Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-1518/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X15 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4, Məhkum - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi - X9 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, məhkum olmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 98-də pasport qeydiyyatında olan və ünvan 1-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, natamam orta təhsilli, işləməyən, məhkum olmamış, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 41, mənzil 16-da pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi5 tərəfindən birgə, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və onun nümayəndəsi X2 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2019-cu il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2019-cu il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə maddi sübut kimi Bakı şəhər prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs meyitinin üzərindən götürülmüş ağ rəngli qısaqol köynək və qara rəngli idman şalvarı, Zərərçəkmiş şəxs meyitinə məxsus bir ədəd barmaq sümüyü, bir ədəd qara rəngli dərzi qayçısı, BMW markalı, Az-**-VP-*** nömrə nişanlı avtomobilin salonundan götürülmüş 03 ədəd örtük kəsiyi, 01 ədəd plastmas hissə, 02 ədəd tampon nümunələrinin məhv edilməsi və 02 ədəd Az-**-CA-*** nömrə nişanları X5 ailə üzvlərinə qaytarılması, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizalarına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 130 ( yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat pul onlardan məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs1 arvadı Şahid8 2019-cu ilin iyulavqust aylarında onlarla birlikdə ünvan 1 ünvanında yaşamış tanışı - xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əvvəllər dəfələrlə onun Şahid8 layiq olmadığını deməsini, sonuncunu özü ilə xarici ölkəyə aparmağı, uşaqlarına atalıq etməyi və başqa əxlaqsız təkliflər etməsini öyrəndikdən sonra Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, 14 oktyabr 2019-cu il tarixdə, saat 23 radələrində, Zərərçəkmiş şəxs onun yuxarıda göstərilən ünvanda yaşadığı evə gələrək birlikdə narkotik vasitə tapıb istifadə etməyi təklif etməsini cinayətkar niyyətini həyata keçirmək üçün yaxşı fürsət olduğunu düşünərək Zərərçəkmiş şəxs narkotik vasitə almaq adı ilə aldadaraq, sonuncunu idarə etdiyi “BMW” markalı, Az-**-VP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Sahil qəsəbəsinə aparmış, yolda olan zaman Zərərçəkmiş şəxs avtomobili saxlayıb mağazaya getdiyi zaman bacanağı Təqsirləndirilən şəxs2 zəng edərək görüşmək istədiyini bildirib Sahil qəsəbəsində olduğuna əmin olduqdan sonra Zərərçəkmiş şəxs avtomobildə gözləməsini, narkotik vasitə alıb gələcəyini deyərək Təqsirləndirilən şəxs2lə yaşadığı ünvan 2 ünvanının qarşısında görüşüb Zərərçəkmiş şəxs arvadı Şahid8 qarşı etmiş olduğu əxlaqsız təkliflər barədə danışıb Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti barədə Təqsirləndirilən şəxs2 məlumat verməklə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək Zərərçəkmiş şəxs heç kimin olmadığı yerdə qəsdən öldürməyi planlaşdırıb birlikdə avtomobilə qayıtmış, özü avtomobilin ön oturacağında, Təqsirləndirilən şəxs2 isə avtomobilin sürücü tərəfdən arxa oturacağında əyləşib Zərərçəkmiş şəxs başqa yerdə narkotik vasitə alacaqları ilə Sahil qəsəbəsinin cənub-qərb hissəsində, Balıqçılar küçəsində yerləşən “Koneçnıy” adlanan əraziyə gətirməklə avtomobili saxlamasını tələb edərək, 15.10.2019-cu il tarixdə, saat 01 radələrində, qeyd olunan ərazidə o, Zərərçəkmiş şəxs qollarından tutub müqavimət göstərmək imkanından məhrum etmiş, bu zaman Təqsirləndirilən şəxs2 qabaqcadan üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu İlə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə qəsdən Zərərçəkmiş şəxs boynunun sağ yan səthinə 3 (üç) dəfə zərbə vurmaqla sonuncuya kəskin çürümə dəyişiklikləri fonunda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan boyun nahiyəsinin sağ-yan səthinin daxili yuxu arteriyasının tam kəsilməsi və vidaci venanın dəlib-keçən yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, nəticədə kəskin qanitirməyə məruz qalan Zərərçəkmiş şəxs halsızlaşaraq özünü müdafiə etmək imkanından məhrum olduqdan sonra sonuncunu Təqsirləndirilən şəxs2lə birlikdə avtomobilin arxa oturacağına