Məhkəmə qərarları › İş №1(103)-1516/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1516/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1516/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdfiəçisi X1 iştirakları ilə 1992-ci il iyulun 4-də Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində qeydiyyatda olmuş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-528/2018 saylı, 30 iyul 2018-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 28 mart 2018-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İradə Həsənzadə, hakimlər Əhməd Quliyev və Azər Paşayev) 1(101)-528/2018 saylı, 30 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuşdur. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-528/2018 saylı, 30 iyul 2018-ci il tarixli hökmünün cinayət qanunun normaları düzgün tətbiq edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)- 367/2022 nömrəli qərarı ilə hökmdən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 268/2018 saylı, 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)- 367/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirib, məhkəmə kollegiyasından müvafiq halları nəzərə almaqla cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-367/2022 nömrəli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Kassasiya instansiya qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki kassasiya şikayəti ilə mübahisələndirilən qərarında mahiyyətcə düzgün yekun versə də, qərarın nəticəvi hissəsinin maddi cinayət hüquq normalarına uyğun olmadan təsvir edilməsi qeyrimüəyyənliyə səbəb olmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)- 367/2022 nömrəli qərarının nəticəvi hissəsindən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-268/2018 saylı, 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinin məzmunundan göründüyü kimi, həmin maddə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını müəyyən edərkən, belə hallarda cəzaların tamamilə və ya qismən toplanmasını nəzərdə tutur. Yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin tamamilə və ya qismən birləşdirilməsi isə hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində təsbit edilir. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-528/2018 saylı, 30 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-268/2018 saylı, 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar