Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1517/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri- Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi–X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apell- yasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4; zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyinin yanında Dövlət Vergi Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X5; Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Bakı şəhəri “Presedent” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim: X16) xx xxxx 1994-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində olan 18 may 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayəti törətməkdə təqsirli bilinib ona 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni 23 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan bir qrup şəxslə birgə vahid niyyətlə xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə 2017-2020-ci illərdə cinayətkar fəaliyyətlə məşğul olaraq 14 məhdud məsuliy- yətli cəmiyyət, o cümlədən "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: 3901- 184191), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), “Yamaxa08” (VÖEN: 3901220Ö11), "xxxx" (VÖEN: **********), "xxxx" (VÖEN: **********), “Aizberq 2016”(Vöen :**********),"xxxx"(VÖEN:**********),“ŞərqQİ”(VÖEN:14038853- 01), "xxxx"(VÖEN **********), "xxxx"(VÖEN:**********), "Etalon”(VÖEN:1804- 561611) və "xxxx"(VÖEN:**********) məhdud məsuliyyətli cəmiyyətlərin fəaliyyətlərinə rəhbə- rlik edərkən, cəmiyyətlərin nizamnamələrinə uyğun sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparılaraq rəsmiləşdirməsini təşkil etmiş, bununla bağlı faktiki rəhbər kimi qeyd olunan vergi ödəyicilərinin fəaliyyətinə məsuliyyət daşıyan və vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 16.1.6, 53,1, 72, 77.3, 78.1, 104.1, 105.1, 124.1, 154.1, 159.1, 173, 177.1, 177.2 və 220.1-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyib təqdim etdiyi bəyannamələrə gəlirlər və xərcləri barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edib xüsusilə külli miqdar olan 2262470,14 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 2 11 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyatda olan “Gurur İnşaat" MMC-nin xx.xx.2017-cı ildən xx.xx.2019-cu il tarixədək olan dövrdə fəaliyyətinə rəhbərlik edib cəmiyyətin 2017-ci il üzrə üzrə gəliri 1779592,0 manat, həmin gəlirin əldə edilməsi üçün xərci 1482994,0 manat, əldə edilmiş mənfəəti 296598,00 manat və həmin mənfəətdən 20% dərəcəsi ilə 59319,60 manat mənfəət vergisi hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqana bəyannamə təqdim etməməklə 17,67 manat ödəniş nəzərə alınmaqla, 59301,93 manat, 2018-ci il üzrə üzrə gəliri 991279,56 manat, həmin gəlirin əldə edilməsi üçün xərci 826066,11 manat, əldə edilmiş mənfəəti 165213,45 manat, həmin mənfəətdən 20% dərəcəsi ilə 33042,69 manat mənfəət vergisi hesablamalı olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək 33042,69 manat, ümumilikdə, “Gurur İnşaat" MMC üzrə 92.344,62 manat məbləğində mənfəət vergisini; bundan başqa, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 3 Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin direktoru işləyərkən, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək cəmiyyətin 2017-ci ilin 1-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 2143460,21 manat, həmin dövriyyədən 2% dərəcə ilə 42869,20 manat sadələşdirilmiş vergi hesablamaqla, dövlət büdcəsinə ödəməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamədə dövriyyəsi olmadığını göstərək, 42869,20 manat məbləğində sadələşdirilmiş vergini; Bundan başqa Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 4də qeydiyyatda olan "xxxx" MMC-nin 01 yanvar 2017-ci ildən xx.xx.2019-cu il tarixədək direktoru vəzifəsində işləyərkən cəmiyyətin 2017-cı ilin 1-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 8585489,38 manat, həmin dövriyyədən 2% dərəcə ilə 171709,79 manat sadələşdirilmiş vergi hesablamaqla dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə sadələşdirilmiş vergisinin olmadığını göstərərək, 171709,79 manat sadələşdirilmiş vergi; 2017-ci il üzrə mənfəət vergisinə cəlb edilən idxal etdiyi malların dəyəri 3131991,23 manat, əldə edilmiş mənfəəti 626398,25 manat, həmin mənfəətdən 20 faiz dərəcəsi ilə 125279,65 manat mənfəət vergisi hesablamalı olduğu halda, bunu etməmiş, vergi orqanına bəyannamə təqdim etməyərək, 125.279,65 manat mənfəət vergisi olmaqla, ümumilikdə "xxxx" MMC üzrə 296984,44 manat məbləğində vergiləri; bundan əlavə, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 4də qeydiyyatda olan "xxxx" MMC-nin 01 yanvar 2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək direktoru vəzifəsində işləyərkən, cəmiyyətin 2017-cı ilin 2-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 745054,58 manat, həmin dövriyyədən 4% dərəcə ilə 29802,18 manat sadələşdirilmiş vergi hesablamaqla dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 907,51 manat ödəniş nəzərə alınmaqla 28894,67 manat məbləğində sadələşdirilmiş vergini; daha sonra, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 6ə qeydiyyatda olan "xxxx" MMCnin xx.xx.2017- ci il tarixdən xx.xx.2019-cu il tarixədək direktoru vəzifəsində işləyərkən, cəmiyyətin 2017-cı ilin 2-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 427810,15 manat və həmin dövriyyədən 4% dərəcə ilə 17112,41 manat sadələşdirilmiş vergi hesablamaqla dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə sadələşdirilmiş vergisi olmadığını göstərərək, 17112,41 manat məbləğində sadələşdirilmiş vergi, 2017-ci il üzrə mənfəət vergisinə cəlb olunan idxal etdiyi malların dəyəri 747756,55 manat və əldə edilmiş mənfəəti 149551,31 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə 20910,26 manat mənfəət vergisi hesablamalı olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 29910,26 manat mənfəət vergisi olmaqla, ümumilikdə "xxxx" MMC üzrə - 47022,67 manat məbləğində vergiləri; bundan əlavə, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 6ə qeydiyyatda olan, "xxxx" MMC-nin 01 yanvar 2017-ci ildən xx.xx.2019-cu il tarixədək direktoru işləyərkən, cəmiyyətin 2017cı ilin 2-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 5099428,08 manat və həmin dövriyyədən 4% dərəcə ilə 203977,12 manat sadələşdirilmiş vergi hesablayaraq dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə sadələşdirilmiş vergisi olmadığını göstərib 203977,12 manat sadələşdirilmiş vergi; 2017-ci il üzrə muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergini 70 manat hesablayıb dövlət büdcəsinə ödəməli olduqda, vergi orqana bəyannamə təqdim etməyib 70 manat muzdlu işlə bağlı ödəmə mənbəyində tutulan vergi, cəmi MMC üzrə 204047,12 manat vergiləri; bundan başqa, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 6ə qeydiyyatda olan "xxxx" MMC-nin 01 yanvar 2017-ci ildən xx.xx.2019-cu il tarixədək direktoru işləyərkən, cəmiyyətin 2017cı ilin 2-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 1732671,97 manat və həmin dövriyyədən 2% dərəcə ilə 34653,43 manat sadələşdirilmiş vergi hesablamaqla dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə sadələşdirilmiş vergisi olmadığını göstərib 34653,43 manat sadələşdirilmiş vergi; 2017-ci il üzrə üzrə mənfəət vergisinə cəlb olunan idxal etdiyi malların dəyəri 641259,99 manat, əldə edilmiş mənfəətdən 20 faiz dərəcə ilə 25650,39 manat mənfəət vergisi hesablamalı olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 25650,39 manat mənfəət vergisi olmaqla, ümumilikdə, "xxxx" MMC üzrə 60303,82 manat məbləğində vergiləri; eyni zamanda, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 6ə qeydiyyatda olan "xxxx" MMC-in 1 yanvar 2017-ci ildən 01,06.2019-cu il tarixədək direktoru işləyərkən, cəmiyyətin 2017-cı ilin 2-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 623567,17 manat və həmin dövriyyədən 4 faiz dərəcə ilə 24942,69 manat sadələşdirilmiş vergi hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə sadələşdirilmiş vergisi olmadığını göstərib 24942,69 manat məbləğində sadələşdirilmiş vergi; 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini 70,0 manat hesablayıb dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 70,0 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, ümumilikdə, "xxxx" MMC üzrə, 25012,69 manat məbləğində vergiləri; bununla yanaşı, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 6ə qeydiyyatda olan "xxxx" MMC-nin xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək direktoru işləyərkən, cəmiyyətin 2017-cı ilin 2-ci rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 11963937,06 manat, həmin dövriyədən 2% dərəcə ilə 239278,74 manat sadələşdirilmiş vergi hesablamaqla dövlət büdcəsinə ödəməli olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə sadələşdirilmiş vergisi olmadığını göstərib 239278,74 manat məbləğdə sadələşdirilmiş vergi; 2017-ci il üzrə üzrə mənfəət vergisinə cəlb olunan idxal etdiyi malların dəyəri 2064355,47 manat, əldə edilmiş mənfəətdən 20 faiz dərəcə ilə 82574,21 manat mənfəət vergisini hesablamalı olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 82574,21 manat mənfəət vergisi olmaqla, ümumilikdə "xxxx" MMC üzrə, 321852,95 manat məbləğində vergiləri; bundan əlavə, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 8ergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş idarəsində qeydiyyatda olan "xxxx" MMC-nin 01,09.2017-ci ildən xx.xx.2019-cu ilədək dövr ərzində direktoru işləyərkən cəmiyyətin 2017-cı ilin 4-cü rübü üzrə apardığı əməliyyatlara görə ümumi hasilatı 1196551,97 manat, həmin dövriyyədən 4% dərəcə ilə 47862,08 manat sadələşdirilmiş vergi hesablayıb dövlət büdcəsinə ödəməli olduqda, vergi orqana təqdim etdiyi bəyannamədə sadələşdirilmiş vergisi olmadığını göstərib 47862,08 manat sadələşdirilmiş vergi; 2018-ci il üzrə cəmiyyətin gəliri 1763324,36 manat, həmin gəlirin əldə edilməsi üçün xərci 1469436,96 manat, mənfəəti 293887,40 manat, həmin mənfəətdən 20% dərəcəsi ilə 58777,48 manat mənfəət vergisi hesablamalı olduğu halda, qeydiyyatda olduğu vergi orqana bəyannamə təqdim etməyib 58777,48 manat mənfəət vergisi olmaqla, cəmi "xxxx" MMC üzrə 106639,96 manat məbləğində vergiləri; digər tərəfdən, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 9lər idarəsində qeydiyyatda olan, "xxxx" MMC-nin xx.xx.2017-ci ildən 01,06.2020-ci ilədək direktoru işləyərkən, 2018-ci il üzrə üzrə cəmiy- yətin gəliri 9476644,8 manat, gəlirin əldə edilməsinə xərci 7897204,0 manat, əldə edilmiş mənfəəti 1579440,8 manat və mənfəətdən 20% dərəcə ilə 315888,87 manat mənfəət vergisi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyib 315888,87 manat; 2019-cu il üzrə üzrə cəmiyyətin gəliri 2597077,86 manat və gəlirin əldə edilməsinə xərci 2164231,56 manat, əldə edilmiş mənfəəti 432846,30 manat və həmin mənfəətdən 20% dərəcə ilə 86569,26 manat mənfəət vergisi hesablayaraq ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 86569,26 manat, cəmi "xxxx" MMC üzrə, 401956,13 manat məbləğində mənfəət vergisi; bundan başqa, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 10tda olan "xxxx" MMC-nin xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək direktoru işləyərkən, 2018-ci il üzrə üzrə cəmiyyətin gəliri 50000,0 manat, həmin gəlirin əldə edilməsi üçün xərci 45969,46 manat, əldə olunmuş mənfəəti 4030,54 manat, həmin mənfəətdən 20% dərəcə ilə 806,11 manat mənfəət vergisi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 806,11 manat mənfəət vergisi; 2019-cu il üzrə üzrə cəmiyyətin gəliri 6285231,94 manat, gəlirin əldə edilməsinə xərci 5237693,29 manat, əldə olunmuş mənfəəti 1047538,65 manat, mənfəətdən 20% dərəcə ilə 209507,73 manat mənfəət vergisi hesab- layıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyib 209507,73 manat mənfəət vergisi; cəmiyyətin 2018-ci ilin noyabr ayı üzrə ƏDV tutulan dövriyyəsi 50000 manat, ƏDV-si 9000 manat, əvəzləşdirilən ƏDV-si 8259,11 manat, ödənilmiş ƏDV-si 35,3 manat, büdcəyə ödənilməli ƏDV-si 705,59 manat olduğu halda, vergi orqana təqdim etdiyi bəyannamədə ƏDV-yə cəlb edilən dövriyyəni və ƏDV-ni 0,0 manat göstərərək, ƏDV-ni 705.59 manat; 2018-ci ilin noyabr ayı üzrə 350 manat icarə haqqına görə 14 faiz hesabı ilə 49,0 manat ödəmə mənbəyində tutulan vergi hesabla- yıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 49,0 manat ödəmə mənbəyində tutulan vergi; cəmi "xxxx" MMC üzrə, 211068,43 manat məbləğində vergiləri; bundan əlavə, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 11əyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş idarə-sində qeydiyyatda olan "Etalon MLT 08” MMC-yə xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək olan dövrdə rəhbərlik edərkən, cəmiyyətin 2019-ci ilin avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 980000,0 manat, ƏDV- si 176400,0 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV-yə cəlb edilən dövriyyəni və ƏDV-ni 0.0 manat göstərib 176400,0 manat əlavə dəyər vergisini; bundan başqa, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 12rgi ödəyicisi kimi 2 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyatda olan, "xxxx" MMC-nin xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək direktoru işləyərkən, 2018-ci il üzrə üzrə cəmiyyətin gəliri 2159312,56 manat və həmin gəlirin əldə edilməsi üçün xərci 1380024,41 manat, əldə olunmuş mənfəəti 779288,15 manat, həmin mənfəətdən 20% dərəcə ilə 155857,63 manat mənfəət vergisi hesablayıb ödəməli olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyib 155857,64 manat mənfəət vergisi; cəmiyyətin 2018-ci ilin avqust ayı üzrə ƏDV tutulan dövriyyəsi 506798,94 manat, ƏDV-si 91223.81 manat olduğu halda, vergi orqana bəyannamə təqdim etməyərək, 91223,81 manat əlavə dəyər vergisi; ümumilikdə isə "xxxx" MMC üzrə 247081,44 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Nəticədə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan 14 müəssisə üzrə xüsusilə külli miqdar təşkil edən - 2262470,14 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmənin hökmündən narazı qalan təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, hüquqlarını müdafiə etdiyi şəxsə olduqca sərt və ağır cəza təyin edildiyindən, hökmlə razı olmadığını, cəza təyin edilərkən, Cinayət Məcəlləsinin 8, 58 və 59cu maddələrinin tələblərinin tam nəzərə alınmadığını və nəticədə qanunvericiliyin tələbinə zidd olaraq ədalətsiz cəza təyin edildiyini, cəza təyin edilərkən Təqsirləndirilən şəxs şəxsiyyətinin, himayəsində 5 azyaşlı uşağı olmasının, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq keçirməsinin və cinayəti könüllü etiraf etməsinin, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınmadığını, cəmiyyət arasında müsbət xarakterizə olunduğunu göstərməklə, hökmün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona təyin edilən cəzanın aşağı həddindən də az cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, məhkəmənin hökmündən verilmiş apellyasiya şikayəti yalnız məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına riayət etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdırıb cinayət prosesi iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarında olan sənədlərdən və məhkəmə iclaslarının protokollarından görünür ki, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayəti törətməkdə qismən təqsirli bilməklə ibtidai istintaq dövündə və məhkəmədə verdiyi ifadələri ilə yanaşı; onun cinayəti törətməsi ibtidai istintaqda və məhkəmədə dindirilmiş mülki iddiaçıların nümayəndələri X8, X12, X13, X14, X9 və X3 ifadələri ilə; şahidlər - Şahid9, Şahid10, Şahid17, X6, Şahid11, Şahid2, Şahid16, Şahid4, Şahid8, Şahid1, Şahid9, Şahid10, X6, Şahid11, Şahid2, Şahid17, Şahid16, Şahid4, Şahid8 və Şahid1 ifadələri; tərtib olunmuş “cinayət tərkibi yaradan vergi borclarının araşdırılması nəticələrinə dair» aktlarla; mütəxəssis rəyləri; kameral vergi yoxlamalarının nəticələri; keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2022-ci il tarixli 9/8969 nömrəli, 22 dekabr 2017-ci il tarixli 30097 nömrəli, xx.xx.2019-cu il tarixli 29517 nömrəli, 28 iyul 2021-ci il tarixli 9/4921 nömrəli, xx.xx.2021-ci il tarixli 9/1853 nömrəli, xx.xx.2021-ci il tarixli 9/2752 nömrəli, xx.xx.2022-ci il tarixli 9/3610 nömrəli, xx.xx.2020-ci il tarixli 9/3871 nömrəli, xx.xx.2020-ci il tarixli 9/3451 saylı, 14 aprel 2023-cü il tarixli 9/9372 nömrəli ekspetiza rəyləri; sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərarla; baxış, götürmə, müayinə, üzləşmə və digər istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı başqa mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə xüsusilə külli miqdar təşkil edən 2.262.470,14 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma cinayətini törətməsi mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və yekun qərar çıxarılmasına imkan verən özünün ifadələri ilə yanaşı, mülki iddiaçıların nümayəndələrinin və şahidlərin ifadələri ilə, aparılmış çoxsaylı istintaq hərəkətlərinin protokolları ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə; toplanmış və mühüm əhəmiyyət kəsb edən çoxsaylı digər mötəbər və təkzibedilməz sənədlərlə təsdiq olunmaqla sübuta yetirilmişdir. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunduğundan, həmin maddə ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilinməli və müvafiq qaydada cəzalandırılmalıdır. Bu səbəbdən də, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır və bu səbəbdən məhkəmənin hökmünün ləğv edilməsi və dəyişdirilməsi üçün hər hansı bir əsas tapmır. Beləliklə də, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş cəzanın aşağı həddindən də az cəza təyin edilməsi barədə onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə razılaşmır, həmin dəlillərin işin faktiki hallarına uyğun olmadığı və toplanmış çoxsaylı mötəbər sübutlarla tam təkzib edildiyindən, verilmiş apellyasiya şikayətində irəli sürülən dəlilləri toplanmış sübutlara əsaslanmayan sübyektik mülahizələr kimi qiymətləndirir. Məhkəmə kollegiyası qeyd edir ki, xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin tərkibini yaradır. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, bu Məcəllənin 213.1 və 213.2.1ci maddələri ilə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə-üç ilədək müddətə müəyyən vəzifə tutma və yaxud müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yanaşı, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və yaxud beş ildən yeddi ilədək müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət əməlinin törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; cinayətləri etiraf etməsini və səmimi peşman olmasını - onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərkən cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin edilən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu halda, ona cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla cəzanın məqsədini təmin edilə bilər. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan espublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə müəyyən müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 23 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən ədalətsiz cəzanın təyin olunması və bu səbəbdən onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə cəzasının yüngülləşdirilməsi barədə onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə razılaşmır və həmin dəlilləri əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən, cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq və qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərər çəkmişə qayğı və diqqətin, təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar və başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, təyin edilən cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq Cinayət Məcəlləsinin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də həmin Məcəllənin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq omadan cəzanın məqsədi təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib onların Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halların gətirdiyi nəticələr kimi) halların lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Həmin normaların tələbləri əsas verir ki, sübutlar əsasında müəyyən edilmiş hallar onların heç də müstəsna hallar kimi qiymətləndirilməsi, yəni Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsas olması barədə fikir yürütmək üçün kifayət etmir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, onun cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli və qanuni cəza təyin etmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş üzrə verilmiş mülki iddia ilə bağlı məsələni araşdıraraq hesab etmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin 2 saylı Ərazi Vergilər idarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 saylı Ərazi Vergilər idarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 03 saylı Ərazi Vergilər idarəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X17 üzrə Baş idarəsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər idarəsi tərəfindən verilmiş mülki iddialar təmin olunmaqla, "xxxx" MMC-nin fəaliyyəti üzrə 92344,62 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 28894,67 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 204047,12 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 60303,82 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 25012,69 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 321852,95 manat, "xxxx" MMC-in fəaliyyəti üzrə 42864,04 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 296989,44 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 47022,67 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 106639,96 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 401956,13 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 211068,43 manat, "xxxx" MMC-nin fəaliyyəti üzrə 176400,00 manat və “Senton" MMC-nin fəaliyyəti üzrə 247081,44 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia qeyd edilən Məcəllənin müddəaları ilə müəyyən olunmuş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəlləsinin 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, maddi sübut kimi tanınmış "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "Etalon” MMC və "xxxx" MMClərinin mühasibat və bank sənədləri cinayət işinin materiallarında saxlanmalı, cinayət iş üzrə təyin edilmiş məhkəmə ekspertizalar üzrə aparılmış tədqiqatların dəyəri olan 1.385 (bir min üç yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tədbiq edilməklə, cəzasının yüngülləşdirilməsi barədə onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla tam təkzib edildiyindən, verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 18 may 2023-cü il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə görə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan 18 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Qədim Babayev
3. Anar Tanrıverdiyev