keçirmiş, özü isə sükan arxasında əyləşərək artıq öldüyünü dərk edən Zərərçəkmiş şəxs şəhadət gətirməsini eşidib avtomobili saxlayaraq sükan arxasından arxaya doğru çönüb əlləri ilə səsi kəsilənə qədər Zərərçəkmiş şəxs ağzını tutmaqla Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs2 qohumu Təqsirləndirilən şəxs1 tanışları xx.xx.1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs baldızı, yəni Təqsirləndirilən şəxs1 arvadı Şahid8 onun ərinə layiq olmadığını deməsini, özü ilə xarici ölkəyə aparmağı, uşaqlarına atalıq etməyi və başqa əxlaqsız təkliflər etməsini öyrəndikdən sonra 14 oktyabr 2019-cu il tarixdə, saat 23 radələrində, yaşadığı ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək hazırladıqları plana əsasən, yaxınlıqda idarə etdiyi “BMW” markalı, Az-**-VP-*** dövlət qeydiyyat nişanlı avtomobildə onları gözləyən Zərərçəkmiş şəxs heç kimin olmadığı yerdə qəsdən öldürməyi planlaşdırıb birlikdə avtomobilə qayıtmış, Təqsirləndirilən şəxs1 avtomobilin ön oturacağında, özü isə avtomobilin sürücü tərəfdən arxa oturacağında əyləşib Zərərçəkmiş şəxs başqa yerdə narkotik vasitə alacaqları ilə aldadıb Sahil qəsəbəsinin cənub-qərb hissəsində, Balıqçılar küçəsində yerləşən “Koneçnıy” adlanan əraziyə gətirdikdən sonra 15.10.2019-cu il tarixdə, saat 01 radələrində, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs avtomobili saxlamasını tələb etmiş və sonuncu avtomobili saxladıqdan sonra qeyd olunan ərazidə, avtomobilin içərisində Təqsirləndirilən şəxs1 qəsdən Zərərçəkmiş şəxs qollarından tutaraq onu müqavimət göstərmək imkanından məhrum etmiş, o isə qabaqcadan üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə qəsdən Zərərçəkmiş şəxs boynunun sağ yan səthinə 3 (üç) dəfə zərbə vurmaqla sonuncuya kəskin çürümə dəyişiklikləri fonunda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, baş vermiş kəskin qanitirmə nəticəsində ölümünə səbəb olan boyun nahiyəsinin sağ-yan səthinin daxili yuxu arteriyasının tam kəsilməsi və vidaci venanın dəlib-keçən yaralanması ilə müşayiət olunan 2 (iki) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirməklə Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən birgə apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmünü ləğv edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə elan olunmuş ittiham, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayətini törətməkdə ittiham olunmaları tam əsassızdır, istər ibtidai istintaq zamanı toplanmış sübutlarla, istərsə də məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla bu ittiham öz təsdiqini tapmamışdır. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham yalniz onların şübhəli və təqsirləndirilən şəxs kimi verdikləri ilkin ifadələrə əsaslanılmış, onların törədilmiş əməlin mexanizminə və işin obyektiv hallarına uyğun gələn, digər sübutlarla və cinayət işinin digər materialları ilə öz təsdiqini tapan sonraki ifadələri özünü müdafiə kimi qiymətləndiriləcək sübutlar siyahısına daxil edilməmiş, həmçinin cinayət işinin materiallarında olan iş üzrə mühüm əhəmiyyət kəsb edən ekspert rəyləri, telefon danışıqları barədə məlumatlar və digər sənədlər sübut kimi qiymətləndiriləcək sübutlar siyahısına daxil edilməmişdir. Təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın məzmunundan da görünür ki, müstəntiq istintaq zamanı törədilmiş əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayəti kimi tövsif etmək üçün bilərəkdən sübutları saxtalaşdırmaq dərəcəsinə qədər təhriflərə və yanlışlıqlara yol vermişdir. Müstəntiqin təqsirləndirilən şəxslərin əməllərini qəsdən adam öldürmə cinayəti kimi tövsif etmək üçün istintaqı birtərəfli aparması nəticəsində hətta sübutların saxtalaşdırılmasına yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması barədə tərtib olunmuş protokollarda onların Elvin Həbibzadəni öldürmək məqsədilə Sahil qəsəbəsinin “koneç" adlanan ərazisinə gətirdiklərini bildirdikləri göstərilsə də, məhkəmə baxışı zamanı sübutlar tədqiq olunarkən həmin ifadələrin yerində yoxlanılması zamanı aparılmış video çəkilişlərə baxış keçirilərkən əksinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elvini ora öldürmək üçün gətirmədiklərini, ora narkotik vasitə almaq üçün gəldiklərini demişdir. Belə ki, şübhəli şəxsin ifadələrinin yerində yoxlanması protokolu ilə video yazı arasında kəskin fərq var və bu məhkəmə araşdırması nəticəsində bir daha sübuta yetirildi. Başqa bir nüans, ekspert rəylərindən də görünür ki, mərhum Elvin Həbibzadənin bədənində olan xəsarətlər soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə yetirilmişdir. Sual olunur, əgər Rəşad və Səbuhi Elvini öldürməyi əvvəlcədən danışıb, razılaşmışdılarsa, onda nə üçün silah, bıçaq, yaxud adam öldürmək üçün istifadə oluna bilən hər hansı başqa alət yox, məhz dərzilərin paltar tikişini sökmək üçün istifadə etdikləri qayçıya bənzər bir alət götürürdülər? Axı Rəşad və Səbuhi ifadələrində göstərirlər ki, həmin aləti Rəşad nəşə doğramaq üçün üstündə gəzdirirmiş, bunu məhkəmə istintaqı zamanı şahidlərdə təsdiq etdi. Ekspert rəyindən də görünür ki, Səbuhi və Rəşad hər ikisi narkotik vasitə istifadəçiləridir, hətta Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə də ehtiyacı var. X11 Ələkbərovaya sataşması faktının sonuncu tərəfindən inkar edilməsi, heç bir şahid tərəfindən təsdiq edilməməsi, hadisə baş verdiyi tarixdə Təqsirləndirilən şəxs1 tərəfindən arvadı Sonanı Elvinin yanına müalicəyə aparması, həmin vaxt heç bir söz-söhbət olmaması, saat 20 radələrində evə qayıtdıqdan 2-3 saat sonra Elvinin Səbuhiyə zəng edib çağırması cinayətin qısqanclıq zəminində baş vermədiyini, Səbuhi və Rəşadın, Elvinlə görüşə heç bir silah və ya silah qismində işlədilə bilən predmetlə getməmələri, Elvinə xəsarətin dərzilərin tikiş sökmək üçün istifadə etdiyi kiçik ölçülü qayçı ilə yetirilməsi, Rəşad və Səbuhinin narkotik vasitələrdən istifadə etmələri, hətta bununla bağlı cinayət işindən materiallar ayrılması onların Elvin Həbibzadəni öldürmək niyyətləri olmadığını, bu məqsədlə əvvəlcədən əlbir olmadıqlarını, mübahisənin narkotik vasitə ilə əlaqədar yarandığını bir daha sübut edir. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi5 tərəfindən birgə apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)- 184/2021 saylı hökmünü ləğv edərək onun həmin Məcəllənin 123-cü maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Bununla bərabər məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərini pozaraq sübutları düzgün qiymətləndirməmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə elan olunmuş ittiham, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayətini törətməkdə ittiham olunmaları tam əsassızdır, istər ibtidai istintaq zamanı toplanmış sübutlarla, istərsə də məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla bu ittiham öz təsdiqini tapmamışdır. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham yalniz onların şübhəli və təqsirləndirilən şəxs kimi verdikləri ilkin ifadələrə əsaslanılmış, onların törədilmiş əməlin mexanizminə və işin obyektiv hallarına uygun gələn, digər sübutlarla və cinayət işinin digər materialları ilə öz təsdiqini tapan sonrakı ifadələri özünü müdafiə kimi qiymətləndirilərək sübutlar siyahısına daxil edilməmiş, həmçinin cinayət işinin materiallarında olan iş üzrə mühüm əhəmiyyət kəsb edən ekspert rəyləri, telefon danışıqları barədə məlumatlar və diqər sənədlər sübut kimi qiymətləndirilərək sübutlar siyahısına daxil edilməmişdir. Təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın məzmunundan da görünür ki, müstəntiq istintaq zamanı törədilmiş əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfındən qəsdən adam öldürmə cinayəti kimi tövsif etmək üçün bilərəkdən sübutları saxtalaşdırmaq dərəcəsinə qədər təhriflərə və yanlışlıqlara yol vermişdir. Maraqlıdır ki, ittihamçı Sona və Təqsirləndirilən şəxs1ların, həmçinin Təqsirləndirilən şəxs2 cinayətin qısqanclıq zəminində törədilməsi barədə heç bir təsdiqini tapmayan ilkin ifadələrinə əsaslanmış, lakin hadisənin narkotik vasitə əldə etməklə bağlı aralarında yaranmış mübahisə zamanı baş verməsi barədə verdikləri, digər sübutlürla və iş materialları ilə öz təsdiqini tapan sonrakı ifadələri nəzərə alınmamış, işdə olan sübutlar düzgün qiymətləndirilməmiş, hətta sübutlar siyahısına salınmamışdır. Müstəntiqin təqsirləndirilən şəxslərin əməllərini qəsdən adam öldürmə cinayəti kimi tövsiv etmək üçün istintaqı birtərəfli aparması nəticəsində hətta sübutların saxtalaşdırılmasına yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanıması barədə tərtib olunmuş protokollarda onların Elvin Həbibzadəni öldürmək məqsədilə Sahil qəsəbəsinin “koneç” adlanan ərazisinə gətirdiklərini bildirdikləri göstərilsə də, məhkəmə baxışı zamanı subutlar tədqiq olunarkən həmin ifadələrin yerində yoxlanılması zamanı aparılmış video çəkilişlərə baxış keçirilərkən əksinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Elvini ora öldürmək üşün gətirmədiklərini, ora narkotik vasitə almaq üçün gəldiklərini, narkotik vasitə tapa bilmədikləri üçün aralarında mübahisə yarandığından baş verdiyini baldirmişlər. Başqa bir nüans, ekspert rəylərindən də görünür ki, mərhum Elvin Həbibzadənin bədənində olan xəsarətlər soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış xüsusi təyinatlı kəsici dərzi aləti ilə yetirilmişdir. Sual olunur, əgər Rəşad və Səbuhi Elvini öldürməyi əvvəlcədən danışıb, razılaşmışdılarsa, onda nə üçün silah, bıçaq, yaxud adam öldürmək üçün istifadə oluna bilən hər hansı başqa alət yox, məhz dərzilərin paltar tikişini sökmək üçün istifadə etdikləri qayçıya bənzər bir alət götürürdülər? Axı Rəşad və Səbuhi ifadələrində göstərirlər ki, həmin aləti Rəşad nəşə doğramaq üçün üstündə gəzdirirmiş, ekspert rəyindən də görünür ki, Səbuhi və Raşadın hər ikisi narkotik vasitə istifadəçiləridir, hətta Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə də ehtiyacı var. Həmin hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X13 və onun nümayəndəsi X2 tərəfindən birgə apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmünü cəza hissəsində qanunsuz, ədalətsiz və əsassız olduğuna görə dəyişdirilməsi və hökmlə onlara təyin edilmiş 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılaraq hər birinə 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinə belə qiymət verməsi və onlara yüngül cəza verməsi məhkəmə istintaqı materialları ilə tam ziddiyyət təşkil edir. Məhkəmə öz hökmündə göstərmişdir ki, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin əməlində cəzalarını ağırlaşdıran halların guya olmadığını nəzərə almış və cəza təyin edərkən nəzərə almışdır. Əslində isə cəzanı ağırlaşdıran halların olmasını nəzərə almalı idi. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmünü ləğv edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmünü ləğv edərək onun həmin Məcəllənin 123-cü maddəsinin sanksiyası çərçivəsində ədalətli cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X13 çıxış edərək onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, ona dəymiş maddi ziyan ödənildiyini bildirməklə yanaşı apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X8 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmü isə dəyişdirilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onlara ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 120.2.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 31 sentyabr 2019-cu il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını və ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olmasını və ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, qeyd edilən hallar (məhkumların müdafiəçilərinin apellyasiya şikayətlərinə münasibətdə) özünü müdafiə xarakteri, məsuliyyətdən yayınma xarakteri daşıyır və heç bir halla öz təsdiqini tapmır. Həmçinin cəzanın ağırlaşdırılması ilə bağlı qeyd edir ki, cəza ədalətli hesab olunmalıdır. Belə ki, cəza təyin edilərkən bütün hallar nəzərə alınmışdır. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi barışdığını bildirməsi barədə ərizə (ərizələr) məhkəməyə daxil olsa və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təsdiq olunsa da, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətini müdafiə edildiyindən müəyyən ziddiyyət yaranır və həmin ərizələrin hazırkı hal üzrə məhkəmə kollegiyası tərəfindən nəzərə alınmaması qanuna uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası, məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın qanuniliyi və ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nın 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə, cəzasını yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi5 tərəfindən birgə, zərərçəkmiş şəxsin hüquqi varisi X13 və onun nümayəndəsi X2 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(101)-184/2021 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi5 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 və onun nümayəndəsi X2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X4 X15
Məhkəmə qərarları › İş №1(103)-1518/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-1518/2021
11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver