu olmamışdır və ola da bilməzdi. Əksinə İlyasın özünün ona pul borcu olmuş və ona olan borclarını, anasına məxsus əmlaka görə verdiyi pulları qaytarmamaq üçün bu cinayət işi ilə ört-basdır etmək istəyir. 2015-ci ilin ilk aylarında İlyasla aralarında sement alveri ilə bağlı müxtəlif biznes sövdələşmələri olmuş, İlyas aprel-iyul aylarında ona hüquqi və sürücülük xidmətləri göstərmiş, İlyasın dələduzluq əməlləri barədə prokurorluğa şikayət etdikdən bir ay sonra İlyas onun barəsində şikayət etmiş, İlyasın Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ona qarşı şikayətçi etməsi, qeyrirəsmi birgə yaşadığı, hazırda münaqişədə olduğu Şahid1 əlehinə «şahid» kimi istifadə etməsi, düşmənindən «100.000 ABŞ dolları borc alıb verməsi» faktları onun şikayətinin qondarma, özünümüdafiə xarakterli əməl olduğunu təsdiq edir. İlyasdan heç vaxt 160.000 ABŞ dolları və ya 20.000 manat almamışdır. Əksinə İlyasın ona 166.000 ABŞ dolları və 32.500 manat verəcəyi var. Puldan 19100 manat və 3.000 ABŞ dollarını 07 aprel 2015-ci ildən 06 iyul 2015-ci il tarixədək olan dövrdə Mehmanə və digərləri haqqında cinayət işinin başlanılması üçün aidiyyəti vəzifəli şəxslərə təqdim etmək üçün ondan almışdır. Zərərçəkmiş şəxs4 ümumiyyətlə tikinti materialları almamışdır. Kamalın ona məxsus sementin satışını həyata keçirməsindən 11.759 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs3 törətdiyi yol qəzası ilə bağlı ona 5.000 manat borcu olmuşdur. Zərərçəkmiş şəxs6 epizodu ilə ittihamın yalan və böhtandır, Şamilin ibtidai istintaqdakı ziddiyyətli ərizə, izahat və ifadələri 03 fevral 2020-ci ildə məhkəmə iclasında eyni xususatlar barədə verdiyi zidd ifadələri, suallara verdiyi cavabları ilə öz təsdiqini tapır. Şamil 28 fevral 2017-ci ildə Bakı şəhər prokurorluğu və Baş polis idarsinə yazdığı ərizədə 2008-ci ilin oktyabr-noyabr aylarında şərikli iş qurmaq adı ilə ondan 25.000 ABŞ dolları aldığını göstərdiyi halda məhkəmədə etiraf etmişdir ki, ona heç vaxt və heç bir məbləğdə əlbə-əl pul verməmişdir. Şamil 31 iyul 2017-ci ildə istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ondan 25.000 ABŞ dolları aldığı həqiqət deyil. Şamil 2008-ci ildə keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ona Quba rayonunda tikilməsini sifariş etdiyi üç ədəd taxta kotecin tikintisinə lazım olan tikinti materiallarının alınmasına 20.000 manat pul xərcləmiş və ifadəsinin sonunda göstərmişdir ki, 2008-ci ildə Dərnəgül bazarında onun 20.000 manatını ələ keçirmişdir. Məhkəmədə ifadəsində Şamil etiraf etmişdir ki, Hüseyn Bağırovun sifariş etdiyi koteclərin layihə işlərinə görə Qəbələnin kəndində diş həkimi işləyən bacısı oğlu Rəsula 5.000 manat, icarəyə götürdüyü sexin icarə haqqını, kafe təşkil etmək üçün 3.000 manat, materialın Bakıdan Qubaya daşınması və yadından çıxardığı başqa iş və xidmətlərə görə kiməsə 20.000 manat vermişdir. Halbuki, onun dedikləri yalandır, bunu təsdiq edən mötəbər sübutlar və çoxsaylı şahidlər vardır. Şamil istintaqda verdiyi ifadəsində onun barəsində polisə şikayət etməyi ona «şikayətçi» Zərərçəkmiş şəxs1in təklif etdiyini göstərdiyi halda, məhkəmədəki ifadəsində Şahid1 2017-ci ildə ona zəng edib barəsində polisə şikayət etməyi təklif etdiyini bildirmişdir. Şamil bu ifadələri ilə təsdiq etmişdir ki, barəsində olan cinayət işinin sifarişçiləri və böhtan kompaniyasının təşkilatçıları öz ifadələrində göstərdiyi kimi İlyas və Mehmanədir. Şamil istintaqdakı ifadəsində tikinti prosesində İlyasın onun işçisi olduğunu dansa da, məhkəmədə verdiyi ifadəsində etiraf etmişdir ki, tikintiyə görə çatacaq 65.000 manatı, 2010-cu ildə Rövşən müəllim ona çatdırmaq üçün İlyasa vermiş, İlyasın tikintidə onun işçisi, köməkçisi olduğunu təsdiq etmişdir. İlyas həmin faktı ifadələrində danmışdır. Şamilin ifadələrində qeyri-reallıq onun ittihamının yalan olduğunu təsdiq edir. Şamil 31 mart 2017-ci ildə istintaqa verdiyi ifadəsində göstərmişdir ki, kotec tikintisini şərikinə görməyə və əldə edəcəkləri gəliri aralarında bölməyə razılaşmışlar. Lakin məhkəmədə verdiyi ifadəsində Şamil bildirmişdir ki, Elxan ona demişdir ki, «biznes mənim olduğundan gəlirin 60%-i mənim, 40%-i sənin olsun». Kim özünə çatacaq 100.000-150.000 qazancı 1987-2008-ci il ərzində cəmi bir dəfə toyda təsadüfən rastlaşdığı, on illərlə heç bir ünsiyyəti olmadığı maklerə dəllala peşkaş edər. Şamil istintaqdakı ifadəsində demişdir ki, 09 il ərzində ondan pulunu tələb etməməyinə səbəb dostu X2 işdən çıxarılması qorxusu olmuşdur. Əslində, Mehdi 300 manata qulluq edən adi mütəxəssis olmuş, heç Hüseynqulu müəlllim onun tabeliyində belə bir adamın işlədiyini bilməmişdir. Mehdi nazirlikdə deyil, meşə departamentində işləmiş, 20.000 manat Mehdi üçün əlçatmaz zirvə və heç vaxt Şamilə deyə bilməzdir ki, «20.000 manatı Elxanın əvəzindən mən sənə ödəyəcəyəm». Mehdi heç işə gəlib-getməyə avtobusa pul çatdıra bilmir, kasıbçılığı da üzgözündən, üst-başından körpə uşağa da bəllidir və dəfələrlə onu işlə təmin etməsini ondan xahiş etmişdir. Bu səbəbdən, onun əməlində cinayət tərkibi yoxdur. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Elxanla 2007-ci ildə X7 ərazisində Kamal adlı tanışı vasitəsi ilə tanış olmuşdur. Həmin vaxt Elxanla birlikdə gələn dostu İlqar Quba rayonu Qəçrəş yolunda torpaq almaq istəmişlər. Onun isə orada 5 sot torpaq sahəsi olmuş, lakin onların torpaq almaq məsələsi alınmamışdır. Həmin dövrdən sonra Elxanla tanışlığı olmuş və aralarında işgüzar münasibətlər yaranmışdır. Həmin dövrlərdə kömür və sementin xarici ölkələrdən gətirilməsini və satışını təşkil etməklə məşğul olmuşdur. Sonradan bilmişdir ki, Elxan Şamillə taxta evlər tikirlər. Elxan onun yanına gəlib işi olmadığını, işsizlikdən qəzet oxumaqdan bezdiyini demişdir. 2013-cü ildə sement işi ilə İrandan sement gəlişi dayandığından şəriki Rahid ona demişdir ki, «Evro sementi» Rusiyadan gətirilməsini təşkil etmək lazımdır. Rusiyada olan bir dostu ilə danışmış, ona bir nəfər türk vətəndaşının adını vermiş və onun sementi Azərbaycana gördəlilməsini təşkil edə biləcəyini bildirmiş, Elxan həmin vaxt yanında olduğundan demişdir ki, onun "xxxx" MMC-nin firmasının adına sementin vurulmasını, Gömrük Komitəsində tanışı olduğunu, sementin gətirilməsini təşkil edə bilər və Elxanı sement işinə şərik etmişlər. Bu işlə bağlı Elxanı götürüb Moskva şəhərinə getmiş, 5000 manat pul xərcləmiş, nəhayət sementin gətirilməsi məsələsi alınmış, sementin qazancına Elxanı özlərinə şərik etmiş, 2014-ci ilin noyabr ayına qədər sement gətirmişlər. 2014-cü ilin noyabr ayında Elxan ondan 20.000 manat istəyib demişdir ki, onun qeyri-rəsmi ikinci arvadı Mehmanənin işlədiyi televiziya kanalında proqram çəkilişləri üçün pul lazımdır. Elxanla Bakı şəhəri Nəsimi rayonu Koala parkın yanında görüşüb ona 20.000 manat vermişdir. 01 ay sonra isə Elxan ona zəng edib Yasamal rayonu yeni tikilən binadan 03 otaqlı mənzili 160.000 ABŞ dollarına almaq istədiyini və həmin mənzili baha qiymətə satıb oradan əldə etdiyi qacanca onu da şərik edəcəyini bildirdiyindən, yenə Bakı şəhəri Nəsimi rayonu Koala parkın yanında 160.000 ABŞ dollarını Elxanla görüşüb vermiş, 2014-cü ilin dekabr ayında Elxana demişdir ki, borcları ilə bağlı hesablaşsınlar. 2015-ci ilin əvvəllərində Elxan ona öz xətti ilə iltizam yazıb 20.000 manat bir və 160.000 ABŞ dollarını qaytaracağını qeyd etmişdir. Sonra Elxan ona demişdir ki, Mehmanə ilə aralarında problemlər çıxmış, ondan aldığı 160.000 ABŞ dollarına Mehmanəyə ev almış, evi satıb onun pulunu qaytaracaq və ya evi onun adına qeydiyyata salacaqdır. Əvvəllər polis orqanlarında işlədiyindən Elxan demişdir ki, “sən polislərin əli ilə Mehmanəyə zəng etdir və onu qorxut ki, Mehmanə razılaşıb evi sənin adına keçrilməsinə razılıq versin”. Elxanın məsləhəti ilə yalandan Mehmanəyə 10.000 manat verməsi barədə izahat Kürdəmir rayon polis şöbəsində yazmışdır. Sonra məsələni atası biləndə məsləhət görmüşdür ki, teleqram vuraraq yalan izahat verdiyini polisə bildirsin. Atasının sözünə görə polisə teleqram vuraraq izahatı düz vermədiyini bildirmişdir. Bir müddət sonra Elxan işləri ilə vəkil kimi tutduqları Cəsarət Quliyevin yanında özü ona həmin məbləğdə borcu olmasını etiraf etmişdir. Elxan sonra isə onu şərləməyə başlamış və Yasamal rayon prokurorluğuna çağıraraq, əvvəl yalan verdiyi izahata görə ifadəsini almışlar. İfadəsində bildirmişdir ki, izahatı Elxanın sözlərinə görə vermiş, həmin pul ilə bağlı Cəsarət Quliyev onun adından Xətai rayon Məhkəməsinə mülki iddia ərizəsi yazmış, Elxangil iddia ərizəsini Yasamal rayonuna ünvanlamış və məhkəmələrdə süründüyünü görüb Elxandan qəti şəkildə pullarını tələb etmiş, Elxanın ona təqdim etdiyi iltizama görə Quba rayon məhkəməsinə müracət etmişdir. Elxana pulları verəndə, yanlarında başqa adam olmamış, Elxana 20.000 manatı verəndən təxminən 20 gün sonra 160.000 ABŞ dolları da vermiş, Elxan 2014-ü ilin sonlarında pulu qaytarmalı idi, Elxandan pulu 2015-ci ilin əvvəllərindən tələb etməyə başlamışdır. İbtidai istintaq zamanı son verdiyi ifadəni təsdiq etdiyini, istifadəsində ***-***-**-** nömrəsi olduğunu bildirmiş, Elxan ona etibarnamə vermiş, X15 adlı tanışı olmuş, bıçaqla adam vurmuş, Mais 20.000 manata olan torpağını 6000 manata satmış, Elxanın əlavə etibarnamə verməsini xatırlamır. Qubalı olduğu üçün ona etibarnamə vermişdir ki, torpağa çıxarış alsın. Elxana pul verəndə Elxanla işgüzar münasibəti bitmiş, sement işində onun şəriki Rahiblə Elxan dalaşaraq onu söymüşdür. Sement "Benkont" şirkətinin adına sifariş olmuş və bu şirkət Elxanın adına olan yalançı şirkət olmuş, Kürdəmir polis şöbəsinə Elxanla 02 dəfə, 01 dəfə də Cəsarətlə getmiş, pulu Elxana maşında vermiş, Elxanla çay içmiş və hərə öz evinə getmişdir. Elxan iltizam tərtib edəndə iştirak etməmiş, iltizamı harada verməsini xatırlamır, Bakı şəhərində və ya Qubada vermiş, telefon danışığı zamanı Elxandan pulunu istəmiş, bununla bağlı Elxana mesaj yazmamışdır. 2015-ci ilin əvvəlindən Elxanla münasibətləri pozulmağa başlamış, Elxanla münasibəti pozulandan sonra aralarında yazışma ola bilər. Hazırda Elxandan şikayətçidir və ona dəymiş 20.000 manat və 160.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 125.520 manatı, cəmi 145.520 manat məbləğində ziyanın Elxandan tutularaq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, Moskva dövlət universitetində oxuyanda digər tələbə yoldaşı Orxan və İlqar vasitəsi ilə Elxanı tanımışdır. Özü ticarətlə məşğul olmuş və ikra satışı etmişdir. İlqar və Elxan ona demişlər ki, Qazaxıstanda ikra ticarəti təşkil edə bilərlər. Onların sözü ilə Qazaxıstana getmiş və orada onların adamları ilə görüşüb anlamışdır ki, onlar bu ticarəti təşkil edə bilməzlər. Elxanla telefon danışıqları vaxtı ona demişdir ki, onun obyekti olmuş və obyekti dövlətə vermiş, onun əvəzinə Elxana pul veriblər, Qubada torpaq sahələri var və Ağcabədi rayonunda vağzalı özəlləşdirmişdir. Elxan demişdir ki, restoran işinə girmək istəyir. Restoran işini də görə bilməmiş və batırmışdır. Elxan təklif etmişdir ki, 100.000 ABŞ dolları var, onunla Dubay şəhərinə gedib şərikli qızıl alveri etsinlər. 100.000 ABŞ dollarına qızıl alsalar da, sata bilməmişlər. Elxan pulunu ondan istədikdə qaytarmışdır. 2010-cu ilin yaz aylarında Elxan ona fındıq alveri etdiyini demiş, biznes fəaliyyəti üçün təcili 25.000 ABŞ dolları lazım olmasın, fındıqları gətirib satandan sonra pulunu qaytaracağını demiş, Elxanla 10 aprel 2010-cu ildə Bakı şəhəri Xocalı prospektində olan notarusa getmiş və 25.000 ABŞ dollarını manata hesablayıb aralarında müqavilə bağlamışlar, Elxana 25.000 ABŞ dolları vermiş, Elxan söz vermişdir ki, fındıqları gətirib sataraq onun pulunu verəcəkdir. 2010-cu ilin yay aylarında Elxanın restoran işi getmədiyi üçün, maddi vəziyyəti yaxşı olmamış, lakin Elxan çoxlu obyeklərinin, evi və Qubada torpaq sənədlərin olmasını göstərmişdir. 2011-ci ildə Elxan təklif etmişdir ki, Xaçmaz rayonunda satılan modern tipli avtomatlaşdırılmış fındıq zavodu var, zavodun sahibi ərəbdir və zavodu dəyərindən aşağı satır və zavodun real qiyməti 500.000 dollarıdır, əslində sahibi ərəb oduğundan zavodu 185.000 manata satır. Elxanla Xaçmaz rayonuna gedib zavoda baxmışlar, Elxan demişdir ki, həmin zavodu özü almaq istəyir, lakin əlində pulu yoxdur, razı olsa və pul tapa bilsə zavodu onun adına alıb gələcəkdə işlətməyə ona kömək edə bilər, əvvəl ona verdiyi 25.000 dolları qaytarar və zavodu birgə işlədib qazanc əldə edərlər. Elxana demişdir ki, onun pulu «Texnika Bank»da batıbdır. 13 sentyabr 2011-ci ildə «Acces Bank»ın Babək filialından 60.000 ABŞ dolları kredit götürmüş və pulu fındıq zavodu ilə bağlı Elxana vermiş, Elxan ona 16.09.2011-ci il tarixli “Alqı-satqı” müqaviləsi və findıq zavodunun sənədlərini vermiş və bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinə zavodu özəlləşdirmək üçün pul verilməli və Əmlak Məsələləri Dövlət Komitəsi ilə artıq danışdığını demişdir. Elxan ona xaricdən 2 ədəd Cip avtomobillərini gətirib sataraq pul əldə edib fındıq zavoduna yatıracağını bildirmişdir. 2011-ci ilin dekabr ayında 80.000 manatı götürüb bacısı oğlu Toğrula demişdir ki, onu maşınla Əmlak Komitəsinə aparsın. Elxanla Komitənin yanında görüşmüşlər. Bacısı oğlu Toğrulun və onun tanışının yanında 80.000 manatı Elxana vermiş, Elxan pul götürüb Komitənin binasına girmiş, 30-40 dəqiqədən sonra Elxan gəlib demişdir ki, “səni təbrik edirəm, özəlləşmə baş tutacaq”. 01 ay sonra isə Elxanın telefonları sönülü olduğundan onu tapa bilməmiş, Elxanın başqa telefon nömərələrini tapıb pulu qaytarması ilə bağlı SMS-lər yazmış, lakin Elxan pulunu qaytarmamışdır. Elxana Nizami metrosu yanında 16.000 ABŞ dolları dəyərində qızıl boyunbağı vermiş, Elxan həmin qızılı arvadı üçün aldığını demişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ona vurduğu 16.000 ABŞ dollarını, dövrün məzənnəsi ilə 12.600 manatı, 59.400 ABŞ dolları dövrün məzənnəsi ilə 46.724,04 manatı və 80.000 manatı, cəmi 39.324,04 manatını tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək, öz ifadəsində məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları bir daha olduğu kimi təsdiq etmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində göstərmişdir ki, həmin dövrdə tikinti materialların pərakəndə satışı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs 2014-cü ildə tanışı Zərərçəkmiş şəxs1 vastəsi ilə tanımış, Elxan tez-tez Quba rayonuna gəlmişlbh. 06 may 2014-cü ildə Elxanla Quba şəhərində görüşmüş və Elxan Quba rayonunda Ənsar kəndində torpaq sahəsi alması üçün 5.000 manatı çatmadığını deyib ondan 5.000 manat istəmiş və həmin pulu 2-3 ay ərzində qaytaracağını demiş, İlyasla telefonda əlaqə saxlamış və İlyas Bakı şəhərində olduğunu deyərək, Elxana pul verməsində heç bir problemin olmayacağını ona bildirdiyindən, həmin məbləğdə pulu Elxana Quba şəhərində noturusun binasının yanında vermişdir. Sonralar Elxanın dediyi vaxtdan keçdikdən sonra, Elxan onun pulunu qaytarmamış və özü ondan pulunu qaytarmasını istəyəndə, onu nalayiq söyüşlərlə təhqir etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ondan 5.000 manat pulunun alınaraq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişdir ki, təxminən on ildir Quba şəhəri, Heydər Əliyev küçəsində yerləşən mağazada tikinti materiallarının satışı ilə məşğul olur. Mağazanın digər hissəsində atası Ənvər Həsənov alqı-satqı ilə məşğul olmuş, Zərərçəkmiş şəxs1i 7-8 ildir tanıyır, aralarında işgüzar münasibət olmuşdur. Zərərçəkmiş şəxs1dən sement alaraq işlədiyi mağazada satmışdır. Təqsirləndirilən şəxs İlyasın şəriki kimi tanımışdır. 2014-cü ilin iyul ayından avqust ayınadək olan müddətdə Təqsirləndirilən şəxs tapşırığı ilə mağazasından Quba rayonu Nügədi kəndində yerləşən evində tikinti işləri aparan Azər adlı şəxsə hissə-hissə cəmi 20.000 manatlıq nisyə tikinti materialları vermiş, həmin ərəfədə Elxan ona 3.000 manat ödəmişdir. Elxan 3.000 manatı verəndən sonra qalan 17.000 manatı istəmiş, Elxan İlyasa verdiyi 10.000 manatı ondan almağı və yerdə qalan 7.000 manatı özünün ödəyəcəyini bildirmişdir. Bu barədə İlyasa dedikdə, sonuncu bildirmişdir ki, Elxan ona 10.000 manat verməmiş, heç özü Elxandan alacaqlarını ala bilmir. Hətta pulunu Elxandan almaq üçün Azərlə görüşmüş, Azər demişdir ki, Elxanı tapa bilmir. Elxana zəng edib onun barəsində polisə şikayət edəcəyini demiş, 2015-ci ildə Elxan ona demişdir ki, ondan şikayət etməsin, vaxt versin pulunu ödəyəcəkdir. Lakin, Elxan 17.000 manatını qaytarmamışdır. Sonralar onun telefonlarına zəng çatmamış və onun barəsində şikayət etmişdir. Elxana malları qaimə faktura ilə verməmiş, malları verəndə malların siyahısını yazmış və siyahının bir surətini özündə saxlamış, bir surətini də “whatsapp” vasitəsilə Elxana göndərirmiş. Elxan da razılıq verəndən sonra malları Azər gəlib götürürmüşdür. Tikinti materiallarını Elxana verəndə İlyasdan soruşmamış, Təqsirləndirilən şəxs şikayətçidir və ona dəymiş ümumilikdə 17.000 manat maddi ziyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi kimi çoxdan tanıyır, eyni bir orta məktəbdə oxumuşlar, valideynləri onun müəllimi olmuşdur. Özü sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün, Təqsirləndirilən şəxs həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi tanımışdır. Özünün Bakı şəhərində kafesi var, satandan sonra tanışı Rəfaellə mebel işi ilə məşğul olmuş və hətta Elxan bu işdə onunla şərik olmuş, 70.000-80.000 ABŞ dolları dəyərində mal vurmuşlar. Həmin dövrlərdə, yəni 2006-cı ilin sonu, ya 2007-ci ilin əvvəllərində Elxan ona bildirmişdir ki, Şamaxı rayonu Kirovka kəndində 3 ha torpaq sahəsini 50.000 ABŞ dollarına almış və istirahət mərkəzi tikmək istəyir və təklif etmişdir ki, istirahət mərkəzinin tikintisi ilə bağlı onun şəxsi vəsaitindən pul qoysun, gələcəkdə istirahət mərkəzin tikintisi qurtarandan sonra obyekti 500.000 ABŞ dollarına satıb ona da qazancın yarısını verəcək, yaxşı qazanc əldə edəcəklər. Tikintidə istifadə olunması üçün ona müxtəilf vaxtlarda hissə-hissə 35.000 ABŞ dolları vermişdir. Həmin İstirahət mərkəzi tikilən kənddən olan bir nəfər tanışı ona zəng edib bildirmişdir ki, Elxan orada tikilmiş taxta evləri söküb satır. Şamaxı rayonu Kirovka kəndində olan torpaq sahəsini Elxan 50.000 ABŞ dollarına deyil, 25.000 ABŞ dollarına almış və ona 50.000 dollara aldığını demişdir. Buna görə onunla bu işdən şəriklikdən ayrılmışdır. 2008-ci ildə Rusiyaya getmiş, 2008-2009-cu illərdə Elxanla hesab-kitab etmişlər və Elxan demişdi ki, ona 31.000 ABŞ dolları borcu qalır. Pulu verəcəyini desə də verməmişdir. Onun valideynləri müəllim olduğundan, ondan şikayət etməmiş, sonradan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə şikayət edəndə bilmişdir ki, ondan başqa Təqsirləndirilən şəxs barəsində 05 nəfər şəxs də şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, ondan 31.746 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 29.155,53 manat pul tələbi var. Birinci instansiya məhkəməsində dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 1985-ci ildən tanıyır, hər ikisi Kiyev şəhər Xalq Təsərrüfatı institutunda təhsil almışlar. İnstitutu biritdikdən sonra yolları ayrılmış və 1997- 1998-ci illərdə Təqsirləndirilən şəxslə tələbə yoldaşları Orxan Kərimovun toyunda təsadüfən görüşmüşlər. Söhbət əsnasında Elxan ona bildirmişdir ki, hazırda tikinti sektorunda bizneslə, taxta evlərin (fin evlərinin) tikintisi ilə məşğul olur və şəxsi mebel sexi var. Həmin gündən sonra uzun müddət Elxanla görüşməmişlər. Təxminən 2007-ci ildə tələbə yoldaşı Mehdi Abdullayev zəng vurub Ekologiya naziri X10 rayonunda üç ədəd taxta ev tikdirmək istədiyi və işi yaxşı bacaran tanışı varsa çalışdırmağı xahiş etdikdə Elxanı xatırlamış, on il əvvəl görüşdüyündən, digər tələbə yoldaşlarından soraqlamış və mobil telefon nömrəsini tapıb zəng vuraraq ev tikintisi ilə məşğul olub-olmadığını soruşmuş, Elxan məşğul olduğunu demiş, Nizami metrosu yaxınlığında görüşərək çayxanada oturub söhbət etmişlər. Elxan evləri tikməyə razılıq vermişdir. Nazir Hüseynqulu müəllimə Elxan bir neçə kataloq təqdim etmiş, Hüseynqulu müəllim 3 ev tikiləcəyini demişdir. Hüseynqulu müəllim özünün olan evinin hər kvadratını 450 manatdan, digər 2 evin hər kvadratı üçün 500 manatdan tikilməsi hesablanmışdır. Elxan ona demişdir ki, bu iş onundursa, neynirsən qazancın 5 faizini gəl şərikli evləri tikək və qazancın 40 faizini ona təklif etdikdə razılaşmışdır. Bacısı oğlu layihə hazırlayan olduğundan, 5.000 manat layihə hazırlaması üçün ona vermiş, bundan başqa icarəyə götürdüyü sexin icarə haqqını və kafe təşkil etmə üçün 3000 manat, materialların Bakıdan Qubaya daşınmasına və yadından çıxardığı başqa işlərə və xidmətlərə görə cəmi 20.000 manat xərcləmişdir. Elxan 10.000 manat xərcləmişdir. Tikintininin pulu Hüseynqulu müəllim tərəfindən Elxana hissə-hissə verilmiş, sonra Elxan ona və David adlı işçini Quba rayonu Digah kəndinə göndərmişdir. Elxandan pul istəyəndə Mehti ona zəng edib demişdir ki, Elxandan pul istəməsin. Elxan Mehtiyə demişdir ki, Şamilin ondan pul istəsə gedib Hüseynqulu müəllimə deyəcəkdir ki, Mehti və Şamil evlərin tikintisi üçün ondan əlavə faiz pulu tələb edirlər. Elxandan pulunu tələb edəndə, ona uşaqlarını öldürəcəyi ilə hədələmiş, qorxub onun barəsində şikayət etməmişdir. 2017-ci ildə Elxanın ikinci həyat yoldaşı Mehmanə zəng edib demişdir ki, Şamil Elxandan pulunu istəmə, Elxan axtarışdadır, sən də get onun barəsində polisə şikayət ərizəni ver. David də zəng edib şikayət etməsini deyəndən sonra Elxan barəsində polisə şikayət ərizəsi yazmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, sonuncunun ona 20.000 manat məbləğində vurduğu maddi ziyanın ödənilməsinin təmin olunmasını tələb edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə 2009-cu ildən etibarən ər-arvad kimi yaşamışlar. Zərərçəkmiş şəxs1i Təqsirləndirilən şəxs yaxın dostu və şəriki kimi təxminən 2010-cu ildən tanımışdır. 2015-ci ilin əvvəlində Elxanla İlyasın arasındakı telfon danışıqlarından ona məlum olmuşdur ki, Elxanın İlyasa 100000 ABŞ dollarından çox pul verəcəyi var. İlyas dəfələrlə Elxana zəng etmiş, Elxan isə İlyasın telefonuna cavab verməmişdir. İlyasın Elxana pulu nə məqsədlə verməsini bilməmişdir. Ər-arvad münasibətində olan müddətdə Elxan xərclik üçün pul versə də, çəkilişlərə dair ona pul verməmiş, yaşadığı mənzili özü almış və mənzillə bağlı Elxanla arasında mülki məsələ olmuş, Elxanın kimdənsə pul almasını görməmiş, Elxan demişdir ki, İlyasa 100.000-dən artıq verəcəyi var, lakin verməyəcək, İlyası elə hala salacaq ki, 1000 manata onun yanında fəhlə işləyəcək. Birinci instansiya məhkəməsində tədqiq edilmiş 03 yanvar 2015-ci il tarixli iltizama əsasən, Təqsirləndirilən şəxs öz xətti ilə iltizamı yazıb Zərərçəkmiş şəxs1 ünvan 5 ünvanının alınması üçün 160.000 ABŞ dolları və «Sport Maqazin» verilişinin çəkilişi üçün 20000 manat aldığını etiraf edib 01 mart 2015-ci il tarixədək həmin mənzili satıb qaytaracağı və qaytara bilməsə mənzili içindəki avadanlıqlarla Zərərçəkmiş şəxs1in adına sənədləşdirəcəyini öhdəsinə götürmüş, iltizamı heç bir təziq və təhdid olmadan özü yazdığını qeyd edərək imzası ilə təsdiq etmişdir (c- 1,i.v.8-9;c-4,i.v.132). Birinci instansiya məhkəməsində tədqiq edilmiş 20 noyabr 2015-ci il tarixli protokola əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi və məzmununda cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən səs yazısı olan yaşıl rəngli üzərində «Hansmann» CD-R-52X700 mb/80Min qeydlər aparılmış diskə baxış vaxtı yaddaşında «neizvestniy ispolnitel» adlı faylın olduğu müəyyən edilmiş, fayl səsləndirilməklə stenoqramı tərtib edilmiş, stenoqramın mətni aşağıdakı kimidir: Səsyazmanın əvvəlində bir nəfər kişi «mən nəql eliyim, yoxsa sən nəql eliyirsən?» soruşur. Şərti həmin danışan «K1» kimi qəbul edilmişdir. İkinci kişi isə «fərqi yoxdur» deyir. Həmin danışan şəxs şərti «K2» kimi qəbul edilmiş və istintaqla həmin şəxsin Zərərçəkmiş şəxs1 olması müəyyən edilmişdir. Həmin vaxt «K1» bildirir: «bu kişi ilə neçə illərdir ki, dostluq edirik, şərikli biznesimiz var, Ukraynada yaşamışam, oxumuşam» deyir. Bu zaman şərti olaraq «K3» kimi qəbul edilən şəxs (X9) “harda?” sualı verir. Bundan sonra «K1» bildirir:-«Orda yaxşı dostlarım var, bir dənə də burdan dostum var, Kiyevdə tələbə yoldaşımdı, nəsə bunnan getdik Kiyevə görüşə, orda biznes-miznes söhbəti, dedilər sizinkilər burdan qoz aparır. Mən də bu işlərdən uzaq bir adamam. Gəldik bura, bu oğlan da Xaçmazdıdı, dostum axtardı zavod tapdı və biz Kiyevnən danışdıq, təzdən getdik bu kişi də biznən bir yerdə idi, pul məsələsi, bu getdi pul tapdı gətirdi, getdik ordan bura yetmiş beş maşın bizdən ancaq qabıqlı qoz istəyən var idi, Xaçmazda bir zavod Fərhad adında. Gəldi nə isə, beş-altı yerdə on maşın gəldi, gördük bu pulu verə bilmir, məcbur olduq tökdük bura. Nəisə sözü onda yox, bu biznes olmadı, 13-14 maşınla bağladıq. Bu kişi də cuhutdan ayı bir faiz idi, pul yox idi axı əldə», həmin vaxt «K2» müdaxilə edərək, «0,1» deyir. «K1» davam edir:- «nəsə həmin vaxtı bu qoz məsələsində ərəblər gəldi biznən tanış oldu. «Nuts» firmasının nümayəndələri min ton və artıq. Danışdıq, cəlb etdik hamısı yerli adamları, hamı qozunu, fındığını bizə verəcək. Zavod götürdük arendaya, pul verdik, 50.000 bir verdim, 10.000 də bir verdim remontuna, rekanstruksiyasına ki, sezonun axırına hamısının pulunu veririk. Təzdən qiymətlər qalxdı, keçən ilki qiymətlər deyil, iş dayandı səbəb oldu yenə bax bu qəhrəman var, əsərin qəhrəmanı qız, axşam dava düşdü, dava deyəndə bunun günahı ucbatından, piyan idi, vurdu həmin ərəbin başına şey butulkasınan, o da qorxuya düşdü, dörd maşın göndərmiş, hə gedirəm gəlirəm, ərəb itdi getdi. Bunnan işimiz sarvat oldu. Həmin vaxt da əldə pul ... (anlaşılmır). Ondan qabaq hələ ərəblə mən getdim Omana, ora bağlı ölkədir, Oman viza verdi bir dostumnan getdim, əldə də xeyli pul var idi, faiz yazmasın, qazanaq, ordan guya sport maşınlar gətirib satacayıq, burda şey olunca. May, sentyabr, oktyabr ayına qədər. Getdim ordan iki bahalı «Honda Krastau» var bahalı şəhərdə sürürlər onlardan gətirmişəm. Gətirdik, burda o deyilən qiymət, servis də söz vermişdi, deyilən qiymətə alınmadı, nəsə başladıq yenə fındıq işinə. Həmin momentdə də deyim sizə siz də bağışlayın mən 2008-ci ildə bir sevgili canana ilişmişdim, cavan qızdı, ağıllı qızdı, bunlarla hamıynan dostdu, bu da gün- də ev tuturam orda dalaşır çıxır, burda dalaşır çıxır, nəbilim bəlkə variant imiş. İlyasnan dostdu, hamı buna bacı-qardaş, bu münasibətdə, Bəs ordan pul götürəyin ev alın, sonra şey eliyərik də, qazancım olacaq açığı bir yerdə də mən bunları atmaq fikrim yoxdu, normalnı qızdı xoşum da gəlir. Bəs şey eliyək fındıqdan adama 700.000-750.000 pul qalmalıdı, pulu bağlayarıq o şərtlə ki, evi salırıq kreditə, sonra pul yenə ortada olur. Evi aldıq, ev xarabanın da kupçası MTK sədri 10 günə verirəm, on gün oldu aylarla-illərlə bu günə kimi kupça verilməyib, qaz verilməyib belə qalıb. O biri işlərimiz alınmadı, 2013-cü ildə razılığa gəldik, evi sataq bu kişinin pulunu bağlayaq. Evə də içinən bir yerdə 160.000 xərc çəkilib. 127.000130.000-ə alınıb, 30.000 də içi. Özü dedi ki, utanıram İlyasın pulunu görürəm belə elə. Bu da dedi ki, eybi-yox, eybi yox, eybi yox. Biz də keçmişdik Azərbaycana sement gətirirdik Rossiyadan, «Eurosement»in nümayəndəsi idik burda ikimiz, pul var idi. Təzədən bu qız şey etdi ki, özüm işə girirəm, özüm evi ipoteka edəcəm, işə də girirdi, təzdən ondada məndən pul aldı, ATV-di nədi idman verilişinin aparıcısı. Ordada pul aldı ki mənə 40000 düşəcək, 50000 düşəcək, yanvarda dedim bəs hanı pullar Dədəsi türməyə düşüb, baxmışam yenə deyirəm, normalnı adam, daha sizdə kişi məndə kişi maral, dünya gözəli, savad, intellekt, hamısı yerində. Pul dedi bu 30.000 də burax bir proyektimiz var, yoxsa pul verdi yoxdu, dədəm alkaşdı, pullar hamısı mənim üstümdədi. Deməli bir dəfə bu alıb evin 160.000 dollarını, 35.000 dədəsini türmədən çıxardım, vəkiliydi, moşennik idi. Bu kişidən alınıb verilişin puluna bir dəfə 20000 manat, birdə 160000 evin pulu. Birdə Əsəddən dostumnan 15.000-15.000 götürdüm o cəhənnəm. Bu kişinən də münasibət korlanırdı, götürdüm buna raspiska verdim qızın yanında özü də. Ayıb elədim, dedim şübhəyə düşmə. Bu verilişi gözlüyürdüm, yanvarda veriliş bağlandı. Yanvarda bildim ki, deməli pullar gəlmiyəcək. Mən də götürdüm elə Qubadaydıq yazdım verdim, dedim ala qardaş. Həmin vaxt «K3» sual verərək deyir:-«İlyasa yazdız, qız da qol çəkdi, yoxsa yox?». «K1» cavab verir: «Yox, deyirəm ayıb eliyirdi bu kişinən, onnan qıznan da abır-həyə var ki, evi mən almışam da bu borcu mənə verib, mən almışam evi...» (c-01, i.v. 158-160). Məhkəmə Ekspertizası Mərkəzinin 20065 nömrəli 27 sentyabr 2019-cu il tarixli rəyinə əsasən, «K1» kimi işarə edilmiş fonoqramda diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur, qeyd olunan fonoqramda olan danışıqlar spontandır, danışan diktorların emosional və psixofizioloji vəziyyətində ekstremallıq hiss edilmir (c-07, i.v. 46-51). Birinci instansiya məhkəməsində tədqiq edilmiş "xxxx" MMC-nin 27666 nömrəli 24 noyabr 2015-ci il tarixli məktubuna əsasən, 050 311-80-79, 050 200-52-00, 050 262-10-58, 050 ***-**-** saylı GSM nömrələrin 01.09.2015-16.10.2015-ci ilədək sms mətnləri və abunəçiləri barədə məlumatlarda bəzi sms-lər müxtəlif simvollardan istifadə edilib göndərildiyi və sistemdə rəqəmlər şəklində göstərildiyindən açıqlanılması texniki cəhətdən mümkün deyil (c-1,i.v.198-199) İş materialında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol polis idarəsinin 016-56992-1215 saylı 04 dekabr 2021-ci il tarixli məktubuna əsasən, QİŞ-nin kompüter uçot bazası ilə Təqsirləndirilən şəxs adına etibarnamə əsasında istifadəsində qeydiyyatda olan “VAZ 21074”, “Toyota Land-Cruiser” və “ZAZ 1100557” markalı avtomaşınlar olmuşdur (c-01, i.v. 202-204). İş materialında olan Zərərçəkmiş şəxs4 ibtidai istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs verdiyi tikinti materialların siyahısından görünür ki, 17 iyul 2014-cü il tarixdən 29 avqust 2014-cü il tarixədək dövr ərzində 20.200 manat dəyərində müxtəlif tikinti materiallarının verilməsinin və yalnız bir dəfə 04 avqust 2014-cü il tarixdə tikinti materiallarına görə 3.000 manat pulun ödənilməsinin qeydiyyatı aparılmışdır (c-02, i.v.12-15). İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********62 nömrəli 11 dekabr 2015-ci il tarixli məktubundan görünür ki, xidmətin ərazi idarələrində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən, Təqsirləndirilən şəxs adına Quba rayonu Birinci Nugədi kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və Quba rayonunun Amsar kəndində 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır (c-02, i.v. 22). İş materialında olan Təqsirləndirilən şəxs 24 dekabr 2015-ci il tarixli ərizəsinə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs4 atası Ənvər Həsənovdan onun prorab və ustalarının 11.706 manat dəyərində tikinti materiallarını götürdüyünü etiraf edərək, həmin tikinti materiallarının siyahısını ərizəsinə əlavə edib istintaqa təqdim etmişdir (c-02, i.v. 27-32). İş materialında olan Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin 24.12.2015-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilən Təqsirləndirilən şəxs barəsində iş üzrə icraat onun axtarışı elan edilməklə tutulub istintaqa təhvil verilənədək dayandırılmışdır. İş materialında zərərçəkmiş Zərərçəkmiş şəxs5 istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs tərtib edib imzaladığı 07 fevral 2007-ci il tarixli əlyazmaya əsasən, onun Şamaxıya 31.746 ABŞ dolları xərclədiyinin qeydiyyatı aparılmışdır (c-2, i.v. 60). İş materialında olan "xxxx" MMC-nin 3005 saylı 05 fevral 2016-cı il tarixli məktubuna əsasən, qeyd edilən cəmiyyətdə qısa nömrələrdən və xidmət nömrələrindən (internet üzərindən) göndərilən «sms» mətnlərinin qeydiyyatı aparılmamışdır(bir ədəd disk) (c-02, i.v. 61-62). İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 5(011)145/17 nömrəli 21 avqust 2017-ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs adına Quba rayonu Birinci Nugədi kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və Quba rayonu Amsar kəndində 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur (c-03, i.v.11). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon polis idarəsinin 18 iyun 2019-cu il tarixli protokoluna əsasən, Təqsirləndirilən şəxs 18 iyun 2019-cu il tarixdə saat 14:00-da Bakı şəhəri Nizami rayonu ərazisində tutularaq Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli 4(011)-538/17 saylı qərarı ilə Bakı İstintaq Təcridxanasına köçürülməsi üçün Nəsimi rayon polis idarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir (c-04, i.v. 244). İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8186/17 saylı 22 noyabr 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı hüquqi nəticələr yaratmaq niyyəti olmadan və yalnız görünüş üçün bağlanılmış uydurma əqdin və 03 yanvar 2015-ci il tarixli iltizamın etibarsız hesab edilməsi barədə verdiyi kassasiya şikayəti təmin etməmiş, iltizamın etibarsızlığı barədə irəli sürdüyü dəlillər əsassız hesab edilmiş və maddi məsuliyyətdən yayın- masına xidmət etdiyi göstərildiyindən iş üzrə maddi sübut kimi tanınmışdır ( c-05, i.v. 27-31). İş materiallarında olan Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin 23 iyul 2019-cu il tarixli protokoluna əsasən, "xxxx" rabitə operatorundan əldə edilmiş 3005 nömrəli 05 fevral 2016-cı il tarixli məktuba qoşma kimi əlavə edilmiş, üzərində «Verbatim» markalanma nişanı olan «CD-R» diskin yaddaşına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten əhatə dairəsi yoxlanılarkən, 06 may 2014-cü ildə saat 12:56-dan başlayaraq onun həmin mobil nömrəsi Quba rayonu ərazisində aktiv istifadədə olduğu, göstərilən nömrə ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında bir neçə dəfə onların aralarında danışıqların aparılması müəyyən edilmişdir (c-05, i.v. 37-46). İş materiallarında olan Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin 03 avqust 2019-cu il tarixli protokoluna əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzləşdirmə otağa daxil olaraq Zərərçəkmiş şəxs3 yaxınlaşıb onu və ailəsini nalayiq sözlərlə təhqir edib ona qarşı ifadə verəcəyi halda, özünə və ailə üzvlərinə qarşı nalayiq hərəkətlər edəcəyi ilə hədələmiş və üzləşməkdən imtina etmişdir (c-05, i.v. 137). İş materiallarında olan Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin 08 avqust 2019-cu il tarixli protokoluna əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə vaxtı Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadələrində irəli sürdüyü dəlilləri Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etdikdə, Təqsirləndirilən şəxs bunların yalan olduğunu və münasibətlərinin olduğu dövrdə Zərərçəkmiş şəxs1 tərəfindən onun külli miqdarda pulunun dələduzluqla ələ keçirildiyini bildirib üzləşmənin davam etdirilməsindən imtina etmişdir. Təqsirləndirilən şəxs təqsirsiz olduğu, Zərərçəkmiş şəxs1 əmlakının ələ keçirilməsini təsdiq edən dəlil kimi sonuncuya göndərdiyi «İlko salam, hardasan, niyə sönmüsən?, pul hazırdır?» mətnli «sms»i göstərmişdir. Lakin iş materiallarında olan müdafiə tərəfinin 05 dekabr 2018-ci il tarixli vəsatətinə əlavə edilmiş 357 vərəqdən ibarət sənədlərin 131-ci vərəqəsində olan və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1ə «WatsApp» vasitəsilə 08 iyul 2015-ci ildə saat 21:14-də yazdığı «İlko salam, hardasan, niyə sönmüsən?, pul hazırdır» mətnli “smsə” görə, sonda yazılmış «pul hazırdır» cümləsi sual cümləsi deyil, nəqli cümləsidir və pulun hazır olduğunu qətiyyətlə ifadə edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1lə qəti üzləşmədən iki dəfə (Zərərçəkmiş şəxs1in özü, ailəsinin ünvanına ağır, nalayiq ifadələr işlədib münaqişə yaratmaqla və müdafiəçilərini qəsdən göndərməklə) imtina etmişdir (c-06, i.v. 27-30; 112-124; 185). İş materialında olan notarial təsdiq edilmiş 10 aprel 2010-cu il tarixli borc müqaviləsinə əsasən, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında onun 20.000 manat pulu Zərərçəkmiş şəxs2 borc alması barədə müqavilə bağlanmışdır (c-06, i.v. 217). İş materialında olan PF-003-10 nömrəli 03 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi və eyni tarixli sonrakı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs2 cəmi 160.000 manat məbləğində kredit verilmişdir (c-06, i.v. 218-223). İş materialında 02R000020406 saylı 13.09.2011-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC tərəfindən Zərərçəkmiş şəxs2 cəmi 60.000 ABŞ dolları kredit ayrılmış, komissiya tutularaq 59.400 ABŞ dolları verilmişdir (ödəniş planı) (c-06, i.v. 224-227). İş materiallarında olan Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin 19 yanvar 2016-cı il tarixli qərarına əsasən, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır (c-02, i.v. 38-39). Eyni zamanda Zərərçəkmiş şəxs6 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı ona 20.000 manat məbləğində maddi ziyan vurmasına dair 29 dekabr 2019-cu il tarixli qərarla mülki iddiaçı qismində tanınmış və mülki iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Göstərilənlərdən əlavə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən həmin cinayətlərin törədilməsi özünün ibtidai istintaq dövründə verdiyi və məhkəmədə faktiki olaraq verdiyi ifadələrinin məzmunu ilə; ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə, zərərçəkmiş şəxslərin və şahidlərin öz ifadələrini çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı deyib onu dələduzluq cinayətinin törədilməsində ifşaedici ifadələri ilə;səs yazılari və videogörüntünün öz əksini tapdığını disklərlə; əlyazmalar, iltizamlar və başqa sənədlərlə; baxış, götürmə, axtarış, müayinə və başqa istintaq hərəkətlərin protokolları ilə; cinayət işi üzrə toplanmış və məhkəmə baxışında tədqiq olunmuş digər mötəbər subutlarla kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 07 nömrəli qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Həmin hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə - özgənin əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkar şəxsin şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə və həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə öz üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssi- sələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir... Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqla vasitəçilik etmə adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi) və həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif olunmalı və onların zərərçəkmiş şəxs qismində tanınması istisna olunur. Eyni zamanda, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Göstərilənləri nəzərə alaraq, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara qiymət verərək, birinci instansiya məhkəməsi hesab etmişdir ki, toplanmış sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməsi sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.3.2-ci maddəsi ilə təqsirli bilməməsi, zərər çəkmiş şəxslərin heç birinin pulunu dələduzluq yolu ilə ələ keçirməməsi, zərərçəkmiş şəxslərin ona qarşı yalan ifadələr vermələri barədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun öz ifadələrində irəli sürdüyü dəlillər işin faktiki hallarına uygun olmadığından və toplanmış sübutlarla təkzib edildiyini nəzərə alaraq hesab etmişdir ki, onun həmin ifadələri özünü müdafiə xarakteri daşıyır və bu səbəbdən təqsirləndirilən şəxsin ifadələrində irəli sürdüyü dəlillər yalnız cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli şəxs və ya təqsirləndirilən şəxs ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya verməkdən imtina etmək, onun haqqında irəli sürülən ittihama dair ifadə (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, şübhəli və ya təqsirləndirilən şəxslər istədiyi kimi öz müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdirlər, yəni ifadə (izahat) vermək və ya ifadə (izahat) verməkdən imtina etmək və hər hansı məzmunda ifadə vermək onun vəzifəsi deyil hüququdur. Bu səbəbdən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrinin faktiki olaraq məzmun baxımdan onun həmin cinayəti törətməsini təsdiq etməklə yanaşı; ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti əməllərini törətməsi öz təsdiqini tapdığını nəzərə alaraq, verdiyi və mötəbər sübutlara əsaslanmayan ifadələri ittihamı təkzib edən sübutlar növü kimi qəbul edilə bilmədiyindən, həmin ifadələrində irəli sürdüyü dəlillərə istinad edib qurduğu müdafiəsi təqsirli bilindiyi cinayəti törətməsini istisna etmədiyindən, istintaq və məhkəmədə verdiyi ifadələrində irəli sürdüyü dəlillər yalnız cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il tarixli Qərarında göstərilir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakının əvəzsiz və qanunsuz öz mülkiyyətinə keçirilməsinə və ya əmlak hüquqların əldə edilməsinə yönəlmiş olsun. Vahid qəsdlə əhatə edilən bir neçə şəxsə və ya eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə zərərin miqdarına uyğun tövsif edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi hərtərəfli və obyektiv araşdırma apararaq və tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etməklə, özgənin əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi tam təsdiq edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə edilmiş əlavələrdə zərərçəkmiş şəxslərin etibarından suiistifadə etməklə və onları aldatmaqla, onlara qarşı dələduzluq etmədiyi və zərərçəkmişlərə qarşı qanunsuz hərəkətlərə yol vermədiyi, onların pullarını dələduzluq yolu ilə ələ keçirmədiyi və mənimsəmədiyi, zərərçəkmişlərin ona qarşı yalan ifadələr verdiyindən, onlar və şahidlərin təkrar dindirilməsi, bir-sıra sənədlərin sübutlar siyahısından çıxarılması, istintaq zamanı və məhkəmə baxışında ona qarşı çoxsaylı qanunsuzluqlara yol verildiyini, verilmiş dələduzluq ittihamlarının məhkəmədə öz təsdiqini tapmadığı, işin materialında onun həmin cinayətləri törətməkdə təqsirli olmasını təsdi edən sübutların toplanılmadığı; məhkəmənin bütün müddətinə məhkəmə iclas zalından kənarlaşdırılması və məhkəmə iclaslarının onun iştrakı olmadan davam etdirilməsi və bu kimi məsələlərlə bağlı vəsatətlər verərək, məhkəmə baxış iclasının məhkəmə istintaqı ilə aparılmaqla, göstərilən məsələrlə bağlı məhkəmçə istintaqının aparılmasını xahiş etmişdir. Lakin, iş materialında olan sənədlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldığından və məhkum Təqsirləndirilən şəxs 07 epizod üzrə dələduzluq cinayətləri törətməklə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi istintaq dövründə və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə və başqa istintaq hərəkətlərinin protokolları ilə; məhkəmədə elan olunaraq tədqiq edilmiş çoxsaylı digər mötəbər sübutlarla öz təsdiqini tapdığından və eyni ilə onun və müdafiəçiləri tərəfindən verilmiş vəsatətlərə baxılıb onlara hüquqi qiymət verildiyini, birinci instansiya məhkəməsində məhkəmə baxışının gedişinə mütamadi maneçilik törətməklə, işə baxılmasını qeyri-mümkün etdiyindən, məhkəmə tərəfindən onun Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbinə uyğun olaraq, məhkəmə iclas zalından kənarlaşdırıldığını, eləcə də verilmiş vəsatətlərin faktiki olaraq işin mahiyyətinə hər hansı formada təsir göstərmədiyindən, onun və müdafiəçilərinin verdikləri vəsatətlərin təmin olunması və cinayət işi üzrə əlavə araşdırma aparılmasında zərurət olmadığından, onun və müdafiəçiləri tərəfindən verilmiş vəsatətlər təmin edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs özü və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə edilmiş əlavədə ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən təqsirsizlik prezumpsiyasının tələblərinin kobud pozulması, subyektiv şübhə və ehtimallar üzərində qərarların qəbul edilməklə Təqsirləndirilən şəxs qarşı qərəzli mövqe nümayiş etdirilməsi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini törətməsi barədə heç bir mötəbər sübutun müəyyən edilməməsi, barəsində çıxarılmış məhkəmə hökmünün işin faktiki hallarına uyğun olmaması və sübuta yetirilməməsi, toplanmış sübutlara düzgün hüquqi qiymətin verilməsi üçün, tam, hərtərəfli və obyektiv əhəmiyyət kəsb edən halların araşdırılmaması, Təqsirləndirilən şəxs və müdafiəçiləri tərəfindən ibtidai istintaq zamanı və məhkəmədə verdikləri vəsatətlərin əsassız olaraq rədd edilməsi, məhkəmənin son dərəcədə qərəzli mövqe nümayiş etdirməklə ittiham tərəfinin maraqlarına xidmət etməsi, Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş zərərçəkmiş şəxslər və şahidlərin onun məhkəmədə dindirmək hüququnun təmin edilməməsi, onun zərərçəkmiş şəxslərə qarşı etdiyi hərəkətlərin cinayət əməli deyil, Mülki münasibətdən irəli gələn öhdəliklərin yerinə yetirilməməsindən, bunun mülki mühakimə icraatına aid olunmaqla baxılması barədə irəli sürülən dəlillər işin faktiki hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işi üzrə məhkəmə iclasının protokolları öz təsdiqini tapmadığından, məhkum və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində və apellyasiya şikayətinə edilmiş əlavələrdə irəli sürülən dəlillər toplanmış çoxsaylı mötəbər sübutlara deyil, yalnız mülahizələrə əsaslanmaq kimi qiymətləndirilməklə, əsassız hesab olunaraq təmin edilməməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində və apellyasiya şikayətinə edilmiş əlavədə məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin qərarı ilə qanunsuz olaraq məhkəmə baxışının bütün müddətinə məhkəmənin iclas zalından xaric edilmiş və olmadığı dövrdə aparılmış prosessual hərəkətlərlə tanış olmaq hüququna malik olmasına baxmayaraq, məhkəmə tərəfindən ona həmin şərait yaratmamaqla hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində və apellyasiya şikayətinə edilmiş əlavədə irəli sürülən dəlillərlə aşağıda göstərilən sübutlara və normativ aktlara əsaslanmaqla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 310.4-cü maddəsinə əsasən, məhkəmə iclasında qaydanın təmin edilməsi icra məmuruna həvalə edilir. İcra məmuru bu Məcəllənin 310.2.1-310.2.9-cu maddələrində göstərilən qaydalardan kənara çıxmağa yalnız sədrlik edənin icazəsi ilə yol verilməsinə nəzarət edir və ola biləcək pozuntuların qarşısını alır. Həmin Məcəllənin 310.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hallarda, məhkəmə iclasının keçirilməsi zamanı məhkəməyə hörmətsizlik göstərilməsi təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Göstərilən Məcəllənin 310.6-cı maddəsinə əsasən, Dövlət ittihamçısı və müdafiəçi istisna olmaqla, məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra, məhkəmənin qərarı əsasında aşağıdakı tədbirlər görülə bilər: 310.6.1-ci maddəsi-əlli beş manatadək miqdarda cərimə; 310.6.2.3-cü maddəsi–03 saatdan 48 saatadək müddətə tutma və 310.6.2-cü maddəsi- məhkəmə baxışının bütün müddətinə və yaxud həmin müddətin bir hissəsinə məhkəmənin iclas zalından xaric edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 310.7-ci maddəsində qeyd edilir ki, məhkəmənin qərarı ilə məhkəmə iclasına yenidən buraxılmış cinayət prosesi iştirakçısı onun olmadığı dövrdə aparılmış prosessual hərəkətlərlə tanış olmaq hüququna malikdir. İş materiallarında olan məhkəmə iclasının protokollarından göründüyü kimi, məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə qaydalarını kobud pozduğuna görə sədrlik edən tərəfindən xəbərdarlıqlar edilməsinə baxmayaraq, bunları nəzərə almamış və özünün qanunsuz hərəkətlərini mütamadi davam etdiyindən, məhkəmənin qərarı ilə məhkəmə baxış iclasından xaric edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclasına qaytarıldıqdan sonra, iştirakı olmadığı dövrdə aparılmış prosessual hərəkətlərlə tanış olmasına şərait yaradılmışdır. Göründüyü kimi, məhkəmə baxış iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə qaydalarını kobud pozduğuna görə sədrlik edən tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, bunları nəzərə almamış və qanunsuz hərəkətlərini davam etdiyinə görə, məhkəmə qərarı ilə məhkəmə iclas zalından xaric edilmiş və məhkəmə iclasına qaytarıldıqdan sonra, iştirakı olmadığı dövrdə aparılmış prosessual hərəkətlərlə tanış olmasına şərait yaradılmaqla, cinayət prosessual qanunvericiliyinin tələblərinə məhkəmə tərəfindən əməl edilmişdir. Belə olan halda, verilmiş apellyasiya şikayətləri həmin hissədə də əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu səbəbdən bəraət verilməsi barədə özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və edilmiş əlavədə irəli sürülən dəlillər işin faktiki hallarına uyğun olmadığından və toplanmış mötəbər sübutlarla təkzib edildiyindən hesab edir ki, ona bəraət verilməsi barədə özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ona edilmiş əlavə təmin edilməməlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 (mülki iddiaçı), Zərərçəkmiş şəxs2 (birinci epіzod üzrə-2011-ci ilin iyun ayının sonlarında Yasamal rayonu «Nizami» metrosu yaxınlığında həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində ümumi çəkisi 84 qram boyunbağı, sırğa, üzük və qolbaqdan ibarət briliyant qaşlı dəsti ələ keçirməklə vədinə əməl etməyərək ona 12.600 manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etməsi hissədə) və Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməklə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin epizodlar üzrə təqsirli bilinməli, lakin cəza təyin edilmədən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs5 2006-cı ilin yanvar ayından sentyabr ayına kimi olan müddətdə Şamaxı rayonunda və Bakı şəhərində müxtəlif ünvanlarda istirahət mərkəzinin tikintisində istifadə etmək adı ilə hissə-hissə cəmi 31.746 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 29.155,53 manat; zərərçəkmiş Zərərçəkmiş şəxs6 2008-ci ilin oktyabr-noyabr aylarında tikinti işinə sərf etdiyi cəmi 20.000 manat; zərərçəkmiş Zərərçəkmiş şəxs2 etibardan suiistifadə etmək yolu ilə 2011-ci ilin iyun ayının sonlarında, həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları və zərərçəkmiş Zərərçəkmiş şəxs3 torpaq sahəsi almaq üçün 06 may 2014-cü ildə 5.000 manat məbləğində aldığı pulları qaytarmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il, az ağır cinayətin törədildiyi gündən yeddi il, ağır cinayətin törədildiyi gündən on iki il və xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsində göstərilir ki, «bu Məcəllənin 177- 182-ci, 185-187 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə 5.000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan, «külli miqdar»-50000 manatdan yuxarı, lakin 500000 manatdan artıq olmayan, «xüsusilə külli miqdar»- 500.000 manatdan yuxarı məbləğ başa düşülür. Bu mənada Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs5 31.746 ABŞ dolları dövrün məzənnəsi ilə 29.155,53 manat, Zərərçəkmiş şəxs6 20.000 manat və Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 12.600 manat olmaqla xeyli miqdarda; Zərərçəkmiş şəxs3 qarşı isə 5.000 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna görə təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bəraət hökmü və cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə həmin Məcəllənin 39.1.3-cü (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, cəlb etmə müddətinin dayandırılması halları istisna edilir) maddəsi ilə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu səbəbdən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 (mülki iddiaçı), Zərərçəkmiş şəxs2 (birinci epіzod üzrə- 2011-ci ilin iyun ayının sonlarında Bakı şəhəri Yasamal rayonu «Nizami» metrosu yaxınlığında həmin dövrün məzənnəsi ilə 12.600 manat təşkil edən 16.000 ABŞ dolları dəyərində, ümumi çəkisi 84 qram olan boyunbağı, sırğa, üzük və qolbaqdan ibarət briliyant qaşlı dəsti ələ keçirməklə, vədinə əməl etməyərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi hissədə) və Zərərçəkmiş şəxs3 ilə əlaqədar 04 epizod üzrə Təqsirləndirilən şəxs təqsirli bilinməli, lakin onun cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, məhkəmənin ittiham hökmü ilə ona cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, cinayətin törədilməsi zamanı zərərçəkmiş çəkmiş şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxış iclasında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət əməli haqqında ərizə və ya müvafiq şikayət verməklə, mülki iddia da eyni zamanda verilə bilər. Göstərilən Məcəllənin 187-ci maddəsinə əsasən, mülki iddia miqdarından asılı olmadan cinayət işinin aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və ya materialla birlikdə baxılır və cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354-cü maddəsində göstərilir ki, məhkəmə hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması kimi qərarlardan biri çıxarılır. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərinə əsasən, hesab etmişdir ki, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 yuxarıda göstərilən hüquqları izah edilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 tərəfindən 20.000 manat və 160.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 125.520 manat, cəmi 145.520 manat və Zərərçəkmiş şəxs6 tərəfindən 20.000 manat ziyanın ödənilməsi barədə təqdim olunmuş mülki iddialar tam təmin edilməli, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli nəticəsində Zərərçəkmiş şəxs1ə cəmi 145.520 manat və Zərərçəkmiş şəxs6 cəmi 20.000 manat məbləğində dəymiş maddi ziyan ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyin tələbinə uyğun olaraq təqsirli bilindiyi maddənin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Belə ki, işin materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs məhkum olunmamış, ailəlidir və zərərçəkmiş şəxslərə vurulmuş ziyan ödənilməmişdir (c-07, i.v. 28-29). Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini müzakirə edərkən, işin materiallarını tədqiq etməklə belə nəticəyə gəlmişdir ki, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmamışdır. Lakin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin cəza növü əsas cəza kimi bir ildən beş ilədək, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə almaqla, onun dövlət və yerli özünüidarə orqanlarda rəhbər vəzifə tutma hüququn saxlanmasını qeyri-mümkün hesab edib barəsində dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər bir kəs hüquq və vəzifələri müəyyən edilərkən və ona qarşı ittiham irəli sürülərkən, qanunla yaradılmış müstəqil və qərəzsiz məhkə- mələr vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Birinci instansiya məhkəməsi təqsrləndirilən Təqsirləndirilən şəxs təyin edilən cəzanın növü və həddinin müəyyən edilməsi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cəzanın ədalətli olması, yəni cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarında məhkəmələrə bilavasitə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayətin xarakterinə və törədilməsi şəraitinə, həmçinin təqsirkar şəxsın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə uyğun olaraq, yəni məhkumdan əvəz çıxmaq və yaxud ondan qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda isə, «ədalət prinsipi» zərərçəkmiş şəxsə qarşı qayğının və diqqətin, təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin olunarkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza hökmlə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayəti törətməkdə təqsirli hesab olunan şəxsə tətbiq edilir və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və yaxud onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu barədə” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmamış, məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə də, birinci instansiya məhkəməsi törədilmiş cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alınmaqla hesab etmişdir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunması cəzanın məqsədini təmin etməklə yanaşı, ədalətli hesab oluna bilər. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 18 iyun 2019-cu il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi barəsində tətbiq olunmaqla dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum olunmaqla azadlıqdan məhrum edilməlidir. Eyni zamanda, birinci instansiya məhkəməsi iş üzrə maddi sübutlar və digər məsələləri həll edərkən hesab etmişdir ki, maddi sübut kimi tanınmış məhkəmə-fonoskopik ekspertizasının rəyinə əlavə edilmiş bir ədəd disk, 03 yanvar 2015-ci il tarixli İltizam və maddi sübut qismində tanınmış sənədlər cinayət işinin materiallarında saxlanılmalı; Təqsirləndirilən şəxs adına Quba rayonu Birinci Nugədi kəndində olan 0,10 hektar həyətyanı torpaq sahəsi və Quba rayonu Amsar kəndində olan 0,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılmalı və 300 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanla bağlı mülki iddianın mülki mühakimə icraatı qaydasında verilmə qaydası izah edilməlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxslər və mülki iddiaçılar - Zərərçəkmiş şəxs1 tərəfindən həmin dövrün məzənnəsi ilə 125.520 manat, ümumilikdə 145.520 manat və Zərərçəkmiş şəxs6 tərəfindən 20.000 manat maddi ziyanın ödənilməsi barədə verilmiş mülki iddialar tam təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu səbəbdən bəraət verilməsi barədə özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və edilmiş əlavədə irəli sürülən dəlillər işin faktiki hallarına uyğun olmadığından və toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən hesab edir ki, ona bəraət verilməsi barədə özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və ona edilmiş əlavələr təmin edilməməlidir. Bundan başqa, məhkəmə kollediyası məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasının yuxarı həddində, yəni 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən, işin faktiki hallarına uyğun olmadığından və kifayət qədər əsaslandırılmadığından, həmin apellyasiya şikayətlərində irəli sürülən dəlillərlə razılaşmır və hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəzasını ağırlaşdırmaqla, ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması cəzanın məqsədini təmin etmədiyindən, ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs qanunvericiliyin tələblərinə uyğun cəzanın təyin edilməsi ilə bağlı gəldiyi nəticə iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq olunmuş subutlara əsaslanır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması verilməsi barədə onun özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə edilmiş əlavələrdə; həmçinin onun cəzasını ağırlaşdırmaqla, ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması barədə zərərçəkmiş şəxslər: lyas Hüseyn və Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər toplanmış sübutlarla təkzib edildiyindən və cinayət işinin faktiki hallarına uyğün olmadığından, apellyasiya şikayətləri və edilmiş əlavələr təmin edilməməli və birinci instansiya məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası qərara a l ı r: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-Müdafiəçi5 və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə edilmiş əlavələr; habelə zərərçəkmiş şəxslər və mülki iddiaçılar: Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində olan 18 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Həsən Əhmədov

3. Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar